Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Azsektor”Da Oxuyanlar


Recommended Posts

 Bizlər - ana dili azərbaycanca olan insanlar bir faktı çox təəssüflə boynumuza almalıyıq. Biz öz dilimizi paytaxtımızın kinoteatrlarında eşidə biləcəyimiz səviyyəyə gətirib çıxara bilməmişik. Problem tək kinoteatrla bitirmi? Filarmoniyadakı konsertlərin, teatrlarda tamaşaların antraktı zamanı hansı dili eşidirikʔ Sərgilərdə ətrafdan hansı dil daha çox səslənirʔ Rus dili. Demək problem tək kinoteatrlarla bitmir. Ümumiyyətlə, Azərbaycan dilinin mədəni həyatda iştirakı problemi var. 

 

 Neçə ay əvvəl BP şirkətinin təşkilatçılığı ilə Tarix muzeyi və İncəsənət muzeyi öz qapılarını bir həftəlik, yoxsa on günlük vətəndaşların üzünə açmışdı. Tarix muzeyinin bələdçisi yana-yana deyirdi ki, bundan əsasən rusdilli ailələr və rus sektorunun uşaqları istifadə edir. Bəlkə də, elə məsələnin çözümü burdadı: elə görünən də odur ki bu xalqın nümayəndələrini rus sektoruna, türk liseyinə, hətta mədrəsəyə belə qoyursan, bitirəndə görürsən ki pis-yaxşı nəsə bir dəyəri var, ümumi dünyagörüşü pis deyil və s. Di gəl ki “azsektor”da oxuyanların əksəriyyəti sonradan özünümaarifləndirmə ilə məşğul olmalıdı. Hələ mən “süpürgə pulu travmaları”nı demirəm. Demək, bəlkə də, əvvəlcə azərbaycan dilində keyfiyyətli təhsil sistemi yaratmalıyıq ki, sonradan bu sistemin yetişdirəcəyi nəsillər dilimizi mədəni həyatda təmsil etsin.

 

http://kult.az/yeni/view/4353

 

Link to comment
Share on other sites

Ümumiyyətlə, Azərbaycan dilinin mədəni həyatda iştirakı problemi var.

http://kult.az/yeni/view/4353

Mən bu cümləni başqa cür yazardım. Azərbaycandillilərin mədəni həyatda iştirakı problemi var. Heç kim onlara teatra, kinoya, konsertə, sərgilərə gedib öz aralarında Azərbaycan dilində danışmağa mane olmur. Sadəcə,getmirlər. Maraq göstərmirlər. Təhsil sistemindəki problemıər isə hər iki sektora aiddir.

Link to comment
Share on other sites

ne qeder ki,tehsil sisteminin bashi ve budaqlarinda sheherde dogulub-tehsil almish,shexsiyyetine sheher medeniyyeti sirayet etmish minimum 70-ci illerin nesilleri oturmayacaq tehsilin keyfiyyetinden hech ne gozlemeyin!

təhsilin başında siz deyən kriteriyaya uyğun nazir əyləşib, amma heç bir möcüzə baş vermədi. Səbəb daha dərindədi((

Link to comment
Share on other sites

 Bizlər - ana dili azərbaycanca olan insanlar bir faktı çox təəssüflə boynumuza almalıyıq. Biz öz dilimizi paytaxtımızın kinoteatrlarında eşidə biləcəyimiz səviyyəyə gətirib çıxara bilməmişik. Problem tək kinoteatrla bitirmi? Filarmoniyadakı konsertlərin, teatrlarda tamaşaların antraktı zamanı hansı dili eşidirikʔ Sərgilərdə ətrafdan hansı dil daha çox səslənirʔ Rus dili. Demək problem tək kinoteatrlarla bitmir. Ümumiyyətlə, Azərbaycan dilinin mədəni həyatda iştirakı problemi var. 

