Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sevimli Teletamaşalarımız -Teatrlar

Kenul2012

Recommended Posts

"Evləri köndələn yar" tamaşası ))

"...40 ildir mən zəhmətkeşlərin ateist tərbiyəsi barədə mühazirələr oxuyuram, köhnəlmiş adət ənənələri ifşa edirəm !...indi nə oldu, keçmişin qalığının əsiri olmalıyam ? bircə bu qalmışdı !

- axı ayıbdı, elin adəti var, qızın hərisini istəməyə gələcəklər

- qız oğlan bir-birini istəyirlər ? vəssalam.... evlənmək istəyirlər ? qurtardı getdi. daha bu dəm-dəsgah nəyə lazımdır ? ancaq quru rəsmiyyət..

Növbəti mühazirəmdə mən bu barədə ətraflı danışmalıyam "

:P

"Telefon" monoloqu da məzəlidir həmçinin )) Toy səhnəsi də

Link to comment
Share on other sites

:) Menim de xoshladigim televiziyia tamashalarindan birini xatirlatdiniz. :rroza:

- ..Madam ki sizinkiler gelmek isteyir,buyursunlar.Amma menim atamin bele formal ishlerden xoshu gelmir,ozun bilirsen de atam ateizm uzre professordur.Choreyi Allahdan chixir,daha dogrusu Allahin olmamasi barede leksiyalardan...

-Qohum-qonshu,anam atam ot deyil ki,yerden chixmayib ki..)))

Link to comment
Share on other sites

Xoş gördük, Ceylin :)

...gözəl tamaşadır , musiqisi də gözəldir. Oxuyuram həmin melodiyaları, arabir oxuyuram, mətbəxdə ))) Mahnı oxuyanda xörəklər dadlı alınır, fikir vermisiz ? :rolleyes:

Ürəyimdən keçdi ki, Toy səhnəsindən ya Telefon monoloqundan bir kollaj düzəldim, yəni buket... vaxt olsa.

Sizə yaxşı gün... )

Bir tamaşa da var. Maraqlıdır, emosionaldır. Orada çox şey var, amma heç nə də yoxdur sanki. yarımçıq başlayır, yarımçıq da bitir elə bil. Həyati məzmunludur, oradakı bir çox sitatlar həyatdan ittiham kimidir. "Sən həmişə mənimləsən" - İlyas Əfəndiyevin pyesi əsasında.

Edited by NOIR
Link to comment
Share on other sites

Konul,cox sag ol gozel movzu uchun.

Menim en sevdiyim teletamashalar en sevdiyim aktyor Yashar Nurinin tamashalaridir. Ister "Qatarda", "Kokden dushmush piano", "Seni axtariram","Bagishla","Senden xebersiz" kimi ciddi rollari olsun, isterse de "Evleri kondelen yar", "Ac herifler", "Qonshu qonshu olsa", "Yarimshtat" kimi komik rollari.

Yashar dogurdan tamam basqa aktyor idi.. Bütün aktyorlari getirirem gözümün qabağına..çoxdular..hamisi sevilendir..

Amma Yaşar Nuri rollarini yaşayırdı..Gülnarla oyanidigi trilogiya tamam başqa aləmdir..YAdıma düşdükcə o tamaşalara baxdığım günlər gözlərim dolur...Uşaq idim, atamgil baxardılar..Elçinlə Gülnar hamının dilində idi, bir ideal idiler..

Gör biz hansı dövrdə yaşamışıq..heyf o illerden..köhnə Bakı, köhnə aktyorlar, köhnə dükanlar üçün çox darıxmışam..

Link to comment
Share on other sites

Hamıya salamlar.

Mövzu müəllifinə təşəkkürlər!

Tamaşalarımız və filmlərimiz haqqında nə sualınız olsa, cavablandırmaqdan qürur duyaram.

salam qardaş, bildiyimə görə filmlərimiz və tamaşalarımız haqqında səndən yaxşı bu forumda kimsə məlumat verə bilməz..

Ac heriflerde o avara kiçşiler koslovodski haqqinda mahni oxuyurlaree..o nece idi?

Burdan kecen xanimlar bir sumukdu bir deri )) can ay kislovodski..)))

Link to comment
Share on other sites

salam qardaş, bildiyimə görə filmlərimiz və tamaşalarımız haqqında səndən yaxşı bu forumda kimsə məlumat verə bilməz..

