Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Bu gunki verlis RAMAZAN BAYRAMINA Tesaduf etmisdi.AYGUN xanim bu gun cox cazibedar,gozel,sirin bir sozle super gorsenirdi. NAMIQ ise daha serbet ve semimi idi.
Muqeddes bayram munasibeti ile butun AZERBAYCANI ve forumculari tebrik edirem!

Link to comment
Share on other sites

  • Replies 1.5k
  • Created
  • Last Reply

Bu gun men de verilishe baxib o qeder gulmushem ki.
Aygun, bir stekan shirin chay da verseydin, Namik zavtirik eleyerdi. :)
Aygun ozu bu gun yaxshi gyorunurdu. Deyesen bir az kilosunu atib, yoxsa qara paltarda idi deye, mene ele geldi.
Faytonchuya da aferin. Nazim emelli - bashli meyxana deyir ki... :rolleyes:

Link to comment
Share on other sites

[quote name='JAMIROQUAI' post='3602069' date='Sep 24 2008, 21:38 ']men bu mahnini "DELI RUZGAR" adlandirardim....[/quote]

Chooox gesheng mahnidir!!! Aygun de ela ifa edib :rroza:

Eshg olsun Sevinc Tagiyeva ve Sevinc Shirin cutluyune! :aappll:

Amma Muradla tam hemfikirem, men de onu "Deli Ruzgar" adlandirardim.

Link to comment
Share on other sites

Duzdur mahni DELI RUZGAR adlandirilsa daha ferqli olar.Amma yenede, mahni dehset gozeldi.AYGUN XANIM cox yumsaq ifa edib mahnini .Dinlemekden bezmirem. P.S.Aygun xanim son verlislerinde gozel gorunur.Amma onu da deyim ki heyatda Aygun xanim daha gozeldir efirdekinden.Bunun bu gun shahidi oldum.

Link to comment
Share on other sites

[quote name='TEREZI 83' post='3634328' date='Oct 2 2008, 00:06 ']Amma onu da deyim ki heyatda Aygun xanim daha gozeldir efirdekinden.[/quote]
Aygun hemishe makiyajsiz daha celbedici gyorsenib, neinki o lazimsiz makiyajla. Mence bunu ozu de hiss edir. Amma yen nedense ele ust- uste surtuler o ximikatlari. Hem deriye ziyandir, hem de heddinden ziyade, artiq eybecerliye ( bunu Aygun uchun yox, umumiyyetle yaziram ) getirib chixarir. Biri var ehtiyac var, klip falan, bir de var ele bele kefinin havsina. Yene meslehet ozlerinindir. Amma Aygun kosmetikasiz daha yarashiqlidir. Bilirem, burada yazilanlari oxuyurlar. Qoy Aygun bir defe yoxlasin, verilishine makiyajsiz chixsin. Gyorceksiz, haminin bele xoshuna gelcek.
Mence krem 21 yeter, ozge hech ne lazim deyil :morqqqq::)

Link to comment
Share on other sites

[quote name='Amica' post='3634380' date='Oct 2 2008, 00:19 ']Aygun hemishe makiyajsiz daha celbedici gyorsenib, neinki o lazimsiz makiyajla. Mence bunu ozu de hiss edir. Amma yen nedense ele ust- uste surtuler o ximikatlari. Hem deriye ziyandir, hem de heddinden ziyade, artiq eybecerliye ( bunu Aygun uchun yox, umumiyyetle yaziram ) getirib chixarir. Biri var ehtiyac var, klip falan, bir de var ele bele kefinin havsina. Yene meslehet ozlerinindir. Amma Aygun kosmetikasiz daha yarashiqlidir. Bilirem, burada yazilanlari oxuyurlar. Qoy Aygun bir defe yoxlasin, verilishine makiyajsiz chixsin. Gyorceksiz, haminin bele xoshuna gelcek.
Mence krem 21 yeter, ozge hech ne lazim deyil :morqqqq::)[/quote] Duz deyirsiz Amica Aygun makiyajsiz da gozeldir.Amma derd orasidir ki heyatda makiyajla da gozeldi amma efirde herden cox kobud gorunur.Bilmirem neyle elaqedardi belke ishigin duzgun olmamagindan.Kash Aygun oldugu kimi efirde gorunerdi ve lazimsiz soz sohbetler yigishilardi.

