Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qadınlar Niyə Evli Kişilərlə Sevgi Münasibətinə Meyillidir?


Blok

Recommended Posts

Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və evli olmasına baxmayaraq, gözü başqalarında olan kişilərin sayı hər keçən gün artır.

Bu hal mütəxəssislərin də diqqətindən yayınmayıb. Belə ki, Oklahoma universitetinin tədqiqatçıları sorğu keçirərək qadınların niyə evli kişilərlə əlaqəyə girdikləri mövzusunu aydınlaşdırmağa çalışıblar. 10 minə yaxın qadın və kişi arasında keçirilən sorğu zamanı iştirakçılardan evli şəxslə münasibət qurub-qurmayacaqları soruşulub. Qadınların 73 faizi sevdikləri şəxsin evli olmasının onlar üçün heç nəyi dəyişməyəcəyini bildiriblər.

Təəccüblüsü odur ki, sorğuda iştirak edən qadınlardan 24 faizi hazırda və ya keçmişdə evli insanla münasibətdə olduqlarını etiraf ediblər. Belə qadınlar özlərinə haqq da qazandıraraq iddia ediblər ki, subay kişilərlə müqayisədə evlilər daha anlayışlı və yetişkin olurlar. Buna görə də münasibətlər daha uzun müddət davam edir. Subay kişilər isə daha qısqanc olur və qadına öz fikirlərini diqtə etməyə çalışırlar.

Psixoloqlar isə məsələyə fərqli baxış bucağından yanaşırlar. Onlar qadınların evli kişilərlə münasibətə bu qədər müsbət baxmalarının əsl səbəbini həyəcan və adrenalin tutqusu, macəra axtarışı və ya pul hərisliyi ilə açıqlayırlar. Mütəxəssislər arasında “Ancelina Coli sindromu” adlandırılan evli kişilərə qarşı simpatiya hissinin hər qadının ürəyindən heç olmasa, bir dəfə keçdiyi iddia edilir.

Bəs, görəsən, evli kişilərin qadınları maqnit kimi çəkən xüsusiyyətləri hansılardır? Qadınlar niyə belə kişilərə rəğbət bəsləyir, hətta həyatlarını çətinləşdirsə belə, onlarla sevgi münasibətinə başlamaqdan çəkinmirlər.

Tabloid.az “Ailə dostu” layihəsi çərçivəsində bu məsələni araşdırıb.

Kişilərin yalnız 45 faizinin evli qadınla münasibət qurmağa normal yanaşdığını, çox vaxt onların bu tip münasibəti uzun müddət davam etdirmək fikrində olmadıqları faktını nəzərə alsaq, qadınların psixologiyasını anlamaq həqiqətən də çətinləşir.

Əvvəlcə,evli kişilərin xanımlarına xəyanət etmə səbəblərindən danışaq. Bir çox kişi həyat yoldaşının baxımsızlığını, illər keçdikcə münasibətlərinin soyuduğunu və xanımının əvvəlki kimi anlayışlı olmadığını bəhanə gətirərək özlərinə haqq qazandırmağa çalışırlar. Ancaq artıq elmi şəkildə sübut edilib ki, sədaqətsizlik psixoloji problemdir. Özünə inamı az olan, yataqda problemləri olan, sağlamlığından və seks performansından şübhəyə düşən kişilərlə yanaşı, diqqət mərkəzində qalmağı xoşlayan və daha yaxşısına layiq olduğunu düşünən kişilər də şorgöz və sədaqətsizdirlər. Bu tip kişilərin həyat yoldaşları dünyanın ən gözəl qadını olsa belə, onların gözü həmişə kənarda olacaq.

Evli kişilərlə sevgi münasibəti olan qadınların da özünəməxsus səbəbləri var.

Alimlər bildirirlər ki, erkən yaşda atasını itirən, ana-atası boşanmış olan qızlarda özlərindən yaşca böyük və "ata şəfqəti" göstərən "təcrübəli" evli kişilərə çox güclü meyl olur. Bu tip qızların əlaqələri hətta asılılıq dərəcəsinə çata bilir. Ayrılıq isə depressiyaya, hətta intihara gətirib çıxarır.

