Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Atılan 40 Günlük Körpənin Faciəsi


Kenul2012

Recommended Posts

Borca görə atılan 40 günlük körpənin faciəsi - HƏYAT HEKAYƏSİ
“Sığınacağımıza yeni bir sakin gəlir... Amma tək yox, “40-ı çıxmamış” körpəsi ilə, özü də birbaşa  xəstəxanadan... Övladlarınızdan imtina etməyin!!! Gəlin, bu körpənin xatirinə anaya dəstək olaq! Uşaq oğlandır. Atanın günahını balaya yazmayaq”.
 
Bu fikirləri Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə paylaşıb. Onun səsinə mətbuat olaraq səs vermək üçün qadının problemini işıqlandırmaq qərarına gəldik.
 
Aytən (ad şərtidir) xanımla söhbətimizdən bəlli oldu ki, bu, onun ikinci evliliyidir.  Əslində o, uşağının atası, ikinci ərindən narazı deyil. İstəyi başqadır. Söhbətimiz də qısa oldu. Suallara qırıq-qırıq cavab verdi. Sanki nələrisə deməkdən çəkinirdi. Atasının imtina etdiyi uşaqla bundan sonra həyatını necə qurmaq istədiyini soruşanda ilk dediklərini inkar edərək ərinin imtina etmədiyini söylədi.
 
- Məni düz başa düşməyiblər. İstəyirəm ki, uşağımı bir uşaq evinə qoyum. 5 yaşına qədər orda qalsın, mən də işləyim. İmkanım olanda gedib götürüm.
 
- Nə üçün uşaq evinə qoymaq istəyirsiniz?
- Yoldaşımın 20 min manat  borcu var. Onu qaytarmaq üçün kömək etməliyəm. İstəyirəm ki, borcumuzu qaytaraq. Sonra uşağı götürərəm.
 
- Yoldaşınız işləmir?
- Daimi işi yoxdur, rayondan mal gətirib satır.
 
- Rəsmi nikahınız var?
- Namaz qıldığıma görə dini nikahımız var. Amma rəsmi yoxdur, olacaq.
 
- Niyə rəsmi nikaha girməmisiniz?
- Onun başqa ailəsi var. Birinci arvadı ilə qanuni evlidir. Ondan ayrılandan sonra mənimlə rəsmi evlənəcək.
 
- Əvvəldən başqa ailəsinin olduğunu bilirdiniz?
- Hə, demişdi ki, ailəsi, uşaqları olsa da, onları istəmir. Arvadı çox pis qadındır, ərinin qohumlarıgilə gələndə dava salır. Ona görə də tez-tez rayona anasıgilin yanına gedir. Yoldaşım da onu istəmir.  1 il 6 aydır mənimlə yaşayır.
 
- Heç tələb etməmisiniz ki, boşansın, sizinlə rəsmi ailə qursun?
- Yox, deməmişəm. Onsuz da uşağıma ata kimi adını, soyadını verəcək. Heç dəqiq də bilmirəm, niyə boşanmır. O qadın qohumlarıdır deyə, yəqin ayrıla bilmir. Yoldaşım deyir ki, o boşanmır, arvadı getsin ərizə versin.
 
- İndi yoldaşınız haradadır?
- İş üçün rayona gedib.
 
- Siz bu vaxta qədər harada qalırdınız?
- Kirayədə qalırdıq, amma iki aydır evpulunu verə bilmirik. Ev sahibi bizi çıxartmaq istəyir. Yoldaşımın da kirayəpulu verməyə imkanı yoxdur. Rayona gedib ki, mal gətirib satsın. Mən də evdə tək idim. Balaca uşağımla qalıram.
 
- Sizi bura xəstəxanadan gətiriblər. Nə olmuşdu?
- Övladım əməliyyatla dünyaya gəlib. Doğuşdan sonra normal yata bilmədiyimdən baş ağrılarım olur. Səhər acqarına 4 analgin atdım. Vəziyyətim pisləşdiyindən xəstəxanaya apardılar. Ordan da bura gətirdilər.
 
- Yoldaşınızın xəstəxanaya düşməyinizdən xəbəri var?
- Hə, zəng etmişdi, danladı məni o qədər dərman içdiyimə görə. Dedi ki, heç analgin yuxu gətirər, onu niyə atmısan?
 
- Vəziyyətinizi bilir. Nə vaxt qayıdacaq rayondan?
- İş üçün gedib də, nə vaxt işləri qurtarsa gələcək. Tək deyil, dostu ilə gedib. İşləri pisləşəndən maşınını da satdı deyə, tək işləyə bilmir. Ona görə istəyirəm uşağı bir sığınacağa qoyum ki, işləyib yoldaşıma kömək edim. Özü o qədər borcu tək qaytara bilməz.
 
