Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Atami Səfər Əbiyev Öldürtdürüb” – Polkovnikin Oğlundan Şok Iddialar (Video)


Recommended Posts

Faiq Rüstəmov: “Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar, 4 ay sonra onu sui-qəsdlə aradan götürdülər”

1994-cü il martın 28-də Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir Cahangir Rüstəmovun oğlu Faiq Rüstəmov “Yeni Müsavat”a geniş müsahibə verib. F.Rüstəmov atasının həyatına olan sui-qəsdin araşdırılmasını tələb edir.

Cahangir Rüstəmov kimdir və niyə öldürülüb?

Bu sualın cavabını onun döyüş yolunda axtarmaq lazımdır. Oğlu deyir ki, Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il xidmət keçəndən sonra polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Rus ordusunun ali ordeni olan “Qırmızı Ulduz” nişanı ilə təltif edilmiş C.Rüstəmovun rahat təqaüdçü həyatı 1 il çəkib. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C.Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb.

Uğurlu “Başkənd əməliyyatı”nın müəllifi və icraçısı

3SE-300x191.jpgF.Rüstəmov deyir ki, 1992-ci ilin mart-aprel aylarında ermənilər Şınıx bölgəsini blokadaya alıb 28 kəndimizə gedən yola nəzarət etməyə başlayıblar. Belə bir vəziyyətdə C.Rüstəmov hərbi aerodromda yaradılan hərbi hissəni Gədəbəyin Yeni Saratovka kəndində yerləşdirmək qərarını verir. Bununla da Gədəbəy və Daşkəsən rayonlarının Ermənistanla 223 kilometrlik sərhədi müdafiəyə götürülüb. C.Rüstəmov 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatı hazırlayır və planın icrasına şəxsən rəhbərlik edir. Avqustun 6-da Cahangir Rüstəmovun əmri ilə Başkənd əməliyyatı başlayıb. Düşmənin möhkəmləndirilmiş mövqeləri 2 gün müddətində bütün növ artilleriya silahlarından atəşə tutmaqla məhv edilib. Avqustun 8-də Başkənd hücumla ələ keçirilib və bununla da 28 kəndimiz blokadadan azad olunub.

“Dadaş Rzayevlə münasibətləri normal idi”

1AZ-300x174.jpgF.Rüstəmov deyir ki, hücum əməliyyatının məqsədi Göyçə (Sevan) gölünə qədər irəliləyib orada mövqelərimizi möhkəmlətmək olub. Amma hücumun dayandırılması haqda əmr verilib: “Başkənd əməliyyatı keçiriləndə korpus komandiri Dadaş Rzayev idi. Onunla münasibətləri normal idi. Korpus Tovuzda yerləşirdi. Dadaş Rzayevdən sonra 1993-də Səfər Əbiyev korpusun komandiri təyin olundu. 1993-cü ilin aprelində Aslan Aslanov Şəmkirə icra başçısı təyin olundu. Mən həmin illərdə Gədəbəydə xidmətdə idim. Briqada Şəmkirdəki hərbi aerodromda idi. O vaxt Surət Hüseynovun batalyonu gəlib Şəmkirə girmişdi. Onda mən atamın kabinetində idim. Zəng edib dedilər ki, ”xot sday polovinu Gedebeka, no vıbey Sureta iz aerodroma”. Atam da cavab verdi ki, biz qardaş qırğınına gedə bilmərik. Ona “tı uvolen” dedilər. Çox sıxıntı keçirdi.”

