Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dialekt sözlər-Dialektizm.


Recommended Posts

Gündəlik istifadə etdiyimiz ədəbi dildən əlavə hər bölgənin,rayonun öz gündəlik işlətdiyi dialekt sözlər var. Bildiklərimizi bölüşək.

 

Bu yaxınlarda soyuqdan söhbət edərkən.Mən "titrəquc" ( tez üşüyən,istisevən mənasında) sözünü işlətdim.Digər qarşılığının "ütük" olduğunu dedilər..

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

3 часа назад, gapgara сказал:

Qarğıdala sözünü "qarğalı" kimi işlədənlər var. "Yumaq" sözü əvəzinə "sürmək" işlədənlər var. Məsələn "Qabları yumaq" - "qabları sürmək"  ) Bu sürmək sözü ancaq qabla bir yerdə işlənir. 

 

Bakı kəndlərində qarğıdalı -peyğəmbəri kimi daha çox işlənir.

Naxçıvan,Zəngilan "məkə " deyir.

 

Bundan əlavə "qarqundey" və "kəbə " sözüdə müxtəlif zonalarda qarğıdalı mənasında işlənir.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 months later...

Bakizmlar:

 

Məmə, MöməAdətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir. 

MasquraBalaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir. 

AbgərdənSulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.

 

BelənçiynəBelə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən “belənçignə”, şimala tərəf getdikcə isə “belənkimic” kimi səsləndirmələrinə də rast gəlinir.

 

Nöş, nöşün“Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb. 

Edited by muzzy555
  • Upvote 4
Link to comment
Share on other sites

Giriftar olmaq, qalmaq - yəni, chixish yolu tapmamaq, "məruz qalmaq" deməkdir.

 

Babat, babət - ortabab, yaxşı

 

Heyvərə - yekəpər oğlan

 

At Balaxanım - yekəpər, uzunboy qız, бой-баба (так же кубизм)

 

Xəbərçi Xədicə - ябеда

 

Çərhöüz - бассейн (так же кубизм)

 

Vələduzna, cüvəllağı - непоседа, егоза

 

Qətfəбольшое полотенце (так же кубизм)

 

Mısmırığ sallamağ - насупиться, помрачнеть

 

Naxoş - больной 

 

 

Qiyməkeş -доска для разделки мяса ручная мясорубка (так же кубизм)

 

Şoğərib - не могу перевести))

 

Mərdimazar - вечно мешающий тип

 

Ağəz = Ay qız

Ədə = Ay gədə

Ağoppa = Ağababa

Atobba = Atababa

Sidqə = Sidqiyyə

Fizzə = Firuzə

Mişoppa - Məşədi Baba

  • Upvote 3
Link to comment
Share on other sites

Qəfədan - çaynik

Mağul - хотя бы, лишь бы, наконец-то

Həşdad - səksən

şomu -ispanaq

şıdırğı - исступленный

Mıxlamaq - пить водку

Bala-bala, Pənco-pənco - помаленьку

Fısqırığ - отличный

  • Upvote 2
Link to comment
Share on other sites

Bunlar isə mən tanımadığım sözlərdir. Qonşu mövzudan götürmüşəm, səhv varsa düzəldin, zəhmət olmasa.

 

Cuvanəzən - примерная женщина

ГОРАПАЛАНАшсузен

Zivə - Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ''zivə'' deyirlər. ''Zivədən paltarları yığ!'' cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.

Külafrəngi - Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.
Əziz-girami - Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.

Немекдан

"Məsi" (araq),

"Pəsməzar" (yas məclisi),

"Xosdərəngi" (dəcəl uşaq)

"Sifahi" - симпатичный(ая)

"Əmiri" - превосходный

"Piyadə" -  наивный

didarsiz - pis günde

"Ruşul" - скраб для тела.

"Gilabi" - глина, используемая в качестве шампуня

Ələngə = ucaboylu qız / qadın

Miyanə = turşaşirin

Məcməyi = поднос

Fənd Fərəc - хитрец

Fağır Bağır - мямля

heyvan uşaq 

qəfəqoran сковородкa

silə - tam dolu olmayan

  • Upvote 2
Link to comment
Share on other sites

16 часов назад, muzzy555 сказал:

Bunlar isə mən tanımadığım sözlərdir. Qonşu mövzudan götürmüşəm, səhv varsa düzəldin, zəhmət olmasa.

Bu sözlərlə mən də tanış deyiləm.

Sonuncu söz, Silə yox, amma Siləmə eşitmişəm.

Bir də, Heyvan sözü )))) Bakılıların dialektində səslənir adətən, amma Heyvan yox, Həyvan (, Həyfan, Heyfan). sözün kökü "Heyf", ərəb mənşəlidir, tərcüməsi "təəssüf". Mənası -durumu təəssüf ediləcək halda olan. Uşağa aid olaraq deyirlər adətən. Bəzən belə uşağa "Tifil" də deyirlər.

