Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Polis Rəisi Arvadımı ”Saxlamaq” Istəyirdi...” - Video, Foto

Recommended Posts

Yusif Əmirovu haqsız olaraq şərləyib həbs ediblər.

O, 14 il həbs cəzasına məhkum olunub. 10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə baxıblar, ona işgəncə verilib, təhqir olunub, aldadılıb, pulları əlindən alınıb.

“İnsan taleyi” layihəsində

Onunla söhbətim özünü Koroğlu metrosuna yaxın körpünün ən yüksək yerindən atması xəbərinin ardınca getdikdən sonra baş tutdu. Hadisə yerinə çatdıqda artıq FHN və DİN əməkdaşlarının birgə səyi nəticəsində “İnsan taleyi” layihəmizin budəfəki qəhrəmanı Yusif Əmirovu intihara cəhddən yayındırmaq mümkün olmuşdu.

Qəhrəmanımızın şikayətlinə biganəlik onu ölümün bir addımlığına qədər gətirmişdi. Yusif millət vəkili Qənirə Paşayevanı görmək istəmişdi, Qənirə xanımla danışdıq, olaydan xəbər tutdu və dərhal hadisə yerinə yollandı. O da atacağı qəti addımdan – intihardan geri çəkildi.
 
Onunla Sabunçu rayon Polis idarəsində görüşdük.
 
Acınacaqlı tale
 
Bəs görəsən onun bu addımı atmasına səbəb nə idi? Ölümün gözünün içinə dik baxan adamla söhbət zamanı məlum oldu ki, o, vaxtı ilə qarşılaşdığı haqsızlıqlarla bu gün də barışmır və hələ də haqqın bərqərar olması üçün müxtəlif instansiyalara müraciət edir...
 
Onun faciəsi insan oğlunun tablayıb çəkə bilməyəcəyi ağır bir yükdür. Amma Yusif bu yükü çəkib, bu taleyi yaşayıb və yaşayır...
 
Həyat hekayətinə rahat qulaq asmaq mümkün deyil. Sabunçu rayon Polis idarəsində rəis müavininin otağında üzünü xanım millət vəkilinə tutaraq deyir:
 
- Qənirə xanım, sənə balalarım qurban, üzümü sənə tuturam, sənə güvənirəm. Bu vaxta qədər çox adama müraciət etmişəm. Heç qulaq asmadılar da. 125 deputatın içində gözüm səni görür, sənin kişi qeyrətinə qurban olum...
 
Yusifin günahı nədir?
 
Bəs, nədir axı Yusif Əmirovu intihara sürükləyən?
 
Onunla söhbətimdən belə başa düşdüm ki, Yusif Əmirovu haqsız olaraq şərləyib həbs ediblər. O, 14 il həbs cəzasına məhkum olunub. 10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə baxıblar, ona işgəncə verilib, təhqir olunub, aldadılıb, pulları əlindən alınıb. Yana-yana:
 
- Salman arvadıma zəng edib deyib ki, nədir axı o qara adama ərə getmisən, gəl səni saxlayım. Yoldaşım onu söyüb...
 
- Kimdir Salman?
 
- Salman Şərur rayon Polis idarəsinin rəisi idi. Məni də, arvadımı da həbs elədi...
 
Yusifin hönkürtülü və əsəbi səsi Sabunçu rayon polis rəisinin müavini Əbülfət müəllimin otağını az qala silkələyir. O, qarşılaşdığı və heç kəsin ağlına belə gətirə bilməyəcəyi faciəsini sakit-sakit danışa bilmir...
 
Yaxşısı budur, başıbəlalı Yusifin həyat hekayətini əvvəldən dinləyək.
 
- Əslən Dərələyəzliyəm. Şərur rayonunda yaşayan bibim qızıyla evlənmişəm. 3 oğlum, bir qızım var. 1992-ci ildə valideynlərim Bərdə şəhəri, Vaqif küçəsi 77 ünvanında 4 otaqlı evi ortancıl oğlum Əfqana bağışladı. 1996-cı ildə Bakıya köçmək istədik. Həmin evi 7.000 dollara satdıq. Bakıda yaxşı ev almaq üçün yun alverinə girişdim. Bərdədən Şərura yun alıb aparırdım, orada türklərə satırdım. Müvəqqəti qayınanamgildə məskunlaşmışdıq.
 
Polis rəisi eşqə düşür
 
Yusif nəql edir ki, kiçik bibisi rayon polis idarəsində xadimə kimi çalışır. Otaqları gecədən keçmiş yığışdırdığına görə bəzən açarlar onda qalırmış və səhər tezdən polislər gəlib onun evindən açarları alırmışlar. Elə onun faciəsinə səbəb də bir dəfə polis rəisinin özünün açar dalıyca gəlməsi olur.
 
- Şərurun polis rəisi Salman Vəliyev bir gün bibimdən otağının açarını götürmək üçün özü gəlir. Həyətdə yoldaşımı görür və ona vurulur. Mənim yoldaşım yaraşıqlı və gözəldir. Rəis tez-tez evə zəng edib yoldaşımı görüşə çağırır və vədlər verir. Yoldaşım onu söyür. Bu, dəfələrlə təkrar olunur. Rəis ona deyir ki, sən o qara, kasıb adama niyə ərə gedibsən, gəl səni saxlayım.
 
Bir dəfə də Salman zəng edərkən telefonu Yusif götürür. Salmanı söyür, sən niyə əxlaqsızlıq edirsən, elə etmə ki, şöbəyə gəlib orada sənə ağır sözlər deyim, - deyir.
 
- Belə demişdim ki, Salman qışqırdı: - Gör sənin başına nə oyun gətirəcəm!!!
 
Yenə də hıçqırıq. Yenə də yaşanan müsibətlərin yaddan çıxmayan ağrılarını ifadə edən iniltilər otaq boyu “səpələnir”.
 
