Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İslamda Qadın Hüquqları

Recommended Posts

Allah qadınları çox yüksək qiymətləndirir. O, qadınları övlad, ana, həyat yoldaşı kimi dəyərləndirərək onlara kişilərə verilməyən bir çox hüquqlar və üstünlüklər vermişdir. Islamda qadın haqqında yanlış fikirlərin bəziləri islama aid olmayan adətlərin islama aid edilməsi ilə bağlıdır. Müasir insanlar Allahın qanunlarına əməl etmir, islamaqədərki adətlərin təsiri altına düşmüşlər. Əsl islam əxlaqı hökm sürən cəmiyyətdə qadınlara yüksək hörmət göstərilir.

İslamdan əvvəl yeni doğulmuş qız uşaqlarını diri basdırmaq, müasir dövrdə çox yayılmış ana bətnində qızların öldürülərək yaşamaq hüququndan məhrum etmək islam tərəfindən qadağan olunur.

Allah Quranda kişilərə qadınların hüquqlarını tapdalamamağı əmr edir.Qızları məcbur ərə vermək, onları qaçırtmaq haramdır. Qadının həyat yoldaşı onu maddi təmin etməlidir və hətta boşandıqdan sonra da onun qayğısına qalmağa borcludur. Allah qadınlara miras almaq hüququ, mülkiyyətçi olmaq hüququ vermişdir.

Qadınları gücləri çatmayan işə vadar etmək islamda qadağan olunmuşur. Bu həm dini, həm də dünyəvi işlərə aiddir. Onlarla hər hansı işə dəvət edərkən ehtiyatla olmaq, hikmət və nəsihətlə davranmaq buyrulmuşdur.

İslamda qadınların təhsilinə mane olmağa icazə verilməmişdir. Əksinə onlara bu işdə kömək etmək bəyənilir.

Müasir ailələrdə yayılmış qadınların qohumları ilə əlaqə saxlamaq istəyinə qarşı çıxılması islama görə doğru deyil. Qohumluq əlaqələrini möhkəmləndirmək islamın vacib hökmlərindəndir, islamın vacib hökmlərində qadına heç bir məhdudiyyət qoymaq olmaz.   

Bir çoxları islamda çoxarvadlılıq məsələsinə daim irad tutur, bunu qadın hüquqlarının tapdalanması kimi qəbul edirlər. Ən əvvəl demək lazımdır ki, islamda 4 qadınla evlənmək məcburu xarakter daşımır. Ailədə mövcud vəziyyətdən asılı olaraq bu addım atıla bilər. Bu zaman ən vacib şərt, qadınlar arasında ədalətin qorunub saxlanılmasıdır ki, bu da çox məsuliyyət tələb edir. Yalnız bu vacib şərtə əməl olunduqda birdən artıq qadınla evlənməyə icazə verilir. Bəzi kişilərin qeyri-rəsmi olaraq bir neçə qadınla yaşaması bu günkü cəmiyyətin reallığıdır. Cəmiyyətin normal qarşıladığı bu vəziyyətdə qadınların hüquqları tapdalanır, cəmiyyətdə əxlaqsızlıq yayılır. İslam qaydaları isə bütün bunları qadağan edir.

İslamda qadından danışılarkən nədənsə qadınların hicab geyinməsi məsələsinə düzgün münasbətin olmadığı görünür. Əvvəl qeyd etmək lazımdır ki, hicab islamdan əvvəl də mövcud olmuşdur. Avropa ölkələrinin bir çoxunda tarixən qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsi ilə xarakterizə olunmuşdur. Zaman keçdikcə tarixi hadisələrin təsirindən hicab tədricən unudulmuşdur. İslam dini isə öz gəlişi ilə bu məsələyə yeni həyat vermişdir. Islam dini qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Hər bir qadın anlamalıdır ki, onun malik olduğu keyfiyyətlər yalnız onun həyat yoldaşı üçündür və onlar başqalarına nümayiş etdirilməməlidir.  

“Müasirləşmə” adı iə aparılan təbliğat əslində qadın hüquqlarının pozulmasıdır, qadının alçaldılmasıdır. İslam qadın hüquqularının yegənə və əvəzsiz qoruyucusudur.

