Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Arvadından Küsən Koroğlu Körpüsünə Çıxır”

Recommended Posts

Millət vəkili Etibar Hüseynov “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpüdə tez-tez baş verən intihar cəhdlərinə reaksiya verib. 
 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat bildirib ki, intihara cəhd edənlərin cəzasız qalması digər şəxsləri də həvəsləndirir: “Bu nə biabırçılıqdı anlamıram. Arvadından küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib Bakıda Koroğlu körpüsünə çıxır. Saatlarla davam edən tıxac paytaxtın bütün hərəkət ritmini pozur. İnsanlar belələrinə görə nə qədər əsəb və problem yaşayır. 
 
Bütün bunların fonunda bu intihar təlxəkləri heç bir cəza almır. Bu cəzasızlıq isə həmin təlxəkləri daha da ruhlandırır. Mən anlamıram nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun. Amma ehtiyac yoxdu və vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqlarını tikanlı məftillərlə təxminən 1 metr məsafədə sarımaqdır. Vəssalam. Bunu da mən deməliydim?”
 
Qeyd edək ki, dünən axşam saatlarında 45 yaşlı Nizami Musayev işdən çıxarıldığı üçün həmin körpüyə çıxıb intihar etmək istədiyini deyirdi. FHN əməkdaşlarının danışıqları nəticəsinə N.Musayev fikrindən daşınıb. Bu müddət ərzində hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

http://bizimyol.info/news/38353.html

Link to comment
Share on other sites

Kül o 45 yaşlı kişinin başına, əgər ona kişi demək mümkündürsə. Cavan axmaqları başa düşdük, əgər yaşlı nəsil də belə çıxış yolu tapırsa, demək həqiqətən də demoralizasiya baş verir cəmiyyətimizdə. 

Səbəb isə intihar edənlərin ictimai qınağa rast gəlməməsidir. İntihar edəni qaldırırlar dağ başına, hətta bunu qəhrəmanlıq adlandırırlar, güclü iradə və xarakter göstəricisi kimi qələmə verirlər. Onlar haqda mənfi söz desən, sənə deyirlər, sən heç bunu bacarardın? Gör bir necə güclü insandır, ay nə bilim nə.....nə güclü insan? Axmaq, zəif, tüfeylidir də.....nə özünə, nə də ki ətrafına qiymət verməyən eqoist. Mənim istədiyim olmadı, gedib özümü öldürüm. Güclü insan mübarizə aparar, min yolla da istəyinə nail olmasa 1001-ci yola girişər. Əgər KİV intihar edənləri yazıqlamasa və informasion lövhədə onlarla mübarizə aparsa, başqaları da bunu görüb eləməz. Əgər bu gün hamı bir ağızdan intihar edənə axmaq, zəif və s. alçaldıcı ayamalar qoşsa, məsxərəyə qoysa, onda heç kim bu yolun yolçusu olmaq istəməz. Yoxsa ki, onların tərəfini tutanlar, yazıqlayanlar, rəhmət oxuyanlar var. Başqa bir tüfeyli də baxır, deyir, gedim mən də prob eləyim.

Başqa bir maraqlı məqam bilirsiz nədir? İntihar etmək istəyən, qalxır körpüyə və atır özünü aşağı, daha 1 saat gözləmir ki, kimsə onu görsün, millət yığışsın, FHN gəlsin onunla söhbət etsin. Aydındır ki, bu bir tamaşadır, sadəcə aktyoru zəifdir, nə gülməlidir, nə ağlamalı, sadəcə məsxərəyə qoyulası.....aciz insanlar....

Link to comment
Share on other sites

Xirdalandaki evinin etrafinda  camaatin adina olan 1 sot torpagin sozunu eden , qishqir bagir salan millet vekilinin fikri lap gulmeli oldu.hele utanmadan camaata arvadindan kusen , kreditini vere bilmeyen korpuye cixdigini deyir ,  ele ele cixmasinlar. Agizlari isti yerdedi. :nettt: 

Link to comment
Share on other sites

O körpü yox, yol ötürücüsüdür. Və yaxud, sadəcə estakada. Bakıda ümumiyyətlə körpü yoxdur... Bunu əyər jurnalist bilmirsə, deməli o savadsızdır.

O ki qaldı orada şou göstərənlərə, onlarla polis böıməsində "profilaktiki söhbət" aparılır. Onlar çətin birdə bu "intihar şou"ya qayıtsınlar. Hətta eşitdiyimə görə onları iki ay müddətinə həbs də edirlər. Amma bunu başqaları görmür və bilmir, və hər gün bu sirk təkrar olunur.

Məncə adiyatı orqanlan istəsəydilər ora çıxmağın qarşısını alardılar.

Link to comment
Share on other sites

Bu yaltaq matishkasifet niye anlamir ki, bucur axmaq idarecilikle bir neche il sonra 9 milyonun hamisi hemin korpuye dirmashacaq

Onun cox vecinedir ki millet hansi gundedir?9 milyon cixsa da yene deyecek ki arvadindan kusub,sevgilisi atib.Cunkio deputati o korpuye cixartmaq ucun mandati elinden alib bir kredit boynuna goymaq,sonra maawini 300 man elemek,sonrada Allahdan xahiw elemek lazimdi ki bu kecmiw deputata bir xestelik gondersin,ondan sonra gel ay kecmiw deputat muellim indi kiwisen get mualice olun ,uwaq saxla,kredit ver o maawla,gorum korpuye qeder nece addimin olacaq?

Link to comment
Share on other sites

O körpü yox, yol ötürücüsüdür. Və yaxud, sadəcə estakada. Bakıda ümumiyyətlə körpü yoxdur... Bunu əyər jurnalist bilmirsə, deməli o savadsızdır.