Səfər Əbiyevlə münasibətləri kəskin idi- “Atamı zəhərləmişdilər”

axar.az1389765273sefer-300x224.jpgF.Rüstəmov atası ilə korpus komandiri olan S.Əbiyevin münasibətlərinin kəskin olduğunu deyir: “O dövrlərdə atam korpus komandiri Səfər Əbiyevdən narazılıq edirdi. Deyirdi ki, işlərə, mühüm döyüş əməliyyatlarının keçirilməsinə mane olur. Korpusdakı iclaslardan gələndə əsəbi olurdu, deyirdi bezmişəm. Deyirdi ki, mən hərbi hissəni heç kimə etibar edib gedə bilmərəm”.
F.Rüstəmov atasının zəhərləndiyini də təsdiqləyir: “Həmin günlərin birində, 1993-cü ilin noyabr-dekabr aylarından birində xəbər gəldi ki, qərargah rəisi Nadir Qasımov səni çağırır. Qərargaha daxil olanda növbətçi dedi ki, komandirin otağına keç. Atamın kabinetinə keçdim, onu yataqda gördüm, ağzından köpük gəlirdi. Bu, zəhərlənmə idi, onu zəhərləmişdilər. Gədəbəyin Poladlı kəndindən olan zabit həkim atama ilk yardım göstərdi. Şəmkirdən tibbi briqada gəldi. Yardım göstərdilər, atamı Şəmkirdəki xəstəxanaya apardılar. 1 gün orada, 1 gün də evdə yatandan sonra yenidən hərbi hissəyə qayıtdı. Deyirdi ki, hərbi hissəni başsız qoya bilmərəm, vəziyyət ağırdır. O dövrlərdə Aslan Aslanov hərbi hissəyə gedib-gəlirdi. Səfər Əbiyev nazir gedəndən az sonra qərargah rəisi Nadir Qasımovu özünə köməkçi apardı”.
F.Rüstəmov deyir ki, C.Rüstəmov zəhərlənəndən sonra daim yanında olan 2 əsgəri uzaqlaşdırıb: “Həmin əsgərlər onun cangüdənləri idi. Onları uzaqlaşdırmasının səbəbini demirdi. Amma təxmin eləyirdik ki, o, nədənsə şübhələnir. Ola bilər ki, ona hədə-qorxu gəlmişdilər. Atam heç nədən qorxan adam deyildi. Amma ətrafında olan kimsəyə ziyan dəyməsini də istəmirdi”.

Komandirin maşınında partlayış…

1CA1.jpgF.Rüstəmov 1994-cü il martın 28-ni belə xatırlayır: “Ona sui-qəsd olan gün çoxlu müəmmalar olmuşdu. Atam heç vaxt həmin postu yoxlamağa getmirdi. Həmin gün onu ora təcili cağırıblar. O vaxt mən Şəmkirdə idim. Dedilər ki, atana güllə atıblar. Mənə onun şəhid olduğunu demədilər. Evə gəldim, qonşunun maşını ilə sui-qəsd olan əraziyə getmək üçün yola çıxdıq. Yolda bizi geri qaytardılar, dedilər ki, gətirirlər.
Partlayış zamanı maşında olan sürücü Saleh Əliyevi Şəmkir xəstəxanasına aparmışdılar. Birbaşa ora yollandım, onunla görüşdüm. O, çox pis idi. Amma huşu başında idi. Dedim ki, imkan verməyin ki, onu da öldürsünlər. Gizir Saleh Əliyev atamın sürücüsü deyildi. O, rabitə bölüyündə R-845 “QAZ-66″nı sürürdü. Əslində atamın sürücüsü Valeri Vasiliyeviç Bexmetyev idi. Lakin hadisə zamanı anasının xəstəliyi ilə əlaqəli 3 günlük icazə alıb Şəmkirə getmişdi. O, atamı çox qoruyurdu. Ailəmizə çox yaxın idi. Uşaq vaxtından gediş-gəlişimiz olub. Bu gün də fikirləşirik ki, Valeri getməsəydi, bəlkə də bu hadisə olmazdı. Saleh sürücü kimi işə çıxdığı 2-ci gün bu hadisə oldu. Atamı heç vaxt getmədiyi posta çağırmışdılar. Yolda hadisə olub. O yer Şınıxdakı hərbi hissədən 35 kilometr aralıda idi. Hadisədən az əvvəl oradan traktorla yoğun bir ağacı dartıb aparmışdılar”.

Komandirin maşınına 3 kanistr benzini kim qoyub?

