Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dondurmalar


fikus elastica

Recommended Posts

Yayın yeməli atributlarından biridi dondurma.Gəlin bu mövzuda ev dondurmasının reseptlərini paylaşaq. Axırıncı dəfə nə vaxt çox dadlı dondurma yediyimi unutmuşam  . Uşaq vaxtı gümüşü ayaqlı qablarda yediyimiz dondurmalar yadınızda? O dadı yenidən hiss etmək istəyirəm, necə alaq həmin dadı, uşaqlığımızın dadını? Sınaqdan keçirdiyiniz dondurma reseptləriniz varmı?

  • Upvote 3
Link to comment
Share on other sites

5 часов назад, gapgara сказал:

Hamı tənbəl öyrənib heç dondurma hazırlayan yoxdur ( O vaxtki bulvarda verilən dondurmalar daha yoxdur, üstündə də şokalad tozu.. Keçmişlə isə yaşamaq olmur..

 

Gara bəy,günahımıza girirsən))  Mən aktiv dondurma hazırlayıcısıyam))  Almaqla gözüm doymur ,evdə də hazırlayıram.Bir neçə dəfə mətbəx mövzusunda şəkil yerləşdirmişəm .

Link to comment
Share on other sites

В 16.06.2016 в 16:46, fikus elastica сказал:

Yayın yeməli atributlarından biridi dondurma.Gəlin bu mövzuda ev dondurmasının reseptlərini paylaşaq. Axırıncı dəfə nə vaxt çox dadlı dondurma yediyimi unutmuşam  . Uşaq vaxtı gümüşü ayaqlı qablarda yediyimiz dondurmalar yadınızda? O dadı yenidən hiss etmək istəyirəm, necə alaq həmin dadı, uşaqlığımızın dadını? Sınaqdan keçirdiyiniz dondurma reseptləriniz varmı?

 

Maraqlı reseptlərin olsa ,paylaş biz də edək.Şəkil də istəyirəm ) Şəkilsiz bu mövzuya gəlməyin,minuslayacağam))  Mənim sevimli mövzum olacaq bu yay bura)

 

Yumurtasız reseptlər olsun amma.Sonuncu dəfə etdiyimdə 3 yumurta vardı.Bir həftə  evdə qab-qaşıqdan yumurta iyini təmizləyə bilmirdim..)  

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

В 17.06.2016 в 22:54, fikus elastica сказал:

İlkin üçün bu sadə resepti sınamağa dəyər ,hazılamağı planlayıram. 33%lik qaymağı da tapmışdam-soyuducumda səbirsizliklə dondurmaya çevrilməsini gözləyir))) nəticəni mütləq paylaşacam.

Fikus, men eynen bundan hazirlamisham. Ancaq sheker pudrasi evezine qatilashdirilmish sud qatmishdim. Hech bir dondurmanin dadi buna chatmaz. Mutleq hazirla. Neticesini yazarsan. :)

  • Upvote 2
Link to comment
Share on other sites

On 6/19/2016 at 1:08 AM, Консуэло said:

Fikus, men eynen bundan hazirlamisham. Ancaq sheker pudrasi evezine qatilashdirilmish sud qatmishdim. Hech bir dondurmanin dadi buna chatmaz. Mutleq hazirla. Neticesini yazarsan. :)

mütləq, Konsuelo.Postunuzdan sonra pudranı qatılaşdırılmış süd ilə əvəz etməyi düşünürəm.təşəkkür

Birinci cəhd fiasko(( doğrusu, öz səhvim oldu, qaymağı soyuq olması üçün buz dolabında azca saxlamalıydım, uşaqlar başımı nətər qatdılarsa səhər yadıma düşdü ki, qaymaq orda qalıb donub(( donu açılanda qaymaq çürüdü . Odur ki,  yenidən cəhd eləməliyəm 

Link to comment
Share on other sites

mən 35%lik qaymağı qatılaşdırılmış süd ilə çalıram və bir xörək qaşığı kəsmik (yağlı kəsmik, şor olmasın) əlavə edirəm.

