Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

«Kasıb Qızla Əsla Və Əsla Evlənməyin»


Recommended Posts

Bəzən adamlara ən sadə həqiqətləri başa salmaq olmur. İnsanlar reallıq hissini itirirlər və nəticədə gülməli vəziyyətə düşürlər.

Bizim hərbi hissədə bir qadın vardı. Qərargahda işləyirdi. Təbiət ona gözəllik əta etməmişdi, amma çox gözəl olduğuna inanırdı. Heç kim ona reallıqda necə olduğunu başa sala bilməzdi.

Zabitlər zarafatla ona kompliment deyirdilər və o qadın bu komplimentləri həqiqət kimi qəbul edirdi. Hərbi hissələrdə ən eybəcər qadına belə tamah salan olur. Bir-iki əsgər ona sevgi məktubu yazmışdı. Qadın bu məktublardan kəskin şəkildə təsirlənərək inanmışdı ki, o, dünyanın ən gözəl, ən cazibədar qadınıdır...
 
Sual oluna bilər, bu qədər məsləhət verirsən, amma özün niyə bu gündəsən, niyə həyatda heç nəyə nail ola bilməmisən. Üstəlik misal da çəkə bilərsiniz – keçəl dərman bilsə öz başına sürtər. Düzdü. Haqlısınız. Yerində verilmiş sualdı.

Bu suala qısa və konkret cavab verəcəm.

 

Həyatı tanımaqla həyatı tanımaqdan istifadə etməyi bacarmaq arasında böyük məsafə var. Bir də ki, indi sizə verdiyim düsturları, məsləhətləri gənc olarkən keç kim mənə vermədi. Heç kim məni qarşısına qoyub həyatın nə olduğunu başa salmadı. Qarşıda məni nələr gözlədiyini demədi. Həyat teatr deyil məşq edib səhnəyə çıxasan. Həyatda məşq yoxdu. Birbaşa səhnəyə çıxırsan. Heç kim başa salmadı ki, karyera və dostluq, karyera və mərhəmət, karyera və vicdan, karyera və sədaqət, karyera və ləyaqət bir-birilərinə zidd qütblərdir.

O  vaxtlar mən necə böyük arzularla yaşayırdım. Hər şey məhv oldu. İndi hər şey mənim üçün mənasızdır. Həm keçmişim, həm gələcəyim. İstəmirəm ki, həyatda buraxdığım səhvləri siz də təkrarlayasınız. Davam edək. 
 
Həyatda inkişaf etməyin ən qısa və rahat yollarından biri varlı qızla evlənməkdir. Evlənərkən ürəyə, hisslərə deyil, ağıla üstünlük verin. Gözəlliyə, əxlaqa, davranışa filana aldanmayın. Qızın keçmişinə, yaşına, fiqurasına, gözəlliyinə fikir verməyin. Kənizin gözəlini seçərlər. Özünüz düşünün, bir ev almaq üçün sən nə qədər işləməli, əziyyət çəkməlisən. Ömrünün yarısı bir yuva qurmağa sərf olunacaq. Halbuki ürəklə, hisslərlə deyil, ağılla seçim edib evlənsən, ev problemini asanlıqla həll edə bilərsən. Üstəlik bütün avadanlıqlarla da təmin olunarsan. İşə ədəbiyyatı qatsaq, kasıb ailədə böyümüş qızı qanqallıqda bitən gülə bənzətmək olar.

Ağıllı olun. Sizə əsla qanqallıqda bitən gül lazım deyil. Kasıb qızla əsla və əsla evlənməyin. Həyat onu sübut edir ki, qanqallıqda bitən güldənsə, dibçəkdə satılan süni gül daha sərfləlidi.

Seçim edərkən seçiminin keçmişi haqqında əsla fikirləşmə. Buna heç gərək də yoxdu. Qalibləri mühakimə etmirlər. Varlanandan sonra kimin ağzı nədi sənin seçiminin keçmişi haqqında nəsə pis söz  desin. Mümkün deyil.

Gəlin Don Kixot əsərindən Sançoyla arvadının dialoqunu yada salaq. Bildiyiniz kimi Don Kixot öz yaraqçısı Sançoya qubernatorluq vəd etmişdi. Sançonun sadəlövh arvadı ərinə sual verir ki, bəs mən zadəgan nəslindən deyiləm, adamlar bu işə necə baxacaqlar. Sanço isə ona yaxşı bir cavab verir. Deyir -  sən 

qədər gözəl əhvalatlar, əfsanələr uyduracaqlar ki, sən özün də bu əfsanələrə inanacaqsan.  
 
Qısası, sevgidi, məhəbbətdi, vicdandı, mərhəmətdi, sədaqətdi, ləyaqətdi, bu kimi sözlərə aldanmayın. Realist olun. Həyatda mövqe qazanmaq üçün evlənmək çox böyük bir şansdır.  Sevgi, məhəbbət, ləyaqət kimi sözlərə uyub bu şansı  əldən qaçırmayın. Unutmayın, həyat ağzını əjdaha kimi açıb öz qurbanlarını gözləyir. Udur, udur, udur, amma doymayır. 
 
...Mən çox adam görmüşəm, beş il, on il, on beş il vicdanla yaşayıblar, sonra birdən dönüb yaramaz olublar. Bilirsən, niyə? Çünki daha dözə bilməyiblər. Sınıblar. Əziliblər. Hərənin öz dözüm limiti var. Maraqlıdır, bəs sən özün nə qədər dözə biləcəksən? Beş il, yeddi il, yoxsa on il? Diqqətlə düşün, axıra qədər dözə biləcəksənmi? Bir başa düş, anla ki, səndə fiziki gücdən başqa bir ruh da var. Bu ruh səni eşşəkdən və sürünən heyvanlardan ayırıb yüksək mərtəbəyə qaldırır.