O ki qaldı orada şou göstərənlərə, onlarla polis böıməsində "profilaktiki söhbət" aparılır. Onlar çətin birdə bu "intihar şou"ya qayıtsınlar. Hətta eşitdiyimə görə onları iki ay müddətinə həbs də edirlər. Amma bunu başqaları görmür və bilmir, və hər gün bu sirk təkrar olunur.

Məncə adiyatı orqanlan istəsəydilər ora çıxmağın qarşısını alardılar.

Çətin nə var ki, burda, körpunü   yol ötürücüsünü bağlasınlar, giriş və çıxışına bir PPX postu qoysunlar. Məsələ tam həll olacaq. Hansı körpüdən bu məqsədlə istifadə olunsa bu üsuldan istifadə etmək olar )

Link to comment
Share on other sites

E.Huseynov hər kvartalın axırı bir quş buraxmalıdır ki, başını sığallasınlar, yoxsa onu orda bir gündə qoymazdılar otursun. Adamı yandıran da odur, bunu kimsə yox məhz Millət vəkili deyir! Millətin dizini yerə qoyub qanını içirsiniz, heç olmasa belə düşüy replikalar atıb əsəbləri oynatmayın.

Heç kim öz kefindən ora çıxmaz, çıx bir insanlar arasına sorğu sual apar, soruş gör millətin nə gündədir, nədən şikayətçidir. 

Link to comment
Share on other sites

Çətin nə var ki, burda, körpunü   yol ötürücüsünü bağlasınlar, giriş və çıxışına bir PPX postu qoysunlar. Məsələ tam həll olacaq. Hansı körpüdən bu məqsədlə istifadə olunsa bu üsuldan istifadə etmək olar )

Tek hundurluk korpu deyilki, goydelenler de var , ozunu atmaq isteyen yer tapacaq. Esas odurki millet vekilleri ozlerine mexsus olan banklarin kreditini faisiz etsinler ,  problem de cozulsun.sohbet tek bankdan getmir bashqa problemlerin de helline yol tapa bilerler. Amma egerki  bele cixish etmekde camaati qoyun yerine qoyub gozlerine kul ufururlerse bu bashqa mesele , eslinde mence beledir..

Edited by azda

Qəribə çıxış yoludur. Banklar faizsiz kredit versin? Bəs bank işçilərinə nə ilə maaş versin? Onda bütün sıravi bank işçiləri işdən çıxarılsın, onlarda getsin çıxsın körpüyə? Nə qəribə məntiqdir? Bəlkə onda ölkədə bütün produktlar, bütün mallar pulsuz olsun, heç bir yerde pul istifadə olunmasın, kim harda istəsə ev tiksin, kim harda istəyir istirahət etsin, heç bir qadağa, qanun-qayda olmasın, dərəbəylikdə firavan yaşayaq?

Əgər insan öz problemini həll edə bilmirsə, bunda başqalarının nə günahı var ki? İstər millət vəkili olsun, istər avtobus şoferi.....hansı birimizin həyatda problemi yoxdur? Buyurun, kimin bu həyatda problemi yoxdursa əlini qaldırsın, elə bir user varmı? Həyat elə problemlərin həllindən ibarətdir də.

Muellimlerin , hekimlerin , polislerin maashi beyem camaatin faizi esasinda quruludur.? Onlar maawi hardan alirlarsa bank ishcilerine de ordan kessinler..Faizsiz kreditler de var.. Sizin yazdiginiz nagillar aleminde olar,men o qederini de demedim.

4-5 ay once kredite telefon goturmushdim 880 azn-liq telefon 1100 azn-a oturdu , bu haqq edaletdendir.? Men shikyetimi kime etmeli idim,deyecekler beyensen de beyenmesen de bax budur yaxshi yol,amma men telefonu alanda 1100 azn sohbeti yox idi.

Faizsiz kredit demishken , Bakida feliyyet gosteren maliyye firildaqciliqlarindan da xeberim var.Yalandan yazib yapishdirirlarki her kesin arzusunun reallashmasi filan besh mekan,ele satisha buraxilani alana qederdi.aldinsa vse,faizini de mecbursan kecirmeye.Adice olaraq hec uzaga getmirem,Baksell 1 manatliq kredite gore shirkete 20 % odeme teleb edir, Baksell bele az qazanirki 20 qepiye goz dikib.?) Amma bu eziyyet cekmeden , xerc qoymadan shirketin gelirinin 20% artmasi demekdi.bu da milletin puludur.Baksellin firildagini deyim , UNIBANKIN firildagindan deyim hamisi eyni usulda geden firildaqchi teshkilatlardir.30-40%-lik kredit dunyanin hec bir ne sivil ne de qeyri-sivil olkelerinde yoxdu.bizde amma var..

Müəllim, həkim, polis bizim verdiyimiz vergidən maaş alır, çünki onların çalışdığı təşkilat büdcə təşkilatıdır, bank isə qeyri büdcə, yəni bankın öz gəliri, öz büdcəsi var. Əgər hamı büdcədən maaş alsa, onda gərək vergilər də qalxsın dağ başına ki, hamıya çatsın. Onda da mən vaxsey edib qaçacam körpüyə ki, niyə mənim gəlir vergimi artırdız. Hara fırladırsan, fırlat eyni qapalı çevrədir.

