Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

«Təkamül Nəzəriyyəsi Doğrudur, Allah Sehrbaz Deyil»


Recommended Posts

Roma papası Francis Papa Elmlər Akademiyasına müraciətində mütərəqqi, lakin təxribat kimi də qiymətləndirilə biləcək bəyanatlar vermək xasiyyətini davam etdirib

 

“Biz yaradılış haqqında Genesisi oxuyanda, belə bir yanlış təsəvvürə gələ bilərik ki, guya Allah sehrbazdır və öz sehrli çubuğu ilə hər şeyi etməyə qabildir. Lakin bu, belə deyil, o insan məxluqlarını yaradıb və onların hər birinə yerinə yetirilməsi üçün daxili qanunlar verərək inkişaf imkanı yaradıb”.

“Allah ilahi qüvvə və ya sehrbaz deyildir, lakin hər bir şeyə həyat vermiş Yaradandır – deyib Francis, - Təbiətin təkamülü yaradılış anlayışı ilə ziddiyyət təşkil etmir, çünki təkamülün özü də təkamül olunacaq şeylərin varlığını tələb edir”.

 

http://www.azadliq.org/content/article/26666066.html

Edited by fikus elastica
Link to comment
Share on other sites

Roma papası Francis Papa Elmlər Akademiyasına müraciətində mütərəqqi, lakin təxribat kimi də qiymətləndirilə biləcək bəyanatlar vermək xasiyyətini davam etdirib

 

“Biz yaradılış haqqında Genesisi oxuyanda, belə bir yanlış təsəvvürə gələ bilərik ki, guya Allah sehrbazdır və öz sehrli çubuğu ilə hər şeyi etməyə qabildir. Lakin bu, belə deyil, o insan məxluqlarını yaradıb və onların hər birinə yerinə yetirilməsi üçün daxili qanunlar verərək inkişaf imkanı yaradıb”.

Allah ilahi qüvvə və ya sehrbaz deyildir, lakin hər bir şeyə həyat vermiş Yaradandır – deyib Francis, - Təbiətin təkamülü yaradılış anlayışı ilə ziddiyyət təşkil etmir, çünki təkamülün özü də təkamül olunacaq şeylərin varlığını tələb edir”.

 

http://www.azadliq.org/content/article/26666066.html

 

Kim bu Papaya Allahın sehirbaz olmasını sübut etməyə çalışıb ki, O da sonda belə bir ifadə işlədib? Allahın sehrbaz olması qənaətinə gələn elə bu Papanın özüdür. Özü də özünü təkzib edir.

Allah sehrbaz deyil, amma yaradandır. Bəli, elə bir yaradandır ki, heç kəs bunun əksini sübut edə bilmir. Ancaq bu insan onu da demir ki, allah yaradandırsa deməli hər şeyə qadirdir!

Link to comment
Share on other sites

Görürlər ki bir fakt kimi təkamülü rədd etmək olmur, başlayıblar dində ona işarə axtarmağa. Birazdan deyəcəklər ki, Quranda təkamül haqqında da yazılıbmış.

 

Bu mövzuda hələki qurandan danişilmir öz fikirlərinizi deyində , Roma papasi gül kimi söhbət xirdalayir.

Link to comment
Share on other sites

Əslində dindarlar, romantik nağıllara inanmağı faktlardan və rasionalizmdən üstün tuturlar. İlk insanın Sinay yarımadasında 35m lik Adəm olması ideyası fantaziyadır. Real faktlar canlıların və homo tipli heyvanın yəni insanın yer üzərində milyon illərlə mövcud olduğunu göstərir. O da faktdır ki, yüz min illər ərzində bütün zaman kəsiklərində yerin flora və faunası müxtəlif formalara düşüb. Hər dövrün heyvanları və insanları digərlərindən fərlqlənir.

Link to comment
Share on other sites

Əslində dindarlar

 

 

 

 

Sizləri narahat edən müsəlmanlardan ya da Adəmdən burda söhbət gedir.? Roma papasi nəsə söz dedi axi.. mövzunu  yaxşi yaxşi oxuyun )) Xristyanlara qarşi çixmaq gücündə deyilsiz yoxsa savadiniz çatmir.?)

 

Bu mövzu məni heç narahat eləmədi nədənsə..

Edited by azda
Link to comment
Share on other sites

Əslində dinlər tanrının məhz sehirbaz olmasına dəlalət edir. Ol dedikdə olur, onun iradəsindən kənarda isə heç nə baş vermədiyi iddia edilir. Dinlər nəyinki adekvat fikrə heç təsadüflərə belə yer qoymur. Dinlərə istinad etsək, Xristianlıqda tanrı yaratdığı günahkar bəndələri bağışlamaq üçün öz oğlunu qurban verir.