Link to comment
Share on other sites

[quote name='TEREZI 83' post='3634554' date='Oct 2 2008, 00:54 ']Duz deyirsiz Amica Aygun makiyajsiz da gozeldir.Amma derd orasidir ki heyatda makiyajla da gozeldi amma efirde herden cox kobud gorunur.Bilmirem neyle elaqedardi belke ishigin duzgun olmamagindan.Kash Aygun oldugu kimi efirde gorunerdi ve lazimsiz soz sohbetler yigishilardi.[/quote]
Soz sohbet onsuz da yiqilasi ish deyil. Onu hech aqlivizada getirmeyin. Danishsinlar de.
Sonrasidaki, elbette ishiqin boyuk ehemiyyeti var. Bizim telekanallarda en yaxshi ishiq sistemi ancaq LIDER kanalindadir, men chox fikir vermishem.

Link to comment
Share on other sites

MEN sexsen oz adimdan deyimki,AYGUN xanimi heyatda cox gormusem,temasda olmusam. heyatda sozun esl menasinda qusursuz,heddinden artiq gozeldi.
teessufle qetd ediremki,ekranlarda tam ferqli Aygunu gorurem. buda tebiiki,isiqlarin qeyri profesional qurulmasindan ireli gelir.

Link to comment
Share on other sites

Что связывает народную артистку Азербайджана Айгюн Кязымову с бизнесменом Фадалом Баззини?


Азербайджан, Баку, 3 октября

На вечеринке в одном из ночных бакинских клубов внимание корр. Trend Life привлекли достаточно теплые отношения между народной артисткой Азербайджана Айгюн Кязымовой и бизнесменом из Израиля Фадалом Баззини. Певица, заметившая, что мы за ними наблюдаем, опередила наши вопросы. «Я дружу с Фадалом 10 лет. Многим интересно, что нас связывает. Сообщаю, что мы просто хорошие друзья. И если до сих пор о наших отношениях не было никаких сплетен, то можете быть уверены, что этого не произойдет и в будущем. Фадал женат, у него двое детей, в ближайшие месяцы он вновь станет отцом. Мне же Фадал обещал, что если у него родится дочь, он назовет ее Айгюн. И грех было бы распространять о нас сплетни!», - сказала А.Кязымова.

Link to comment
Share on other sites

Я не ссорилась с Хумар Гадимовой - народная артистка Азербайджана Айгюн Кязымова


Азербайджан, Баку, 27 сентября

Опубликованная в азербайджанских СМИ информация о примирении некогда закадычных подруг, а ныне непримиримых врагов – шоу-звезд Хумар Гадимовой и Айгюн Кязымовой, вызвала неожиданный резонанс.

«Когда я делаю замечания своим коллегам о их творчестве и профессионализме, всем кажется, что у меня появился очередной враг. Я не ссорилась с Хумар и при встрече мы всегда общаемся. А ее мнение обо мне абсолютно неинтересно», - сообщила Trend Life народная артистка Азербайджана А. Кязымова.

По словам же Х. Гадимовой, ни о каком примирении не может быть и речи

«Сейчас я нахожусь за пределами Азербайджана, но до меня дошли слухи, что в отечественных СМИ прошла информация, что, якобы, я позвонила Айгюн, поздравила ее с получением почетного звания и мы помирились. Это откровенная ложь, о примирении не может быть и речи», - сообщила Trend Life певица.

Напомним, что отношения между подругами испортились после того, как Кязымова обвинила Гадимову в непрофессионализме.

Видимо, древнее изречение «Платон мне друг, но истина дороже» в нашем шоу-бизнесе не актуально.

Link to comment
Share on other sites

Kecen hefte tesadufen ANSde efire geden "Catlama" verilisini gordum... Belkede menim diqqetimi cekmezdi, aparici Zumrudun geyimini gorenden sonra nedense AyGune irad tutulan geyim terzi yadima dusdu. Aparicinin eynindeki yubka o qeder qisadir ki, AyGunun geyindiyi elbiseler onun yaninda pire getmelidir. Maraqlidir, Milli Televiziya ve Radio surasi bunu gormur? Gorurse, niye canaq mehz AyGunun basinda [b]"catlamalidir"[/b]?