Link to comment
Share on other sites

Islamda qadına qarşı şiddət yoxdur

Quranda qadınla qəddar rəftar etməyə izn verən ayə yoxdur... Əksinə, Quranda kişiyə həyat yoldaşına hörmət etmək, ona xeyirxahlıq göstərmək buyrulub, əgər hətta onu sevmirsə belə! (ayə 4:19)

Peyğəmərimiz buyurmuşdur: "Həyat yoldaşlrınızın hüquqlarını qorumaqda Allahdan qorxun! Çünki onlar sizə Allahın əmanəti olaraq həyat yoldaşı olmuşlar" Peyğəmbərimz(s.a.s) özü də ailə həyatında müxtəlif vəziyyətlərlə qarşılaşmışdır, lakin heç vaxt həyat yoldaşlarına əl qaldırmamışdır... Peyğəmərimiz(s.a.s) buyurmuşdur: "Sizlərdən ən xeyirlinz, ailəsi ilə gözəl rəftar edəndir".

Həm kişinin, həm də qadının ailədə hüquqları vardır. Bəzən isə elə qadın olur ki, ərinə hörmət etmir, onun hüquqlarını düşünmür, öz kefi ilə yaşayır. Bu cür qadınlara Allah (4:34) ayədə əvvəl sözlə nəsihət etməyi, başa salmağı buyurmuşdur. Əgər qadın söz başa düşmürsə, onda onunla yataqda uzaqlaşmağı buyurmuşdur. Əgər qadın o dərəcədə soyuq hisslərə malikdirsə, bu üsul da ona təsir etmirsə, onda üçüncü üsul olaraq ona ağrı yetirmədən vurmaq icazə verilmişdir. Peyğəmərimiz "ağrı yetirmədən vurmaq nədir?" sualına belə cavab vermişdir: "Misvak(təbii diş fırçası) və ya ona oxşar bir şeylə vurmaq".
Göründüyü kimi, islamda qadına qarşı heç bir qəddarlığa izn verilməmişdir, əksinə bu günah sayılır.

Edited by brj
  • Like 1
Link to comment
Share on other sites

İslamda uşaqlarla evlilik yoxdur

Nisa surəsinin 6-cı ayəsində evliliyə həddi-buluğa çatarkən izn verildiyi göstərilir. Həddi-buluğa çatma yaşı isə dövrə, iqlimə, genetik xüsusiyyətlərə və s.-yə görə fərqli olur. Məsələn, orta əsrlərdə Avropada qızlar 12-15 yaşda ailə qururdular və ana olurdular. Şekspirin əsərində Culyettanın anası 15 yaşında qızını tənbeh edir ki, sənin yaşında mən artıq ana idim. 

Hədisə görə Məhəmməd Peyğəmbərin (s.a.s) Aişə ilə 9 yşında evlənməsini əsas tutaraq islamda 9 yaşlı qıza evlənməyə izn verildiyini deyir. Əgər Aişə peyğəmbərə ərə gedərkən uşaq olsaydı, həddi buluğa çatmamış olmasaydı bu həmin dövrdə istər ərəblərin, istər də yəhudi, xrstianların diqqətinə səbəb olardı. Lakin həmin dövrdə bu izdivac heç kimdə təəccüb doğurmamışdı. Deməli, Aişə peyğəmbərimizə ərə gələrkən həddi-buluğa çatmış yaşda olub.

Link to comment
Share on other sites

Islamda qadına qarşı şiddət yoxdur

Həm kişinin, həm də qadının ailədə hüquqları vardır. Bəzən isə elə qadın olur ki, ərinə hörmət etmir, onun hüquqlarını düşünmür, öz kefi ilə yaşayır. Bu cür qadınlara Allah (4:34) ayədə əvvəl sözlə nəsihət etməyi, başa salmağı buyurmuşdur. Əgər qadın söz başa düşmürsə, onda onunla yataqda uzaqlaşmağı buyurmuşdur. Əgər qadın o dərəcədə soyuq hisslərə malikdirsə, bu üsul da ona təsir etmirsə, onda üçüncü üsul olaraq ona ağrı yetirmədən vurmaq icazə verilmişdir. Peyğəmərimiz "ağrı yetirmədən vurmaq nədir?" sualına belə cavab vermişdir: "Misvak(təbii diş fırçası) və ya ona oxşar bir şeylə vurmaq".