 

İslam tanrısı isə isanları sınağa çəkərək istədiyinə yol göstərir digərlərini isə hansısa səbəbdən cavabsız qoyur. Hər bir insanın həyatında baş verənlərə nəzarət edir.,  hər kəsin qazancını təyin edir., ölümünü və dünyaya gəlişini nizamlayır. Bir sözlə proseslərin başlanğıcı və səbəbkarı yox həm də nəzarətçisidir.

 

Amma bizi əhatə edənlər bizə gördüklərimizin təsadüfdən başqa bir şey olmadığını bildirir. Məsəl üçün heç bir maddənin təbiətdə olan canlı və cansızların bir birinə oxşamaması bunların təsadüf nəticəsində yaranmasına sübutdur. Gördüklərimizdən başlanğıcın yox ən azından mövcud olanların təsadüf nəticəsində formalaşdığı açıq aydındır.

Şəxsiləşdirilmiş tanrı obrazı isə reallıq və məntiqdən cox uzaqdır romantik təxəyyülün məhsuludur.

Edited by plotophyte
Link to comment
Share on other sites

Bu təzə xəbər deyil ki, Mən hələ uşaqıydim xristianlardan bu fikri eşidəndə, güya Allah insanı təkamüllə yaradıb. Xristianlardı da.. müsəlman onlara bir iki dənə dini sual verəndə cavab tapmırlar, dilləri dolaşır.

Link to comment
Share on other sites

Müsəlmanin dinini bir kənara qoyaq tutaq ki , axi  indiki vaxtda da təkamülə dair qəti heç bir tapıntı

yoxdur , katolik onsuz da hər zaman üçün Allahın göndərdiyinə səhv şərhlər etmədə  birinci yerdə dururlar , elmlə dini qarşı-qarşıya gətirən onlardır, elmlə dinin çəkişməsi xristianlar üçün etibarlıdır ,  müsəlmanlar hər zaman elmi üstün tuturlar..

Ümumiyyətlə bir birinin əksi olan  "Allah vardır" mülahizəsi ilə "Təkamül nəzəriyyəsi doğrudur" fikirlərini təqdim etmək  ağilsizliqdir. Yəni məntiq qaydasina görə bir-birləriylə zidd iki mülahizənin biri doğrudursa digərinin mütləq səhv olduğunu bilərik.  Ya Kainati Allahin yaratdiğini , ya da Təkamül  kainatın təsadüfən meydana gəldiyinin  müdafiə  et.

 

 

 

 

 

 

 

Link to comment
Share on other sites

Müsəlmanin dinini bir kənara qoyaq tutaq ki , axi indiki vaxtda da təkamülə dair qəti heç bir tapıntı

yoxdur , katolik onsuz da hər zaman üçün Allahın göndərdiyinə səhv şərhlər etmədə birinci yerdə dururlar , elmlə dini qarşı-qarşıya gətirən də onlardır, elmlə dinin çəkişməsi xristianlar üçün etibarlıdır , müsəlmanlar hər zaman elmi üstün tuturlar..

Ümumiyyətlə bir birinin əksi olan "Allah vardır" mülahizəsi ilə "Təkamül nəzəriyyəsi doğrudur" fikirlərini təqdim etmək ağilsizliqdir. Yəni məntiq qaydasina görə bir-birləriylə zidd iki mülahizənin biri doğrudursa digərinin mütləq səhv olduğunu bilərik. Ya Kainati Allahin yaratdiğini , ya da Təkamül kainatın təsadüfən meydana gəldiyinin müdafiə et.

Muselmanlarin elminden danisirsiniz. Hec bir tapinti yoxdur deyirsiniz. Bilmek olar tapinti deyende neyi nezerde tutursunuz? Eger kecid novlere aid fosil qaliqlarindan danisirsinizsa, sizin tekamulden zerre qeder anlayisiniz yoxdur.

Bundan basqa, tekamul nezeriyyesi kainatin nece yaranmasi haqqinda elm deyil. Biraz elminizi artirsaniz, yaxsi olar.

Link to comment
Share on other sites

 

Əslində siz bir balaca oxusaniz , hərçəndki elmimi artirmağimi məsləhət görürsüz.) Yaxşi yadima saldiz , Təkamül 150 ildən çoxdurki insanları, heç bir elmi dəlilə söykənməyən təkamül nəzəriyyəsinin elmin özü olduğuna inandırmağa çalışmaqdadir ..."Bütün bu faktorlar canlıların  dəyişməsinə səbəb olmuşdur" kimi elmi heç bir dəyəri olmayan əlavələr edərək insanları bu illüzyona razı salmağa çalışarlar. Ancaq hər kəs bilir ki illüziya, həqiqətin təhrif beynin aldadılması əsasına söykənər.Elə onlarin mülahizələri "İnsanlıq tarixinin ən böyük yalanı" xarakterizə etməsi ilə yerini alacaq., almişdir zatən.Mən də bilirəm təkamül nə elm deyil nə də din deyil , sadəcə nəzəriyyədir özü də sehirbazindan.kimdə ağil yoxdu inanirda.