Heyvan sözü isə ərəb mənşəlidir. Tərcüməsi - dirilik, həyat . məsələn, Abi-heyvan / Dirilik suyu

  • Upvote 4
Link to comment
Share on other sites

В ‎18‎.‎12‎.‎2016 в 11:42, muzzy555 сказал:

Bakizmlar:

 

 

В ‎18‎.‎12‎.‎2016 в 11:42, muzzy555 сказал:

BelənçiynəBelə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən “belənçignə”, şimala tərəf getdikcə isə “belənkimic” kimi səsləndirmələrinə də rast gəlinir.

 

Nöş, nöşün“Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb. 

Belənçiynə, Nöşün - bunlar dialekt hesab olunmur. Bu qrup sözlərə, ifadələrə Şivə deyirlər. Şivə - Dialektin yerli növüdür, yerli danışma və tələffüz tərzidir.

 

В ‎18‎.‎12‎.‎2016 в 11:42, muzzy555 сказал:


AbgərdənSulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.

 

Ab - su, Gərdan - gəzən, dolaşan. fars mənşəli sözdür. Mənası su daşınan parç, qab. Digər dialeklərdə də istifadə olunur.

 

В ‎18‎.‎12‎.‎2016 в 11:42, muzzy555 сказал:

Bakizmlar:

 

Məmə, MöməAdətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir. 

 

Məmə - dialektdir, Mömə Məmə sözünün şivəsidir. Məmə anaya müraciət formasıdır. Nənəyə müraciət forması bəzi hallarda Anadır, bəzən isə Nənədir. Anaya müraciət forması kimi bəzən Bacı da işlədilir.

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

В ‎18‎.‎12‎.‎2016 в 12:19, muzzy555 сказал:

Ağəz = Ay qız

Ədə = Ay gədə

Ağoppa = Ağababa

Atobba = Atababa

Sidqə = Sidqiyyə

Fizzə = Firuzə

Kiçik dəqiqləşmə : bu sözlər şivədir

 

В ‎18‎.‎12‎.‎2016 в 12:19, muzzy555 сказал:

MişoppaMəşədi Baba

Bu isə dialektdir. Mişoppanın nə Məşədi, nə də Baba ilə əlaqəsi yoxdur. Mişoppanın tarixçəsini mənə babam danışıb. Deyirlər ki, Bakı kəndlərinin birində məhşur bir adam yaşıyırmış. Belə ki, onun qeyri-adi baş-bədəni var imiş. Boyu kiçik, başı isə çox balaca, sifəti sivri, mişovula oxşayırmış. Məzəli şəxsiyyət imiş, deyilənə görə... həm də bir az ağıldan kəm imiş. Kənd camaatı onu Mişoppa çağırırmış.

  • Upvote 4
Link to comment
Share on other sites

Məmə - dialektdir, Mömə Məmə sözünün şivəsidir. Məmə anaya müraciət formasıdır. Nənəyə müraciət forması bəzi hallarda Anadır, bəzən isə Nənədir. Anaya müraciət forması kimi bəzən Bacı da işlədilir.
 
 

Tamamilə düzgün buyurursuz. Xeyli fikirləşdim əlavə edim bu sözləri ya yox. Çox koloritli olduqları üçün əlavə etdim.
Link to comment
Share on other sites

Bu isə dialektdir. Mişoppanın nə Məşədi, nə də Baba ilə əlaqəsi yoxdur. Mişoppanın tarixçəsini mənə babam danışıb. Deyirlər ki, Bakı kəndlərinin birində məhşur bir adam yaşıyırmış. Belə ki, onun qeyri-adi baş-bədəni var imiş. Boyu kiçik, başı isə çox balaca, sifəti sivri, mişovula oxşayırmış. Məzəli şəxsiyyət imiş, deyilənə görə... həm də bir az ağıldan kəm imiş. Kənd camaatı onu Mişoppa çağırırmış.

Mişoppanın Məşədi baba olmasını çox adamdan eşitmişəm, yəqin ki elədir.
Mişovul yemiş deməkdir deyəsən? Mişoppabaş və yemişbaş synonym sözləridi əslində)) Ola bilər ki, həmin Mişoppanın adı da Məşədi baba olub və mişovul sözdən götürülməyib.
Link to comment
Share on other sites

Bu sözlərlə mən də tanış deyiləm.
Sonuncu söz, Silə yox, amma Siləmə eşitmişəm.
Bir də, Heyvan sözü )))) Bakılıların dialektində səslənir adətən, amma Heyvan yox, Həyvan (, Həyfan, Heyfan). sözün kökü "Heyf", ərəb mənşəlidir, tərcüməsi "təəssüf". Mənası -durumu təəssüf ediləcək halda olan. Uşağa aid olaraq deyirlər adətən. Bəzən belə uşağa "Tifil" də deyirlər.
Heyvan sözü isə ərəb mənşəlidir. Tərcüməsi - dirilik, həyat . məsələn, Abi-heyvan / Dirilik suyu