- Məni 1997-ci ilin avqust ayında tutdular. İmişlidə idim. Bacımın evində qalırdım və yun alırdım ki, gətirib Şərurda satım. Şərur polisindən 4 nəfər gəldi. Dedilər, sən bir xalça satıbsan türkə. Oğurluq imiş, gedək ifadə ver ki, o xalçanın oğurluq olmasından xəbərin olmayıb. Apardılar Naxçıvana. Orada Salman mənə dedi ki, yadına düşür, sənin başına oyun açacağımı demişdim? İndi vaxtdır.
 
Arvadın mən deyənləri etsə...
 
Sonra da dedi ki, bir il bundan qabaq Heydər adında adamı öldürübsən, cinayətdən yayınıbsan. Salmana dedim ki, mən Heydər adlı adam tanımıram, heç onunla rastlaşmamışam da. Amma onu da dedim ki, sən Şərurda Heydərin ölümü ilə bağlı 100 dən çox adam saxlayıb, döyüb pulunu alıbsan, bu haqda hamı danışır. Salman güldü:
 
- İndi gördün sənə necə tələ qurdum? Mən polkovnikəm, mənim sözümə inanacaqlar. Amma arvadın mən deyənləri etsə, işinə baxarıq. Yoxsa sənin arvadını da gətirib bura salacağıq.
 
Bir neçə gündən sonra arvadımı da gətirib saldılar içəri. Ona dedilər ki, sən Yusifin üzünə dur. De ki, Heydəri öldürüb. Yoxsa burda nə qədər dustaq var salacağıq üstünə, səni zorlayacaqlar...
 
Polisdən insaflı Maykl
 
Məni hər gün döyürdülər. Rəisin otağının arxasında bir yer vardı, salırdılar ora, işgəncə verirdilər. Rəis tamaşaya baxırmış kimi mənim döyülməyimə baxırdı. “Sənin bu günə düşməyinə səbəb arvadının hədsiz gözəl olmasıdır”, - deyirdi. Polisdə Maykl adlı bir it vardı. Mənə işgəncə veriləndə o it dözmürdü, zənciri qırmaq istəyirdi, hürüb onların üstünə cummaq istəyirdi, amma zəncir qoymurdu.
 
Kişilikdən başqa
 
12 gündən sonra yoldaşımı buraxdılar. O, stress keçirmişdi, tanınmaz hala salınmışdı. Haqsızlıqlar ona pis təsir etmişdi. O insanlara insan demək mümkün deyildi. O insana bənzərlərdə kişilikdən başqa hər şey vardı.
 
Prokuror müstəntiqi Ədalət Səfərov adlı bir nəfər idi. O da bizi aldatdı. İşi düz aparmadı. Ona dedim ki, sənin də ailən, uşağın var, görmürsən mənə tələ qurulub? Qayıdıb dedi ki, mən bu məsələdə acizəm. Salman Vəliyev deyib ki, Yusif tutulmasa, vəzifəndən getməlisən. Yoldaşımı da yanına çağırıb, “vəziyyətiniz ağırdır”, - deyib:
 
- Gərək mən deyənlə razılaşasan və bu işdə sizə yardımçı olam. Yusifə ağır maddə verməliyəm. Tapşırıq belədir. O, ömürlük gedə bilər.
 
Bu sözlərlə yoldaşımı təşvişdə saxlayıb və sonra ondan üç min dollar pul istəyib. Ədalət Səfərov yoldaşımdan iki min dollar aldıqdan sonra qurama cinayət işimi Şərur məhkəməsinə göndərib. O, pulu alsa da, heç bir köməklik göstərməmişdi...
 
Məhkəmə
 
Şərur məhkəməsinin sədri İsfəndiyar mənə dedi:
 
- Yusif, sənə qurğu qurulub. Arxayın ol, səni tutmayacam. Bu ölüm avtoqəza ilə olub və çoxdan bağlanıb. İndi niyə qaldırılır?
 
Dedim, siz bilərsiz...
 
Məhkəmə zalında çox adam vardı. Yalançı şahidlərin heç birini tanımırdım. Ölənin bacısı anasına dedi ki, ana dur, gedək. Bu yazığı günahsız tutub, qardaşımın qanını batırırlar...
 
Vəkilim qadın idi. Məni müdafiə edirdi. Salman axşam gedib onun evinə:
 
- Yusifi müdafiə etsən, özünü ölmüş bil. Günah məndən keçdi, səni xəbərdar edirəm, - deyib. Vəkilim qorxusundan işdən imtina etdi...
 
Bir dəfə də məhkəmənin sədri İsfəndiyar mənə dedi ki, səni bu dəqiqə buraxardım. Amma Salmandan qorxuram. Deyəcək, Yusifdən pul alıb, buraxıb. Ona görə də işi göndərirəm təkrar istintaqa.
 
Şərurda yenidən məhkəməm oldu. Hakimin adı İsmayıl idi. Mənə dedi ki, sən günahsızsan, səni buraxacağam.
 
Lakin Salman ölənin anasını qorxudaraq məhkəmədə dedirtdi ki, sizə inanmıram, işi Naxçıvana göndərin...
 
Prokurorun tövsiyəsi
 
- Naxçıvanda da mənə işgəncələr verilirdi. Qollarımı, ayaqlarımı bağlayıb zülm edirdilər. Söyür, təhqir edir və yorulmadım çırpırdılar. Hal-hazırda da sol qolum işləmir. Axır ki, tələblərimə görə məni apardılar Naxçıvanın Baş prokuroru Fikrət Qəribovun yanına. Dərdimi danışdım. Mənə olan haqsızlığın haradan qaynaqlandığını dedim. Körpə balalarım var. Qərib adamam. Heydər adlı adamı tanımıram, mənə qarşı düzgün deyillər, - dedim. Fikrət Qəribov mənə diqqətlə qulaq asıb dedi:
 
- Kişi deyilsən? Bu nə göz yaşıdır? Get 1-2 il yat içəridə. Qorxma, ora əsl kişilərin yeridir. Qarşıdan amnistiya gəlir, səni amnistiyaya saldırıb buraxdıracam.
 