Hər kəs, hətta səfehlər də ağır fiziki əməklə məşğul ola bilər. Ağıl isə yalnız bəzi adamlara nəsib olur. İnsanların çoxu, təəssüf ki, zülmətdə, yəni əbədi cəhalətdə yaşamağa məhkum olublar.  Onların idrak qabiliyyətləri son dərəcə məhduddur. Biz onların dərdini çəkməməliyik. Çünki onları köləlikdən necə qoruyursan qoru, fərqi yoxdur, onsuz da ölüb çürüyəcəklər. Bizim adına həqiqət, mənəviyyat, vicdan dediklərimiz çoxdan ölüb gedib. Yalnız bir neçə axmaq həqiqət uğrunda dava aparır. Onlara səmimi qəlbdən qələbə arzu etmək olar, amma bu davada şəxsən iştirak etməyə, məhrumiyyətlərə düçar olmağa, həyatı təhlükə altına qoymağa əsla dəyməz. Bizim müasir dünyamızda  meymunluğun insanlıqdan çox olması insana xoşbəxtlik gətirir.
 
Gəncliyin öz əbədi problemləri var.  Gənc insanda mənəvi aləm inkişaf edir, əvəzində isə adi həyat məsələlərində çox geri qalır. Gənc insan həyatdan çox şey istəyir və həyatın kobudluğu, səfehliyi ilə barışa bilmir. Sən bu günün az şeyə qane olan dünyası üçün həddindən artıq iddialısan. Zəmanə, dünya, pul, karyera çox vaxt dayaz adamların əlində olacaq, mənəviyyat cəngavərlərinə, əsl insanlara səfalətdən, ölümdən başqa heç nə qalmayacaq. Pulun gücü böyükdür. Bunu yadında saxla. Özün də fürsəti əldən vermə. Yaşa! İnsan ömrü qısadır.
 
Bizim müasir dünyamızda elə bir zor hökm sürür ki, bu zorun qabağında yalnız və yalnız hiyləgərliklə dayanmaq olar. Mən əclaf deyiləm. Məqsədim adamları islah etmək, yalnız və yalnız adamları öyrətməkdir. Bunu da belə amansız zəmanədə yalnız amansız vasitələrlə etmək olar. Başa düş, bizim müasir dünyamızda ya kölə olmalısan, ya da qəhrəman. Orta hədd yoxdur.

Seçim sənindir. Əgər sona qədər qəhrəman olmağı bacaracaqsansa, buyur, meydan səni gözləyir. Əgər sona qədər dözməyi bacaracaqsansa,  bir yazar kimi sənə uğurlar arzulamağa hazıram.

Əgər qəhrəman olmağa özündə lazımi cəsarəti, iradəni görmürsənsə, bəri başdan köləliyi qəbul etməlisən. Yarımçıq vicdan, yarımçıq həqiqət, yarımçıq qürur olmur. Yarımçıq qəhrəman olmaqdansa, bütöv kölə olmaq daha yaxşıdır. Böyük Nizami necə də gözəl demişdir. 
 
Kamil bir palançı olsa da insan, 
Yaxşıdır yarımçıq papaqçılıqdan.
 
P.S İstifadə olunmuş ədəbiyyat - Herman Hesse - Yalquzaq , Balzak - Qorio Ata, Polkovnik Şaber, Qobsek.

 

Seymur Baycan

 

http://www.azadliq.org/content/article/26528771.html

 

Link to comment
Share on other sites

Esseni bilmirem, amma Balzakin eserlerini oxumusam. O realist yazar olub.

Heyatda gerek oz tayini tapasan. Rus demisken raz na raz ne prixoditsa. Vaxtile Brejnevin qizi ile evlenen SSRI daxili isler nazirinin muavini Curbanovun aqibetini yada salmaq duserli olardi. Bele seyler de olur. Umumiyyetle inanmiram ki, bu cur nikah esl aileye sebeb olsun.

Link to comment
Share on other sites

 Imkanli aileyle qohum olub  heyatini yeniden daha gozel formada bashlaya bilersen. Varli olmaq  guclu, qalib olmaq demekdir. Qalibleri de heckes muhakime etmir. Senin sehvlerine bele beraet qazandiracaq, bedbext kasibin ise hetta duzgun addiminda qusur axtarirlar, cunki kasib olmaq meglub olmaq demekdir. Cox teessuf, bunlar realliqdir. Yazida en cox beyendiyim  bu oldu.

 

"Seçim sənindir. Əgər sona qədər qəhrəman olmağı bacaracaqsansa, buyur, meydan səni gözləyir. Əgər sona qədər dözməyi bacaracaqsansa,  bir yazar kimi sənə uğurlar arzulamağa hazıram.

Əgər qəhrəman olmağa özündə lazımi cəsarəti, iradəni görmürsənsə, bəri başdan köləliyi qəbul etməlisən. Yarımçıq vicdan, yarımçıq həqiqət, yarımçıq qürur olmur. Yarımçıq qəhrəman olmaqdansa, bütöv kölə olmaq daha yaxşıdır. Böyük Nizami necə də gözəl demişdir."