Çox gözəl nümunə gətirdiz, ümumi deyəndə hamı inciyir, indi özünüz misal çəkmişkən sizə üz tutum. Beləmi vacib idi 880 manatlıq telefon almaq? Telefon nə üçün icad olunub? Uzaq məsafədə olan bir insanla əlaqə yaratmaq üçün, düzdürmü? Yəni nömrəni yığdın, o başdan biri götürdü, salam, necəsən, nə var nə yox, deyilmi? Bunu 50 manatlıq telefonla da etmək olur, elə qaçaqacdır ki, gedib 880 manatlıq telefon alasız, o da gəlib Sizə 1100 manata otura? İndi insanlar telefondan min cür üsulla istifadə edir, əsas məqsəd, yəni zəng etmək qalır kənarda. Şəkil çəkən kim, oyun oynayan kim, fors verən kim. Sonra da dövləti söyürük. Məgər Sizi güclə tutub aparırlar kredit götürməyə? Döyə döyə yazdırırlar adınıza kredit? Kredit verən bütün təşkilatlar, faiz qoyan bütün şirkətlər fırıldaqçıdır, axmaqdır, əclafdır, yaxşı, buna heç nə deməyim. Sizi onlarla əlaqə yaratmağa, onların xidmətlərindən istifadə etməyə, onlarla iş qurmağa kim məcbur edir axı? Əgər belə bir qəhrəman varsa, niyə məni məcbur eləmir? Niyə mənim 880 manatlıq telefonum yoxdur?

Edited by Nightwatchman

Sohbet tek telefondan getmir ,ev eshylarini da alanda bu hadiselerle uzleshirik,indi desenizki niye o ev eshyalarindan men almiram ancaq siz alirsiz, onda da gulmeli alinacaq. Siz de mashin alirsiz da kredite,hec dexli var.?) Indi men qebahet bir ish gormushemmish kimi deyib  sorgu sual cekmeyin.

Men ozunu intihar edenlerin terefini saxlamiram , gorun insanlari necur pik noqteye catdirirlarki insan ozunu korpuden atir , bezisi ozunu yandirir ve.s.ilaxir.. prosta hakimiyyet milleti surundurur , sonra da deyir  "a bala niye ozunu asib kesirsen.?"

Bilirsiz bele notlar ne ucun idi ? Hakimiyyet oz  emellerinden qorxur , neticede qara camaati gunahli cixarirki sesimiz cixmasin,bu qeder sade.

Mən smaylsız yazıram, birdən kobud başa düşərsiz, sadəcə söhbət edirik, ok?

Bəli, mən də kredit götürmüşəm lazım gələndə, bunu inkar etmirəm ki. Amma mən kredit götürərkən şərtlərlə tanış olmuşam, bu məni qane edib və öz xoşumla getmişəm buna. Məni məcbur sürüyüb banla salıb, döyə döyə qol çəkdirməyiblər ki. Söhbət bundan gedir, yəni ki, əgər mən bir şeyi öz xoşumla edirəmsə, sonra bundan şikayət etməyim nə dərəcədə məntiqəuyğundur? Mən yalnız və yalnız vacib şeylərə görə kreditə girmişəm, telefon, planşet, kompüterə görə yox. Yaxud, bəzən insanlar məişət əşyasını kreditə götürür. Burda da nüanslar var. Bir çox məişət əşyalarını faizsiz kreditə tapmaq olar, qalır ki, faizlə olanlara, məsələn, Smart TV, 1000-1500 azn arası, elə evlərdə olmuşam, soyuducuda yeməyə heç nə yoxdur, amma Smart TV var, ay insan, məcburdur? Köhnə televizor bəyəm insanları əyri göstərir? Yaxud qab yuyan maşın, qab-qacağı əl ilə yumaq belə çətindir, şükür Allaha 90% evlərdə isti su var. Belə misallar çoxdur. Sadəcə biz keflə yaşamağı sevirik, bunun üçünsə pul lazımdır, o da olmayanda, özümüzdən başqa hamını söyürük, hamı günahkardır, bir mən yaxşıyam.

Bu ölkədə normal yaşamaq olar, bu sözümə cavabdehəm, keflə, firavan yox, amma normal yaşamaq mümkündür. Yəni babalarımız demişkən, bir qarın yemək, soyuqdan qorunmaq üçün paltar və yatmaq üçün dam olmaq şərti ilə. Qaldı ki, maşın, Smart TV, 1000 manatlıq telefon, bər-bəzək, kef, istirahət, o artıq baxır kimin fərasətinə. Amma bunların olmamağı, hakimiyyəti söymək və özünü öldürmək üçün səbəb və ya bəhanə deyildir. Hörmətlə.

Link to comment
Share on other sites

Mən smaylsız yazıram, birdən kobud başa düşərsiz, sadəcə söhbət edirik, ok?

No Problem.

  Belə misallar çoxdur. Sadəcə biz keflə yaşamağı sevirik, bunun üçünsə pul lazımdır, o da olmayanda, özümüzdən başqa hamını söyürük, hamı günahkardır, bir mən yaxşıyam.

Bu ölkədə normal yaşamaq olar, bu sözümə cavabdehəm, keflə, firavan yox, amma normal yaşamaq mümkündür. Yəni babalarımız demişkən, bir qarın yemək, soyuqdan qorunmaq üçün paltar və yatmaq üçün dam olmaq şərti ilə. Qaldı ki, maşın, Smart TV, 1000 manatlıq telefon, bər-bəzək, kef, istirahət, o artıq baxır kimin fərasətinə. Amma bunların olmamağı, hakimiyyəti söymək və özünü öldürmək üçün səbəb və ya bəhanə deyildir. Hörmətlə.

Men sizi anladim , amma movzu bu deyildi. Bezi insanlar heyatini bu cur yashayir , bir kreditin bashini baglamamish o birisine kecir ,  sonra da dolashiga dushur..) eLe bilirler 'yorgana burun elnen surun'  bunlara aiddi , bu risofkaliqdi. Amma fakt bashqadir,intihar edenler risovkliqdan intihara duchar olmurlar..