Şəhid komandirin oğlu davam edir: “Əgər mina yola basdırılsaydı, həmin ağacın, ağacı dartan traktorun onun üzərindən keçməməsi mümkün deyildi. Üstəlik, atamın olduğu maşında 2 yanacaq çəni var. Hər çən 40 litr benzin tutur və 80 litr benzinlə maşın 800 kilometr yol qət edir. Belədə maşının arxa hissəsində 3 kanistr benzinin olması da müəmmalıdır. Həmin kanistrləri ora kim qoyub, bu gün də bilinmir.Partlayış zamanı maşında həmin kanistrlər dolu benzin də alışmışdı, atam ağır yanıq xəsarətləri də almışdı”.

İşi araşdıran müstəntiq də sui-qəsd nəticəsində öldürülüb

C.Rüstəmovun oğlu deyir ki, maşına heç vaxt əlavə benzin qoymurdular: “Buna heç ehtiyac da yox idi. Hadisədən dərhal sonra komandirin maşınının partladılmasını eşidən ətraf kəndlərdə yaşayan 100-ə yaxın şəxs maşınlarla ora gəlib. Hadisə yerinə baxıblar. Xoş-zor ərazidə maşınları manevrlər edib, maşınlardan düşən camaat ərazini qarış-qarış tapdalayıb. Amma nə baş verdi? Növbəti gün ora gedən Səbuhi adlı müstəntiq (Qazax qarnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyev – E.M.) hadisə yerində minaya düşüb öldü. Ona da sui-qəsd ediblər. Müstəntiqin bir ayağını mina aparmışdı”.

Müstəntiq maşında saat mexanizmli mina partlamasını təsdiqləyən sübutlar tapıbmış!

0SW-225x300.jpgF.Rüstəmovun iddiasına görə, müstəntiq ilk gün hadisə yerini müayinə etmişdi: “O, ağzından qaçırmışdı ki, atamın olduğu maşında quraşdırılmış minanın saat mexanizminin hissələrini tapıb. Partlayışın atamın olduğu maşının təkəri altında deyil, maşının içində baş verməsini təsdiqləyən dəlillər tapmışdı. Əgər partlayış maşının təkəri altında baş versəydi, təkər, təkərin bağlandığı çulok (təkərin bağlandığı hissə) darmadağın olmalıydı. Atamın maşınının 4 təkərinin dördü də yerində idi. Həmin mina maşının içində partlamışdı deyə maşının altında partlayışdan sonra elə də böyük olmayan bir quyu açılmışdı. Halbuki mina tankın tırtılı altında partlayanda tankı bir kənara tullayır. Müstəntiq o dövrdə ağzından söz qaçırmışdı deyə onu da sui-qəsdlə aradan götürdülər, işin obyektiv araşdırılması əngəlləndi”.

İşə cəlb edilən 2-ci müstəntiqin evi yandırılıb

F.Rüstəmov deyir ki, ermənilərin həmin yola mina qoyması sadəcə ağlasığmaz bir addım olardı: “Erməninin ora mina qoyması məntiqə uyğun deyil. Çünki ora mina qoyulması küçəyə atılması kimi idi. Məntiq yox idi. İşə başqa bir müstəntiqi cəlb etmişdilər. Sonradan bildik ki, onun evini yandırıblar. Bu gün iş dayandırılıb. Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm”.

