Jump to content
Disput.Az Forum
Sign in to follow this  
Kenul2012

" Azərbaycanlılardan Başqa Millətin Içində Yaşaya Bilmərəm"

Recommended Posts

Bakılı erməni qadın: “Azərbaycanlılardan başqa heç bir millətin içində yaşaya bilmərəm” – GÜNAHSIZ GÜNAHKARLAR

06.01.2015 | 15:21

10918863_804094823015403_231664267_o.jpg“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının “Günahsız günahkarlar” layihəsinin növbəti həmsöhbəti Bakıda yaşayan erməni əsilli qadın Marita Əsgərovadır.

 

 

Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməyib. O zaman Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığının qeydə alındığı bildirilir. Deməli, o zaman azərbaycanlıların arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən çəkinməyib.

“KarabakhİNFO.com” e-jurnalının mövzu ilə bağlı 20 oktyabr 2012-ci il sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin rəsmi məktubunda qeyd edilib ki, 2009-cu il əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Azərbaycan Respublikası üzrə erməni əhalisinin sayı 120 min 306 nəfər təşkil edib. Yəni ölkə əhalisinin isə 1,3 faizi ermənilərdən ibarətdir.

 

Amma Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, tribunalardan dəfələrlə aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər və daha çox səsləndirilən rəqəm isə 30 min nəfərdir. Əslində bu rəqəmin az və ya çox olması o qədər də önəmli deyil. Faktdır ki, hələ də ölkəmizdə ermənilər var və onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqa malikdirlər. Amma Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur. Çünki onlar etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən qovublar.

 

 

Daha çox Bakı və Bakıətrafı ərazilərdə yaşamalarını nəzərə alaraq bu yerlərdəki bir neçə erməni ilə söhbətləşib, onların yaşayış tərzi, Azərbaycanda qalma səbəbləri və digər bu kimi məsələlərlə maraqlandıq.

 

Ötən dəfə erməniəsilli Janetta Məmmədova ilə müsahibəni təqdim etmişdik, bu dəfə isə Qaradağ rayonunda yaşayan erməni qadın Əsgərova Marita Yaşar qızı həyatından danışacaq.

 

 

“Erməni olduğumu artıq unutmuşam”

 

 

Dəmir darvazalı həyət evinə daxil oluruq. Bu ev Janettanın evindən fərqli olaraq dəbdəbəsi, səliqə-səhmanı ilə seçilir. Həyətdə orta yaşlı bir xanımın narazı halda yüksəkdən danışdığını görüncə növbəti müsahibimizin məhz həmin qadın olacağına şübhəmiz qalmır…

 

“Bu hardan çıxdı bilmirəm, yüz ildi burada yaşayıram, bir dəfə gəlib deyən olmayıb ki, kimsən, nəçisən?! İndi gəliblər ki, ermənisən, danışmalısan, nə bilim nə. Mən erməni-zad deyiləm! Neçə ildir burada yaşayıram, indiyə erməni qalar?! Nə danışacam ki, mən heç onları (erməniləri nəzərdə tutur – N.Q.) görməmişəm də!”.

– Siz erməni deyilsiz bəs? Qəfil sualdan diksinən xanım:

 

 

– Kim deyir onu, mən gözümü açıb buranı görmüşəm.

 

 

– Hər bir halda mümkünsə özünüzü təqdim edin, kim olduğunuzu bilək…

 

 

– Əsgərova Marita Yaşar qızı. Valideynlərim Qarabağ erməniləri olub. Stepanakert rayonunun (Marita Xankəndinə Stepanakert deyir – N.Q.) Xındırıstan kəndindəndirlər. Mən hələ anadan olmamışdan əvvəl onlar Bakıya Qızıldaş qəsəbəsinə köçüblər. 1963-cü ildə mən anadan olmuşam. Elə burada da orta məktəbə getmişəm. 16 yaşımda ailə həyatı qurmuşam.