Göründüyü kimi, islamda qadına qarşı heç bir qəddarlığa izn verilməmişdir, əksinə bu günah sayılır.

"Ağrı vermədən vurmaq" ı  harada  yazılıb ?  Quranda  "döyün"  yazılıb axı .   Həm də  ki ,  "ağrı vermədən vurmaq"ın texnologiyası  bəs necədir ?  )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

"Ağrı vermədən vurmaq" ı  harada  yazılıb ?  Quranda  "döyün"  yazılıb axı .   Həm də  ki ,  "ağrı vermədən vurmaq"ın texnologiyası  bəs necədir ?  )) 

Quranda məsələn namaz qılın yazılıb amma namazı necə qəlmaq lazımıd hədislərdə yazılıb. Yəni quran tək deyil sünnə də var. Quranda "vurun" yazılıb, Ağrı vermədən vurun", "misvakla vuran kimi" hədisdəndir.

  • Like 1
Link to comment
Share on other sites

Quranda məsələn namaz qılın yazılıb amma namazı necə qəlmaq lazımıd hədislərdə yazılıb. Yəni quran tək deyil sünnə də var. Quranda "vurun" yazılıb, Ağrı vermədən vurun", "misvakla vuran kimi" hədisdəndir.

Deməli , müəyyən günaha görə  ər ,  əvvəl  qadına nəsihət verir , bunun köməyi olmasa  yataqdan uzaqlaşdırır , bunun da köməyi olmasa  "diş fırçası"  ilə yüngülcə  vurur.   Bu cəzanın sərtləşməsinə  oxşamır.  Sonra da deyirsiniz ki,  lağ  edirlər. ))

Axı  burada heç bir məntiq yoxdur . Məntiqlə ,birini  cəzalandırmaq istəyəndə  cəza şiddəti artmalıdır.  Ona görə də   düşünürəm ki ,  orada elə  "döyün"  yazılıb və "döyen"  də  nəzərdə tutulub. 

Sonradan bunun heç də  yaxşı olmadığını  görüb həıdis əlavə ediblər ki , "ağrı olmadan vurun" .   Sadəcə  o dövrlərdə  vəhşilik baş alıb gedirdi  . Ola bilər ki,   "çox bərk döyməyin"   elə özü bir növ qadınların müdafiəsi idi.  Amma indiki zaman üçün bu  artıq ədalətsiz və   qeyri normal praktika sayılır. 

  • Like 1
Link to comment
Share on other sites

Məhəmmədin dövründə  qadınlara verilən hüquqların   çox güman ki,  qadınların tam hüquqsuz olduğu  dövr üçün humanist  addım idi.  Amma sonradan dövran dəyişir , dinin ehkamları isə  yox... Buna görə də bugünkü   nəzərlə  baxdıqda  həmin dövrdə  hümanist  və ədaslətli   qanunlar  artıq  əksinə , antihumanist  və   ədalətsiz görünür.  Məncə  mübahisəyə də səbəb olan əsasən budur.

Misvakla vurmaq bənzətmədi, yəni iz qədər, sağlamlığa ziyan vuracaq qədər vurmayın! Şiddətli vurmaq haramdır. Üstəlik peyğəmbər tövsiyyə edib vurmaqdan çəkinməyi. Quranda da bu sonuncu tənbeh üsuludur. Bu hədislər uydurma deyil, mənbələri var.

Ö dövrdə vəhşilik??? İndi ö dövrdən də çoxdur vəhşilik! Azərbaycanda eşşək kimi döyülən qadının şikayətinə polis baxır? Fransada küçədə iti döyəni məhkəməyə verirlər amma arvadını çırpana heç kimi heç nə demir. Və qadına qarşı şıddət bütün sivil ölkələrdə çox yayılıb. Özü də döymək axırıncı yox birinci cəza metodudur kafirlərdə cahilllərdə.

Nədir antihumanist görünən indiki dövrdə? Nə dəyişib? Əvvəl qız uşaqlarını necə basdırırdılar indi də uzidə baxıb qızalrı abort edirlər,

Qadınlar kişidən azad olmaq istəyirlər, ona görə nə qədər boşanmalar var , bir azdan avropadaki kimi heç kim ailə qurmayacaq, hərə bir dənə itdən pişikdən götürüb saxlayacaq. Ona görə avropda çoxu qocalardır, ailələr qurulmadığından məhv olub gedirlər.