Ac heriflerde o avara kiçşiler koslovodski haqqinda mahni oxuyurlaree..o nece idi?

Burdan kecen xanimlar bir sumukdu bir deri )) can ay kislovodski..)))

Gelende yay zamani,basir meni mushteri.

Gelir meni gormeye ilde besh-on min peri

Burdan geden xanimlar bir sumukdu bir deri.

Ariqlari kokelden, can ay Kislovodksi.

Nese bele bir shey idi yadimda qaldigi qeder)

Link to comment
Share on other sites

Gelende yay zamani,basir meni mushteri.

Gelir meni gormeye ilde besh-on min peri

Burdan geden xanimlar bir sumukdu bir deri.

Ariqlari kokelden, can ay Kislovodksi.

Nese bele bir shey idi yadimda qaldigi qeder)

Düzdür. Son misrası isə belədir: "Paris şəhrini ötdün, can ay Kislovodski".

ay saqol..eifr mahnidi..Bir de hemin tamasada axirda lezetdi mahni varee...

Allah bizim allahdi kecer gunahimizdan..

Link to comment
Share on other sites

ay saqol..eifr mahnidi..Bir de hemin tamasada axirda lezetdi mahni varee...

Allah bizim allahdi kecer gunahimizdan..

Allah bizim allahdı, keçər günahımızdan,

Allah bizi saxlasın hələ sabahımızdan.

:)

Ramiz Rövşənin şeiridir.

Link to comment
Share on other sites

Nənəmlə çox yaşamışam.İlin çox hissəsini ya teletamaşalara,ya da milli məclisin sessiyadankənar iclaslarına baxırdıq)  İndi həmin tamaşalara baxdıqca həmin illər xatirimdə canlanır.Necə gözəl aktyorlarımız olub.Dilimizi bəyənməyib,kobud adlandıranlara bu tamaşaya baxmağı məsləhət görürəm.Necə səlis,düzgün tələffüz edirdilər.İndi ki,efirlərdən evimizə qarışıq söz yığını daxil olur,dilimizi necə korlayırlar..Nələri itirdiyimizi bilsək...

https://www.youtube.com/watch?v=r0iltdrXoeU

Edited by Kenul2012
Link to comment
Share on other sites

Yashar dogurdan tamam basqa aktyor idi.. Bütün aktyorlari getirirem gözümün qabağına..çoxdular..hamisi sevilendir..

Amma Yaşar Nuri rollarini yaşayırdı..Gülnarla oyanidigi trilogiya tamam başqa aləmdir..YAdıma düşdükcə o tamaşalara baxdığım günlər gözlərim dolur...Uşaq idim, atamgil baxardılar..Elçinlə Gülnar hamının dilində idi, bir ideal idiler..

Gör biz hansı dövrdə yaşamışıq..heyf o illerden..köhnə Bakı, köhnə aktyorlar, köhnə dükanlar üçün çox darıxmışam..

He,cox gozel trilogiyadir.Muellif Aslan Qehremanovu da taniyirdim. Esl ixtisasi riyaziyyatchi idi. Allah rehmet elesin. 

Indiki deyerler o dovrden ferqlendiyi uchun yeqin ki,bir de ele eserlerin shahidi olmayacagiq...Her halda son illerki edebiyyatimizi bacardigim qeder izleyirem.

Düzdür. Son misrası isə belədir: "Paris şəhrini ötdün, can ay Kislovodski".

Teshekkur. Sonunu unutmusdum)

Link to comment
Share on other sites

ay saqol..eifr mahnidi..Bir de hemin tamasada axirda lezetdi mahni varee...

Allah bizim allahdi kecer gunahimizdan..

Abbasov cavab verib artiq. Ramiz Rovshenin sheridir.

Allah bizim Allahdı keçər günahımızdan,

Allah bizi saxlasın hələ sabahımızdan.

Bizdə o sifətdi, nə sifətdi, belə qardaş,

Bir zərrə dəyişməz niyə ildən-ilə qardaş,

Bir razı qalan varmı bugünkü işimizdən,

Gəl, söhbət açaq, şanlı, gözəl keçmişimizdən.

Allah bizim Allahdı keçər günahımızdan,

Allah bizi saxlasın hələ sabahımızdan.

Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,

Allah bizim Allahdı keçər günahımızdan.

Bir quş kimi şeytan yuva qurmuş içimizdə,

Baxsan, görünür barmağı hər bir işimizdə,

Qardaş, niyə yoldaş, niyə bəs özü görünmür,

Şeytana papaq tikmişik, buynuzu görünmür.

Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,

Allah bizim Allahdı keçər günahımızdan.

Hamıya kələk gəlməyə biz ustayıq usta,

Hamıdan əvvəl gəl kələyi qardaşa, dosta,

Dost özgə deyil, qorxma, keçər günahımızdan,

Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,

Allah bizi saxlasın hələ sabahımızdan.

De, bunca lotu meydana birdənmi çıxıbdı,

Göydənmi enib, yoxsa ki, yerdənmi çıxıbdı,

O kimsə baxıb pozmasın öz halını indi,

Əkdiklərimizdir, dəririk barını indi,

Öz bağımızın meyvəsidir, dadına bir bax,

Heyvasına, almasına, armuduna bir bax,

Nə səpmişiksə, o cücərir torpağımızdan,

Çoxdandı ki əl üzmüşük öz Allahımızdan,

Allah bizim Allahdı keçər günahımızdan.

Ağız dolusu gör nə qədər dastanımız var,

Qarpız dolusu gör nə qədər bostanımız var.

Koroğlulara söz qoşub aşiq dilə gəlsin,E...e...ey...

Top nədir, tüfəng nədir, mizrab ələ gəlsin,

Düşmənləri sazla qovarıq torpağımızdan,

Yetimlərə paltar tikərik bayrağımızdan.

Allah bizim Allahdı, keçər günahımızdan,

Allah bizi saxlasın hələ sabahımızdan.

Link to comment
Share on other sites

He,cox gozel trilogiyadir.Muellif Aslan Qehremanovu da taniyirdim. Esl ixtisasi riyaziyyatchi idi. Allah rehmet elesin. 

Indiki deyerler o dovrden ferqlendiyi uchun yeqin ki,bir de ele eserlerin shahidi olmayacagiq...Her halda son illerki edebiyyatimizi bacardigim qeder izleyirem.

Mən sonuncu dəfə bu trilogiyaya 2013-cü ildə Aslan müəllimin evində baxmışam. Onun qızı - forumçu Peppi öz evlərində bu taamşaya baxamq üçün yığıncaq düzəltmişdi.

Bir-iki aydan sonra Aslan müəllim vəfat etdi.

Allah ona qəni-qəni rəhmət eləsin.

Link to comment
Share on other sites

He,cox gozel trilogiyadir.Muellif Aslan Qehremanovu da taniyirdim. Esl ixtisasi riyaziyyatchi idi. Allah rehmet elesin. 

Indiki deyerler o dovrden ferqlendiyi uchun yeqin ki,bir de ele eserlerin shahidi olmayacagiq...Her halda son illerki edebiyyatimizi bacardigim qeder izleyirem.

Teshekkur. Sonunu unutmusdum)

gor adi bir raiyaziyyatcinin fikirlerine ureyine baxe..ne gozel eser yaradib..Allah rehmet elesin..

o dovrde her sey necede sade semimi gozel idi..hamisi imkansizliqla elaqelidi.. ovaxt haminin gozu tox idi..indi kasibliqdan bilmir kim harda kimi nece aladatsin ki ailesine corek aparsin..eee doktor, danisilasi derd deyil..

Link to comment
Share on other sites

Xoş gördük, Ceylin :)

...gözəl tamaşadır , musiqisi də gözəldir. Oxuyuram həmin melodiyaları, arabir oxuyuram, mətbəxdə ))) Mahnı oxuyanda xörəklər dadlı alınır, fikir vermisiz ? :rolleyes:

Ürəyimdən keçdi ki, Toy səhnəsindən ya Telefon monoloqundan bir kollaj düzəldim, yəni buket... vaxt olsa.

Sizə yaxşı gün... )

Bir tamaşa da var. Maraqlıdır, emosionaldır. Orada çox şey var, amma heç nə də yoxdur sanki. yarımçıq başlayır, yarımçıq da bitir elə bil. Həyati məzmunludur, oradakı bir çox sitatlar həyatdan ittiham kimidir. "Sən həmişə mənimləsən" - İlyas Əfəndiyevin pyesi əsasında.