Link to comment
Share on other sites

Olsun, insanı intihar etməyə məcbur edəcək bir səbəb varmı?

 Azerbaycanda shexsen insani intihar etmeye mecbur edecek sebeb insanlarin maddi ehtiyaclarinda gorurem. biz bilirikki bu agilsizliqdi,amma hami biz deyil , biz de hami.. Bizde bir de bu varki toxun acdan xeberi olmur, aninda intihar edeni qaralayiriq  , qinayiriq.

Umumiyyetle Azerbaycan yashanilasi yer deyil .

Bu temya benzer movzularda intihar edenlerin hem ozlerine hem de xalqa qarshi haqsiz olduqlari barede fikirlerimi bildirmishem.

Edited by azda
Link to comment
Share on other sites

 Azerbaycanda shexsen insani intihar etmeye mecbur edecek sebeb insanlarin maddi ehtiyaclarinda gorurem. biz bilirikki bu agilsizliqdi,amma hami biz deyil , biz de hami.. Bizde bir de bu varki toxun acdan xeberi olmur, aninda intihar edeni qaralayiriq  , qinayiriq.

Umumiyyetle Azerbaycan yashanilasi yer deyil .

Bu temya benzer movzularda intihar edenlerin hem ozlerine hem de xalqa qarshi haqsiz olduqlari barede fikirlerimi bildirmishem.

Maddi ehtiyac yemek, geyim ve yaşayış yeridir minimal olaraq. Bunu isə nəinki Azərbaycanda, istənilən ölkədə təmin etmək mümkündür. İntihar ən asan çıxış yoludur, çətinlikləri sevməyənlər üçün. Qinamaq lazımdır, bəli, yazıqlamaq yox. Qınasaq hamılıqla, sabah hansısa bir axmaq yenə bu hərəkəti təkrar etməz.

Azərbaycan elə yaşanılası yerdir, çox da gözəl yerdir. Kimin xoşu gəlmir, getsin başqa yerdə yaşasın, məcbur deyil ki.

Ne deyiremki..Ureyiniz isteyirse onlari qinayin , men qinadiqlarimin adini cekmishem. Yerli camaati qinamagda ele de boyuk sebeb gormurem.

Menim iradim xalqima , vetenime yox hakimiyyetedir.

Link to comment
Share on other sites

Maddi ehtiyac yemek, geyim ve yaşayış yeridir minimal olaraq. Bunu isə nəinki Azərbaycanda, istənilən ölkədə təmin etmək mümkündür. İntihar ən asan çıxış yoludur, çətinlikləri sevməyənlər üçün. Qinamaq lazımdır, bəli, yazıqlamaq yox. Qınasaq hamılıqla, sabah hansısa bir axmaq yenə bu hərəkəti təkrar etməz.

Azərbaycan elə yaşanılası yerdir, çox da gözəl yerdir. Kimin xoşu gəlmir, getsin başqa yerdə yaşasın, məcbur deyil ki.

Qıraqdan döyüş hamıya asand gəlir. Özünüzü bir anlıq o insanların yerinə qoyun, hara gedirsə bütün qapılar üzünə bağlı olanda əsəblər tab gətirmir, son çıxış yolu intihar olur.

Mən şəxsən bir neçə dəfə sınamışam, sırf qanunla dayıdaysız bir işi dövlət orqanlarında sadə vətəndaş kimi həll edim. 4-5 ay süründürməçilik, rüşvət hədə qorxu saymamazlıq özbaşınalıq və s.r. faktorlarnan üzləşmişəm. Sonda ya zəng etmişəm yuxarıdaki tanışlara yada elə olub məcburən rüşvət vermişəm. Həmin anlarda doğrudan insan dəli olmaq səviyyəsinə çatır.

Məhkəməyə verirsən, "dəvədən böyük fil var" prinsipi ilə söhbət bağlanır. Hay küy eləyib haqqı tələb edirsən, baxırsan PPX qapıda səni gözləyir və s.r.

Sadə vətəndaşın hansı hüquqları təmin olunur ki, çıxış yolu sivil şəkildə ərizə ilə həll edilsin? Yada bir dövlət müəssəsinin adını çəkin orda hər şey qanunla həll olunur!

O ki qaldı "Kimin xoşu gəlmir, getsin başqa yerdə yaşasın" söhbətinə, intihara səbəb elə məmurların verdiyi bu cavabdan sonra baş verir.

Mən hamı deyiləm, mənə heç nə asan gəlmir, mənə elə ən asan gələn körpüyə çıxıb ölürəm deyə ağlamaqdır. Noldu elə bütün sadə vətəndaşların işləri çəp gəldi, məmurlar onları incitdi, amma mənim və ətrafımdakıların başına belə iş gəlmədi? Bilirsiz, rus dilində belə bir ifadə var, плохому танцору и яйца мешают, tərcümə olunmur bu. Yəni bəhanə tapmaq asandır, həll yolu tapmaq çətin.

Sadə vətəndaş istəsə bütün hüquqları təmin olunar, necə ki KİV-də hüquqlarını tələb edən və buna nail olan insanlar haqda yazılıb dəfələrlə, elə bu forumun özündə belə insanlar var, vaxtınız olanda oxuyun, Avtoforumu və Biznes forumunu. Dövlət müəssisəsi də ASAN xidmət, gedin, problemlərinizi həll edin.

Qaldı ki, kəlməmə, əgər kimsə bu kəlmədən sonra intihar edirsə, onda o axmaqdır. Beləcə...

