Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qadın Sünnəti, Məqsəd Nədir?


gapgara

Recommended Posts

Öz yeniliklərilə İslam dünyasını “sevindirməyə” davam edən İŞİD-in növbəti qərarı qadınların sünnət olunmasıdır. İraq və Şam İslam Dövləti ələ keçirdiyi bölgələrdə qadın və qızların sünnət olunması ilə bağlı fətva verib. Qeyri-dəqiq məlumatlara görə, bu fətva 4 milyon qız və qadına şamil ediləcək.

Bəs qadın sünnəti nədir və necə yaranıb? Hazırda haralarda, hansı məqsədlə tətbiq olunur?

Qadın sünnəti - cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki, məqsəd qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün girsin deyə, bu addım atılır.

Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin və Qana kimi müsəlmanların üstünlkü təşkil etdiyi Afrika ölkələrində qadınlar sünnət edilir. Həmçinin xristianların üstünlük təşkil etdiyi Nigeriya, Tanzaniya və Nigerdə də qadınlar sünnət edilir.

Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.

Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə görə, qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib çıxır. Belə ki, rəvayətə görə, qadınların sünnət edilməsi adəti onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun həyat yoldaşı Həcər olub.

Hətta İslam peyğəmbəri Məhəmmədin də sünnətin qadın üçün fəzilət olduğunu dediyi bildirilir.

Buna baxmayaraq, dində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də, araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələb yoxdur.

Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digər bölgələrinə yayılıb.

Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla müxtəlif formalarda edilir. Burada digər məqsədin guya fahişəliyin qarşısının alınması olduğu deyilsə də, statistik məlumatlar göstərir ki, bu sünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik heç də digərlərindən az deyil.

Qadın sünnəti insan orqanizminə necə zərər vurur? Bunun hansı fəsadları var?

Ginekoloq Ellada Sarıyeva AzVision.az-a bildirib ki, sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır, birdəfəlik dayandırmır: “Bunun məqsədi cinsi funksiyanı tormozlamaqdır. Əslində klitorun kəsilməsi qadının cinsi fəaliyyətinə ciddi təsir etmir, sadəcə, fiziki zədə qalır və cinsi münasibətə qismən istəksizlik yaranır. Qadının cinsi fəaliyyətini yalnız yumurtalığı kəsməklə tam dayandırmaq olar”.

Cinsi fəaliyyətə ciddi təsir etməsə də, sünnət qadının həyatı üçün təhlükə törədir. Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatını itirməsi ilə nəticələnə bilir: “Qadın sünnətinin bir təhlükəli tərəfi də qanaxmadır ki, sünnət zamanı qanaxmadan ölənlərin sayı kifayət qədərdir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan damarları ilə zəngindir və onlara nəzarət etmək çətindir”.

Ginekoloq deyir ki, sünnət qadının psixologiyasına da ciddi təsir edir. Belə ki, sünnət olunmuş qadında ətrafdakılara qarşı qorxu hissi yaranır və asanlıqla tabe olur.

Qadın sünnətinin doğuşa təsirinə gəlincə isə, E.Sarıyeva bildirib ki, bunun ciddi təsiri yoxdur.

Azərbaycanın da bəzi bölgələrində, əsasən isə Qax və Zaqatalada qadın sünnətinin olduğu deyilir. “Təmiz Dünya” Qadınlara Yardım İctimaiv Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bununla bağlı yalnız bir dəfə quruma şikayət daxil olub: “Bir neçə il bundan qabaq Zaqatala zonasında sünnətlə bağlı hansısa faktların olduğunu dedilər, amma aşkarlanmadı. İstənilən halda bu hal qadına qarşı zorakılıqdır. Təkcə fiziki yox, eyni zamanda psixoloji zərbədir”.

 

Publika.az

 

Link to comment
Share on other sites

Bu xəbərləri oxudum,mən də dəhşətə gəldim.Bu nə vəhşilikdir? Yazıq o qızların halına,şikəst edilirlər.Sünnət edirsiz,heç olmasa həkimlə,dərmanla olunsun ki,ağrı olmasın.Yoxsa hansısa daş alətlə edirlər.İnkişaf deyilən anlayış,axmaq adət-ənənələrin üzündən mümkün deyil.Bu adətlər hamı inkişaf etdikcə,bu insanları geri atır.Küt insan tayfası.

Link to comment
Share on other sites

aciq deyim- mence,umumiyyetle sunnet insana (cinsden asili olmayaraq) qarsi edilen en boyuk tehqirdir,sadece insanin shuuraltina yarimciq varliq oldugu fikrini yeridib qula cevirmek ucun bir vasitedir... :facepalm:

Edited by gonca
Link to comment
Share on other sites

Bu xəbərləri oxudum,mən də dəhşətə gəldim.Bu nə vəhşilikdir? Yazıq o qızların halına,şikəst edilirlər.Sünnət edirsiz,heç olmasa həkimlə,dərmanla olunsun ki,ağrı olmasın.Yoxsa hansısa daş alətlə edirlər.İnkişaf deyilən anlayış,axmaq adət-ənənələrin üzündən mümkün deyil.Bu adətlər hamı inkişaf etdikcə,bu insanları geri atır.Küt insan tayfası.

 

Axi umumiyyetle qiz usaqlarin sunnete ehtiyaci yoxdur .