üstünə sirop və ulduz, çiçək formalı rassıpkaları bəzək kimi səpsək, maraqlı olur... uşaqlar bəyənir ))

  • Upvote 1
Link to comment
Share on other sites

3 минуты назад, NOIR сказал:

mən 35%lik qaymağı qatılaşdırılmış süd ilə çalıram və bir xörək qaşığı kəsmik (yağlı kəsmik, şor olmasın) əlavə edirəm.

üstünə sirop və ulduz, çiçək formalı rassıpkaları bəzək kimi səpsək, maraqlı olur... uşaqlar bəyənir ))

həmin qarışıq yüngül biskvit tort üçün və kiçik pirojnalara krem kimi də yarayır

  • Upvote 1
Link to comment
Share on other sites

məndə yenə alınmadı (((

bu dəfə qaymaq çalınmadı(( nəyi səhv etmişəm, niyə qaymaq şişib bize halına gəlmədi? hövsələdən çıxmışdım, su kimi olduğundan bütün ətraf qaymaqlı  ağ nöqtələrlərlə bəzəndi, yordu məni. çox yordu(((

 

atalar 3 dən deyib birini də yoxlayacam)) tövsiyyələrinizi gözləyirəm, nətər edim ki, qaymaq qatılaşıb krem halına gəlsin? nəyi düz etmirəm?

 

Link to comment
Share on other sites

On 6/22/2016 at 4:06 PM, Igolka said:

Heç vaxt ev dondurması yememişem heç hazırlamamışam da..

Hazıra nazirem :) 

hazır da tələblərimə cavab  vermir, hansının tərkibi oxuyuram azı 5 dənə E əlavəsi görürəm, dadları da elə də gözəl olmur. siz hansından razı qalmısız?

Link to comment
Share on other sites

17 минут назад, fikus elastica сказал:

məndə yenə alınmadı (((

bu dəfə qaymaq çalınmadı(( nəyi səhv etmişəm, niyə qaymaq şişib bize halına gəlmədi? hövsələdən çıxmışdım, su kimi olduğundan bütün ətraf qaymaqlı  ağ nöqtələrlərlə bəzəndi, yordu məni. çox yordu(((

 

atalar 3 dən deyib birini də yoxlayacam)) tövsiyyələrinizi gözləyirəm, nətər edim ki, qaymaq qatılaşıb krem halına gəlsin? nəyi düz etmirəm?

 

bəlkə 33 %-dən az yağlılığı var .. həmişə istifadə etdiyiniz qaymaqdır ?

əlavə qatqıları hissələrlə tökürsüz ?

çox çalanda da, həmçinin qarışıq "çürüyür"

siz kefinizi pozmayın, özünüzü daha yormayın. alınmırsa, alınmasın... həmin qarışığı tullamayın, qoyun soyuducuya.

sonra interneti açın. " тесто для пирога на сливках" yazın, götürdüyünüz resept əsasında xəmir eləyib, piroq bişirin. bərəkət israf olmasın.

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

20 минут назад, fikus elastica сказал:

məndə yenə alınmadı (((

bu dəfə qaymaq çalınmadı(( nəyi səhv etmişəm, niyə qaymaq şişib bize halına gəlmədi? hövsələdən çıxmışdım, su kimi olduğundan bütün ətraf qaymaqlı  ağ nöqtələrlərlə bəzəndi, yordu məni. çox yordu(((

 

atalar 3 dən deyib birini də yoxlayacam)) tövsiyyələrinizi gözləyirəm, nətər edim ki, qaymaq qatılaşıb krem halına gəlsin? nəyi düz etmirəm?

 

 

Fikusixa,hansı qaymaqdan istifadə edirsən ? Mən kq  ilə alıram.500 qr qaymağa bir stəkan pesokla çalıram .Krem halına düşür.Bunu adi krem  kimi torta ,piroqa istifadə edirəm.Marketlərdə çəki ilə satılan qaymaqlardan alıb istifadə etsən olar.Paketlərdə olanlar çox sıyıq olur..

  • Upvote 1
Link to comment
Share on other sites

6 minutes ago, NOIR said:

bəlkə 33 %-dən az yağlılığı var .. həmişə istifadə etdiyiniz qaymaqdır ?

