Jump to content
Kenul2012

" Əsl Müsəlman " Kimdir?

Recommended Posts

Forumda müzakirələrdə tez -tez  "əsl müsəlman" ifadəsi ilə  qarşılaşıram.

İslamı qəbul edən ölkələrin əhalisi müsəlman hesab olunmur? Müəsəlmanın "əsl müsəlmandan " fərqini izah edin.Əsl müsəlmanlar kimlərdir? Ən əsası Azərbaycanda bu əsl müsəlmana aid gözəl təbəqədən varmı? 

Share this post

Link to post
Share on other sites

İslama görə müsəlman, kəlimeyi şəhadəti deyən, namazını qılan, zəkatını verən, orucunu tutan və həccə gedənlərdir. Bunlardan hər hansı birini yerinə yetirməyən müsəlman deyil (namazdan başqa digər ibadətlər imkana baxır).

Müsəlman diyarı (darul İslam) - şəriətlə idarə olunan yer hesab olunur, əhalinin əksəriyyətinin müsəlman olub-olmamasında asılı olmayaraq (başçının müsəlman olmağı mütləq şərtdir).

Share this post

Link to post
Share on other sites

camaatın dərisini soyub, cibinə girib, əlilin, yetimin, qarabağ veteranının boğazından kəsib bir neçə dəfə həccə gedib HACI olanlar

Share this post

Link to post
Share on other sites

 Hər bir müsəlman müstəti (imkan,səhhət,və digər) olursa həcc ona vacib olur.

Allaha xatir həccə gedib ona yaxınıaşmaq niyyəti ilə Həci olmaq böyük şərəfdir.Amma indiki  dövrdə  Hacı olmaq çox asan ancaq Hacılığı qorumaq əsl müsaəlmanlar üçün cox çətinliklər yaradir Raziyam nece deyerlər siz fikirləşdiyinz emellerin sahibi də Həccə gedə bilər amma inanmıram ki oranı görən ziyarətçi Allahi dərk edib və Allahın qorxusundabu əməllərinə davam etsin. Əgər edirsə onun ziyyarəti ancaq turizm məqsədi və ya şan -şöhrət məqsədi daşıyıb və o heç özün tanımır .Allah bütün arzu edənlərə Həcc qismət eləsin Azərbaycanda nə qədər Hacı  çox olsa Hacılıgı qorumaq bir o qədər də asan olar.Öz başıma gələn hadisəni deyirəm 2008 ci ildə Həccdən  təzə gəlmişdim  Binəqədidən  öz maşınımla  işıqfordan yaşıl işıqda  keçerkən Əli adlı (Adı Ona qənim olsun bəlkə də olub) yol polisi zabiti turp kimi üzümə durub dedi ki qirmizıda keçmisən (o vaxt kameralar) yox idi.Uşaqlarim da yanimda idi Və onlara xitab ederek dedi ki görürsüzdə  mənim babam 6 aya həcə gedib Hacı olub sizin atanız təyyarə ilə həccə gedib mənə yalan deyir .Ele bizimlə danışarkıən bizim yanımızdan  cox açıq-saçıq geyinmiş bir qadın keçərkən söhbətini kəsib ən azı bir dəqiqə o qadını gözləri ile neynədi onu özü bilər mən də ona başa saldim ki siz çox düz deyirsiniz O vaxtlar at -eşşəklə 6 aya Həccə getmək çətin idi Həcı olmaq  isə asan idi amma indi isə Həccə getmək asandır amma Hacı olmaq cox çətindir çünki indi sənin babavın dövründə olduğu kimi nə belə qadınlar yox idi nə dəki sənin kimi cammata şər atıb cibinə göz dikən və qanın soran iblislər.  

Share this post

Link to post
Share on other sites

Forumda müzakirələrdə tez -tez  "əsl müsəlman" ifadəsi ilə  qarşılaşıram.

İslamı qəbul edən ölkələrin əhalisi müsəlman hesab olunmur? Müəsəlmanın "əsl müsəlmandan " fərqini izah edin.Əsl müsəlmanlar kimlərdir? Ən əsası Azərbaycanda bu əsl müsəlmana aid gözəl təbəqədən varmı? 

Esl muselman ozunu Tanriya muslim,yeni feda edendir.Oz,aglini,zekasini,nitqini,derrakesini,bedenin ve butun heyatini Tanri ucun feda eden,yeni,Tanri ucun xidmete serf eden muselman sayilir.

Özünü Tanrıya fəda edən nə deməkdir?

Kim aglını zəkasını dərrakəsini Tanrı üçün fəda edir ki?

Hər şeyi özümüz üçün edirik

Allahın bizim heç nəyimizə ehtiycı yoxdur

Orucumuzu, namazımı, zəkatımızı və s.  cəhənnəm qorxusundan edirik

Heç kim heç nəyi Allah üçün etmir.

Share this post

Link to post
Share on other sites

Müsəlman olmaq imandır.

Kəlmeyi şəhadətini deyib və siqdi qəlbdən inanaraq qəbul edirsənsə artıq müsəlmansan

İslama giriş buradan başlayır.

