Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Əgər Çaldıranda Şah İsmayıl Qalib Gəlsəydi...


Achilles_

Recommended Posts

30 min olmesin lap 300 min olsun. Gel onun islahatlarindan danish. Pyotr islahatlarinin ruslarin heyatindaki evezedilmez rolunu danirsan yoxsa?

 

Rus dövlətinin - bəli ,  o dövrki  rus xalqının yox.  Xalq onun üçün   öz dövlətini  möhkəmləndirmək üçün bir alət idi. 

Link to comment
Share on other sites

bir az düshünün , naqillara az uyun .    12 yashinda särkärdä ,  yox bir  faraon :)))))    bir dä  o zamanlar  7000 döyüshchünün olmasi üchün  nä qädär ähali lazimdir ?    naqilbazliqda   ermänilärlä az yarishin :))))

Ban elediler meni) Qismet.

Burda ele Pyotrdan sohbet gedir, 10 yashinda Pyotu char elan edibler, 1689 da ise Pyotr oz bashina dovleti idare edib. (17 yash edir?) Dalay lamalar 6 yashindan Tibet idareedicileri olurlar.

Fermopile Axmedinler 200 minlik ordu yeridmishdiler Yunanlarin ustune. Duzdu Qerodot bu ordunun milyonu kechdiyini yazibdi. Texmini bizim eradan evvel 450 il qabaq, onun cavabinda Yunanlar ploteyde Axmedinlere qarshi 10000 Spartali ve 30000 Yunanistanin bashqa dovlet-sherlerinin ordusunu chixardib. Romalilar ile Karfogenler arasinda doyushu(kannibal) antik dovrun en dehshetili doyushu adlandirirlar. 10000 ne yaxin meyidi qazib chixardirlar dali qurtarmir. Ismail onlardan texmini 2000 il sonra olub. 7000 ordu nedir ki? Qedim Romanin bir legionunda 2000 esker olub, bir doyushde ise ona kimi legion ishtirtak ede bilirdi. GelIn men de bashqa variant yazim. SIZin kimiLERE gore Azerbaycanlilar oz tarixini bilmir ve yaxud tarixine shubhe ile yanashir. Ona gore de ozune Tarix yaradan ermeniye dunyanin yunesko kimi tewkilatlari Tarixi olub onun danan Azerbaycanlilardan ustun yanashir.

Ismailin 12 yashinda Shirvana ordu yeridmeyi o demek deyil ki, Ismail ordunu ozu idare edir. Ne de ki, 6 yashindaki uwaq tibeti edare ede bilmez bu da melum meseledir. Ismaili shah eden insan ve onun etrafi olub. 

Link to comment
Share on other sites

Y O L D A Ş L A R !

Həmşərilərimiz demişkən, sizlərdən bir dünya məmnunam ) Sən demə hər kəsin içində Səfəvilərnən, İsmailnən bağlı bolluca ürək sözləri var imiş və nə yaxşı ki mən bu mövzunu açmaqla sizləri bu söz arğırlığından xilas etmiş oldum ) Bu belə.

Sizlərin yazdıqlarını da maraqla oxudum. İndi isə ümumi olara fikir bildirmək istəyirəm. Sizlər burda İsmayılı iki müxtəlif tərəflərdən analiz elədiz. Məsələn, bəziləriniz onun dini görüşləri və addımları, digərləriniz dövlət başçısı kimi xüsisiyyətlərini və s. müdafiə elədiz. Yəqin ki çoxlarınızın xəbəri var ki, İsmayıl Şeyx Səfi İshaq nəslindəndir. Bunlar isə özlərini imam nəsli hesab edirdilər və hər zaman da çoxlu sayda müridləri olurdu. Qırmızı çalma taxırdılar, çalma 12 dilimli olurdu, buların hamsının dini simvolikası var. İsmayılın atası Heydər öləndən sonra, onun silahdaşları İsmayılı ortaya çıxarıb dövlət qurdular. İsmayılın özündən başqa 2 qardaşının olduğunu bilirəm. Bu məqlədə isə onların əslində 5 qardaş olduğu deyilir. Bu məsələ mənim üçün artıq şübhəli qalır. Fərman Kərimzadənin "Xudafərin körpüsü" tarixi romanında deyilir ki, İsmayıldan öncə taxta böyük qardaşı Sultanəli gəlir. Döyüşlərin birində onu öldürürlər, ondan sonra İsmayıl gəlir onun yerinə. Daha dogrusu, onu atası Heydərin silahdaşları irəli çəkir. Bir qədər əvvələ gedək. Həmin tarixi romanda deyilir ki, İsmayıl qardaşları və anası ilə birgə Şirvanşah Fərrux Yasar tərəfindən Şirvanşahların qalasında həbsdə saxlanılırdı.

