Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Kitabları Yandırın!

Recommended Posts

340886e61d75.jpg

Sosial şəbəkələrdə tez-tez kitab oxumağın vacibliyi haqqında uzun-uzadı monoloqlar, məqalələr görürəm. Müəlliflər odlu-alovlu cümlələrlə gəncləri mütaliəyə çağırırlar. Onlarda kitaba həvəs oyatmağa çalışırlar.

Blogerlər kitabları reklam edirlər, millətin cahillikdən çıxmaq yolunu oxumaqda görürlər.

Yadıma “Bir qalanın sirri” filmində Elşənlə olan epizod düşür. Kitablar Elşənə "Bizi oxumasan daşların, quşların, otların dilini bilməyəcəksən” deyib rişxənd edirlər.

Usta Elşən isə həmin kitabları oxumağa məhkum idi.

Əks halda, sevgilisini, alim-həkim Eldostunu və camaatı xain, zalım, əzazil hökmdarın əlindən qurtara bilməzdi.

Sovet məktəblilərinin qış-yay tətili dövrü üçün hazırlanmış bu filmdə şahlara, krallara, burjua sinfinə qarşı mübarizədən savayı, həm də bir növ kitab oxumağın vacibliyi qabardılır. Beləliklə, milyonlarla insan kitaba aludə olur.

İndi isə bu sözlərimi diqqətlə oxuyun. Üzümü tutub bütün valideynlərə, gənclərə, tələbələrə deyirəm. Əsla oxumayın!

Məbadə əlinizə kitab götürəsiz. Evdə nə kitab var, yığın qutulara tullayın, ya da yaxşı olar ki, ümumiyyətlə, bir yerə toplayıb tonqal qalayasız.

Ya da saxlayın qarajda, bayramlarda kabab bişirəndə, bağda samovar qaynadanda istifadə edərsiz.

Qardaşlar, bacılar, əzizlərim oxumayın, rica edirəm sizdən, diz çöküb yalvarıram, uzaq durun bu xəstəlikdən, bu bəladan, qaçın qurtarın canıvızı, özünüzü bədbəxt etməyin.

Bu ölkədə oxuyan, savad, bilik qazanan, yaxşı mutaliəsi, erudisiyası olan özünü məhkumluğa düçar edir. Yaşamaq, dolanmaq uğrunda mübarizədə uduzmuş, itirmiş olur.

Əvvəla, kitab evdə yer tutur. Bəs xrustal qədəhləri, servizləri, farfordan yemək dəstlərini hara yerləşdirəcəksiz?

İkincisi, pulunuza qənaət etmiş olarsız. Xərcləyin çayxanalara, restoranlara, “Topaz”–da “stavka” verin, onsuz da siz xain saray əhli ilə, sehrbaz vəzirlərlə, əzazil kral və şahlarla mübarizə aparası deyilsiz ki, hələ bir oxumağa vaxt da sərf edəsiz.

Gənc valideyinlərə məsləhətim. Qətiyyən məktəbə qədərki uşaqlarınıza axşamlar nağıl oxumayın.

Əsasən də Dikkensin, Mark Tvenin, Cek Londonun, Jül Vernin, Daniel Defonun, Astrid Lindqrenin, Kir Buluçevun, Şarl Perro və Andersonun kitablarını. Yaxşı olar ki, ümumiyyətlə, bu müəlliflərin kitablarını evə gətirməyəsiniz.

Balalarınızın başını planşetlərlə, cizgi filmləri ilə qatın. Onlara bu kitabları oxusaz, ağıllı, dərrakəli, tərbiyəli, mədəni böyüyəcəklər. Bəsirət gözləri açılacaq. Bu xüsusiyyətlər isə yuxarıda qeyd etdiyim kimi, gələcəkdə bu şəhərdə yaşamağa, həyat sürməyə maneələr yaradacaq.

Mədəni olduqda başqa uşaqlar, bağça və məktəb müəllimələri onları qapazaltı edəcəklər. Övladlarınız özlərinə qapanacaqlar. Tənhalıq hiss edəcəklər.

Yan-yörəsindəki digər aqressiv, tərbiyəsiz, sırtıq uşaqları anlamayacaqlar. Onların arasından ağ qarğa kimi seçiləcəklər.