Qaraladigim cumleni yeqin zarafatla yazdiniz. Inanmiram bu olkede yashayib da bucur dushunen tapila. 

Çalışın inanın, çünki, biz ağlayıb sızlamağa öyrəşmişik, ona görə də bu gündəyik. İntihar edən bizim üçün qəhrəmandırsa, nədən danışırıq burda? 

Link to comment
Share on other sites

Sadə vətəndaş istəsə bütün hüquqları təmin olunar, necə ki KİV-də hüquqlarını tələb edən və buna nail olan insanlar haqda yazılıb dəfələrlə, elə bu forumun özündə belə insanlar var, vaxtınız olanda oxuyun, Avtoforumu və Biznes forumunu. Dövlət müəssisəsi də ASAN xidmət, gedin, problemlərinizi həll edin.

Amma "istəməsə" hüquqları taptalanar, alçalar zindana altılar və s.r... bircə "istəyirəm" deməsi kifayətdir ki hər şey düzəlsin?))

Sizin yazılarınızın sətraltı mənası, ağlmayana pəpə yoxdur fikrini çatdırmaqdır. Hüquqlarını tələb edib nail olanları lap fenomen hal kimi göstərirsiniz, halbuki ona nail olmaq yox, hamı üçün qanunların işləməsi lazımdır.

Nə yaxşı heç olmasa ASAN xidmət çıxdı, gözə kül üfürüb 10% sektoru ora yönəldib 90% sektorunda rüşvətin rahat aparılmasına pərdə taxılır.

Link to comment
Share on other sites

Çalışın inanın, çünki, biz ağlayıb sızlamağa öyrəşmişik, ona görə də bu gündəyik. İntihar edən bizim üçün qəhrəmandırsa, nədən danışırıq burda?

Aglamaga sizlamaqa oyrewmiwik?Biz muharibeden meqlub cixmiw xalqiq.amma butun gunu wit wit showlar edib,toy bayram,calgi,festivallar,gunde bir artisti cagirib konsertine geden xalqiq.ne sizlamaq?bizim hec haqsizliqlara etiraz etmey aqlimizada gelmir.bizim Garabag muharibesi elilleri 40 man elillik pulu alir,amma memurun qudurqan uwaqlari bahali mawinlarini qizlari deyiwdirleri suretle deyiwirler,biz xestelenib xestexanaya duwunce soqan qabiqi kimi soyulan xalq aqzimizi acib deye bilmirik ki,axi tibb bizde pulsuzdu,biz her deqiqe bir her sahede bir ruwvet haqsizliqla qarwilawan xalq wikayet etmeye yerde bilmirik,siz de deyirsiz kiaqlayan xalqiq?Intihar eden gehreman deyil,ozunu yandiran qehreman deyil zavalli xalqin elacsiz qalan Numayendeleridi Edited by Roxilan
Link to comment
Share on other sites

Bu ölkədə normal yaşamaq olar, bu sözümə cavabdehəm, keflə, firavan yox, amma normal yaşamaq mümkündür. Yəni babalarımız demişkən, bir qarın yemək, soyuqdan qorunmaq üçün paltar və yatmaq üçün dam olmaq şərti ilə. Qaldı ki, maşın, Smart TV, 1000 manatlıq telefon, bər-bəzək, kef, istirahət, o artıq baxır kimin fərasətinə. Amma bunların olmamağı, hakimiyyəti söymək və özünü öldürmək üçün səbəb və ya bəhanə deyildir. Hörmətlə.

"Bir qarın yeməyin və yatmağa yerin varsa, həyatdan narazı olmağa haqqın yoxdur" deyimini xatırladım. Etiraf edirəm ki, nikbin düşüncə tərzinizdə haqlısız. Amma razılaşın ki, bu kimi düşüncə tərzinə gəlmək üçün təkan gərək, dəstək gərək.

Bu günə, Azərbaycan Respublikasında kimsəsiz qocaların sayı 13min, əlillərin sayı 521min, valideyn himayəsindən məhrum uşaqlar 21min nəfər təşkil edir. Bunlardan əlavə, aztəminatlı ailələrdən olan, narkoloji və alkoqol aslığı olan şəxslər, uğursuz ailələrdən olan uşaqlar və d. qrup insanlar da var. sadalanan cəmin ümumi əhaliyə nisbəti təqribən 6 % təşkil edir.

Bu insanlardan bəziləri potensial "risq qrupuna" aiddir.

Həmin insanların özünütəsdiq imkanı, sosial psixoloji sabitlik təminatı olmadığı səbəbindən, şəxsiyyət kimi formalaşmaq imkanı məhduddur. mən təəssüf edirəm (

Link to comment
Share on other sites

Amma "istəməsə" hüquqları taptalanar, alçalar zindana altılar və s.r... bircə "istəyirəm" deməsi kifayətdir ki hər şey düzəlsin?))

Sizin yazılarınızın sətraltı mənası, ağlmayana pəpə yoxdur fikrini çatdırmaqdır. Hüquqlarını tələb edib nail olanları lap fenomen hal kimi göstərirsiniz, halbuki ona nail olmaq yox, hamı üçün qanunların işləməsi lazımdır.

Nə yaxşı heç olmasa ASAN xidmət çıxdı, gözə kül üfürüb 10% sektoru ora yönəldib 90% sektorunda rüşvətin rahat aparılmasına pərdə taxılır.

