Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Yaxşı və pis nisbidirmi?


Recommended Posts

47 минут назад, Kenul2012 сказал:

 

Hansı aktual məsələlər.Siz deyin biz də edək.

 

Məsələn hər şeyin nisbi olub olmaması. Deyirlər ki yaxşı və pis deyilən şey yoxdu. Sənin üçün pisdisə başqası üçün yaxşıdı. İndi bu təbliğ olunur. Məncə müzakirə olunmalı mövzudu.

Edited by Kenul2012
  • Upvote 2
Link to comment
Share on other sites

19 минут назад, aqilyunus сказал:

 

Məsələn hər şeyin nisbi olub olmaması. Deyirlər ki yaxşı və pis deyilən şey yoxdu. Sənin üçün pisdisə başqası üçün yaxşıdı. İndi bu təbliğ olunur. Məncə müzakirə olunmalı mövzudu.

 

Mövzuya belə bir başlıq seçdim) Dəyişmək lazım olarsa şm bildirərsiniz.Sabah bu mövzu ətrafında müzakirə aparaq.

Link to comment
Share on other sites

Только что, aqilyunus сказал:


 

Bu anlayışları cümlədə yerinə uyğun işlətmək lazımdır yoxsa bu məsələdə eyni mənanı ifadə edir.

Səhvimi düzəldin...Bir cümlə ilə bu anlayışların dördünüdə(pis,yaxşı,doğru,yanlış) bir yerdə işlədin və hərəsinində öz təyinatı bilinsin...
 

  • Upvote 1
Link to comment
Share on other sites

1 minute ago, Vuqar Rehimov said:

Səhvimi düzəldin...Bir cümlə ilə bu anlayışların dördünüdə(pis,yaxşı,doğru,yanlış) bir yerdə işlədin və hərəsinində öz təyinatı bilinsin...
 

 

Niyə əsəbləşdiz?

 

Bu mövzuda bir yaxşı əməlin doğru olması mütləqdir. Pis bir işində yalnış olması. 

 

Məsələn zina etmək. Kimsə bu işdə problem görmürsə, kimsə deyirsə burda nə var ki bu o demək deyil ki bu iş yaxşıda ola bilər pisdə. Konkret olaraq müəyyən edilməlidir ki yalnış əməldir yoxsa doğru. Sənə görə mənə görə deməknən cəmiyyət bu vəziyyətdədir. Ona görədə yaxşı və pis mütləq olaraq ayrılmalıdır. Yaxşı və pis nisbi deyil. Kiminsə məsələyə necə yanaşması əməlin mahiyyətinə təsir etməməlidir.

  • Upvote 1
Link to comment
Share on other sites

Только что, aqilyunus сказал:


 

Niyə əsəbləşdiz?


 

Bu mövzuda bir yaxşı əməlin doğru olması mütləqdir. Pis bir işində yalnış olması.


 

Məsələn zina etmək. Kimsə bu işdə problem görmürsə, kimsə deyirsə burda nə var ki bu o demək deyil ki bu iş yaxşıda ola bilər pisdə. Konkret olaraq müəyyən edilməlidir ki yalnış əməldir yoxsa doğru. Sənə görə mənə görə deməknən cəmiyyət bu vəziyyətdədir. Ona görədə yaxşı və pis mütləq olaraq ayrılmalıdır. Yaxşı və pis nisbi deyil. Kiminsə məsələyə necə yanaşması əməlin mahiyyətinə təsir etməməlidir.

Əsəbləşmirəm...)

Adi halda hər bir kəs nəyin yaxşı və nəyin pis olduğunu asanlıqla deyə bilər. Amma həyatda elə situasiyalar olur ki, biz seçim qarşısında yaxşı olaqnı  yox doğru olanı seçirik.Və bu dogru pisdə ola bilər.
 

  • Upvote 3
Link to comment
Share on other sites

11 час назад, aqilyunus сказал:

 

Məsələn qız uşağına təcavüz etmək hansı bucaqdan baxanda nisbi olur?

Təvavüz heç bir halda yaxşı sayıla bilməz, eləcə də nisbi ola bilməz.

Edited by gapgara
  • Upvote 1
Link to comment
Share on other sites

Kriminal hadisənin mövzuya nə dəxli var. Belə davranışları (təcavüz və s) hüquq sistemi tənzimləyir.Cəza mexanizmi ilə.

