Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Ögey ana”nın KADRARXASI


Kenul2012

Recommended Posts

 


“Ögey ana”nın KADRARXASI - “Çaya yıxılandan sonra Ceyhun Mirzəyevlə ikimiz də xəstələndik”:
 

 Azərbaycan kino tarixinə öz möhürünü vurmuş “Ögey ana “ filmidir. Həmsöhbətimiz filmdə Cəmilə rolunu canlandırmış Sevinc Axundovadır.

 
43230.jpgArayış: Sevinc Axundova 1947-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini  əvvəl 18 nömrəli, daha sonra 15 nömrəli rus dilli orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub, Dövlət Konservatoriyasında fortopiano üzrə təhsil alıb.18 yaşından etibarən musiqi məktəblərində dərs deyib. Daha sonra ailə qurub, Cəmilə və Çinarə adında iki qızı, bir nəvəsi var.
 
Atası müəllim, dosent Mizəağa Axundov Neft Akademiyasında çalışıb, anası Səfurə Əliyeva həkim olub. Hazırda S.Axundovanın tələbələri var, onlara fortopiano üzrə dərs deyir.
 
1958-ci ildə ərsəyə gələn “Ögey ana” filmi Azərbaycan ailəsində cərəyan edən real hadisələrdən bəhs edir. Reallıq isə uzaqda deyil, elə Dilarə rolunun ifaçısı Nəcibə Məlikovanın ailəsində baş verənlərdir...
 
43231.jpgƏslində elə Ceyhun Mirzəyev də (İsmayıl) filmdə həyatdakı rolunu oynayıb. O, 3 yaşında olanda atası Cəmil Mirzəyev dünyasını dəyişir. Beləcə, körpə Ceyhun atasının ikinci dəfə nikahlandığı öz anası - gürcü xanım Marqarita və onun əvvəlki nikahından olan qızı-ögey bacısı ilə birgə böyüyür. Əslində həyatdakı yetimliyi, həm də ögey bacısının olması, istedadlı Ceyhuna İsmayıl obrazını canlandırmağa “kömək” olur.
 
Filmdə atasının Dilarəni evə ögey ana olaraq gətirdiyini biləndə İsmayıl onu yaxınına buraxmır. Yalnız uzun gözləyişdən sonra Dilarənin xeyirxah, isti münasibəti balaca İsmayılın buz tutmuş ürəyini əridir, ona “ana” deyir. Elə real hadisələrdən bəhs etdiyi üçündür ki, “Ögey ana” böyük uğur, tamaşaçı məhəbbəti qazanıb.
 
Ekran əsəri 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında üçüncü mükafata layiq görülüb.
 
Filmin ssenari müəllifləri Həbib İsmayılov və Anna Yan, quruluşçu rejissoru Həbib İsmayılov, quruluşçu operatoru Xan Babayev, quruluşçu rəssamları Elbəy Rzaquliyev və Məmməd Hüseynov, bəstəkarı Tofiq Quliyevdir.
 
Rollarda Nəcibə Məlikova, Fateh Fətullayev, Həqiqət Rzayeva, Ceyhun Şərifov, Əzizə Məmmədova, Hacı Murad Yegizarov, Ceyhun Mirzəyev, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov,  Sevinc Axundova, Şəfiqə Qasımova, Səməd Bakıxanov və başqaları çəkilib.
 
Filmin ögey anası Nəcibə Məlikova 1921-ci ildə Buzovnada anadan olub. Həm şair, həm də vaxtının məşhur ticarətçilərindən olan atası Haşım bəy Saqibin ən böyük arzusu qızının həkim olması idi. Amma tale elə gətirir ki, ölkədəki mövcud durum onun bu arzusuna mane olur. N.Məlikova mərd, xoşrəftar olmaqla bərabər,  həm də çox gözəl xanım idi. Yanaqlarının təbii rəngi hətta onu bir neçə dəfə çətin duruma salır. Bəziləri onun həddən artıq ənlikdən istifadə etdiyini iddia edəndə,  üzünü silib, kosmetika sürtmədiyini göstərir. O, institutu bitirəndən sonra 1943-cü ildə təyinatla Gəncə Dram Teatrına gedir.
 