Döyməyin  ağı  qarası  yoxdur !  Döymək  elə döyməkdir . Qadını  döymək  icazəsi verən  qanun normal  , humanist  qanun sayıla bilməz.  İstər bunu peyğəmbər desin , istər Allah , istərsə  hökumət. 

İndi deyirsiniz ,  müasir zamanda qanuna zidd  olaraq qadınları  döyənlər varsa  , bunun qarşısını almaqdansa  -   qanunu dəyişib icazəli edək ?  

Abort icazə  verilən  ölkələrdə  bu ,   qadının və ya ailənin işidir , bunun heç bir dinə ,  hökümətə dəxli olmamalıdir.  Doğulan uşaqlar  arzulanan olmalıdır.   Əks halda doğub küçəyə buraxılan uşaqlardan nə törəndiyi də  bəllidir . 

İt  -  pişiyin ,   qadın hüquqlarına nə dəxli var ? 

Edited by Sunyata
Link to comment
Share on other sites

Döyməyin  ağı  qarası  yoxdur !  Döymək  elə döyməkdir . Qadını  döymək  icazəsi verən  qanun normal  , humanist  qanun sayıla bilməz.  İstər bunu peyğəmbər desin , istər Allah , istərsə  hökumət. 

İndi deyirsiniz ,  müasir zamanda qanuna zidd  olaraq qadınları  döyənlər varsa  , bunun qarşısını almaqdansa  -   qanunu dəyişib icazəli edək ?  

Bəs qatili, oğrunu cinayətkarı cəzalandırmaq da antihumanizmdir? Ailə cəmiyyətin əsasıdı. Ərini hirsləndirən, ailəni zəiflədən dağıdan qadın cəmiyyətə ziyan vurur. Ailə qurmayan Avropalılar buna nümunədir. 

Link to comment
Share on other sites

Abort icazə  verilən  ölkələrdə  bu  qadının və ya ailənin işidir , bunun heç bir dinə ,  hökümətə dəxli olmamalıdir.  Doğulan uşaqlar  arzulanan olmalıdır.   Əks halda doğub küçəyə buraxılan uşaqlardan nə törəndiyi də  bəllidir . 

İt  -  pişiyin ,   qadın hüquqlarına nə dəxli var ? 

Abort canlı insanın öldürülməsidir! Təzə doğulmuş körpəni öldürdün yoxsa hələ ana bətnində öldürdün nə fərqi var?

Bir ölkənin 2 dənə prezidenti ola bilər? Ailənin də bir başçısı olur. Qadın da başçı olmaq istəyir ona görə Avropada daha qadınlarla evlənən yoxdu. Ya kişi kişi ilə evlənir, ya da it pişik saxlayırlar.

Link to comment
Share on other sites

Döyməyin  ağı  qarası  yoxdur !  Döymək  elə döyməkdir . Qadını  döymək  icazəsi verən  qanun normal  , humanist  qanun sayıla bilməz.  İstər bunu peyğəmbər desin , istər Allah , istərsə  hökumət. 

İndi deyirsiniz ,  müasir zamanda qanuna zidd  olaraq qadınları  döyənlər varsa  , bunun qarşısını almaqdansa  -   qanunu dəyişib icazəli edək ?  

Döyməyin dərəcəsi var.

Hollandiyada elə belə də edirlər narkotikləri qanuni ediblər.

Qadın mələk deyil Elə qadın var layiqdir cəzaya. Allah sadəcə deyib ki, əgər qadın özünü nalayiq aparırsa tərbiyə edin. Tərbiyədə də döymık axırıncı üsuldur.

Quran demir ki ağıllı yaxşı qadınları döyün. Ancaq tərbiyəsiz qadınlara aiddir bu ayə. Döyməyin dərəcəsi var. başa üzə vurmaq, ağrı yetirəcək qədər vurmaq qadağandır.

Link to comment
Share on other sites

Bəs qatili, oğrunu cinayətkarı cəzalandırmaq da antihumanizmdir? Ailə cəmiyyətin əsasıdı. Ərini hirsləndirən, ailəni zəiflədən dağıdan qadın cəmiyyətə ziyan vurur. Ailə qurmayan Avropalılar buna nümunədir. 

