Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

2015-Də Iki Dəfə Devalvasiya, Bəs Inflyasiya?


gapgara

Recommended Posts

Bu il 2 dəfə devalvasiya baş verib, hər şeyin qiyməti qalxıb və qalxmaqdada davam edir. Bəs bizim analoqu olmaya hökumətimiz rəsmi olaraq inflyasiyanı elan edəcəkmi? Yoxsa şüarımız birdir - "Azərbaycanda neftin qiymətinin düşməyini xalq hiss etmir, devalvasiya böhranından xalq üzü ağ çıxacaq"

Link to comment
Share on other sites

Mağazanin alicilari çoxdursa yenə də qiyməti dəyişməmək də mümkündür . çünki obyom prodaj normaldi , əgər alicilar çoxluq təşkil edəcəksə lap mali yeni qiymətləndirmə etməsələr də xeyirləri qalacaq , belə mağaza əgər fəaliyyətdədirsə , deməkki alici sayini artirmaq üçün və bütün şəhərin əhalisini özlərinə cəlb etmək üçün cəhd göstəriblər . Elgizdəki harda aş orda baş yaltaq , ikiüzlü xain . Elə ağillisansa  böyük dediyin mağazalarin ətrafindakilara , ya da rayondakilarda yerləşən mağazalari çək camaata göstər .

Link to comment
Share on other sites

Mağazanin alicilari çoxdursa yenə də qiyməti dəyişməmək də mümkündür . çünki obyom prodaj normaldi , əgər alicilar çoxluq təşkil edəcəksə lap mali yeni qiymətləndirmə etməsələr də xeyirləri qalacaq , belə mağaza əgər fəaliyyətdədirsə , deməkki alici sayini artirmaq üçün və bütün şəhərin əhalisini özlərinə cəlb etmək üçün cəhd göstəriblər . Elgizdəki harda aş orda baş yaltaq , ikiüzlü xain . Elə ağillisansa  böyük dediyin mağazalarin ətrafindakilara , ya da rayondakilarda yerləşən mağazalari çək camaata göstər .

Bu ticarətçilərə bir küy lazımdır. Yaxşı bəhanə düşüb əllərinə. Dollar oynayan kimi öz qiymətlərini yükləyirlər malın belinə. 

İkinci də marketlərdə insan axını nə qədər çox olsa da ucuzluq gözləmək möcüzəyə inanmaq kimi bir işdir. əksər marketlər yeni işə başlayanda yığır müştəriləri, qiymətləri nisbətən fərqli qoyub cəlb edirlər, tez bir zamanda da hiss olunmadaq əsas qiymətlərini yükləyirlər. 

Link to comment
Share on other sites

Ay evi tikilmishler, indi biz oz gozumuzun gorduyune inanaq, yoxsa, stop yazilan qapidan magazine giren Elgize, yoxsa, magazin menecerine ve saticilarina?

Men oz gozlerime inanmagi secirem.

Hercend ki dinim buyurub gozun gorduyunun yarisina, eshitdiyinin ise hec birine inanma )))

Link to comment
Share on other sites

Əslinə baxanda il ərzində 34+48% =82% devalvasiya olubsa inflyasiya qaçılmazdır, olmalıdır. Bunu idarə etmək də mümkün deyil bu dövlətdə. İlin əvvəlindən də gedib inflyasiya, indi də ildırım sürətilə qalxır qiymətlər. Dövlət bu inflyasiyanı rəsmi elan etməkdən qorxur.

Link to comment
Share on other sites

Ay evi tikilmishler, indi biz oz gozumuzun gorduyune inanaq, yoxsa, stop yazilan qapidan magazine giren Elgize, yoxsa, magazin menecerine ve saticilarina?

Men oz gozlerime inanmagi secirem.

Hercend ki dinim buyurub gozun gorduyunun yarisina, eshitdiyinin ise hec birine inanma )))

Mən öz gözümə inanıram.İki gündür nə alıramsa hamısında artım var.Çörəyin qiymətini artırmayıblar,ölçüsünü kiçildiblər.

