Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycan Dilinin Qrammatikası - Faq


Sunyata

Recommended Posts

Azərbaycan dili  ilə  bağlı  forumda bir   neçə  mövzularımız olub.   Bu mövzunu sırf praktik fayda üçün  yaradıram.   İstifadəçilərin də  köməyinə arxalanıram.  Bu mövzunu  çox lakonik  şəkildə, əsasən dilimizdə olan və   forumda bizim gündəlik   istifadə  etdiyimiz bəzı nüansları   qeyd etməklə  inkişaf etdirək. 

 

Forumçularımızın savadına şübhəm yoxdur , amma hərdən hansısa qayda haqqında tərəddüd edirik.  Bu halda   interneti və  evdə olan kitablarımızı  ələk - vələk  etməkdənsə , bu mövzuya müraciət edə bilərdik.  Təbii ki,   hamınız  bu "ələk -vələk"dən gəlidyiniz kiçik  nəticələri  bura yazsanız ))

 

Təklif edirəm ki, buraya uzun - uzadı  copy -paste`lər deyil , çox lokanik -  bir iki cümlədən ibarət  olan qayda və ya yeri gələrsə  linklər verək .  Təcrübə sübut edir ki, uzun uzadı  postlar,  adətən , oxunmur ((

 

Qısa və aydın-  bu müasir dövrdə ( İnternet erasında ) anlaşılmaq üçün  olan ən  əsas  üslubdur. 

 

Beləliklə  , irəli  !   Mövzunu , təbii ki,   anı olaraq doldurmaq fikrim də yoxdur .  Sadəcə,  yeri gəldikcə , dilimizin qrammatikasında müəyyən "kəşflər"  və ya yaddaşımızın dərinliklərindən nə isə  əldə  etdikcə  , qısa formada bu mövzuya yerləşdirək.

 

P.S.  Forumda çox savadlı , qrammatik qaydalara  əməl etməklə yazmaq elə də vacib deyil , ( İMHO ) çünki  bura rəsmi dövlət orqanı da deyil.  Hərdən zarafatla sözləri  bilərəkdən təhrif  də edirik , başqa dillərdən sözləri də  olduğu kimi əlavə edirik . Bunlar hamısı  normaldır.   Amma  bu , dilimizin qaydalarına yiyələnməyə  mane olmamalıdır.   Hamıya uğurlar !

Edited by Sunyata
Link to comment
Share on other sites

İlk  öncə   iki link  verirəm . Bunların çox praktik  faydası var.  özüm də  arada baxıram : 

 

Azərbaycan dilinin online orfoqrafik  lüğəti -  http://azerdict.com/orfoqrafiya/

 

Azərbaycan dilinin online izahlı  lüğəti  -  http://azerdict.com/izahli-luget/

Edited by Sunyata
Link to comment
Share on other sites

Cümlədə təkrar  olunan  ya, gah, həm, nə, istər bağlayıcılarından  əvvəl  ( birincisindən başqa) vergül qoyulur.

Arif  həm  işləyir, həm də oxuyurdu.

 

 Cümlədə təkrar olunan   da,də   bağlayıcılarından sonra  (sonuncusundan başqa)  vergül qoyulur.

 

Müəllim də, valideyn şagird üçün çalışır. 

 

 

 

Edited by Sunyata
Link to comment
Share on other sites

Amma,  ancaq, lakin- bağlayıcıları cümlənin ortasında gələrsə, onlardan əvvəl və sonra vergül işarəsi qoyulur

 

Amma , lakin , ancaq   -   cümlənin  axırında ola bilməz.  Ortada olanda  vergül  onlardan əvvəl qoyulur. 

 

Məs.  -    O ayağa qalxdı, lakin danışmadı.

Link to comment
Share on other sites

o ayağa qalxdı, pauza  lakin,  pauza danışmadı

 

Məncə  bu  halda "lakin"dən  sonra vergül qoyulmur, lakin mübahisə  etməyəcəyəm.  Dəqiqləşdirərik ))   

 

P.S.  Əgər bu cümlədə "lakin"  olmasaydı , onda   pauza əvəzinə vergül qoyulardı. 

Edited by Sunyata
Link to comment
Share on other sites

Məncə  bu  halda "lakin"dən  əvvəl  vergül qoyulmur, lakin mübahisə  etməyəcəyəm.  Dəqiqləşdirərik ))   

 

P.S.  Əgər bu cümlədə "lakin"  olmasaydı , onda   pauza əvəzinə vergül qoyulardı. 