Əgər manyakların, psixopatların, cinayətkarların  yaxşı və pis haqqında fikrinidə nəzərə alırıqsa  onda onlarda desələrki özümüzü heyvan kimi aparmaq yaxşıdır.Onda nəticədə yaxşı yenədə oldu nisbi.

Quzuların mələməsi filmində manyak qızların dərisini soyub öldürür amma itini və kəpənəkləri əzizləyərək bəsləyir.

 

  • Upvote 4
Link to comment
Share on other sites

4 часа назад, Vuqar Rehimov сказал:

Kriminal hadisənin mövzuya nə dəxli var. Belə davranışları (təcavüz və s) hüquq sistemi tənzimləyir.Cəza mexanizmi ilə.

Əgər manyakların, psixopatların, cinayətkarların  yaxşı və pis haqqında fikrinidə nəzərə alırıqsa  onda onlarda desələrki özümüzü heyvan kimi aparmaq yaxşıdır.Onda nəticədə yaxşı yenədə oldu nisbi.

Quzuların mələməsi filmində manyak qızların dərisini soyub öldürür amma itini və kəpənəkləri əzizləyərək bəsləyir.

 

Sağ ol, qardaş misalı düz gətirmədi.

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Hörmətli Vüqar və qapqara qardaş, hər şeyin nisbi olduğunu düşünən adamlar üçün və qapqara yoldaşımızın yazdığından sonra mənim elə sual verməyin lap yerində oldu. Nisbilik məsələsində kriminal hadisələrə əsaslanmıram sadəcə olaraq hər şeyin nisbi olmadığını sübut etmək üçün misal çəkdim. Əvvəldədə mövzuya aid fikrimi konkret qeyd etmişəm imkan olsa oxuyun. 

Link to comment
Share on other sites

On 11.09.2016 at 0:38 PM, Vuqar Rehimov said:

.Və bu dogru pisdə ola bilər.

      Hamınıza Salamlar Olsun!

      Vüqar bəy, Əgər "bu doğru "pis" də ola bilər"sə, deməli, "pis" anlayışı mütləqdir. Ona "doğru" və ya "yanlış" donu geyindirməyimizə baxmayaraq..

      Mən düşünürəm ki, Yaxşı və Pis - mütləqdir. "Yaxşı" "Pis"dən azdır. "Yaxşı" - bir normativlər toplusudur ki, proqram kimi insanlara yüklənib (hamıda eyni məzmunda). Bu normativlərə zidd olan nə varsa, hamısı pisdir.

      Bu eyniliyi İnsan icad etməyib. İnsan ən yaxşı halda, bunu kəşf edə bilər.

      "Yaxşı"ların bir-birindən üstünlük dərəcələri var. Ən çətin olanı da, daha yaxşı olanı görmək və seçməkdir. Daha yaxşı olanı görməyəndə, yəni şəraiti tam qiymətləndirməyəndə, kiçik olan yaxşını etməklə, daha yaxşının ziddinə getmiş ola bilərik.

      Bir sözlə, fikrim budur ki, "yaxşı" və "pis" ümumilikdə mütləqdirlər. Amma ""yaxşılar" öz aralarında və "pislər" də öz aralarında nisbidirlər. Yəni, bir yaxşı digər yaxşıdan daha üstündür. Daha üstün yaxşıya zidd olan əməl - daha böyük pislikdir.

     

     

  • Upvote 5
Link to comment
Share on other sites

В Tuesday, September 13, 2016 в 10:16, aqilyunus сказал:

Hörmətli Vüqar və qapqara qardaş, hər şeyin nisbi olduğunu düşünən adamlar üçün və qapqara yoldaşımızın yazdığından sonra mənim elə sual verməyin lap yerində oldu. Nisbilik məsələsində kriminal hadisələrə əsaslanmıram sadəcə olaraq hər şeyin nisbi olmadığını sübut etmək üçün misal çəkdim. Əvvəldədə mövzuya aid fikrimi konkret qeyd etmişəm imkan olsa oxuyun. 

Subut etmək üçün kriminaldan misal çəkdiniz. İndi hansısa kriminalist deyə bilər ki, qıza təcavüz etmək mənim üçün yaxşıdır.Görürsüz nisbiliyi?

  • Upvote 2
Link to comment
Share on other sites

Sultanatın dediyini  misalla izah etməyə çalışacam.