- Uşağı qoymaq üçün harasa müraciət etmisiniz?
- 1 saylı uşaq evinə apardım. Dedim ki, uşağa yemək ala bilmirəm, orada qalsın, amma heç kimə verilməsin. İşlərim düzələndə gəlib götürüm. Qəbul etmədilər. Dedilər ki, əlin-ayağın var, get işlə, uşağına bax. Amma işləsəm, uşağıma kim baxacaq? Bir də dedilər ki, uşağın rəsmi sənədi yoxdur.
 
- Uşağın sənədi yoxdur?
- Doğulanda həkim sənəd verib. Amma “metrika”sı yoxdur. Düzəldəcəm, amma hələ ki imkan etməmişəm.
 
- Uşaq neçə gündür doğulub?
- “40-ı təzə çıxıb”.
 
- Bəlkə bir müddət yoldaşınız tək işləyib, borcu qaytarsın. Çünki uşağınızı qoymağa yeriniz yoxdur.
- Onu qınaya bilmərəm axı. Tək adam necə həm borc qaytarsın, həm bizə baxsın. Olmur axı.
 
- Bu, ikinci ailənizdir. Birincidən nə üçün ayrılmısınız?
- Çünki keçmiş ərim uşaqları mənim tərbiyə etməyimə icazə vermirdi. Hər işə qarışırdı. Mən də bezib ayrıldım. Qoy özü həm atalıq, həm də analıq etsin. İki uşağım vardı, onları da qoyub çıxdım evdən. İndi rayonda qalırlar. Birinin 8, o birinin 4 yaşı var. Arada Bakıya gəlirlər, onları görürəm.
 
- Uşaqlarınız azyaşlıdır, onlara ailənizin yanında özünüz baxa bilməzdiniz?
- Birinci ərimi sevməmişdim, uşaqları da istəmədim.
 
- Kimsə məcbur etmişdi ailə qurmağınız üçün?
- Yox, acığa düşmüşdüm. Sonra da peşman olub ayrıldım. O günləri xatırlamaq istəmirəm. Tək istəyim bu uşağımı saxlamaqdır.(publika.az)

 

43678.jpg

 

Link to comment
Share on other sites

Bütün meqaleni oxuyarken, çox da teecüblenmedim, artıq alışmışıq bele hadiselere,lakin ananın, öz övladlaına, sevmediyi kişiye göre ferq qoymasına, hem çox teecüblendim, hem de o anaya qarşı çox böyük neqativ hisslere qapıldım(( Yüz deyil, min faiz o bu körpeye baxan bir şexs deyil... Belkede o körpenin bexti getirer, başqa övladı olmayan, onun hesreti ile yanan bir aileye nesib olar.

Link to comment
Share on other sites

Bütün meqaleni oxuyarken, çox da teecüblenmedim, artıq alışmışıq bele hadiselere,lakin ananın, öz övladlaına, sevmediyi kişiye göre ferq qoymasına, hem çox teecüblendim, hem de o anaya qarşı çox böyük neqativ hisslere qapıldım(( Yüz deyil, min faiz o bu körpeye baxan bir şexs deyil... Belkede o körpenin bexti getirer, başqa övladı olmayan, onun hesreti ile yanan bir aileye nesib olar.

Belə yazılar hamısı demək olar ki, eyni senari ilə yazılır, sanki yazarlar yazmaq xatirinə fikirləşib yazırlar.

Link to comment
Share on other sites

 

- Bu, ikinci ailənizdir. Birincidən nə üçün ayrılmısınız?
- Çünki keçmiş ərim uşaqları mənim tərbiyə etməyimə icazə vermirdi. Hər işə qarışırdı. Mən də bezib ayrıldım. Qoy özü həm atalıq, həm də analıq etsin. İki uşağım vardı, onları da qoyub çıxdım evdən. İndi rayonda qalırlar. Birinin 8, o birinin 4 yaşı var. Arada Bakıya gəlirlər, onları görürəm.
 
- Uşaqlarınız azyaşlıdır, onlara ailənizin yanında özünüz baxa bilməzdiniz?
- Birinci ərimi sevməmişdim, uşaqları da istəmədim.
 

Kişinin qızı namaz qılırmış.. Gözünə girsin qıldığı namaz. Ərini sevməmisən cəhənnəmə ki.. Uşaqların günahı nə idi, dünyaya gətirib sonra atırdı. Güya ki, bütün cahandakı problemli qadınlar hamısı ərlərini sevirlər?? Övladının xatirinə cəhənnəm əzabına dözən qadınların sayı hesabı yoxdur. Heyvanlar, it pişik belə balaları sərbəst başlarını dolandırana qədər balalarını atmırlar. Belə qadına ana adı vermək özü günahdır.

Link to comment
Share on other sites

  • 3 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 76 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 43 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Haha
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 116 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 11 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...