Edited by HPTRUEVISION
Link to comment
Share on other sites

ziddiyyətli yazıdı, təqdim olunan fikir özü dolaşıqdı, müəllif sanki öz mövqeyində əmin deyil... düşüncə gücü özünü fəaliyyətdə reallaşdıra bilməyəndə belə olur, adətən

 

"Həyatda mövqe qazanmaq üçün evlənmək böyük şansdır" - əgər bu ifadənin müəllifi qadın olsaydı, heç təəccüblənməzdim. bir çox qadınlar özlərini yalnız kişinin vasitəsilə reallaşdırmağı vərdiş ediblər. əvvəlcə, ata qardaş, daha sonra ər, oğul , nəvələrin himayəsində yetkinləşməmiş həyat tərzi sürmək bir çoxları üçün yaşam normasıdır.

 

kişi müəllifin təqdimatında  belə fikiri - realizmin mütləq təzahür nümunəsi kimi qəbul edə bilmirəm, bu sadəcə axtarışda olan  insanın narahat düşüncələridir. nəticəsinə heç özü də əmin deyil, bu səbəbdən bir neçə model təklif edir. bu realizmdən çox, tənbəllik amillinin təzahürüdür. müvafiq olmayan resurslarla həyata iddialı olmaq , əslində, bir çox formalarda baş verir. Waterandsun, yaxşı bir fikir söyləyib, həyatda gərək tayını tapasan.

 

.... amma, yenə də, "seçim sənindir" ..."fərasətli" seçim edən insanın, hər halda qoca yaşında, uşaqlara nəvələrə deməyə bir sözü olar . bəlkə də belə deyər : "mənim balalarım, heç bilirsizmi, sizin firavan təminatınız üçün necə qurbanlar vermişəm... çox illər öncə, sevimli və əziz bir insandan imtina etmişəm, ki imkanlı bir ailə ilə qohum olum. öz ailə səadətimi sizin firavan gələcəyinizə dəyişdim. "  .... cavabında nə eşidəcəksə....biz bilmirik... (Seymur Baycan yəqin bilir)

Edited by NOIR
Link to comment
Share on other sites

Aydın məsələdir həyat əclafdı, insanların böyük əksəriyyəti şərəfsizdi və s. İndi gedək kiminsə qapazaltısı olaq ki, əsas puldu?! Ümumiyyətlə belə xəstə ruhlu yazılar və bədii əsərlərdə realizmdən söhbət gülünc görsənir. Əsl realist olub Şopenhauer, fikirləri də sağlam və məntiqlidir.

 

Belə başa düşürəm ki, Seymur ciddi fəlsəfi əsərləri heç vaxt oxumur, əvəzində ağlamalı bədii əsərlər oxuyur və ortaya belə yazılar çıxır.

Link to comment
Share on other sites

Bu postda yazılanlar,ziddiyyətli fikirlərdir("NOİR" xanım da qeyd etdiyi kimi).Məncə,hamımızın ağlından bu tip fikirlər keçib.Mən həmişə(gənc olmağıma baxmayaraq),yaşadığım illər ərzinədə,özüm özümlə mübarizə aparmışam.Mən elə tip insanlardanam ki,istəsəm belə öz qürurumdan,vicdanımdan və ən nəhayət, mənəviyyatımla bağlı bəzi məqamlardan keçə bilmirəm.Hələ cavanam.Bəlkə də əvvəl axır, mən də keçdim digər tərəfə.Ancaq neçə illərdir ki,özümlə bacara bilməmişəm.Nə qədər vaxtdır ki,özümü tənqid atəşinə tuturam.Ancaq əməldə,bilə-bilə həmin addımları atıram.Bəlkə də axmağam,ya da sadəcə "xəmirim" belə yoğrulub.Onsuz da,get gedə bütün təmizliyini,dürüstlüyün itirməyə başlayırsan.Həyatda başqa cür mümkün deyil.Oyuna girdinsə,"çirkaba" bulaşmağı da özünə rəva görməlisən.Hardasa dizlərimə kimi bu "çirkabın" içindəyəm,indi isə donub qalmışam.Bilmirəm davam edim,yoxsa dayanım.Dayanmaq da məhvə sürükləyir,hərəkət etməkdə.Ona görə də,düşünürəm ki,insanınki anadan olanda gətirməldir.Boş çabalar heçnəyi həll etmir.Görək də...

Link to comment
Share on other sites

Bu yazı ilə yazar tərəddüd edən oğlanlara təkan verir ki,varlı qızları seçin.Gəlin hər şeyə real baxaq.Varlı ailədə böyümüş ,bütün həyatın ona verdiyi maddi nemətlərin ən yaxşısına öyrənən qız büdcəsi 300 manat olan ailəyə düşür.Həmin oğlan zaman keçdikcə xanımından yemək ,paltar vəs. tələb etdikcə ,müəyyən qadağalar qoyduqca qızın etirazı ilə qarşılaşacaq.Zaman keçdikcə aradan pərdə götürülür,insan daha sərt olur.Qız ailəsinin bütün maddi imkanını,oğlanın imkansızlığını üzünə çırpacaq.Oğlanın dözüm həddi varsa ,qızın da səbir kasası var.

 

Hərə gərək özünə uyğun insanla ailə qurmalıdır.Varlı oğlan və qız axtarmaq lazım deyil.Bu hallar baş verərsə sırf maddiyyat üzündən baş verməsin.Sosial uyğun olmayan ailələr ancaq sevgi əsasında qurulsun.Yoxsa rastlaşdığımız sosial bərabərsizlik üzündən dağılan,mübahisə edərək yaşayan ailələrin sayı çoxdur.