Xeylağ təzə şey öyrəndim) çox sağ olun
  • Upvote 1
Link to comment
Share on other sites

26 минут назад, muzzy555 сказал:

sooxa (sooxaya qalmış)

sümsüq

silösün

manpası 

həvəngdəstə

əndam (əndamı yanmış)

qırışmal

 

Siz bu sözləri hardan götürmüsüz?

sümsüq nədir?

silösün - bu sözü sülöysün kimi bilirdim mən.

manpası  - sirniyyat növüdür, dükanlarda bu adla satılır da. 

həvəngdəstə - bu xüsusi qabdır, ədviyyat əzmək üçün istifadə olunur. 

əndam - boy buxun, qədd qamət mənasında işlədilir.

Link to comment
Share on other sites

Siz bu sözləri hardan götürmüsüz?
sümsüq nədir?
silösün - bu sözü sülöysün kimi bilirdim mən.
manpası  - sirniyyat növüdür, dükanlarda bu adla satılır da. 
həvəngdəstə - bu xüsusi qabdır, ədviyyat əzmək üçün istifadə olunur. 
əndam - boy buxun, qədd qamət mənasında işlədilir.

Бакинский диалект mövzusundan.
Ola bilsin ki, sülöysündur düzgün yazılışı. Bütün sözləri Bakı ləhcəsiylə yazmışam.
Manpası şirniyyat növü deyil, ümumiyyətlə konfetlərə deyilərdi. Fransız sözünün təhrif olmuş variantıdır.
Həvəngdəstəyə gəlincə, yadıma sala bilmədim, amma deyəsən başqa regionlarda onun adı başqadır.
Link to comment
Share on other sites

21 час назад, muzzy555 сказал:


Mişoppanın Məşədi baba olmasını çox adamdan eşitmişəm, yəqin ki elədir.
Mişovul yemiş deməkdir deyəsən? Mişoppabaş və yemişbaş synonym sözləridi əslində)) Ola bilər ki, həmin Mişoppanın adı da Məşədi baba olub və mişovul sözdən götürülməyib.

Elə döyül axı )

Siz məlumatı, qonşu DNOTdakı mövzudan götürmüsüzsə, anlaşılandır... həmin mövzuya baş çəkmişəm, şəxsən mənə elə də maraqlı olmadı, çünki orada kəlan giydirmə bakılı var :smile:

Mişovul çöl heyvanıdır, rus dilində ласка. yemişbaş və mişoppa sinonim sözlər ola bilər, eynimənalıdır çünki - ağıldankəm mənasındadır. Mişoppa Məşədi filan ola bilməzdi, Məşhədə gedib qayıdan hər kəs Məşədi statuslu olmadığı kimi.... adın yaranma tarixçəsi də müəyyəndir, hörmətli Mazzy

  • Upvote 1
Link to comment
Share on other sites

18 часов назад, gapgara сказал:

Siz bu sözləri hardan götürmüsüz?

sümsüq nədir?

silösün - bu sözü sülöysün kimi bilirdim mən.

manpası  - sirniyyat növüdür, dükanlarda bu adla satılır da. 

həvəngdəstə - bu xüsusi qabdır, ədviyyat əzmək üçün istifadə olunur. 

əndam - boy buxun, qədd qamət mənasında işlədilir.

Sümsük sözü "sümürmək" sözündən törəyib. mənası aydındır yəqin ki. acğöz, nəfsli adamlara belə deyirlər.

Silösün Bakı dialekti deyil, konkret deyil. bu ifadə Ucar, Çöycay, Aşdaşda işlədilir. yenə də həminki "Nəfs" sözün köküdür. Bakılılar Silösün deyə bilməz, çünki onların, bizim yəni, gül kimi Nöysün sözümüz var )) yəni nəfsli. Silöysün, sil + nəfsin sözlərinin birləşməsindən yaranıb,tələffüz formasını dəyişib. yəni ki, nəfsi ilə hər şeyi silir, davam gətirə bilmir.

Əndam sözü  istifadə olunur və təkcə Bakı bölgəsində deyil.

 

Üzə, simaya "Qoğala" deyirlər. məzəlidir ))

  • Upvote 2
Link to comment
Share on other sites

19 часов назад, muzzy555 сказал:

sooxa (sooxaya qalmış)

sümsüq

silösün

manpası 

həvəngdəstə

əndam (əndamı yanmış)

qırışmal

 

sooxa )) bu artıq jarqon ifadədir. sinonimi mövcuddur : yuucuya qalsun deyirlər, qarğış anlamındadır. sözün kökü "yumaq"dır. Ölü yuyana yuyucu deyirlər, bildiyiniz kimi... hansısa bir iş alınmayanda, bərbad olanda, əşya sıradan çıxanda, qırılanda, söyürlər :nett: deyirlər, belə yuyucuya qalasan.