 

 

– Həyat yoldaşınızla necə tanış olmusunuz? Nəzərə alsaq ki, o sizin üçün qeyri-millətdən idi, yəqin ki, ailə qurmağınız o qədər də asan olmayıb?

 

– Həyat yoldaşımla qonşu olmuşuq. O vaxt ailə quranda indiki kimi millət məsələsinə ciddi yanaşmırdılar. Erməni olub-olmamasına fikir vermirdilər. Ona görə ciddi bir maneə ilə rastlaşmamışıq. Bir-birimiz sevib evlənmişik. 1980-ci ildə həyat yoldaşım məni götürüb qaçdı. Bi il sonra isə oğlum oldu. Sonra da iki qızım dünyaya gəldi.

 

 

“Namaz qılıram, oruc tuturam, ibadətlə məşğulam”

 

 

– Qonşular arasında erməni olduğunuzu bilən varmı və özünüzə qarşı hansı münasibət hiss edirsiniz?

 

 

– Mən burada doğulmuşam və neçə illərdir ki, burada yaşayıram. Ona görə də hamı məni tanıyır, çox normal münasibət götərirlər. Digər qonşularla necə, mənimlə də elə. Mən gözümü açıb buradakı insanları görmüşəm, öz yaxınım bilmişəm. Buna görə də mənim erməni olaraq müsahibə verməyim qəribə gəldi. Öz-özümə bir anlıq düşündüm ki, axı, mənim buradakı digər insanlardan fərqim nədir ki, məndən nəsə soruşmaq istəyirlər. Mən erməni olduğumu artıq unutmuşam.

 

 

– Adınızı nə əcəb dəyişməmisinz? Çünki burada yaşayan bəzi ermənilər adlarını dəyişiblər…

 

 

– Hə, dəyişməmişəm. Çox adam Rita deyir, bəziləri Məryəm deyir. Dəyişənlər barədə də bir söz deyə bilmərəm. Namaz qılıram, oruc tuturam, ibadətlə məşğulam. Kiminsə haqqında bilmədiyim nəsə deməyim günah olar. Gözümü açandan ətrafımda müsəlmançılığı görmüşəm və bu dinə də sitayiş edirəm.

 

 

Bu arada qeyd edək ki, söhbətləşdiyimiz ermənilərin hamısı söhbətə başlayar-başlamaz müsəlmanlığı qəbul etdiklərini, ibadətlə məşğul olduqlarını dedilər.

 

10893021_804094813015404_616431471_o.jpg

“…heç bir millətin içində yaşaya bilmərəm”

 

 

– Xaricdə yaşayan qohumlarınızla əlaqəniz varmı?

 

 

– Qohumum, zadım heç nəyim yoxdur. Məndən başqa iki bacım var, onlar da Rusiyada yaşayırlar.

 

 

– Onlarla necə əlaqə saxlayırsınız?

 

 

– Heç necə. Hərdən bir Rusiyadakı bacım zəng edir. Daha gəl-get yoxdur.

 

 

– Getmək istəmirsiniz?

 

 

– Nəyə gedim ki, artıq nəvələrim var, həyatda Allahın insana verə biləcəyi nə varsa, hamısı varımdır. Başqa heç kəsə ehtiyacım yoxdur. Çağırsalar belə, məcburiyyət qarşısında qalsam belə getmərəm. Bura mənim Vətənimdir. Öz azərbaycanlılarımdan başqa heç bir millətin içində yaşaya bilmərəm. Mənim ömrüm də elə burada bitəcək.

 

 

– Azərbaycan vətəndaşı olaraq münaqişənin hansı yolla həll olunmasının tərəfdarısınız?

 

 

– Mən istəyirəm torpaqlar qaytarılsın, müharibə də qurtarsın, əvvəlki qaydada hamı mehriban yaşasın.

 

 

– Yəni, azərbaycanlılarla ermənilər bir yerdə?