Burda maraqlı bir neçə məqam var. Əvvəla İsmayılın 13-15 yaşlarında bu cür böyük dövlət qurmaslı mümkmünsüzdü. Səfəvilər dövlətini, Şeyx Heydərin silahdaşları Heseyn Lələ bəy (hansı ki İsmayılın əvvəldən sona qədər tərbiyəçisi və himayədarı olub), Dədə Bəy B) digər bir sıra tür tayflarının başçıları bir yerdə qurdular, İsmayıl isə fiqur olaraq dövlət başçısı elan olundu. Səfəvilər ilk dövrlərdə özlərinə ordu yığmaq üçün digər tayfaların dini hisslərinə təsir edirdilər. İsmayılı ilahi gücə sahib biri kimi qələmə verərək, müxtəlif süni möcüzələr təşkil edirdilər. Məsələn, İsmayılın dvoyniki var idi. Həmin o dvoyniki ağ geyimdə və ağ atın belində göndərirmişlər başqa bir şəhərə, eyni anda İsmayıl özü də ağ paltarda ağ atın belində Təbrizdə camaatın içində peyda olurdu və bu "möcüzə" xalq içində yayılırdı. Beləlilə onun ilahi gücünüə inananlar da çoxalırdı və orduya cəlb olunuru. Ola bilsin bu bir qədər şişirdilmiş hadisədir, ancaq faktiki olaraq qızılbaşların məqsədlərini və fəaliyyət istiqamətlərini açıq aydın ortaya qoyur. Nəticə; ismayıl nə dövlət qurmayıb, nə də onu idarə etməyib. Bunu danmaq mümkün deyil. İsmayılın arxasında duran güclü şiə mafiyası hakimiyyəti əldə saxlamaq və s məqsədlər üçün, şiəliyi geniş təblig edib, ehyni zamanda da Azərbaycanın hər yerində sünnilərin qətliamın həyata keçiriblər. Bunlar hamısı tarixi faktlarda var, maraqlananlar tapıb oxuya bilər. Mən dini bir kişilik deyiləm, mənim üçün İsmaylın etdikləri insani nöqteyi nzərdən qəbuledilməzdir.

İkinci və ən vacib məsələ. Hər birimiz bilirik ki, orta əsrlərdə dünyanın ən qüdrətli dövlətləri məhz türk dövlətləri olmuşdu və Avropa dövlətləri də onları bir birinə qırdırmaq üçün hər vasitəyə əl atıblar və bunu çox gözəl də bacarıblar. Baxın tarixə Ağqoyunlularla Qaraqoyunlular (Uzun Həsən, Qara Yusif), Teymurla İldırım Bəyazid, İsmayılla Sultan Səlim və sonradan da Səlimin törəmələri ilə Təhmasib və s. Tarixdə müəyyən qədər İsmayılla Səlimin arasındakı kobud münasibətlər və "vızovlar" haqqında məlumatlar var. Məsələn, deyilənə görə Sultan Səlim taxta çıxanda bütün Avropa dövlətləri onu təbrik etdi, elçi göndərdi, ancaq İsmayıl təhqir dolu bir məktub göndərdi. Bu Səlimə çox pis təsir göstərir, çünki, o öz millətindən olan bir rölkənin başçısından daha layiqli bir təbrik gözləyirdi. İsmayıl tərəfindən atılan bir çox axmaq addımlar Səlimin Çaldıranda onun başınız əzməsinə gətirib çıxarır. Aydındı ki bu məğlubiyyətdən sonra İsmayıl bir daha müharibə yürüşlərinə çıxmır.Yəqin xəbəriniz var ki, İsmayılı Səlimin üzərinöə qısqırdan da Vatikan və Genuya oldu. Genuyalalıar İsmayıla Səlimlə döyüşmək üçün top söz vermişdilər. Razılaşdırılmış vaxta İsmayıl öz qoşunu ilə deyilən yerə yaxınlaşır, ancaq Genuyalılar gəlmir.Bu onu göstərir ki, Avropalıların məqsədi kifayət qədər açıq aydındır. Əgər İsmayıl doğrudan da ağıllı dövlət başçısı olsaydı, bu qədər axmaq tırkalara getməzdi. Yəni insan bu qədər qanmaz olmalı idi ki, bu cür fitnəni başa düşməsin. İsmayıl haqq etdiyi zərbəni alır.