Link to comment
Share on other sites

Alqışlayan var?

Səncə? Əlbəttə yoxdur.Alqışlayan Ağadadaş Ağayev olub bircə  .

https://www.youtube.com/watch?v=3aDsxvhRWkk

 

Müğənni vurğulayıb ki, əsas məmləkətin, Vətənin , dövlətin büdcəsi bizim üçün çox önəmlidir:

“Çoxları dolların qalxmasına neqativ münasibət bəsləyir. Amma dolların bahalaşması, manatın düşməsi bir vətəndaş olaraq məni sevindirir. Ona görə ki, biz ixracat ölkəsiyik. Bizim ixracatımız daha çoxdur, nəninki istehsalımız. İstehsalla bağlı bizim hələ də problemlərimiz var.

Amma bizim əsas ixracatımız neft, qazdır. Neft, qazımızı bütün dünyaya satırıqsa, bu dollar üzərindən satılır düzdümü?! Biz məsələn, bir milyon dollar neft satdıq, qazandığımız bir milyon dollar da olur. Amma biz onu Vətəndə dəyərləndirəndə olur bir milyon altı yüz min manat. Və bu bizim büdcəmizə birbaşa müsbət təsir göstərir. Əsas məmləkətin, Vətənin , dövlətin büdcəsi bizim üçün çox önəmlidir. Əcəb olub, dollar qalxıb”.

Link to comment
Share on other sites

http://anaxeber.az/fles/20372-manatla-bagli-mezenne-firildagi-beynelxalq-sistemde-shubheli-emeliyyat.html

 

Burdakı məlumatı oxuyun, görün necə "diribaş" uşaqlar var. Devalvasiya olan günü dolların manata nəzərən kürsunun necə dəyişməyinin bir neçə qrafikini çıxarıblar. Sonuncu gün də bizim məmurlarımızın maşennikliyi tarıxə düşüb. Amma nə fayda...

Link to comment
Share on other sites

Mən də, digər siyasi, ictimai çıxışlar edən insanlar da illərdir deyirik ki, gömrüyü, vergini düzəldin, iqtisadi açılım edin. Təbii ki, bu vacibdir, amma, artıq yetərli deyil, ölkə olaraq artıq “qırmız xətti” keçdik, tək gömrük-vergi ilə vəziyyət düzəlməyəcək. Artıq fundamental siyasi və sistem dəyişikliklərinə ehtiyac var. Səbəblərini izah etməyə çalışacağam.

Ölkə sürətlə 90-cı illərə qayıdır, o zaman iqtisadiyyat daha liberal, gömrük və vergi orqanları daha yumşaq idilər, total inhisarçılıq yox idi, 2000-ci ilə qədər belə oldu. Xatırlayın, ölkədə ən çox hansı iş növü var idi? İnsanlar ölkədə Sovetdən qalan direl, fotoaparat, xalça-palaz, mis, alüminium – bir sözlə, xaricdə satıla biləcək nə var idisə ölkədən çıxarır, əvəzinə İrandan “bakkuş”, Türkiyədən paltar gətirirdilər. Gətirdikləri malları burada satır, manata çevirir, “bakkuş” satan puluna paltar, paltar satan qazancına “bakkuş” alırdı. Paralel olaraq da, ölkəyə valyuta axını artırdı, 1995-ci ildə ölkəyə 300 mln. dollar gəlmişdisə, 1999-cu ildə bu məbləğ 1 mlrd. dolları keçmişdi. Yəni, hətta mal aparıb sata bilməyənlər belə, burada qazanclarına dollar alıb, alver üçün gedib, mal gətirirdilər. Daha bir ciddi vəsait daxil olma mənbəyi Rusiya idi, orada çalışan soydaşlarımız burada yaşayan ailə üzvlərinə vəsaiti dollarla göndərirdilər, onlar da həmin vəsaiti manata çevirib xərcləyir, ya da elə dollarla mənzil, torpaq, maşın, qızıl, məişət texnikası alırdılar. Bir sözlə, ölkəyə dollar axını var idi, ona görə də, ölkədən dollar çıxarıb mal gətirmək mümkün idi, bu makroiqtisadi vəziyyətimizə təsir göstərmirdi. Hamı satır, hamı da alırdı, istehsal edən yox idi, başımız alverə qarışdı, yüzminlərlə insan “çanta alverçisi” (rus dilində buna “çelnoçnik” deyirdilər) oldu, pul qazandı, sonra özünə mağaza, obyekt açdı, bəziləri bankrot oldu, amma iqtisadi qanunlar işlədi.