22 часа назад, muzzy555 сказал:

Tamamilə düzgün buyurursuz. Xeyli fikirləşdim əlavə edim bu sözləri ya yox. Çox koloritli olduqları üçün əlavə etdim.

həqiqətən koloritli ləhcədir )

Edited by NOIR
Link to comment
Share on other sites

Elə döyül axı )
Siz məlumatı, qonşu DNOTdakı mövzudan götürmüsüzsə, anlaşılandır... həmin mövzuya baş çəkmişəm, şəxsən mənə elə də maraqlı olmadı, çünki orada kəlan giydirmə bakılı var [emoji2]
Mişovul çöl heyvanıdır, rus dilində ласка. yemişbaş və mişoppa sinonim sözlər ola bilər, eynimənalıdır çünki - ağıldankəm mənasındadır. Mişoppa Məşədi filan ola bilməzdi, Məşhədə gedib qayıdan hər kəs Məşədi statuslu olmadığı kimi.... adın yaranma tarixçəsi də müəyyəndir, hörmətli Mazzy

Tək ordan deyil, orda bunu ancaq Abbasov yazmışdı. Belə ətrafdakılardan soruşanda da eyni cavab almışdım.
Məşədi mütləq Məşhədə getmiş anlamına gəlmir, bəlkə babasının adını qoyublar uşağa. Bu adın mişovuldan yaranması bir az inandırıcı gəlmir mənə. Amma təbii ki, mən bunu dəqiq bilmirəm, ona gorə də sizin variantı da alternativ kimi gəbul edirəm.
Amma giydirmə bakılılar haqqında lap dəqiq dediz)))
Link to comment
Share on other sites

Sümsük sözü "sümürmək" sözündən törəyib. mənası aydındır yəqin ki. acğöz, nəfsli adamlara belə deyirlər.
Silösün Bakı dialekti deyil, konkret deyil. bu ifadə Ucar, Çöycay, Aşdaşda işlədilir. yenə də həminki "Nəfs" sözün köküdür. Bakılılar Silösün deyə bilməz, çünki onların, bizim yəni, gül kimi Nöysün sözümüz var )) yəni nəfsli. Silöysün, sil + nəfsin sözlərinin birləşməsindən yaranıb,tələffüz formasını dəyişib. yəni ki, nəfsi ilə hər şeyi silir, davam gətirə bilmir.
Əndam sözü  istifadə olunur və təkcə Bakı bölgəsində deyil.
 
Üzə, simaya "Qoğala" deyirlər. məzəlidir ))

Bakılılar silöysün deyir. Bəlkə başqa regionlarda da var, amma eşitməmişəm.
Əndamla razıyam.
Link to comment
Share on other sites

19 часов назад, muzzy555 сказал:


Tək ordan deyil, orda bunu ancaq Abbasov yazmışdı. Belə ətrafdakılardan soruşanda da eyni cavab almışdım.
Məşədi mütləq Məşhədə getmiş anlamına gəlmir, bəlkə babasının adını qoyublar uşağa. Bu adın mişovuldan yaranması bir az inandırıcı gəlmir mənə. Amma təbii ki, mən bunu dəqiq bilmirəm, ona gorə də sizin variantı da alternativ kimi gəbul edirəm.
Amma giydirmə bakılılar haqqında lap dəqiq dediz)))

Alternativ kimi nəzərdə saxlayın, Muzzy... amma bir şeyə də fikir verin : tutaq ki, Mişoppanın babası Məşədi olub. fiziki qüsurla dunyaya gələn nəvəyə (həm də əqli qüsurlu ola biləcəyi ehtimal olunan uşağa) baba adı qoymaq nəhsdir. O dövrün adamları isə, inanclı olublar. Ad - taledir.

Yeri gəlmişkən, ölən adamın adını yeni doğulan uşağa qoymaq üçün nəsil məsləhət-məşvərət edərdi, qadınlar şəbbə-xeyirə toplaşardı. indi artıq mərhumun adını uşağa qoymaq ritualı - "asan xidmətə" çevrilib ))

Edited by NOIR
Link to comment
Share on other sites

19 часов назад, muzzy555 сказал:


Bakılılar silöysün deyir. Bəlkə başqa regionlarda da var, amma eşitməmişəm.
Əndamla razıyam.