Yetkinlik dövründə övladlarınızdan Stefan Sveyqi, Şekspiri, Yesenini, Çexovu, Ekzüperini, Kuprini, Dümanı, Balzakı, Sartrı, Nabokovu, Varqas Yosanı, Umberto Ekonun əsərlərini gizlətməyinizi təkid edirəm.

Əks halda, sevgidə yanılacaqlar, dostluqda yanacaqlar. Oğlan, qız, sevgili, dost axtarışında çaşıb qalacaqlar. Saf və bakirə eşqin, sidqi məhəbbətin, səmavi duyğuların yalnız kitab vərəqlərində olduğunu anlayacaqlar.

Azərbaycan cəmiyyəti üzlərinə lopa-lopa “sevgi boş şeydir” sözlərin tüpürəcək. İnsani ünsiyyətin pula, cehizə, nişan üzüyünə, qızın varlı qohumlarına, oğlanın “novostroyka”-da təmirsiz evinə dəyişdirilməsi prosesi bütün çılpaqlığı ilə peyda olacaq.

Sınmış arzular, ağ atlı şahzadə axtarışı, gecələr eyvanın altında serenada eşitmək ümidi puç olacaq.

Qəm, qüssə, təəssüf nəyə lazımdır. Səni anlayan birisini tapmaq çətin olacaq.

Tanışlıq alınmayacaq. Prustu, Kafkanı oxuyan qız beynində yalnız maşın, “şmotka” olan oğlanla necə təmasda olsun, nə danışsın, nəyi müzakirə etsin?

Beləcə vaxt keçdikcə, mütaliə artdıqca zövq formalaşacaq, hər oğlanı bəyənməyəcək, evdə qalıb qarıyacaq. Olacaq qohum-qonşunun mövzü, qeybət obyekti.

Bu, elə oğlanlara da aiddir. Bilikli, oxumuş, intellektual qız axtarışı ilə gəlib 30-35 yaşa çatacaqsız, xala-bibi arxanızca min bir vedrə qoşacaq. Əsəbləşib sonda ana məsləhət gördüyünü alıb, bir-iki ildən sonra boşayıb özünüzü bədbəxt eləməyin. Atın bu kitab-filan oxumağın daşın. Həyat sizə daha asan görünəcək.

Sonuncu məsləhətim tələbələrədir. Çünki tələbəlik dövründən sonra bu gic xəstəliyə tutulmaq çox çətindir, demək olar ki, mümkünsüzdür. Əsasən özünüzü 25-30 yaşacan oxumaq bəlasından qoruya bilsəniz, daha sizə zaval yoxdur.

Deməli, bilin və agah olun. İlk növbədə Markes, Soljenitsın, Corc Oruel, Struqatski qardaşları, Dovlatov, Rey Bredberi, Limonov, Sorokin, Makiavelli, Çörçelin esseləri, Aytmatov, Milan Kundera... - bu müəllifləri uf demədən yandırın. Alov qüllələri düzəldin bu kitablardan.

Taun xəstəliyindən qorunmağın yolu alov olduğu kimi, bu müəllifləri də odlayarkən yanacağa qənaət etməyin. Əks halda, nəyin baş verəcəyini sizə söyləyim.

Onsuz da bu ölkədə adamsız, qohumsuz, tapışsız, tanışsız iş tapıb karyera qura bilməyəcəksiniz. Oxuduqlarınız yalnız hüzürlərdə, çayxanada boşboğazlıq etməyinizə yarayacaq.

Əvəzində öz dünyanız, öz aləminiz olacaq. Ətrafdakı bəzi insanların danışıqları, hərəkətləri sizi qıcıqlandıracaq. Daha çox tənhalığa can atacaqsınız.

Depressiv, melanxolik, mizantrop olacaqsınız. Bu, hətta antropofobiyaya da çevrilə bilər.

Vicdan, ləyaqət, şərəf, punktuallıq anlayışlarını özünüzdə kəşf edəcəksiniz. Bu xəstəliyin törədə bildiyi ən ağır fəsadlardır. Metastazın sonuncu həddi azadlıq anlamını dərk etməkdir.

Bu andan bəri həqiqət, haqq-ədalət axtarışında olacaqsınız. Doğrusunu dediyinizə görə, haqqınızı tələb edərkən sizə “demaqoq” damğası vurub ələ salacaqlar.