Sui-qəsddən sonra baş verənlər təsdiqləyir ki…

F.Rüstəmov deyir ki, atasına sui-qəsddən sonra baş verənlər də bu əminliyi artırır: “1994-cü ilin aprelində mərhum prezident Heydər Əliyev atama ölümündən sonra ”Azərbaycan bayrağı” ordeni verilməsi haqda fərman vermişdi. Ordenin təqdimetmə mərasimi 1995 və ya 96-cı ilə təsadüf etmişdi. Həmin vaxt Səfər Əbiyev artıq müdafiə naziri idi. Ordeni Heydər Əliyev anama təqdim etmişdi. Anam mərhum prezidentdən xahiş etmişdi ki, onu təklikdə qəbul edib dinləsin. Heydər Əliyev göstəriş vermişdi ki, anamı qəbula yazsınlar. Anam qəbula getmişdi, Səfər Əbiyev və bir başqası orada anamın qoluna girib bir maşına əyləşdirməklə birbaşa “20 Yanvar”a apartdırıb oradan da rayona yola salmışdılar. Anam danışmışdı ki, atama sui-qəsddən sonra evimizə bir nəfər həyat yoldaşı ilə gəlib. Həmin şəxs deyib ki, işi aparan müstəntiqdir, yanındakı qadın isə həyat yoldaşıdır. Xahiş eləmişdi ki, işin araşdırılmasını tələb etməsin. Demişdi ki, 3 oğlun var, onlar da, mən də yazığam”.
F.Rüstəmov atasına qarşı sui-qəsdin araşdırılmasını və günahkar şəxslərin cəzalandırılmasını tələb edir.

Şəmkirin tanınmış iş adamlarından biri Elpərəst Həsənlinin Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanova ittihamları haqda yazmışdıq. E.Həsənli A.Aslanovu 6 sui-qəsddə ittiham etmişdi. Həmin ittihamlardan biri əfsanəvi polkovnik Cahangir Rüstəmovla bağlı idi.E.Həsənli iddia edirdi ki, C.Rüstəmov Aslan Aslanovun əli ilə zəhərlənib, sonradan isə maşınına mina qoyularaq öldürülüb. E.Həsənli iddia edirdi ki, bu ölümlərə Aslan Aslanovun aidiyyəti var. O, bu və digər ölüm işlərinin araşdırılmadığını söyləmişdi.

https://youtu.be/PbupHJ8lhgU

Link to comment
Share on other sites

Fuflo söhbetlerdi, indi Sefer Ebiyevden evez cixmaq isteyen bezi memurların oyunlarıdı bunlar hamisi.. Sefer Ebiyevin Azerbaycan ordusunun inkişafinda boyuk xidmetleri olub, danmaq lazim deyil.

Cox maraqlidir hansi xidmetleri nezerde tutursunuz?

Link to comment
Share on other sites

Fuflo söhbetlerdi, indi Sefer Ebiyevden evez cixmaq isteyen bezi memurların oyunlarıdı bunlar hamisi.. Sefer Ebiyevin Azerbaycan ordusunun inkişafinda boyuk xidmetleri olub, danmaq lazim deyil.

Boyuk xidmetleri olub ve ya olmayib, bu haqda bir sey deye bilmerem. Lap olmus olsa bele, bu, cinayet toretmeye haqq qazandira bilmez. Ne vaxtsa subut olunsa ki, filan emelleri toredib, onda etdiyi xidmetlere gore hec bir ceza verilmeyecekmi ki? Ya da verilmemelidirmi?

Link to comment
Share on other sites

Cox maraqlidir hansi xidmetleri nezerde tutursunuz?

Hansi xidmetleri? 1995 ci ilden dagilmiş, başsiz qalmiş ordunu cem etdiyine gore, topladigina gore, nizam intizam yaratdigina göre. Dembel söhbeti ise istenilen orduda var, korrupsiyada dexli yoxdu kim olacaq hakimiyittde , milletin qaninda artiq ruşvet varsa olacaq !

Link to comment
Share on other sites

Boyuk xidmetleri olub ve ya olmayib, bu haqda bir sey deye bilmerem. Lap olmus olsa bele, bu, cinayet toretmeye haqq qazandira bilmez. Ne vaxtsa subut olunsa ki, filan emelleri toredib, onda etdiyi xidmetlere gore hec bir ceza verilmeyecekmi ki? Ya da verilmemelidirmi?

Cinayet toredibse eger tebii cesasini almalidi, amma bir-iki neferin iddiasi ile soz sohbet yaratmaq mentiqsizdi, dediyim kimi, ola biler ki, hazirki mudafie nazirinin onunla olan prinsip meselesidi, eşitdiyime göre onlarin aralarinda nese olubmuş..

Link to comment
Share on other sites

Ebiyevin Azerbaycan ordusunda hansi xidmetleri var ki?