Mənə elə gəlir siz ya mən deyəni başa düşmürsüz, ya da başa düşüb təlxəklik edirsiz. İstəyirəm "Ну погоди"-dəki Трахтибидох sehrli kəlməsi deyil ki, onu deyəndə hər şey olsun. İstəyirəmi istəmək də lazımdır, yoxsa halva halva deməklə ağız şirin olmur. Hüququnu tələb edən fenomen deyil, sadəcə iradəli insandır ki, ağlamağı, sızlamağı, kiminsə qarşısında əyilib yalvarmağı özünə ar bilib, mübarizə aparandır. Qanun işləyir, sadəcə insanlar o qədər harınlaşıb ki, hər şeyə asan yolla nail olmaq istəyir.

Rüşvət verməyin, məcbur edirlər sizi?

Link to comment
Share on other sites

Aglamaga sizlamaqa oyrewmiwik?Biz muharibeden meqlub cixmiw xalqiq.amma butun gunu wit wit showlar edib,toy bayram,calgi,festivallar,gunde bir artisti cagirib konsertine geden xalqiq.ne sizlamaq?bizim hec haqsizliqlara etiraz etmey aqlimizada gelmir.bizim Garabag muharibesi elilleri 40 man elillik pulu alir,amma memurun qudurqan uwaqlari bahali mawinlarini qizlari deyiwdirleri suretle deyiwirler,biz xestelenib xestexanaya duwunce soqan qabiqi kimi soyulan xalq aqzimizi acib deye bilmirik ki,axi tibb bizde pulsuzdu,biz her deqiqe bir her sahede bir ruwvet haqsizliqla qarwilawan xalq wikayet etmeye yerde bilmirik,siz de deyirsiz kiaqlayan xalqiq?Intihar eden gehreman deyil,ozunu yandiran qehreman deyil zavalli xalqin elacsiz qalan Numayendeleridi

Bunun intihara heç bir dəxli yoxdur, bu sadəcə hər bir yerdə, hər ölkədə rast gəlinən haqsızlıq, insanların kastalara bölünməsidir. Bu elə də bir qeyri-adi mövhum deyil ki, tək ölkəmizdə rast gəlinsin. Haqsızlıq, rüşvət, tibbdə və sair instansiyalardakı soyğunçuluq ABŞ-da da var, Rusiyada da. İndi nə edək, hamımız gedək özümüzü körpüdən ataq? Zavallı xalqın elacsız nümayəndələri? Vay vay vay, nə yazıq biriyik axı. Bu qədər özümüzü aşağılayırıq. Təəccüblü deyil ki, müharibədən məğlub çıxmışıq.

Link to comment
Share on other sites

"Bir qarın yeməyin və yatmağa yerin varsa, həyatdan narazı olmağa haqqın yoxdur" deyimini xatırladım. Etiraf edirəm ki, nikbin düşüncə tərzinizdə haqlısız. Amma razılaşın ki, bu kimi düşüncə tərzinə gəlmək üçün təkan gərək, dəstək gərək.

Bu günə, Azərbaycan Respublikasında kimsəsiz qocaların sayı 13min, əlillərin sayı 521min, valideyn himayəsindən məhrum uşaqlar 21min nəfər təşkil edir. Bunlardan əlavə, aztəminatlı ailələrdən olan, narkoloji və alkoqol aslığı olan şəxslər, uğursuz ailələrdən olan uşaqlar və d. qrup insanlar da var. sadalanan cəmin ümumi əhaliyə nisbəti təqribən 6 % təşkil edir.

Bu insanlardan bəziləri potensial "risq qrupuna" aiddir.

Həmin insanların özünütəsdiq imkanı, sosial psixoloji sabitlik təminatı olmadığı səbəbindən, şəxsiyyət kimi formalaşmaq imkanı məhduddur. mən təəssüf edirəm (

Kimsəsiz qocalar, əlillər, valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələr və s. və s. mən çox yaxından tanışam, buna əmin ola bilərsiz, amma bunlar tək Azərbaycanda deyil, bütün ölkələrdə var. Hətta ən inkişaf etmişlərində belə. Bir tək bizik ağ qarğa? Sadəcə, bunu əldə bayraq tutub alçalmaq, özünü körpüdən atmaq, ölkəni aşağılayıb pisləmək lazım deyil. Bu bəhanədir sadəcə, mübarizə apara bilməyən insanlar üçün bəhanə. Azərbaycanı sevmək lazımdır! Alçaltmaq çox asandır, qaldırmaq çətin.

Link to comment
Share on other sites

Rüşvət verməyin, məcbur edirlər sizi?

Deyirler baliq bashdan iylenir..) Rushvetsiz hec deputat da  oz kursusunde otura bilmez. Nese elde etmek ucun neyi ve ya nelerise qurban vermelisen. 

 tək Azərbaycanda deyil, bütün ölkələrdə var. Hətta ən inkişaf etmişlərində belə.  

Xeyr , hec bir olke bizim olke kimi biyabirci veziyyetde deyil , men bashqa olkedeyem niye rushvet vermirem.? Yoxsa bashq olkede olanda haqqimi teleb edirem oz vetenimde olanda yox.? Ozdeki bizde de qayda qanun var axi. Men demirem diger olkelerde umumiyyetle rushvet yox seviyyesindedir , xeyr . bizde olan korrupsiyanin hecmi  o biri olkelerden qat-qat boyukdu ve bu korrupsiyaya qurshanan memurlarin sayi o biri olkelerdekinden defelerle choxdur. Mesele ondadir ki, bu biyabirchiliga dayan demeli olan bendenin ozu de korrupsionerdir. 

  Azərbaycanı sevmək lazımdır! Alçaltmaq çox asandır, qaldırmaq çətin.

Azerbaycani sevirik deye muzakire edirikde..)

Alchaltmaq sohbetinden soz bele gede bilmez,duze duz ,  eyriye eyri. Olke , veten , xalq ile hakimiyyet anllayishi tamamile ferqlidir mene gore.