Baş əymək, bel bükmək, itaətkar qul, kölə olmaq sizin üçün qəbuledilməz olacaq. Buna görə iş tapmaq, sosial-məişət problemlərinizi həll etmək çətinləşəcək.

Ömründə bir kitab oxumayıb, fikrini sözlə düzgün ifadə etməyi bacarmayan, onun-bunun hesabına taxta çıxan, minbir hoqqa ilə, kiməsə torba tikməklə vəzifə sahibi olan birisi hər fürsətdə sizi alçaldacaq, aşağılayacaq.

Bu insanlarla siz əsla işləyə bilməyəcəksiniz. Yola verməyi bacarmayacaqsınız. Peşə tapmaq sizin üçün mümkünsüz olacaq.

İnanmıram ki, Dostoyevskini, Hüqonu oxuyan polis əlində dəyənək sıravi vətəndaşı döysün. Sizcə, Bukovskini, Nitsşeni, Bulqakovu mütailə edən şəxs başqasının cibinə nəşə atıb, evindən “molotov kokteyli” tapa bilər?

Ədəbli olub hamı ilə nəzakətlə, səbirli, aşağı səslə danışarkən sizi qorxaq, mülayim bilib üzüvüzə çığıracaqlar, səs ucaldacaqlar, əl-qolnan danışaqcaqlar.

Kitab oxumaq sizi korlayacaq, beyninizi pozacaq. Yaltaqlıq, ikiüzlülük, satqınlıq, sırtıqlıq etməyi bacarmayacaqsınız. Bu isə cəmiyyətimizdə yaşamaq uğrunda mübarizədə ən vacib silahlardandır.

Sivil, müasir olmağınız insanları sizdən uzaqlaşdıracaq.

Sizin qəlbinizdə mərhəmət, insaf hissi peyda olacaq. Bu, faciədir. Siz başqasının uşağının çörəyin əlindən ala bilməyəcəksiniz. Rəisin, komandirin, müdirin, şefin söyüşləri boğazınızdan keçməyəcək.

Qonşular başınıza su axıdıb sizi günahkar edəcəklər, məhlədə maşın saxlamağa yer tapmayacaqsınız, qohumlar sizi fərasətsiz adlandıracaqlar, ziyalılığınız ucbatından bazarda sizi çəkidə aldadacaqlar.

Kitabların gözəgörünməz, mistik qüvvəsi var ki, adəm övladının ruhunu paklaşdırır, yenidən proqramlaşdırır. Oxumağın ən dəyərli bəhrəsi insanlıqdır. Bu ölkədə isə insanlığı qoruyub yaşamaq müşküldür.

O səbəbdən yandırın kitabları, yandırın, yandırın, yandırın...

© Bilal Həsənov

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Lenin: oxumaq oxumaq oxumaq

tony blair: education,education, education

konfutsi: oyrendiklerinle deyil,oyrenmediklerine yaratdigin oyrenme  hevesi ile fexr et cunku bu daimidir.

bir de erebler: ispaniyanin isgali zamani xelifenin sozleri: orada Qurani inkar eden kitablari yandirin, testiq edenleri de yandirin onsuz da Quranda yazilib... belelikle dunyanin boyuk bir kitabxanasini(yani boyuk bir tarixini) erebler mehvedibler...

biz de bu 3 ideologiyadan hansinin tesirine daha cox dusmusukse onlarin da neticelerini yasayiriq.bele de olmalidir.

Edited by 513
Link to comment
Share on other sites

Kitab oxumaq deyərkən insanlar istənilən kitabı oxumaq kimi başa düşürlər. İndi istənilən insanı saxlasan və kitab oxumağı haqqında soruşsan, deyəcək əlbəttə oxuyuram, hansı kitab olduğunu dəqiqləşdirsən isə, Aclıq oyunları və ya ağlamalı melodramlardan birini deyəcək. Bu kitab oxumaq deyil məncə. Bədii kitabı istəyirsən milyon ədəd oxu, nə xeyri? Söz bazan artır və fantaziyan genişlənir, amma elmi heç bir şey əlda etmirsən. Məncə sənədli, elmi, tarixi kitablar daha faydalıdır. Onlar isə darıxdırıcıdır, indiki dövr üçün.....