əlavə qatqıları hissələrlə tökürsüz ?

çox çalanda da, həmçinin qarışıq "çürüyür"

siz kefinizi pozmayın, özünüzü daha yormayın. alınmırsa, alınmasın... həmin qarışığı tullamayın, qoyun soyuducuya.

sonra interneti açın. " тесто для пирога на сливках" yazın, götürdüyünüz resept əsasında xəmir eləyib, piroq bişirin. bərəkət israf olmasın.

əlbəttə, nəyinsə 2-ci həyatını yaşatmadan götürüb atmaq mənlik deyil)) hətta əşyalar da belə))

 şəkər kirşanı ilə 33 faizlik qaymagi bir ləyənə tokub qarışdırmağa başladım mikser də bir surətdə -yuksək suretdə olub.qarışıq çürümədi sadəcə tam alınmadı sulu qaldı

Edited by fikus elastica
Link to comment
Share on other sites

Только что, fikus elastica сказал:

əlbəttə, nəyinsə 2-ci həyatını yaşatmadan götürüb atmaq mənlik deyil)) hətta əşyalar da belə))

 şəkər kirşanı ilə 33 faizlik qaymagi bir ləyənə tokub qarışdırmağa başladım mikser də bir surətdə -yuksək suretdə olub.qarışıq şürümədi sadəcə tam alınmadı sulu qaldı

squşonka (qatıl.süd) əlavə edin. çox kiçik porsiyalarla, qatılaşana qədər ...sınayın bir

Link to comment
Share on other sites

4 минуты назад, Kenul2012 сказал:

 

Fikusixa,hansı qaymaqdan istifadə edirsən ? Mən kq  ilə alıram.500 qr qaymağa bir stəkan pesokla çalıram .Krem halına düşür.Bunu adi krem  kimi torta ,piroqa istifadə edirəm.Marketlərdə çəki ilə satılan qaymaqlardan alıb istifadə etsən olar.Paketlərdə olanlar çox sıyıq olur..

yerli istehsal qaymaqdır ? adı ?

Link to comment
Share on other sites

1 час назад, fikus elastica сказал:

hazır da tələblərimə cavab  vermir, hansının tərkibi oxuyuram azı 5 dənə E əlavəsi görürəm, dadları da elə də gözəl olmur. siz hansından razı qalmısız?

Men onların terkibine heç baxmıram.

Magnat dondurmasını sevirem.

  • Upvote 1
Link to comment
Share on other sites

Fikus .Məxsusi sənin üçün.Bu gün hazırladığım tort üçün qaymaqlı krem seçdim.Şəkilləri yerləşdirim bax)

63e61a0132c8579708620af7c21aed86.jpg

400 qram qaymaq.Qaymaq bərk olmalıdır.

.a977d35c1712c968758147af03408f4c.jpg

4d6f79776663fd699f4e99a490b7dbc3.jpg

qaymağı tək çalmışam.Mən qatılaşdırılmış süd əlavə edəcəyəm deyə şəkər tozu qatmadım.3 dəqiqə çaldım bərkiyib rəngi ağardı.

a6bf28ba3332c74f884171077948b9c4.jpgf78201b205d8f2d620fd7cda04e9cf5c.jpg

Sonra bir banka qatılaşdırılmış süd qatıb 7 dəqiqə çaldım.Bu cür krem alındı.Bu kremdən hazırlayacağım şirniyyatın şəkli və resepti artıq digər movzuda )) izləyə bilərsiniz)

  • Upvote 1
Link to comment
Share on other sites

On 6/27/2016 at 7:10 PM, Kenul2012 said:

 

Fikus .Məxsusi sənin üçün.Bu gün hazırladığım tort üçün qaymaqlı krem seçdim.Şəkilləri yerləşdirim bax)

cooox sağ ol, Könül. Elədim, əla alındı, " ivanovka"nı kilo ilə aldım yarım kiloya 2 banka qatılaşdırılmış süd əlavə etdim. bu qarışığı biskvit tortda istifadə etdim, azca duru idi onu da jelatinlə "bərkitdim". Bir də kakao qatdım ki, şokoladlı olsun :) Tort çox yumşaq havalı çıxmışdı, hamının da xoşuna gəldi. təşəkkür resept üçün.

