Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Əssar Təbrizi - Mehr Və Müştəri


million

Recommended Posts

Şəmsəddin Əssar Təbrizi (1325 - 1390)

 

"Mehr və Müştəri"

 

(əsərin yazılma səbəbi) 

 

Ağılları zayil edir bu zəmanə, bu dövran,

Cəhalətdir indi bizim yer üzündə hökmran.

      Üz döndərmiş maarifdən sanki bütün insanlar,

Həyatı bir oyuncağa çevirmişdir nadanlar.

   Allah özü köhnə paltar geyib gəlsə nəhayət,

Onu paxla qiymətinə almaz avam cəmaət.

 Ya da qatır arxasına minərsə bir nərrəxər,

Yəqin onu hamı tutar Məsihaya bərabər.

      Alim, faziL bu dünyada çəkər min cür əziyyət,

Qidaları - ürək qanı, göz yaşından ibarət.

Xüsusilə şerə yoxdur bu cahanda etibar,

  Yoxdur belə məta üçün dövrümüzdə xəridar.

Əzəl gündən şairləri bədbəxt etmiş bu fələk,

Ağladaraq, odlanırlar məclislərdə şamlar tək.

   Üryan qalmış canlarına məhəl qoymaz bir kişi,

Can sapına od vurmuşdur ahlarının atəşi.

Qəlb oduyla canlarını əridərlər anbaan,

Dilləri də zərər verər özlərinə hər zaman.

Dillərinə bir yem olar bədənləri həmişə,

Can yanğısı yekun vurar gördükləri hər işə.

Bir tərəqqi xəyalıyla məclislərə gedərlər,

Lakin orda vaxt keçdikcə hey tənəzzül edərlər.

Hər alçağa bir yağlı dil töküb bir baş vuraraq,

Hər nakəsin qarşısında ayaq üstə duraraq,

Dəm vurarlar gündüzləri ülviyyətdən, nəhayət,

Gecələri borclular tək hey çəkərlər xəcalət.

Şair namərd süfrəsinə işıq salan zamanda,

Ona gülüb, özü isə gizli-gizli yananda,

Öz dilindən oda düşüb əriyərkən o hər vəqt,

Başqasına ləzzət verər bu yanmaqla o bədbəxt.

Gecələri sübhə kimi oyaq qalıb ah çəkər,

Bir pərvanə arzusuyla, şam tək yanıb yaş tökər.

 

...

 

 

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Xidmət üçün daim durar ayaqda, əl sinədə,


Öz dilinin bəlasından can qurtarmaz yenə də.


Şairlərin bu halını görüb çəkdim xəcalət,


Gedib üzlət guşəsində tək oturdum nəhayət.


Tək qalmağa adət edib öz qəlbimlə danışdım,


Yavan çörək yeyə-yeyə öz süfrəmə alışdım.


Bir guşədə oturmağı xoş bildim hər büsatdan,


Nakamlığı kam bilərək əl üzdüm bu həyatdan.


Bir doğru söz görmədikdə hər söhbətdə, görüşdə,


Dilsizliyi üstün tutdum gördüklərim hər işdə.


Ancaq vardı bir səmimi dostum, sadiq yoldaşım,


Mənim ağır günlərimdə hayanım, qəlb sirdaşım,


Bir xoş, tənha, xəlvət gecə gəldi mənim yanıma,


Günəş kimi bir hərarət verdi sanki canıma.


Bu sövdalı, həyəcanlı beynimə bir od vurdu,


Ürəyimdən qalxan odla xəyalımı doldurdu.


Dedi: "Dostum qəm çəkərək olma belə bəd güman,


Bir günahın yoxkən nədir qəLbində bu həyəcan ?


Xalqın səni sevən zaman ona arxa çevirmə,


İlhamını bu üzlətdə soldurub bada vermə!


Zəmanədə bircə sənsən söz mülkünə hökmüran,


Heç yararmı verməyəsən xalqına bir ərməğan ?


Bu gün sənət aləmində işıq verən günəşsən,


Öz qəlbinlə nəcabətli ürəklərə bir əşsən.


Təbin rəvan, diləyin xoş, sözlərinsə şirindir,


Bir əsər yaz ürəkləri işıqlandır, sevindir.


Sənin sehrin birləşdirmiş atəşlə su selini,


Bəs nə əfsun bağlamışdır indi sənin dilini ?


Öz qəlbinin nuru ilə məclislərdə şam yandır,


Aşiqlərin gecəsini bu işıqla nurlandır.


Ürəyinlə gecələrə işıq verə bilərkən,


Bəs nə üçün öz nurundan bizi məhrum edirsən ?