Gəncənin tanınmış adamlarından olan Nəsrəddin orada aktrisalıq fəaliyyətini davam etdirən Nəcibə xanımı tamaşaların birində gördükdən sonra ondan vaz keçmir. Hər tamaşadan sonra aktrisaya çiçək və müxtəlif hədiyyələr göndərir. Çətinliklə də olsa, onun ürəyini ələ ala bilir. Onlar ailə qururlar. Buna qədər isə Nəsrəddin artıq bir dəfə ailəli olmuş və ilk nikahdan Fuad (AFFA-nın sabiq baş katibi Fuad Əsədov ) adında bir oğlu da vardı. Nəcibə xanımla olan nikahından isə daha bir oğlu olur. İlk vaxtlar xoşbəxt olan ailədə sonralar vəziyyət getdikcə pisləşir. Nəcibə xanımın qayınanası ona göz verib işıq vermir. Bundan sonra Nəsrəddin də onu aktrisalıqdan ayırmaq istəyir. Amma istedadlı aktrisa sənətdən ayrıla bilmir və elə bu səbəbdən də ona mane olmağa çalışan həyat yoldaşından ayrılır...
 
Nəcibə Məlikova ömrünün sonunacan bir daha ailə qurmur. Onun başına gələnlərdən xəbərdar olan Həbib İsmayılov bunu ssenariləşdirmək qərarına gəlir. Ssenari əsasında elə Nəcibə xanımın öz həyatını filmə çəkir. Beləcə həyatdakı “ögey ana” filmdəki “ögey ana”nı canlandırır...
 
43232.jpgAtam aktrisa olmağımı istəmirdi
 
Filmin Cəmiləsi deyir ki, onu “Ögey ana” filminə gətirən uşaqlıqdan incəsənətə, kino aləminə olan maraq olub.
 
Sevinc Axundova: “Mən bu filmə dəvət alanda orta məktəbin 4-cü sinfində oxuyurdum. Film üçün müsabiqə elan edilmişdi. Dayım oğlu rəhmətlik Elxan Əliyev kinostudiyada operator işləyirdi. Məni həmin müsabiqəyə o, apardı. Sınaqda iştirak edən 4 qızın içərisindən məni seçdilər. Rejissor Həbib İsmayılov mənə bəzi göstərişlər verdi. “Ağla, gül, şeir de” dedi. Yadımdadır həmin vaxt “Ala, bula, boz keçi” şerini dedim, həmçinin rejissorun dediklərini etdim, bəyəndilər və filmə təsdiq olundum.
 
İsmayıl roluna da bir çox oğlan uşaqları sınaqdan keçirildi. Hətta Həbib müəllimin öz qardaşı oğlu İsmayıl da, elə İsmayıl rolunda çəkilmək istəyirdi. Amma nədənsə verilən təlimatları yerinə yetirə bilmədi. Beləcə, İsmayıl roluna Ceyhun Mirzəyev təsdiq olundu. Buna qədər Ceyhun bir neçə epizodik rollarda çəkilmişdi, o, çox talantlı insan idi. Getdikcə, bu talant daha da çoxaldı və o, əsl aktyor oldu. Uşaqlıqda nə qədər şıltaq olsa da, böyüyəndə də bir o qədər gözəl insan oldu”.
 
Sevinc xanım deyir ki, yaşı az olduğundan valideynləri onun filmdə çəkilməsinə mane olmayıb: “O vaxt yaşım az idi deyə, atam da, anam da filmə çəkilməyimə etiraz etmədi. Kiçik yaşlarımdan filmə, yaradıcılığa çox böyük marağım vardı. Elə indinin özündə də bu maraq davam edir. Baxmayaraq ki, sonradan bunu davam etdirmədim. Ayrı-ayrı filmləri izləyir, şəkillərini yığır, onlar haqqında məlumat toplayırdım.
 