Yaşi catmayan ve herbide olmayan , gormeyen insanlar bilmez Sefer Ebiyevin etdiklerini..!

Day elediklerini axira kimi yaz cavanlar da bilsin de. Meselen muharibe vaxti harda doyushurdu, umumiyyetle kadr zabitididir yoxsa API-ni qurtarib orduya gelib?

Link to comment
Share on other sites

Hansi xidmetleri? 1995 ci ilden dagilmiş, başsiz qalmiş ordunu cem etdiyine gore, topladigina gore, nizam intizam yaratdigina göre. Dembel söhbeti ise istenilen orduda var, korrupsiyada dexli yoxdu kim olacaq hakimiyittde , milletin qaninda artiq ruşvet varsa olacaq !

Sefer Ebiyev ordunu cemleyib, nizam intizam yaradib?
Link to comment
Share on other sites

Ne ise burda onun neler etdiyini kimlere ise otcet vermeye borcum yoxdu, hec menasi da yoxdu. :) Anlayan yaxşi bilir kim ne olub !

Haqlisiniz.... 90-ci illerin hadiselerinden az-cox melumati olan chox gozel bilir hansi "xidmetleri"ne gore Sefer Ebiyev nazir postuyla mukafatlandirilib. Elave sherhe ehtiyac yoxdur.

Link to comment
Share on other sites

Haqlisiniz.... 90-ci illerin hadiselerinden az-cox melumati olan chox gozel bilir hansi "xidmetleri"ne gore Sefer Ebiyev nazir postuyla mukafatlandirilib. Elave sherhe ehtiyac yoxdur.

onu o vezifeye qoyan Heyder Eliyev olub, ne ruslar ne de başqa daireler. Elbetde o milliyetce lezgi oldugu ücun coxuna lezzet elemirdi, her vechle iftiralar atirdilar, yayilmayan şaiye yox idi. Hem onu deyim ki, Sefer Ebiyev mudafie naziri olmagina baxmayaraq, Azerbaycanin mudafie nazirliyinde esl boyuk rolu qerergah reisi Necmeddin Sadiqov oynayir. Necmeddin ele adamdir ki, sehv eden Generali danlamaq o yana salir şille tepikin altina, en xoşlamadigi şey de zabitin esgeri doymesidir, vay o zabitin halina ki, Necmeddin ondan xeber tutsun. Amma elbette olkede korrupsiya oldugu kimi orduda da korrupsiya var, bezi zabitler cox şeyleri gizledir ort basdir edir. Yuxari gedib cixmir söhbet. Problem en yuxarida yox, orta seviyyede olan memurlardadi. Mehz onlardi yeyib dagidan, mehv eden yuxari da doklad edirler ki, her şey yaxşidi, problem yoxdu. Bele şeyler var qardaş.

Link to comment
Share on other sites

Fuflo söhbetlerdi, indi Sefer Ebiyevden evez cixmaq isteyen bezi memurların oyunlarıdı bunlar hamisi.. Sefer Ebiyevin Azerbaycan ordusunun inkişafinda boyuk xidmetleri olub, danmaq lazim deyil.

qardash sen hec esgerlikde olmusan bilirsen ki cebhe bolgesinde olan esger ne gundedi  bu fikiri yazanda gerek hansi ishleri gorub onuda yazasan

Link to comment
Share on other sites

qardash sen hec esgerlikde olmusan bilirsen ki cebhe bolgesinde olan esger ne gundedi bu fikiri yazanda gerek hansi ishleri gorub onuda yazasan

Onu deyim ki,bu diskussiyaya girmişemse bilirem nedi. Esgerliyimi ise hele kecen esrde cekmişem.

Ordunun bu gunde olmagi nazirlik deyil, bolge komandirlerin gunahidi. Dediyim ki, nazirlere hansisa şikayetin catmasina yol vermirler, ort basdir edirler. Nazirlik herbi hisselere lazim olan ehtiyaci verir. Problemler ise dunyanin istenilen ordusunda var. Şukr esgerler ac deyil, paltarsiz deyil. ;)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 3 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 162 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 22 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 292 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
        • Confused
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...