Bu cümlə LAKİN-siz yarımçıqdır

Link to comment
Share on other sites

Bu cümlə LAKİN-siz yarımçıqdır

 

Mürəkkəb cümlənin formasıdır .  Mürəkkəb cümlələr   öz aralarında bağıayıcı və ya vergüllə də  birləşən sadə cümlələrdən ibarət  ola bilər.  

Edited by Sunyata
Link to comment
Share on other sites

Amma,  ancaq, lakin- bağlayıcıları cümlənin ortasında gələrsə, onlardan əvvəl və sonra vergül işarəsi qoyulur

 

Durğu işarələrinin düzgün istifadəsinə dair ( punktuasiya ) bir maraqlı və mötəbər mənbə tapdım - təəssüf ki, evdə bu barədə kitablarım yoxdur - oradan :

 

Cümlənin içərisində olan amma, ancaq, lakin, hətta, yəni, o cümlədən, həmçinin, habelə, halbuki, çünki, yoxsa, ona görə ki, eyni zamanda, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Göyün üzünü bulud aldı, amma yağış yağmadı. Vaxtında gəl, yoxsa içəri keçə bilməzsən.

 

 

İsmayıl MƏMMƏDLİ,

Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü,

filologiya elmləri doktoru, professor

Azərbaycan.-2014.-27 aprel.-S.9.

 

Məqalə tam həcmdə burada - http://www.anl.az/do...14/aprel/74.htm

 

Hiss edirəm ki, bu məqaləyə dönə -dönə müraciət edəcəyəm )) Məqalədən lakonik formada çox vacib qaydaları burada yazacağam. Ümid edirəm ki, professorun mötəbərliyinə heç kim şübhə etməz ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Yəni sözü də həm bağlayıcı, həm ədat kimi işlənir. Bu zaman cümlədə bağlayıcıdan əvvəl vergül yazılır. Ədatdırsa, heç bir durğu işarəsi qoyulmur.

 

Məs.: Kənd ağsaqqalı cavanları, yəni: Mürsəli, Nadiri, Akifi məsləhət gördü (bağlayıcı). Mən Vüqarı, yəni qardaşımı gözləyirəm (bağlayıcı). Bu barədə yəni heç kəsə bir söz deməmisən? (ədat). Yəni bu çox pis işdir? (ədat).

 

Həmin mənbədən .  

 

P.S.  Bu qayda mənim özümə  daha çox aiddir , çünki "yəni"   sözünü tez -tez işlədirəm . ))

Edited by Sunyata
Link to comment
Share on other sites

ki  -  bağlayıcısından sonra vergül qoyulur.

 

"Ki"  barədə  bir düzəliş   -   Ki həm ədat, həm də bağlayıcı kimi işlənir. Ki əgər ədat vəzifəsindədirsə, ondan sonra vergül yazılmır.

 

Məs.: Başa düşmədiyiniz bir şey yoxdur ki? (ədat). 

Məs.: Söz ki var, quş kimidir, buraxarsan uçar (ədat).

 

Həmin məqalədən .

Edited by Sunyata
Link to comment
Share on other sites

"O" , "Bu"  əvəzliklərinin istifadəsində  vergül işarəsinin qoyulma qaydaları :  

 

1.Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa (feli sifət və modal sözlərdən başqa) , qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.  

 

Məs.  Bu, mənim dostumdur. O, çox çalışır 

Məs.  O getdi. Bu həm də tələbədir. O nə yaxşı oğlandır?! O necə də yaxşı cavab verdi?!  

 

2. O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoymaq olmaz.

 

 Məs. O işi mən görməliyəm. Bu tapşırığı düz yazmamışam.  

  

Məqalədən.

Edited by Sunyata
Link to comment
Share on other sites

Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur.

 

Məs. O, əlbəttə, (modal söz) sənə inanır. Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır

 

Həmin məqalədən. 

Edited by Sunyata
Link to comment
Share on other sites

Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur.

 

Məs. O, əlbəttə, (modal söz) sənə inanır. Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır

 

Həmin məqalədən. 

 

Qeyd etmək istərdim ki, burada əvəzlikdən sonra gələn vergül həmin əvəzliyin yox, modal sözün vergülüdür. Ümumiyyətlə, modal sözlər həmişə "ətrafdan" vergüllə ayrılır.

Link to comment
Share on other sites

Bir də, "eliyəcəm", "gəlmiyəcəm" yox, eləyəcəm, gəlməyəcəm yazılmalıdır. Və ən əsası, "da", "də" haqqında, əgər sözə sual verildikdə, o, "Nədə?", "Kimdə" və "Harada" suallarına cavab verirsə, deməli "da", "də" şəkilçidir, və söz ilə bitişik yazılmalıdır.