Bu filmdən sonra  bir neçə filmə dəvət aldım. Cəmilədən başqa “Onun böyük ürəyi” filmində Səmayənin qızı Lalənin uşaqlığını oynamışam. Məni elə oxuduğum məktəbdən gəlib apardılar, balaca epizod idi. Həbib İsmayılov məni “Böyük dayaq” filmində Şeyxzamanovla da bir epizodda çəkmək istəyirdi. Hətta mənə görə ssenariyə Qaragöz obrazını da əlavə etmişdi. Səhv etmirəmsə, çobanın qızını oynayacaqdım. Amma qismət olmadı. Çəkilişlər Tovuzda aparılırdı. Mən anamla ora getdim. Elə oldu ki, Şeyxzamanov xəstələndi və biz Bakıya qayıtdıq. Çəkilişlər yenidən başlayanda atam yenidən Tovuza getməyə icazə vermədi. Dərslərimdən geriləyə biləcəyim üçün bu filmə çəkilməyimə qarşı çıxdı. Bilirdim ki, filmə çəkilməyim, aktrisalığa həvəsim atamın o qədər də ürəyincə deyildi. Heç özüm də baş qoşmadım, fikirləşdim ki, onsuz da, bu sahəyə getməyəcəm, bu epizodlara çəkilməklə də dərsimdən qalacam.
 
Orta məktəbi bitirəndə Asəf Zeynallı adına musiqi məktəbinə daxil oldum, daha sonra Azərbaycan Dövlət Konsevatoriyasını oxudum. Konservatoriyanı bitirəndə fortopiano müəlliməsi oldum. Amma indiyə kimi də kino sevgim ölməyib.
 
Sonralar konservatoriyada oxuyanda “Arşın mal alan”da Asya roluna, “Bir cənub şəhərində” filmində jurnalist qız roluna dəvət etdilər. “Bir cənub şəhərində” filminin çəkiliş meydançasına getdim, amma kollektivdə kişilərin çoxluğu, həmçinin filmin mövzusu məni tədirgin etdi. Bəlkə də çəkilsəydim, hər şey başqa cür olardı..”. 
 
Ceyhunla tez-tez küsüb-barışırdıq...
 
Müsahibimiz deyir ki, Ceyhunla küsəndə onlar arasında “sülhü” böyüklər bərqərar edirmişlər.
 
Sevinc Axundova: “Filmin böyük əksəriyyəti İsmayıllının Qalacıq kəndində ekranlaşdırılıb. Bundan başqa Qubada, həmçinin Qərbi Azərbaycanın Dilican kəndində, o vaxtkı kinostudiyanın (Hökumət evi ilə üzbəüz-red.) pavilyonunda çəkilib.
 
Film ümumilikdə təxminən il yarıma çəkildi. Mənim olmasa da, filmdə rol alan digər uşaqların məktəblə problemi oldu. Əksəriyyəti filmdə elə öz adıyla gedirdi. Yadımdadır, film sentyabr, oktyabr, noyabr aylarında çəkilirdi. Bu müddətdə biz Qalacıq kəndindəki məktəbdə oxuduq ki, dərslərdən geri qalmayaq.
 
Uşaqlar arasında Ceyhun Mirzəyev çox gözəl tərəf müqabili idi. Düzdür, bəzən, bütün uşaqlar kimi küsüb-barışmağımız da olurdu. Amma çox yaxşı münasibətimiz vardı. Ceyhun da, mən də çəkilişlərə anamızla getmişdik. Mənim anam həkim idi, qrupda da həkim işləyirdi. Həm də məni tək qoymurdu. Filmin kollektivi, eləcə də bütün uşaqlar İsmayıllıda evlərdə qalırdıq. Filmdən də göründüyü kimi, İsmayıllının çox gözəl təbiəti, isti insanları vardı. Bütün günü çəkilişə gedirdik, birgə nahar edirdik, gözəl vaxt keçirirdik.
 
Filmdə İsmayılgilin evi həqiqi idi. Amma evin içərisi kinostudiyanın pavilyonunda ekranlaşdırılıb”.
 
Çaya Qalacıqda düşüb, Dilicanda çıxdıq...
 