Yerdə qalanlar vacibatlar, əməllər, haramlar, halallar, sünnətlər və s.-dir

Əməlləri yerinə yetirməsən lakin inansan yenə də müsəlmansan

Lakin günahkar müsəlman.

Yerdə qalan artıq Allahla sənin aranda olan məsələdir

İstər bağışlayar istər yox

Mərhəmət sahibi olan Odur

Share this post

Link to post
Share on other sites

əsl müsəlman müsəlmanlığın 5 vacib şərtini mütləq və daimi yerinə yetirən, məişətdə bütün pisliklərdən uzaq olan şəxsdir. qalanları yalançı müsəlmanlardır.

Share this post

Link to post
Share on other sites

Müsəlman olmaq imandır.

Kəlmeyi şəhadətini deyib və siqdi qəlbdən inanaraq qəbul edirsənsə artıq müsəlmansan

İslama giriş buradan başlayır.

Yerdə qalanlar vacibatlar, əməllər, haramlar, halallar, sünnətlər və s.-dir

Əməlləri yerinə yetirməsən lakin inansan yenə də müsəlmansan

Lakin günahkar müsəlman.

Yerdə qalan artıq Allahla sənin aranda olan məsələdir

İstər bağışlayar istər yox

Mərhəmət sahibi olan Odur

Namaz qılmayan müsəlman deyil.

Share this post

Link to post
Share on other sites

Namaz qılmayan müsəlman deyil.

Bəs nə sayılır? 

Share this post

Link to post
Share on other sites

Mürtəd

Bu ağır ittiham oldu. Ailədə biri namaz qılır, digərləri qılmirsa hamısı mürtəd olacaq?

Share this post

Link to post
Share on other sites

Bu ağır ittiham oldu. Ailədə biri namaz qılır, digərləri qılmirsa hamısı mürtəd olacaq?

Bəli, kafir.

Share this post

Link to post
Share on other sites

Mürtəd

Mürtəd iman gətirdikdən sonra küfr edəndir

söhbət iman edib namaz qılmayandan gedir

Share this post

Link to post
Share on other sites

Bəli, kafir.

Siz o zaman məlumatlı deyilsiniz ki, müsəlmana kafir deyənlər çəhənnəmdən keçməmiş cənnətə girməz

Bunun qərarını siz vermirsiniz

Allah müəyyən edir kim kafirdir, kim müsəlman

Çünki qəlbləri bir tək Allah bilir

İslamı belə yarım yarımçıq ittihamlarınızla gözdən salmayın

Share this post

Link to post
Share on other sites

Bəli, kafir.

Bu təmiz başqa şey oldu axı..

Sağ ol.

Müddəsir surəsi 40-cı ayədən 47-yə kimi oxuyun. Namaz qılmayanın kafir olduğu barədə səhabələrin icması var.

Bu təmiz başqa şey oldu axı..

Mürtəd islamdan çıxan deməkdir, islamdan çıxan isə müsəlman deyil, müsəlman olmayan isə kafirdir.

Share this post

Link to post
Share on other sites

Namaz qılmayanın kafir olduğu barədə səhabələrin icması var.

Gündə 17 rəkat idman məqsədilə namaz qılıb, iman etməyənə nə hökm sürülür?

Onların adı nədir?

İman qəlbdən başlayır, sonra əməl gəlir.

Allah niyyətlərə baxır

Share this post

Link to post
Share on other sites

Gündə 17 rəkat idman məqsədilə namaz qılıb, iman etməyənə nə hökm sürülür?

Onların adı nədir?

İman qəlbdən başlayır, sonra əməl gəlir.

Allah niyyətlərə baxır

Hucurət surəsi 14-cü ayə

Share this post

Link to post
Share on other sites

Müddəsir surəsi 40-cı ayədən 47-yə kimi oxuyun. Namaz qılmayanın kafir olduğu barədə səhabələrin icması var.

Mürtəd islamdan çıxan deməkdir, islamdan çıxan isə müsəlman deyil, müsəlman olmayan isə kafirdir.

Necə bilirsiz, sizin hesabınızla Azərbaycan əhalisinin neçə faizi mürtəddir? kafirdir? 

Share this post

Link to post
Share on other sites

Hucurət surəsi 14-cü ayə

Olmaz ki, sürələrin özlərini bura atasınız?

İman etməyənlər də oxuyub bəlkə iman gətirərlər

Mənə google-da axtartdırmayın

İslamı asanlaşdırın, Savaba girin

Share this post

Link to post
Share on other sites

Necə bilirsiz, sizin hesabınızla Azərbaycan əhalisinin neçə faizi mürtəddir? kafirdir?

Bilmirəm

Olmaz ki, sürələrin özlərini bura atasınız?

İman etməyənlər də oxuyub bəlkə iman gətirərlər

Mənə google-da axtartdırmayın

İslamı asanlaşdırın, Savaba girin

Telefondan yazıram

Share this post

Link to post
Share on other sites

Heç kim heç nəyi Allah üçün etmir.