Məsələn: Çantamı evdə qoymuşam. (Harda?)

Və: Mən də bu gün dərsə gəlməyəcəm. (Kim?)

Link to comment
Share on other sites

Bir də, "eliyəcəm", "gəlmiyəcəm" yox, eləyəcəm, gəlməyəcəm yazılmalıdır. Və ən əsası, "da", "də" haqqında, əgər sözə sual verildikdə, o, "Nədə?", "Kimdə" və "Harada" suallarına cavab verirsə, deməli "da", "də" şəkilçidir, və söz ilə bitişik yazılmalıdır.

Məsələn: Çantamı evdə qoymuşam. (Harda?)

Və: Mən də bu gün dərsə gəlməyəcəm. (Kim?)

 

Gəlməyəcəm yox , gəlməyəcəyəm ))

Link to comment
Share on other sites

Xahiş edirəm, mənə "ki" bağlayıcısı haqqında keçid verin, oxuyum.

 

4 və 16 - cı  postlarımda vergülün qoyulması haqqında məlumat var.   Bağlayıcılar barədə (  o cümlədən də "ki" )  haqqında daha geniş  -  məs.  buradan oxuya bilərsiniz   - http://ahiska-az.narod.ru/d21.htm

 

 Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Bu bağlayıcılar tabeli mürəkkəb cümlənin budaq cümləsini baş cümləyə müxtəlif cəhətlərdən aydınlaşdırma mə'naları ilə bağlayır. Məs: Aydın idi ki, Məmməd rayona getməyəcək. Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu, belə ki, hamı razı qaldı və s.

 

Bundan əlavə,  buradan  - http://www.qkazimov.gen.az/arxiv/74.htm

 

Ki - izahedici, aydınlaşdırıcı bağlayıcıdır. Ki bağlayıcısı bə’zən yalnız intonasiyanın iştirakı ilə baş və budaq cümlə arasında əlaqə yaradır, başqa bir vasitə olmadan budaq cümləni baş cümləyə bağlayır və bu zaman budaq cümlənin növü cümlənin qrammatik semantikası, baş cümlədən doğan sual əsasında müəyyənləşir; məs.: Mə’lumdur ki, kor koru bəyənməz, Gəlmişəm ki, sizi məsələdən xəbərdar edim

Edited by Sunyata
Link to comment
Share on other sites

«Nitq mədəniyyəti»ndən nitqin mədəniyyətinə

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=35373

 

Azərbaycan yazı dilində elə hadisələr var ki, tamamilə məntiqsizdir; məsələn, bugünkü orfoqrafiya prinsiplərinə görə, bugün və ya bu gün söz və ya söz birləşməsini ancaq bir formada (bu gün) yazırıq. Şifahi dildə təbii şəkildə yerinə görə fərqləndirilən, heç bir məntiqsizliyə, yaxud qüsura imkan verməyən bu hadisə yazı dilində fərqləndirilmir ki, bu da, nəticə etibarilə, dil təfəkkürü səviyyəsində inkar olunur. Müqayisə edək:
1) Mən bugün işə gedəcəm.
2) Yanvarın 1- i istirahət günü olduğuna görə bu gün iş günü deyil.
Birinci halda "bugün" bitişik, ikinci halda isə "bu gün" ayrı yazılacaqdır. Ona görə ki, birinci halda söhbət rusların "seqodnya", ingilislərin "tudey" dedikləri bir söz- anlayışdan, ikinci halda isə birinci növ təyini söz birləşməsindən gedir.
Link to comment
Share on other sites

«Nitq mədəniyyəti»ndən nitqin mədəniyyətinə

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=35373

Azərbaycan yazı dilində elə hadisələr var ki, tamamilə məntiqsizdir; məsələn, bugünkü orfoqrafiya prinsiplərinə görə, bugün və ya bu gün söz və ya söz birləşməsini ancaq bir formada (bu gün) yazırıq. Şifahi dildə təbii şəkildə yerinə görə fərqləndirilən, heç bir məntiqsizliyə, yaxud qüsura imkan verməyən bu hadisə yazı dilində fərqləndirilmir ki, bu da, nəticə etibarilə, dil təfəkkürü səviyyəsində inkar olunur. Müqayisə edək:

1) Mən bugün işə gedəcəm.

2) Yanvarın 1- i istirahət günü olduğuna görə bu gün iş günü deyil.