Sevinc Axundova: “İsmayılla çayı keçdiyimiz yer Qalacıqda çəkilirdi. Amma sudan çıxdığımız yer Dilican idi. Çaya Qalacıqda düşdük, Dilicanda çıxdıq. Ssenariyə görə biz yıxılmalı və suya düşməli idik. Dəqiq yadımdadır, oktyabr ayı idi. Həmin kadr isə hardasa 5-6 dubla çəkildi. Hava artıq soyuduğu üçün hər dəfə suya yıxılanda anam bədənimizi spirtlə ovxalayırdı. Hər dəfə paltarlarımız islananda çox üşüyürdük. O da yadımdadır ki, beş dəfə paltarımızı dəyişdik. Birinci dubl çəkiləndə Ceyhun məni qorxutdu. Yalandan dedi ki, çayda çoxlu şüşə qırıqları var, yıxılanda bədənimiz kəsiləcək. İkinci dublda mən onu itələyib qaçdım. Axırda rejissor bizim şıltaqlığımızdan bezib acıqlandı. Həm də bizə dedilər ki, çəkilişdən əvvəl çayın kənarı, suyu daş-kəsəkdən təmizlənib. Çünki, biz ora yıxılanda əzilə bilərdik. O çox dərin çay idi, biz demək olar ki, axırdıq. Və bundan sonra ikimiz də xəstələndik, hərarətimiz qalxdı. Amma bu, filmdəki xəstəlik kadrları deyildi. Xəstəlik kadrları çəkiləndə artıq sağalmışdıq. Sadəcə rol gərəyi özümüzü xəstə kimi aparırdıq. Amma xəstələnsək də fasilə yaranmadı. Biz onsuz da orda qalırdıq. 1 həftəyə sağaldıq”.
 
Nəcibə Məlikova möhtəşəm qadın idi
 
Sevinc Axundova: “Mən uşaqlıqdan qurd-quşdan qorxan deyildim. Amma buna baxmayaraq, yarasa iyrənc olduğu üçün bir az diksinirdim ondan. Çəkiliş prosesində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə edilmişdi. Düzdür çox qorxmasam da, rol gərəyi yarasadan qorxmalı idim. Və kadr çəkiləndən sonra Ceyhun bu epizodla bağlı mənimlə zarafat da edirdi ki, “gördün, yarasadan qorxdun”.
 
Almaların başıma töküldüyü yer Qubada alma bağlarında lentə alınmışdı. Almalar yerə tökülən kimi uşaqlar hamısı onu toplamağa çalışırdı. Rejissorun göstərişi ilə rolumuzu icra etdik. Yəni ssenaridə olan bir şey idi ki, İsmayıl ağaca çıxmalı, almaları çırpmalı, mən ağacın altında dayanmalı idim. Belə də oldu. Həqiqətən də almalar başıma düşürdü. Yadımdadır ki, çox gözəl, göz oxşayan alma bağı idi. Fasilə vaxtı uşaqlar hamısı o almalardan yeyirdi. Məndə o illərdən çox gözəl təəssüratlar qalır.
 
Kollektiv arasında çox yaxşı münasibətlər vardı. Mənim anam rolunu canlandıran Nəcibə Məlikovanı (Dilarə) çox sevirdim. Biz həm də ailəvi yaxın idik, dostluq münasibətlərimiz vardı.  Ad günlərində, ya da adi vaxtlarda tez-tez bizə gələr, biz də onlara gedərdik. Çox gözəl, maraqlı xanım idi.
 
Mənim atam Arifi canlandıran Fateh Fətullayev də çox gözəl insan, istedadlı aktyor idi. Filmdəki atam və anam hər zaman mənə və digər uşaqlara dəstək olurdular. Düzdür, uşaqlarla əsasən rejissor özü məşğul olurdu. Amma böyük aktyorlar da öz köməklərini əsirgəmirdilər. İndiki zamanda mərhum Fateh müəllimin qızı Zemfira xanımla da münasibətlərim var. İmkan daxilində görüşür, əlaqə saxlayırıq.
 
Ələsgər Ələkbərov da çox gözəl aktyor, gözəl insan idi. Biz ona baxanda valeh olurduq. Onun rola girməsi, obrazı canlı ifa etməsi, indi də mənim yadımdadır. Özünə və başqalarına qarşı son dərəcə tələbkar, hər xırda detala diqqət yetirən biri idi. Qrimçilər onunla daha artıq işləməli olurdular. Hər dəfə çəkiliş meydançasında rastlaşanda özünəməxsus intonasiya ilə, özü də rusca belə deyirdi: “Gələcəyin kino ulduzu”. Bir də, heç vaxt unutmadığım bir şeyi sizinlə bölüşüm. Deməli, biz “Beşmərtəbə”də yaşayırdıq. Mən orda doğulub, boya-başa çatmışam. Bir dəfə Ələsgər müəllim məni orda görəndə, “Ay qız, kimin qızısan” mahnısını oxumuşdu. Bu, xoş xatirə kimi yaddaşıma həkk olunub”.
 