2000-lərdən sonra ölkəyə ciddi pul axmağa başladı, 2004-dən sonra isə BTC, borumuz işə düşdü, hər il büdcəmizdən də artıq dollar axmağa başladı. Hökumət çaşdı, çünki doğru-dürüst planları-proqramları, bilik-bacarıqları yox idi, həmən hər şey “dövlət nəzarəti” altında məmurların, nazirlərin əlinə keçdi, inhisarçılıq ərşə çıxdı, korrupsiya idarəetmə formasına döndü. Amma bu ayıbları dollar seli, neft pulu örtürdü. Neft pulları sağa-sola xərclənir, MSM (Mərmər Səki Modeli) işə düşür, effektivlik azalır, kəmiyyət artır, keyfiyyət düşürdü. Amma neft kranı fontan vurur, pul artıqdı, 2008-ci ildə büdcəmiz 9 mlrd. dollar idi, amma ölkəyə 20 mlrd. dollar pul gəldi, hakimiyyətin “qırmızı lent” üzərində qurduğu “uğur hekayəsi” öz apoqeyinə doğru getməyə başladı. Amma unutdular ki, ölkəyə pul cəmi 2 kanaldan gəlir: Neft və xaricdə yaşayan soydaşlarımız, vəssalam.

İndi vəziyyət belədir ki, bu 2 kanal da quruyur, azalıb, azalmaqda da davam edəcək, amma ölkənin xərcləri, əhalinin gözləntiləri, həyat tərzi dəyişib, yaxşıya öyrəşib. İndi, tutalım gömrük və vergi düzəldi, hamı getdi mal gətirdi, suallar meydana çıxır: 1) Hamı satsa, kim alacaq, 2) Xaricdən mal almaq üçün dollar lazımdı, dollar isə ölkəyə gəlışı azalır, iş adamı o dolları hardan alıb, gedib mal gətirəcək, daha direllə, fotoaparatla Trabzondan dəri görəkcə gətirmək olmayacaq axı.

Bir sözlə, ölkənin bulağı quruyub, ölkəyə valyuta gələn kanal azalıb, başqa kanallar da yoxdur! Təcili ixracatı stimullaşdırmaq lazımdır ki, ölkəyə dollar axıdan kanallar artsın, çünki, yoxsa vəziyyət düzəlməyəcək. İxracat yönümlü iqtisadiyyata tez keçmək də olmur, bu da bir bəladır, amma keçmək üçün şərtlər bunlardır: 1) Azad və ədalətli məhkəmə sistemi, 2) Mülkiyyət toxunulmazlığı, 3) Maliyyə amnistiyası, 4) İdarəetmə dəyişiklikləri, sistemin yenidən dizaynı – SİYASİ İSLAHATLAR!

Vəssalam, eşidirsiniz məni, yuxarıdakılar?!

 

NATIQ CƏFƏRLİ

Link to comment
Share on other sites

Heç xoşum gəlmir insan keçmişdə olanları, hamının qulağı eşitməkdən yorulduğu sözləti yenidən sıralayıb xalqa yeritməyindən. 

Bir nəfər bütün danışıqlarını 93-dən başlayan kimi bu Natiq də 90-dan başlayıb. 

