Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sizin üçün ideal boy neçedir?

Igolka

Recommended Posts

Az olmayıb ki,etrafımdakılardan boyları ile bağlı narazılıqlar eşitmişem.Niyese xanımlar hündür olmağa çalışırlar.

Sizin üçün boy faktorunun ehemiyyeti ne qederdir? 

Xanımınız sizden boyca hündür olsa kompleks yaranarmı sizde? 

Xanımın ideal boyu ne qeder olmalıdır sizce? 

Buyurun,fikirlerinizi oxumaq maraqlı olar.

  • Upvote 1
Link to comment
Share on other sites

5 hours ago, Igolka said:

Şəxsən mənim üçün boy faktoru rol oynamır. 

Ailədə ər-arvad arasında uyğunluq olsa yaxşıdır. Qadının boyunun kiçkliyi heç bir fərq etmir. Ancaq kişidən uzun olduqda gərək qədərində olsun, 10-15 sm də hündür olsa yenə də normal, ancaq bu rəqəmdən artıq olsa təbii şəkildə uyğunsuzluq üzə çıxır. 

Xanımlarda ideal boy - bu bir qədər fərdidir, baxır kimin gözü ilə ölçülür. Ümumilikdə isə 160-180 əladır, bir şərtlə ki, artıq çəkidən uzaq ola )

Edited by gapgara
  • Upvote 1
Link to comment
Share on other sites

168-175 arasi eladi

160 dan 165 e qeder ise kablokla yaxsidir

umumiyyetle indi qizlar 158 olsalar da 20 sm kablok gruinirler ve de saclarini da xususi formaya salirlar baxirsan ki 175 olub :) 

ozume uygun desem 170

umumiyyetle qadinin boyunun olcusu mence onemli faktor olmalidir

Link to comment
Share on other sites

4 hours ago, gapgara said:

Şəxsən mənim üçün boy faktoru rol oynamır. 

Ailədə ər-arvad arasında uyğunluq olsa yaxşıdır. Qadının boyunun kiçkliyi heç bir fərq etmir. Ancaq kişidən uzun olduqda gərək qədərində olsun, 10-15 sm də hündür olsa yenə də normal, ancaq bu rəqəmdən artıq olsa təbii şəkildə uyğunsuzluq üzə çıxır. 

Xanımlarda ideal boy - bu bir qədər fərdidir, baxır kimin gözü ilə ölçülür. Ümumilikdə isə 160-180 əladır, bir şərtlə ki, artıq çəkidən uzaq ola )

Doğrudur Murad. Mence de cütlükde qadının boyu kişinin boyuna uyğun olmalıdır.

Qadın kişiden hündür olanda görüntü pozulur sanki.

Boyu 170 ve yuxarı olan qadınlara biraz çetindir.Çünki biraz hündür ayaqqabı da geyinse yanında duran gerek minimum 1.80-1.85 ola.) 

Bizde orta boyu men 175 götürürem kişiler üçün.Hündür boy azdır.Bu menim üçün kiçikdir.) 

Edited by gapgara
  • Upvote 1
Link to comment
Share on other sites

xoşbəxt ailə üçün əxlaq və üz gözəlliyi bəsdir deyənlər də var.təbii ki exlaq ve ya sadiq olmaq başlıca faktordur amma bu parametrə sahib qadın çoxdur.bunların içindən ən yaxşısını seçmək lazımdır.gözəl gülüşə, dünyagörüşünə və diqqət edici boya sayıb olmaq kimi

Link to comment
Share on other sites

Ən balacaboy,boyuma görə kompleksli insan çevrilmişəm az qala.İlk fürsət düşən kimi yazacağam))ürəyim doludur..

163 sm boy olar əsl liliputam.((((Arzum 175 sm boya sahib olmaq idi..Düz 12 sm ürəyimdə qalıb.)