Ona görə də yandırın...

men sizin fikriviznen razi deyilem. elmi kitab savad uchun , iw uchun , dunya goruwu olsun deye oxuyurlar. amma bedii kitablar insanlari heyati sevmek oyredir. insanlara garwi heyirxaq olmag yolunu gosterir. insancilgi oyredir. gelbimizle , fikrimizle temiz olmag oyredir. mence bu xusiyetler daha onemlidir gencler ucun.

Fikrinizə hörmət edirəm, amma mən təkcə elmi kitabları vurğulamadım, sənədli, tarixi kitablar da var, avtobioqrafiyalar var, insanların həyatından bəhs edən tarixi kitablar var, orda siz dediyiniz hər şey tapmaq olar. Bədii kitab hər hansı bir insanın düşüncəsi, fantaziyasıdır, onlarda olan məntiq, balaca bir çərçivəyə sığır, bu çərçivəni aşmaq lazımdır. Amma yenə də hər kəsin öz seçimi var...

Link to comment
Share on other sites

  • 9 months later...
В 30.11.2015 в 16:47, Maga Qasımov сказал:

340886e61d75.jpg

Sosial şəbəkələrdə tez-tez kitab oxumağın vacibliyi haqqında uzun-uzadı monoloqlar, məqalələr görürəm. Müəlliflər odlu-alovlu cümlələrlə gəncləri mütaliəyə çağırırlar. Onlarda kitaba həvəs oyatmağa çalışırlar.

Blogerlər kitabları reklam edirlər, millətin cahillikdən çıxmaq yolunu oxumaqda görürlər.

Yadıma “Bir qalanın sirri” filmində Elşənlə olan epizod düşür. Kitablar Elşənə "Bizi oxumasan daşların, quşların, otların dilini bilməyəcəksən” deyib rişxənd edirlər.

Usta Elşən isə həmin kitabları oxumağa məhkum idi.

Əks halda, sevgilisini, alim-həkim Eldostunu və camaatı xain, zalım, əzazil hökmdarın əlindən qurtara bilməzdi.

Sovet məktəblilərinin qış-yay tətili dövrü üçün hazırlanmış bu filmdə şahlara, krallara, burjua sinfinə qarşı mübarizədən savayı, həm də bir növ kitab oxumağın vacibliyi qabardılır. Beləliklə, milyonlarla insan kitaba aludə olur.

İndi isə bu sözlərimi diqqətlə oxuyun. Üzümü tutub bütün valideynlərə, gənclərə, tələbələrə deyirəm. Əsla oxumayın!

Məbadə əlinizə kitab götürəsiz. Evdə nə kitab var, yığın qutulara tullayın, ya da yaxşı olar ki, ümumiyyətlə, bir yerə toplayıb tonqal qalayasız.

Ya da saxlayın qarajda, bayramlarda kabab bişirəndə, bağda samovar qaynadanda istifadə edərsiz.

Qardaşlar, bacılar, əzizlərim oxumayın, rica edirəm sizdən, diz çöküb yalvarıram, uzaq durun bu xəstəlikdən, bu bəladan, qaçın qurtarın canıvızı, özünüzü bədbəxt etməyin.

Bu ölkədə oxuyan, savad, bilik qazanan, yaxşı mutaliəsi, erudisiyası olan özünü məhkumluğa düçar edir. Yaşamaq, dolanmaq uğrunda mübarizədə uduzmuş, itirmiş olur.

Əvvəla, kitab evdə yer tutur. Bəs xrustal qədəhləri, servizləri, farfordan yemək dəstlərini hara yerləşdirəcəksiz?

İkincisi, pulunuza qənaət etmiş olarsız. Xərcləyin çayxanalara, restoranlara, “Topaz”–da “stavka” verin, onsuz da siz xain saray əhli ilə, sehrbaz vəzirlərlə, əzazil kral və şahlarla mübarizə aparası deyilsiz ki, hələ bir oxumağa vaxt da sərf edəsiz.

Gənc valideyinlərə məsləhətim. Qətiyyən məktəbə qədərki uşaqlarınıza axşamlar nağıl oxumayın.

Əsasən də Dikkensin, Mark Tvenin, Cek Londonun, Jül Vernin, Daniel Defonun, Astrid Lindqrenin, Kir Buluçevun, Şarl Perro və Andersonun kitablarını. Yaxşı olar ki, ümumiyyətlə, bu müəlliflərin kitablarını evə gətirməyəsiniz.