Sizin de xosh gununuz olsun Noir! Musiqinin musbet tesiri her zaman gorunur,subuta yetirilib hetta,tebii ki metbex de tesir hududlarindan kenarda deyil.))

Ele sizin kollajiniz diqqetimi bu movzuya yoneltmeye vadar etdi.Yeni buketleriniz olsa,maraqla oxuyaram. :rroza: 

Gozel tamashalar .. Ve evezolunmaz aktyorlar,xosh musiqiler,her dovr ucun actualligini qoruyan movzular,ezber bildiyimiz dialoqlar,ara-sira misal chekdiyimiz sitatlar,bayagi olmayan satira,sweet sarcasm,layiqsiz ifadeler istifade olunmadan da heyatin guldurucu tereflerini ortaya chixarmagin ve tenqidi hedef sechmeyin mumkunluyu,insani guldurerken dushunmye,dushunerken guldurmeye sovq eden ince yumor hissi..,daha neler,neler..saymaqla bitmez bu televiziya ve teatr tamashalari bize dogmalashdiran cehetler.Movzunu oxuyurum,deme her kes sevirmish bu tamashalari :wow1: )

Ushaqken canli izlediklerimden “Nishanli qiz” tamashasinda sondaki alqish sedalari hele de qulaqlarimdadir,amma lent yazisini teessuf ki  internetde tapmadim.

Qeyd etdiyiniz tamashanin ekran varianti da xatirimdedir,az sayda aktyorlarin ishtiraki ile olmasina baxmayaraq, movzu –sevgide yash ferqi dovrun teleblerine uygun ozunemexsus terzde ishlenmishdi eserde,hetta eks-seda dogurmushdu bir azca da.)Xanim aktrisanin televiziyada debut rolu olsa da ifasi yadda qalan alinmishdi.En azindan tebii goz yashlarinin oldugu bariz idi,muasirlerinin istifade etdikleri kimi qliserin deyildi gozlerden axan.) Sehv etmiremse onun teatr versiyasinda bash rolu Amaliya Penahova ifa etmishdi.

Hetta tamashalar qeder soundtrackleri de sevilirdi.

https://www.youtube.com/watch?v=u1wgZ-za3xo

https://www.youtube.com/watch?v=L_iu2pipZOE

Link to comment
Share on other sites

Bəli, "Sən həmişə mənimləsən" tamaşasınının televiziya variantında Nargilə obrazını Məlahət Abbasova, Həsənzadə obrazını isə Rasim Balayev yaradıb.  

İlk teatr tamaşasında isə bu rolları, müvafiq olaraq, Amaliya Pənahova və Əli Zeynalov Dram Teatrının səhnəsində canlandırıb. Sonradan bu rolları Nübar Novruzova və Tariyel Qasımov Gənc Tamaşaçılar Teatrında ifa edib.    

Link to comment
Share on other sites

Yeni buketlərə zamanım yetmir, Ceylin -_-  din-fəlsəfə bölməsindəki bir mövzuda sizə "borcum" da qalıb hələ.

Cavaba görə dərin təşəkkür )) bunu yaxşı demisiz : xoş musiqi, əzbər bildiyimiz dialoqlar,... sitatlar, bayağı olmayan satira.... Bilirsizmi, o dövrdə mahnılar indiki kimi çox deyildi, həmçinin bəsit də deyildi. Bu səbəbə həmin mahnıları hamı oxuyurdu, bilirdi və bu mahnılar insanları birləşdirirdi sanki.

"Sən həmişə mənimləsən" tamaşasının televersiyasına baxmışam, amma səhnə tamaşasını xatırlamıram heç.

Həmin tamaşaya bəlkə də 10 il olar baxmıram, unutduğum adlar, epizodlar ola bilər, amma mahiyyəti xatırlayıram. Məncə, Ceylin, yaş fərqi onlara maneə deyildi. həmin əsərdən mən bir başqa mahiyyət dərk etmişdim. bir qədər düşünüm, xatırlayım, yazaram.

Link to comment
Share on other sites

Həmin tamaşada məni qane etməyən bircə məqam var ki, məhz buna görə tez-tez izləmək istəməzdim. Orada çoxlu göz yaşı və siqaret tüstüsü var, hər ikisi qıcıqlandırır.