Bakının 32 kəndi var.... açığını deyim ki, bütün kəndlərin dialekti ilə tanış deyiləm, hər birində olmamışam. bizimkilərdənsə eşitməmişəm )

Link to comment
Share on other sites

19 часов назад, muzzy555 сказал:


Yuyucunu ancaq reklamda poroşoka deyəndə eşitmişəm) Bizlərdə yuyucuya mürdəşir deyirlər.
Burada bir sual da yarandı. Jarqonu dialektdən necə fərqləndirmək olar?

Jarqonun izahını Vikimənbə belə verir : JarqonÜmumxalq dilindən spesifik söz və ifadələri ilə fərqlənən, yalnız müəyyən ictimai və peşə qrupuna mənsub adamların öz aralarında danışdığı, başqalarının isə başa düşmədiyi şərti "uydurma" dil. Jarqon fransız sözü olub, ehtimala görə, boşboğazlıq, cəfəngiyat deməkdir.

məncə, dialekdən seçmə jarqon ifadələri qaqaşlara - qədeşlərə mənsub ünsiyyət vərdişlərindəndir. şivə kimi formadəyişməsindən fərqlidir, əlbəttə ki... bir azca elə bil , ağızlarını əyib danışlar.

uşaqlıqda mən kəskin ləhcə ilə danışırdım. məhəllə uşaqlarından öyrədiklərim - leksikonum bərbad idi )) atam həmişə məni ləhcə ilə danışmaqdan çəkindirirdi. o mənada yox ki, "tısbağa qınından çıxdı, sonra qınını bəyənmədi ":nett: sadəcə, təsadüfən gülünc vəziyyətə düşməyimi istəmirdi... ləhcəni hər kəs normal qəbul etmir, bilirsizmi. Yaşlaşdıqca, müxtəlif kolletivlərə, qruplara qatıldıqca, bəzi vərdişlərinin məsələn, sənin üçün görünməz olsa da, ərtafdakılar üçün xoşagəlməz, anlaşılmaz, gülünc ola bilər. bu səbəbdən, mən demək olar ki, ləhcə ilə danışmıram. qohumluqda, özmüzkülərin əhatəsində olanda ilə "qanım danışır" )) keçirəm ləhcəyə.

  • Upvote 5
Link to comment
Share on other sites

Alternativ kimi nəzərdə saxlayın, Muzzy... amma bir şeyə də fikir verin : tutaq ki, Mişoppanın babası Məşədi olub. fiziki qüsurla dunyaya gələn nəvəyə (həm də əqli qüsurlu ola biləcəyi ehtimal olunan uşağa) baba adı qoymaq nəhsdir. O dövrün adamları isə, inanclı olublar. Ad - taledir.
Yeri gəlmişkən, ölən adamın adını yeni doğulan uşağa qoymaq üçün nəsil məsləhət-məşvərət edərdi, qadınlar şəbbə-xeyirə toplaşardı. indi artıq mərhumun adını uşağa qoymaq ritualı - "asan xidmətə" çevrilib ))

Yenə də sizinlə razılaşmayacağam. Uşaq doğulanda onun belə fiziki qüsuru (əqli qüsurdan heç danışmıram) olmasını ayırd eləmək, hətta mütəxəsisçün çətin olur, qaldı ki o vaxtkı insanlar üçün. Mikrosefaliya (ehtimal etmək olar ki, Mişoppada məhz bu pataoloji hal müşahidə olunurdu) özünü sonradan da biruzə verə bilər.Ya da ki, söhbət baş formasının dəyişikliyindən gedirsə, bu hal təbii doğuş zamanı tez-tez rast gəlir. Bunun səbəbi, doğuş yollarının dar, uşaq kəlləsinin isə yumşaq olmasıdır. Qısa bir zaman kəsiyində, kəllə öz formasını alır. Düzdü, çox hallarda, belə doğuş travması gələcəkdə epilepsiyaya gətirib çıxarda bilər. Amma inanıram ki, o zamanlar bu incəlikləri bilsinlər.
  • Upvote 1
Link to comment
Share on other sites

Jarqonun izahını Vikimənbə belə verir : JarqonÜmumxalq dilindən spesifik söz və ifadələri ilə fərqlənən, yalnız müəyyən ictimai və peşə qrupuna mənsub adamların öz aralarında danışdığı, başqalarının isə başa düşmədiyi şərti "uydurma" dil. Jarqon fransız sözü olub, ehtimala görə, boşboğazlıq, cəfəngiyat deməkdir.
məncə, dialekdən seçmə jarqon ifadələri qaqaşlara - qədeşlərə mənsub ünsiyyət vərdişlərindəndir. şivə kimi formadəyişməsindən fərqlidir, əlbəttə ki... bir azca elə bil , ağızlarını əyib danışlar.
uşaqlıqda mən kəskin ləhcə ilə danışırdım. məhəllə uşaqlarından öyrədiklərim - leksikonum bərbad idi )) atam həmişə məni ləhcə ilə danışmaqdan çəkindirirdi. o mənada yox ki, "tısbağa qınından çıxdı, sonra qınını bəyənmədi ":nett: sadəcə, təsadüfən gülünc vəziyyətə düşməyimi istəmirdi... ləhcəni hər kəs normal qəbul etmir, bilirsizmi. Yaşlaşdıqca, müxtəlif kolletivlərə, qruplara qatıldıqca, bəzi vərdişlərinin məsələn, sənin üçün görünməz olsa da, ərtafdakılar üçün xoşagəlməz, anlaşılmaz, gülünc ola bilər. bu səbəbdən, mən demək olar ki, ləhcə ilə danışmıram. qohumluqda, özmüzkülərin əhatəsində olanda ilə "qanım danışır" )) keçirəm ləhcəyə.