"Tanrı, əlində sehrli dəyənəyi olan bir sehrbaz deyil" VƏ "Təkamül böyük partlama gerçəkdir" deyən insan ateist olur yoxsa xristyan ? o deist deyil.? Tək tanrılı dinlərdəki yaradılış inancı təkamül nəzəriyyəsinin bir-biriylə ziddiyyət təşkil etmədiyini, hətta bir-birlərini tamamladığını söyləyən də Françis.Bundan əlavə olaraq  "Allah insanlari qaydalar çərçivəsində onları sərbəst buraxdı" ifadəsini də işlədən Papa.Deistlər də Papa kimi ümumiyyətlə bu istiqamətdə kainatı ALLAH  tərəfindən hazırlanan, hərəkəti başladılan,  çöldən müdaxilə olmadan təbiət qanunlarına uyğun şəkildə işləyən bir bütünlük olaraq görürlər.Nə isə  mövzu üzərində daha da dərinləşib bu müqayisələr çoxaldıla bilər  bəlkə , amma əsl mövzumuz  bu deyil. Siz təkamülü dəstəkləyirsizki.?

 

 

 

 

 

 


 

 

 

 

 

 

 


 

 

Link to comment
Share on other sites

 

Əslində siz bir balaca oxusaniz , hərçəndki elmimi artirmağimi məsləhət görürsüz.) Yaxşi yadima saldiz , Təkamül 150 ildən çoxdurki insanları, heç bir elmi dəlilə söykənməyən təkamül nəzəriyyəsinin elmin özü olduğuna inandırmağa çalışmaqdadir ..."Bütün bu faktorlar canlıların  dəyişməsinə səbəb olmuşdur" kimi elmi heç bir dəyəri olmayan əlavələr edərək insanları bu illüzyona razı salmağa çalışarlar. Ancaq hər kəs də bilir ki illüziya, həqiqətin təhrif beynin aldadılması əsasına söykənər.Elə onlarin mülahizələri "İnsanlıq tarixinin ən böyük yalanı" xarakterizə etməsi ilə yerini alacaq., almişdir zatən.Mən də bilirəm təkamül nə elm deyil nə də din deyil , sadəcə nəzəriyyədir özü də sehirbazindan.kimdə ağil yoxdu inanirda.

"Tanrı, əlində sehrli dəyənəyi olan bir sehrbaz deyil" VƏ "Təkamül və böyük partlama gerçəkdir" deyən insan ateist olur yoxsa xristyan ? o deist deyil.? Tək tanrılı dinlərdəki yaradılış inancı təkamül nəzəriyyəsinin bir-biriylə ziddiyyət təşkil etmədiyini, hətta bir-birlərini tamamladığını söyləyən də Françis.Bundan əlavə olaraq  "Allah insanlari qaydalar çərçivəsində onları sərbəst buraxdı" ifadəsini də işlədən Papa.Deistlər də Papa kimi ümumiyyətlə bu istiqamətdə kainatı ALLAH  tərəfindən hazırlanan, hərəkəti başladılan,  çöldən müdaxilə olmadan təbiət qanunlarına uyğun şəkildə işləyən bir bütünlük olaraq görürlər.Nə isə  mövzu üzərində daha da dərinləşib bu müqayisələr çoxaldıla bilər  bəlkə , amma əsl mövzumuz  bu deyil. Siz təkamülü dəstəkləyirsizki.?

 

 

Düz deyirisiniz, təkamül din deyil ki inanaq. Təkamül bir faktdır. Canlılar günü bu gün də həmin prosesi keçir və bunun hər hansı bir sonu yoxdur. Təkamül nəzəriyyəsi isə bu prosesin gedişatını, səbəblərini, nəticələrini və s. öyrənir. Bu nəzəriyyəni dəstəkləyirəm, bəli. Bunu dəstəkləməklə nə dindar oluram, nə də ateist. Çünki bunun inamla bir əlaqəsi yoxdur. Dinin elmi dəstəklədiyini və onunla üst üstə düşdüyünü demək mümkün deyil. Din adi təbii prosesi inkar edir. Sırf buna görə də heç bir dindar elmi araşdırma aparmağa meylli olmur. Çünki onun inandığı din buna qarşı çıxır. Dindarın elmi ancaq hədislər və  o biri dünyada nə baş verəcəyi ilə bağlı ola bilər. Bu da təbiidir. Yəni mən sizi qınamıram.Dinin özünümüdafiə sistemi çox sərtdir və ondan kənara çıxa bilmirsiniz. 