Sizinle tamamile raziyam,hec kim hec neyi Tanri ucun etmir.Ego sentrik dunyada yashayiriq:)

Share this post

Link to post
Share on other sites

Forumda müzakirələrdə tez -tez  "əsl müsəlman" ifadəsi ilə  qarşılaşıram.

İslamı qəbul edən ölkələrin əhalisi müsəlman hesab olunmur? Müəsəlmanın "əsl müsəlmandan " fərqini izah edin.Əsl müsəlmanlar kimlərdir? Ən əsası Azərbaycanda bu əsl müsəlmana aid gözəl təbəqədən varmı? 

bugun muselman olkelerinde bas vermis negativ hallari gosterdiyimiz zaman bunlar islama emel etmir bunlar esl muselman deyil deyen insanlar eyni zamanda deyirler ki avropa exlaqdan ve aile problemlerinden eziyyet cekir ve onlar islam dunyasindan ornek goturmelidirler.sonra da islam dunyasinda ailenin iki temelinden biri olan qadinin alcaldilmasini qeyd edende gah deyirler ki bu esl islam deyil,gah deyirler ki burda bir hikmet var....

sozumun cani odur ki bugun esl muselman yoxdur.cunku esl muselman olmaq dunyadan yeterince qopmaq ve islamin xos gorunen ayeleri kimi radikal ayelerini de yerine yetirmelidir ve bunlari yerine yetirenleri de esl muselman adlandirmirlar cunku demokratik cemiyyetlerde bunlar qebul olunmazdir.bugun iranda adam asirlar ve islam dunyasinin butun teriqet ve mezhebleri bildirirler ki allahi inkar edenin cezasi edamdir.ve bunu qebul etmeyen cemiyyetler islama haqq qazandirmaq ucun buna da esl islam deyil deyirler.

NOT: esl islam radikal dusunceni siddeti yeterinc muhafize eden sistemdir.buqeder.bugun islamin ayelerine esasen cemiyyetimizin hamisi cehennemlikdir.bu realliqdir.dindarlar da ateistler de ve arada qalan butunleri de.///

Share this post

Link to post
Share on other sites

Əsl müsəlman olmaq çox çətindir.

Birinci növbədə insan omaq lazımdır, düşünürəm əsl müsəlman insanlığın yüksək zirvəsidir.

Share this post

Link to post
Share on other sites

Esl muselman ifadesi ozu sehvdir. Insan dunyaya gelende muselman gelir, butun dunyada amma sonradan o heddi buluga catana geder valideynlerinin sechdiyi din, heddi buligdan sonra oz secdiyi heyat yoluna gore muselman olub ve ya olmur.

Muselman kelmeyi sehadet getirmekle bashliyir, gunde 5 vaxt namaz qilir, ilde bir ay oruc tutur, imkani varsa zekat verir ve imkani varsa Hecce ziyarete gedir. Bunu edenler muselmandilar.

Share this post

Link to post
Share on other sites

Sonra şikayət edirsiniz,niyə Azərbaycan dilində,və bölümündə forum iştirakçıları passivlik nümayiş edirlər.

Əsl insan ol.

Sülh sevər ol.

Nə dinə qulluq edirsən et,amma insan əsl insan ol.

Edited by Yumoshka

Share this post

Link to post
Share on other sites

Movludu nədi , tort nədi ))) Telman İsmayilovun Şakirəni gətirdiyində ifa etdikləri mahniya oxşayir .

Necə bilirsiz, sizin hesabınızla Azərbaycan əhalisinin neçə faizi mürtəddir? kafirdir? 

İnanmirmaki namaz qilmayan kafir olsun , əslində namaza inanmayan kafir sayilir . İslam hüququna görə  namazın  inkar etməyən də  ancaq tənbəllikdən  namaz qılmazsa günahkar olsa belə müsəlman sayılır.

Bəli, kafir.

 səhv edənə deyil , İslam nə əmr edir ona baxmalıyıq , günahlari bağişlayan Allahdi . Din deyir , kafir Allah və Rəsulunun kitabini , sözlərini qəbul etməyənlərdir , müsəlman isə  Allahın birliyinə və Hz . Məhəmmədin   Peyğəmbərliyinə iman gətirən və eləcə də  xəstələrə ziyarət edən , yoxsullara kömək edən , cənazə mərasimlərinə qatılan , kimsənin bir ehtiyacları olduğunda o ehtiyacı aradan qaldıran və . s.  ilaxir kəslərdir . Yəni namaz qilmayan günahklardir . Günahkarliq heç də kafirlik deyil , əməli saleh insan da günahkar ola bilər . Əgər mən dinə də Allaha da inaniramsa . oruc tutub ancaq namaz qilmiramsa kim sayiliram ? Əslində siz bəzi insanlari kafir kimi təqdim edib şirk etmiş sayilirsiniz , çünki kafir hökmü vermək bir insan kimi çox ciddi yükdür . 