Edited by azda
Link to comment
Share on other sites

Deyirler baliq bashdan iylenir..) Rushvetsiz hec deputat da  oz kursusunde otura bilmez. Nese elde etmek ucun neyi ve ya nelerise qurban vermelisen. 

Balıq iylənir, balığa yaxın durmayın. Deputat özü bilər, deputatdan bizə nə? Verməyin rüşvət, verməsəz də nəyisə əldə edə bilərsiz, sadəcə bir qədər çətin və gec. Amma əldə edərsiz.

Xeyr , hec bir olke bizim olke kimi biyabirci veziyyetde deyil , men bashqa olkedeyem niye rushvet vermirem.? Yoxsa bashq olkede olanda haqqimi teleb edirem oz vetenimde olanda yox.? Ozdeki bizde de qayda qanun var axi. Men demirem diger olkelerde umumiyyetle rushvet yox seviyyesindedir , xeyr . bizde olan korrupsiyanin hecmi  o biri olkelerden qat-qat boyukdu ve bu korrupsiyaya qurshanan memurlarin sayi o biri olkelerdekinden defelerle choxdur. Mesele ondadir ki, bu biyabirchiliga dayan demeli olan bendenin ozu de korrupsionerdir.  

Hansı ölkədəsiz ki, görəsən, orda rüşvət yoxdur? Çox maraqlıdır. Mən 30-a yaxın inkişaf etmiş dövlət vətəndaşları ilə işləyirəm, hamısında da bu cür vəziyyətdir. Siz bəlkə başqa planetdənsiz? Sizin deməyinizdən belə çıxır ki, Azərbaycan dünya ölkələri arasında ən son yerdədir və burdakı vəziyyət ən acınacaqlıdır? Bunun özü elə aşağılamaq deyilmi?

Azerbaycani sevirik deye muzakire edirikde..)

Alchaltmaq sohbetinden soz bele gede bilmez,duze duz ,  eyriye eyri. Olke , veten , xalq ile hakimiyyet anllayishi tamamile ferqlidir mene gore.

Müzakirə? Buna müzakirə deyirsizsə, deməli müzakirə nə demək olduğunu bilmirsiz.

Düzə-düz, əyriyə-əyri, ok, bütün mövzunu əvvəldən oxuyun, Azərbaycana aid bircə müsbət fikir yazdığınızı tapın və soxun mənim gözümə. Heç nə girmədi. Hm, demək Azərbaycan başdan ayağa əyri imiş ki, əhsən belə vətəndaşlara. Hakimiyyət pisdirsə, o demək deyil ki, hər şey pisdi, vətən pisdi, kütləvi şəkildə qoyunlaşıb özünü körpüdən atmaq lazımdır. Heç bir dövlət öz hakimiyyətindən razı deyil bu dəqiqə, müxalifət hər yerdə var.

Link to comment
Share on other sites

 Bundan artiq ne yazimki fikrimi size catdira bilim ? Men harda vetenimi pisledim ?  Bir az zaman kecer meni veten xaini adlandiracaqsiz.)

Menim iradim xalqima , vetenime yox hakimiyyetedir.

Link to comment
Share on other sites

 Bundan artiq ne yazimki fikrimi size catdira bilim ? Men harda vetenimi pisledim ?  Bir az zaman kecer meni veten xaini adlandiracaqsiz.)

Mən qələt edərəm kiməsə vətən xaini deyərəm, mən məgər vətəndaş etalonuyam ki, kiməsə qiymət də verim?

Hakimiyyətdən hamı narazıdır, desəm inanarsız? Biz də, amerikalı da, rus da, türk də, lap elə monqol da. Bu tarix boyu belə olub da, istənilən hökmdardan narazıçılıq olub. Amma bu narazıçılıq, intihar etməyə səbəb və ya bəhanə ola bilməz. Ən qəddar və pis hakimiyyət belə insanı həll olunmayan problem qarşısında qoya bilməz, bu cür çıxılmaz vəziyyətə insan özü özünü salır.

Sizcə "hakimiyyətdən narazıyam və buna görə də özümə qəsd edirəm" bəhanəsi, kənardan gülməli səslənmir?

Qonshu movzuda hicabli xanimin yazisini oxuyursuz.? O qeder hicaba qadagalar qoyulduki axiri da ishsizliye getirib cixardi , mecbur olub forumlarda yazir .. bu insan ne etmelidir ?

Amerika bizden geden telebeleri de oz evinde kiraye pulu goturmeden saxlayir,daha durub bizdeki kimi 4-5 usaqli aileni kuceye atib evini elinden almir.Ozunu yandiran buna misaldi. Bu sirf hakimiyyetin siysetinden dogan neticedir , bun gore de mesuliyyeti Azerbaycan hakimiyyeti dashiyir , o uzden de naraziciligimizi bildiririk. Edaletli iqtisadi ve sosial qaydalara uygun haminin layiqli heyat seviyyesini temin etmeye borcu var , yaxsi biz teleb edirik sizin dediyiniz kimi , bes niye baxan yoxdu.? cox deyirsizde mubarize aparmaq lazimdi.)

Belke bezdiyinden seslenir.?

Link to comment
Share on other sites

Mənə elə gəlir siz ya mən deyəni başa düşmürsüz, ya da başa düşüb təlxəklik edirsiz. İstəyirəm "Ну погоди"-dəki Трахтибидох sehrli kəlməsi deyil ki, onu deyəndə hər şey olsun. İstəyirəmi istəmək də lazımdır, yoxsa halva halva deməklə ağız şirin olmur. Hüququnu tələb edən fenomen deyil, sadəcə iradəli insandır ki, ağlamağı, sızlamağı, kiminsə qarşısında əyilib yalvarmağı özünə ar bilib, mübarizə aparandır. Qanun işləyir, sadəcə insanlar o qədər harınlaşıb ki, hər şeyə asan yolla nail olmaq istəyir.