Bu günlərdə Səlimlə İsmayıl arasında baş verdiyi ehtimal olunan daha bir maraqlı hadisə barəsində oxudum. Deyilənə görə, İsmayıl Səlimə bir sandıq göndərir. Sandığı açırlar ki, içində çoxlu daş qaş, bahalı parçalar və s. var, ama sandıqdan çox pis iy gəlir. Sandığın dibə baxırlar ki, orda insan nəcisi var.. Səlim tapşırır ki, İsmayıla yaxçı bir cavab hazırlasınlar. Nəysə, bir sandıq hazırlayılar, içində də çoxlu daş qaş, parçalar, hulğum (çox güman ki o zaman üçün osmanlı şirniyyatı ) və kiçik bir kağız parçasında məktub qoyurlar. Osmanlı elçisi gəlir şıxır İsmayılın sarayına. Sandığı açırlar içindəkiləri göürlər, sevinirlər, hulğumdan da doyunda yeyirlər. Ancaq İsmayıl təəccüb içində qalır ki, görəsən bu nə deməkdi belə. Osmanlı eşçisi bunu hiss edib, məktubu çıxardır veir İsmayıla. Məktubda yazılmışdı; " İsmayıl, kim nə yeyirsə, ondan da pay verir"..

Link to comment
Share on other sites

... " İsmayıl, kim nə yeyirsə, ondan da pay verir"..

 

Achilles ,  heç  düzgün yanaşma  olmadı )) 

 

Əvvəla İsmayıl  14 yaşında o boyda imperiya qurmayıb , qurmağa başlaqyıb.  Marksın məşhur  fikrini yəqin ki , eşitmisən -  Şah İamayıl 14 ilə 14 ölkə fəth etdi .    Yəni  , "o boyda imperiyanı"   quranda onun artıq ən azı  28 - 29 yaşı var idi.  Yetkin  bir insan demək olar.    Bu yaşda artıq professorlar ,  dövlət başçıları  , milliarderlər indi də var . Niyə  təəccüblənmirsən ?  )) 

 

Sonra , deyirsən ki, kimsə onu  "raskrutka" edib  )) Burada nə var ki ?  İndi də  prezidentləri  hansısa maaliyə  qrupları  hakimiyyətə gətirir . 

 

Möcüzə  göstəriblər ? İndiki piar kompaniyalar möcüzə  gföstərmir ? ))  Söhbət orta əsrlərdən gedir .

 

Sonra deyirsın ki,   şiə  mafiyası onu  hakimiyyətə gətirib .  Niyə məhz mafiya ? Onda belə çıxır ki , sünni mafiyası da var idi ?  Ümumiyyətlə mafiya  sözünun  mətləbə heç bir dəxli yoxdur.   Tarixdən məlumdur ki, həmişə   hakimiyyətə gəlmək üçün müəyyən ideologiyalrdan istifadə  ediblər.  Niyə məhz şiəliyə  -  hakimiyyətə gəlmək üçün ideologiya kimi -  belə kateqorik münasibət var ?   .  