Mən də ona:
 
- Əgər elədirsə, onda sən kişi adamsansa, gedək bir yerdə yataq. Axı ora kişilərin yeridir. Prokuror türmə işçilərinə dedi ki, siz bunun dərsini yaxşı verməmisiniz, aparın başa salın. Əvvəllər məni gündə 2 dəfə döyürdülərsə, Fikrətin tapşırığından sonra 3 dəfə döydülər.
 
Ordubad hakimi
 
Yusif deyir ki, mənim işimi heç bir məhkəmə boynuna götürmürdü. Axırda ürəkli hakim tapdılar:
 
- Düzgün insanlar bu işə boyun qoymadı. Axır ki, Ordubad məhkəməsinin hakimi Elman Yəhyayev bu saxta işə hakimlik etməyi boynuna götürdü. Ölən adamın qara rəngli gödəkcəsini kamerama gətirib mənim yatağımın üstünə atıblar ki, götürəndə əlimin izi qalsın.
 
1998-ci ilin iyun ayının 1-də Ordubad məhkəməsi işə başladı. Ölənin anasını, bacılarını öyrədib məhkəmədə yoldaşımla dalaşdırdılar və yoldaşımı həbs etdilər. İstəmirdilər ki, məhkəmədə şahid qismində çıxış edə bilsin.
 
Salman Vəliyev qohumlarımı - 20 yaşlı bacanağımı, kiçik baldızımı, onların qonşularını qorxuzaraq üzümə durğuzdu. Mən qəti etiraz etdim. Hakim fasilədə məni otağına gətizdirdi. Mənə dedi ki, sən sakit dayan, qoy onlar yalandan ifadə versinlər. Qoy çəkiliş getsin. Axırda yalan ifadə verdiyinə görə onları tutub, səni və yoldaşını azad edəcəyəm, hökmü mən verirəm. Razılaşmadım.
 
Koridorda isə Vera xanım adlı məhkəmə işçisi mənə dedi ki, 3.000 dollar ver, ardınca Ali Məhkəməyə gələrəm, işi qaldırıb səni buraxdıraram. Pulu verdik. O qadın da bizə atdı... onlarla əlbir imiş. Mənə 14 il iş verdilər. Vera isə məni aldatdığına görə Ağır Cinayətlərə hakim vəzifəsinə irəli çəkildi... Hal-hazırda da orada işləyir.
 
Yoldaşımı Ordubadda 3 ay həbsdə saxladıqdan sonra Elman Yəhyayev insafa gəldi. 5.000 dollar alıb buraxdı:
 
- Şəxsiyyət vəsiqən məndədir. 6 ay Bakıya gedə bilməzsən. Şikayət edə bilməzsən, - deyə, dilindən kağız aldılar...
 
Şüvalana, oradan da 14 saylı CÇM-ə gətirildim. Yenə də şikayət etdim. Məni prokuror Zakir Dursunov qəbul etdi. Özü dilimdən ifadə yazdı, başqa qələmlə qol çəkdirdi. Yazıbmış ki, hökmdən şikayətim yoxdur. Mən bildikdən sonra yenə şikayət etdim. Türmə rəisi mənə dedi ki, səni heç vaxt buraxmazlar. Gərək onda o qədər adam həbs oluna. Taleyinlə razılaş. Baş prokurorun müavini İsa Nəcəfov sənin işindən 4 il götürüb. Sənə də qol çək. Çəkmədim. Eldar Həsənov da Baş prokuror olanda bu işlə maraqlandı. Prokuror nəzarətçi Baba müəllimi yanıma göndərdi. İfadəmi aldı. 20 gündən sonra məktub gəldi ki, şahid ifadələrinə əsaslanaraq qərara aldıq ki, səni haqlı olaraq həbs ediblər...
 
“Köhnə dostlarla” yeni görüş...
 
Yusif həbsdən sonra Bakıda yaşayır. Taksi sürücüsü işləyirmiş. Bir dəfə hava limanında təsadüfən hakim Elman Yəhyayevi görür. Onu sərnişin qismində maşınına mindirir. Yolda tanışlıq verir. Elman deyir ki, məni bağışla. Allah mənə cəza verdi. İşim, var-dövlətim əlimdən getdi. Sənə pislik etmişəm. İndi özüm pis vəziyyətdəyəm. Bakıda kirayədə qalıram.
 
Yusif ona: - Sən vicdansız adamsan,- deyib.
Sonra Salmanla da qarşılaşıb.
- 2014-cü ilin may ayının 30-da Çobanzadə küçəsində “Sultan” şadlıq sarayının qarşısında dayanmışdım. Bu zaman mənə bir nəfər yaxınlaşdı. “Yusif, həmişə azadlıqda, necəsən? Mənə bir siqaret ver”, - dedi. Tanımadım. Dedim sən kimsən? Dedi, Salman Vəliyevəm, işdən çıxmışam. Mən onu söydüm. Qorxusundan qaçıb “06”-na minib uzaqlaşdı...

Yusif Əmirov hələ də nahaqdan həbs olunduğunun davasını döyür. Görəsən, müsbət cavab ala biləcəkmi?

https://www.youtube.com/watch?v=5aak8SyP7yE

yusif1.jpg

http://oxu.az/society/37017

Edited by HPTRUEVISION
Link to comment
Share on other sites

Həyətdə yoldaşımı görür və ona vurulur. Mənim yoldaşım yaraşıqlı və gözəldir. 

Belə yazan kişidən nə gözləyəsən.? Arvadini biyabir elədiki. :facepalm:  Özü də arvad kimi göz yaşi tökə - tökə..