Ancaq özündən yaşca böyük və varlı evlilər arasında sevgili axtaran gənc qızlar da var ki, onlar həmin kişilərə özlərinin pul kisəsi kimi baxırlar. Onların "qurabanları" isə nə qədər ağlabatan olmasa da, gənc sevgilisinin ona həqiqətən aşiq olduğunu düşünürlər. Gənc qadının pul üçün onunla birlikdə olduğu isə heç ağlına da gəlmir. Necə deyərlər, nə tökərsən aşına, o çıxar qaşığına. Orta yaşlarda ailəsinin dəyərini bilməyən belə kişilər nə qədər xəyal qırıqlığına uğrasalar, bir o qədər yaxşıdır.

Təbii ki, həyəcan və əsl sevgi axtarışında olan, ancaq ehtirası sevgi ilə səhv salan qadınlar da çıxış yolunu evli kişilərlə sevgi macərasında görə bilər. Nadir də olsa, bu tip əlaqələr həqiqi sevgi və xoşbəxt evliliklə nəticələnə bilər. Məsələn, Ancelina Coli-Bred Pitt və ya Halit Ergenç-Bergüzar Korel cütlüyü kimi uğurlu nikahla davam edən sevgi macərları da olur.

İndi isə keçək əsas məsələlərdən birinə. Görəsən, evli kişi subay və ya evli bir xanımın ürəyini necə fəth edir? Onlar, demək olar ki, həmişə iki əsas ssenari üzrə hərəkət edirlər. Bir qismi evli olduqlarını gizlədir və beləliklə, bəyəndikləri xanımla sevgi münasibətinə başlayırlar. Qadınlar tez bağlandıqları üçün sonradan sevgililərinin evli olduğunu öyrənmələri vəziyyəti dəyişdirmir. Belə ki, ya dərhal sevgilisini tərk edə bilmirlər, ya da vəziyyəti qəbul etməli olurlar. Həmin vaxt qadının qüruru da ona çıxıb getməyə imkan vermir.

Əslində, qürur bizi alçaldan və yalan danışaraq axmaq yerinə qoyan insanlardan uzaqlaşdırmalıdır. Ancaq söhbət başqası ilə evli olan sevgilidən gedəndə, xanımlara xüsusi hiss hakim kəsilir. Qadın özünü inandırmağa çalışır ki, birlikdə olduğu kişi onu sevir, sadəcə biraz vaxt verib boşanmasını gözləmək lazımdır. Ancaq kişinin evli olduğunu öyrənən kimi ayrılmağı seçənlər də az deyil.

Qadınları evli kişilərin sevgilisi olmağa inandıran ssenarilər də maraqlıdır. Məsələn, kişilər əvvəllər xanımını sevdiyini, ancaq son vaxtlar yola gedə bilmədiklərini deyərək sevgililərini inandırırlar ki, yaxın vaxtlarda boşanacaqlar. Lakin bu, heç vaxt baş vermir.

Bəziləri də valideynlərinin təkidi ilə evləndiyini və övladlarına görə boşana bilməyəcəyini deyərək sevgilisini onu çox sevdiyinə, amma çarəsiz olduğuna inandırır.

Psixoloqlar qadınların bu yalanlara inanmasının səbəbini aşağıdaki kimi izah edirlər:

“Qadınlar kişi psixologiyasını bilmir və onları özləri ilə müqayisə edirlər. Halbuki, kişilər tam fərqli məxluqdur. Evli qadın sevdiyi kişi üçün ailəsini, hətta uşağını atıb onunla gedə bilər. Çünki qadın aşiq olanda daha cəsarətli və ağılsız olur. Kişilər isə elə deyil. Çox az kişinin aşiq olmaq qabiliyyəti var. Onlar, adətən, eqolarını təmin etmək, tək qalmamaq, əzizlənmək və təbii ki, seks üçün qadınlarla münasibətə girirlər. Sevgi onların təbii ehtiyaclarından biri deyil. Ona görə də heç bir evli kişi başqa bir qadın üçün həyat yoldaşından boşanmaq haqqında düşünmür. Onlar sərmayə qoyduqları və evdəki bütün işlərini görüb, problemlərin çoxunu həll edən həyat yoldaşlarını atmaq istəmirlər. Hər bir kişi əmindir ki, hazırda sevgili olduğu xanım onun çirkli corablarını yusa və ya futbol izləyərkən çıxardığı hoqqaları görsə, onunla əvvəlki kimi ehtirasla sevişməyəcək”.

Kişi ikinci xanımla münasibətə başlayandan sonra həyat yoldaşından soyuyur və ondan uzaqlaşır. Ancaq bu, o demək deyil ki, hansısa qadın bir başqa qadının yuvasını yıxır. Mütəxəssislər bildirirlər ki, gözü başqalarında olan kişi nə vaxtsa, öz məqsədinə çatacaq. Odur ki, onun həyatına daxil olan qadın yuva yıxmır. Ailəni dağıdan kişinin acgözlüyü və nə istədiyini özünün də bilməməsidir.

Ümumiyyətlə, bir insan hisslərini iki insan arasında bölə bilməz:

"Kişi bir qadına meyl salanda evdəki qadına qarşı soyuyur. Nəticədə kişidə əsəb gərginliyi başlayır. Hətta ictimai qınaq obyektinə çevrilmək qorxusu depressiyaya səbəb olur. Kişilər vəziyyətdən öz xarakterindən və qadına münasibətindən asılı olaraq fərqli çıxır. Elələri var ki, sevmədən, sırf ailə qurmaq xətrinə evlənirlər. Sonradan öz fikirlərinə uyğun xanımla rastlaşanda yanıldıqlarını anlayırlar. Kişi üçün də yanıldığını anlamaq çox ağırdır. Belə hallarda kişi hansı qadınla daha xoşbəxt olduğuna qərar verməlidir. Ola bilər ki, həyat yoldaşını atıb sevdiyi xanımın yanına getsin. Ancaq heç kim bu seçimin də düzgün olduğuna zəmanət verə bilməz. Kişilərin sevgi ilə ehtirası səhv salması ehtimalı da var və ehtiras bitdikdən sonra ikinci qadın da onlar üçün öz önəmini itirir ".

Tədqiqatçılar evli kişilərin yeni sevgilisini ən çox hansı məkanlarda tapdıqlarını da araşdırıblar. Məlum olub ki, bu tip əlaqələr adətən virtual (internet) aləmdə, iş yerlərində (xüsusilə müdir, idarəçilərlə), dost, qohum, yoldaşlıq qruplarında, həmçinin, tətil, əyləncəli mühitlərdə baş tutur.

Qadın və kişi psixologiyasını araşdıran psixoloqlar tez-tez bu mövzularda məqalələr yazırlar. Məşhur jurnalların birində qeyd edilir ki, evli kişilərin heç nədən çəkinmədən kənarda sevgi macərası axtarışlarında qadınların da günahı var. Çünki qadınlar həyat yoldaşlarını bağışlayır və ailələrinin dağılmasını istəmirlər. Qadının ailəyə bağlı olduğunu və boşanmağı ağlının ucundan belə keçirməyəcəyini bilən kişilər bu fürsətdən istifadə edirlər. Onlar həyat yoldaşlarına hörmətsizlik etməkdən çəkinmirlər.

Odur ki, hər bir qadın bilməlidir ki, xoşbəxtlik onun öz əlindədir. Yaşadıqları öz seçimidir, qismət deyil. Heç kimin yalanını, xəyanətini bağışlamayın, özünüzə əlavə dərdlər yaradıb əzab çəkmək əvəzinə xoşbəxtliyə layiq olduğunuzu bilin.