  • Upvote 1
Link to comment
Share on other sites

9 минут назад, Kenul2012 сказал:

Ən balacaboy,boyuma görə kompleksli insan çevrilmişəm az qala.İlk fürsət düşən kimi yazacağam))ürəyim doludur..

163 sm boy olar əsl liliputam.((((Arzum 175 sm boya sahib olmaq idi..Düz 12 sm ürəyimdə qalıb.)

Verecem özümden sene.4 sm versem eyni olarıq seninle.) 

  • Upvote 2
Link to comment
Share on other sites

3 часа назад, Igolka сказал:

Heç boy faktoruna fikir vermeyenler de var ki,ele en düzünü onlar edirler.)

Eh danisirlar da. Konul seven goycek olar . 

  • Upvote 2
Link to comment
Share on other sites

Demək belə.Bir az geniş yazacağam.Dərdimi tam başa düşəsiniz.

Atam 1.80 sm ..Atamın əmiləri,əmisi oğlanları,əmizadələr hamısı 1.80 -1.90 sm -dir.Qadınlar isə bibilərim,övladları,əmi nəvələri və s hamısı 1.70-1.75 sm ..

Ana babam 1.55  sm.Nənəm 1.58 sm ..Anam və xalalarım 1.60 sm 

Mən 1.63 ,ortancıl qardaşım 1.93 .kiçik qardaşım 1.80 sm .)) 

Ailədə toy -nişan olanda bütün ata tərəfdən qohumlar yığılanda mən onların arasında cırtdan boylu hesab olunuram ))) 

İndi deməyin ki ,163 qadın üçün idealdır ..:sad: 2 yaş özümdən kiçik qardaşım 30 sm məndən hündürdür.Məni öpmək üçün tən yarı əyilir.Bunu görəndə hər dəfə xəcalətdən ölüb ,ölüb dirilirəm )  

  • Upvote 3
Link to comment
Share on other sites

Eh danisirlar da. Konul seven goycek olar . 

Azda xanım,bəzən könül sevən göyçək olmur.Müəyyən zaman keçdikdən sonra gözdən çəhrayı eynəklər düşür.İki tərəfdən birinin kompleks və ya qısqanclığı başlayır.Bu zaman boy faktorunun böyük əhəmiyyəti olduğu meydana çıxır.Acı təcrübəm var)

Zaman tapan kimi izah edəcəyəm)

Link to comment
Share on other sites

18 часов назад, Kenul2012 сказал:

İynəcik,köhnəlmiş dərdimi təzələdin.:rolleyes:

Hündür boyun bir yaxşı bir pis ceheti var.

Hündürsen deye seni uzaqdan tez görürler,diqqet çekirsen.

Yaxşı ise odur ki,hündürsen deye sen uzağı görürsen.) 

Link to comment
Share on other sites

Azda xanımın "Könül sevən göyçək olar " misalına uyğun başıma gələni yazmaq isrtəyirəm.

Anamın bir xalası qızı rayonda ailə qurub.Qızı Bakıya oxumağa gələndə tələbə yoldaşının qardaşı ilə tanış olur .Böyük sevgi üzərinə ailə qururlar.Anası bircə qızını Bakıya vermək istəmirdi.Çox əziyyətlə sevənlər qovuşdular .)

Bir müddət sonra anam dedi ki,Könül,bəs "Leyla " (ad şərtidir ) gileylənir .Bakıda heç kimi tanımır ,qəribdir.Hamilədir.Bilmir hansı həkimə getsin.Bəs xalam qızı Leylanı mənə tapşırıb.Sən hərdən onunla əlaqə qursan,maraqlansan.Bir problemi olanda kömək etsən yaxşı olar ..Anama dedim ,ev ,mobil nömrəmi versin.Bir sözü olanda zəng etsin.

Bəli,biz Leyla ilə zəngləşməyə başladıq.2-3 həftədən bir bazar günləri mənə zəng edirdi ,ara-sıra mesajlar yazırdı..İlk tanışlıqdan sonra hər danışanda əsas mövzusu boydan olurdu.Yoldaşın boyu 155 sm ,özü 170 sm..