Edited by azda

Bu boyda hadiseden sizi celb eden kishinin sadelovhlukden, savadsizlikdan, belke de safliqdan dediyi bu sozler oldu? Sizi teeccublendirecek bashqa hecneye rast gelmediniz bu yazida?

burada yazılan hər şeyə inanmayın,bəlkə də polisin bu işdə günahı yoxdur

Link to comment
Share on other sites

Yusif Əmirovu haqsız olaraq şərləyib həbs ediblər.

O, 14 il həbs cəzasına məhkum olunub. 10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə baxıblar, ona işgəncə verilib, təhqir olunub, aldadılıb, pulları əlindən alınıb.

10 il yatıb, bir on il də gördüyü yuxuların havası ilə gəzəcək. Beləcə həyatı sona çatacaq.. Belə sindirilmış insan çətin ki özünə gələ..

Link to comment
Share on other sites

Bu boyda hadiseden sizi celb eden kishinin sadelovhlukden, savadsizlikdan, belke de safliqdan dediyi bu sozler oldu? Sizi teeccublendirecek bashqa hecneye rast gelmediniz bu yazida?

Hələ bir utanmadan deyirki arvadimi saxlamaq istəyirdi , kişi olan kəs belə sözün necə dilinə gətirə bilər , hansi dövürdə yaşayiriq ki .. bir qadinina sahib dura bilmir , kimsə kiminsə həyat yoldaşina , arvadina artiq əskik söz deyə bilərki.? siz bu insanin dediyinə bir o qədər də inanmayin , bədbəxt insan olmasina bədbəxtdir , Allah köməyi olsun , yəqin ki 14 illik haqqini 5-10 min dollarla bağlayacaqlar , çixib haqqini istəməyə. Əyin başindan görmək olurki bomj kimi yaşayan bir insandi belə olmasaydi oturduğu yerə qəzetləri düzməzdilər , ona nə lazimdi ? -PUL.. Onu da alib sakitləşəcək.

Hələ başqa saytlarda onun xanimi haqqinda dedikləri görməmisiz , deyirlər bütün  idarənin işçilərilə gəzib tozan qadin olubda. Bu da dediyim kimi "fil qulağinda yatan kişi".  Düzdür namus səbəbiylə qadınlar qorunmalıdırlar.  başqa zaman da deyirsiz ki qadin xəyanəti kimi mövzularda bu  dava, namus məsələsidir artıq. Düşünülməsi lazım olan tək şey, çirklənmiş namusun necə təmizlənəcəyidir  buradakı pislik, silahlı, silahsız qarşıdurma, bəlkə də ölüm ilə, yəni torpaq ilə təmizlənər.Bəs nə oldu indi.? Bu kişi öz arvadini qoruya bilmədi deyə türmədə 14 il yatdida zavodun bütün heyyəti ilə firlanan qadinini görməməzlikdən gəldiyi üçün 14 illik həyati qayçi ilə kəsilən kimi kəsilib atilib.

Qadin idarenin ishcileriyle gezib amma polis reisini yaxin buraxmir? Biraz mentiqdenkenar deyil? Sizin yazdiginiz sohbet daha cox dedi-qoduya benzeyir, amma meni meselenin bu hissesi hec maraqlandirmir. Kishi namusludur, ya namussuz, qadin fahishedir ya qeyretli qadin bunu arashdiracaq ne sebrimiz var ne de vaxtimiz. Bu hadisede diqqet yetirilesi esas meqam Azerbaycan huquq-muhafize orqanlarinin ozbashinaligidir. 

Link to comment
Share on other sites

Bunu oxuyanda,"Голодный кролик атакует" filmi nədənsə yadıma düşdü.Bilmirəm niyə,əslində fərqli mövzulardır.Yəqin ki,çıxılmazlıq vəziyyətinə görə..

Belə hadisələr çox olub və olur da..Həyatın kimə nə cür sürpriz hazırladığını bilmək olmur.Hamımızın arzularında müəyyən ortaq məqamlar olur.Amma çoxları heç ağlına belə gətirə bilmir ki,həmin ortaq məqamları həyata keçirmək üçün,gərək heç olmasa "qaralanmış adam" olmayasan(fikiri tutanlar,nəyi nəzərdə tutduğumu anladılar)

Link to comment
Share on other sites

Qadin idarenin ishcileriyle gezib amma polis reisini yaxin buraxmir? Biraz mentiqdenkenar deyil? Sizin yazdiginiz sohbet daha cox dedi-qoduya benzeyir, amma meni meselenin bu hissesi hec maraqlandirmir. Kishi namusludur, ya namussuz, qadin fahishedir ya qeyretli qadin bunu arashdiracaq ne sebrimiz var ne de vaxtimiz. Bu hadisede diqqet yetirilesi esas meqam Azerbaycan huquq-muhafize orqanlarinin ozbashinaligidir. 

Dövlətin qanunlarindan çixa bilməzsən .. mən gedim adam öldürüm sonra deyim balamin cani haqqi mən adam öldürməmişəm , öldürmüsən əcəb eləmisən , öldürməmisənsə də gedib millət vəkilinin yaninda diz çökməyin mənasi yoxdur.Çaliş cəmiyyətə haqli olduğunu sübut elə..İndi axiri nə olacaq youtubeyə yox istəyirsən fikrini yazili sürətdə ag evə göndər , nə dəyişəcək.? Elə bilirsiz mən o insani ələ saliram.? Onu da Allah belə yaradibda nə etmək olar ? Sadəcə öz həyatini düzgün şəkildə qoymayib , çox şeylər ondan yan qaçib.Belə də rəzillik olar? Arvadima kimsə göz dikdi ) İndi hökümət ona nə eləsin.? Hökümət hökümət olsaydi camaat niyə vətənindən qaçirdi ? Mən heç nə hüquq mühafizə orqanlarini qinamiram nə şikayət eləmirəm , hami bilirki kim kimdi nə nədi bunu 50 dəfə denən..O öz ailəsinə sahib çixa bilməyəndən sonra ... Sonraki peşmançiliq fayda verməz misali.. Onun  Qənirə Paşayevanin yanina da çixmasi bəllidi , çünki belə olmasaydi o Salman bəyi elə o 06 markali maşinindaca yox edərdi , adini da qoyubki maşina minib qaçib , yerə girdi.?)