Rüşvət verməyin, məcbur edirlər sizi?

Görünür elə təlxəkliyi kim edir. Bu qədər millətin ah naləsinə əsassız arqumentlər gətirib hakimiyyəti sudan quru çıxartmağa çalışırsınız, amma sudan təmiz çıxarda bilmirsiniz. Hər şey göz qabağındadır, sosial partlayış da qaçırılmazdır.

Bu hələ üzdə olan videolardı, yəni bu qədər insan hüquqlarını tələb edə bilmir? Hamısı o qədər harınlaşıb ki, hər şeyə asan yolla nail olmaq istəyir?

http://youtu.be/PRREipFMiKQ

http://youtu.be/3kbhTSus_w0

http://youtu.be/EBclkc0bIuM

http://youtu.be/vd-tu3dzENE

http://youtu.be/EtcuynQIkM4

Link to comment
Share on other sites

 Bu ölkədə normal yaşamaq olar, bu sözümə cavabdehəm, keflə, firavan yox, amma normal yaşamaq mümkündür. 

Bu qadinin da butun bunlardan sonra normal yashayacagindan eminsiz.?

Eline balta ile traktora cixan qadinin ne geleceyi , ne saglamligi ola bilerki ? Onun uje butun psixologiyasi pozulub.Yazigin elleri de esir. ((

Link to comment
Share on other sites

Qonshu movzuda hicabli xanimin yazisini oxuyursuz.? O qeder hicaba qadagalar qoyulduki axiri da ishsizliye getirib cixardi , mecbur olub forumlarda yazir .. bu insan ne etmelidir ?

Amerika bizden geden telebeleri de oz evinde kiraye pulu goturmeden saxlayir,daha durub bizdeki kimi 4-5 usaqli aileni kuceye atib evini elinden almir.Ozunu yandiran buna misaldi. Bu sirf hakimiyyetin siysetinden dogan neticedir , bun gore de mesuliyyeti Azerbaycan hakimiyyeti dashiyir , o uzden de naraziciligimizi bildiririk. Edaletli iqtisadi ve sosial qaydalara uygun haminin layiqli heyat seviyyesini temin etmeye borcu var , yaxsi biz teleb edirik sizin dediyiniz kimi , bes niye baxan yoxdu.? cox deyirsizde mubarize aparmaq lazimdi.)

Harada hicaba qadağa qoyulub? Mən 16 şirkətdə işləmişəm, hərəsində ən azı bir hicablı işçi olub, problemsiz filansız da işləyiblər. Əgər şirkətin rəsmi dress-kodu yoxdursa, kim hicabı ləğv edə bilər ki? Bəlkə heç fərli şirkət olmayıb, bu varianta baxmısız heç?

ABŞ-ın özündə də evsizlərin sayı az deyil, Nyu-York, Los-Ancelesdə belə. Siz fikir vermisiz ki, sökülən evlərin 90%-i qanunsuz və ya rüşvətlə tikilmiş evlərdir? Əgər insan evi tikəndə, heç bir sənəd filan düzəltmirsə, buna səhlənkar yanaşırsa, sabah ev söküləndə niyə ağlamalıdır? Qardaş vaxtında məsuliyyətli olun da. Evi alanda və ya tikəndə istənilən normal adam onun kupçası haqda fikirləşir. Fikirləşməyənin də aqibəti belə olur.

Bircə ədalətli iqtisadi və sosial qaydalara uyğun dövlət göstərin hələ mənə, harda ki, əhalinin bütün problemləri həll olunur? Siz ideal hakimiyyətdən danışırsız, beləsi yoxdur məncə, ola da bilməz.

Belke bezdiyinden seslenir.?

Nədən bezib? Acizliyindən?

Link to comment
Share on other sites

Görünür elə təlxəkliyi kim edir. Bu qədər millətin ah naləsinə əsassız arqumentlər gətirib hakimiyyəti sudan quru çıxartmağa çalışırsınız, amma sudan təmiz çıxarda bilmirsiniz. Hər şey göz qabağındadır, sosial partlayış da qaçırılmazdır.

Bu hələ üzdə olan videolardı, yəni bu qədər insan hüquqlarını tələb edə bilmir? Hamısı o qədər harınlaşıb ki, hər şeyə asan yolla nail olmaq istəyir?

Xətrinizə dəydi? Keçib gedər...

Kimdir axı bu qədər ah nalə edən? 5,10, 15 nəfər? Mən hakimiyyəti sudan quru çıxarıram? )))))))) Allah vurmuşdu elə bu hakimiyyəti, mənim onları görən gözüm yoxdur. Sadəcə mən sızlamağı sevmirəm, insan həmişə məğrur, başı uca olmalıdır. Biz axı alçaq xalqın nümayəndələri deyilik, bizim əyilməz kişilərimiz olub tarixən, bu kişilərin davamçıları belə yazıq gününə qalmamalıdır.

Sökülən evlərin sökülməsi zamanı o yaxınlıqda olmusuz, problemin içində olmusuzmu, yoxsa elə qıraqdan videoya baxıb qiymət verirsiz? O evlərin hansısa birinin sənədini görmüsüz? Başa düşürəm, insani cəhətdən, mənəvi cəhətdən bu qəbulolunmazdır, mən razı. Amma əgər qanundan danışırqsa, qanunlarımızın saflığına çalışırıqsa, onda qanunsuz ev də tikməməliyik axı.....düz deyilmi?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 6 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 66 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Like
      • 669 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...