  • Upvote 2
Link to comment
Share on other sites

Dondurma da nəhayət ki, 3cü cəhdən alındı :) Atalar 3 dən deyib :)

Elə indicə bitirdim cəmi 10 dəq vaxtımı aldı. Səhvimi də anladım, əvvəlkilərdə qaymaq kifayət qədər soyumadığı üçün alınmırdı. Bu dəfə 40 dəq qaymağı, mikser başlıqlarını və qabı dondurucu bölmədə saxladım. ilk 20 dəq keçəndən sonra qaymağı çalxalayıb,qarışdırıb novbəti 20 dəq müddətində təkrar buz dolabına qaytardım. 

vaxt tamam olanda çıxardım və əvvəl aşağı sürətlə sonra isə yüksək sürətlə qarışdırmağa başladım. Bir az keçəndən sonra qarışdırmağı dayandırmadan  vanilin və şəkər kirşanını qatdım( yarım st).az keçmiş qaymaq bize halına gəldi. mikseri dayandırdım qarışığı da plastik qablara töküb buz dolabına dondurmağa olmağa göndərdim. Çox sadə gəldi, əvvəlki kimi heç yormadı. bir mənfi cəhəti var ki, çox piqqildayır ətrafa)) onun da yolunu tapdım, umivalnikin içində edirəm, üstünə də göyərti doğradığım taxtanı qapaq kimi qoyuram ki, ətraf ağ ləkələrlə bəzənməsin)))

 

İstifadə etdiyim qaymaq- 33% lik sulu qaymaq(domik v drevne)

download (1).jpg

  • Upvote 4
Link to comment
Share on other sites

В ‎04‎.‎07‎.‎2016 в 17:01, fikus elastica сказал:

həvəslənmişəm, gələn dəfə şokoladı sürtgəcdən keçirib qatmağı fikirləşirəm bir də kakao, şokaladlı dondurmaları çox xoşlayıram.

 

başqa nəyi sınaqdan keçirmək olar? 

qarağat, çiyələk mürəbbəsinin siropunu əlavə etmək olar, amma bu zaman dadı yoqurtu xatırladacaq )) mən də şokoladlı dondurma sevirəm. bəziləri dondurmaya xırdalanmış püstə, qoz ya fındıq əlavə edirlər.... nə bilim, dondurmada bu kimi tamların qarışığı xoşuma gəlmir :rolleyes:

  • Upvote 1
Link to comment
Share on other sites

В 04.07.2016 в 17:49, fikus elastica сказал:

cooox sağ ol, Könül. Elədim, əla alındı, " ivanovka"nı kilo ilə aldım yarım kiloya 2 banka qatılaşdırılmış süd əlavə etdim. bu qarışığı biskvit tortda istifadə etdim, azca duru idi onu da jelatinlə "bərkitdim". Bir də kakao qatdım ki, şokoladlı olsun :) Tort çox yumşaq havalı çıxmışdı, hamının da xoşuna gəldi. təşəkkür resept üçün.

 

Dəyməz.Bərkimək alınmasa ora bir-iki xörək qaşığı şanti kremin tozunu da əlavə edib onu qatılaşdıra bilərsən.Jelatin işlətməmişəm..Bir dəfə quru süddə istifadə edəcəyəm.Görüm nə olur)

Link to comment
Share on other sites

В 04.07.2016 в 17:58, fikus elastica сказал:

Dondurma da nəhayət ki, 3cü cəhdən alındı :) Atalar 3 dən deyib :)

Elə indicə bitirdim cəmi 10 dəq vaxtımı aldı. Səhvimi də anladım, əvvəlkilərdə qaymaq kifayət qədər soyumadığı üçün alınmırdı. Bu dəfə 40 dəq qaymağı, mikser başlıqlarını və qabı dondurucu bölmədə saxladım. ilk 20 dəq keçəndən sonra qaymağı çalxalayıb,qarışdırıb novbəti 20 dəq müddətində təkrar buz dolabına qaytardım. 