Link to comment
Share on other sites

Düz deyirisiniz, təkamül din deyil ki inanaq. Təkamül bir faktdır. Canlılar günü bu gün də həmin prosesi keçir və bunun hər hansı bir sonu yoxdur. Təkamül nəzəriyyəsi isə bu prosesin gedişatını, səbəblərini, nəticələrini və s. öyrənir. Bu nəzəriyyəni dəstəkləyirəm, bəli. Bunu dəstəkləməklə nə dindar oluram, nə də ateist. Çünki bunun inamla bir əlaqəsi yoxdur. Dinin elmi dəstəklədiyini və onunla üst üstə düşdüyünü demək mümkün deyil. Din adi təbii prosesi inkar edir. Sırf buna görə də heç bir dindar elmi araşdırma aparmağa meylli olmur. Çünki onun inandığı din buna qarşı çıxır. Dindarın elmi ancaq hədislər və  o biri dünyada nə baş verəcəyi ilə bağlı ola bilər. Bu da təbiidir. Yəni mən sizi qınamıram.Dinin özünümüdafiə sistemi çox sərtdir və ondan kənara çıxa bilmirsiniz. 

 

  Təkamülün cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir.Təkamülçülərin dəstəksiz fərziyyələr, tərəfli,  təhriflər, yalanlara, xəyali təsvirlər, psixoloji təlqin metodları, saysız saxtakarlıq texnikalarından başqa bir dayaqları yoxdur. Tutaq ki təsadüflər nəticəsində bir hüceyrə meydana gəlir , və bu hüceyrənin peyda olmasi  bir dəmir-dümür qarişiğinin məhsulu olan parçalarla təsadüfən bir təyyarəninin əmələ gəlməsi qədər qeyri-mümkündür. Bir canlı növü mutasiya təbii seleksiya yolu ilə necə ola bilər ki , bir digər canlıya çevrilə.? Daha sonra təkamülçülər  lap əvvəl  insan   bədənində appendiks  badamcıqlar,  timüs insanda 18-20 yaşdan sonra əmələ gələn  yaş dişinin və başqa buna bənzər orqanlarin  "korlaşmış orqan" olaraq deyirdilər , yəni bu dişlə əlaqədar problemlər, hər hansı bir təkamüldən deyil,  insanlarının qidalanma vərdişlərindən qaynaqlanır.bununla belə hələ özlərini elm adamlari kimi qəbul edirdilər , sonrdan bunlara çatdiki yaniliblar , amma son illər içində tibb sahəsində əhəmiyyətli addımlar atıldı.Bunun nəticəsində  bu iddia tam bir xurafat olduğu da aydın oldu.korlaşmiş orqanlar haqqinda internet səhifələrində N qədər məlumat var, istəsəniz oxuya bilərsiz daha ətrafli.

Hələ hələ meymun , insan orqaninda minlərlə gen zülal var..  Buna görə bu qədər zülalin 40 dənəsinin bənzəməsiylə insan meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etmənin heç bir elmi dayağı yoxdur.

 

Sizin təkamülə inanmaniza təcüb etdim düzü.) 

 İnam havadan - sudan yaranmir , onun da səbəbləri və sübutlari var.Siz deyənə qalasi olsa mən 1 ALLAHA yox 3-4 dənəsinə inanardim , çünki onda daha da sərf edici olur .

 

 

 

 

Link to comment
Share on other sites

Təkamül nəzəriyyəsi artıq coxdan nəzəriyyə statusundan cıxmışdır, hazırda bu nəzəriyyənin müxtəlif qolları araşdırılır.  Əsas qolu isə təbii seçimdir, yəni təbiətdə güclü olanlar genetik baxımdan üstünlük təşkil edir və bu formada rəqabət və seçim daimi davam edir.  

 

İnsanların da təkamül prosesindəki dəyişiklikləri göz qabağındadır. Məsəl üçün, yaşanması çətin mühitdə olan şimal xalqları öz görünüşünə sağlamlığına görə cənub ərazilərindən cox fərqlənir.  Eyni hal cox isti mühitdə olan zəncilər də şamil edilə bilər. Onların istiyə davamlılığı dərilərinin qalınlığı və.s üstünlükləri var. 

 

Amma təkamül min bəzən milyon illər ərzində baş verən genetik dəyişikliklərdir. Bu dəyişikliklər tək heyvanları yox bütün yer üzərində olan flora və faunanı əhatə edir.

Ümumilikdə, yer üzərində gedən daimi dəyişikliklərə baxmayaraq canlılar onları əhatə edən mühitdə olan dəyişikliklərə görə yox olmaq riskində olsa da, bir növ heyvanlar digərlərini əvəz edərək mövcudluğa davam edir, yəni son nəticədə həyat həmişə cıxış yolu tapır. 

Link to comment
Share on other sites

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və müəyyən zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir.

Əslində ilk canlı hüceyrəsinin hətta bu hüceyrənin içindəki milyonlarla zülal molekulundan birinin belə öz-özünə əmələ gəlməsinin mümkün olmadığı, ağıl və məntiqlə bərabər, ehtimallarla riyazi cəhətdən də sübut edilmişdir. Yəni təkamül nəzəriyyəsi hələ ilk mərhələdə ilk canlı hüceyrənin əmələ gəlməsini açıqlama mərhələsində çökmüşdür.