 

Sizə tanıdığım bir ailədən kiçik misal çəkim.Atası rəhmətə gedəndən sonra bacı dörd qardaşının yanında yaşayır.Övladlarını dayılar böyüdür.Hal-hazırda Bakıda tanınan iş adamıdırlar.Qızı uzaq qohumları gəlib nənəsindən oğluna istəyir.Sevgisiz-filansiz.Oğlanla qız görüşürlər bir-birini bəyənirlər izdivaca razııq verirlər.Xatırladım ki,oğlanın nə işi,nə təhsili, nə də ki, evi vardı.

İki il nişanlı qaldılar ,oğlan tərəf evi tikib qurtara bilmədi.

Qızın dayıları 4 otaqlı ev aldılar ,cehiz  hər tədarük etdilər.Toydan sonra oğlana mercedes S class bağışladılar.

Vaxt keçdikcə işləməyən oğlan nəzərdən düşməyə başladı.İndi oğlan dayıların uşaqlarının sürücüsü kimi çalışır.Hər gün onları məktəbə aparıb gətirir.Hər ay qıza dayılar 2000 min manat pul ayırır ki.özünə baxsın,Fəvvarələr meydanından özünə brend geyim alsın.

Ancaq oğlan səhərdən axşama qədər o uşaqla,bu uşaqla əlləşir,ailənin sürücülərindən,buyruq qullarından biridir.

Bu yaxında həmin ailə ilə toyda qarşılaşdım.Qız toyda şəhzadə kimi bəzənib gəzir.Oğlan kimin nə işi var ora qaçır.Mən o qızın yerinə özlüyümdə fikirləşdim,mən olsam o imkana tüpürərəm.Kimsə mənim yoldaşımın üstünə qışqırsa,kimsə ona nə isə buyursa mən özümə sığışdıra bilmərəm.Ən nəhayət,bir həyat yoldaşı kimi mənim dayılarımın qarşısında maddiyyita əyildiyinə görə,qorxaqcasına irişdiyinə görə mənim gözümdən düşər.Mən belə kişiyə hörmət edə bilmərəm.

 

Uzun sözün qısası,ay insanlar pula görə ailə qurmayın.Sevib ailə qurun.Sevgi olarsa ,sevdiyiniz insanla əl-ələ verib bütün istədiklərinizə nail ola bilərsiniz.Yetər ki,ağıl da olsun).Bu da vacibdir.Bu cür axmaq məqalələrə uyub ruhdan düşməyin.Gecə-gündüz işləyin,işləyən insanın ruzisi olur.Yoxsa Allahdan quyruq,ağzıma quyruq,elə şey yoxdur.Mənəviyyat və daxili azadlıq pula satılmır.Pula əsir olmayın.Pulu özünüzə əsir edin.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Seymur Baycanin Tbilisideki teriflediyi psixiatr dostu de deyesen ona komek ede bilmedi...

Movzuya gelince ise onu deye bilerem ki,varliq qizla evlenenin kandari alchaq olur. Eve girende de,cixanda da bashini eymeli olur...

Link to comment
Share on other sites

Kimin neyi yoxdursa evlendiyi qizda onu axtarmalidi. Sheref namus vicdan kimi deyerleri bura aid etmirem. Sadece agilli bacariqli isguzar kasib oglanlar var. Bele tipler varli qizla evlenseler hec de qapazalti filan olmurlar. Fursetden yaxsi istifade edib heyatda her seye nail olurlar. Baycanin yazisi hamimiza cox agir ve sert gelir qebul ede bilmirik amma yaziqlar olsun ki heqiqetdi hamisi. Kishilik ayda 300 manat qazanib usaqlarini aileni ehtiyac icinde yasatmaqla olur. Ister istemez sinirsan ezilirsen. Ovladin birce mezemmetli baxisi kifayetdir ki ata "sinmaram" felsefesine tupursun birdefelik

Link to comment
Share on other sites

Kimin neyi yoxdursa evlendiyi qizda onu axtarmalidi. Sheref namus vicdan kimi deyerleri bura aid etmirem. Sadece agilli bacariqli isguzar kasib oglanlar var. Bele tipler varli qizla evlenseler hec de qapazalti filan olmurlar. Fursetden yaxsi istifade edib heyatda her seye nail olurlar. Baycanin yazisi hamimiza cox agir ve sert gelir qebul ede bilmirik amma yaziqlar olsun ki heqiqetdi hamisi. Kishilik ayda 300 manat qazanib usaqlarini aileni ehtiyac icinde yasatmaqla olur. Ister istemez sinirsan ezilirsen. Ovladin birce mezemmetli baxisi kifayetdir ki ata "sinmaram" felsefesine tupursun birdefelik

bunun ucun de ovladi sinmaz terbiye edirsen. Ovlad boyuyub bilecek ki onun atasi sinmayan kiwi olub, onu bawa duwende bilecek ki eslinde sinmayib kasibciliqla ve eger ovlad boyuyub gorurse ki neyese gore atasi udub her weyi sinib bax nesil onda pis gelecek
Link to comment
Share on other sites

Bir də ki,tutalım varlı qızla evləndin.Ailəsi də yaxşı ailə çıxdı,sənə yuxarıdan aşağı baxmadı,sən də heç cibə girən oğlan deyilsən.Qız isə,daxilən "kasıb" çıxdı.Bununla nə edəcəksən?Bu da pul deyil ki,yerini doldurasan.