Dünyəvi qanunlarda fiziki cəza  yoxdur .  

Qadın  ailənin tam hüquqlu üzvüdür .  Cəmiyyətin də tam hüquqlu üzvüdür .  Öz həyatı haqqında özü qərar verməlidir .  Heç  bir fiziki cəzadan söhbət gedə bilməz.  Heç  olmasa bir dəfə  də olsa öz dininizə  tənqidi  yanaşın ...

Link to comment
Share on other sites

Dünyəvi qanunlarda fiziki cəza  yoxdur .  

Qadın  ailənin tam hüquqlu üzvüdür .  Cəmiyyətin də tam hüquqlu üzvüdür .  Öz həyatı haqqında özü qərar verməlidir .  Heç  bir fiziki cəzadan söhbət gedə bilməz.  Heç  olmasa bir dəfə  də olsa öz dininizə  tənqidi  yanaşın ...

Dünyəvi qanunlarda niyə fiiki cəza yoxdur? Ölüm cəzasına qədər var.

Tənqidi yanaşa bilmirəm. Tərbiyəsiz qadına tərbiyə verilməlidir. Yoxsa Tərbiyəsiz qadının tərbiyəsiz uşaqları olacaq!

Link to comment
Share on other sites

Dünyəvi qanunlarda niyə fiiki cəza yoxdur? Ölüm cəzasına qədər var.

Tənqidi yanaşa bilmirəm. Tərbiyəsiz qadına tərbiyə verilməlidir. Yoxsa Tərbiyəsiz qadının tərbiyəsiz uşaqları olacaq!

Ölüm cəzsı  demək olar ki,  ləğv olunub .  Başqa hansı  fiziki cəza növü tanıyırsiniz dünyəvi qnunlarda ?  Şallaqmı ,  daşqalaqmı , əl kəsməkmi ? Hansı bir var  dünyəvi  qanunlarda ? 

Döyməklə tərbiyə edəcəyiniz insanda heş  insanlıq qalmaz.   Sonda həmin insan hamını qapmağa  can atan itə  çevriləcək ((

Link to comment
Share on other sites

Ölüm cəzsı  demək olar ki,  ləğv olunub .  Başqa hansı  fiziki cəza növü tanıyırsiniz dünyəvi qnunlarda ?  Şallaqmı ,  daşqalaqmı , əl kəsməkmi ? Hansı bir var  dünyəvi  qanunlarda ? 

Döyməklə tərbiyə edəcəyiniz insanda heş  insanlıq qalmaz.   Sonda həmin insan hamını qapmağa  can atan itə  çevriləcək ((

Fiziki cəza olmalıdır... Oğrunun əlini kəsirlər islamda buna görə İordaniyada artıq 200 ildir ki oğurluq yoxdu.. Müsəlman ölkələri var ki küçənin ortasında əşyalarını qoy get 1 saatdan sonra gəl bax gör ki heç kim götürməyib.

Türmələrin insanları tərbiyələndirmədiyi göz qabağındadır. Türmədən çıxırlar əvvəlkindən də pis olurlar.

Əlbəttə ki,  təkcə əlini  yox , ayağını və üstəlik  dilini də  kəssələr , onda lap  əla olar .  Nəinki  oğurluq (  əli yoxdur axı oğurluq etsin )  , heç  bir cinayət edə bilməz ( çünki  artıq ayağı da yoxdur )  , heç  pis söz də danışa bilməz ( çünki dili də yoxdur ) .  Bəh - bəh ,  buna deyərəm  super tərbiyə :buba:

Edited by Sunyata
Link to comment
Share on other sites

Goresen islam qadina bele humanist yanasirsa niye arvadina xeyanet eden onu symayan kisilere qarsi. Ceza metodu fikirlesmeyib? Belke misvakla qadini uzqurxanla da kisini vurmaq olar)) islam qadina humanist yanashsa birce dene de qadin peygember gondererdi )))) sehv elemiremse Mehemmedin 4 den cox arvadi olub. Menim basimi da kesseniz inanmaram ki o qadinlardan hec olmasa birinin ureyi yanmasin gece erini o biri arvadin qoynuna gonderende. Bir de adama maraqli gelir o boyda peygembersen denen allahin elcisisen neyine lazim her gorduyunu ozune arvad elemek axi ?! Sebeb neyiymis goresen

Allah lazım bilsəydi deyərdi ki ayağını da kəsin, amma deməyib demək ki lazım deyil. Oğruların tərəfini saxlayırsız siz? Oğurlamaq istəyirlər oğurlasınlar? Azadlıqdı hə? Kim nə istəyir edir.