Link to comment
Share on other sites

AYGÜN KAZIMOVA XÜSUSİ PLAN HAZIRLAYIR [img]http://s57.radikal.ru/i157/0810/5f/d71e169620c9.jpg[/img]


Müğənni bu addımı diskini piratlardan qorumaq üçün atır.Müğənnilərin uzun illərdən bəri mübarizə apardıqları, lakin uğurlu nəticə əldə etmədikləri "pirat" mövzusu bu günlərdə Azərbaycanın xalq artisti adını qazanmış bir neçə sənətkar üçün əsl problemə çevrilib. Qeyd etdiyimiz kimi, artıq Brilliant Dadaşovanın Türkiyədə buraxılan diskinin "pirat" nüsxəsi yayılaraq paytaxt dükanlarında satışa çıxarılıb. Baxmayaraq ki, "Seyhan" şirkətinin buraxdığı diskləri piratlardan qoruyan xüsusi mübarizə üsulları var. Amma Brilliant xanım şirkət rəsmilərinin təklifinə zidd olaraq diskin Azərbaycanda satışını həyata keçirmək üçün addımlar atdı, bu isə məlum nəticəyə gətirib çıxardı.
Onun həmkarı Aygün Kazımovanı da eyni mövzu narahat edir. Hazırda albom hazırlıqlarını tamamlayan müğənninin xüsusi plan cızdığını öyrəndik. Müğənninin bildirdiyinə görə, albom uzaq ölkələrin birində tirajlanacaq. Müğənninin nümayəndələri məşhur şirkətlərdən biri ilə danışıqlar aparıblar. Lakin Aygün Kazımova bu tezlikdə şirkətin adını açıqlamayacağını bildirdi:
"Ümumiyyətlə, bu istiqamətdə aparılan hər bir iş albom hazır olan günədək gizli qalacaq. Şirkətin adı isə son məqamda açıqlanacaq. Həmin şirkətin xətti ilə albomun bir sıra ölkələrdə satışı həyata keçiriləcək. Məni narahat edən "pirat" mövzusu barədə isə şirkət nümayəndələri ilə danışıqlar aparılıb. Onlar albomun saxtalaşdırılmaması ilə bağlı müvafiq addımlar atacaqlarına söz veriblər. Lakin Azərbaycanda bu işin hansı üsulla aparılacağı məlum deyil. Çünki bu mövzu başqa ölkələrdə bizim qədər aktual deyil. İnsanlar halal qazanc mənbəyi seçirlər. Bizdə isə bəzi insanlar hazır məhsuldan oğrun-oğrun qazanmaq istəyirlər. Bunu nəzərə alaraq mübarizə üsullarını daha da sərtləşdirmək istəyirəm. Amma nə düşündüyüm barədə açıqlama olmayacaq".

Link to comment
Share on other sites

Beh, beh, beh! Bir az var AyGunun verilisinde qonag kimi Brillant xanim Dadasova ve rejissor Arif Qaziyev oldu... Ela verilis alindi, masallah, iki xanim ela gorunurdu, Brilliant xanim yeni albomunun piratlar terefinden yayilmasindan gileylendi, haqqi da var buna... Albomdan mahnilarinida ifa etdi... Maraqli oldu!

Link to comment
Share on other sites

[quote name='SEYRCI_new' post='3673868' date='Oct 10 2008, 12:09 ']Beh, beh, beh! Bir az var AyGunun verilisinde qonag kimi Brillant xanim Dadasova ve rejissor Arif Qaziyev oldu... Ela verilis alindi, masallah, iki xanim ela gorunurdu, Brilliant xanim yeni albomunun piratlar terefinden yayilmasindan gileylendi, haqqi da var buna... Albomdan mahnilarinida ifa etdi... Maraqli oldu![/quote]
O diskde en chox beyendiyim mahnilardir ifa etdikleri. Amma yox - yox -un turk dilinde yazilmish versiyasini daha chox beyenirem. O versiyada ifa daha shirin alinib.
Verilish yaxshidir ey..., amma reklama daha chox yer ayirirlar. Verilishin oz reklamlarindan sonra da Aygun ozu bashlayir, ne bashlayir.... Adamin ureyi chekilir. ust - uste yiqsan verilish ozu hech 25 deqiqe elmir. Hele uste gel Samirin razminkalarini. Allah tamashachilara sebir versin.
Aygun bu gun chox gesheng gyorunurdu :rroza: Amma o yaziq olmamish Arif kishini niye o gune saldi? :)