Və hər danışıqdan sonra onda kompleks) yoldaşında qısqanclığın artdığını sezirdim)  Deyirdi ,parkda gəzəndə hamı boyumuza baxır .Həkim sual verir, bu oğlanı özün sevmisən ,nə əcəb öz boyuna uyğunu seçməmisən və s. ..Oğlanda boyundan doğan natamamlıq kompleksi yaşayır,bu da  qısqanclığa çevrilirdi.

Bir dəfə evlərinə zəng edəndə,dəstəyi götürdülər "alo " demədilər.Məcbur olub ,dedim ,Leyla sənsən ? Dəstəyin o başından yoldaşı səsimi eşidib,dedi,"Könül bacı sənsən ? "

Sonra Leyla izah etdiki yoldaşı onu qısqanır.Bütün gün  işdə olur.Evdə olanda dəstəyi götürəndə alo demir.Qulaq asır görsün kimdir?  :blink: Şok oldum.Ondan sonra bir də Leylaya zəng etmədim.Anamdan eşitdim ki,Leylanı az qalıb doqquzuncu mərtəbədəki tavana,antenaya,paltar zivəsinə ,qarğayada qısqansın .. 

Və bu boy söhbəti sevib evlənən iki gəncin arasında uçuruma çevrildi.Üstündən 4-5 il keçib.Biri kompleksli,digəri qısqanclıq içində ömür sürür ) sevgi keçib arxa plana..

Buna görə düşünürəm hər kəs özünə uyğunu ilə ailə qursa daha yaxşı olar )  

Link to comment
Share on other sites

1 час назад, Igolka сказал:

Hündür boyun bir yaxşı bir pis ceheti var.

Hündürsen deye seni uzaqdan tez görürler,diqqet çekirsen.

Yaxşı ise odur ki,hündürsen deye sen uzağı görürsen.) 

)) mənim öz təcrübəmdə bir az çətindir.Təsəvvür et bütün ailənin içində ən balaca sənsən ) Hər dəfə səni qıcıq etməyə söz tapmayanda deyirlər,Keş ,sən niyə balacaboysan ?) :unsure:

Link to comment
Share on other sites

4 минуты назад, Kenul2012 сказал:

)) mənim öz təcrübəmdə bir az çətindir.Təsəvvür et bütün ailənin içində ən balaca sənsən ) Hər dəfə səni qıcıq etməyə söz tapmayanda deyirlər,Keş ,sən niyə balacaboysan ?) :unsure:

Yaxşı sataşırlar a sene ) 

Link to comment
Share on other sites

On Thursday, June 30, 2016 at 6:17 PM, Kenul2012 said:

Ən balacaboy,boyuma görə kompleksli insan çevrilmişəm az qala.İlk fürsət düşən kimi yazacağam))ürəyim doludur..

163 sm boy olar əsl liliputam.((((Arzum 175 sm boya sahib olmaq idi..Düz 12 sm ürəyimdə qalıb.)

Bu aləm əbədi olsaydı dərt etməyin mənası olardı bəlkədə. Necə olsaqda sonda qocalıq var.

Link to comment
Share on other sites

On 7/1/2016 at 10:16 PM, Kenul2012 said:

)) mənim öz təcrübəmdə bir az çətindir.Təsəvvür et bütün ailənin içində ən balaca sənsən ) Hər dəfə səni qıcıq etməyə söz tapmayanda deyirlər,Keş ,sən niyə balacaboysan ?) :unsure:

Ağır dərddir.. dağa daşa danış )

Link to comment
Share on other sites

görəsən forumda boyu 170 den yuxarı olan xanım varmı? yoxsa hamısı cırtdan boydu? :)

bəzən düşünürəm ki kablok qadına gözəllik verir.sonra düşünürəm ki boyu 170 dən yuxarı olan bir qadın kabloku necə geyinsin? hərhalda bizim ölkəmizdə o kablokla 180 olacaqsa bu halda yaxşı görsənmyəcək.çünkü bizdə qadının boy ortalaması çox aşağıdır.180 qadın kənardan o qədər də yaxşı görünmür.amma istənilən halda hündür boy həm kişiyə həm qadına xüsusi gözellik və cazibə verir.