Mən jarqonla dialekti fərqin ona götürürəm ki, dialektizmlər sırf hansısa bir və ya birneçə regionlarda istifadə olunursa, jarqon sözləri bütün ərazidə işlənir, amma hansısa ayrı bir sahədə. Misalçun, rus dilindəki kriminal jarqonundaki sözlərə nəzər salsaq görərik ki, bir çox sözlərin etimolgiyası cuud dilindən (ivrit ya idişdən) gəlir. Bunun əsas səbəbi ondadır ki, kriminalın mərkəzi Odessada, cuudların kompakt yaşadığı ərazidə olub, amma sonralıqda bütün kriminal aləmə yayılıb. Təbii ki, burada sərhədlər incədir, sərhədyanı sözlər çoxdur və onların bölgüsünü ancaq dilçilərə həvalə etmək olar. Amma, zənnimcə, "sooxa" sözü ancaq Bakıda işlənirsə, onu daha çox dialektə aid etmək olar, nəinki jarqona.
  • Upvote 2
Link to comment
Share on other sites

9 часов назад, ceylin сказал:

Muzzy,Noir, mövzu sayənizdə daha geniş və faydalı ölçüdə vüsət alıb,yazılarınız maraqlıdır və mən də xeylağ yeni ifadə ilə tanış oldum.) 

Çox sağ olun. Ümid edirəm ki, siz də bildiklərinizi bizimlə bölüşərsiz.

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎26‎.‎12‎.‎2016 в 15:55, ceylin сказал:

Muzzy,Noir, mövzu sayənizdə daha geniş və faydalı ölçüdə vüsət alıb,yazılarınız maraqlıdır və mən də xeylağ yeni ifadə ilə tanış oldum.) 

elə isə, imkan yaradın, biz də yeni ifadələrlə tanış olaq )) yəni qatılın mövuzya, Ceylin.

 

В ‎27‎.‎12‎.‎2016 в 12:25, ceylin сказал:

  Çox istərdim,amma bildiklərim o qədər də deyil ki :(

 

xüsusi biliklər tələb olunmur, Ceylin. biz yarışmırıq, hər hansı öhdəliyi qarşılamırıq, elmi iş müdafiə etmirik ))... sadəcə, user Muzzy ilə fikir mübadiləsi edirik, söhbətləşirik. həmsöhbət olaraq bir-birimizə nəyisə sübut etmək niyyətimiz yoxdur.

 

arxayınca söhbətə qoşula bilərsiz :smile:

  • Upvote 2
Link to comment
Share on other sites

В ‎24‎.‎12‎.‎2016 в 22:33, muzzy555 сказал:


Yenə də sizinlə razılaşmayacağam. Uşaq doğulanda onun belə fiziki qüsuru (əqli qüsurdan heç danışmıram) olmasını ayırd eləmək, hətta mütəxəsisçün çətin olur, qaldı ki o vaxtkı insanlar üçün. Mikrosefaliya (ehtimal etmək olar ki, Mişoppada məhz bu pataoloji hal müşahidə olunurdu) özünü sonradan da biruzə verə bilər.Ya da ki, söhbət baş formasının dəyişikliyindən gedirsə, bu hal təbii doğuş zamanı tez-tez rast gəlir. Bunun səbəbi, doğuş yollarının dar, uşaq kəlləsinin isə yumşaq olmasıdır. Qısa bir zaman kəsiyində, kəllə öz formasını alır. Düzdü, çox hallarda, belə doğuş travması gələcəkdə epilepsiyaya gətirib çıxarda bilər. Amma inanıram ki, o zamanlar bu incəlikləri bilsinlər.

təhlil bacarığınıza söz ola bilməz. fikir ardıcıllığını bəyəndim, razı qaldım.

körpə doğuş kanalından keçərkən  kəlləsinin sümükləri bir-birinin üstünə oturur. sümüyün yumşaq və hissələrin yarımhərəkətli olması bunu təmin edir. sonrakı günlər ərzində, adətən sümüklər aralanır, normal vəziyyətini alır. amma bu cüzi dəyişiklikdir, yenə də forma dəyişikliyidir. Mikrosefaliya patalogiyası mümkün ola bilərdi, ehtimal var.... amma