Link to comment
Share on other sites

[quote name='SEYRCI_new' post='3675905' date='Oct 10 2008, 17:50 ']Duz buyurursan ki, anlamadan cavab yazmaq qarshi terefi pis veziyyetde qoyur...[/quote]
Seyrici sehv etmiremse yazdiqiniz bu misra mene aid olmalidir, ya mene aid etmisiniz, sadece mene unvanlamaqi unutmusunuz. Chunki, pis veziyyetde qalan men oluram.


[i][b]чат 10%[/b][/i]

Link to comment
Share on other sites

[quote name='Amica' post='3676152' date='Oct 10 2008, 20:13 ']Seyrici sehv etmiremse yazdiqiniz bu misra mene aid olmalidir, ya mene aid etmisiniz, sadece mene unvanlamaqi unutmusunuz. Chunki, pis veziyyetde qalan men oluram.[/quote]
Amica, bilirdim ki mene bu iradi tutacaqsiniz... Amma sizi cox agilli ve tedbirli adam hesab etdiyim ucun Ramala muraciet etdim... Her halda bunu neye gore etdiyimi yaxsi basa dusduyunuzden eminem!



[i][b]чат 10%[/b][/i]

Link to comment
Share on other sites

"MƏNİM QƏLBİM BÜTÜN SƏNƏT YOLDAŞLARIM ÜÇÜN AÇIQDIR" [img]http://s42.radikal.ru/i098/0810/0b/3a4ce6379b9f.jpg[/img]