Link to comment
Share on other sites

171 sm.

Bu boya göre xüsusi yanaşma görmemişem.Yeni boyun heç ferqi yoxdur.Normal boyda oldun yeterlidir.Sadece iltifat eşidirem ki,boyun yaxşıdır deye.

Her boyu hündür olan da gözel sayılmır.

Link to comment
Share on other sites

В 30.06.2016 в 12:38, Igolka сказал:

Az olmayıb ki,etrafımdakılardan boyları ile bağlı narazılıqlar eşitmişem.Niyese xanımlar hündür olmağa çalışırlar.

Sizin üçün boy faktorunun ehemiyyeti ne qederdir? 

Xanımınız sizden boyca hündür olsa kompleks yaranarmı sizde? 

Xanımın ideal boyu ne qeder olmalıdır sizce? 

Buyurun,fikirlerinizi oxumaq maraqlı olar.

İnanmıram mənnən boyca hündür olsun. olsa da kompleks yaratmaz. 

heç ideal boy barədə düşünməmişəm. Yəqin ki, 1.60-1.75 arası olar. Amma yenə də bu çox fikir veriləsi amil deyil məncə.

Link to comment
Share on other sites

6 часов назад, MBen сказал:

İnanmıram mənnən boyca hündür olsun. olsa da kompleks yaratmaz. 

heç ideal boy barədə düşünməmişəm. Yəqin ki, 1.60-1.75 arası olar. Amma yenə də bu çox fikir veriləsi amil deyil məncə.

Çox fikir verilmir ne vaxt ki,kişi qadından hündür olur normada.O zaman heç ferqi yoxdur qadın 165 ya 170.

Lakin qadın kişiden hündür olsa ve ya kişi qadından xeeeeeyli hündür olsa görüntü pozulur sanki.

Yene de esas amil deyil boy elbette ki.

Link to comment
Share on other sites

qohumluğumda olan balacaboy oglan  özünə hündür qız axtarırdı, deyirdi ki, istəmirəm uşaqlarım da balaca boy olsunlar. Axırda da tapdı,xoşbəxt evlilikləri davam edir, balaca gül balaları da var :)  

boy faktoru elə də önəmli deyil əsas olan sevgidi, qarşılıqlıdı anlaşmadı.

P.S.Hündür xanımın  ən böyük problemi ayağının ölçüsündə münasib ayaqqabını tapmaqdı :) 

  • Upvote 3
Link to comment
Share on other sites

10 минут назад, fikus elastica сказал:

qohumluğumda olan balacaboy oglan  özünə hündür qız axtarırdı, deyirdi ki, istəmirəm uşaqlarım da balaca boy olsunlar. Axırda da tapdı,xoşbəxt evlilikləri davam edir, balaca gül balaları da var :)  

boy faktoru elə də önəmli deyil əsas olan sevgidi, qarşılıqlıdı anlaşmadı.

P.S.Hündür xanımın  ən böyük problemi ayağının ölçüsündə münasib ayaqqabını tapmaqdı :) 

Balacaboy atanın uşaqlarıda balaca olur ) 

 Boy böyük olduqca ayaq ölçüsüdə böyük,əlləri də iri olur )  

Edited by Kenul2012
Link to comment
Share on other sites

Just now, Kenul2012 said:

Balacaboy atanın uşaqlarıda balaca olur ) 

ananın genlərini götürmə ehtimalı da var, nənəm babamdan boyca hündür idi, uşaqların 3-ü ana tərəfə çəkdi hamısı hündürboy, bircəsi ata tərəfə çəkdi boy baxımından 

2 minutes ago, Kenul2012 said:

 Boy böyük olduqca ayaq ölçüsüdə böyük olur ..Əllərdə iri olur )  

əllər daha doğrusu barmaqlar, pianist barmaqları kimi uzun :) 

Link to comment
Share on other sites

4 минуты назад, fikus elastica сказал:

ananın genlərini götürmə ehtimalı da var, nənəm babamdan boyca hündür idi, uşaqların 3-ü ana tərəfə çəkdi hamısı hündürboy, bircəsi ata tərəfə çəkdi boy baxımından 

əllər daha doğrusu barmaqlar, pianist barmaqları kimi uzun :) 

))Mən də təkcə barmaqlar uzundur ) ailəmdəki qadınlara baxanda boyumla birgə ((( əl və ayaqlarımda kiçikdir..Onlarda daha böyükdür ...:diablotin: Ata babamdan göz rəngim miras keçib..Boy qardaşlarıma keçib.Mən də genetik pozuntu gedib yəqin .))  Exxx...Haqsız dünyadırda ) Hələ onlar atam kimi ağ ,mən qara..:biggrin:

Edited by Kenul2012
Link to comment
Share on other sites

Только что, fikus elastica сказал:

niyə bu qədər şikayət edirsən axı . həyətdəki güllərini əkəndə, soğanaqları çıxaranda əyilərkən belin elə də gərilmir :)   

Ehh)) balacaboylar pərdə də  asmır.:nett: Uzunboyların yardımından istifadə edir,bəzən sui-istifadə də edir )) 

"axı mənim əlim çatmır ":25: 

Link to comment
Share on other sites

Xanımın boyu 170- 175 arasıdırsa bu halda o xanıma qarşı hər zaman xüsusi simpatiam olur.mən düşünürəm ki boy insana xüsusi gözəllik və ehtiras verir.bir də bu boya sahib qadın şişko deyilsə və gözəl gülüşü varsa deməli görünüşcə artıq ideala yaxındır :)  

Link to comment
Share on other sites

1 час назад, Kenul2012 сказал:

Balacaboy atanın uşaqlarıda balaca olur ) 

deməzdim.məncə, ananın boyu daha çox təsir eliyir. Müşahidələrimə əsasən)

Link to comment
Share on other sites

Только что, Kenul2012 сказал:

:biggrin: bir siz qalmışdız üzümə vurmayan.

Yox,sizi nəzərdə tutmurdum :) Kənar müşahidələrimə əsasən ) elə bizim ailədə də ana tərəf hündürboydu deyə mən də qardaşım da hündürboyluyuq. Hərçənd ata tərəf də balacaboy deyil.

Təsəvvür edin,ana tərəfdən kişilər içərisində ən balacaboyu mənəm - 1.85 sm ilə ))

Link to comment
Share on other sites

Bilmirem boy kim terefe daha çox çekir.

Anam boyca menim çiynimdendir,atam 4 sm menden hündür.Ailede bir menem hündür boy.İdmanla da bağlamaq istemirem.İdman 1-2 sm rol oynaya biler.

Link to comment
Share on other sites

       Mənim üçün də boy faktoru görünüş olaraq kəskin əhəmiyyət kəsb etmir,əsas çəki ilə boyda mütənasibliyin qorunmasıdır.Bir də ki heç bir uzun boy,gözəl sima,məlahətli səs və s. xarakterlərdəki qüsurları və ya bundan doğan uyumsuzluğu ört-basdır etməyə kifayət etməz.Amma yenə də "olmazsa pis olmaz" qəbiləsindən sayıla bilər.) Təbəssümlə bağlı fikirlə razıyam,gülüşü gözəl gələn insanlara baxmaq çox xoş olur,xüsusən də uşaqlarda.

  • Upvote 2
Link to comment
Share on other sites

12 минуты назад, ceylin сказал:

Eynen ) Menim boyum ve çekim kobudluğumu ört basdır ede bilmir.) 

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 15 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...