Balalarınızın başını planşetlərlə, cizgi filmləri ilə qatın. Onlara bu kitabları oxusaz, ağıllı, dərrakəli, tərbiyəli, mədəni böyüyəcəklər. Bəsirət gözləri açılacaq. Bu xüsusiyyətlər isə yuxarıda qeyd etdiyim kimi, gələcəkdə bu şəhərdə yaşamağa, həyat sürməyə maneələr yaradacaq.

Mədəni olduqda başqa uşaqlar, bağça və məktəb müəllimələri onları qapazaltı edəcəklər. Övladlarınız özlərinə qapanacaqlar. Tənhalıq hiss edəcəklər.

Yan-yörəsindəki digər aqressiv, tərbiyəsiz, sırtıq uşaqları anlamayacaqlar. Onların arasından ağ qarğa kimi seçiləcəklər.

Yetkinlik dövründə övladlarınızdan Stefan Sveyqi, Şekspiri, Yesenini, Çexovu, Ekzüperini, Kuprini, Dümanı, Balzakı, Sartrı, Nabokovu, Varqas Yosanı, Umberto Ekonun əsərlərini gizlətməyinizi təkid edirəm.

Əks halda, sevgidə yanılacaqlar, dostluqda yanacaqlar. Oğlan, qız, sevgili, dost axtarışında çaşıb qalacaqlar. Saf və bakirə eşqin, sidqi məhəbbətin, səmavi duyğuların yalnız kitab vərəqlərində olduğunu anlayacaqlar.

Azərbaycan cəmiyyəti üzlərinə lopa-lopa “sevgi boş şeydir” sözlərin tüpürəcək. İnsani ünsiyyətin pula, cehizə, nişan üzüyünə, qızın varlı qohumlarına, oğlanın “novostroyka”-da təmirsiz evinə dəyişdirilməsi prosesi bütün çılpaqlığı ilə peyda olacaq.

Sınmış arzular, ağ atlı şahzadə axtarışı, gecələr eyvanın altında serenada eşitmək ümidi puç olacaq.

Qəm, qüssə, təəssüf nəyə lazımdır. Səni anlayan birisini tapmaq çətin olacaq.

Tanışlıq alınmayacaq. Prustu, Kafkanı oxuyan qız beynində yalnız maşın, “şmotka” olan oğlanla necə təmasda olsun, nə danışsın, nəyi müzakirə etsin?

Beləcə vaxt keçdikcə, mütaliə artdıqca zövq formalaşacaq, hər oğlanı bəyənməyəcək, evdə qalıb qarıyacaq. Olacaq qohum-qonşunun mövzü, qeybət obyekti.

Bu, elə oğlanlara da aiddir. Bilikli, oxumuş, intellektual qız axtarışı ilə gəlib 30-35 yaşa çatacaqsız, xala-bibi arxanızca min bir vedrə qoşacaq. Əsəbləşib sonda ana məsləhət gördüyünü alıb, bir-iki ildən sonra boşayıb özünüzü bədbəxt eləməyin. Atın bu kitab-filan oxumağın daşın. Həyat sizə daha asan görünəcək.

Sonuncu məsləhətim tələbələrədir. Çünki tələbəlik dövründən sonra bu gic xəstəliyə tutulmaq çox çətindir, demək olar ki, mümkünsüzdür. Əsasən özünüzü 25-30 yaşacan oxumaq bəlasından qoruya bilsəniz, daha sizə zaval yoxdur.

Deməli, bilin və agah olun. İlk növbədə Markes, Soljenitsın, Corc Oruel, Struqatski qardaşları, Dovlatov, Rey Bredberi, Limonov, Sorokin, Makiavelli, Çörçelin esseləri, Aytmatov, Milan Kundera... - bu müəllifləri uf demədən yandırın. Alov qüllələri düzəldin bu kitablardan.

Taun xəstəliyindən qorunmağın yolu alov olduğu kimi, bu müəllifləri də odlayarkən yanacağa qənaət etməyin. Əks halda, nəyin baş verəcəyini sizə söyləyim.

Onsuz da bu ölkədə adamsız, qohumsuz, tapışsız, tanışsız iş tapıb karyera qura bilməyəcəksiniz. Oxuduqlarınız yalnız hüzürlərdə, çayxanada boşboğazlıq etməyinizə yarayacaq.