Ən kiçik canlı hissəsi olan hüceyrə, təkamülçülərin iddia etdiyi kimi, bəsit və nəzarətsiz dünya şərtləri altında, təsadüflərin nəticəsində əsla əmələ gələ bilmədiyi kimi, XX əsrin ən qabaqcıl laboratoriyalarında da sintez oluna bilinməmişdir. Canlı hüceyrəsinin əsasını təşkil edən amin turşularına və onların əmələ gətirdiyi zülallara əsaslanaraq nəinki hüceyrə, hüceyrədəki mitoxondri, ribosom, lizosom, hüceyrə qılafı, Holci kompleksi, endoplazmatik şəbəkə və s. kimi orqanoidlərindən bir dənəsi belə əmələ gətirilə bilməz. Ona görə də təkamül nəzəriyyəsinin təsadüfən əmələ gəldiyini iddia edən ilk hüceyrə yalnız xəyal gücünə əsaslanan fantaziya səviyyəsində qalmışdır.

Hələ də açıqlanmamış bir çox sirri özündə saxlayan canlı hüceyrəsi təkamül nəzəriyyəsinin ən böyük müəmmalarından birini təşkil edir.

İstər hüceyrə, istərsə hüceyrənin əsasını təşkil edən zülallardan bir dənəsi də təsadüflər nəticəsində əmələ gəlməsi mümkün olmayan mürəkkəb quruluşa malikdir. Laboratoriya təcrübələri və ehtimal hesablamaları bunün mümkün olmadığını sübut etmişdir. Dövrümüzün ən qabaqcıl laboratoriyalarında ən son texnologiya vasitəsilə də canlı hüceyrəsindəki oxşar məhsuldarlıqla zülal əmələ gətirə bilməmişlər.

Təkamül nəzəriyyəsi baxımından digər müəmma da canlı hüceyrəsinin nüvəsində yerləşən və təxminən 3.5 milyard vahidlik şifrələmə sistemi ilə canlıya aid bütün məlumatın kodlandığı DNT molekuludur. 1950-ci illərdə elektron mikroskopunun icad olunması ilə kəşf edilən DNT, möhtəşəm bir nizam və yaradılışa malik nəhəng molekuldur. Uzun illər təkamül nəzəriyyəsinə inanan, Nobel mükafatına layiq görülmüş Frensis Krik də DNT-ni kəşf etdikdən sonra həyatın mənbəyinin təsadüflərə əsaslanmadığını bu cür etiraf etmək məcburiyyətində qalmışdır:

“Bu gün əlimizdə olan məlumatlara əsaslanaraq düzgün insan ancaq bunu deyə bilər: Həyatın mənbəyi möcüzəvi şəkildə ortaya çıxmışdır.” (Francis Crick, Life Itself: It’s Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88)

Amerikalı mikrobioloq Homer Ceykobson isə həyatın təsadüfən əmələ gəlməsinin nə qədər mümkün olmadığını belə ifadə edir:

“İlk canlı əmələ gəldikdə çoxalması, ətrafdan maddə və enerji qəbul etməsi, böyümə mərhələsi və məlumatları böyüməyə çevirən mexanizmlərə əmr bir anda verilməlidir. Bunların hamısı bir yerdə təsadüfən meydana gələ bilməz.” (Homer Jacobson, “Information, Reproduction and the Origin of Life”,American Scientist, Yanvar 1955, s. 121)

Təkamül nəzəriyyəsinin digər böyük məğlubiyyətinə səbəb isə fosillərdir. İllərlə davam edən arxeoloji qazıntılarda tapılan fosillər (daşlaşmış canlı qalıqları) arasında təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi canlıların primitiv növlərdən mürəkkəb növlərə mərhələli təkamülünü göstərən keçid formalara əsla rast gəlinmir. Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıbsa, onların sayları və növləri həddindən artıq olmalıdır. Daha vacib olan budur ki, bu cür əcaib canlıların qalıqlarına fosillər arasında rast gəlinməlidir. Çünki bu keçid formaları həqiqətən mövcud olsaydı, onların sayı bu gün bizə məlum olan heyvan növlərindən daha çox olmalı və dünyanın hər yeri fosilləşmiş keçid forma qalıqları ilə dolu olmalı idi. Təkamülçülər XIX əsrin ortalarından bəri dünyanın hər yerində apardıqları fosil araşdırmalarında bu keçid formalarını axtarırlar. Əslində isə 150 ilə yaxın müddətdə böyük səylə axtarılan bu keçid formalardan əsər-əlamət yoxdur.

Qısaca desək, fosil izləri də canlıların təkamül nəzəriyyəsinin iddia etdiyi kimi ibtidaidən aliyə doğru bir proseslə deyil, bir anda və ən mükəmməl şəkildə ortaya çıxdığını göstərir.