Müsəlman üçün donuz əti yemək haramdır.

Donuz əti yemək pisdir.Yeməmək yaxşı.

Tutaqki müsəlman elə bir vəziyyətə düşüb ki, bir neçə müddət qida yalnız donuz ətidir.Əgər yeməsə acından öləcək.Müsəlman donuz əti ilə qidalanır və sağ qalır.

Burada vəziyyəti təhlil edək.

Müsəlman seçim qarşısında qaldı.

Şərtlər isə bunlardır.

Donuz əti yemək pisdir.

Donuz əti yeməmək yaxşıdır.

Acından ölmək pisdir.

Acından ölməmək sağ qalmaq yaxşıdır.

Müsəlman iki yaxşını müqayisə edir.Donuz əti yeməmək yaxşıdır.Acından ölməmək sağ qalmaq yaxşıdır.Tərəzinin gözündə ikinci yaxşı daha ağır gəlir.Müsəlman doğru seçim edib sağ qalır.

O biri variantı unutdum onuda yazım.

Müsəlman bu vəziyyətdə seçim edəndə iki pisdən birini seçmiş olur.Donuz əti yemək pisdir.Acından ölmək pisdir.Tərəzinin gözündə (məntiq tərəzisi) acından ölmək daha ağır gəıir.Müsəlman doğru seçim edərək birinci variantı daha yüngül pisi seçir.

Bu situasiyada pis sayılan əməl təyinatını dəyişərək yaxşı oldu.

Situasiya sona çatdıqdan sonra pis əməl əvvəlki təyinatına qayıdır.

Buna deyirlər  istisnalar qaydaları pozmaz.

Çox çürükçülük etdim deyəsən.)

  • Upvote 3
Link to comment
Share on other sites

On Tuesday, September 13, 2016 at 10:48 AM, Vuqar Rehimov said:

Subut etmək üçün kriminaldan misal çəkdiniz. İndi hansısa kriminalist deyə bilər ki, qıza təcavüz etmək mənim üçün yaxşıdır.Görürsüz nisbiliyi?

 

Məndə bunu izah edirəm ki kiməsə görə yaxşıdısa bu nisbi demək deyil. 

Link to comment
Share on other sites

6 часов назад, aqilyunus сказал:

 

Buna görədə hər şeyə nisbi deyənlər düz danışmır.

Düz danışırlar ya düz danışmırlar, mən yenə də öz fikrimdə qalıram. Mənə görə nisbidir. Kim ki hər şeyə mütləq baxır öz işidir. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır.

  • Upvote 2
Link to comment
Share on other sites

mövzuda gərginlik var bir  qədər... )

"nisbidir" anlamında, çox zaman belə başa düşülür : yəni ki, həmin "nisbi"      vəziyyətə, şəraitə, zamana müvafiq olaraq dəyişəndir (ötəridir, keçəndir). bu münasibət faktorudur.

döyənək eləməyinə dəyməz, məncə.

Bütün dünya ya Yaxşı ya Pisdən ibarət deyil ki... Neytral da var ))

  • Upvote 2
Link to comment
Share on other sites

On 13.09.2016 at 8:42 PM, azda said:

Men de ele onu fikirleshmishdim , tecavuz eden tecavuzu pis bilseydi tecavuz etmezdi , demekki ona gore yaxshiidi . 

      "Təcavüz" sözü - heç cür yaxşılıq mənasında səslənmir.

      "Yaxşı" və "Pis"in nisbi və ya mütləq olduğu araşdırılırsa, bu hansısa fərdlərin (manyakların, sadistlərin, şiziklərin, nevrotiklərin və s.) baxışlarına əsasən deyil, kütlənin ümumi baxışı əsasında araşdırıla bilər.  Kütlə dedikdə isə, sadəcə insan, nəsil, tayfa deyil, ümumən, arzu etdiyimiz İNSANlar İCMASI baxımından yanaşılmalıdır. O zaman müzakirənin sonunda aydın olar ki, bəs biz özümüz kimik...

     

  • Upvote 2
Link to comment
Share on other sites

11 час назад, sultanat сказал:

      "Təcavüz" sözü - heç cür yaxşılıq mənasında səslənmir.