Aygün Kazımova özünə zülm edərək yaşayır


Qədimdə ulduzlar qaranlıq gecələrdə bərq vurar, qürbət eldə səyahətçilərin yolunu işıqlandırıb düzgün istiqaməti müəyyən etməkdə onlara kömək edər, öz estetik gözəlliyi ilə insanları valeh edər, insanları dərddən, kədərdən uzaqlaşdırıb böyük işlər görməyə ruhlandırardı. Müasir dünyamızda şəhərlərin işıqları gecələr əksər ulduzları adi insan nəzərləri üçün görünməz edir. Biz - böyük şəhərlərin sakinləri yalnız onların ən parlağını görmək iqtidarındayıq. Beləcə, əsl ulduzları görməyən cəmiyyətdə "ulduz" axtarışı başlayır. Müqəddəs yer boş qalmır - istər ifası, istərsə də xarici görünüşü ilə parlayan müğənniləri "ulduz" adlandırırlar. Həmin parlaq ulduzlardan biri bugünkü həmsöhbətimdir.
O, sənəti naminə bir çox fədakarlıqlara getdi, çox şeyləri qurban verdi, amma bir an belə sönmədi. Onun kölgəsində çoxları dolandı, amma o heç kəsin kölgəsi olmadı. Çoxları onun ayaqqabısını geyindi, amma onun yerişini yeriyə bilmədi. Çoxları onu yıxdı, amma sürüyə bilmədi. O qalxdı və sənət yolunda "Yalnız irəli" şüarı ilə böyük addımlar atdı. Bu günlərdə isə ölkə başçısının fərmanı ilə xalq artisti adına layiq görüldü.
Həmsöhbətim Aygün Kazımovadır:
- Xoş gördük, Aygün xanım! Xalq artisti bu dəqiqə hansı hisslər keçirir?
- Çox xoşbəxtəm. Uçmağa qanadım yoxdur. Özümü tamamlanmış bir insan kimi hiss edirəm.
- Ömrünüzün bu gənc çağında belə mükafat gözləyirdinizmi? Sizcə, bu ada layiq olmaq üçün ən çox hansı dəyərlərə söykənib nələrə qadir olmaq lazımdır?
- (fikrə gedir). Düşünürəm ki, əsas meyar durmadan çalışmaqdır ki, hər bir layihən tamaşaçılar tərəfindən qəbul edilsin və alqışlansın.
- Qayıdaq yaxın keçmişə. 18 noyabrda səhnə fəaliyyətinizin 20 illiyi tamam olacaq. Fürsətdən istifadə edib sizi təbrik edirəm! 18 noyabr 1988-ci il. "Bakı payızı" müsabiqəsinin başlamasına bir saat qalmışdı. 17 yaşlı Aygün pəncərədən baxıb hönkür-hönkür ağlayırdı və anasına yalvarırdı: "Nə olar, məni müsabiqəyə buraxın, söz verirəm, müğənni olmayacağam". Amma sözünüzü tutmadınız, müğənni oldunuz. O gündən estradamıza yeni bir imza atıldı. Bu 20 ildə ən böyük qələbəniz nə oldu?
- Söhbət sənətdən gedirsə, sözsüz ki, ən böyük qalibiyyətim "Xalq artisti" fəxri adına layiq görülməyimdir. Bu günədək həyata keçirə bildiyim hər uğurlu layihəm mənim qələbəmdir. İlk qalibiyyətim isə elə səhnədə atdığım ilk addımım oldu. Mən 1988-ci ildə "Bakı payızı" müsabiqəsində iştirak etdim və qalib oldum. Bayaq sual verdiniz ki, gözləyirdimmi bu mükafatı?! Onda mənim ağlıma da gəlməzdi ki, mən nə vaxtsa xalq artisti olacağam. Ümid edirəm ki, qələbələr hələ qarşıdadır.
- Bəs bu iki qələbəni müqayisə etmək olar?
- Yox. Ayrı-ayrı hisslərdir.
- Bir igidin ömrü olan bu 20 ildə siz fasiləsiz olaraq öz üzərinizdə çalışdınız. Səhnədəki hər çıxışınız, hər yeni görkəminiz bir hadisəyə çevrildi. Bəzən mənə elə gəlirdi ki, Aygün Kazımova sənətinə görə hər bir fədakarlığa hazırdır. Bəs elə vaxtlarınız olubmu ki, böyük təəssüf hissi keçirib səhnəni tərk etməyi arzulamısınız?
- Yox. Sadəcə, bəzən depressiyaya qapılanda bir müddət özümə gəlmək üçün televizora baxmır, qəzet oxumur, telefonlara cavab vermirdim. Heç bir informasiya qəbul etməməyi qarşıma məqsəd qoyub sənətdən uzaqlaşmışam. Amma yenidən güc yığıb toparlanmış, səhnəyə atılmışam. Səhnəni tərk etmək arzusu məndə heç vaxt olmayıb.