Publika. az

Link to comment
Share on other sites

Qadınlar Niyə Evli Kişilərlə Sevgi Münasibətinə Meyillidir? -

bu sual sehven quruludur , sual bele olmalidir eslinde : - Niye evli kishiler oz xanimi ile kifayetlenmeyib acgozluk edir?

+ son zamanlar diqqetimi ceken hadiseler var , biri de hal - hazirda Azerbaycanda bir cox kishilerin  ( cox zaman subay oglanlar) boshanmish qadinlara meyl gostermesidir. Gorursuz , her defesinde kishiler gunahkardir.

 

Link to comment
Share on other sites

Qadınlar Niyə Evli Kişilərlə Sevgi Münasibətinə Meyillidir? -

bu sual sehven quruludur , sual bele olmalidir eslinde : - Niye evli kishiler oz xanimi ile kifayetlenmeyib acgozluk edir?

+ son zamanlar diqqetimi ceken hadiseler var , biri de hal - hazirda Azerbaycanda bir cox kishilerin ( cox zaman subay oglanlar) boshanmish qadinlara meyl gostermesidir. Gorursuz , her defesinde kishiler gunahkardir.

Evli kishiler qadini zorla munasibete celb edir?Mence bele munasibetlerde gunah ya her ikisindedir ya da hech birinde
Link to comment
Share on other sites

Yaxşı araşdırmadır, hər şeyi aydın yazıblar.[/quote

Qadinlardan bas chixarmaq cetin meseledir. )) Kishi özge sirrini yaxshi saxlaya bilir, qadin ise öz sirrini.

Link to comment
Share on other sites

Qadınlar Niyə Evli Kişilərlə Sevgi Münasibətinə Meyillidir? -

bu sual sehven quruludur , sual bele olmalidir eslinde : - Niye evli kishiler oz xanimi ile kifayetlenmeyib acgozluk edir?

+ son zamanlar diqqetimi ceken hadiseler var , biri de hal - hazirda Azerbaycanda bir cox kishilerin  ( cox zaman subay oglanlar) boshanmish qadinlara meyl gostermesidir. Gorursuz , her defesinde kishiler gunahkardir.

 

Kişiləri allah belə yaradıb, bunu dəyişmək qeyri mümkün.. 

Günah varsa heç vaxt birtərəfli olmur.

Link to comment
Share on other sites

İncimeyin amma hal hazirda bizim cemiyyetde daha cox şorgoz ve agilsiz qadinlar daha coxdu neinki kişiler. Qadina baxirsan baş goz qaynayir, iki kelme besdiki tanişliq versin.. Qadin bilende kişi evlidi el cekmelidi, qadin ozunu celb etdiren qüvvedi, kişiye cetindi ondan vaz kecsin, ona gore addimi qadin atmalidi ..

Link to comment
Share on other sites

biriniz kişi acgözlüyündən yazırsınız, biriniz qadın acgözlüyündən. əslində belə bir şey yoxdur. sadəcə insanlar daha sərbəstləşiblər. insanlar davranışlarında daha azad olublar. məgər biz özümüz buna çalışmırdıqmı? dünənə kimi qapalı cəmiyyətdə yaşayırdıq, dəmir pərdə var idi, bu qədər informasiya axını yox idi, KİVlərdə müğənnilər və onların həyat tərzi reklam olunmurdu, senzura var idi və bunun da qarşılığında mənəvi dəyərlərə daha çox əməl olunurdu, cəmiyyət daha konservativ idi. amma biz bunu bəyənmədik, qalxdıq ayağa və azadlıq tələb etdik və istədiyimizi də əldə etdik. indi nədən narazıyıq? :)

Link to comment
Share on other sites

Qadınlar Niyə Evli Kişilərlə Sevgi Münasibətinə Meyillidir? -

bu sual sehven quruludur , sual bele olmalidir eslinde : - Niye evli kishiler oz xanimi ile kifayetlenmeyib acgozluk edir?