 

 

– Hə də. Müharibə də qurtarsın, söz-söhbət də.

 

 

– Ermənistandakı mövcud vəziyyəti televiziyadan… (Marita xanım sözümüzü yarımçıq kəsir, sualımız yarımçıq qalır. Amma nə demək istədiyimizi anlayır).

 

 

– Heç nəyə baxmıram. Gəlinim də Allah şahididir ki, heç nə ilə maraqlanmıram. Mən ancaq muğama qulaq asıram, muğam oxuyanlara baxıram.

 

 

– Evinizdə valideynlərinizdən qalan bir adət-ənənə varmı? Hansı ki, bayramlarda, mərasimlərdə xatırlayırsınız?

 

 

– Mən gözümü açıb ancaq Novruz bayramını görmüşəm, bir-birimizə pay alıb, pay vermişik. Başqa heç nə.

 

 

“O özünü heç erməni hesab etmir”

 

 

Bu arada evin küncündə bəzənmiş “yolka” gözümüzdən yayınmadı. Marita xanım “yolka”nı balaca nəvələrinin xahişi ilə bəzədiyini dedi. Söhbət əsnasında Marita xanım millətinin adını dilinə belə gətirmək istəmədiyi açıq-aşkar hiss olunurdu. Dəfələrlə ondan bacılarının həyat yoldaşının hansı millətə mənsub olduğunu soruşsaq da, o, “bakılıdırlar” deyib üstündən keçmək istədi. Bizim “Bakıda yaşayan ermənilərdəndirlər” sualına isə həm “hə”, həm də “yox” cavabı gəldi. Çox çətinliklə də olsa öyrəndik ki, onun özündən başqa iki bacısı var və onlar bakılı ermənilərlə ailə qurublar, münaqişə başlayan kimi isə Rusiyaya gediblər və hazırda da orada yaşayırlar. Marita xanım “Onlarla əlaqə saxlayırsınızmı” sualına da özünəməxsus şəkildə “hə” “yox” deyə cavab verdi.

 

 

– Münaqişə başlayan vaxtı – 1988-ci ili necə xatırlayırsınız və çox güman ki, o zaman sizin də içinizdə qorxu var idi?

 

 

– Əlbəttə, övladlarımın taleyindən narahat idim. Allaha şükürlər olsun ki, övladlarımı yerbəyər etdim və tam təhlükəsiz şəraitdə yaşayıram.

 

Söhbəti yekunlaşdırıb Marita xanımdan ayrılırıq. Bayırda bizi gözləyən Maritanın azərbaycanlı gəlini söhbətə başlamazdan öncə qaynanasının gileylənməsinə görə üzrxahlıq edir: “Bilirsiniz, qınamayın onu. Ona indiyədək erməni olması ilə bağlı bir kəlmə belə deyilməyb, nə də kimsə bu barədə maraqlanmayıb. Ona görə də bizə qəribə gəldi. Çünki o özünü heç erməni hesab etmir”.

 

 

Daha bir faktla üz-üzə qalırıq. Bir daha əmin oluruq ki, erməni qayınanalar azərbaycanlı kürəkənlərə, gəlinlərə hələ çox “sürprizlər” vəd edir.

 

 

(Davamı olacaq…)

 

 

 

Naibə Qurbanova

 

“KarabakhİNFO.com”

 

http://karabakhinfo.com/bakili-erm%C9%99ni-qadin-az%C9%99rbaycanlilardan-basqa-hec-bir-mill%C9%99tin-icind%C9%99-yasaya-bilm%C9%99r%C9%99m-gunahsiz-gunahkarlar/

 

Share this post


Link to post
Share on other sites

Bu xanim ermeni oldugu uchun bir coxlarimiza bele qeribe gorune biler..

Sexsen men Rusiyadan bashqa vilayetde yashaya bilmerem , eslinde bu mumkundur .. ancaq mecburiyyet qarshisinda.

