Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”


Recommended Posts

 
 

Astrofizik Cəfər Quluzadə: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”Astrofizik Cəfər Quluzadə: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə ilə müsahibəni təqdim edirik.

 

 

- Elm ilk anı araşdırmağa çalışır. Din adamları isə ən yaxşı halda sadəyə qaçaraq, ilk təkanın ali bir şüur – Allah tərəfindən olduğunu deyir. Elə dinlər də ilk təkanın uca bir varlığın iradəsi ilə baş verdiyini vurğulayır. Siz də belə düşünürsünüz? 

 - Açığını deyim ki, idealist deyiləm, materialistəm. Düzdür, müəyyən şeylərə riayət edirik, bu, ata-babamızdan qalan mirasdır. Ancaq təbiət etibarı ilə materialistəm. Dünyanı idarə edən qüvvə ümumdünya cazibə qüvvəsidir. Bununla çox şeyi izah etmək olar. Fərz edək ki, dinlərin dediyi kimi kainatı Allah yaradıb. O zaman sual olunur: bəs Allahı kim yaradıb? İlkin təkan məsələsinə görə haqlı olaraq bu sual yaranır. Bütün hər şey, o cümlədən kainat da təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur.  

- Baş verənlərin, yaradılışların arxasında ali bir şüurun durmadığını iddia edirsiniz. Yaxşı,  bəs bu gün də kainatda nələrsə öz-özünə yaranırmı?

 Bəli. Ulduzlar, planetlər bu gün də yaranır. Hamısı təbii proseslərdir. Onlar da insan kimi yaranır, qocalır və ölür. Bircə fərq ondan ibarətdir ki, ulduzların yaşı milyon, milyard ildir. Bəzən sual edirlər ki, ulduzun yaranma prosesini niyə görmürük? Halbuki, bu çox böyük zamandır. Söhbət milyard illərdən gedir. Biz milyon illərdir mövcud olan ulduzlara cavan ulduzlar deyirik. Onu spektrinə görə təyin edirlər. Ulduz üst qatını, kütləsini kainata səpələyəndə deyirlər ki, yeni ulduzlar yaranır. Ancaq həmin göy cisimlərinin milyard yaşı var. 

- Kainatda hər hansı genişmiqyaslı kataklizmlər gözlənilirmi? 

Günəş sistemi çox dinamikdir. Hər bir planetin öz yolu var. Ümumi qanunlarla o yolla gedirlər. Hamısının yolu, sürəti, periodu məlumdur. Buna baxmayaraq kataklizmlər gözlənilir. Bu, mütləq olacaq. Günəş üst qabığını atsa, yəni partlasa, Yer bir neçə saniyə ərzində əriyər və Yox olar. Belə hadisə gözlənilə bilər. Digər tərəfdən Günəşin özünün yaşı məhduddur. Təxmini hesablamalara görə Günəş 10 üstü 11 il də yaşaya bilər. Dəqiq bilinir ki, Günəş əbədi deyil. Günəş şüalandıra-şüalandıra axırda yox olacaq. Günəşin şüalanması kəskin azalsa, Yerdə 7-8 metr qalınlığında buz təbəqəsi əmələ gələcək. Amma bu hadisələrin nə zaman olacağını deyə bilmərik. 

- Albert Eynşteyn cazibə qüvvəsi deyilən bir şeyin əslində, kainat-zamanda bükülmələr olduğunu bildirirdi. İndi hansı doğrudur? Cazibə qüvvəsi, yoxsa əyilmə-bükülmələr? 

- Nyutonun qanunları çox mükəmməldir. Elm aləmində, xüsusilə fizikada Nyuton zirvəsinə çatan ikinci bir alim olmayıb. Eynşteyn sadəcə olaraq Nyutonun dediklərinə düzəlişlər verib. Eynşteyn Nyutonun qravitasiya qanununu təkmilləşdirib. Nyuton hər şeyin təməlini qoyub. Onun həyatı da maraqlıdır. Təsəvvür edin, 85 il yaşayıb, amma evlənməyib.  

Heç kimlə mübahisə və müzakirə etməyib. Tək oturub, gecə-gündüz işləyib. Ümumdünya cazibə qanunu çox mükəmməldir. Cazibə istənilən 2 cisim arasında baş verir. 
 

- Neçə yaşınız var?  

- 80. 