 

İnsan həyat yoldaşını seçəndə,mənəvi tərəfdən ona yaxın olan adamı seçməlidir.Sevgili olmamışdan əvvəl,gör dostluğunuz var mı?Əgər varsa,maddi imkanınızın nə cür olmasından asılı olmayaraq,həmişə bir-birinizin arxasında dayanacaqsınız..Yoxsa çılğın ehtirasa və ya pula aldanıb evlənənlərin axırı yaxşı qurtarmır.O qədər ailələr dağılıb və ya o qədər insan istəmədiyi bir kəsin yanıında bir ömür çürüdüb.Ağzında deyirsən "həyat yoldaşı","ömür-gün yoldaşı".Hamısının içində "yoldaş" sözü var.Ona görə də,hər şeydən əvvəl,evləndiyin adamın etibarlılığı gərək.Eyni etibarlılığı, varlı qızından ala bilməyəcəksən.Çünki o,rahat həyata öyrəşib.Sabahısı gün,ayağı bir balaca büdrüyən kimi,başlayacaq zığıldamağa və səni ruhdan salmağa.Lap pula görə evləndin.Sabahısı gün,qız səni əl oyuncağı kimi bir kənara tullayıb,"ata ayrısını istəyirəm" deyəndə,sənə çatacaq ki,nə dərəcədə alçalmısan.Onda olacaqsan mənəviyyatı tapdalanmış və ortalıqda qalmış adam.Və bununla heçnə edə bilməyəcəksən,çünki özün bu qürursuzluğa "imza atmısan".Sonradan namus-qeyrət davasını da döyə bilmərsən.Çünki sən artıq namusunu da,şərəfini də itirmiş bir insansan və yeganə seçimin susub,özünü içəridən "yemək" olacaq.

Link to comment
Share on other sites

Müəllifin fikri ilə bağlı bir rəy də mən yazmaq istərdim.

Bizim bir tanışımız vardı, uşaqlıqdan tanıyırdım. Olduqca yaraşıqlı bir oğlan idi və həm də yaxşı karyerası da var idi, bir çox qızlar qadınlar bundan yana ölürdülər. Amma ki, bu adamın bir prinsipi var idi. O həmişə deyirdi ki, mən varlı qızla evlənəcəm. Evləndi də. Nişan günü qızın atası bunun barmağına qızıl üzüklə bərabər bahalı maşının açarını da keçirtdi. Bunların bir uşağı da oldu. Amma bir gün bu kişi arvadı ilə nəinsə üstündə mübahisə edəndə qadın götürdü bunun ayağına bıçaq vurdu.Bu adamın bütün nüfuzu getdi işinin dalınca. Tək ona görə yox ki, arvadı onu bıçaqlamışdı və prinsipləri də onu aldatmışdı, həm də ona görə ki, o arvadı ilə barışıb həyatına davam etməkdə idi.

Link to comment
Share on other sites

Kimin neyi yoxdursa evlendiyi qizda onu axtarmalidi. Sheref namus vicdan kimi deyerleri bura aid etmirem. Sadece agilli bacariqli isguzar kasib oglanlar var. Bele tipler varli qizla evlenseler hec de qapazalti filan olmurlar. Fursetden yaxsi istifade edib heyatda her seye nail olurlar. Baycanin yazisi hamimiza cox agir ve sert gelir qebul ede bilmirik amma yaziqlar olsun ki heqiqetdi hamisi. Kishilik ayda 300 manat qazanib usaqlarini aileni ehtiyac icinde yasatmaqla olur. Ister istemez sinirsan ezilirsen. Ovladin birce mezemmetli baxisi kifayetdir ki ata "sinmaram" felsefesine tupursun birdefelik

bir haşiyə çıxım : Həyat bir matrisadır, burdakı hər bir kombinasiya (birləşmə) unikaldır (təkrarolunmazdır). biz insanlar müəyyən prisiplər üzrə, matrisa daxilində qruplaşdırırıq : insanları və situasiyaları. insan situasiyanı idarə edə bilmədikdə, situasiya insanı tabe edir.

 

Baycan öz fikirlərini özü də qə qəbul edə bilmir axı, dediyim kimi, onun yazdıqları narahat düşüncələrdir. Sizin postunuzda konkretlik daha çoxdur. bununla belə, sizin haqqında danışdığınız  -sadəcə faktdır, yəni matrisadakı birləşmədir. 

sizin bu fakta münasibətiniz -  matrisanın kiçik zərrəsinə olan münasibətdir.

fikirin təsdiqi isə münasibət qruplaşmasıdır, məsələn həmin postunuzda olan reytinq kimi. Lakin , qanunauyğunluq ki, deyil.

 

Haşiyədə yazdıqlarımın təsdiqi kimi, həm də bir misal kimi, həyatdan bir faktı da mən deyim. "Ağıllı, işgüzar , kasıb bir oğlan" bir imkanlı kişidən böyük məbləğdə pul borc götürür. işləri alınmır, maya da batır, ziyana da düşür... oğlan həm də vicdanlı idi, öhdəliyindən qaçmır. kişi ona bir təklif edir : deyir ki, övladdan yalnız bir qızım var. qızım əxlaqsız deyil, amma bir işdi başına gəlib... namus ləkələnib. ona evlənməyinin müqabilində bu borcu sənə keçərəm. ona evlən, kiçik bir müddətdən sonra daha azadsan, boşaya bilərsən. bu iki insanın daxilində nə baş verirdi , mən bilmədim. amma oğlan da , qız da qismətə boyun əydilər, bəlkə ona görə ki, vəziyyətin qurbanı idilər... o zamandan, bəlkə də 10 il keçib , 3 uşaqları var, firavan və sakit ailə həyatı yaşayırlar. hər halda , kənardan belə görünür.