 

Bizim Bakidaki rus qonshumuz 56-ci ilden beridirki Bakida yashayir , amma  Azerbaycanli kimi, o esla Bakidan cixa bilmez..

Bakida yashayan ermenilerin boyuk hissesi azerbaycanlilarin heyat yoldashlari , aile uzvleridi , qohumlaridi..

Onsuz da adlarini soyadlarini deyisherek ruslar ya da yehudiler kimi yashayirlar..hetta din ve etnik mensubiyyetlerine gore bir cox problemlerle uzleshmeyen dovlet orqanlarinda vezifelerde ishleyen ermeniler de var ve bu sirr deyil..Prosta ehalinin siyahilanmasi zamani biclik ve hiyle numayish etdiren ermeniler oz milliyyetlerini gizlederek vetenimizde meskunlashiblar.Biz telorant  milletik..)

 

 

Share this post


Link to post
Share on other sites

Ozge vaxti deyirler ki, ermenini ele ederem, bele ederem. Odee, durub orda, gedin eleyin xeyalinizdan kecenleri.

Share this post


Link to post
Share on other sites

Bu qadinin son 25-30 ilde ve ele hal-hazirda da ne hisler kecirdiyini adam dushunmeye bele qorxur. Cox edaletsiz dunyadir. Insanlari bir-birine dushmen edib de qirdirmaq nece de asandir. 

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this  

  • Our picks

    • Мы тестируем новое изменение на форуме - пойнты.
      Если вы посмотрите в свой профиль - то увидите, что там появилось новое поле. Points
       
      Пойнты можно будет обменивать на приятные бонусы - например изменять звание, пинить тему в ЧО, получать виртуальные трофеи на профиле и пр.
       
      За открытие темы - 10 пойнтов
      За пост в теме - 1 пойнт (+1 пойнт идет ТС за каждый пост в теме)
       
      Что думаете?
       
       
       
        • Upvote
        • Thanks
        • Like
      • 448 replies
    • Я не нашла тему , или не там искала, 
      ( в капоте такая каша... оооо интереснейший лес загогулин.. деталек и запахов) .. в общем прям как ..... не будем опять про мужчин))) наши машинки пахнут лучше и бегают резвее... 
      почему бы не начать тему и пообсуждать наших роботов?))) 

      Авто - уверена сейчас много кто водит и умеет открывать багажник ( не будем все секреты сразу раскрывать ) ...
       
      Швейные машинки - там столько функций что мне машину легче завести после морозов)) -
      откроем тему? я как раз приобрела новую, + старую,  а любимая старая механическая смотрит в глаза и не подведет )
       
      Бензопила - у нас 2 ... муж чего-то боится .. я думаю, потерять контроль)) в общем есть ли у кого то опыт? хочу нарезать дерево для поделок... ( не смейтесь я серьезно) 
       
       
      Девочки кто хочет или любит полъзоватьса электро приборами ( Пылесос не считается) , инструментами и водить ... почему у нас нет тем ? мы что только готовим и ..... подсоединяйтесь потом разделим на подгруппы..
       
       
      Я начну:
       
       
      Авто - У меня Пежо 207  - серый ( кому интересно) механика, ( смена передач вполне может рассмотрена как ...... ну кому надо расскажу) 
      Машинка - Брозер - шью по настроению - сумки, шапки... и т.д..
       
      Электро....инструменты - Дрель - научилась полки вешать , супер рада,; 
                                             Пила и Топор ( Электро) Дрова на зиму загоравливаю ( у нас печка есть- камин) ) , ... могу видео скинуть для мотивации...( потом)

      Выжигательный аппатрат ( Изобретен Женщиной) - девочки , купите, вам понравится.. то же самое что вышивание но с мотором ))) 

      честно сказать, я уже волнуюсь что много написала.... 
      не прячьтесь..... мы тоже можем дрелью пользоваться..... 
       