Share this post

Link to post
Share on other sites

 Bir detala fikir vermək lazimdir ki , əgər bir insan inanarsa və o namaz qilmirsa ,  axirətdə müsəlman olmadığından deyil , namaz qılmadığı üçün sorğuya çəkiləcək . Niyə görə kafir olmayan  bir normal , əməlləri saleh insan  ( müsəlman ) bəzi sorğu-sualdan sonra cənnətə gedə bilməz ?

Edited by azda

Share this post

Link to post
Share on other sites

Kafir namaz qilmiyan deyil, Allahin tekliyine shirk qoshan, Muhammedin onun resulu olduguna sehadet getirmiyendi.qalan insanlar ise momun ve momun olmuyanlara bolunur. Kafir ise Allahi inkar eden keslerdir.

Share this post

Link to post
Share on other sites

ala yarımcıq olmayan müsəlmanlardır.bəs ala yarımcıq müsəlmanlar kimlərdir?

İslamı müdafiə edir amma şəriər istəmir (çünkü üzdə deməsə də içində islam ölkələrinin vəziyyətini əla görür)

donuz əti yemir amma araq içir   (çünkü donuz ətinin alternativi var amma sərxoş edici içkini əvəzləyək məhsulu tapmaq müşkül məsələdir)

arvadına örtün deyir amma özü hərgün zina edir  (çünkü özü nəfsinə hakim olabilmez bu çətin məsələdir, dini tələb edir deye müəyyən qədərini edir)

namaz qılmır amma oruc tutur  (çünkü biri hərgün edilir digəri ilde bir ay o da biraz pəhriz biraz da göstəriş üçün)

zəkat vermir amma həccə gedir  ( konkret göstəriş üçün)

bütün bu saydıqlarımda hər ikisini edənlər müsəlmandır.etməyənlər isə dediyim kimi yarımçıq müsəlman.

İslam ölkələrinin vəziyəti deyəndə inkişafı və ya başqa halları nəzərdə tutursuzsa, buna səbəb din deyil dindən istəkləri üçün istifadə edənlər və dini səhv anlayan adamların çoxluğudu. Kimsə həccə ticarətə gedirsə, həccə qadağa qoymaq olmaz.

Share this post

Link to post
Share on other sites

elə biz də bunu deyirik ki, harda islamın izi var o ölkələr əsl müsəlman adlandırılmır.bizdə də əməl edən yoxdur. :) yəni ala yarımcıq müsəlmanlardır.

Share this post

Link to post
Share on other sites

Alayarimciq diyendeki dini islamdi, islam dinini qebul eden de olur muslum. Smin ola bilersen ki ele hec ne elemiyennen yari ibadet eliyib yati kefini cekenler daha pisdi.Cunki ibadet elemiyene hele de tovbe shansi var amma ibadet elemeyi ehd eliyib onnan donen uje hec ne apar tulla

Share this post

Link to post
Share on other sites

deyilenlere göre dünya ehalisinin 2 milyarda yaxını müselmandır. buna göre de islam dini en çox yayılmış dindir. bu kimlerese serf edende işledilen statistik yalandır.

Amma ele o sözleri deyen müselmanlar yeri gelende deyirler ki: her Allah deyen müselman deyil. Esl müselman namaz qılmalı, zekat vermeli, hecce getmeli ve s. ritualları yerine yetirmelidir.

çünkü islam ölkesi ve yaxudda müselman adını qebul eden şexslerin atağ 50%i (hele bu 50% çox köpürdülmüş faiz oldu, çünkü iranın özünde bele bu qeder deyil) namazlı zekatlı orucludur. bunlar eger esl müselmandılarsa onda en az yayılmış din ele islamdır.

Xristianlar Buddistler daha çox ibadetçildiler.

Share this post

Link to post
Share on other sites

Müsəlman o kəsdir ki başqaları onun əlindən və dilindən amandadırlar. 

Peyğəmbər Əkrəm (s.a.a.s.)

Share this post

Link to post
Share on other sites

Xristianlar Buddistler daha çox ibadetçildiler.

Hə xristiyanlar sorğusuz sualsiz cənnətə gedəcəklər . Rusiyada kilsələr də babkalardan başqa kimsəni görməzsən , onlardaki bir ayaqlari görda olduqlari üçün ibadət edirlər . 

Share this post

Link to post
Share on other sites

sualın mahiyyətində səhv var məncə: "islam - müsəlman" anlayışı, sırf kənardan birinin "bax bu əsl müsəlmandır" deməsi üzərində qurulmayıb. və ya hər hansı pis əməl edən birini də "sən müsəlman deyilsən" deyib qınaya bilmərik. qısaca olaraq, kimdə mənlik arzuları yoxdursa, keçmişin stresi, gələcəyin qorxusu yoxdursa, ölüm hadisəsi ilə şüur olaraq əbədiyyən var olacaq anlayışı varsa və bu anlayış üzrə bu həyatını yaşayırsa mənə görə əsl müsəlman odur. digərləri üçün müzakirənizi davam etdirə bilərsiniz.

hədisi azərbaycan dilində tapmadın ona görə türkcəsini yazıram:

"kişinin namazına, orucuna bakmayın; konuştuğunda, doğru konuşup konuşmadığına, kendisine emniyet edildiğinde, güvenilirliğini ortaya koyup koymadığına; dünya kendisine güldüğünde, takvayı elden bırakıp bırakmadığına (menfaat anındaki tavrına) bakıp öyle değerlendirin."