Əvəzində öz dünyanız, öz aləminiz olacaq. Ətrafdakı bəzi insanların danışıqları, hərəkətləri sizi qıcıqlandıracaq. Daha çox tənhalığa can atacaqsınız.

Depressiv, melanxolik, mizantrop olacaqsınız. Bu, hətta antropofobiyaya da çevrilə bilər.

Vicdan, ləyaqət, şərəf, punktuallıq anlayışlarını özünüzdə kəşf edəcəksiniz. Bu xəstəliyin törədə bildiyi ən ağır fəsadlardır. Metastazın sonuncu həddi azadlıq anlamını dərk etməkdir.

Bu andan bəri həqiqət, haqq-ədalət axtarışında olacaqsınız. Doğrusunu dediyinizə görə, haqqınızı tələb edərkən sizə “demaqoq” damğası vurub ələ salacaqlar.

Baş əymək, bel bükmək, itaətkar qul, kölə olmaq sizin üçün qəbuledilməz olacaq. Buna görə iş tapmaq, sosial-məişət problemlərinizi həll etmək çətinləşəcək.

Ömründə bir kitab oxumayıb, fikrini sözlə düzgün ifadə etməyi bacarmayan, onun-bunun hesabına taxta çıxan, minbir hoqqa ilə, kiməsə torba tikməklə vəzifə sahibi olan birisi hər fürsətdə sizi alçaldacaq, aşağılayacaq.

Bu insanlarla siz əsla işləyə bilməyəcəksiniz. Yola verməyi bacarmayacaqsınız. Peşə tapmaq sizin üçün mümkünsüz olacaq.

İnanmıram ki, Dostoyevskini, Hüqonu oxuyan polis əlində dəyənək sıravi vətəndaşı döysün. Sizcə, Bukovskini, Nitsşeni, Bulqakovu mütailə edən şəxs başqasının cibinə nəşə atıb, evindən “molotov kokteyli” tapa bilər?

Ədəbli olub hamı ilə nəzakətlə, səbirli, aşağı səslə danışarkən sizi qorxaq, mülayim bilib üzüvüzə çığıracaqlar, səs ucaldacaqlar, əl-qolnan danışaqcaqlar.

Kitab oxumaq sizi korlayacaq, beyninizi pozacaq. Yaltaqlıq, ikiüzlülük, satqınlıq, sırtıqlıq etməyi bacarmayacaqsınız. Bu isə cəmiyyətimizdə yaşamaq uğrunda mübarizədə ən vacib silahlardandır.

Sivil, müasir olmağınız insanları sizdən uzaqlaşdıracaq.

Sizin qəlbinizdə mərhəmət, insaf hissi peyda olacaq. Bu, faciədir. Siz başqasının uşağının çörəyin əlindən ala bilməyəcəksiniz. Rəisin, komandirin, müdirin, şefin söyüşləri boğazınızdan keçməyəcək.

Qonşular başınıza su axıdıb sizi günahkar edəcəklər, məhlədə maşın saxlamağa yer tapmayacaqsınız, qohumlar sizi fərasətsiz adlandıracaqlar, ziyalılığınız ucbatından bazarda sizi çəkidə aldadacaqlar.

Kitabların gözəgörünməz, mistik qüvvəsi var ki, adəm övladının ruhunu paklaşdırır, yenidən proqramlaşdırır. Oxumağın ən dəyərli bəhrəsi insanlıqdır. Bu ölkədə isə insanlığı qoruyub yaşamaq müşküldür.

O səbəbdən yandırın kitabları, yandırın, yandırın, yandırın...

00a9.png Bilal Həsənov

Gozel sozlerdir.

Link to comment
Share on other sites

2 часа назад, ali_pasha сказал:

Gozel sozlerdir.

overquote.

 bu uzunluqda postu quote etməyin.Zəhmət olmasa ,onu qısaldın,hansı cümlə ,abzas lazımdırsa saxlayın,qalanını silin.Təsəvvür edin,bir mövzuda bu cür uzun postu 5 yuzer quote etsə,mövzu nə hala düşər.

Link to comment
Share on other sites

  • 4 months later...
  • 1 year later...
  • 8 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Haha
      • 33 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
      • 11 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Like
      • 38 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
      • 45 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
      • 128 replies
    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
        • Like
      • 34 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Haha
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...