Jump to content
Blok

Erməniyə Əsir Düşməmək Üçün Özlərini Partladan 7 Kəşfiyyatçımız

Recommended Posts

Bu gün, 18 il öncə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüz yad edilib.

Oxu.Az xəbər verir ki, döyüş yoldaşları Şəhidlərimizin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedərək onları yad ediblər.

1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin o qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü Şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:

Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu:

Çavuş Rzayev Anar Üzeyir oğlu;

Çavuş Mustafayev Dinar İbrahim oğlu;

Çavuş Həsənov Aqşin Əli oğlu;

Çavuş Ələkbərov Nizami Səfi oğlu;

Çavuş Cavadov Fariz Şamil oğlu;

Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)

Share this post


Link to post
Share on other sites

barıt qoxulu o yollar, o yollar,

seni bes ne vaxt qaytarar?

senden teselli, bir zabit mündiri,

bir cüt ulduzlu, aylı paqonlar.

hay ver mene cenab leytenant,

xoş müjdeli bir savaşdan,

pay ver mene leytenant

Allah cemi shehidlerimize rehmet elesin ..(

Share this post


Link to post
Share on other sites

Аллах ряхмят елясин.

Share this post


Link to post
Share on other sites

Allah rəhmət eləsin.

Share this post


Link to post
Share on other sites

Allah rəhmət eləsin!

 

O qədər belə igidlərimiz gedib ki vətən uğrunda...

Share this post


Link to post
Share on other sites

gərək o qadını da məhv edərdi, humanistlik imkan vermədi...

 

Allah rəhmət etsin

Share this post


Link to post
Share on other sites

Allah butun igid ogullarimiza rehmet elesin. Bele qehremanlar haqda meqaleleri tez-tez paylashmaq lazimdir.

 

Qasımov Natiq Səlim oğlu 1971-ci ildə Gədəbəydə anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır. Dəhşətli Xocalı faciəsindən sarsılan Natiq yenidən "Qarabağ şahini"nə dönür. Natiqin atası Qasimov Səlimin dedikləri: "Xocalı soyqırımından sonra evdə yazıb qoyduğu məktubdan bildik ki, o, yenə də Y.Rzayevin "Qarabağ şahinləri" dəstəsində vuruşmağa gedib. Yazırdı ki, Qarabağda xalqımızı qırırlar, ana-bacılarımızın namusu tapdanır, belə vaxtda mən evdə otura bilmərəm."

1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Burada bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürülmüş Xocalı sakinləri içərisindən yaşlı bir kişini - Cəfərov Cəfər Məhəmməd oğlunu çağırıb ona bildirirlər ki, məbəddəkilər təslim olmasalar, bütün xocalıları güllələyəcəklər. Bu xəbərdarlığı çatdırmaq üçün Cəfər Cəfərovu Azərbaycan döyüşçülərinin olduğu yerə göndərirlər.

Girovluqdan azad ediləndən sonra Cəfər müəllim bu hadisəni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına belə danışıb:

-Mənə dedilər ki, sizin türklər bizim Qriqoryan kilsəsini (Alban məbədini! A.H.) tutublar, özü də adamlarımızı çox qırıblar. İstəmirik itki verək. Sonra məni özləri ilə bir ormana gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Ermənilər mənə oranı nişan verib dedilər:

-Oradan sizin türklər bizi atəşə tuturlar. Onları xəbərdar et ki, təslim olmasalar, oranı partladacağıq, əsir götürdüyümüz xocalıları da öldürəcəyik. Qoy tabe olsunlar. Yəqin orada sizin adamlar çoxdur. Neçə dəfə hücum etmişik, yaxın qoymayıblar.

Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb ayağa qalxanda onlar qışqırdılar ki, yerə yatım. Yerə uzandım, başımı qaldırıb baxanda gözümə 3-4 meyit göründü, başa düşdüm ki, bizimkilərdir. Ayağa durub irəli getdim ki, qoy mənə bizimkilərin gülləsi dəysin. Qapının ağzında yerə oturub bütün səsimlə çığırdım:

-Ay igidlər, ay vətən oğulları, burada sizlərdən kim var?! Qalxın ayağa, düşmən yaxındadır! Xocalıdan girov götürülənlərdənəm, məni sizin yanınıza göndəriblər!

Bir azdan içəridən öskürək və hənirti gəldi, diksindim, həm də sevindim ki, burada bizimkilər var! Güclə eşidilən səs eşitdim, məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir əl pulemyotu, bir avtomat silah, çoxlu patron gördüm. O, üzü üstə yerə yıxılmışdı, qucaqlayıb çevirdim. Soruşdum ki, yaralanmısan? Güclə cavab verdi ki, yaralı deyil, aclıqdan və susuzluqdan heydən düşüb. Cibimdə qalmış əl boyda çörəyi ona verdim, könülsüz yedi. Soruşdum ki, bəs yoldaşların hanı, təksən? Dedi ki, komandirim Ala Yaqub (Yaqub Rzayev. A.H.) məni 6 nəfərlə birgə bura göndərib. Yoldaşlarımın üçünü ermənilər öldürdü, üçü də bilmirəm necə oldu, mən tək qaldım. 5 gündür ki, ac-susuzam, güllələr də qurtarıb. Özüm üçün iki dənə saxlamışam-deyərək döş cibindən 2 patron çıxarıb avtomata saldı, çaxmağını çəkdi, cəld sıçrayıb ayağa qalxdı. Mən Natiqi qucaqlayıb dedim:

–Onsuz da ermənilər məni öldürəcəklər. O güllədən birini mənə vur. Sonra apaydın görünən Ağdamı göstərib soruşdum– gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan?

–Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim? - dedi.

Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi…

Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiya Federasiyasında nəşr olunan məşhur «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən foto dərc olundu…

Natiq Qasımovun qəhrəmanlığı dillərə düşdü, haqqında xeyli məqalələr, bədii əsər yazıldı. Fikrət Qoca "Bayraq tutan oğlullar", Alim Fərzəliyev "Qeyrət qalası" poemalarını Natiqə həsr etdilər… Özü isə sanki qeyb oldu.

311947_original.jpg

Share this post


Link to post
Share on other sites

Allah butun igid ogullarimiza rehmet elesin. Bele qehremanlar haqda meqaleleri tez-tez paylashmaq lazimdir.

 

 

Natiq Qasımovun qəhrəmanlığı dillərə düşdü, haqqında xeyli məqalələr, bədii əsər yazıldı. Fikrət Qoca "Bayraq tutan oğlullar", Alim Fərzəliyev "Qeyrət qalası" poemalarını Natiqə həsr etdilər… Özü isə sanki qeyb oldu.

 

 Sonluq meni chox meyus etdi.(((( Qehremanin sonraki aqibeti barede melumatiniz yoxdur?Esirlikde qaldi?

Share this post


Link to post
Share on other sites

Allah rəhmət eləsin...! Bu mərd oğullarımız  əsl kəşfiyyatçı olduqlarını,  şücaət göstərərk ölümü seçmək qarşısında  sarsılmaz iradələri ilə subut ediblər...Ruhunuz qarşısında baş əyirəm...

Share this post


Link to post
Share on other sites

Mühasirəyə düşən, amma ermənilərə təslim olmayan şəhid kəşfiyyatçılarımızın komandiri danışıb.

Qaziler.az saytı aprelin 10-da 18 il öncə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüzün yad edilməsi barədə xəbər vermişdi.

Xəbər yayılandan sonra sosial şəbəkədə kəşfiyyatçılarımızın əməliyyatı və şəhid olması barədə geniş müzakirələr getdi.

Bu səbəbdən əməliyyata gedən kəşfiyyat qrupunun N saylı hərbi hissə komandiri polkovnik Xətai Baxışovla əlaqə saxladıq.

O, bildirdi ki, N saylı hərbi hissənin komandiri olduğu vaxt hazırlanan əməliyyatdan çox az adamın xəbəri olub:

“1997-ci il aprel ayında şəkkiz nəfərdən ibarət kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa – düşmənin arxasına göndərildi. Qrup düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirdi. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi maşın (radioperexvat – red ) aparmışdıq.

Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər...Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər. Yalnız Aqil Əhmədov yaralanıb huşsuz halda əsir düşsə də, digər yeddi kəşfiyyatçımız şəhid oldular! Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində cəsədləri erməni cəsədləri ilə dəyişdik, iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn etdik.”

Redaksiyamız kəşfiyyatçılarımızın Rusiyanın “Soldat udaçı” adlı hərbi jurnalının 1997-ci il, 11 -cı sayında yayılmış fotolarını da əldə edib. Fotolarda iki kəşfiyyatçımızın - Leytenant Ağayev Elxan Ataxan oğlunun və Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlunun düşmən arxasında ölümdən əvvəlki və şəhid olandan sonrakı fotoları yer alıb.

Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Share this post


Link to post
Share on other sites

Allah rehmet elesin Ruhlari sad olsun

Share this post


Link to post
Share on other sites

 Sonluq meni chox meyus etdi.(((( Qehremanin sonraki aqibeti barede melumatiniz yoxdur?Esirlikde qaldi?

Xeyr,hec bir melumat yoxdur. Qardashi sonra onu neche il axtardi. Hetta Qirmizi xach cemiyyeti de ishe qarishmishdi. Ancaq tapilmadi. Cox guman ki,ermeniler onu sag qoymayiblar...

Share this post


Link to post
Share on other sites

Allah hamısına rəhmət eləsin!!!

Elxanla qonşu idik. Ölümündən az qabaq həyətdə görüşmüşdük. Baxdım, qulağının yanıdan saçında bir xətt gedir...belə, tağ ayıran kimi tüksüz bir xətt. Soruşdum, bu nədir?  Rus sektorunda oxumuşdu, 10 № məktəbdə...güldü, qısaca cavab verdi ki - "Snayper porabotal"...bax belə, ölümün gözünə şax baxan, sadə, təvazökar igid oğul.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin,  ruhları şad olsun,  qanları yerdə qalmasın!!!

Share this post


Link to post
Share on other sites
On 4/13/2015 at 11:44 AM, Blok said:

Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər.

 

Konkret olaraq ermənilər nə qədər itki veriblər? Bu barədə hansı sübut var?

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×
×
  • Create New...