vaxt tamam olanda çıxardım və əvvəl aşağı sürətlə sonra isə yüksək sürətlə qarışdırmağa başladım. Bir az keçəndən sonra qarışdırmağı dayandırmadan  vanilin və şəkər kirşanını qatdım( yarım st).az keçmiş qaymaq bize halına gəldi. mikseri dayandırdım qarışığı da plastik qablara töküb buz dolabına dondurmağa olmağa göndərdim. Çox sadə gəldi, əvvəlki kimi heç yormadı. bir mənfi cəhəti var ki, çox piqqildayır ətrafa)) onun da yolunu tapdım, umivalnikin içində edirəm, üstünə də göyərti doğradığım taxtanı qapaq kimi qoyuram ki, ətraf ağ ləkələrlə bəzənməsin)))

 

İstifadə etdiyim qaymaq- 33% lik sulu qaymaq(domik v drevne)

 

 

 

qabın başına paket keçirib ,ancaq mikserin şpristləri üçün deşik aça bilərsən )

 

Türklərin məşhur aşpazının bir sözü var )  Mətbəxdə çarələr bitməz..həqiqətən elədir.Yetər ki,istə  

  • Upvote 1
Link to comment
Share on other sites

12 hours ago, Kenul2012 said:

 

 

qabın başına paket keçirib ,ancaq mikserin şpristləri üçün deşik aça bilərsən )

 

Türklərin məşhur aşpazının bir sözü var )  Mətbəxdə çarələr bitməz..həqiqətən elədir.Yetər ki,istə  

həəə, strech keçirib eləmək də olar, düz deyirsen, bu dəfə elə edərəm, thanks

Link to comment
Share on other sites

Mehriban Həsənovanın fb-də "yeməli" bir səhifəsi var. Əla reseptlər paylaşır. Belə bir dondurma resepti paylaşmışdı ötənlərdə. Bunu da yoxlamağa dəyər. Əsas ana resepti, köməkçi inqridientləri zövqə görə ixtisar da etmək olar. bu da səhifənin ünvanı  https://www.facebook.com/foodbloggerchefmary/?fref=ts

 

 Semifredo - İtalyan dondurması

6 yumurta (otaq temperaturunda)
600 ml (33-35%) qaymaq 
200 qr şəkər pudrası 
50 qr badamlı peçenye (doğranmış)
100 qr fıstıq (doğranmış)
100 qr tünd şokolad (doğranmış)
100 qr albalı (vişnə) 
50 ml konyak

1) Albalını (vişnəni) gecədən konyakda isladın 
2) Yumurtaların ağ və sarısını ayırın. Ağı ayrı, sarıları da ayrı şəkər pudrası ilə çalın.
3) Qaymağı da ayrıca çalın. 
4) Ağı və sarını tez bir-birinə qatın, sonra qaymağı əlavə edin. 
5) Alınan kremi 2 hissəyə bölün. Birinə doğranmış şokolad və albalını (vişnəni), ikinciyə isə fıstığı əlavə edin. 
6) Qablara yığıb, 3-4 saatlıq soyuducuya (buzxanaya) 
7) Dondurmanı yeyəndə üstünə badamlı peçenye əlavə edin.

Link to comment
Share on other sites

bu dəfə qatılaşdırılmış südə çoxlu kakao əlavə edib çalınmış qaymağa qatdım. o birilərdən daha dadlı oldu, tez başa gələn şokoladlı bir dondurma alındı. Kakao çox güclü aromatizatordu, qaymağın yağ təmini əməlli başlı örtdü. daha bu cür edəcəm, asan həm də qaymaq təmi verməyən variantdı. kakao tozcuqları ətrafa uçmasın deyə hissə-hissə qatılaşdırılmış südə qatıb asta-asta tam qarışana qədər qarışdırın. çox şirinin sevmirsizsə, yarım banka qatılaşdırılmış süd qatın.

 yuxarıdakı resepti də sınaqdan keçirəcəm sadəcə yumurta qoxusu gələr deyə hər dəfə ertələyirəm 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 7 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 54 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Downvote
        • Upvote
        • Confused
      • 417 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Facepalm
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Milli
        • Upvote
        • Haha
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...