Yaxshi, olsun siz deyen. Tutaq ki, bu kishi namussuzdur, qadin da fahishe.  Polisin haqqi var onlari sherleyib toretmedikleri cinayeti boyunlarina qoysunlar, vezife selahiyyetlerinden istifade edib onlari shantaj etsinler?

Link to comment
Share on other sites

Dövlətin qanunlarindan çixa bilməzsən .. mən gedim adam öldürüm sonra deyim balamin cani haqqi mən adam öldürməmişəm , öldürmüsən əcəb eləmisən , öldürməmisənsə də gedib millət vəkilinin yaninda diz çökməyin mənasi yoxdur.Çaliş cəmiyyətə haqli olduğunu sübut elə..İndi axiri nə olacaq youtubeyə yox istəyirsən fikrini yazili sürətdə ag evə göndər , nə dəyişəcək.? Elə bilirsiz mən o insani ələ saliram.? Onu da Allah belə yaradibda nə etmək olar ? Sadəcə öz həyatini düzgün şəkildə qoymayib , çox şeylər ondan yan qaçib.Belə də rəzillik olar? Arvadima kimsə göz dikdi ) İndi hökümət ona nə eləsin.? Hökümət hökümət olsaydi camaat niyə vətənindən qaçirdi ? Mən heç nə hüquq mühafizə orqanlarini qinamiram nə şikayət eləmirəm , hami bilirki kim kimdi nə nədi bunu 50 dəfə denən..O öz ailəsinə sahib çixa bilməyəndən sonra ... Sonraki peşmançiliq fayda verməz misali.. Onun  Qənirə Paşayevanin yanina da çixmasi bəllidi , çünki belə olmasaydi o Salman bəyi elə o 06 markali maşinindaca yox edərdi , adini da qoyubki maşina minib qaçib , yerə girdi.?)

Xanım,mövzunu açan,"qeyrət namus" yönündə açmayıb.O, sadəcə hüquq mühafizə orqanlarında baş verən özbaşınalığın bir nümunəsini yerləşdirib.

Belə hadisələr yüzlərlə,minlərlədir.Məsələn:Mən dükanda işləyirəm.Bizim dükanı bir dəfə yardılar.Nəyinki bizim,bir neçə gün ərzində,qəsəbədə 5-6 dükan yarıldı.Bu gecə soyğunlarının arasında 2-3 günlük interval var idi.Qəsəbədəki harınlamış "uçastkovıy"in heç ruhu da incimədi.Necə evində oturmuşdusa,elə də otururdu.O, ancaq ev tikənlərin və ya ayrı obyektləri tikənlərin böyrünü kəsdirib,pul almağı yaxşı bilir.Bu hadisələrlə əlaqəli,onun heç bir fəaliyyəti olmadı.Dükanımız yarılandan xeyli sonra,"itlər" gəlib çıxdı.Atam onların şərəfsizliyini görüb,onlarla tutaşdı.Hələ bir qabaqdan gəlmişdik edirdilər.Biz də dedik ki,"özünüz yardırırsınız də.Yoxsa indi çoxdan tutmuşdunuz bu oğruları.Sovet vaxtı,bir uçastkovıy,heçnəsiz cinayətin üstünü açırdı.İndi isə,21-ci əsrdir,əlinizin altında hər şey var,ancaq guya ki,siz bu xam oğruları tuta bilmirsiniz?".Bunu söylədikdən sonra,onlar ümumiyyətlə qızışdı."Oğru lap elə mən!".Nələr söyləmirdilər.Sonra ekspertiza gəldi,yalandan qurcalaqlanıb getdilər.Dükanın şəkilini "Nokia 6300"-lə çəkirdilər.Təssəvvür edin.Mənə elə gəlirdi ki,onlar bizi ələ salır.Bir müddət,dükanı özümüz qoruduq(toydan sonra nağara məsələsi).Hər gecə yuxsuz qalırdım.Əlimə bir paya alıb,səbirsizlikə gözləyirdim ki,dükana çatan kimi,haqqımı yeyən o əclafların dərsini şəxsən özüm verim.Onları al qana boyayıb,ədaləti bərpa edim.Amma təəssüf ki,iy bilirmişlər kimi,day gəlmədilər.Biz siravi vətəndaş ola-ola,potensial şübhəlilərin kim olduğunu təxmini araşdırmışdıq.6-7 yerdən "namizədlərimiz" var idi.Amma "yazıq" polislər tapmaqda çətinlik çəkirdilər.Bir müddətdən sonra....Oturmuşdum dükanda,bir də gördüm polis maşını gəldi.İçindən üç polis düşdü."Təqsirləndirilənləri" gətirmişdilər.Dükana salıb,hadisənin nə cür olduğunu ondan soruşdu.O da başladı sira ilə göstərməyə və danışığında bir şeyi tutdum ki,bu adamın heç bu dükandan xəbəri yoxdur.Digər "təqsirkar" oturmuşdu maşında və dükana baxıb,gülümsəyirdi.Axırda başa düşdüm ki,bunlar adi nəişəxorlarıdır.Bu dükana isə,heç bir aidiyyatları yoxdur.Çünki,ayaq üstə qırxı çıxan oğlan,oğurladığı şeylərin yerini belə səhv bilirdi.

Link to comment
Share on other sites

Yusif Əmirovu haqsız olaraq şərləyib həbs ediblər.

O, 14 il həbs cəzasına məhkum olunub. 10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə baxıblar, ona işgəncə verilib, təhqir olunub, aldadılıb, pulları əlindən alınıb.