Link to comment
Share on other sites

Heç xoşum gəlmir insan keçmişdə olanları, hamının qulağı eşitməkdən yorulduğu sözləti yenidən sıralayıb xalqa yeritməyindən. 

Bir nəfər bütün danışıqlarını 93-dən başlayan kimi bu Natiq də 90-dan başlayıb. 

Bu adam sadəcə olaraq müqayisə apardı, nağıl danışan deyil yani.

Link to comment
Share on other sites

Azərbaycan rəsmilərinin bildirməsinə görə, başa vurmaqda olduğumuz 2015-ci ildə ölkədə inflyasiya 4 faiz olub. Bunu dekabrın 23-də Milli Olimpiya Komitəsində bu il fərqlənən idmançı və məşqçiləri mükafatlandırarkən prezident İlham Əliyev də dedi. 


Ancaq müstəqil iqtisadçılar 2015-ci ildə Azərbaycanda inflyasiyanın 4 faiz olmasına inanmırlar. İqtisadçı Samir Əliyev deyir ki, bu rəqəm tam reallıqdan uzaqdır:


«Nəzərə alın ki, ölkədə iki dəfə devalvasiya gedib, manat 100 faizə yaxın ucuzlaşıb. Həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında bahalaşma var. Qeyri-ərzaq məhsullarının çoxu ölkəyə idxal olunur, ərzaq məhsullarının da təqribən yarısı. Ölkədə istehsal olunan məhsulların da bir çox komponentləri, qatqıları xaricdən gəlir. 4 faiz inflyasiya inandırıcı deyil».


Samir Əliyev bildirir ki, mənzillərin, bir çox avtomobillərin qiymətində ucuzlaşma olub. Ancaq bütünlükdə götürəndə, əksər qiymətlər bahalaşıb. O, reallıqda inflyasiyanın ikirəqəmli olduğunu düşünür.


AZI 15 FAİZ...


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə təəssüflə qeyd edir ki, hazırda ölkədə alternativ inflyasiya hesablanması mövcud deyil. Odur ki, bu barədə əsaslandırılmış fikir söyləmək çətindir:


«Çünki həqiqətən məhsulların əksəriyyətinin qalxması ilə yanaşı, il ərzində sənaye məhsullarının ayrı-ayrı növlərinin qiymətində düşmələr olub. Ümumən inflyasiyanın hesablandığı 700-dək məhsul növü üzrə dəyişiklik haqqında yalnız xüsusi hesablama əsasında fikir yürütmək olar. Hər-halda ölkə əhalisinin istehlak xərclərində xüsusilə yüksək (60 faizədək) çəkiyə malik ərzaq məhsullarının qiymətində son devalvasiyaya qədər ən azı 15 faizlik artım olub».


Azər Mehdiyevdə düşünür ki, inflyasiya 4 faizdən daha çox olub.


SAXTA RƏQƏMLƏR...


Hazırda ABŞ-da olan başqa bir iqtisadçı Qubad İbadoğlu da deyir ki, inflyasiya artımını dəqiq rəqəmlə ifadə etmək çox çətindir: «Ancaq şübhəsiz ki, inflyasiya daha yüksəkdir. Sadəcə, Dövlət Statistika Komitəsi onu saxtalaşdıraraq həmişəki kimi aşağı elan edir».


İqtisadçı Natiq Cəfərli də inflyasiyanın iki rəqəmli olduğunu düşünür. O da qeyd edir ki, yalnız alternativ hesablama sistemi ilə dəqiq rəqəm müəyyən etmək olar: «Məncə, 11-12 faiz olmalıdır, real rəqəm».


Qeyd edək ki, il ərzində qiymətlər 10 faizdən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır.


Yox il ərzində qiymətlər 10 faizdən çox artarsa, onda ölkədə sürətli inflyasiyanın baş verdiyi hesab edilir.