- Adətən insanlar yaşa dolanda dinə gəlirlər. Sizdə niyə belə olmayıb, maraqlıdır? 

- Mən yaşlansam da, dinə meyllənməmişəm. Mən kiçik yaşlarımda dini elmlərdən xəbərim olmayanda çox şeyə inanırdım. Amma onları öyrəndikcə, dinə olan inamım azaldı. 

Astrofizik Cəfər Quluzadə: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

 - Quranı da oxumusunuz?  

- Bəli. Mən peyğəmbərlərin çoxu haqqında məlumatlıyam. 124 min peyğəmbərdən 5 vacib peyğəmbər olub. Onların hamısı haqqında oxumuşam. Bu gün çox din xadimi elə bilir ki, birinci Adəm peyğəmbər olub. Xeyr. 5 vacib peyğəmbər bunlardır: Nuh peyğəmbər, İbrahim peyğəmbər, Musa peyğəmbər, İsa peyğəmbər və Məhəmməd peyğəmbər. 

Çox qəribədir. Biz Quranı oxuyuruq. Orada yazılır ki, İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparır. Amma Tövratda yazılır ki, İshaqı aparır. O da, bu da Allahın kitabı adlandırılır. İndi hansına inanaq?

 Digər tərəfdən Quranın axırıncı ilahi kitab olduğunu deyirlər. Həm də Məhəmməd peyğəmbərin axırıncı peyğəmbər olduğunu. Mən buna da inanmıram. Hesab edirəm ki, dünya inkişaf etdikcə, dövr dəyişdikcə, başqa bir dinə də ehtiyac yaranacaq. İslam dininə niyə ehtiyac yaranmışdı? Çünki ərəb cəmiyyətində çox böyük problemlər var idi. 

- Quranda kainatın genişlənməsi haqqında ayə var. Yaxşı, 7-ci əsrdə bunu hardan bilirdilər? Burada da ilahi mesaj görə bilmirsiniz?  

Birincisi onu deyim ki, Qurandan əvvəlki kitablarda da belə fikirlər var. Bir var elm, bir də var təlim. Məsələn, 90 yaşlı qadının yanında bir şeyi səhv tutsan deyər: "Gözlə, düşər”. Amma o əşyanın niyə düşdüyünü bilmir. O, mexanizmi, cazibə qüvvəsini bilmir. Lakin həyati təcrübədə görüb ki, bu, belədir. İndi deyirlər ki, Nizami Gəncəvi cazibə qanunu bilirdi. Çünki Nizaminin əsərlərində guya cazibədən söhbət gedib. Halbuki, Nizaminin yazdıqlarının cazibə qanunu ilə əlaqəsi yoxdur. Dünya yaranandan hamı bilir ki, cazibə var. Amma onun qanunu yox idi. Bu qanunu Nyuton verdi.

Kainatın genişlənməsinin Quranda yazılmasına gəlincə! Quran meydana gələndə o dövrə qədərki biliklər orada öz əksini tapıb. Onu da deyim ki, Məhəmməd peyğəmbər qeyri-adi insan olub.

İndi adam var ki, seyfin içini görür. Elə şahmatçı var ki, 50 gedişdən sonra nə olacağını bilir. Mənim yadıma gəlir, 5 yaşında bir rus uşaq riyaziyyatı bilirdi. Bunlar, fitri istedaddır. Bu da ümumi qanunlardan kənara çıxmalardır. Məsələn, milyarddan birində qeyri-adi qabiliyyətə olur. 

Quran da meydana gələn dövrdə müəyyən elmi fikirlər var idi. Qurandakı bəzi şeylər də özündən əvvəlki elmi biliklərdən əxz olunanlardır. Çox eşidirik ki, Quran Allah tərəfindən göndərilmiş müqəddəs bir kitabdır. Amma mən hesab edirəm ki, Quran Məhəmməd peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu, ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı adamlar var. Mənim özümdə də bir qabiliyyət var. 
 
 

 

- Maraqlıdır. Bəs bu informasiya sizə hardan verilir? Kainatın özündən?  

- Hesab edirəm ki, kainatdan. Kainatda sonsuz sayda dalğalar var. Biz o dalğaların müəyyənlərini qəbul edə bilirik. O dalğalar müəyyən formada gəlib beynə çatanda beyində qıcıqlanmanı yaradır, insanda fikirlər oyanır. 