 

bu situasiya - həyat adlı matrisanın kiçik bir zərrəsidir, faktdır, qruplaşma daxilindədir, münasibət var, amma qanunauyğunluq ola bilməz

Link to comment
Share on other sites

 Imkanli aileyle qohum olub  heyatini yeniden daha gozel formada bashlaya bilersen. Varli olmaq  guclu, qalib olmaq demekdir. Qalibleri de heckes muhakime etmir. Senin sehvlerine bele beraet qazandiracaq, bedbext kasibin ise hetta duzgun addiminda qusur axtarirlar, cunki kasib olmaq meglub olmaq demekdir. Cox teessuf, bunlar realliqdir. Yazida en cox beyendiyim  bu oldu.

 

"Seçim sənindir. Əgər sona qədər qəhrəman olmağı bacaracaqsansa, buyur, meydan səni gözləyir. Əgər sona qədər dözməyi bacaracaqsansa,  bir yazar kimi sənə uğurlar arzulamağa hazıram.

Əgər qəhrəman olmağa özündə lazımi cəsarəti, iradəni görmürsənsə, bəri başdan köləliyi qəbul etməlisən. Yarımçıq vicdan, yarımçıq həqiqət, yarımçıq qürur olmur. Yarımçıq qəhrəman olmaqdansa, bütöv kölə olmaq daha yaxşıdır. Böyük Nizami necə də gözəl demişdir."

 

məsələ ondadır ki, maddi təminatdan sonra heç kim qəhrəmanlıq arzusunda olmayacaq, çunki əldə etdiyini itirmək istəməz. Bəli, ürəyini, hisslərini mala-pula, vəzifəyə qurban verənlər az deyil. Onlar oz seşimini etmişlər.

 

 

indi anladınızmı, nə üçün qızlar pullu oğlan axtarır?

Link to comment
Share on other sites

ziddiyyətli yazıdı, təqdim olunan fikir özü dolaşıqdı, müəllif sanki öz mövqeyində əmin deyil... düşüncə gücü özünü fəaliyyətdə reallaşdıra bilməyəndə belə olur, adətən

 

"Həyatda mövqe qazanmaq üçün evlənmək böyük şansdır" - əgər bu ifadənin müəllifi qadın olsaydı, heç təəccüblənməzdim. bir çox qadınlar özlərini yalnız kişinin vasitəsilə reallaşdırmağı vərdiş ediblər. əvvəlcə, ata qardaş, daha sonra ər, oğul , nəvələrin himayəsində yetkinləşməmiş həyat tərzi sürmək bir çoxları üçün yaşam normasıdır.

 

kişi müəllifin təqdimatında  belə fikiri - realizmin mütləq təzahür nümunəsi kimi qəbul edə bilmirəm, bu sadəcə axtarışda olan  insanın narahat düşüncələridir. nəticəsinə heç özü də əmin deyil, bu səbəbdən bir neçə model təklif edir. bu realizmdən çox, tənbəllik amillinin təzahürüdür. müvafiq olmayan resurslarla həyata iddialı olmaq , əslində, bir çox formalarda baş verir. Waterandsun, yaxşı bir fikir söyləyib, həyatda gərək tayını tapasan.

 

.... amma, yenə də, "seçim sənindir" ..."fərasətli" seçim edən insanın, hər halda qoca yaşında, uşaqlara nəvələrə deməyə bir sözü olar . bəlkə də belə deyər : "mənim balalarım, heç bilirsizmi, sizin firavan təminatınız üçün necə qurbanlar vermişəm... çox illər öncə, sevimli və əziz bir insandan imtina etmişəm, ki imkanlı bir ailə ilə qohum olum. öz ailə səadətimi sizin firavan gələcəyinizə dəyişdim. "  .... cavabında nə eşidəcəksə....biz bilmirik... (Seymur Baycan yəqin bilir)

 

son abzas çox gözəldi.... çox

 

beli... faciədə burdan başlanır ki, özünü aldadıb pullu qızla/oğlanla evlənəsən, sonra da sənin üzünə çırpalar ki, "biz bunu səndən xahiş etmişdik mi......özün öz seçimini etmisənsə, bizdən nə hesab sorursan, ya bizim buna nə aidiyyatımız var.........öz bəlandır, çək, Balaş......"

 

 

amma mənəvi surətdə belə şeyləri sinirə bilsə, o zaman rahat təminatlı həyat yaşaya bilər)

Link to comment
Share on other sites

evlendiyin qızın varına yox onun seninlə eyni ağıla sahib olmasına fikir vermək lazımdır.ele qızlar var ki pulu var ama bir qıram ağlı yoxdu.şit-şit hərəkətlər edinb adamın ətini tökürlər

 

 

yəqin əttökənlik metar deyil qız seçimində

 

təki atasının pulu olsun, oğlana ev alsin, maşın alsın, vəzifə versin.... əttökənliyi isə bir təhər yola vermək olar))))))

Link to comment
Share on other sites

dərinə varsaq, Baycan demək istəyir ki, yalnız malı-pulu olan adam bizim cəmiyyətimizdə normal yaşaya bilər. Qalanları kasıbçılıqla ömrünü çürüdür və vəziyyətin düzələcəyinə şans yox

 

 

bu essedə sosial bərabərsizlikdən və ümidsizlikdən danışılır. Nə üçün Avropada işləyib özünə bir gün ağlaya bilirsən, amma bizdə nə qədər işləsən (hətta elə insan var 2 yerdə işləyir), amma yenə də özünü təmin edə bilmir....