Təkamülçülər yüz əlli ilə yaxın müddətdir ki, böyük səylə nəzəriyyələrinə dəlil toplamağa çalışarkən öz əllərilə təkamül adlı prosesin baş vermədiyini şəxsən özləri sübut etmişlər. Nəticədə müasir elm bu mübahisəsiz həqiqəti ortaya qoymuşdur: Canlılar kor təsadüflər nəticəsində təkamüllə əmələ gəlməmişdir. Bütün canlıları Rəbbimiz yoxdan yaratmışdır.

Link to comment
Share on other sites

 hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. 

Suda qabarma çəkilmə hadisəsini  "suyun itələmə qüvvəsi" adlandıran istedadlı müəllif, bu yüksək elmi araşdırması ilə təkamül nəzəriyyəsini fiaskoya uğratdı  :)

Edited by plotophyte
Link to comment
Share on other sites

Suda qabarma çəkilmə hadisəsini  "suyun itələmə qüvvəsi" adlandıran istedadlı müəllif, bu yüksək elmi araşdırması ilə təkamül nəzəriyyəsini fiaskoya uğratdı  :)

müəllif yəqin ki xarici ya türkdür, termin nöqsanı da uzağı tərcüməçinindir. məktəbdə oxuyanda fizika dərsliklərimizdə bu cür tərcümə səhvləri çox olardı, çünki tərcüməçilər fizik deyil, filoloqlar idi. başqa sual?

Link to comment
Share on other sites

əsaslanaraq düzgün insan ancaq bunu deyə bilər: Həyatın mənbəyi möcüzəvi şəkildə ortaya çıxmışdır.” (Francis Crick, Life Itself: It’s Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88)

Yox bir gözəl vətəndaş hər bir şey yeyə bilər  :vaxxab:  cox tədqirəlaqyiq elmi məqalədir. Yüksək intellekt və ədəbi savad özünü biruzə verir. Cox güman ki, müəllif Amerikalı aborigendir.

İnsanlar yüz illərlə  araşdırmalar etsinlər. Siz müsəlmanlar da ol dedim oldu nəzəriyyəsi ilə elmdən danışın.

Edited by plotophyte
Link to comment
Share on other sites

Yox bir gözəl vətəndaş hər bir şey yeyə bilər  :vaxxab:  cox tədqirəlaqyiq elmi məqalədir. Yüksək intellekt və ədəbi savad özünü biruzə verir. Cox güman ki, müəllif Amerikalı aborigendir.

İnsanlar yüz illərlə  araşdırmalar etsinlər. Siz müsəlmanlar da ol dedim oldu nəzəriyyəsi ilə elmdən danışın.

sual qalmayanda , lağ-lağı başlayır. Amerikalı aborigenlər nə bilim nə

Link to comment
Share on other sites

Göründüyü kim təkamülü təsdiq edən faktlar yoxdur, lakin dinləri təsdiq edən nəhəng insan qalıqlarının arxeoloji tapıntılarından xəbəriniz  var yəqin ki.

Edited by Selс@n
Link to comment
Share on other sites

Deyirem, tekamulden danisanda agliniza ilk gelen insanin meymundan gelmesi olur. Axi tekamul nezeriyyesi bunu demir. Ona gore deyirem ki, gedin biraz elm oyrenin.

O nehenglerin de izahi elbet bir gun tapilacaq. Sizin kimi "allah yaratdi" deyib ustunden kecmirler.

Gülllərin çiçəklərin necə yarandığını izah edir təkamül? Növbənöv ağacların meyvələrin yaranmasını izah edir yoxsa? İnsan ruhunun necə yarandığını izah edir yoxsa? Bizə adi gələn əslində möcüzə olan göz, qulaq və başqa orqanların necə yarandığını izah edir yoxsa? Oxuduqlarımızın bir hissəsini copy etdik bura. Nə qədər yazsaq da inadkarlığınızdan əl çəkən deyilsiniz. Yenə də deyəcəksiz ki YARADAN yoxdur. 

 

Edited by Selс@n
Link to comment
Share on other sites

"Təkamül nəzəriyyəsi" Dini bir tərəfə qoyuram.Hər bir şeyə dinin gözündən baxmağı sevmirəm.Amma müqayisəsiz də ötüşməyəcək.

 

Floranın milyon il təkamül prosesi keçib,indiki səviyyə gəldiyini necə inkar etmək olar? İlkin bitkilərin quruluşuna baxanda ,indikilərlə müqayisə də fərqi görürsən.Məsələn ;ilkin bitkilər ibtidai,sonra iynə yarpaqlı,sonra çılpaqtoxumlu bitkilərdən,örtülü toxumlara keçiblər.Yəni ilknin bitkilərin arasında Əncir,üzüm,zeytun və s. meyvə ağacları olmayıb.Təkamül prosesindən  sonra flora indiki hala düşüb.

 

Canlılar aləmi.Həmin vəziyyət burada da hökm sürür.Bir çox su heyvanları quruya çıxıb,Amfibiyalar tamamilə suda yaşamağa başlayıb və.s.

