Jump to content
Disput.Az Forum
Sign in to follow this  
Kenul2012

"20 Il Əvvəl Atan Da Məni Bax Beləcə Ağlatmışdı"

Recommended Posts

1991-ci ilin yayı idi. Atamın işsiz qalmağının düz 3 ili tamam olurdu. O qədər kasıblamışdıq ki, qənd baha olduğu üçün evdə çayı İran xurması ilə içirdik — həm də say hesabı ilə.
 
Tətil idi. Rayona istəyirdim, nənəm gilə. Amma məni avtobusla göndərməyə belə valideynlərimin pulu yox idi. Gözləyirdilər ki, qohumdan, tanışdan kiminsə yolu Oğuza düşsün, məni də qoşsunlar ona. Yəni gediş pulsuz başa gəlsin.
 
Sumqayıtda atamın dostu vardı. Niyazi müəllim. Bacısı Oğuzda yaşayırdı. Bir gün atama dedi rayona gedirəm, nə qulluq? Sanki göydəndüşmə oldu. Atam məni də aparmağını xahiş etdi. Təbii, o da canla-başla razılaşdı.
 
"20 Yanvar" metro stansiyasının yanında zaman vədələşib, görüşüb məni caladılar Niyazı müəllimə. Və beləcə yolçuluğumuz başladı...
 
İlk dəfə idi görürdüm onu. Qəribə, həm də çox pozitiv insan idi. Ancaq danışıb gülürdü. Sanki tay-tuşmuşuq kimi davranırdı mənə.
 
Niyazi müəllim bizim çox kasıbladığımızı bilirdi. Üstəgəl, hissiyyatlı adam olduğu üçün həm də onu təxmin edirdi ki, bir kasıb uşağın nisgili, arzusu hansı civarda, çərçivədə ola bilər...
 
4 saatlıq yol boyunca maşını 4 restoranda saxladı. Birində kabab yedik, birində sup içdik, digərlərində çay. Tox idik. Amma bu adam sanki özünə cəhd gəlmişdi ki, illərdir getmədiyim, ayaq basmadığım restoranları mənim üçün adiləşdirsin. Gözüm nədəsə qalmasın.
 
Sonra bir dükanda saxladı. Dedi, "ay Elşən, bacım oğluna bir şalvar almaq istəyirəm, eyni boyda olarsız, olar ölçünü sənin üzərində yoxlayaq?" Təbii ki, etiraz etmədim. Yoxladı, maşına çatanda qayıtdı ki, bunu əmi sənə alıb, mübarəkdi...
 
Utandım. Amma içimdə qərib bir sevinc vardı. O şalvar son 4 ildə mənə alınan tək paltar idi. Üstəlik, 30 manata! Aylardır cibində 1 manatı belə olmayan uşağa alınan bu 30 manatlıq bahalı şalvarın, onun sevincinin nə demək olduğunu dərk etmək, anlamaq üçün isə yalnız və yalnız o uşağın yerində olmaq gərəkdir.
 
Sonra Qəbələdə bir də dayandıq. Oradan da bir bəhanə ilə, guya kiməsə hədiyyə edirmiş göstərgisi ilə "Palaroid" fotoaparatı aldı. Oğuza çatanda onu da mənə uzatdı ki, sənindir. Şəkillərini çəkib sonra əmiyə göstərərsən...
 
Əlqərəz, mən Niyazi müəllimi həyatda ilk və son dəfə gördüm. Həm də 4 saat müddətincə. Amma içimdəki, qəlbimdəki 4 illik aclığı, boşluğu doldurmaq üçün bu insana gerçəkdən həmin 4 saat yetdi...
 
2 il sonra isə Niyazi müəllimin ölüm xəbərini aldım. 42 yaşında dünyasını dəyişdi.
 
Oğlu 2, qızı 1 yaşında ikən...
 
***
Dünən Sənanla idim. Niyazı müəllimin oğlu ilə. Artıq onun 22 yaşı var.
 
5 aylıq cəhdlərdən sonra nəhayət Sənanın iş məsələsini həll edə bildim. Çox uzun minnət-xahişdən sonra...
 
Elə xoşbəxt idi ki... Qanad axtarırdı uçmağa. Sevincindən ağlayırdı..
 
Birdən sakit bir vəziyyət aldı. İki əlinin içi ilə yanağındakı yaşı sildi və qəfil sual verdi: "Müəllim niyə bu qədər canfəşanlıq elədin mənim üçün?"
 
Dedim, 20 il əvvəl atan da məni bax beləcə ağlatmışdı sevincdən.
 
Elşən Musayev

http://bizimyol.info/news/56694.html

 

Share this post


Link to post
Share on other sites

Niyazi müəllim kimi insanlar həyatda indi də var.

Könül, nə yaxşı ki bu mövzunu yazdın, çünki həyatı sevmək üçün səbəblərimiz çoxdur. Həyat gözəldir, bu gözəllik işığını yayan isə gözəl insanlardır.

Share this post


Link to post
Share on other sites

men de agladim.....sevindiyimden.. :rroza:  :rroza:  :rroza:

Share this post


Link to post
Share on other sites

 

 30 manata! Aylardır cibində 1 manatı ...

 

20 il əvvəl 30 manat))

 

 

 Bəs yaxşılıq elə at dəryaya,

 Sağ əlin verdiyini sol əl bilməməlidi...

 

çox sentimental yazılıb, bəsit gəldi

Share this post


Link to post
Share on other sites

20 il əvvəl 30 manat))

Bəs yaxşılıq elə at dəryaya,

Sağ əlin verdiyini sol əl bilməməlidi...

çox sentimental yazılıb, bəsit gəldi

95-ci ilde neceye idi salvar?