 

Xristiyanlarin bezi vilayetlerinde de var Allah aGil versiN. Steril muhitde aparilmadigina gore netice bezen olumle bitir. dində elə bir şey yoxdur.. ümumiyyətlə geri, cahil qalmış Afrika , Iran olekerinde var  .  məncə çox böyük bir axmaqlıq o bashixarabliqdan ötəri qan itkisindən ölən yüzlərlə qadın var.dinde elə bir şey olsaydı Peyğəmbər zamannda etdirilərdi deyə düşünürəm ... belə bir şey qəbul edilə bilməz. Eger beledise o zaman demek olarki insan da qusurludur qusurlu olaraq dunyaya gonderilir , Allahin yaratdigini beyenmediyimizden  onun qusurunu da sonradan ara hekimleri kimi savadsizlar duzeldir. Dinde qadinlara boyuk deyer verilir amma sonradan peyda olmus muselmancikler , onlarin alimcikleri qadini bir kukla kimi formalasdirirlar , yeni ancaq kisilerin ozlerine lazim gelende istifade edilmesi ucun canli bir obyekt.

 

 

Insanin psixologiyasini tam pozur bu ermeniye oxsayan tayfa. En yaxsisi o olardiki Iranda dunyaya gelen qiz usaqlarini ele dogulan gunden oldurub atardilar , yene de bu teqdire layiq olardi.. bu nedir axi insani dogumasina pesman ederler bu ki insanliga , shexsiyyete tehqirdir. 

Link to comment
Share on other sites

Muracietim her sheyi mukemmel yaratmis ve her sheye qadir din tanrisinadir:

-bu nece mukemmellikdir ki, dogulduqdan sonra sunnete ehtiyac duyulur? Insani sunnetli yarada bilmezdinmi?

P. S. Sohbet hem kishi, hem qadin sunnetinden gedir.

 

Quran, acıqca "İnsanı en mukemmel shekilde yaratdım. Menim yaratdıgim uzerinde deyishiklik olmaz "deyir. Peygemberin ve onu yaxından tanımısh xelifelerin olumunden yuz iller sonra uydurulmaga bashlanmish ve qeyde kecirilmish hedisler var.Bunlarin hamisi uydurulmush hedislerdir. Mene de qaranliq qalir , lap deyek ki oglan usaqlari ucun sunnetdir , cunki xestelikler bash vere biler guya , ama bele dusunuremki dunyada milyardlarla sunnetsiz insanlar var ve bu kishiler , oglanlar sunnetsiz olduqlari ucun her hansi bir xesteliye tutulduqlari ya da olduklerine dair her hansi bir elmi , tibbi delil de yoxdur.  

Edited by impuls
Link to comment
Share on other sites

Məqsəd?

İnsalar qabağa getməkdən, oxuyub savad alıb nəsə yenilik kəşf etməkdən, əksinə 6-7 çi əsrə qayıdıllar, 

Və bu mövzu ən irgənc saydığım mövzulardandı

Son zamanlar nə tapıblar bunu müzakirə etməkdə?

Link to comment
Share on other sites

Məqsəd?

İnsalar qabağa getməkdən, oxuyub savad alıb nəsə yenilik kəşf etməkdən, əksinə 6-7 çi əsrə qayıdıllar, 

Və bu mövzu ən irgənc saydığım mövzulardandı

Son zamanlar nə tapıblar bunu müzakirə etməkdə?

 

Güya ki, forumda qoyulan digər mövzular hamısı təqdirə layiqdır və hamı sevinclə qarşılayir?? Bura forumdur, hər cürə mövzu da açılır, xöşlamadığınız mövzuya heç girməyə də bilərsiz.

Link to comment
Share on other sites

Quran, acıqca "İnsanı en mukemmel shekilde yaratdım. Menim yaratdıgim uzerinde deyishiklik olmaz "deyir. Peygemberin ve onu yaxından tanımısh xelifelerin olumunden yuz iller sonra uydurulmaga bashlanmish ve qeyde kecirilmish hedisler var.Bunlarin hamisi uydurulmush hedislerdir. Mene de qaranliq qalir , lap deyek ki oglan usaqlari ucun sunnetdir , cunki xestelikler bash vere biler guya , ama bele dusunuremki dunyada milyardlarla sunnetsiz insanlar var ve bu kishiler , oglanlar sunnetsiz olduqlari ucun her hansi bir xesteliye tutulduqlari ya da olduklerine dair her hansi bir elmi , tibbi delil de yoxdur.  

 

Oglanlarda sünnəti qəbul etməyən etmir, öz işləridir. Ancaq şəxsən mən vacib sayıram. O qədər tənbəl, bacarıqsız analar olur ki, körpə vaxtı uşaqlarına baxımsizlıqdan uşaqlar çox əziyyətlər çəkir. Hətta problem yaranıb həkimə düşənlər də olur. Ondansa elə uşağın körpə vaxtından sünnəti olmağı daha məqsədə uyğundur. Bu sünnətin vacibliyi uşağın körpəliyində daha çox üzə çıxır.

 

Qadınların sünnətinə gəldikdə isə bunu vəhşilikdən başqa bir şey adlandırmaq olmaz. Mövzunun ortaya çıxmasına səbəb isə İŞİD-in növbəri vəhşiliyidir. Hansısa qüvvələr tərəfindən (antimüsəlman qüvvələr) ortaya atılmış qrup bacardıqları qədər qırırlar müsəlmanları, qırmadıqlarına da belə işgəncə verirlər. Görünür hələ məqsədlərinə çatmayıblar..

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 4 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Upvote
        • Sad
        • Haha
        • Like
      • 174 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 22 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Haha
        • Like
      • 296 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Upvote
        • Like
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Confused
        • Haha
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...