      го гирлс...
       
      то бе континьюд.... ( продолжение следует) .. 
        • Facepalm
        • Upvote
        • Confused
      • 9 replies
    • С Новым годом! Многие из нас возлагают большие надежды на новый год,новые мечты,новые планы. Эту тему я открыла,чтоб каждый мог отписаться о поставленных на этот год целях. Тоесть,тема не о мечтах,которые во многом от нас не зависят,а о конкретных целях,которые мы поставили на этот год,и большая часть их воплащения - зависят именно от нашего упорства,труда и старания.
       
      К тому,же когда мы пишем наши цели,то заранее программируем себя на их осуществление. Через год,можно отписаться на этой теме,о том чего из списка поставленных целей - мы добились.
       
       
       
        • Upvote
        • Like
      • 39 replies
    • İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərə tutulmuş tibbi xidmətlərlə əlaqədar müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar müəyyənləşib.
       
      "Marja" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə əksini tapıb.
       
      Tibbi xidmətlərdən istifadə zamanı tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləği dedikdə tibbi xidmətin tarifinin sığortaolunan tərəfindən ödənilən hissəsi başa düşülür. Sığortaolunan – sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxsdir (vətəndaş).
       
      İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərə tutulmuş tibbi xidmətlərdən istifadə zamanı tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan - sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs tərəfindən ödənilən hissəsi) aşağıdakı qaydada müəyyən edilir:
       
      - sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 15  manat;
       
      - sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 manat;
       
      - sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90  manat.
       
      Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyir.
       
      Göndəriş vərəqəsi – tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə yazılı göstərişidir.
       
      http://marja.az/news/52382
      • 140 replies
    • Китайцы научили разговаривать машину. Китайская Тесла, полноприводный!  всё на видосе
       
       
       
        • Upvote
        • Like
      • 135 replies
    • В развитых странах Европы на уикендах и в празднично-нерабочие дни невозможно найти свободные места в театрах и операх. 
       
      А у нас на уикендах и в празднично-нерабочие дни невозможно найти свободные места в ресторанах и кафе. 
       
      Они получают от отдыха морально-эстетическое наслаждение. Мы - плотско-жратвенное. 
       
      Отчего так? Откуда у нас возник столь неугомонная страсть "поесть" и "выпить"? Почему мы превратили это в культ? Или получать от отдыха морально-эстетическое наслаждение - не для нас? 
        • Upvote
        • Haha
        • Thanks
        • Like
      • 314 replies
    • Скандально дерзкое мнение о причинах масштабных пожаров в Австралии высказал бывший ведущий всемирно известной автопередачи Top Gear Джереми Кларксон.
      В своей авторской колонке в газете The Sun он написал, что считает Австралию местом, куда Бог поместил все свои наиболее неудачные создания и никогда не хотел, чтобы там поселились люди.
      «Я подозреваю, что Бог не хотел, чтобы люди жили в Австралии. Он сделал ее столь далеким континентом, где смог поселить результаты всех своих неудачных экспериментов. Это было его каморкой под лестницей для вещей, о которых он хотел забыть», - пишет известный британский ведущий.
        Далее он перечислил те самые, по его мнению, итоги провальных опытов Бога, пишет издание Media Leaks со ссылкой на The Sun. В список попали гребнистый крокодил, красноспинный паук, опасные для человека змеи. Не забыл и якобы «нелепых» животных — кенгуру, коал, утконосов.
      Также Джереми Кларксон написал, что Бог намеренно окружил Австралию рифами, чтобы люди туда не приближались, но капитан Кук все же открыл эту землю — и мир узнал о населяющих ее «глупых и опасных» созданиях.
      «Богу стыдно. Так что он решил поджечь Австралию, - говорится в колонке британского ведущего. - Пожары можно считать библейскими — слишком уж они масштабные».
      Автор убежден, что нынешний масштабный пожар – не последний в истории Австралии. Поэтому, по его мнению, люди должны принять тот факт, что Австралия не предназначена для человека.
      «Так что, если вы читаете это там, пожалуйста, отправляйтесь домой [в Великобританию]. Вам понравится. Здесь никогда не кончается дождь. И мы лучше в спорте».
      Экс-ведущий Top Gear не впервые удивляет людей противоречивыми высказываниями. Но пользователи Твиттера не оценили «юмора», приняв слова Кларксона как издевку над происходящей в Австралии природной катастрофой, повлекшей гибель как людей, так и животных.
      В социальных сетях можно увидеть множество возмущенных комментариев на колонку Джереми Кларксона. Люди назвали автора колонки грубым, высокомерным и невежественным и потребовали извинений.
      Но извиняться Джереми Кларксон, кажется, не собирается. 