Share this post


Link to post
Share on other sites

95-ci ilde neceye idi salvar?

5-6 min manata uşaq şalvarı almaq olardı.

o vaxt mənə bir yay ayyaqabısı almışdılar, satıcının söylədiyi qiymət hələ də qulağımdadı-üş min üş yüz)) bu ləhcəni birinci dəfə eşitdiyim üçün hələ atama niyə o cür danışır deyə sual da vermişdim)))

Share this post


Link to post
Share on other sites

qarşılıqlı etdi amma hamı bildi 

Share this post


Link to post
Share on other sites

qarşılıqlı etdi amma hamı bildi 

Onu açıqlamasaydı ürəyi partlayardı, içində nə qədər saxlasın )

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this  

  • Our picks

    • Итак, начинаем запись на Новогодний Собирун
      Время - 21 декабря
      Место - сообщим
      Цена - сообщим
       
      Условия для записи
      1) 500+ постов
      2) 1 год регистрации на форуме
       
      @porridge расскажет подробнее о программе мероприятия и месте проведения.
       
       
        • Haha
        • Like
      • 16 replies
    • Осталось чуть меньше 45 дней до Нового Года. 
      • 230 replies
    • Милли Меджлис Азербайджана обратился к Министерству финансов с просьбой пересмотреть объем расходов на содержание законодательного органа в 2020 году и увеличить финансирование на 1,9 млн манатов. Об эторм пишет Интерфакс-Азербайджан.
      По словам управделами парламента Фирудина Гаджиева, дополнительные средства пойдут на расширение автопарка, увеличение расходов на командировочные и прочие направления.
      «В целом предложенная смета расходов Милли Меджлиса на 2020 год прогнозируется на уровне 45 млн 488,015 тыс. манатов, 79,7% этих расходов составят фонд оплаты труда», - сказал Гаджиев при обсуждении в парламенте сметы расходов законодательного органа.
       
      В Милли Меджлие у нас 100 человек это по 500 000 тыщ каждому и это только мелкие расходы.
      Обучение в Германии одного студента обойдется где-то 60-70к манат за 3 года. Можно было бы отправить на учебу 1000 студентов чем кормить дармоедов
      • 104 replies
    • Предыдущая тема по ссылке http://www.disput.az/index.php?showtopic=331554&page=12.
       
       
      Предупреждение всем, еще одно оскорбление доктора Арзу Эстетик будет наказываться лично мною баном.
      Свои проблемы решайте в личке.
      • 535 replies
    • Обязательно указываем:
      1) цену, 
      2)размер, 
      3)причину продажи,
      4) фирму и если есть, ссылка откуда заказано.
      5) Лоты должны быть новыми,Не ношенными!!!
      6) фото товара<br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;"><br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;">Лоты удалены потому что не соблюдены условия темы, которые постоянно тут оглашаются.
       
      Все товары выкладывать в одном объявлении! За отдельные объявления будет выдан балл. 
      <br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;">И еще, многие стали использовать тему не по назначению, путают ее с разделом Частные объявления и выставляют на продажу бесконечное количество всего, причем почти каждый день. Максимум три вещи за месяц. А то получается, что каждая вещь, которая тут заказывается или покупается, не подходит по размерам. Так не бывает. Это тема для единичных неудач, а не для тотальной распродажи и торговли. Ап товара  разрешен строго через месяц!<br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;"><br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;">Обсуждения в ЛС. 
       
      Предыдущая тема: 
       
        • Like
      • 625 replies
    • Мессенджер WhatsApp начал пожизненно блокировать телефонные номера пользователей, состоящих в группах с некорректными названиями.
       
       
      По данным издания, подобные жалобы от пользователей стали поступать в последние несколько недель. Администраторы известного мессенджера утверждают, что нашли в названиях групп, в которых состояли жалующиеся, признаки "злонамеренности".
      Как отмечается, попытки отменить блокировку ни к чему не приводят. В пресс-службе мессенджера отвечают, что заблокированные пользователи нарушили правила сервиса.
      В последнее время WhatsApp активно борется с агрессией, экстремизмом, спамом и фейкньюс. Ранее из-за недостаточной модерации возникали несчастные случаи, отмечает "Ридус". Так, например, в Индии в этом году несколько граждан стали жертвами самосуда из-за слухов о похищении детей, распространяемых через мессенджеры и соцсети.
      https://ru.oxu.az/ict/342475
      • 13 replies
    • Добрый день, уважаемые друзья ! 
      Во первых спешу вас проинформировать,что мы открыли свой отдельный ресторан AEF pub & restaurant
      Во вторых, хочу вас обрадовать, чтоб пришел сезон ХАША ! 
       
      Ну так вот, 10го числа (в это воскресенье) мы делаем ХАШ собирун. Место : AEF pub & restaurant (От гурд гапысы 4й светофор направо. Там на светофоре Champion Lahmacun есть. Как повернули чезер 100 метров слева).
      Время : 08:00 (утра). 
      Цена : 8 манат (комплект) доп порция хаша 4 маната.
       
      Тема открыта с разрешения @Bercana которую я еле поймал )))))
       
      Итак, поехали
       
      1. Адам Малхиев
      2.
      3.
      4.
      5.
      6.
      7.
       
      • 389 replies
    • Вы устали от своей жизненной роли? Хотите расширить спектр ощущений? Разнообразить круг общения? Тогда игра «Мафия» — это для вас!!!
       
      Игра Мафия - эмоционально-интеллектуальная командная игра, допускающая коварство, ложь, острый юмор, провокации и наезды на персонаж в пределах нормативной лексики.
       
      Правила игры (кликабельно)...
        • Upvote
      • 848 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...
Наши цены на рекламу