“İnsan taleyi” layihəsində

Onunla söhbətim özünü Koroğlu metrosuna yaxın körpünün ən yüksək yerindən atması xəbərinin ardınca getdikdən sonra baş tutdu. Hadisə yerinə çatdıqda artıq FHN və DİN əməkdaşlarının birgə səyi nəticəsində “İnsan taleyi” layihəmizin budəfəki qəhrəmanı Yusif Əmirovu intihara cəhddən yayındırmaq mümkün olmuşdu.

Qəhrəmanımızın şikayətlinə biganəlik onu ölümün bir addımlığına qədər gətirmişdi. Yusif millət vəkili Qənirə Paşayevanı görmək istəmişdi, Qənirə xanımla danışdıq, olaydan xəbər tutdu və dərhal hadisə yerinə yollandı. O da atacağı qəti addımdan – intihardan geri çəkildi.

Onunla Sabunçu rayon Polis idarəsində görüşdük.

Acınacaqlı tale

Bəs görəsən onun bu addımı atmasına səbəb nə idi? Ölümün gözünün içinə dik baxan adamla söhbət zamanı məlum oldu ki, o, vaxtı ilə qarşılaşdığı haqsızlıqlarla bu gün də barışmır və hələ də haqqın bərqərar olması üçün müxtəlif instansiyalara müraciət edir...

Onun faciəsi insan oğlunun tablayıb çəkə bilməyəcəyi ağır bir yükdür. Amma Yusif bu yükü çəkib, bu taleyi yaşayıb və yaşayır...

Həyat hekayətinə rahat qulaq asmaq mümkün deyil. Sabunçu rayon Polis idarəsində rəis müavininin otağında üzünü xanım millət vəkilinə tutaraq deyir:

- Qənirə xanım, sənə balalarım qurban, üzümü sənə tuturam, sənə güvənirəm. Bu vaxta qədər çox adama müraciət etmişəm. Heç qulaq asmadılar da. 125 deputatın içində gözüm səni görür, sənin kişi qeyrətinə qurban olum...

Yusifin günahı nədir?

Bəs, nədir axı Yusif Əmirovu intihara sürükləyən?

Onunla söhbətimdən belə başa düşdüm ki, Yusif Əmirovu haqsız olaraq şərləyib həbs ediblər. O, 14 il həbs cəzasına məhkum olunub. 10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə baxıblar, ona işgəncə verilib, təhqir olunub, aldadılıb, pulları əlindən alınıb. Yana-yana:

- Salman arvadıma zəng edib deyib ki, nədir axı o qara adama ərə getmisən, gəl səni saxlayım. Yoldaşım onu söyüb...

- Kimdir Salman?

- Salman Şərur rayon Polis idarəsinin rəisi idi. Məni də, arvadımı da həbs elədi...

Yusifin hönkürtülü və əsəbi səsi Sabunçu rayon polis rəisinin müavini Əbülfət müəllimin otağını az qala silkələyir. O, qarşılaşdığı və heç kəsin ağlına belə gətirə bilməyəcəyi faciəsini sakit-sakit danışa bilmir...

Yaxşısı budur, başıbəlalı Yusifin həyat hekayətini əvvəldən dinləyək.

- Əslən Dərələyəzliyəm. Şərur rayonunda yaşayan bibim qızıyla evlənmişəm. 3 oğlum, bir qızım var. 1992-ci ildə valideynlərim Bərdə şəhəri, Vaqif küçəsi 77 ünvanında 4 otaqlı evi ortancıl oğlum Əfqana bağışladı. 1996-cı ildə Bakıya köçmək istədik. Həmin evi 7.000 dollara satdıq. Bakıda yaxşı ev almaq üçün yun alverinə girişdim. Bərdədən Şərura yun alıb aparırdım, orada türklərə satırdım. Müvəqqəti qayınanamgildə məskunlaşmışdıq.

Polis rəisi eşqə düşür

Yusif nəql edir ki, kiçik bibisi rayon polis idarəsində xadimə kimi çalışır. Otaqları gecədən keçmiş yığışdırdığına görə bəzən açarlar onda qalırmış və səhər tezdən polislər gəlib onun evindən açarları alırmışlar. Elə onun faciəsinə səbəb də bir dəfə polis rəisinin özünün açar dalıyca gəlməsi olur.

- Şərurun polis rəisi Salman Vəliyev bir gün bibimdən otağının açarını götürmək üçün özü gəlir. Həyətdə yoldaşımı görür və ona vurulur. Mənim yoldaşım yaraşıqlı və gözəldir. Rəis tez-tez evə zəng edib yoldaşımı görüşə çağırır və vədlər verir. Yoldaşım onu söyür. Bu, dəfələrlə təkrar olunur. Rəis ona deyir ki, sən o qara, kasıb adama niyə ərə gedibsən, gəl səni saxlayım.

Bir dəfə də Salman zəng edərkən telefonu Yusif götürür. Salmanı söyür, sən niyə əxlaqsızlıq edirsən, elə etmə ki, şöbəyə gəlib orada sənə ağır sözlər deyim, - deyir.

- Belə demişdim ki, Salman qışqırdı: - Gör sənin başına nə oyun gətirəcəm!!!

Yenə də hıçqırıq. Yenə də yaşanan müsibətlərin yaddan çıxmayan ağrılarını ifadə edən iniltilər otaq boyu “səpələnir”.

- Məni 1997-ci ilin avqust ayında tutdular. İmişlidə idim. Bacımın evində qalırdım və yun alırdım ki, gətirib Şərurda satım. Şərur polisindən 4 nəfər gəldi. Dedilər, sən bir xalça satıbsan türkə. Oğurluq imiş, gedək ifadə ver ki, o xalçanın oğurluq olmasından xəbərin olmayıb. Apardılar Naxçıvana. Orada Salman mənə dedi ki, yadına düşür, sənin başına oyun açacağımı demişdim? İndi vaxtdır.

Arvadın mən deyənləri etsə...