- Elmlə dinin həmişə mübarizəsi olub. Din bir çox halda elmə kobud şəkildə müdaxilə edir. Buna baxmayaraq, bir çox din xadimi bildirir ki, dinlə elm vəhdətdir. Ümumiyyətlə dinlə elmin qarşı-qarşıya qoyulması düzgündürmü?

- Din elmə zərbə vuran bir qüvvədir. Elmin qabağını alan, inkişafı ləngidən dindir. Əslində insanlar özləri də dini düzgün başa düşmürlər. Məhəmməd peyğəmbər hədislərində deyir ki, elm harda varsa, onun ardınca gedin. O, Quranda hər şeyin olduğunu demir. Lakin bizim din adamlarının hamısı deyir ki, Quranda hər şey var. 

Bilirsiniz ki, bizdə Bakı İslam Universiteti var. Ora getmişdim. Dedim ki, gətirin tədris planınıza baxım. Baxdım. Bir dənə də dünyəvi elm keçmirlər. Eləcə Quran, "Yasin” oxumaq əzbərlədirlər. Adını da universitet qoyublar. Mən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə də, onun müavini, həmin universitetin rektoru Hacı Sabir Həsənliyə də etirazımı bildirdim. Dedim ki, ayıbdır. Bildirdim ki, adını universitet qoyublar, amma bir dənə də dünyəvi elm yoxdur. Canlı ünsiyyət zamanı birbaşa özlərinə dedim. 

 

 - Allahşükür Paşazadə sizə nə dedi?

- Dedilər ki, guya, dünyəvi elmləri keçmək üçün imkan yoxdur. Mən isə dedim: "Gəlin, pulsuz, həftədə bir dəfə elm haqqında tələbələrə dərs deyim”. Razı olmadılar. Onlara lazımdır ki, pul yığmaq üçün tələbələrə "Yasin” oxumağı öyrətsinlər. Həmin tələbələri qəbiristanlıqlara paylayırlar, qrafik tuturlar.

 

Məsələ çox mürəkkəbdir. İnsanlar anadan olandan onların şüurları dinin təsirinə düşür. Mənim bəzi tələbələrim başını bağlamağa başlamışdı. Mən isə məsləhət verəndən sonra onlar başlarını açdılar. Xoşluqla başa saldım ki, bu, gerilikdir. Onlar da məni başa düşdülər. 

Hər dərsimdə tələbələrə deyirəm ki, elm üstündür, ona, onun gəldiyi nəticələrə inanmaq lazımdır. 
- Siz də alimsiniz. Bəs niyə sizin kimilər ortaya konkret bir elmi nəticə qoya bilmirsiniz?  

Bizdə öz alimlərimizə qiymət vermirlər. Axşama qədər televiziyalarda şou proqramları olur. Başlayırlar, müğənnilər filan paltarı geydi, filanını çıxardı. Bunlar kimə lazımdır?!

Görürsən ki, anons verirlər ki, Gülyanağın övladı ilə arası dəyib. Amma görün bir akademikin ailəsindən xəbər verirlərmi? Bir küçə müğənnisinin yubileyini keçirirlər. Bir alimin isə yubileyini televiziyada göstərmirlər. Hamısı bəladır.

Bir gün məni bir verilişə çağırmışdılar. Novruz bayramı haqqında elmi fikirləri dedim. Novruz bayramının elmi əsaslarını mən ortaya çıxarmışam. 1984-cü ildə "Bahar nə zaman başlayır” adlı böyük elmi məqaləm çap olunub. Mən orada sübut etmişəm ki, Novruz dini bayram deyil, elmi hadisədir. 

Mən verilişdə də bunları danışdım. Biri də durub dedi ki, Novruz bayramında bir quş coşub, qan təzyiqi artıb, onun dimdiyi partlayıb. Sonra qan fışqırıb, bu qandan musiqi yaranıb. Bu adam dəlidir də. Quşun ən möhkəm yeri onun dimdiyidir. Təzyiqdən döş qəfəsi, başı partlaya bilər. İndi təsəvvür edin. Həmin verilişdə o adam deyəni verdilər, mən deyənləri isə yox. Elçin adlı diplomu olmayan, elmdən xəbəri olmayan birinin dedikləri televiziya və tamaşaçılar üçün daha maraqlı gəlir. Camaat üçün elm maraqlı deyil. 
- Akademik Vasim Məmmədəliyevin çıxışlarına qulaq asmısınız? 