+ son zamanlar diqqetimi ceken hadiseler var , biri de hal - hazirda Azerbaycanda bir cox kishilerin  ( cox zaman subay oglanlar) boshanmish qadinlara meyl gostermesidir. Gorursuz , her defesinde kishiler gunahkardir.

 

Bes bir sual da var ? o qadin niye boshanib?:)

Link to comment
Share on other sites

biriniz kişi acgözlüyündən yazırsınız, biriniz qadın acgözlüyündən. əslində belə bir şey yoxdur. sadəcə insanlar daha sərbəstləşiblər. insanlar davranışlarında daha azad olublar. məgər biz özümüz buna çalışmırdıqmı? dünənə kimi qapalı cəmiyyətdə yaşayırdıq, dəmir pərdə var idi, bu qədər informasiya axını yox idi, KİVlərdə müğənnilər və onların həyat tərzi reklam olunmurdu, senzura var idi və bunun da qarşılığında mənəvi dəyərlərə daha çox əməl olunurdu, cəmiyyət daha konservativ idi. amma biz bunu bəyənmədik, qalxdıq ayağa və azadlıq tələb etdik və istədiyimizi də əldə etdik. indi nədən narazıyıq? :)

Bütün azadlıqların bir sərhəddi var. Baxmayaraq ki, hər birimiz bir əlçatmaq "sərbəstlik" "azadlıq" arzumuz var. Tam azad olmaq mümkün deyil. Hər kəs arzuladığı azadlığı əldə etsə dünyanı qarşısı alınmaz bir xaos bürüyər, 

Link to comment
Share on other sites

Bu meqale provokasiya uslubunda yazilib ki ona bir el calinsin (az hurreeeey). Qadinnar yazanda oz qohumlarinizida nezere alin. Eyni zamanda kishiler de yazanda. Qaldiki son zamanlar filan beshmekan bular hamisi yaranmish muhite uygun insanin reaksiyasidir. Adama deyeller sen evlisense qadinnarnan niye yaxinniq edirsen ?... Qadinnar sennen el cekmirse evli oldugunu bilib demeli sen buna sherait yaradirsan....Men gormedim ki hansisa qadin kishi yolnan gedende gormemish kimi baxsin amma kishi ne qeder isdesen.....bu meqaleni yazan oz aleminde guya bombadide qeyreti ashib dashir....adama deyeller hansi boshanmish qadini ele kecirmemek ucun ona yardimci dayaq olmusan ???...pis qadin varsa buna hardasa pis ata ya pis er ya da pis cemiyyet sebebdi...eyni zamanda pis kishi varsa buna pis ana ya pis qadin ya pis cemiyye sebebdi....Teleb teklif meselesidi....cemiyyetde pozguna telebat olmasa olarda olmaz hamisi geder bashqa telebat olan olkeye.....neyse meqale yazan....deshovi provokatordu

Link to comment
Share on other sites

[quote name="Private249" post="

Bes bir sual da var ? o qadin niye boshanib?:)

Qadinin boşanmagi onun exlaqina gore deyil, esas kişiden asilidi idare etmeyi bacarmirsa qadin gedecek, qadinlar da kişilik xususiyyeti olan kişilere meyillidi, qadin niye boşanib sualini kişiye sormaq lazim

Link to comment
Share on other sites

Bu meqale provokasiya uslubunda yazilib ki ona bir el calinsin (az hurreeeey). Qadinnar yazanda oz qohumlarinizida nezere alin. Eyni zamanda kishiler de yazanda. Qaldiki son zamanlar filan beshmekan bular hamisi yaranmish muhite uygun insanin reaksiyasidir. Adama deyeller sen evlisense qadinnarnan niye yaxinniq edirsen ?... Qadinnar sennen el cekmirse evli oldugunu bilib demeli sen buna sherait yaradirsan....Men gormedim ki hansisa qadin kishi yolnan gedende gormemish kimi baxsin amma kishi ne qeder isdesen.....bu meqaleni yazan oz aleminde guya bombadide qeyreti ashib dashir....adama deyeller hansi boshanmish qadini ele kecirmemek ucun ona yardimci dayaq olmusan ???...pis qadin varsa buna hardasa pis ata ya pis er ya da pis cemiyyet sebebdi...eyni zamanda pis kishi varsa buna pis ana ya pis qadin ya pis cemiyye sebebdi....Teleb teklif meselesidi....cemiyyetde pozguna telebat olmasa olarda olmaz hamisi geder bashqa telebat olan olkeye.....neyse meqale yazan....deshovi provokatordu