Xeyr , oğurluğun tərəfdarı deyiləm . Amma buna görə  əl kəsməyin əleyhinəyəm .  İnsanı  ən böyük  nemət olan azadlıqdan məhrum etmək  kifayətdir .

Link to comment
Share on other sites

Goresen islam qadina bele humanist yanasirsa niye arvadina xeyanet eden onu symayan kisilere qarsi. Ceza metodu fikirlesmeyib? Belke misvakla qadini uzqurxanla da kisini vurmaq olar)) islam qadina humanist yanashsa birce dene de qadin peygember gondererdi )))) sehv elemiremse Mehemmedin 4 den cox arvadi olub. Menim basimi da kesseniz inanmaram ki o qadinlardan hec olmasa birinin ureyi yanmasin gece erini o biri arvadin qoynuna gonderende. Bir de adama maraqli gelir o boyda peygembersen denen allahin elcisisen neyine lazim her gorduyunu ozune arvad elemek axi ?! Sebeb neyiymis goresen

Kişiyə də  100 çubuq (səhv etmirəmsə ) vurmaq  cəzası var.  Amma arvad tərəfdən yox ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Goresen islam qadina bele humanist yanasirsa niye arvadina xeyanet eden onu symayan kisilere qarsi. Ceza metodu fikirlesmeyib? Belke misvakla qadini uzqurxanla da kisini vurmaq olar)) islam qadina humanist yanashsa birce dene de qadin peygember gondererdi )))) sehv elemiremse Mehemmedin 4 den cox arvadi olub. Menim basimi da kesseniz inanmaram ki o qadinlardan hec olmasa birinin ureyi yanmasin gece erini o biri arvadin qoynuna gonderende. Bir de adama maraqli gelir o boyda peygembersen denen allahin elcisisen neyine lazim her gorduyunu ozune arvad elemek axi ?! Sebeb neyiymis goresen

Arvadına xəyanət edən kişiyə 100 şallaq  vurulur. QUranda yazılıb.

Qadın peyğəmbər ola bilməz. Qadınla kişi arasında fiziki, psixoloji fərqlər var. Qadın və kişi eyni yaradılmayıb!  

Peyğəmbər hər gördüyünə evlənməyib. Evləndiyi qadınıar arasında qoca dul qadınlar da olub, himayə üçün evlənib onlarla. Elə olub 2 düşmən qəbilələrdən olan qadınlarla evlənib ki düşmən qəbilələri barışdırsın və s. səbəblər olub

Link to comment
Share on other sites

Bir de ki tutaq ki ogurluq oldu cinayetkari tutub elini kesdiler. Ve 3 gunden sonra melum oldu ki eli kesilen sen deme gunahsiz biriymis sadece qurma is olub ve gunahi bunun boynuna yixiblar. Onda bes nece olsun? El kemek mukemmeldirse demeli iordaniyanin mukemmel mehkeme sistemi mukemmel kriminalistika sistemi var he? )))

Link to comment
Share on other sites

Xeyr , oğurluğun tərəfdarı deyiləm . Amma buna görə  əl kəsməyin əleyhinəyəm .  İnsanı  ən böyük  nemət olan azadlıqdan məhrum etmək  kifayətdir .

Oğurluğa görə heç kimi ömürlük türməyə atmırlar. uzağı 3-5 il. dəqiqi bilmirəm qanunu. çıxır yenə də oğurluq edir. Yaxşıdı?

Link to comment
Share on other sites

Oğurluğa görə heç kimi ömürlük türməyə atmırlar. uzağı 3-5 il. dəqiqi bilmirəm qanunu. çıxır yenə də oğurluq edir. Yaxşıdı?

Eləsin də . Yenə sal türməyə -  onun öz ömrü azadlıqdan məhrumluqla keçəcək.  Bundan da artıq cəza olar ? 