Həmin dövrün qadınları savadlı mütəxəssislər olmasalar da, müəyyən səriştələri vardı. Həm də unutmuruq ki, hadisə Bakıda baş verib. (yeri gəlmişkən, Mişoppanın doğum tarixini təqribi dəqiqləşdirmək yaxşı olardı. bu ötən əsrdə olub, bildiyim qədər. səhv edə bilərəm, gərək soruşum... ) bəzi qadınlar mamaça çağırırdı, bəziləri ana, nənə, ya digər qadın qohumlarının yardımına müraciət edirdi. qadınların da, müəyyən diaqnostik metodları var idi. bir növ şkala Apqar sisteminə yaxın bir tədqiqat üsulu idi. məsələn, körpə dünyaya gəldikdən sonra bir kəndir götürüb (santimetr əvəzinə) kəllə və döş qəfəsini ölçür, müqayisə edirdilər. hələ o zaman bilirdilər ki, körpənin başının ölçüsü mütləq döş qəfəsi ölçüsündən böyük olmalıdır. əksinə olması, çarəsiz xəstəlikdir... patalogiyadır. Mikrosefaliya patalogiyası həmşinin, baş ölçüsünün (çevrə ölçüsü) döş qəfəsi ölçüsü ilə müqayisədə, anadangəlmə kiçik olması ilə şərtlənir.

o anadangəlmə qüsurlu doğulub, bunu görüb görməməzliyə vurmaq, həm də üstəlik baba adı, müqəddəs ad qoymaq....(?) ağılasığmazdır., yenə istisna deyil. həyatda hər şey olur

 

P.S. bu gecə Mişoppa yuxuma girməsə yaxşıdır )

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

В 28.12.2016 в 20:17, NOIR сказал:

elə isə, imkan yaradın, biz də yeni ifadələrlə tanış olaq )) yəni qatılın mövuzya, Ceylin.

 

xüsusi biliklər tələb olunmur, Ceylin. biz yarışmırıq, hər hansı öhdəliyi qarşılamırıq, elmi iş müdafiə etmirik ))... sadəcə, user Muzzy ilə fikir mübadiləsi edirik, söhbətləşirik. həmsöhbət olaraq bir-birimizə nəyisə sübut etmək niyyətimiz yoxdur.

 

arxayınca söhbətə qoşula bilərsiz :smile:

      Söhbətə qoşulum,etirazim yox,amma arxivim sizinki qədər zəngin deyil axı,nə yazım?)) Başıma gələn bir hadisəni yazım:

Yayda istirahət üçün bir neçə günlük Göygöl ərazisindəki Çaykənddə idik,tam təsadüfən heç ehtiyac varmış kimi  4-5 vedrə moruq göndərildi,mürəbbə üçün lazım olanların siyahısını yazıb verdim alsınlar ki,bu qədər meyvə israf olmasın.Sürücü ləvazimatları verib getdikdən sonra görürəm ki istədiyim süzgəc-əksərən bilinən aşsüzən- yoxdur,onun əvəzinə diametri 10-15 sm olan süzgəc alınıb,əlbəttə ki bununla o qədər meyvəni yuyub-təmizləyə bilməzdim :( sonralar məlum oldu ki, bu səhvin səbəbi aşsüzənin yerli dialektə görə duşbalan  olması imiş.:wow1:)

 

Dialekt və ləhcələr maraqlıdır, danışıq tərzinə diqqət edən biri olaraq hər zaman mənim də maraq dairəmdədir,bölgələr üzrə də yeni-yeni ayırd etməyə başlamışam.)

 

В 28.12.2016 в 21:01, NOIR сказал:

həzər

huydu

birovuz

şəbədə ))

gəllah

 

 

 

Bəs bu dialektoloji lüğətin izahı?)

  • Upvote 2
Link to comment
Share on other sites

2 часа назад, ceylin сказал:

      Söhbətə qoşulum,etirazim yox,amma arxivim sizinki qədər zəngin deyil axı,nə yazım?)) Başıma gələn bir hadisəni yazım:

Yayda istirahət üçün bir neçə günlük Göygöl ərazisindəki Çaykənddə idik,tam təsadüfən heç ehtiyac varmış kimi  4-5 vedrə moruq göndərildi,mürəbbə üçün lazım olanların siyahısını yazıb verdim alsınlar ki,bu qədər meyvə israf olmasın.Sürücü ləvazimatları verib getdikdən sonra görürəm ki istədiyim süzgəc-əksərən bilinən aşsüzən- yoxdur,onun əvəzinə diametri 10-15 sm olan süzgəc alınıb,əlbəttə ki bununla o qədər meyvəni yuyub-təmizləyə bilməzdim :( sonralar məlum oldu ki, bu səhvin səbəbi aşsüzənin yerli dialektə görə duşbalan  olması imiş.:wow1:)

Duşbalan ?    Əla ! ))

Süzgəcə Əskərən qoşmusuz ? mənası nədir, zəhmət olmasa... bəlkə Karastı deməkdir. Bizim dialektdə belə bir söz var, həm də arxaizmdir. Mənası - əl altında olan, həmişə karına gələ bilən ev əşyası, deməkdir.