 

 Neçə ay əvvəl BP şirkətinin təşkilatçılığı ilə Tarix muzeyi və İncəsənət muzeyi öz qapılarını bir həftəlik, yoxsa on günlük vətəndaşların üzünə açmışdı. Tarix muzeyinin bələdçisi yana-yana deyirdi ki, bundan əsasən rusdilli ailələr və rus sektorunun uşaqları istifadə edir. Bəlkə də, elə məsələnin çözümü burdadı: elə görünən də odur ki bu xalqın nümayəndələrini rus sektoruna, türk liseyinə, hətta mədrəsəyə belə qoyursan, bitirəndə görürsən ki pis-yaxşı nəsə bir dəyəri var, ümumi dünyagörüşü pis deyil və s. Di gəl ki “azsektor”da oxuyanların əksəriyyəti sonradan özünümaarifləndirmə ilə məşğul olmalıdı. Hələ mən “süpürgə pulu travmaları”nı demirəm. Demək, bəlkə də, əvvəlcə azərbaycan dilində keyfiyyətli təhsil sistemi yaratmalıyıq ki, sonradan bu sistemin yetişdirəcəyi nəsillər dilimizi mədəni həyatda təmsil etsin.

 

http://kult.az/yeni/view/4353

 

Məqalədki  bu hissə  zənnimcə  çox vacib  bir problemə toxunub   -  

 

Bu günlərdə bərbərxanadaydım, televiziyada azərbaycanca dublyaj olunmuş film gedirdi, müştərilərdən biri - gənc vətəndaş belə reaksiya verdi: "anamcanı, bizim dil filmi öldürür e.." Bu fikirlə azərbaycanlıların mütləq əksəriyyəti haqlı olaraq razılaşa bilər. Bizim dublyajlar doğrudan da keyfiyyətsizdir. Çünki oradakı dil, doğrudan da, ölü dildir.

 

Söhbət hətta heç  dublyajda da deyil.  Müasir azərbaycan danışıq dili , xalq dili , ara dili  ilə -   ədəbi ,  rəsmi dil arasında çox böyük fərq var .  Bu fərq bütün dillərdə  olsa da , amma böyük də deyil . Yəni, maksimum səviyydə  yaxındırlar.  Amma bizim dildə  sanki arada uçurum var.  Bunun da fəsadları göz önündədir.  Ara dilində , sadə xalq dilində danışan insan   o dəqiqə  savadsız və  primitiv hesab olunur.  Bunları yazmaqla demək istəmirəm ki, hamı  (  hətta ədəbi dildə öz fikirlərini gözəl ifadə etməyi bacaranlar da ) sadə və primitiv dilə  keçməlidirlər .  Əsla yox ,  hərəkət hər iki tərəfdən olmalıdır.  Ədəbi , xüsusilə də rəsmi dillə xalq dilini  bir  birinə  yaxımlaşdırmaq lazımdır .  Xalqda xüsusi  ilə sevilərək  istifadə olunan sözlər   ədəbi  olmasa da normal rəsmi  dildə istifadə olunmasına icazə verilməlidir.  

Başqa bir məsələ -   hər bir ədəbi və rəsmi  dil , həmin dilin  canlı  ləhcələrinin birinin üzərində ( əsasən ) qurulur.  Yəni, heç  bir ləhcəsi olmamaq da dilin ölülülüyünə  xidmət edir.  Çünki , bu ləhcəsiz dil hamı üçün göydən düşmə olur.  canlı dilin arxasında daha çox məlumat yükü olur.  

 

Azərbaycan üçün -   Bakı ləhcəsinin bəzi  elementlərini  rəsmiləşdirsələr , dil daha canlı olardı . Yaxud , tutaq kı  , Bakı - Gəncə  qarışıq ləhcəsi  və s.  variasiyalar da mümükündür. 

 

Bu mənim subyektiv fikrimdir , bəlkə də yanılıram...

Edited by Sunyata
Link to comment
Share on other sites

niyə belə olur? 

səbəbini aşırı mühafizəkarlıqda, nüfuzluqda, avtoritarlıqda görürəm. Bizim məişət-ailə münasibətlərimizdə böyüyün mənəvi basqısı böyükdür. Uşaqlar erkən yaşdan böyüklərin mənəvi təcavüzü altında böyüyürlər - olmaz! camaat nə deyər! uşaqsan, mən dediyim kimi etməlisən, çünki mən daha yaxşı bilirəm! və bu kimi yaşam qaydaları.  

 

təbii ki, özü özünü dar, qapalı mühitə gömmüş bir müəllim, valideyn özü kimi qapalı və mühafizəkar insan yetişdirir.  