(kenzul-ummal, h. no: 8435)

"kişinin namazı, orucu sizi aldatmasın. dileyen oruç tutar, dileyen namaz kılar. fakat güvenilir olmayanın dini de olmaz."

(a.g.e., h. no: 8436)

Share this post

Link to post
Share on other sites

Mənim fikrimcə dinə səmimi inananlar. Heç bir zaman başqa insanlara, dinlərin nümayəndələrinə və inanmayanlara qarşı aqresiya hiss etməzlər. Bu aqresiya hissi onların özlərinin inanclarından doğan şübhəsinə, həmdə eyni zamanda, inandıqları dəyərlərin heç də müqəddəs olmayan, çirkin mənbədən olduğuna dəlalət edir. Çünki, getdiyi yolun düzlüyünə əmin olan insan istənilən halda ətrafda baş verənlərə neytrallıq nümaiş etdirər. Burda əsas məqam özünə qarşı səmimiyyətdir. Daha vacib olan isə özünü dərk etmək və tanımaqdır.

Hazırda yayılan və virus kimi artan dini coxluqların inancları əsasən rəqabət və aqresiyadan qidalanır. Sanki, negativ ilə onların ürəkləri bəslənir. Aqresiyadan qidalannan inam heç bir zaman müqəddəsliyə aliliyə iddia edə bilməz. 

Share this post

Link to post
Share on other sites
11 час назад, plotophyte сказал:

Aqresiya elbette ki normal qebul bilmez,amma bunu inanclarindan dogan shubhe olaraq deyil de,bezen anlamadan,bilmeden haqli olduqlarini dushundukleri uchun de olur.Richard Dawkins aktiv twitter istifadechisidir oxuyuram onu.Religion&science bagli fikirleri chox olur.O da aqresiyyadan,dindarlarin hede-qorxusunden shikayetlenir ele.) "It seems there are people who are so mentally inadequate that they think, "If it comforts me it must be true." -deye bir tweet atmishdi bu yaxinlarda,yeqin ki aqresiyya da ele menevi chatishmamazligin bir teselli formasidir.

Share this post

Link to post
Share on other sites
3 hours ago, ceylin said:

anlamadan,bilmeden haqli olduqlarini dushundukleri uchun de olur.

Özünü və inancını haqlı saymaq heç də başqalarına qarşı aqressiv olmağa səbəb vermir. Əyər biz fikirlərimizə və inamımıza əminiksə, bu halda ətraf təsirdən qorunmuş oluruq. Dinlərin mənbəyi insanlara belə düşünməyə əsas verir ki, din insanların mənəvi təmizliyinə vasitəçi olmalıdır. İnsanlara mənəvi və fiziki cəhətdən təmiz olmalarına kömək etməlidir. Əksər təriqətlər isə dindarlara tanrını qorxunc və eqoist varlıq kimi qələmə verir. Sanki o insanlardan ancaq özünə qarşı qorxu,tərif və sonsuz etiqat gözləyir. İnsanlar isə ancaq qorxudan irəli gələn kor təbii etiqad hissi  ilə yaşamalıdır ki, onlara tanrı tərəfindən verilmiş  əzablı və qısa həyatın qarşılığında sonsuzluğa qədər tanrının zülmündən qurtarsın və ya primitiv material zövqlərlə mükafatlandırılsınlar.  

Bu primitiv anlayışlar  mükəmməllik, sonsuzluq və alilik iddialarına ziddir.

Edited by plotophyte

Share this post

Link to post
Share on other sites
2 часа назад, plotophyte сказал:

Özünü və inancını haqlı saymaq heç də başqalarına qarşı aqressiv olmağa səbəb vermir. 

.. sebeb vermir tebii ki.Lakin ozunu ve inancini haqli sayan,empathy chatishmazligi,“haqliliq iddiasi” ile oz dushunce ve davranishlarini ustun ve ozlerini guclu bilen,“menden olmayan yanlishdir”,”yalniz menim bildiyim dogrudur” dushunceli insanlardir ele esas exlaqi deyerlerden getdikce uzaqlasharaq aqresiyya ve tecavuzkarliga meyl edenler.Amma mence buna teriqet,din,irq,cins ve s. prizmasindan baxaraq mehdudiyyet getirmek bir az yanlish olar,mesele insanliqdir,hetta daha derin dushunsek genlere qeder gedib chixacaq,dinlerden bele daha chox-chox evvele.:smile:

2 часа назад, plotophyte сказал:

din insanların mənəvi təmizliyinə vasitəçi olmalıdır.

Lakin teessuf ki, hedefe vurmaq ve meqsede chatmaq uchun bezi ellerde alet olaraq istifade olunur.