- Siz heç zaman tamaşaçınızı tək ifanızla feyziyab etməklə kifayətlənməmisiniz. Xalq sizi həm gözü, həm qulağı, həm də qəlbi ilə sevib. Bəs siz həm mahnı yazdırmağı, həm çəkilişlərə, məclislərə getməyi, həm də həftənin beş günü canlı yayımlanan veriliş aparmağı necə çatdırırsınız? Heç sənətdə uzun fasilə edib sırf istirahət etmək ürəyinizdən keçirmi? - Yox, çünki mən fasilə verəndə çox pis hisslər keçirirəm. Səhnədən uzaqlaşanda özümü yarımçıq bir insan kimi hiss edirəm. Sözsüz ki, arada dincəlirəm, amma o dəqiqə tənbəlləşdiyimi, özümü və tamaşaçımı aldatdığımı sanıram. Nə olsun ki mən əməkdar artist olmuşam, nə olsun ki bu gün xalq artistiyəm. Bilirsiniz, bir çoxları mənə deyir ki, sən artıq oxumaya bilərsən. Mənsə cavab verirəm: "Əksinə, mən oxumağa təzəcə başlamışam".
- Bir toy məclisində iştirak edirdim. Səhnəmizin bir çox xanım müğənniləri oradaydı. Mən onları toydakı qonaqlardan ayıra bilmirdim. Toy çox solğun keçirdi. Və birdən qeyri-adi libasda, qeyri-adi saç düzümündə və yalnız özünəməxsus aura ilə zala Aygün Kazımova daxil oldu. Toyda canlanma baş verdi. Siz Namiq Qaraçuxurlu ilə duetlərinizi ifa etdikdə böyükdən kiçiyədək hamı rəqs meydançasına atıldı. Sizcə, bu, fərdi yanaşmadan irəli gəlir, yoxsa fərqli nəsə təklif edirsiniz?
- Tamamilə razıyam ki, müğənni fərdiliyini saxlamalıdır. Səhnə səhnədir. Səhnədə əlimə mikrofon alıb mahnı oxuyuramsa, tamaşaçı qarşısına çıxıramsa, imicimi qoruyub saxlamalıyam. Amma bunun üzərində xüsusi çalışmıram. Hansı kollektivdə olmağımdan asılı olmayaraq həmişə seçilmişəm. Hətta idmanla məşğul olanda da başqa idmançılardan seçilmişəm. Deyim ki, belə hündür boyum vardı, bilirsiniz ki, idmançı üçün bu çox vacibdir, yox, hamıdan gözəl idim, yox. Sadəcə seçilmişəm. Bunun sirrini heç özüm də bilmirəm.
- Hər bir mahnınızda yaşanmış bir ömür, bir dünya var. Sizin ifanızda Cavanşir Quliyevin, Eldar Mansurovun, Vaqif Gərayzadənin bəstələrinə qulaq asanda insan sanki möcüzəli bir aləmə daxil olur və bu aləmdən çıxmaq istəmir. Amma o bəstələrin ardı gəlmir. Düzdür, gənclər üçün də bir cığır açılmalıdır. Sizi bugünkü gənc bəstəkarların fəaliyyəti qane edirmi?
- Edir. Sadəcə olaraq bir neçə il qabaq paltarın bir uzunluğu dəbdə idisə, bu il başqa uzunluğu və dizaynı dəbdədir. Musiqi də elədir. Hər dövrün öz musiqisi, hər musiqinin isə öz dinləyicisi var.
- "Gecələr keçir", "Tənha qadın", "Bir payız gecəsi", "Mavi dünyam", "Özüm özümü aldadıram", "Gülüm onda bilinəcək" kimi şlyagerləri nə qədər dinləsək də, onlar üçün acıyırıq. Onlar bizi düşündürür, kövrəldir. Bugünkü bəstələr bizi yalnız əyləncəyə çağırır. Bəlkə, bu, sadəcə, bir əyləncə dövrüdür, keçib gedəcək?
- Düşünürəm ki, kövrəlməyin və düşünməyin öz yeri var, əylənməyin öz yeri. Toylarda bugünkü mahnılara tələbat olduğu üçün müğənni də məhz bu janra üz tutur. Amma mənim repertuarımda hər cür janrda mahnı var. Çünki mən eyni tamaşaçı kütləsi qarşısında çıxış etmirəm. Yaşlı nəsil də var, gənc fanatlarım da, uşaqlar da. Musiqi seçimimdə onların hər birinin zövqünü oxşamağa çalışıram.
- Cavanşir Quliyev, Eldar Mansurov, Vaqif Gərayzadə ilə əməkdaşlığınız davam edirmi?
- Əlbəttə, davam edir. Bu gün mən xalq artistiyəmsə, o demək deyil ki, mən "böyümüşəm". Bu üç müəllimimin gözündə həmişə şagird kimi qalacağam. Onlar məni yaradan, məni sənət dünyasına gətirən insanlardır. Nə qədər ki həyatdayam, sənətdəyəm, nə qədər ki ürəyim vurur, danışa, öz fikrimi çatdıra bilirəm, qürurla söyləyəcəyəm ki, mən bu üç müəllimin yetirməsiyəm və artıq xalq artistiyəm.
- Sizin ifanızda ən çox sevdiyim mahnı "Qızım" mahnısıdır. Düşünürəm ki, bu mahnı da, İlqarə də sizin şah əsərlərinizdir. Yenə sizi yaxın keçmişə qaytarmaq istəyirəm. 2000-ci ildə, Heydər Əliyev adına Respublika Sarayında, sizin solo-konsertinizdə səkkiz yaşlı qızınız da iştirak edirdi. Siz ona həsr etdiyiniz Cavanşir Quliyevin bəstəsini ifa edəndə bu balaca qız ağlamağa başladı. Bu həssaslıq ona anasından keçib?
- Sözsüz. İlqarə kiçik yaşlarından həmişə məni anlayıb və mənə dayaq olub. O qeyri-adi uşaq olub. Mənim mahnıda, həyatda yaşadıqlarımı o da mənimlə bərabər yaşayıb.