- Vasim Məmmədəliyev prorektor olan zaman onun bir çıxışına qulaq asmışdım. Gördüm ki, bir şeyi düzgün izah etmir. Sabahısı gün onun yanına getdim. Quranda bir şey var ki, guya göyün 7 qatı var. Vasim Məmmədəliyevi bir az tərifləyəndən sonra 7 qat məsələsinə toxundum. Dedim ki, Vasim müəllim 7 qatın nə olduğunu bilirsiniz? Dedim ki, o zaman 7 göy cismi məlum idi. Qurandakı da onlara işarədir. Bu dediyim Vasim Məmmədəliyevin ağlına batdı.

Sonra dedi: "Çox xahiş edirəm. Həftənin 3-cü günləri gəl. Qurandakı bəzi məsələlərə izah vermək üçün sizinlə məsləhətləşim”.

 

Vasim müəllim, savadlı adamdır. Quranı, ərəb dilini mükəmməl bilir. Amma mən elmə inanıram. 
 
Aqşin Kərim.
Edited by Kenul2012
  • Upvote 1
Link to comment
Share on other sites

Hmm.. Basi bosun biri de artdi , neter kutbeyin fizikdirse   hele de maddenin elmi deyil kainat nizami oldugunu basa dusmeyib . Allah kainatda yer uzunde heyatin mumkun olmasi ola bilmesi  ucun nizam temin eden fiziki qanunlar yaratmisdi ve onlar da Kitabda aciq aydin sekilde gosterilir .

 

Edited by azda
  • Upvote 1
Link to comment
Share on other sites

On 7/12/2016 at 0:19 AM, Kenul2012 said:
"Gəlin, pulsuz, həftədə bir dəfə elm haqqında tələbələrə dərs deyim”. Razı olmadılar. Onlara lazımdır ki, pul yığmaq üçün tələbələrə "Yasin” oxumağı öyrətsinlər. Həmin tələbələri qəbiristanlıqlara paylayırlar, qrafik tuturlar.

 

Məsələ çox mürəkkəbdir. İnsanlar anadan olandan onların şüurları dinin təsirinə düşür. Mənim bəzi tələbələrim başını bağlamağa başlamışdı. Mən isə məsləhət verəndən sonra onlar başlarını açdılar. Xoşluqla başa saldım ki, bu, gerilikdir. Onlar da məni başa düşdülər. 

Hər dərsimdə tələbələrə deyirəm ki, elm üstündür, ona, onun gəldiyi nəticələrə inanmaq lazımdır. 

maraqlı müsahibədi ötənlərdə oxumuşdum. 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Bravo.alimlərimiz bu barədə daha da aktiv olmalıdır və gənclərin mollalığa yox elmə yönəlməsi üçün sosial təbliğatlar aparmalıdır.yoxs təkcə universitetdə dərs keçməklə bu ölkədə missiyasi bitmiş sayılmır.

  • Upvote 2
Link to comment
Share on other sites

Al­lah bi­zim də Rəb­bi­miz­dir, si­zin də Rəb­bi­niz. Bi­zim əməl­lə­ri­miz bi­zə, si­zin də əməl­lə­ri­niz si­zə aid­dir. Bi­zim­lə si­zin ara­nız­da heç bir mü­ba­hi­sə yox­dur. Al­lah ha­mı­mı­zı bir ye­rə top­la­ya­caq­dır. Axır dö­nüş də yal­nız Ona­dır!”” (“Şu­ra” su­rə­si, 15)

Link to comment
Share on other sites

“Yox­sa: “Onu özün­dən  uy­dur­du!” – de­yir­lər. De: “Əgər doğ­ru de­yir­si­niz­sə, ona bən­zər bir su­rə gə­ti­rin və Al­lah­dan baş­qa, ki­mə gü­cü­nüz ça­tır­sa, onu da ça­ğı­rın!”” (“Yu­nus” su­rə­si, 38).

 

“De: “Əgər in­san­lar və cin­lər bir ye­rə yı­ğı­şıb bu Qu­ra­na bən­zər bir şey gə­tir­mək üçün bir-bi­ri­nə kö­mək et­sə­lər, ye­nə də ona bən­zə­ri­ni gə­ti­rə bil­məz­lər”” (“İs­ra” su­rə­si, 88).

Link to comment
Share on other sites

  • 1 month later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 17 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 21 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 82 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 690 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...