Share this post

Link to post
Share on other sites
1 hour ago, ceylin said:

Amma mence buna teriqet,din,irq,cins ve s. prizmasindan baxaraq mehdudiyyet getirmek bir az yanlish olar

Amma mən bu aqresiyanın məhz din olduğuna əminəm. Daha doğrusu dini insanlara çatdıran onu açıqlayan mütəşəkkil təşkilat üzvlərinin, savadsız kütlə ilə manupilyasiya etdiyinə əminəm. Bildiyiniz kimi, xristian dini fanatizm dövründə insanları kafir damğası ilə yandırardılar, alnına möhür vurmaq və digər yollarla inkivizisiya tərəfindən insanlar cızalandırılardı. Hazırki dövrdə, müsəlman təriqətlərini insanlar arasında yayanlar da eyni üsulla dinə alüdə olmuşlara aqresiya aşılayır. Məsəl üçün, dini möizələrdə onlara tez-tez kafirlərdən danışılır və onlar haqqında aqressiv düşüncə yaradılır. Hətta bəzi fanatik müsəlmanlar, öz valideynləri və yaxınlarına belə dərin aqresiya hiss edir onları kafir və.s kimi sözlərlə təhdid edir.

Bu hadisələrin səbəbi cəmiyyətdə olan savadsızlıq və insanların maddi əlacsızlıqdan istifadə edərək, onlara dini vədlər verməklə, eyni zamanda aqresiya ilə qidanlandırmaqla, bu kimi süni inkişaf etdirilmiş, güclü mənbədən maliyyələşən, eyni zamanda mütəşəkkil güclər tərəfindən idarə olunan sürətli yayılan aqressiv təriqətlərə cavan, dünya görüşü məhdud insanların cəlb edilməsidir. 

Share this post

Link to post
Share on other sites
15 час назад, plotophyte сказал:

Amma mən bu aqresiyanın məhz din olduğuna əminəm.

Amma men din olmadigina eminem.Sadelov de olsa bele ifade edeceyem:hech bir din qetle teshviq etmez,bunu mumkun eden yene de yalniz ve yalniz insandir.İngilis mutemlekechiliyinde aborogenlerin bashlarini kesib aksesuar kimi evlerinin divarlarindan asan da insanlardir,xristianliq deyil.

Eger aqressiyani dine xas bir cehet olaraq qebul edirsinizse - birbasha dinle bagli olduguna eminliyinizden anlashilan netice -onda nezeri olaraq dinler olmayan bir dunya olsaydi eger,sizce daha yaxshi bir dunya olacaqdi,qetllersiz qaretsiz? Din amili olmadan yalniz insan amili esas goturulerse?..

15 час назад, plotophyte сказал:

Daha doğrusu dini insanlara çatdıran onu açıqlayan mütəşəkkil təşkilat üzvlərinin, savadsız kütlə ilə manupilyasiya etdiyinə əminəm.

Manipulyasiya formalari ile insanlar -xususile savadsiz ve kasib tebeqe dini oz meqsedlerine gore istfade eden quvveler terefinden asanliqla idare olunurlar,raziyam sizinle.Mehz yoxsul ve charesiz cemiyyet daxilinde aqressiyaya meyllilik daha guclu bir zemin tapir ki,Islam dunyasi da mehz bu cehetden geridedir.

Teriqetlerin yaydigi xurafat,uydurulmush hedisler ve s. bu- islam deyil axi.Savadsiz ve yoxsul kutleni o yola yonlendiren shertleri bizim bilmeyimiz mumkun deyil,amma netice ise qeyd etdiyiniz kimi goz onundedir.Maraqlidir,hech dushunmusunuzmu,eger o olkelerin birinde dogulub,o sheraitde boyumush olsaydiniz,indiki Siz olardiniz,yoxsa ferqli biri?

15 час назад, plotophyte сказал:

Bu hadisələrin səbəbi cəmiyyətdə olan savadsızlıq və insanların maddi əlacsızlıqdan istifadə edərək, onlara dini vədlər verməklə, eyni zamanda aqresiya ilə qidanlandırmaqla, bu kimi süni inkişaf etdirilmiş, güclü mənbədən maliyyələşən, eyni zamanda mütəşəkkil güclər tərəfindən idarə olunan sürətli yayılan aqressiv təriqətlərə cavan, dünya görüşü məhdud insanların cəlb edilməsidir. 

Beli.Ve bu kimi sebebleri de esas getirerek qeti olaraq dushunuremki,burada problem inanc sistemlerinde deyil,insanlardadir,muhakime edilen de insan olmalidir,esla din deyil.

Edited by ceylin

Share this post

Link to post
Share on other sites
7 hours ago, ceylin said:

Eger aqressiyani dine xas bir cehet olaraq qebul edirsinizse - birbasha dinle bagli olduguna eminliyinizden anlashilan netice -onda nezeri olaraq dinler olmayan bir dunya olsaydi eger,sizce daha yaxshi bir dunya olacaqdi,qetllersiz qaretsiz? Din amili olmadan yalniz insan amili esas goturulerse?..

ceylin, Təbii ki, problem insanlardadır, əslində pis yaxşı anlayışı yoxdur. Bütün bu anlayışlar din və.s insan subyektinə bağlıdır və ondan asılıdır. Amma insanların psixologiyası onları əhatə edən mühitin təsiri nəticəsində formalaşır.