Ürəyinin odu ilə ərisə də bədənin,


İşıqlanar qərinələr fikirlərinlə sənin.


Səndə sonsuz ləyaqət var, bacarıq var, sənət var,


Bu qüdrətlə məclisləri bəzəməzmi sənətkar ?


Nə üçün sən bu üzlətdə üz çevirdin dövrana,


De nə üçün öz-özünü salmışsan bu zindana ?


Nə üçün bir əsir oldun zəmanənin əlində,


Sən ki, ustad adlanırsan şairlərin dilində.


Bu daxmada gecələri girmə bağlı hasara,


Yoldaşlardan üz döndərib çəkilmə bir kənara !


Bu xəlvətdə öz-özünlə danışırsan durmadan,


Sənə baxıb qeyrətimdən oda düşüb yanır can.


Gecə-gündüz səni anıb mən yanıram şərərsiz,


Sənsə məndən gecə-gündüz qalmaqdasan xəbərsiz.


Sevdan ilə oda düşdüm, yanaraq külə döndüm,


Əvvəl qızğın atəş ikən indi gör necə söndüm.


Lakin yenə unutmadım səni təmiz ürəklə,


Yollarında bu canımı sürdüm min bir diləklə.


Bir nəfəsə bağlı qalan həyatımı sal yada,


Sabahadək yaşamaqçın ümid varmı dünyada ?"

Link to comment
Share on other sites

Dedim: "Dostum, ürəyimin yarasına vurma əl,


Sən də bir dərd artırma bu dərdlərimin üstə gəl,


Bəsdir daha bundan artıq incitmə bu qəlbimi,


Bədənimi oda salıb əritmə bir şam kimi.


Amansız bir hərarətlə tənə vurdun mənə sən,


Əl çək daha ürəyimi incidən bu tənədən.


Ey vəfalı dostum, yanma səndə mənim oduma,


Sakit burax ta ki, bir dərd olmayım öz dostuma.


Mən ki, bir an içindəcə öləcəyəm qəflətən,


Bəs nə üçün çalışaraq düşüm yanlış yola mən ?


Həyatında hər kəs etsə ümid bir boş xəyala,


Yəqin ki, öz həyatını uğradacaq zəvala.


Azalamağa başlayırsa bədəndəki hərarət,


Nəvaziş və ehtirlamla verilər ona qüvvət".


Link to comment
Share on other sites

Birdən sözü dəyişdirdi o mahir söz ustadı,


Bir mətləbdən başqa mətləb üzərinə adladı.


Dedi: "Gizli xəzinədir sözlərində məlahət,


Mənaların açarıdır səndəki bu fəsahət.


Sən gəl indi bu guşədə otur bir məsnəvi yaz,


Sənin kimi bir bülbülə axı susmaq yaramaz.


Nə olar gəl eşqə dair yarat elə bir dastan


Ki, məhəbbət atəşilə cuşə gəlsin hər insan.


Öz qəlbinin odu ilə yarat elə bir əsər


Ki, heç zaman unutmasın səni gələn nəsillər"


Link to comment
Share on other sites

Ona dedim: "Xoşdur, dostum verdiyin bu nəsihət,


Bədənimə bir ruh kimi həyat verdi bu söhbət.


Lakin işlər nizam tapar iş buyuran olarsa,


İş görülər əgər işə qabil bir rəhbər varsa.


Kim görmüşdür axar susuz işə düşsün dəyirman,


Kim görmüşdür ki, çalğısız rəqsə gəlsin bir insan ?


Şeriyyətin gəlininə deyilməkçin afərin,


Əvvəl onun camalına, yaraşıqdır toy, kəbin.


Lakin Təbriz şəhərində sözün yoxdur dəyəri,


Bu bazarda sənət üçün tapılmaz bir müştəri.


Ənvərinin özü əgər olsaydı bu məkanda,


Onun üzü, Qətran kimi, qaralardı bir anda.


O gündən ki, təbətin anasından doğuldum,


Bir hörmətə çatmaq üçün çox çalışdım, yoruldum.


Əyilmədim bir kəsə mən, pozulmadı vüqarım,


Öz rəncilə həyat sürmək oldu mənim şüarım.


Bəsdir mənə kəramətli allahımın neməti,


Ki, boynumda yoxdur mənim bir adamın minnəti,


Bu dərdlərə razılıqdan yaxşı dərman tapılmaz,


Bir cəvahir xəzinədən daha qiymətli olmaz"

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
      • 6 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 91 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 50 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 122 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...