 

fərasətsizlikdənmi? xeyr. İnsan əməyinin düzgün qiymətləndirilmədiyindəndir bu. Müəllim 170 manat alır, özəl şirkətdə katibə - 500 manat. Ona görə müəllim işdən sonra əlavə məşğələlərlə beynini, sinir sistemini cokdurur, katibə isə çantasını qoltuğuna vurub gedir evinə istirahətə

Edited by sima nagiyeva
Link to comment
Share on other sites

evlendiyin qızın varına yox onun seninlə eyni ağıla sahib olmasına fikir vermək lazımdır.ele qızlar var ki pulu var ama bir qıram ağlı yoxdu.şit-şit hərəkətlər edinb adamın ətini tökürlər

evlendiyin qızın varına yox onun seninlə eyni ağıla sahib olmasına fikir vermək lazımdır

qizil sozlerdir)))

Link to comment
Share on other sites

dərinə varsaq, Baycan demək istəyir ki, yalnız malı-pulu olan adam bizim cəmiyyətimizdə normal yaşaya bilər. Qalanları kasıbçılıqla ömrünü çürüdür və vəziyyətin düzələcəyinə şans yox

 

 

bu essedə sosial bərabərsizlikdən və ümidsizlikdən danışılır. Nə üçün Avropada işləyib özünə bir gün ağlaya bilirsən, amma bizdə nə qədər işləsən (hətta elə insan var 2 yerdə işləyir), amma yenə də özünü təmin edə bilmir....

 

fərasətsizlikdənmi? xeyr. İnsan əməyinin düzgün qiymətləndirilmədiyindəndir bu. Müəllim 170 manat alır, özəl şirkətdə katibə - 500 manat. Ona görə müəllim işdən sonra əlavə məşğələlərlə beynini, sinir sistemini cokdurur, katibə isə çantasını qoltuğuna vurub gedir evinə istirahətə

doğru deyirsiz, Sima xanım. mahiyyət əslində elə budur.

sizi həmişə oxuyuram, fikirlərinizi forumdan əsirgəməyin )

Link to comment
Share on other sites

Nəhayət ki, yazını  oxudum )) 

 

Yazıda qaynaq kimi adı çəkilməyən  Nitsşenin təsiri hiss olunur.    Yazar özünü sanki  Nitsşenin Zaratustraslı kimi  aparmağa cəhd edir.  Dəyərlərin yenidən qiymətləndirilməsi ,  fövqəlinsan maksimalizmi  , yarımçıqlığa qarşı  kəskin  mövqeyi  və  nəhayət  Nitsşe kimi  "immoralist"  olması  -  bütün bunlar Zaratustranı xatırlatdı.   Az qala "yıxılanı  itələ" də deyəcəkmiş , sanki , özünü güclə saxlayıb.    

 

Yazıdakı  varlı qızla evlənin  -   hissəsi  ümumiyyətlə ,  fon və ya  tryuk  kimi  istifadə olunub.  Yazar  yəqin ki,  hələ  o qədər də başını  itirməyib ki,  doğrudan da varlı qızların tökülüb qaldığını düşünsün. Hələ bu azmış kimi , nədənsə varlı qızların  üstəlik küt olduğunu -  kasıb oğlanla ailə qurması  istəyi ilə  alovlandıqlarını düşünsün.  ))   Yəni, bu yazıda   " varlı qızlarla evləınin"  -  hissəsini  ,  dəyərlərinizin  uğrunda mübarizdən əl çəkin - mənasında başa düşmək lazımdır. Daha doğrusu isə ,  bunun tam əksi - dəyərlərinizin  uğrunda mübarizə edin ki,  bəlkə  meymunluqdan insanlığa  keçə bildiniz ...Əgər bu yolda potensial itirə biləcəyiniz şeylərə  hazırsınızsa , irəli .  Yox  əgər hazır deyilsinizsə ,   meymunluğa davam edin . Meymunluğun da ən  prodvinutıy  formalarından biri isə ,  - nisbətən qısa  olan  yol - varlı qızla evlənmək olar .... 

 

Mən belə başa düşdüm.  Amma , hər oxuyandan Molla pənah olmadığı kimi, hər sərsəmdən də  Nitsşe olmur ))  Sərsəm olanda da gərək  mükəmməl sərsəm olasan  , elə dahi Nizami demişkən  - 

 

Papaqçı və   bla ... bla ...  

Edited by Sunyata
Link to comment
Share on other sites

Hele M.E.Sabir yuz il bundan once yazmishdi:

Insani insan eyleyen paradir,

Parasiz insanin uzu garadair...

Bilirsiniz,hansi zamanda,dovrde yashamagimizdan asili olmayarag,ekseriyyet insanlar ucun var-dovlet,pul heyatda esas meyar olub.Danishanda yuksek,pafoslu sozlerle danishan insanlar var ki,secim garshisinda galanda var-dovlete meyillenirler..Belke de sozlerim yuxarida yazdigim kimi pafoslu seslenecek,amma insan omru o geder uzun deyil ki,pula gore butun prinsiplerine elvida desin.Elbette ki,omur sonsuz olmadigina gore her kes calishir ki,ona ayrilmish vaxti nece deyerler adam kimi yashasin,bunun ucun ise maddi imkan vacibdir..Amma buna gore de bash kesenleri,her addimda kime ise badalag vuranlari,pula gore hetta dogma insanin heyatina gesd etmekden cekinmeyenleri de anlaya bilmirem..O cumleden de var-dovleti esas goturub evlenenleri de...Fikirleshirem ki,aile gurmaga hazir olan kishini ilk novbede omru boyu bir dam altda yashayacagi xanimin diger xususiyyetleri celb etmelidir...Heyatda istenilen insanin bexti getirib milyonlar da gazana biler,kasib da yashaya biler.Aile ise tamam bashga prinsipler uzerinde gurulmalidir.Bir de axi bu nece ola biler ki?Kishi ister-istemez bu cur ailelerde ozunu daim borclu kimi hiss eder axi....