Link to comment
Share on other sites

Gənclərimizdən ana dilini doğru dürüst bilməyən coxlari vardır təəssüf ki, bunlar ana dillərinə laqeydlik edib  Rus və ya ingilis dilinə yönəlirlər , lakin öz ana dilinə hakim olmadan başqa heç bir dilə hakim ola bilməzsən. Uşağa ilk öyrədiləcək şey budur, ancaq ana dilini öyrəndikdən sonra o uşaq düşüncə və anlayışa qabiliyyəti baxımından inkişaf edə bilər. Ailədə  öz ana dilindən tam olaraq  istifadə edərsə , ailə ana dilinə lazım olan dəyəri göstərirsə, o ailədə yetişən uşağın ana dilini sevməməsi öyrənməməsi  mümkün deyil. 

Həm də rüşvərxorluğun baş alib getdiyi bir dönəmdə nə savad nə təhsil , şagird müəllimin üzünə çixmağa sifəti ola ki bildiyini ortaliğa çixarsin.Müəllim gözünü şagirdin cibinə acgözlüklə dikəndən sonra heç bir təhsil səviyyəsindən , bilikdən söhbət gedə bilməz.

Edited by azda
Link to comment
Share on other sites

Bir dövlətin, bir xalqın özünün dili olması qədər gözəl heç nə yoxdur. mən öz dilimizn olmağının dəyərini ölkədən xaricə çıxanda hiss etdim. Heç də hər kəsin öz dili yoxdur. dilimizn qədrini bilək, qoruyaq  və inkişaf etdirək.

Link to comment
Share on other sites

Burada çox məsələlər var ki, diqqətə çatdırmalıyıq. Birincisi budur ki, bu elə sovet vaxtından yaradılmış bir siyasət idi, hələ də məktəblərdə dərs deyən beyinlərdə qalır və bir-birinə ötürülür. Bu da odur ki, rus bölməsinin uşaqları məktəbin necə deyərlər avanqardıdır. İkinci məsələ də budur ki, hələ də dərsliklərdə uşaqlara bunu təbliğ edən materiallar yoxdur. Amma şəxsi təcrübəmdən bir şey deyim, oxuduğum qrupda həm rus, həm də Azərbaycan bölməsindən tələbələr var, amma qrupda həm dünyagörüşünə görə, həm də tədrisə münasibətinə görə Azərbaycan qrupunun uşaqları daha irəlidədir.

Link to comment
Share on other sites

Men siz dediyiniz azsektoru bitirmiwem,yawimda ele cox deyil.amma burda yazilanlardan,acilan movzulardan bele qerar vere bilerem ki,hecde rus sektoru ve ya sovet sistemi tehsili gormuw insanlardan az bilmirem.Hadiselere ferqli yanawma ola biler,amma neyise bilmemek,ya da ewitmemek ,bele olmayib.BIrdeki mence EYnwteyni emisi oqlu bilen o xanim ele deyesen sovet sisteminin tehsilini almiwlardandi,yani o neslin numayendelerinin icinde hetta Eynwteyni tanimayanlar da var.Oxumaq isteyen ucun sektor ferqi yoxdu mence.

Link to comment
Share on other sites

Burada çox məsələlər var ki, diqqətə çatdırmalıyıq. Birincisi budur ki, bu elə sovet vaxtından yaradılmış bir siyasət idi, hələ də məktəblərdə dərs deyən beyinlərdə qalır və bir-birinə ötürülür. Bu da odur ki, rus bölməsinin uşaqları məktəbin necə deyərlər avanqardıdır. İkinci məsələ də budur ki, hələ də dərsliklərdə uşaqlara bunu təbliğ edən materiallar yoxdur. Amma şəxsi təcrübəmdən bir şey deyim, oxuduğum qrupda həm rus, həm də Azərbaycan bölməsindən tələbələr var, amma qrupda həm dünyagörüşünə görə, həm də tədrisə münasibətinə görə Azərbaycan qrupunun uşaqları daha irəlidədir.

 

Sözünüzün sonu əvvəlini təkzib edir. Elə özünüz nümunə gətirdiniz ki, qurupunuzda oxuyanlardan az sektor uşaqları daha irəlidədir. Rus sektorunu qurtaranlar göydən göy zənbillə düşmürlər. Eyni xalqın övladlarıdırlar. Sadəcə bizdə irəlidə olan sünii şəkildə ruslaşmış ananın dilinə olan ögey münasibətdir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Red Heart
        • Like
      • 5 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Upvote
        • Thanks
        • Like
      • 46 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Haha
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Downvote
      • 305 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Like
      • 306 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...