 

Maraqlıdır,ilkin lələkli quşların əcdadı sürünən,kərtənkələyə oxşar bir heyvan olub.Əvvəlcə sürənən olub,sonra  yırtlıcılardan qurtulmaq üçün ağacda yaşamağa başlayıb.Zamanla onun lələkləri yaranıb.Bu sürünən ilkin quşların əcdadı hesab olunur.

 

Bunudamı din inkar edir? Bəli dinin nəzərindən baxsaq ,inkar etməlidir.)Çünki, dinə görə hər şey insan üçün yaradılıb və mükəmməldir.Təkamülü din qəbul etsə ,demək onda belə çıxır ki,Allah nəyi isə düz yaratmayıb,illər keçdikcə formasını dəyişərək,təkamül prosesini keçərək indiki halınıı alıb.)Burada artıq Allahın böyüklüyünə şübhə yaranır. Bunu da dindar olanlar qəbul edə bilmir.) 

İnsan özü təkamül prosesini keçməyibmi? Hələ də keçir.İlkin insan necə olub,indiki insan nə görkəmdədir,1000 ildən sonra texnologiya və yaşam tərzindən,kimyəvi maddələrin,radiatsiyaların təsirindən insan nə hala düşəcək.Bu proses daim davam edir.

Eləcə də yer kürəsi..O da bu prosesin içindədir.Yer kürəsinin ilkin yaradılmış formasını ,sonrakı mərhələlər də necə olduğunu yerin geoloji xəritələririndən baxıb ,görmək olar.

Xahiş edirəm bunları oxuyarkən dini mənbə yox,elmi mənbələrə baxın)

 

Deyilir ki,bar verən ağacları( zeytun,əncir,üzüm vəs.) sizin üçün yaratdıq.İlk yer kürəsinin tarixində meyvə verən ağaclar olmayıb.Paporotniklər .(qıjıkimilər.) ,mamır və şibyələr olub.Belə çıxır ki,ilk yer kürəsi yaranandan sonra Allah bu bitkilərin genelogiyasını dəyişərək ,insanlara yeyə biləcək səviyyəyə gətirib.

 

Bu baxımdan dinlə elm uzlaşa bilmir.)Hər şeyə din pəncərəsindən baxmayın.Din ayrı,elm ayrı.Uğurlar.

 

P.S.Xahiş edirəm elm öyrənməyi məsləhət görməyin.) Yeni bir şey məsləhət verin.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Təkamül odur ki bir növdən digər növ əmələ gəlsin. Calaq etmədən və ya diğər bağbanlıq üsüllarından istifadə etmədən yeni bitki yeni meyvə növlərinin əmələ gəldiyini görmüsüz?

İnsanın dəyişməsinə də əsas səbəb həyat tərzidir. İnsan nə qədər dəyişsə də elə insan olaraq qalıb, yeni bir növə çevrilməyib. 

 

Könül xanım "İlk yer kürəsinin tarixində meyvə verən ağaclar olmayıb." - Bu fikir hardandi sizde???

Link to comment
Share on other sites

Təkamül odur ki bir növdən digər növ əmələ gəlsin. Calaq etmədən və ya diğər bağbanlıq üsüllarından istifadə etmədən yeni bitki yeni meyvə növlərinin əmələ gəldiyini görmüsüz?

İnsanın dəyişməsinə də əsas səbəb həyat tərzidir. İnsan nə qədər dəyişsə də elə insan olaraq qalıb, yeni bir növə çevrilməyib.

Könül xanım "İlk yer kürəsinin tarixində meyvə verən ağaclar olmayıb." - Bu fikir hardandi sizde???

Siz 80-90 illik bir insan omru erzinde, ve ya bir neche minillik siviliasiya dovrunde yeni novun ortaya cixmasini gozleyirsinizse, sizin heqiqeten de tekamulden xeberiniz yoxdur.

Link to comment
Share on other sites

Siz 80-90 illik bir insan omru erzinde, ve ya bir neche minillik siviliasiya dovrunde yeni novun ortaya cixmasini gozleyirsinizse, sizin heqiqeten de tekamulden xeberiniz yoxdur.

80-90 il niyə? insan 80-90 il əvvəl peyda oub? :)

Edited by Selс@n
Link to comment
Share on other sites

Siz 80-90 illik bir insan omru erzinde, ve ya bir neche minillik siviliasiya dovrunde yeni novun ortaya cixmasini gozleyirsinizse, sizin heqiqeten de tekamulden xeberiniz yoxdur.

iki kelme tekamulunuzden yazacaqsiz? adama ele savadsiz deyirsizki.insan ozunden yazmagi ve oxumagi bacarmir deye wubhelenir. mene maraqlidi ne tekamuldu o faktlarla please.. yoxsa men bele dusundum.o olmadi bu oldu.o biri olmasa bu biri olacaq.birdeki sizde bir adet var.ne olsa elmin ustine atirsiz.elm bele dedi elm ele dedi.bes sizin dusunceniz .?