Məzmuna isə söz ola bilməz. mən belə başa düşürəm ki, "sən həmişə mənimləsən" ifadəsi konkret olaraq bir obrazın ünvanına yazılmayıb. Oradakı hər bir obraz öz xəyalındakının əziz xatirəsinə bunu deyir. yəni Nargilə atasının xatirəsini əzizləyirdi, Həsənzadə vəfat etmiş həyat yoldaşının xatirəsinə sadiq idi və s.... beləcə süjet üzrə.

Link to comment
Share on other sites

Həsənzadə ilə Nargilə arasındakı yaş fərqi maneə ola bilməzdi. Aralarında yaş fərqi 26 il idi , səhv etmirəmsə. bu fərq 16, ya 6 olsaydı belə onlar evlənməyəcəkdi (yəni bu süjet üzrə belədir, amma həyatda da belə olur ) . çünki bu iki nəfərin ehtiyacı fiziki münasibəti tələb etmirdi. Həsənzadə istəsəydi çoxdan evlənərdi. Tənhalıq onu sıxsa da, evlənməmişdi, çünki həyat yoldaşının xatirəsinə bağlılığı böyük idi. O Nargiləni hətta öz xəyalında belə sevməkdən çəkinirdi. onu bu qızda cəlb edən onun saflığı, sadəliyi, dürüstlüyü idi. bu paklıq kişinin daxili mənəvi ehtiyacını ödəyirdi, qane edirdi. bu platonik eşq idi. Həsənzadə təcrübəli insan kimi əmin idi ki, bunun bir sonu olacaq. həmişə belə davam edə bilməz. Bu səbəbə hər ikisinin əvəzinə seçimi özü etdi, qərarı özü verdi. Nargilə isə çox saf idi, o Həsənzadəyə tam etibar edirdi və inanırdı ki, sonu zərbəsiz olacaq. Hisslərdə qəti əminlik olmayanda isə sonluq başqa cür olmur.

Süjetdə bir vacib məqam da var. Nargilənin anası tənhalıqdan qorxduğu üçün ikinci dəfə ailə qurur. amma bu onun daxilindəki boşluğu doldurmur. Həsənzadə də tənhalıqdan qorxurdu, bunu açıq etiraf etməsə də... və qəlbindəki boşluğu xatirələri ilə doldururdu. çünki o özünü həyat yoldaşının nəzərində görməyə vərdiş etmişdi. Orada belə bir sitat olmalı idi : "mən sənin güclü təbiətinlə həmişə fəxr etmişəm" - onun xatirələrə bağlılığı güclü idi.

Link to comment
Share on other sites

Yeni buketlərə zamanım yetmir, Ceylin -_-  din-fəlsəfə bölməsindəki bir mövzuda sizə "borcum" da qalıb hələ.

Cavaba görə dərin təşəkkür )) bunu yaxşı demisiz : xoş musiqi, əzbər bildiyimiz dialoqlar,... sitatlar, bayağı olmayan satira.... Bilirsizmi, o dövrdə mahnılar indiki kimi çox deyildi, həmçinin bəsit də deyildi. Bu səbəbə həmin mahnıları hamı oxuyurdu, bilirdi və bu mahnılar insanları birləşdirirdi sanki.

"Sən həmişə mənimləsən" tamaşasının televersiyasına baxmışam, amma səhnə tamaşasını xatırlamıram heç.

Həmin tamaşaya bəlkə də 10 il olar baxmıram, unutduğum adlar, epizodlar ola bilər, amma mahiyyəti xatırlayıram. Məncə, Ceylin, yaş fərqi onlara maneə deyildi. həmin əsərdən mən bir başqa mahiyyət dərk etmişdim. bir qədər düşünüm, xatırlayım, yazaram.