      "Yaxşı" və "Pis"in nisbi və ya mütləq olduğu araşdırılırsa, bu hansısa fərdlərin (manyakların, sadistlərin, şiziklərin, nevrotiklərin və s.) baxışlarına əsasən deyil, kütlənin ümumi baxışı əsasında araşdırıla bilər.  Kütlə dedikdə isə, sadəcə insan, nəsil, tayfa deyil, ümumən, arzu etdiyimiz İNSANlar İCMASI baxımından yanaşılmalıdır. O zaman müzakirənin sonunda aydın olar ki, bəs biz özümüz kimik...

     

 

Demeli neyinse yaxshi , duzgun olduguna durust insanlar qerar verir ? Amma o da anlayish deyil davranishdi . pis insan ya yaxshi insan ne ferqi ? Bu qeder savashlar , mubahiseler her shey nisbi seyler ugrundadi onsuz da . Nisbi anlayisi eslinde insana gore  deyismesidi . Burda yaxsi insan pis insandan sohbet getmir , cunki ancaq yaxshi insanlarin dedikleri davranishlari nezere alinsaydi nisbi anlayishi olmayacaqdi , ancaq pis ve yaxshi anlayishi olacaqdi . Hal hazirda sizin de yazdiginiz nisbidi . cunki tecavuzun izahi ile razilashmiram , yeni elece de mene gore nisbidi . Tek tecavuz yox , edami , cezani da misal cekmek olar , bu o cumleden zamana da bir basha elaqesi var . Meselen ,  40 - 50 il evvel bir olkenin torpagina hucum edilir onu oz olkesinin serhedleri icerisine qatmaq olduqca normal gorunse de zaman icerisinde yashanan inkishaflar bu hereketin sehv oldugunu gosterir . 

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

On 16.09.2016 at 1:20 AM, azda said:

Demeli neyinse yaxshi , duzgun olduguna durust insanlar qerar verir ? Amma o da anlayish deyil davranishdi . pis insan ya yaxshi insan ne ferqi ?

     Yaxşı və Pis haqqında artıq qərar verilib. Dürüst insanlar bunun fərqinə varırlar. Nadürüstlər, yəni dürüst olmayanlar, yaxşını hər zaman qiymətdən salmağa, ucuzlaşdırmağa çalışırlar. Cəmiyyət isə bu iki tip fərdin arasında qeyri-proporsional bölünüb. Odur ki, yeni formalaşan nəsil çoxluğun fikrinə əsasən davranışını formalaşdırmalı olur. 

    "İncil"də deyilir. "Zaman keçdikcə, pislik artacaq. Zira baxın ki, bu sizin əlinizlə olmasın."

    Yaxşı və Pis hər bir şey haqqında deyilə bilər. Davranışdan başqa bütün sahələrdə yaxşı və pis ötəri, müvəqqəti və ani xarakter daşıyır. Yəni yaxşı yemək, pis yemək, yaxşı hava, pis hava, yaxşı köynək, pis köynək və s..

    

On 16.09.2016 at 1:20 AM, azda said:

Tek tecavuz yox , edami , cezani da misal cekmek olar , bu o cumleden zamana da bir basha elaqesi var . Meselen ,  40 - 50 il evvel bir olkenin torpagina hucum edilir onu oz olkesinin serhedleri icerisine qatmaq olduqca normal gorunse de zaman icerisinde yashanan inkishaflar bu hereketin sehv oldugunu gosterir . 

      Əks cinsə təcavüz "yaxşı" olarsa, o barədə "ağuşuna aldı" deyərdilər, torpağa təcavüz "yaxşı olardısa, o barədə "təşrif buyurdular" deyilərdi. Əgər bir hərəkət barədə "təcavüz" deyilirsə, bu tərəflərdən birinin istəyinə zidd olan deyil, ümumbəşəri anlayışlara və davranışlara zidd olan bir hərəkət mənasında deyilir. "Hücum" isə tamamilə başqa məfhumdur.

      "Edam" və "cəza" anlayışları isə birbaşa haqq və hüquqla bağlı olduğundan, əgər haqq və hüquq daxilində olarsa, pis sayıla bilməz. Bir şərtlə ki, "haqq" və "hüquq" - ümumbəşəri olsun.

  • Upvote 1
Link to comment
Share on other sites

On 23.09.2016 at 2:19 AM, Blackkk said:

Eslinde her kesi ve ya her emeli "yaxshi" ve "pis" olaraq ayirmaq heyati ag-qara gormekdir.