Sizə misal çəkmək istəyərdim, məsəl üçün, müsəlman ölkələrində elə qonşu türkiyədə, yüz illər qan davası olub. Bunun niyə başqa yerdə olmadığı məhz müsəlmanlarda olmağının səbəbini bilirsinizmi nədir ? Çünki, quran ayəsi müsəlmanlara yaxınını öldürmüş insanı öldürməyə icazə verir. Bu səbəbdən bu dinin daşıyıcıları bunu edir. Dinsiz - dövlət məsəl üçün Yaponiya,Çin. Sovet İttifaqı səksən il ateizmi təbliğ edib əhali əksinə digərlərindən cox mədəni işgüzar və xeyirxaq olmuşdur. 

Mənim fikrimcə insanları idarə etmək və yaxut tərbiyyə etmək üçün artıq dinə ehtiyac yoxdur, dini kanonlar və dəyərlər müassir dövrün mürəkkəb tələblərinə cavab vermir. İnsanlar öz qanunları ilə daha yaxşı idarə olunur və yüksək yaşayış səviyyəsi əldə edə bilirlər. Din isə insanların evində və ürəklərində həmişə ola bilər. Hər bir insan istədiyi dinə və tanrıya inanmaqda azaddır. 

Share this post

Link to post
Share on other sites
16 час назад, plotophyte сказал:

ceylin, Təbii ki, problem insanlardadır, əslində pis yaxşı anlayışı yoxdur. Bütün bu anlayışlar din və.s insan subyektinə bağlıdır və ondan asılıdır.

Nehayet ki bunda ortaq mexrece gele bildik.:smile:

16 час назад, plotophyte сказал:

Yaponiya,Çin. Sovet İttifaqı səksən il ateizmi təbliğ edib əhali əksinə digərlərindən cox mədəni işgüzar və xeyirxaq olmuşdur. 

Milli atesitlerin hech de hamisi humanist deyil deyesen,ele burada qarshisina chixan ilk fursetde qeyri inanclilara aqresiyyasini axidan userler var..)

16 час назад, plotophyte сказал:

Mənim fikrimcə insanları idarə etmək və yaxut tərbiyyə etmək üçün artıq dinə ehtiyac yoxdur, dini kanonlar və dəyərlər müassir dövrün mürəkkəb tələblərinə cavab vermir. İnsanlar öz qanunları ilə daha yaxşı idarə olunur və yüksək yaşayış səviyyəsi əldə edə bilirlər. Din isə insanların evində və ürəklərində həmişə ola bilər. Hər bir insan istədiyi dinə və tanrıya inanmaqda azaddır. 

Menim,sizin,bashqalarinin- ve bizden daha 7.3 milyrd varsa - her birimizin oz inancimiz var.Her hansi ekseriyyet terefinden oz heqiqeti kimi qebul edilen ortaq inanclar da buna elave olunarsa,bu qeder ferqli ve ya ortaq dushunenlerin inandigi mutleq heqiqet olmaya biler axi, ve bunun deqiqliyi de hech kime tam olaraq agah deyil.En azindan subut olunmush delillere,nezeriyyelere istinad etsek bele,yalniz elmin ishiq saldigi yere qeder aydinlanacagini goreceyik,gerisi ise yene muemma olaraq qalacaq.Ona gore de baxishlari eyni ve ya zidd olanlarin bir-birine neyinse dogru olub-olmadigini subut etmeye chalishmasinin da sonu gelmyecek,ziddiyyetler her zaman olub,olacaq. Kimi Tanri fikrine inanmaga ustunluk verecek,kimi umumiyyetle inanmayacaq,kimisi de anlamadigi uchun olmayacagini dushunecek.Elbette ki sechim her kesindir,ferde mexsusudur ve her bir insan istediyine inanmaqda azaddir.Sadece mumkun qeder,insan olaraq ozunu qarshindakinin yerine qoymagi bacarmaq,diskriminasiyaya getmemek,anlayish daxilinde davranmaq ve insani deyerlerin her zaman ferqinde olmaq lazimdir,muzakirelerde qarshiliqli hormet cherchivesini hech zaman ashmayan sizin kimi.

Teshekkuler.

Share this post

Link to post
Share on other sites

esl muselman qozel ehlaq! ibadet.inam, elm, emel

Share this post

Link to post
Share on other sites

cox azdir esl muselman

Share this post

Link to post
Share on other sites

Bes eqer o teleblerini yerine yetirirse amma insan kimi zulm verir o kimdir?

Share this post

Link to post
Share on other sites

Bu cox catin meseledir,cunki din maskasi altinda tam bawqa bir adam ola biler

Share this post

Link to post
Share on other sites

Indi kim kelmey wahedetini deyse o muselman olur?

Share this post

Link to post
Share on other sites

Mence esas emeldir

Share this post

Link to post
Share on other sites
В 29.07.2019 в 19:55, bask сказал:

Bes eqer o teleblerini yerine yetirirse amma insan kimi zulm verir o kimdir?