Sonra da dedi ki, bir il bundan qabaq Heydər adında adamı öldürübsən, cinayətdən yayınıbsan. Salmana dedim ki, mən Heydər adlı adam tanımıram, heç onunla rastlaşmamışam da. Amma onu da dedim ki, sən Şərurda Heydərin ölümü ilə bağlı 100 dən çox adam saxlayıb, döyüb pulunu alıbsan, bu haqda hamı danışır. Salman güldü:

- İndi gördün sənə necə tələ qurdum? Mən polkovnikəm, mənim sözümə inanacaqlar. Amma arvadın mən deyənləri etsə, işinə baxarıq. Yoxsa sənin arvadını da gətirib bura salacağıq.

Bir neçə gündən sonra arvadımı da gətirib saldılar içəri. Ona dedilər ki, sən Yusifin üzünə dur. De ki, Heydəri öldürüb. Yoxsa burda nə qədər dustaq var salacağıq üstünə, səni zorlayacaqlar...

Polisdən insaflı Maykl

Məni hər gün döyürdülər. Rəisin otağının arxasında bir yer vardı, salırdılar ora, işgəncə verirdilər. Rəis tamaşaya baxırmış kimi mənim döyülməyimə baxırdı. “Sənin bu günə düşməyinə səbəb arvadının hədsiz gözəl olmasıdır”, - deyirdi. Polisdə Maykl adlı bir it vardı. Mənə işgəncə veriləndə o it dözmürdü, zənciri qırmaq istəyirdi, hürüb onların üstünə cummaq istəyirdi, amma zəncir qoymurdu.

Kişilikdən başqa

12 gündən sonra yoldaşımı buraxdılar. O, stress keçirmişdi, tanınmaz hala salınmışdı. Haqsızlıqlar ona pis təsir etmişdi. O insanlara insan demək mümkün deyildi. O insana bənzərlərdə kişilikdən başqa hər şey vardı.

Prokuror müstəntiqi Ədalət Səfərov adlı bir nəfər idi. O da bizi aldatdı. İşi düz aparmadı. Ona dedim ki, sənin də ailən, uşağın var, görmürsən mənə tələ qurulub? Qayıdıb dedi ki, mən bu məsələdə acizəm. Salman Vəliyev deyib ki, Yusif tutulmasa, vəzifəndən getməlisən. Yoldaşımı da yanına çağırıb, “vəziyyətiniz ağırdır”, - deyib:

- Gərək mən deyənlə razılaşasan və bu işdə sizə yardımçı olam. Yusifə ağır maddə verməliyəm. Tapşırıq belədir. O, ömürlük gedə bilər.

Bu sözlərlə yoldaşımı təşvişdə saxlayıb və sonra ondan üç min dollar pul istəyib. Ədalət Səfərov yoldaşımdan iki min dollar aldıqdan sonra qurama cinayət işimi Şərur məhkəməsinə göndərib. O, pulu alsa da, heç bir köməklik göstərməmişdi...

Məhkəmə

Şərur məhkəməsinin sədri İsfəndiyar mənə dedi:

- Yusif, sənə qurğu qurulub. Arxayın ol, səni tutmayacam. Bu ölüm avtoqəza ilə olub və çoxdan bağlanıb. İndi niyə qaldırılır?

Dedim, siz bilərsiz...

Məhkəmə zalında çox adam vardı. Yalançı şahidlərin heç birini tanımırdım. Ölənin bacısı anasına dedi ki, ana dur, gedək. Bu yazığı günahsız tutub, qardaşımın qanını batırırlar...

Vəkilim qadın idi. Məni müdafiə edirdi. Salman axşam gedib onun evinə:

- Yusifi müdafiə etsən, özünü ölmüş bil. Günah məndən keçdi, səni xəbərdar edirəm, - deyib. Vəkilim qorxusundan işdən imtina etdi...

Bir dəfə də məhkəmənin sədri İsfəndiyar mənə dedi ki, səni bu dəqiqə buraxardım. Amma Salmandan qorxuram. Deyəcək, Yusifdən pul alıb, buraxıb. Ona görə də işi göndərirəm təkrar istintaqa.

Şərurda yenidən məhkəməm oldu. Hakimin adı İsmayıl idi. Mənə dedi ki, sən günahsızsan, səni buraxacağam.

Lakin Salman ölənin anasını qorxudaraq məhkəmədə dedirtdi ki, sizə inanmıram, işi Naxçıvana göndərin...

Prokurorun tövsiyəsi

- Naxçıvanda da mənə işgəncələr verilirdi. Qollarımı, ayaqlarımı bağlayıb zülm edirdilər. Söyür, təhqir edir və yorulmadım çırpırdılar. Hal-hazırda da sol qolum işləmir. Axır ki, tələblərimə görə məni apardılar Naxçıvanın Baş prokuroru Fikrət Qəribovun yanına. Dərdimi danışdım. Mənə olan haqsızlığın haradan qaynaqlandığını dedim. Körpə balalarım var. Qərib adamam. Heydər adlı adamı tanımıram, mənə qarşı düzgün deyillər, - dedim. Fikrət Qəribov mənə diqqətlə qulaq asıb dedi:

- Kişi deyilsən? Bu nə göz yaşıdır? Get 1-2 il yat içəridə. Qorxma, ora əsl kişilərin yeridir. Qarşıdan amnistiya gəlir, səni amnistiyaya saldırıb buraxdıracam.

Mən də ona:

- Əgər elədirsə, onda sən kişi adamsansa, gedək bir yerdə yataq. Axı ora kişilərin yeridir. Prokuror türmə işçilərinə dedi ki, siz bunun dərsini yaxşı verməmisiniz, aparın başa salın. Əvvəllər məni gündə 2 dəfə döyürdülərsə, Fikrətin tapşırığından sonra 3 dəfə döydülər.

Ordubad hakimi

Yusif deyir ki, mənim işimi heç bir məhkəmə boynuna götürmürdü. Axırda ürəkli hakim tapdılar:

- Düzgün insanlar bu işə boyun qoymadı. Axır ki, Ordubad məhkəməsinin hakimi Elman Yəhyayev bu saxta işə hakimlik etməyi boynuna götürdü. Ölən adamın qara rəngli gödəkcəsini kamerama gətirib mənim yatağımın üstünə atıblar ki, götürəndə əlimin izi qalsın.