Link to comment
Share on other sites

Bu ticarətçilərə bir küy lazımdır. Yaxşı bəhanə düşüb əllərinə. Dollar oynayan kimi öz qiymətlərini yükləyirlər malın belinə. 

İkinci də marketlərdə insan axını nə qədər çox olsa da ucuzluq gözləmək möcüzəyə inanmaq kimi bir işdir. əksər marketlər yeni işə başlayanda yığır müştəriləri, qiymətləri nisbətən fərqli qoyub cəlb edirlər, tez bir zamanda da hiss olunmadaq əsas qiymətlərini yükləyirlər. 

 

Əgər elə bir mağaza varsa (?) qiymətlər nə səbəbdən həddindən ziyadə  yüksəlməyib ? Çünki mağaza sahibi kobud səslənsə də , aferistdir , ya kiməsə yaltaqliq edir , ya kiminsə əmrinə görə qiymətləri dəyişməyib , (bu kiminsə işinə yariya bilər məsələn Aztv-də tərif üçün) bu gözlərə kül üfürmək deməkdir .. görk üçün kimisə tərifləməyə yer buraxir . Və əgər magazadaki məhsullarin qiyməti dəyişilmirsə deməkki o mağazada aliş - veriş güclü olacaq , əhali axini orda olacaq. Onsuz da hal hazirki camaatin yaridan çoxu xarici məhsullari almağa imkani olmayan kasib təbəqənin üzvləridir , müvəqqəti olaraq özlərini yerli istehsalllarla girləyəcək . Roliklərin birində yaşli qadin deyirki , "bax ay bala mən indi mağazadan çixiram 45 qəpiklik öz məhsulumuz olan soğan niyə 60 qəpiyə qalxib ?"   Bu danişiq şikayətləri də öncədən ağilli adam bilir o üzdən qiymətləri dəyişilməz olaraq saxlayir , yerli mali bahalaşdirib polkalarda çürüdüncə ucuz qiymətə qoyur beləcə satişa buraxir . Beləliklə onun pulu oborot edir . Məhsullarin hamisi xaricdən dollarla gəlmir axi .  

Sizin yaziniz isə dollar bahalaşmamiş normal zəmanə üçün keçərli olmali idi , təəsüf ki özümüz özümüzə düşmənik ,  bir - birimizin qanini içirik . İndi hami hamini başa düşməli idi heyf ki rezultat əksindən xəbər verir .

 

Dünən oxudumki toyuğun yumurtasi da bahalaşibmiş , bahalaşmanin idxala bağli olduğu başa düşüləndir , ancaq bu heyvanlarin yemi daxildə istehsal olunsa bahaliq o qədər də hiss olunmaz , guya toyuq da dollarla işləyir , guya daxildə quş yemi istehsal olunmur ? Yalandan atirlar texnoloji avadanliqlarin , komponentlerin , genetik materiallarin üstünə . 

Edited by azda
Link to comment
Share on other sites

Ay camaat...qiymet artimina qarsi bu aqresaiyanizi basa duse bilmirem...dollar 98% bahalasib il erzinde ve mallarin qiymetindeki artim mutleqdir...yoxsa butun dukan bazar sahibleri xeyriyye meqsedi ile islemelidi?

Nəsim əsəbiləşmə, xalq dərdləşir dəə, neyləyək bəs, ürək dolub, heç olmasa danışmaqla özümüzü boşaldaq. 

 

Qiymətlər devalvasiyaya görə qalxmalıdır, bu təbiidir. Maraqlı olan odur ki, hökumət elan eləsin inflyasiyanı. Bunlar isə elə bir rəqəm çıxardırlar ki, ortaya ondansa deməsələr yaxşıdır. İnflyasiya rəsmi elan olunsa minumim əməkhaqqı, pensiyalar və sair qaldırılmalıdır. Bunlardan qaçmaq üçün hökumət bacardığı qədər bu rəqəmi aşağı deməyə çalışır.