Zülm etməmək, haqsızlığa yol verməmək, müsəlmanlığın demək olar ki əsasını təşkil edir.

Share this post

Link to post
Share on other sites
On 22 בינואר 2016 at 2:50 PM, ceylin said:

Nehayet ki bunda ortaq mexrece gele bildik.:smile:

Milli atesitlerin hech de hamisi humanist deyil deyesen,ele burada qarshisina chixan ilk fursetde qeyri inanclilara aqresiyyasini axidan userler var..)

Menim,sizin,bashqalarinin- ve bizden daha 7.3 milyrd varsa - her birimizin oz inancimiz var.Her hansi ekseriyyet terefinden oz heqiqeti kimi qebul edilen ortaq inanclar da buna elave olunarsa,bu qeder ferqli ve ya ortaq dushunenlerin inandigi mutleq heqiqet olmaya biler axi, ve bunun deqiqliyi de hech kime tam olaraq agah deyil.En azindan subut olunmush delillere,nezeriyyelere istinad etsek bele,yalniz elmin ishiq saldigi yere qeder aydinlanacagini goreceyik,gerisi ise yene muemma olaraq qalacaq.Ona gore de baxishlari eyni ve ya zidd olanlarin bir-birine neyinse dogru olub-olmadigini subut etmeye chalishmasinin da sonu gelmyecek,ziddiyyetler her zaman olub,olacaq. Kimi Tanri fikrine inanmaga ustunluk verecek,kimi umumiyyetle inanmayacaq,kimisi de anlamadigi uchun olmayacagini dushunecek.Elbette ki sechim her kesindir,ferde mexsusudur ve her bir insan istediyine inanmaqda azaddir.Sadece mumkun qeder,insan olaraq ozunu qarshindakinin yerine qoymagi bacarmaq,diskriminasiyaya getmemek,anlayish daxilinde davranmaq ve insani deyerlerin her zaman ferqinde olmaq lazimdir,muzakirelerde qarshiliqli hormet cherchivesini hech zaman ashmayan sizin kimi.

Teshekkuler.

Heqiqetende bir çox yerli ateistler - özünü çox aqresiv şekilde aparır. Sebebini bilmirem, ancaq onlar birez öz aqresivliklerini azaltsalar yaxşı olar.

Share this post

Link to post
Share on other sites
On 22 בדצמבר 2015 at 12:44 PM, drrufatqizilbash said:

deyilenlere göre dünya ehalisinin 2 milyarda yaxını müselmandır. buna göre de islam dini en çox yayılmış dindir. bu kimlerese serf edende işledilen statistik yalandır.

Amma ele o sözleri deyen müselmanlar yeri gelende deyirler ki: her Allah deyen müselman deyil. Esl müselman namaz qılmalı, zekat vermeli, hecce getmeli ve s. ritualları yerine yetirmelidir.

çünkü islam ölkesi ve yaxudda müselman adını qebul eden şexslerin atağ 50%i (hele bu 50% çox köpürdülmüş faiz oldu, çünkü iranın özünde bele bu qeder deyil) namazlı zekatlı orucludur. bunlar eger esl müselmandılarsa onda en az yayılmış din ele islamdır.

Xristianlar Buddistler daha çox ibadetçildiler.

Sözlerinizde haqq var! Ancaq ele müasir xristiyanlıqda böhran yaşamaqdadır.

Share this post

Link to post
Share on other sites
On 22 בנובמבר 2015 at 4:03 PM, 513 said:

bugun muselman olkelerinde bas vermis negativ hallari gosterdiyimiz zaman bunlar islama emel etmir bunlar esl muselman deyil deyen insanlar eyni zamanda deyirler ki avropa exlaqdan ve aile problemlerinden eziyyet cekir ve onlar islam dunyasindan ornek goturmelidirler.sonra da islam dunyasinda ailenin iki temelinden biri olan qadinin alcaldilmasini qeyd edende gah deyirler ki bu esl islam deyil,gah deyirler ki burda bir hikmet var....

sozumun cani odur ki bugun esl muselman yoxdur.cunku esl muselman olmaq dunyadan yeterince qopmaq ve islamin xos gorunen ayeleri kimi radikal ayelerini de yerine yetirmelidir ve bunlari yerine yetirenleri de esl muselman adlandirmirlar cunku demokratik cemiyyetlerde bunlar qebul olunmazdir.bugun iranda adam asirlar ve islam dunyasinin butun teriqet ve mezhebleri bildirirler ki allahi inkar edenin cezasi edamdir.ve bunu qebul etmeyen cemiyyetler islama haqq qazandirmaq ucun buna da esl islam deyil deyirler.

NOT: esl islam radikal dusunceni siddeti yeterinc muhafize eden sistemdir.buqeder.bugun islamin ayelerine esasen cemiyyetimizin hamisi cehennemlikdir.bu realliqdir.dindarlar da ateistler de ve arada qalan butunleri de.///

Buda düzdür!

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79