Nəsibə Zeynalovanın kinoda ilk böyük işi: “Fatmanisə”
 
Həmsöhbətimiz filmdə birgə oynadığı aktyor heyətini belə xatırlayır:
 
“O vaxt Nəsibə Zeynalova cavan qadın idi, baxmayaraq ki, qoca qadın Fatmanisəni oynayırdı. Oğlu Cahangir Novruzovu da çəkilişə gətirmişdi. Çox yaxşı uşaq idi, bizimlə da yaxşı münasibət qurmuşdu. Fatmanisə xanımın rolunu da ki, deməyə dəyməz. Çünki, Nəsibə xanım əsl aktrisa idi.
 
Qəmər rolunun ifaçısı Həqiqət Rzayeva opera müğənnisi idi, Ərəbzəngini oynayırdı. O, görkəmli bəstəkar Azər Rzayev və Həsən Rzayevin anasıdır. Ayaz rolu bu filmdə çəkilən Murad Yegizarovun ilk rolu idi. Çoban rolunu canlandırırdı. İlk olmasına baxmayaraq, rolunun öhdəsindən bacarıqla gəlmişdi.
 
Ümumiyyətlə, bizim çəkiliş qrupumuz çox gözəl idi. Filmdə çalışanlar peşəkarlar olduğu üçün film də maraqla qarşılandı. Məsələn, Tofiq Quliyev kimi bəstəkar, Elbəy Rzaquliyev və Məmməd Hüseynov kimi rəssamlar, Xan Babayev kimi operator, həmçinin istedadlı aktyor heyəti filmin bu cür ərsəyə gəlməsində mühüm rol oynadılar.
 
Rejissor Həbib İsmayılov çox mədəni, həm də olduqca tələbkar insan idi, çəkiliş heyətində mehribanlıq yaratmağı bacarırdı. Biz nəyisə düz etməyəndə bir az əsəbiləşirdi. Biz ondan çəkinir, həm də hörmət edirdik. Olurdu ki, rol alınmırdı. Çünki, uşaq idik. Əsas çəkilişdən əvvəl 2-3 dubl məşq edirdik. Məşqdə alınanda bizi çəkirdilər. Mən də əlimdən gələni etməyə çalışırdım. Həbib İsmayılovun həyat yoldaşı, Hökümə Qurbanovanın bacısı Qəmər xanım konservatoriyada müəllim işləyirdi, vaxt tapan kimi mütləq pavilyona gəlirdi. Çox mehriban, xanım-xatın, həm də ziyalı bir insan idi. Həbib müəllim mənim bantımı bağlamağı ona tapşırırdı. O da yadımdadır ki, filmdəki cücəni mənə hədiyyə etmişdilər”.
 
İllər keçməsinə baxmayaraq, Sevinc xanım filmin ilk premyerasını da unutmayıb: 
 
“Çox dəqiq yadımdadır ki, “Ögey ana” eyni gündə həm “Nizami”, həm də  “Azərbaycan” kinoteatrında nümayiş olundu. Daha sonra “Araz”, “28 Aprel” , “Vətən” kinoteatrlarında göstərildi. Nümayişdən əvvəl filmin yaradıcı heyəti mütləq tamaşaçıları salamlayırdı. Film böyük maraqla qarşılanmışdı deyə, tamaşaçılar bizi hərarətlə qarşılayırdı”.
 
 
Bizim yol.
 
  • Upvote 2
Link to comment
Share on other sites

  • 2 months later...

Unudulmaz milli filmlərimizdən biridir "Ögey ana".Bildiyim qədəriylə filmin ssenarisi ilə gözəl Nəcibə xanımın həyatı ilə bağlılıq var imiş və rol üçün məqsədli olaraq məhz o seçilibmiş,həqiqətən də ifası da çox təsirli alınmışdı.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 3 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 30 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Sad
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Like
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...