1998-ci ilin iyun ayının 1-də Ordubad məhkəməsi işə başladı. Ölənin anasını, bacılarını öyrədib məhkəmədə yoldaşımla dalaşdırdılar və yoldaşımı həbs etdilər. İstəmirdilər ki, məhkəmədə şahid qismində çıxış edə bilsin.

Salman Vəliyev qohumlarımı - 20 yaşlı bacanağımı, kiçik baldızımı, onların qonşularını qorxuzaraq üzümə durğuzdu. Mən qəti etiraz etdim. Hakim fasilədə məni otağına gətizdirdi. Mənə dedi ki, sən sakit dayan, qoy onlar yalandan ifadə versinlər. Qoy çəkiliş getsin. Axırda yalan ifadə verdiyinə görə onları tutub, səni və yoldaşını azad edəcəyəm, hökmü mən verirəm. Razılaşmadım.

Koridorda isə Vera xanım adlı məhkəmə işçisi mənə dedi ki, 3.000 dollar ver, ardınca Ali Məhkəməyə gələrəm, işi qaldırıb səni buraxdıraram. Pulu verdik. O qadın da bizə atdı... onlarla əlbir imiş. Mənə 14 il iş verdilər. Vera isə məni aldatdığına görə Ağır Cinayətlərə hakim vəzifəsinə irəli çəkildi... Hal-hazırda da orada işləyir.

Yoldaşımı Ordubadda 3 ay həbsdə saxladıqdan sonra Elman Yəhyayev insafa gəldi. 5.000 dollar alıb buraxdı:

- Şəxsiyyət vəsiqən məndədir. 6 ay Bakıya gedə bilməzsən. Şikayət edə bilməzsən, - deyə, dilindən kağız aldılar...

Şüvalana, oradan da 14 saylı CÇM-ə gətirildim. Yenə də şikayət etdim. Məni prokuror Zakir Dursunov qəbul etdi. Özü dilimdən ifadə yazdı, başqa qələmlə qol çəkdirdi. Yazıbmış ki, hökmdən şikayətim yoxdur. Mən bildikdən sonra yenə şikayət etdim. Türmə rəisi mənə dedi ki, səni heç vaxt buraxmazlar. Gərək onda o qədər adam həbs oluna. Taleyinlə razılaş. Baş prokurorun müavini İsa Nəcəfov sənin işindən 4 il götürüb. Sənə də qol çək. Çəkmədim. Eldar Həsənov da Baş prokuror olanda bu işlə maraqlandı. Prokuror nəzarətçi Baba müəllimi yanıma göndərdi. İfadəmi aldı. 20 gündən sonra məktub gəldi ki, şahid ifadələrinə əsaslanaraq qərara aldıq ki, səni haqlı olaraq həbs ediblər...

“Köhnə dostlarla” yeni görüş...

Yusif həbsdən sonra Bakıda yaşayır. Taksi sürücüsü işləyirmiş. Bir dəfə hava limanında təsadüfən hakim Elman Yəhyayevi görür. Onu sərnişin qismində maşınına mindirir. Yolda tanışlıq verir. Elman deyir ki, məni bağışla. Allah mənə cəza verdi. İşim, var-dövlətim əlimdən getdi. Sənə pislik etmişəm. İndi özüm pis vəziyyətdəyəm. Bakıda kirayədə qalıram.

Yusif ona: - Sən vicdansız adamsan,- deyib.

Sonra Salmanla da qarşılaşıb.

- 2014-cü ilin may ayının 30-da Çobanzadə küçəsində “Sultan” şadlıq sarayının qarşısında dayanmışdım. Bu zaman mənə bir nəfər yaxınlaşdı. “Yusif, həmişə azadlıqda, necəsən? Mənə bir siqaret ver”, - dedi. Tanımadım. Dedim sən kimsən? Dedi, Salman Vəliyevəm, işdən çıxmışam. Mən onu söydüm. Qorxusundan qaçıb “06”-na minib uzaqlaşdı...

Yusif Əmirov hələ də nahaqdan həbs olunduğunun davasını döyür. Görəsən, müsbət cavab ala biləcəkmi?

https://www.youtube.com/watch?v=5aak8SyP7yE

yusif1.jpg

http://oxu.az/society/37017

Bu yazı bizim Varis adlı yazıçının yeni əsəri üçün əsil mövzu ola bilər.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане введены ограничения на услуги такси - ПОВЫШЕНЫ ЦЕНЫ. Таксисты в отчаянии: они не могут оплатить долги и почему выросло число заявлений жителей в связи с занятостью.
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Like
      • 13 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Milli
        • Like
      • 21 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Haha
        • Like
      • 73 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Haha
      • 39 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Haha
      • 43 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
      • 47 replies
    • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной - ЗАЯВЛЕНИЕ МВД. ЗАЯВЛЕНИЕ МАТЕРИ ЖЕНИХА
      В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.
      Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.
      Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.
      Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.
        
      Они полюбили друг друга, и все произошло с их согласия. Мы попросили ее руки и получили положительный ответ.
      Об этом заявила Рейхан Тагиева, 37-летний сын которой, согласно утверждениям, женился на 17-летней девушке.
      Женщина также опровергла информацию о бракосочетании пары.
      "Я сказала, что сыграем свадьбу, когда девушка станет совершеннолетней. В социальных сетях говорят неправду, что ей 15 лет и она вышла замуж по расчету. Я не богатая, и мой сын с трудом зарабатывает на жизнь. У девушки есть родственники, которым это не нравится, поэтому они выдумали такой сценарий", - добавила Р.Тагиева.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/868051  https://ru.oxu.az/society/868364
        • Upvote
        • Like
      • 237 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...