      Пожары, которые начались в Австралии еще в октябре прошлого года, к новогодним праздникам, которые приходятся в стране на середину лета, достигли небывалых масштабов. Наиболее сильно страдает юго-восток континента.
      В штатах Новый Южный Уэльс и Виктория зарегистрировано более 170 очагов огня. С октября по всей стране погибли уже 24 человека, выгорело почти 7 млн гектаров леса, что почти вдвое превышает площадь Бельгии.
        • Upvote
      • 14 replies
    • Отношения между США и Ираном никогда нельзя было назвать хорошими. Соединенные Штаты регулярно выражали беспокойство по поводу иранской ядерной программы, неоднократно прибегая к экономическим санкциям против ИРИ. После того, как в 2013 году Хасан Роухани был избран президентом Ирана, в отношениях двух стран наметилось некоторое потепление. 14 июля 2015 года Исламская Республика Иран и «шестерка» (пять постоянных членов СБ ООН и Германия) заключили 159-страничный договор, получивший название Совместный всеобъемлющий план действий (СВПД). Он снял с Ирана введенные ранее экономические и финансовые санкции со стороны СБ ООН, США и Евросоюза в обмен на ограничение Тегераном своей ядерной деятельности. Реализация СВПД началась 16 января 2016 года. В мае 2018 года США в одностороннем порядке вышли «ядерной сделки» с Ираном, обвинив Тегеран в нарушении обязательств полностью свернуть свои программы, связанные с ядерным оружием. 
      3 января 2020 года международный аэропорт столицы Ирака Багдада подвергся обстрелу. Ракетно-бомбовый удар был совершен по распоряжению президента США Дональда Трампа. Всего погибло 8 человек, среди них - командующий спецподразделением иранской «Аль-Кудс», генерал Касем Сулеймани. Теперь некоторые эксперты полагают, что противостояние между США и Ираном может вскоре выйти на новый уровень.
      Как обострение отношений между Ираном и США может сказаться на Азербайджане? Может ли наша страна столкнуться с большим потоком иранских беженцев в случае начала военных действий?
      «Подобные риски всегда есть, поэтому Азербайджан должен быть готовым ко всему. Но пока каких-либо предпосылок к подобному развитию событий нет», - сказал Media.Az политолог Расим Мусабеков.

      По его словам, большого потока беженцев ожидать не приходится. «Дело в том, что большое число беженцев образуется во время гражданских войн, когда линия фронта фактически стерта и военные действия проходят по всей стране. Яркий тому пример - события в Сирии, Афганистане и Ираке, где люди попросту не могли находить в своей стране безопасного места. Даже если США или Израиль примут решение нанести удар по Ирану, то, скорее всего, пострадают военные объекты, может быть задета инфраструктура, например, воздушные или морские порты. В любом случае, это не приведет к массовому оттоку населения. Безусловно, нельзя исключать масштабной войны, но пока подобной угрозы нет», - считает Р.Мусабеков. 
      • 66 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

  • Popular Now

×
×
  • Create New...
Наши цены на рекламу