Link to comment
Share on other sites

Nəsim əsəbiləşmə, xalq dərdləşir dəə, neyləyək bəs, ürək dolub, heç olmasa danışmaqla özümüzü boşaldaq. 

 

Qiymətlər devalvasiyaya görə qalxmalıdır, bu təbiidir. Maraqlı olan odur ki, hökumət elan eləsin inflyasiyanı. Bunlar isə elə bir rəqəm çıxardırlar ki, ortaya ondansa deməsələr yaxşıdır. İnflyasiya rəsmi elan olunsa minumim əməkhaqqı, pensiyalar və sair qaldırılmalıdır. Bunlardan qaçmaq üçün hökumət bacardığı qədər bu rəqəmi aşağı deməyə çalışır.

 4 % deyir.Əslində bu rəqəm yüksəkdir.Büdcə boş.Qaldırmaq mümkün deyil.

Link to comment
Share on other sites

Vasif Talıbovdan "cəsur" addım.

Modern.az  Strateq.az-a istinadən xəbər verir ki, kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb.

Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.

Bu qərar ancaq "Naxçıvanbank"ın müştərilərinə aiddir.

">

 

P.S. Naxçıvandank deyəsən elə Vasifin özünündür.

Link to comment
Share on other sites

 4 % deyir.Əslində bu rəqəm yüksəkdir.Büdcə boş.Qaldırmaq mümkün deyil.

Bu gün tarf şurası qərar verub, dərmanlar 30% qalxdı. 4 % doğurdan da hiss olunmayan bir rəqəmdir. qərarları başlarına dəysin bunların. 

Link to comment
Share on other sites

Bu gün tarf şurası qərar verub, dərmanlar 30% qalxdı. 4 % doğurdan da hiss olunmayan bir rəqəmdir. qərarları başlarına dəysin bunların. 

Qiymətlər yenicə düşmüşdü(guya.)..Hansı dərman düşmüşdü onu aptekdə tapmaq olmurdu.İndi yenidən qiyməti qaldırır.

Link to comment
Share on other sites

Qiymətlər yenicə düşmüşdü(guya.)..Hansı dərman düşmüşdü onu aptekdə tapmaq olmurdu.İndi yenidən qiyməti qaldırır.

Bizim məmurlar vəzifəyə təyin olunmamışdan gözbağlayıcı və gibgirlik imtahanı verirlər, keçə bilməsələr vəzifə verilmir.

Link to comment
Share on other sites

İndicə xəbərlərdə deyildi ki, Naxçıvan Muxtar Respublikasının banklarında kredit borcu köhnə məzənnə ilə ödəniləcək. Atam deyir ki, əhsən, heç olmasa oradakı insanlar az-çox bu yükdən canını qurtara bildi. Sonra aydınlaşdı ki, bu xəbər yalnız "Naxçıvan Bank" ASC-ə və onun 320 müştərisinə şamildir. Yəni növbəti dezinformasiya.

Bir də "Delta Telekom" şirkətinin açıqlaması məni məhv etdi, oranın məsul işçisi qırmızı-qırmızı deyir ki, internet xidmətinin qiyməti artırılmalıdır, məgər Azərbaycanda internet xidmətinin qiyməti olduqca yüksək deyil?

Link to comment
Share on other sites

İndicə xəbərlərdə deyildi ki, Naxçıvan Muxtar Respublikasının banklarında kredit borcu köhnə məzənnə ilə ödəniləcək. Atam deyir ki, əhsən, heç olmasa oradakı insanlar az-çox bu yükdən canını qurtara bildi. Sonra aydınlaşdı ki, bu xəbər yalnız "Naxçıvan Bank" ASC-ə və onun 320 müştərisinə şamildir. Yəni növbəti dezinformasiya.