- Bütün fəxri adlar içərisində ən fəxri ad "Ana" adıdır və mükafatlar içində ən böyük mükafat övladdır. Bu yaxınlarda bir xalq artisti verilişlərin birində övladı ilə sənətini ayırd edə bilmədiyini söyləmişdi. Onunla razısınız?
- Sizin fəxri ada və mükafata aid olan fikrinizlə tamamilə razıyam. Amma həmin xalq artistinin fikirlərini anormal hesab edirəm. Ümumiyyətlə, insanı o cür seçim qarşısında qoyan şəxsi insan adlandırmaq olmaz. Bunu hətta müzakirə etmək mənə xoş deyil. Sənət başqa, övlad və həyat başqa.
- Qızınız da müğənni olmağı arzulayır. Repertuarında xarici mahnılar üstünlük təşkil edir. Sizin köhnə mahnılarınıza müraciət edib onlara yeni nəfəs vermək istəmirmi?
- Mən nəyi istəyirəmsə, İlqarə də onu istəyir. Mən övladımdan çox razıyam.
- "Ağ çiçəklər" mahnısında oxumusunuz:
"Mənim ömrüm qəmli kitab,
Hər sətiri bir iztirab.
Bu taleyin oyununda,
Qismət payım min bir əzab".
Amma Tanrı öz bəndələrinə zülm verməz, insanlar özləri özlərinə zülm verərlər. Aygün Kazımova özünə nə vaxt zülm verib?
- Mən elə özümə zülm verə-verə yaşayıram. Özümə zülm verib yemirəm, əməliyyatlara gedirəm. Elə bir iş cədvəli qururam ki, onu zülm yox, ölüm adlandırıram. Bütün zülmlərim sənət üçün olub.
- Bəs peşman deyilsiniz ki, özünüzə bu qədər zülm vermisiniz?
- Xeyr, peşman deyiləm və özümə zülm verməyi davam edəcəyəm. Bu işdə mənə uğurlar arzulayın (gülür).
- "Bəxtəvər dünyaya doğulmayandır". Bu da sizin mahnınızdan olan sətirdir. Sizcə, bəxtəvər insan məfhumu bununla məhdudlaşır?
- Hazırda özümü tam bəxtəvər, tam xoşbəxt insan kimi hiss edirəm. Ana kimi anayam, bu yaşımda özümdən boyca hündür, qəşəng, ağıllı qızım var. Sənətdə də əldə etdiyim uğurlara görə özümü bəxtəvər sana bilərəm.
- "Bu həyatın bir üzü kindir,
Qəlbi qara, üzü çirkindir,
Ürəyimin hakimi kimdir,
Ürəyimi belə sınama".
Ürəyinizin hakimi kimdir?
- Mənim ürəyimin hakimi? (fikrə gedir). Elə mən özüməm. Mən özüm özümə hakiməm.
- Bu gün sənətdə baş verən qalmaqallarla necə mübarizə aparmaq olar? Sözsüz ki, nə qədər siz varsınız varlığınızla barışmayanlar da olacaq. Onlara nə demək istəyirsiniz?
- Mən onları barışığa çağırıram. Mənim qəlbimdə heç bir sənət dostuma qarşı kin yoxdur. İnanın, elə vaxtlar olub ki, kiminləsə söz-söhbət yaşamışam. Sonra həmin insanla hansısa məclisdə rastlaşanda ona salam vermişəm. Həmin insansa çox soyuq reaksiya verib. Yenə də unuduram, kin saxlamıram. Mənim qəlbim hər bir sənət yoldaşım üçün açıqdır. Onlar mənim hər dediyim sözü tərsinə başa düşməsinlər.
- Sözsüz ki, bütün zamanlarda bu söz-söhbətlər olub. Olmazmı ki, söz-söhbət səhnə arxasında sakitcə çözülsün?
- Mən də istəyirəm ki, çox şey bizim "mətbəx"də, səhnə arxasında qalsın. Amma hərdən elə şeylər olur ki, onları deməmək mümkün deyil. Mənsə deyənlərdənəm. Çünki deməyəndə əzab çəkirəm. Mən çox nadir hallarda kiminsə atmacalarına cavab verirəm. Cavab verəndə də o insan haqqında az danışıram. Onun dostları, ətrafındakı insanlar arxasınca yüz qat betər sözlər danışırlar. Mənsə onun üzünə deyirəm. Məncə, bunu qəbul etmək daha yaxşıdır.
- Bu söz-söhbətlər mətbuata da çıxır və məsələnin ayırd olunması qəzet səhifələrində, ekranda davam edir. Sizinlə də belə hallar az baş verməyib. Odur ki, jurnalistlərin fəaliyyətindən razısınızmı? Onlarda məsuliyyət hissini necə qiymətləndirərdiniz?
- Əlbəttə, hər kəsdən razı qala bilmərəm və məsuliyyət hissini hər kəsdə görmürəm. Mən təqdimat keçirirəm, jurnalistlər gəlir, qarşıma mikrofonlar düzülür. Mən dediyim sözü hərəsi bir cür, istədiyi kimi və ya yanlış qələmə alır. Minlərlə insan bu qəzetləri oxuyur və sözsüz ki, müxtəlif fikirlər yaranır. Ona görə də mətbuatdan tam razı ola bilmirəm...