Link to comment
Share on other sites

Bir de ki tutaq ki ogurluq oldu cinayetkari tutub elini kesdiler. Ve 3 gunden sonra melum oldu ki eli kesilen sen deme gunahsiz biriymis sadece qurma is olub ve gunahi bunun boynuna yixiblar. Onda bes nece olsun? El kemek mukemmeldirse demeli iordaniyanin mukemmel mehkeme sistemi mukemmel kriminalistika sistemi var he? )))

Dövlət tərəfindən məhkəmə olur şahidlər dəlillər sübutlar. isbat olunandan sonra həqiqətən oğurluq edib cəza verirlər. Elə bilirdiz hadisə yerindən dərhal əlini kəsməyə aparırlar?

Link to comment
Share on other sites

Ne qeder ozume soz verirem momin ve mominelerle mubahise elemiyim xeyri yoxdu da)))) himaye edensen ehtiyacini ode qurtarsin getsin da mecburdu evlenesen???? Eger meqsedin himayedirse!

Peyğəmbər varlı olmayıb. Himayə o demək deyil ki ev alasan maşın alasan. Peyğəmbəri kimlərləsə səhv salırsız.

Link to comment
Share on other sites

Eləsin də . Yenə sal türməyə -  onun öz ömrü azadlıqdan məhrumluqla keçəcək.  Bundan da artıq cəza olar ? 

Yenə oğurluq edəndə təcrübəli olacaq da , türmədən çıxmış adamlar peşəkar cinayətkar olurlar çoxusu, çıxandan sonra oğurluq da edəcək adam da öldürəcək.

Edited by brj
Link to comment
Share on other sites

Yenə oğurluq edəndə təcrübəli olacaq da , türmədən çıxmış adamlar peşəkar cinayətkar olurlar çoxusu, çıxandan sonra oğurluq da edəcək adam da öldürəcək.

Sizinki  lap  Stalinin məşhur kəlamına döndü -   "нет человеканет проблемы".   Yəni , əlbəttə  , adamı  elə  fiziki  olaraq yox etməklə də  oğurluğu  aradan qaldırmaq olar.   

Yadınızdan çıxarmayın ki,   özünüz də  postlarınızın birində  yazmışdınız ki,  bütün insanların səhv etmək  hüququ da var.  Biri səhv edib ,  çaşıb ,  tamahı ona güc gəlib , yaxud   çarəsizlikdən oğurlub edib . İndi  bu səhvinə görə əli kəsilməlidir ?  

Edited by Sunyata
Link to comment
Share on other sites

Səhvin də böyüyü kiçiyi var, Müəyyən məbləğ var yadımdan çıxıb nə qədər, əgər oğurlanan mal o məbləğdən kiçikdirsə əl kəsilmir, həmin məbləğdən böyükdürsə kəsilir. Əgər insanlar bilsələr ki oğurluğa görə əllərini kəsəcəklər bu qələti edən adam az tapılar. İslam ölkələrindəki təcrübə bunu təsdiq edir. 

Əgər oğru peşman olub oğurladığı malı yiyəsinə qaytarsa əli kəsilmir. 

  • Like 1
Link to comment
Share on other sites

Quranda yə var, Kişlərin gözlərini bağlamağı haqda, göz zinası adlanan günah da var islamda. 

Kişinin hicabı göz qapaqlarıdır. (Hz. Əli)

Quranda kişilər üçün hər şey nəzərdə tutulub.cənnətdə çoxlu bakirə qızlar verəcəklər,4 arvad almaq olar.ama yazıq Qadınlar Başlarını bağlamalıdı,2 qadının şahidliyi bir kişininkinə bərabərdi o dunyada da heç onlara kişiler vermirlər

Link to comment
Share on other sites

Quranda kişilər üçün hər şey nəzərdə tutulub.cənnətdə çoxlu bakirə qızlar verəcəklər,4 arvad almaq olar.ama yazıq Qadınlar Başlarını bağlamalıdı,2 qadının şahidliyi bir kişininkinə bərabərdi o dunyada da heç onlara kişiler vermirlər

Quranda yazılıb ki Cənnətdə həm kişilər həm də qadınlar üçün nemətlər var :)

Baş bağlamaq işgəncə deyil ki, hicab barədə 1-ci postda yazılıb.

qadınlarda yaddaş zəif olur kişilərə nisbətən, ona görə qadın şahid 2 dənə ) 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 34 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...