Link to comment
Share on other sites

80-90 il niyə? insan 80-90 il əvvəl peyda oub? :)

Taaaa dunyanin 6 gun erzinde yarandigini deyen insandan ne gozleyirsen )))))))))) Edited by azda
Link to comment
Share on other sites

iki kelme tekamulunuzden yazacaqsiz? adama ele savadsiz deyirsizki.insan ozunden yazmagi ve oxumagi bacarmir deye wubhelenir. mene maraqlidi ne tekamuldu o faktlarla please.. yoxsa men bele dusundum.o olmadi bu oldu.o biri olmasa bu biri olacaq.birdeki sizde bir adet var.ne olsa elmin ustine atirsiz.elm bele dedi elm ele dedi.bes sizin dusunceniz .?

Ne edim? Butun tekamul nezeriyyesini burada yazim? Zehmet cekib oxuya bilersiniz. Burada menim, senin dusuncen deye bir sey yoxdu. Elmin uatune de hec ne atmiram. Sadece, elmin serhedi ve sonunun olmadigini vurgulamaga calisiram. Dusuncem elmden yanadi. Mecbur deyil ki, her seyi bilem. Lazim olduqda axtarip tapib oxuyuram. Sizsiniz her seyi allahin ustune atan. Isiniz gucunuz de ancaq neche esr bundan evvel deyilmis sozlerin sehih olmadigini arasdirmaqdir.

Link to comment
Share on other sites

Her halda novlerin deyismesini gore bilmek ucun 100000, milyon iller teleb olunur. Indi gelib burda bir novden basqa nove kecmeye eyani numune isteyirsiniz.

deməli təkamül milyon illər əvvəl olub, insan da milyon illər əvvəl meymundan təkamül edib ona görə də təkamülə sübut yoxdur. 

Link to comment
Share on other sites

museyub elekber nə mətn yazmişdız ki nəticə çıxardım? siz elə nəticəni yazmışdız. 

"Her halda novlerin deyismesini gore bilmek ucun 100000, milyon iller teleb olunur. Indi gelib burda bir novden basqa nove kecmeye eyani numune isteyirsiniz."

Link to comment
Share on other sites

Yuxarıda qeyd edirlər ki, təkamül nəzəriyyə deyil . Bəs nədir?

Sübuta yetirilmiş bir həqiqətdir??? 

Amerikada təkamül nəzəriyyəsi tərəfdarları, ateist və müxtəlif elm sahələri adamları arasında aparılmış bir sorğunu sizə təqdim edirəm...(ingilis dilindədir, altında türk tərcüməsi ilə).

 

http://www.youtube.com/watch?v=oaP-qHnjIgs

Link to comment
Share on other sites

Ne edim? Butun tekamul nezeriyyesini burada yazim? Zehmet cekib oxuya bilersiniz. Burada menim, senin dusuncen deye bir sey yoxdu. Elmin uatune de hec ne atmiram. Sadece, elmin serhedi ve sonunun olmadigini vurgulamaga calisiram. Dusuncem elmden yanadi. Mecbur deyil ki, her seyi bilem. Lazim olduqda axtarip tapib oxuyuram. Sizsiniz her seyi allahin ustune atan. Isiniz gucunuz de ancaq neche esr bundan evvel deyilmis sozlerin sehih olmadigini arasdirmaaqdir.

axirinci cumleni chox serrast dediniz)))
Link to comment
Share on other sites

Xaiş edirəm ki,aləmi bir-birinə qatmayaq.Elmin öz yeri var,imanınsa öz yeri var.Adi bir misal çəkim:mənim elmi biliklərim nə qədər dərin olsa da,lap belə, inanılmaz dərəcədə yüksək bir aykyu səviyyəsinə sahib olsam da,bu, mənim elementar şeylərdən həzz almağımda heç bir rol oynamır.Elm - beyin,iman - ürəkdir.Birinin yoxluğu,digərinin fiaskosudur.Öz həyat təcrübəniz,buna bariz bir nümunədir.Hər bir insan,bir işi gördüyü və ya hansısa addımı atdığı zaman,ya ürəyi ilə,ya da beyni ilə hərəkət edir.Üçüncülər isə hər ikisi ilə hərəkət edir.Mən həmin o "üçüncülərin" cərgəsindəyəm.Nə elmi,nə də Allahı günahlandırın(yəni ki,onun yoxluğunu).Əgər günahlandırılacaq birisi varsa,o da bəşər övladının özü - insandır.Çünki uşaq zorlayan mollalar,nadanları aldadan "dindarlar",milyonlarla insanların məhvinə səbəb olan icadların alimləri və s.Bunların hamısı,bizim simamızdır.Biri əlillər üçün əvəzedici vasitələr icad edəndə,digəri nüvə silahının inkişafına bütün ömrünü sərf edir."Albert əvvəl kəşf edib,sonra da başına döyürdü".Demək istədiyim odur ki,əsl cavabdan yayınmağa çalışmayaq...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 34 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 29 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
        • Like
      • 100 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Red Heart
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 702 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...