Tam raziyam :)

Link to comment
Share on other sites

Mem heyatda cox gormuşem olure o tryapka kişiler bezen onlara ele gozel, exlaqli , durust qadinlar duşuş olur ki.. Ve ya da eksine. Qadin boşandi deye ona pis baxmaq, ondan istifadeye calişmaq lazim deyil, cox teessuf bizim cemiyyetde axmaq şuur formalaşib, o uzden boşanmiş qadinlarin heyatini daha da mehv edirler. Bezi uzdeniraq kişiler boşanmiş qadina yaxinliq verir, söz verir, inamini qazanir sora ondan istifade edib başini buraxir. Bu kişilikdi???

Qadin nedi ki, onun qelbide uşaq kimidide, o da sevgi isteyir, qaygi isteyir, ona gore her şeye inanirlar, umud edirler yeniden munasibet qururlar.

Men heyatimin 34 cu ilinde bir qadina umud vermedim yalandan, gezmedim, demedim seni sevirem alacam, sigişdirmadim, cunki mene lazim dryilse onunla munasibet niye qurum ki, niye heyatini mehv edim yalan vedlerle..

Duşunurem ku, bizde deyirler e indi bakire qiz tapmaq cetindi, yaxşi olar bunun sebebini oglanlar ozunde gorsunler, bir oglan evlenene kimi 10 u ile gezir, sora da adetle anasinin secdiyi qizi alir beledeki ..

Link to comment
Share on other sites

Dünya belədi.....Varını pulunu imkanlarını ğöstərdikcə qızlarda qadınlarda (istər boşanmış istərsə evli) səninlə mehriban danışır və hər bir dəvətini nəzakətlə qəbul edir....heç fikirləşmirki onu aldadırsan ya yox...amma pis geyin denenki fəhlə işdiyirəm gör o qeyrətdən dəm vuran qadınlar ya qızlar biri sənə yaxın durar dayda məzələnərək "Bilirsən mən sən bildiyin qadınlardan deyiləm çaşma" deyər.....Çox görmüşük doğrudanda tərbiyəli yaşayan qadınları amma elə olarda imkanlı görən kimi özdərin itirirlər....Heç kəsə ehtibar yoxdu nə kişiyə nə qadına....Hamı var dövlət hərisidi....kimsədəki dürüst olmağa çalışır geci-tezi özünün zəmanəyə uyğun hərəkət etməsini anlıyıb oda pul hərisinə çevrilir....kompüter virusu kimi....virus düşdüsə hamıya yayılır....cəmiyyət korlanmağa doğru güdir....Burda təkcə qadın yox kişidə var....

Link to comment
Share on other sites

  • 4 years later...

Evli yada Bekar olarak siniflandirmak bence dogru degil, bunun yuzlerce nedeni vardi genel olarak dogru degildir ama bazi durumlarda vardir yanlis diyemem, kucuk bir ornek vereyim bir abla vardi hatirladigim, bu 20 yasindayken 50 yasinda bir adamla evlenmis, adam simdi 70 yasinda kadin 40, bu kadar fark varken aldatilma kacinilmazdir... erkek icinde ayni sekilde, dogru insanla evlenmek sadece sevgi degildir her anlamda tam oturamasi lazim bence aksi taktrirde ya bosanirsin ya aldatirsin, aldatanlarin bir cogu ise cocuk yada baska nedenlerle bosanamazlar bundan dolayi adi altma olur

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 15 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
        • Like
      • 48 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Confused
        • Haha
      • 264 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Like
      • 273 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Haha
        • Like
      • 182 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...