 

Link to comment
Share on other sites

21 час назад, NOIR сказал:

Duşbalan ?    Əla ! ))

Süzgəcə Əskərən qoşmusuz ? mənası nədir, zəhmət olmasa... bəlkə Karastı deməkdir. Bizim dialektdə belə bir söz var, həm də arxaizmdir. Mənası - əl altında olan, həmişə karına gələ bilən ev əşyası, deməkdir.

 

:smile: bəli ) Mən də eşidəndə təəccüblənmişdim,düzgün anladığımdan əmin olmaq üçün təkrar soruşmuşdum.)

 

Əksərən bilinən- yəni əksəriyyətin bildiyi mənasında yazmışdım.)Bir hərf dəyişikliyi hətta yeni mənalar ifadə edib:wow1:

Link to comment
Share on other sites

5 часов назад, ceylin сказал:

:smile: bəli ) Mən də eşidəndə təəccüblənmişdim,düzgün anladığımdan əmin olmaq üçün təkrar soruşmuşdum.)

 

Əksərən bilinən- yəni əksəriyyətin bildiyi mənasında yazmışdım.)Bir hərf dəyişikliyi hətta yeni mənalar ifadə edib:wow1:

Bax, belə də olur... səhvən və təsadüfdən, yeni söz kəşf olunur. Sonra da , dilçi alimlər toplaşıb sözün kökünü, mənasını, mənbəyini araşdırmağa çalışırlar :tongue:

Ək- sə-rən

В ‎28‎.‎12‎.‎2016 в 21:01, NOIR сказал:

həzər

huydu

birovuz

şəbədə ))

gəllah

 

 

 

Həzər - uzaq ( məsələn , "filankəsdən həzər" yəni, uzaq olsan yaxşıdır)

Huydu - səliqəsiz, pinti (geyim tərzinə görə qınaqdır)

Birovuz - özgə geyimi geyinmək (bəzək əşyasını, yaxud geyimi "prokat" götürmək) ))

Şəbədə (eləmək) - qiybət, arxasınca danışmaq

Gəllah - avaraçılıq (avara, boş-bekar gəzib dolaşmaq)

 

Gəllah- həm də arxaizmdir. Digər zonalarda və başqa mənada da işlənir.

  • Upvote 3
Link to comment
Share on other sites

  • 3 months later...
  • 2 weeks later...
В 4/20/2017 в 00:15, Mirik07 сказал:

Bu tema niyə ölüb...?

 

В 4/20/2017 в 09:58, muzzy555 сказал:

2-3 nəfərdən başqa maraq göstərən yoxdur, ona görə.

 

Bu mövzu ölməzdir - çünki bir xalqı məhv etmək üçün onun dilini unutdurmaq yetər !

 

Amma mövzuya da yanaşmada  NİOR kimi qeyrət göstərə bilsək daha maraqlı olar.

Bunun üçün klassik ədəbiyyatımıza, tarıxımızə və mədəni irsimizə istinad etsək dəlillərimiz daha tutarlı olar.

Yeri gəlmişkən hamı tərəfdən həmişə birmənalı qarşılanmayan QEYRƏT sözünün mövcud mənalarını Azərbaycan dilinin izahlı lüğəti kitabından olduğu kimi köçürürəm:

 

QEYRƏT is. [ər.] 1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Vətən qeyrəti. – Gəl, ana yurdumun qızı, gəlini! İndi hünər vaxtı, qeyrət dəmidir. S.Vurğun. [Cabbar:] Qeyrət! Varlı balasında qeyrət olmaz, pul olar, sərvət olar, qeyrət, namus olmaz. B.Talıblı. _ Qeyrətinə toxunmaq – heysiyyətinə toxunmaq, təhqir etmək. Əslinə baxsan, bu gerilik şəxsən onun [Cəmilin] qeyrətinə də toxunurdu. M.Hüseyn.

 

2. Fövqəladə səy, cəhd; çalışma. Bu işi görmək üçün qeyrət lazımdır. – Başa gəlir elədiyin niyyətlər; Gər saf ilə doğru qeyrət eylərsən. M.V.Vidadi. Çünki bilir: rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.

 

3. Səbir, dözüm, mətanət; bir bəla və fəlakət qarşısında mərdcəsinə durma.

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 639 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...