Ele ise imkan daxilinde men bir ‘’mix” hazirlayaram siz oxuyarsiniz.) Elemi?! Onda "borumuz borcdur"))

Həsənzadə ilə Nargilə arasındakı yaş fərqi maneə ola bilməzdi. Aralarında yaş fərqi 26 il idi , səhv etmirəmsə. bu fərq 16, ya 6 olsaydı belə onlar evlənməyəcəkdi (yəni bu süjet üzrə belədir, amma həyatda da belə olur ) . çünki bu iki nəfərin ehtiyacı fiziki münasibəti tələb etmirdi. Həsənzadə istəsəydi çoxdan evlənərdi. Tənhalıq onu sıxsa da, evlənməmişdi, çünki həyat yoldaşının xatirəsinə bağlılığı böyük idi. O Nargiləni hətta öz xəyalında belə sevməkdən çəkinirdi. onu bu qızda cəlb edən onun saflığı, sadəliyi, dürüstlüyü idi. bu paklıq kişinin daxili mənəvi ehtiyacını ödəyirdi, qane edirdi. bu platonik eşq idi. Həsənzadə təcrübəli insan kimi əmin idi ki, bunun bir sonu olacaq. həmişə belə davam edə bilməz. Bu səbəbə hər ikisinin əvəzinə seçimi özü etdi, qərarı özü verdi. Nargilə isə çox saf idi, o Həsənzadəyə tam etibar edirdi və inanırdı ki, sonu zərbəsiz olacaq. Hisslərdə qəti əminlik olmayanda isə sonluq başqa cür olmur.

Süjetdə bir vacib məqam da var. Nargilənin anası tənhalıqdan qorxduğu üçün ikinci dəfə ailə qurur. amma bu onun daxilindəki boşluğu doldurmur. Həsənzadə də tənhalıqdan qorxurdu, bunu açıq etiraf etməsə də... və qəlbindəki boşluğu xatirələri ilə doldururdu. çünki o özünü həyat yoldaşının nəzərində görməyə vərdiş etmişdi. Orada belə bir sitat olmalı idi : "mən sənin güclü təbiətinlə həmişə fəxr etmişəm" - onun xatirələrə bağlılığı güclü idi.

Tamasha ile bagli genish review yazmisiniz,oxumaq maraqli oldu menimchun,size teshekkurler!

Bu yaziniz menim de xatirelerimde bezi meqamlari sheffaflashdirdi.Dogrusu tamashaya uzun illerdir baxmamishdim,daha deqiq yetkin yashlarda deyildi.Dushunurem ki,eger yeniden baxarsam ferqli sekilde yanasharam, movzuya munasibetim de ferqli olar ve daha derinden derk ederem xirdaliqlari da.Kitaplarla bagli da bele olur,ferqli yash dovrunde oxuduqlarim haqqindaki teessuratlarim bezen az,bezen keskin ferqlenir,bir nov maraqlar kimi.

Yazdiqlarinizdan sonra ise qenaetim beledir ki,movcud fikirlerim ifade olunmasi uchun olduqca sethidir,mutleq yeniden baxacagam ilk fursetde.Ve o zaman formalshan fikirlerimi de mutleq bolusherem sizinle.)

Link to comment
Share on other sites

Konul,cox sag ol gozel movzu uchun.

Menim en sevdiyim teletamashalar en sevdiyim aktyor Yashar Nurinin tamashalaridir. Ister "Qatarda", "Kokden dushmush piano", "Seni axtariram","Bagishla","Senden xebersiz" kimi ciddi rollari olsun, isterse de "Evleri kondelen yar", "Ac herifler", "Qonshu qonshu olsa", "Yarimshtat" kimi komik rollari.

Dogrudur,aktyorun boyukluyudur ki,muxtelif xarakterli rollari eyni meharetle ve mukemmel shekilde ifa edir.

Bəli, "Sən həmişə mənimləsən" tamaşasınının televiziya variantında Nargilə obrazını Məlahət Abbasova, Həsənzadə obrazını isə Rasim Balayev yaradıb.  

İlk teatr tamaşasında isə bu rolları, müvafiq olaraq, Amaliya Pənahova və Əli Zeynalov Dram Teatrının səhnəsində canlandırıb. Sonradan bu rolları Nübar Novruzova və Tariyel Qasımov Gənc Tamaşaçılar Teatrında ifa edib.    

Teshekkurler melumat uchun,yanilmiramsa teatr tamashasi televiziya variantindan daha chox iller once sehneleshdirilmishdir.

Link to comment
Share on other sites

Dogrudur,aktyorun boyukluyudur ki,muxtelif xarakterli rollari eyni meharetle ve mukemmel shekilde ifa edir.