Link to comment
Share on other sites

yəqin əttökənlik metar deyil qız seçimində

 

təki atasının pulu olsun, oğlana ev alsin, maşın alsın, vəzifə versin.... əttökənliyi isə bir təhər yola vermək olar))))))

bəziləri fikirləşir ki yola vermək olur.mən neçə belə evlilik görmüşəm ki sonradan boşanıblar,oğlan da qalıb ortalıqda

Link to comment
Share on other sites

Tfu senin qeyretine seymur B.

Bu da bir Azerbaycan gencinin musteqil yazarin musteqil yazisinnan exz etdiyi...ayib olmadimi indi tanimadiginiz Seymur Baycanin qeyretine virtual olaraq tupurmek? Sizce basqasinin qeyretine tupurmek qeyretlilikdir?
Link to comment
Share on other sites

Nəzərə alsaq ki, Azərbaycanın 10%i kübar həyat yaşayır, yerdə qalan qızlar evdə qarımalıdır?)) 

 

Məqaləni birmənalı həzm etmək olmaz, burda evlilik daha obyektiv ölçülür. Yəni sevginin ömrü 30 aydırsa (Helena Fisher-in araşdırması nəticəsində) deməli yerdə qalan illər bağlılıq və komfort ilə kompensasiya olunur. Bu dünyada hər şeyi satın almaq olur, hər şeyin öz qiyməti və yanaşma yolu var, alver qaydası.

 

İnsanlar qeyrətini, namusunu, şərəfini satır - sübut bir çox məmurlar. Cavanlar cazibəsini satır, yəni alfonslar. Qızlar gözəlliyini satır, yəni kurtizankalar və s.r. ardını çox gətirmək olar.

 

Söhbət ondan gedir ki, baxır kim alıcı qismində kimsədə yaxşı satılan mal kimi özünü görür. Çünki əzəldən 7 nəsil öncədən imkansızlıq hökm sürüb, və bu insan dünyaya gələndə seçimi qalmır, kasıb kimi yaşamağa məhkum olur. Həyat mübarizədir deyib, çıxış yolu axtarır. Və imkanlı ailənin insanı təbiətin qanununa uyğun zəifi ram eləyir və öz istəyinə pulun gücünə çata bilir.

 

Müəllif yəqin nəzərdə tutur ki, əgər siz əzəldən həyatın qara hissəsinə düşmüsünüzsə, çıxış yolu ağ günə çıxanlar ilə həyatı bağlamaqdır. Yəni bir təkan verən stimullaşdırıcı bir şey olsun.

Edited by framework
Link to comment
Share on other sites

Varli qizla evlenin deyende ..varli qiz varli oglanla evlenir )))))...onun oyreshdiyi heyati yashada bilecek...chox nadiren bele evlilikler olur.. ya ushaqliq sevgisi,ve ya evin tek qizini agilli oglan oldugunu dushunub evlendirirler...amma bele evlilikler husranla,peshmanchiliqla bitir hemishe...bele numaneler saysiz hesabsizdir ....mence kishi cinsi hemishe ozune guvenmelidir,qurur sahibi olmalidir...

Bir sozle herkes ayagini yorganina gore uzatmalidir ....

Link to comment
Share on other sites

Nedise men hemishe ozumden kasib qiz axtarmisham.. Amma tale menim qarshima amerikada varli yehudi qizi chixartdi.. Men achigi hech istemirdim.. Amma qiz sevdi ve ailesi de menim oxudugum universitete gore meni beyendi ve qizla nishanlandiq.. Vaxt kechdikce meni yehudieshdirmeye chalishdilar ve demek olar ki, butun yehudi yigincaqlarinda ishtirak edirdim.. Amma sonda dediler ki, burda qalmalisan ve her shey de senindi.. Tek qiz idi.. Hech vaxt onlardan maddi bir shey qebul elemirdim ve imkanlarindan yararlanmirdim deye tesir imkanlari yox idi.. Amma ailemi qebul elemirdiler.. Ya Azerbaycan, ailem ya da Amerika ve onlarin ailesi.. Nese vicdan qebul etmedi..3 il qabaq her sheyi atib qayitdim.. Deye bilmerem peshmanam ya da tam xoshbextem.. Qalsaydim indi ailem ushagim ve pulum olacaqdi.. Amma guzgude ozume nece baxacaqdim.. Ailem meni boyudub savad verib men de tek ogul onlari atib eqoist kimi ancaq ozumu fikirleshim? Duz olmaz.. Her halda bezi deyerler var ki, pulla alinmasi mumkun deyil..

Edited by Farid_Miami
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Like
      • 119 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 15 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Upvote
        • Like
      • 21 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Confused
        • Haha
        • Thanks
        • Like
      • 100 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Like
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Upvote
        • Sad
        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Red Heart
        • Like
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...