    Düzdür. Belə ki, "yaxşı" və "pis"i ayırmamaq - ümumiyyətlə kor olmaq, hər şeyi yalnız qara görməkdir, və ya ağ.. Heç biri yaxşı hal deyil. Biri qapalılıqdan, pessimistlikdən, digəri isə dəlilikdən qaynaqlanır.

   Amma insanın yaxşı və pis olması - əslində onun əməllərinin yaxşı və ya pis olmasından asılıdır. Cəmiyyətin bu insana "yaxşı" və ya "pis" deməsi - cəmiyyətin baxışlarında həmin "yaxşı" və "pis"in hansı proporsiyada olduğundan, daha doğrusu, cəmiyyətin nə dərəcədə korlandığından və korlanmadığından asılıdır.

    Ən düzgün qiyməti isə insana Kainat, Təbiət, Allah və ya, ola bilər daha başqa adla adlandırdığımız həmin o "Vısşiy Razum" verir. 

Edited by sultanat
Link to comment
Share on other sites

  • 2 weeks later...

Tam pis ve yaxshi  yoxdur,nisbi anlayishlardir.Amma bezi amiller var ki, konkret pisdir ve hec bir yaxshi terefine haqq qazandirmaq olmaz.Umumilikde ise deyerdim ki, Allahin qadagan etdiyi her shey mence pisdir.Buna bashqa adla Xeyir və Sher  də deyirlər.Həyat  elə bunlar üzərində qurulub.Eger bunlardan biri olmasa heyat da oz menasini itirer ve tarazliq pozular.Yaxshi donub pisde ola biler ,ve yaxud eksine pisde donub yaxshi ola biler.Amma bezi dushunceler yazilmaz..sadece dushunulur....Mence  bacardigimiz qeder yaxsi olmaga chalushmaliyiq,cunki bu dunyadan bize qalan o olacaq.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 weeks later...

Mənim fikrimcə yaxşı-pis anlayışında nisbilik axtarmaq səhv yanaşmadır. Necə ki, gecə və gündüz, güclü zəif, təsir əks təsir. Bu anlayışlar eynidir,mənbəyi cox dərindir, bizim müşahidə etdiyimiz reallığı təşkil edən və tənizmləyən məqamdır.

 

Dünyada gördüyünüz kimi, əksliklərin mübarizəsi atom səviyyəsində də öz alqoritmikliyini qoruyub saxlayır. Hətta tanrı anlayışı belə əkslik olmadan mövcud ola bilmir.

Kainatın nizamlı davranmasının, bütün maddələrin və anlayışların əsasını təşkil edir. 

 

Edited by plotophyte
  • Upvote 2
Link to comment
Share on other sites

  • 2 weeks later...

Yagsi ve pis tebii ki nisbidir. Xeyir ve sherde movcud deyirler - her shey diskursdan(Discourse - mətn, yargı, Süper Phrasal birlik). Turkce ve Azerice olmadiqina gore Mishel Fuko(Diskurs teminin yaradicisi) haqda megaleden rusca stat:
_
"Дискурс

У Фуко дискурс — это и то, что создано из совокупностей знаков, и совокупность актов формулировки, ряд предложений или суждений. Дискурс создан совокупностью последовательностей знаков, представляющих собой высказывание; дискурс — это совокупность высказываний, которые подчиняются одной и той же системе формирования. Эти высказывания зависят от одной и той же дискурсивной формации.

Дискурсивная формация, в свою очередь, является принципом рассеивания и размещения высказываний.

Дискурс создан ограниченным числом высказываний. Он историчен. Его можно назвать фрагментом истории, её единством и прерывностью. "
_
Yani harda nece niyeden asli olarag sher - xeyir olur, xeyir ise sher + baxir hansi deyeri nezeri noqteden baxsaq. Hemmise eks deyer sistemi tapmag olar.
Usaqi oldurmek pisdir? Umumiyyetle oldurmek pisdir? amma biz muharibede oldururuk.. biz yeyirik heyvanlari.. Deyecemsiniz ki yemeyek bes ne edek? duzdu. Sizin terefden yagsi olan, o olen heyvan uchun sherdi. 
Umumiyyetle universal bir shey yoxdur

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 17 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
        • Facepalm
        • Haha
      • 41 replies
    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
        • Upvote
        • Haha
      • 29 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Upvote
        • Haha
        • Like
      • 24 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
      • 8 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 236 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...