 

 

http://www.disput.az/index.php?showtopic=855642&p=27834472

Link to comment
Share on other sites

əksəriyyətin dövlətə söz deməyə duxu çatmır deyə düşüblər mağaza sahiblərinin üstünə.ay qardaş, bu mağazaya gələn malların 99% i idxal olunan mallar sırasındadır.buna görə də bahalaşma təbii haldır.mağaza sahibi xeyriyyəçi deyil ki sənə satdığı malı bugünkü məzənnə ilə ucuzdan verə.qiymət necə olmalıdırsa elədir.bunu qloballaşdırmayın.sözünüz varsa gedin 20 ildir qeyri neft sektoruna bir qəpik də xərcləməyən hökümətə sözünüzü deyin.amma onlara da heçnə deməyin.sözünüz varsa özünüzə deyin çünkü 20 ildir susan sizsiniz.bu vəziyyətə göz yuman sizsinizə deməli problemin səbəbkarı da özünüzsünüz.

Link to comment
Share on other sites

Elə bu xəbəri oxumuşam. Amma Həbib Müntəzir yazır ki, bu xəbər də yalandır. Onun mənbələri daha dəqiqdir deyə, artıq bu xəbərə belə tərəddüd edirəm. Sanki xalqa təskinlik verməyə çalışırlar dezinformasiya vasitəsilə.

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Nəsim əsəbiləşmə, xalq dərdləşir dəə, neyləyək bəs, ürək dolub, heç olmasa danışmaqla özümüzü boşaldaq.

Qiymətlər devalvasiyaya görə qalxmalıdır, bu təbiidir. Maraqlı olan odur ki, hökumət elan eləsin inflyasiyanı. Bunlar isə elə bir rəqəm çıxardırlar ki, ortaya ondansa deməsələr yaxşıdır. İnflyasiya rəsmi elan olunsa minumim əməkhaqqı, pensiyalar və sair qaldırılmalıdır. Bunlardan qaçmaq üçün hökumət bacardığı qədər bu rəqəmi aşağı deməyə çalışır.

Kas sozumuzu cesur adamlar kimi deye bileydik Gara...perde arxasinda dilim cixir menim. Bagirmaq lazimdi picildamaq yox
Link to comment
Share on other sites

Elə bu xəbəri oxumuşam. Amma Həbib Müntəzir yazır ki, bu xəbər də yalandır. Onun mənbələri daha dəqiqdir deyə, artıq bu xəbərə belə tərəddüd edirəm. Sanki xalqa təskinlik verməyə çalışırlar dezinformasiya vasitəsilə.

Yalanın ömrü nə qədərdir ki? Çox keçməz aşkar olar məlumatın dəqiqliyi.

Link to comment
Share on other sites

Kas sozumuzu cesur adamlar kimi deye bileydik Gara...perde arxasinda dilim cixir menim. Bagirmaq lazimdi picildamaq yox

Birliyi olmayan xalqla heç bir iş görmək olmaz. Sən demiş dil pəhləvanlarıyıq hamımız, həm də qorxağıq.

Link to comment
Share on other sites

Həyatda itərə biləcəyin bir şey varsa,qorxacaqsan.

Ovladlar? Aile? Ovladinin geleceyini dusunen onu bele cemiyyetde boyutmez, daha firavan bir heyat terzi miras qoyar. Azerbaycan xalqi ne ailesini sevir ne ovladlarini.
Link to comment
Share on other sites

В 26.12.2015в16:43, Nesim сказал:

Həyatda itərə biləcəyin bir şey varsa,qorxacaqsan.

Ovladlar? Aile? Ovladinin geleceyini dusunen onu bele cemiyyetde boyutmez, daha firavan bir heyat terzi miras qoyar. Azerbaycan xalqi ne ailesini sevir ne ovladlarini.

İnsanı susdura biləcək ən böyük silah övladlarıdır.İkinci belə böyük qüvvə yoxdur.Dünyaya gətirilərkən seçim şansı verməyiblər.Əks halda Şotlandiyanı seçərdim.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 7 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Like
      • 30 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Facepalm
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Downvote
        • Upvote
        • Haha
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Facepalm
        • Haha
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...