Teshekkurler melumat uchun,yanilmiramsa teatr tamashasi televiziya variantindan daha chox iller once sehneleshdirilmishdir.

Tamamilə doğrudur. Teatr tamaşası çəkilən vaxt Amaliya Pənahova hələ IV kurs tələbəsi idi.

Edited by Abbasov J.
Link to comment
Share on other sites

Sizin de xosh gununuz olsun Noir! Musiqinin musbet tesiri her zaman gorunur,subuta yetirilib hetta,tebii ki metbex de tesir hududlarindan kenarda deyil.))

Ele sizin kollajiniz diqqetimi bu movzuya yoneltmeye vadar etdi.Yeni buketleriniz olsa,maraqla oxuyaram. :rroza:

Gozel tamashalar .. Ve evezolunmaz aktyorlar,xosh musiqiler,her dovr ucun actualligini qoruyan movzular,ezber bildiyimiz dialoqlar,ara-sira misal chekdiyimiz sitatlar,bayagi olmayan satira,sweet sarcasm,layiqsiz ifadeler istifade olunmadan da heyatin guldurucu tereflerini ortaya chixarmagin ve tenqidi hedef sechmeyin mumkunluyu,insani guldurerken dushunmye,dushunerken guldurmeye sovq eden ince yumor hissi..,daha neler,neler..saymaqla bitmez bu televiziya ve teatr tamashalari bize dogmalashdiran cehetler.Movzunu oxuyurum,deme her kes sevirmish bu tamashalari :wow1: )

Ushaqken canli izlediklerimden “Nishanli qiz” tamashasinda sondaki alqish sedalari hele de qulaqlarimdadir,amma lent yazisini teessuf ki  internetde tapmadim.

Qeyd etdiyiniz tamashanin ekran varianti da xatirimdedir,az sayda aktyorlarin ishtiraki ile olmasina baxmayaraq, movzu –sevgide yash ferqi dovrun teleblerine uygun ozunemexsus terzde ishlenmishdi eserde,hetta eks-seda dogurmushdu bir azca da.)Xanim aktrisanin televiziyada debut rolu olsa da ifasi yadda qalan alinmishdi.En azindan tebii goz yashlarinin oldugu bariz idi,muasirlerinin istifade etdikleri kimi qliserin deyildi gozlerden axan.) Sehv etmiremse onun teatr versiyasinda bash rolu Amaliya Penahova ifa etmishdi.

Hetta tamashalar qeder soundtrackleri de sevilirdi.

https://www.youtube.com/watch?v=u1wgZ-za3xo

https://www.youtube.com/watch?v=L_iu2pipZOE

ceylin xanim, sizin bu qeder incesenet vurgunu, ince ruhlu oldugunuzu düzü bilmirdim..çox sevindim ki burda bu mövzularda söhbət etməyə insanlar var imiş..

Link to comment
Share on other sites

  • 2 weeks later...

Mix sozum var idi Noir xanima.)

***

- Qiz evinden professor olsa,oglan evinden gerek akademik olsun!!!

- Var,Akademik Teatrinda 3-4 dostum var. (Eveleri kondelen yar)

 ***

Hani bu aerobikanin duzu?Hani bu aerobikanin istiotu?Hani sumagi,zeferani,zencefili,hani nanesi,reyhani?Hani sarikoku?)  (Yashil eynekli adam)

****

-Siz evlenmeyi dondermisiniz toyuq-cuce alverine.Bes eshq,bes mehebbet?

-Ay kishi,utanmirsan,ushagin yaninda o cur biedeb danishirsan?

-Niye?Eshqden danishmaq biedebchilikdir,meyer?  (Hicran)

Musiqi sechimim de "Unuda bilmirem"(1964) tamashasindan Penahovanin ifasi:

https://www.youtube.com/watch?v=OZhvTCM3sic

Link to comment
Share on other sites

bu günki əhvalımı əks etdirən əla bir post oxudum, Ceylin :loveyouu: çooooox sağ ol )

bu postuna +10 yaraşır , mənim gözümdə )) qonşu bölmədəki şeiri də oxudum, bəyəndim. mən də əvəzində, sənə bir mix_syurpriz hazırlayacam... zamanını deyə bilmərəm, amma "qələmimi tapan kimi yazajam" :P

Edited by NOIR
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 5 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 217 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 303 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Sad
        • Confused
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...