Link to comment
Share on other sites

[quote name='Amica' post='3692791' date='Oct 14 2008, 16:37 ']Aygun beyem ilk defe noyabir ayinda sehneye qedem qoyub? :unsure:
Yerleshdirdiyin yaxshi shekildir, xoshuma geldi. Uz cizgileri chox zerif dushub burda.[/quote]
1986 ilden Aygun K. sehnededir amma 18 noyabr 1988 ilde Baki Payizinda Aygun Xanim ilk defe professional sehneye cixib.Yeqin ki ona gore bu tarix qeyd edilib.

Link to comment
Share on other sites

[quote name='KAZIM' post='3697855' date='Oct 15 2008, 23:25 ']Aygun KAZIMova bugun axsam saatlarinda Namiq Qaracuxurlu ile birge Moskvaya yola dusub.Sebebini sorusmayin,cunki ozumde bilmirem :)[/quote]
He.Ona gorede verlishi 2 gun olmayacaq.

Link to comment
Share on other sites

[quote name='KAZIM' post='3697855' date='Oct 15 2008, 22:25 ']Aygun KAZIMova bugun axsam saatlarinda Namiq Qaracuxurlu ile birge Moskvaya yola dusub.Sebebini sorusmayin,cunki ozumde bilmirem :)[/quote]
Deyesen Devlet tedbirli konserte getdiler.
Saq - salamat. :conf_icon.php:
[quote name='TEREZI 83' post='3693620' date='Oct 14 2008, 20:25 ']1986 ilden Aygun K. sehnededir amma 18 noyabr 1988 ilde Baki Payizinda Aygun Xanim ilk defe professional sehneye cixib.Yeqin ki ona gore bu tarix qeyd edilib.[/quote]
Deyirem de. Men de bilirem ki, Aygun 86- dan oxuyur axi. Onun uchun yazmishdim. Ferqi nedir ki, sehne sehnedir, isteyir lap toyxana olsun.


P.S. Kazim men seni gyozleyirem axi, ne olar? :loveyouu:

Link to comment
Share on other sites

[quote name='S & I' post='3698772' date='Oct 16 2008, 01:23 ']He men de baxdim bu konserte. Konsert qurtarandan sonra ise fikirleshdim ki ne eceb ? Ne Aygun oxudu, ne Zulfiyye, ne de ki Brilliant.[/quote]
bu konserte men de baxirdim.mene esas Irada lazim idi oda oxudu.ozu de en cox sevdiyim mahnilarindan birini."neylerem"mahnisini :loveyouu:



[i][b]оффтоп. 10%[/b][/i]

Link to comment
Share on other sites

AyGun dunen qizisdirdi "Cal-cagir"i, Moskvadan geri donen kimi ATV-nin canli efirine qatilan Diva, hetta, zarafatda eledi "coxdandir meni gormursunuz"... Son mahnisini bir daha ifa etdi, hele sonda diger qonaqlardan olan Eli Mireliyevle reqs de etdi![b][/b]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Like
      • 155 replies
    • В Азербайджане введены ограничения на услуги такси - ПОВЫШЕНЫ ЦЕНЫ. Таксисты в отчаянии: они не могут оплатить долги и почему выросло число заявлений жителей в связи с занятостью.
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 15 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Like
      • 22 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Milli
        • Thanks
        • Like
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 40 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
      • 44 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...