Birinci halda "bugün" bitişik, ikinci halda isə "bu gün" ayrı yazılacaqdır. Ona görə ki, birinci halda söhbət rusların "seqodnya", ingilislərin "tudey" dedikləri bir söz- anlayışdan, ikinci halda isə birinci növ təyini söz birləşməsindən gedir.

Çox sağolun! =)

Link to comment
Share on other sites

Çox sağolun =) Bu haqda da mənə keçid verə bilərsiniz, xahiş edirəm? =)

 

Məsələn , elə  burada   -   http://az.wikipedia.org/wiki/Feil

 

- Qəti gələcək fellərə -acaq, -əcək(yacaq, yəcək) şəkilçisi artır-maqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir. Məsələn:

  • I al-acağ-am al-acağ-ıq ək-əcəy-əm ək-əcəy-ik
  • II al-acaq-san al-acaq-sınız ək-əcək-sən ək-əcək-siniz
  • III al-acaq al-acaq-lar ək-əcək ək-əcək-lər
Edited by Sunyata
Link to comment
Share on other sites

Qeyri-qəti gələcək zaman forması felin sonuna -ar2 (-yar2, saitlə bitən fellərdə) şəkilçisi artırmaqla düzəlir. 

 

I al-ar-am  al-ar-ıq   gəl-ər-əm  gəl-ər-ik

 

II al-ar-san  al-ar-sınız    gəl-ər-sən  gəl-ər-siniz

 

III al-ar  al-ar-lar    gəl-ər  gəl-ər-lər

 

Saitlə bitən iki və daha çox hecalı fellərdəki son saitlə bu şəkilçinin sait hərfi birləşə bilir. Məsələn, söylə(mək)-söylərəm (söyləyərəm), söylərsiniz (söyləyərsiniz)

 

 

 

P.S. Bir şeyi də hamının nəzərinə çatdırmaq istəyirəm ki, inkar formada bu şəkilçi 2-ci və 3-cü şəxslərdə dəyişikliyə uğrayaraq

-mazsan2 (-mazsınız2), -maz2 (-mazlar2) kimi deyilməli və yazılmalıdır. 

 

I al-mar-am  al-mar-ıq   gəl-mər-əm  gəl-mər-ik

 

II al-maz-san  al-maz-sınız    gəl-məz-sən  gəl-məz-siniz

 

III al-maz  al-maz-lar    gəl-məz  gəl-məz-lər

 
Çoxları bu qaydaya əməl etmir və "almarsan", "gəlmərsiniz" kimi işlədir.
Link to comment
Share on other sites

Yoldaşlar, "əksik" yox, "əskik". "Biruzə" yox, "Büruzə". Bir də mən sual verim, bəzi kitablarda "bekar" yazılır, fəqət son zamanlar Qanun nəşriyyatı yeni kitablarında "bikar" yazır, söz fars mənşəlli olduğundandır deyirlər. Hansı önşəkilçi istifadə edilməlidir: "be", ya "bi", mənə elə gəlir ki "bi" önşəkilçisi daha doğrudur, çünki inkar mənasını bildirir. Məsələn: Bisavad, bikef və s.

Link to comment
Share on other sites

Yoldaşlar, "əksik" yox, "əskik". "Biruzə" yox, "Büruzə". Bir də mən sual verim, bəzi kitablarda "bekar" yazılır, fəqət son zamanlar Qanun nəşriyyatı yeni kitablarında "bikar" yazır, söz fars mənşəlli olduğundandır deyirlər. Hansı önşəkilçi istifadə edilməlidir: "be", ya "bi", mənə elə gəlir ki "bi" önşəkilçisi daha doğrudur, çünki inkar mənasını bildirir. Məsələn: Bisavad, bikef və s.

 

 

bikef, bisavad - kefsiz, savadsız deməkdir, yəni inkar

bəs bikar nədir o zaman....

bekar - yəni boş (asudə) vaxtı olandır, bəs bikar nədri?

 

Bikar olmalıdır.   Bi ( farsca inkar )  kar (farsca - iş )  -   işsiz / gücsüz.

Link to comment
Share on other sites

Dilimizlə bağlı daha bir elektron   mənbə    -    http://www.qkazimov.gen.az/arxiv/index1.htm

 

 

 

Qəzənfər Şirin oğlu Kazımov

MÜASİR AZƏRBAYCAN DİLİ
SİNTAKSİS

Ali məktəblər üçün dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir

Edited by Sunyata
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 13 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 31 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Milli
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...