 

Sonra deyirsın ki, Avropa və vatikan "qanmaz"   Şah İsmayılı  Türklərin üstünə  qızışdırıb ))   Siyasətdə  heç vaxt  dost və qardaş olmur.  Yalnız , maraqları üst - üstə düşən  partnyorlar var .  Tarixi  və siyasi  şərait tələb edəndə  hamı  özünə  uyğun siyasi və hərbi  partnyor seçib və seçir .  Axmaq olmayan  Osmanlı  sulatanları  hətta potensial  taxtı taca vərəsə ola bilən   öz yaxın qohumlarını qətlə yetiridilər  ,  o ki, qaldı  hansısa digər türk tayfaları .  Həmin dövrlərdə  bayırda orta əsrlər davam edirdi ))   Müasir gözlə  o dövrə baxmaq düzgün deyil .  Hərçənd ki, hətta müasir siyasi liderlərdə əllərində  çoxlu qanla hakimiyyətə gəlirlər.  

 

Müsəlman və türklər qardaşdırlarsa  , bəs indi niyə bu qardaşlığı  nümayiş etdirmirlər.  Məsələn ,   Türkiyənin  ərazinini  və Azərbaycanın ərazisi  türk və müsıəlman olımayan iri və iri olmayan dövlətlər  digər müsəlman ölkəsini darmadağın etmək üçün tranzit  kimi  istifadə edirlər . Bəs  niyə indi  demirsən ki, Türkiyə  niyə  NATO- nun tərkibindədir ? Axı  NATO  -da türk və mesəlman  ölkələri yoxdur ...    Bunlar hamısı  ritorik  suallardır. cavabını da yuxarıda özüm yazmışam.   Siyasətdə  dost , qardaş söhbəti yoxdur.  Kimə nə sərfə edir , onu da edirlər.   Şah İsmayıla da o dövrdə  şiə dövləti qurmaq və  Avropa ilə dipolomatik əlaqə yaratmaq sərf edib , onu  da edib .   Yoxsa indi yeni bir tema atıblar oratlığa  ki,    o boyda  imperiya quran Şahımızı  axmaq və  alkaş hesab edək ((  Elə şey yoxdur ))     Lap  şiə olub , lap  fialn qədər adam qırıb  -   indi məgər  az qırırlar ?  Hələ dini fanatiklər bir yana ,  demokratiya bayrağı altında az qırırlar ?  

Link to comment
Share on other sites

Sunyata,mən sonuncu hekayəni sadəcə oxumuşam, demirəm ki doğru söbətdir ) Bu yəqin ki olmuş bir hadisənin şişirdilmiş formasıdır. İndi çalışaram sizin yazılarınızın hər abzasına fikir bildirim.

 

İsmayıl ümumiyyətlə imperiya qurmayıb, bunu onun arxasındakı güclər edib. O artıq yetkinlik yaşına çatanda hər şey hazır idi. İsmayıla isə oturub şer filan yazmaq qalırdı ki, elə onnan da məşğul olsaydı yaxşıydı. O yaşda qüdrətli dövlət başçıları kifayət qədər az olub. Sunyata, dövlət idarə etmək, elmlə məşğul olmaqdan və ya anadangəlmə yüksək İQ-yə malik olmaqdan tam fərqli şeydir mənimçün. Məsələn, Atillanı götürsək, görərik bu adam uçaqlığından at üstündə, döyüşlərdə olub. İsmayıl uşaqlığını zindanlarda keçirib. Bu müddətsə isə saznan, şernən məşğul olub. Bu tip adamın 14 yaşında hər hansı bir nüfuza və ya qüdrətə malik olması sadəcə mümkün deyil. Çünki, 14 yaşına qədər bunun ümumiyyətlə dövlətçiliklə bağlı hər hansı bir təcrübəsimi deyim, dünyagörüşümü deyim, olmuyub. 

 

Gələk raskrutka məsələsinə. Mənim üçün fərqi yoxdu ki, indi kimlər kimi raskrutka eliyir. Mən Azərbaycan dövlətinin toxumu əkmiş hesab edilən bir şəxsi analiz eliyirəm və münasibətimi bildirirəm, çünki bir azərbaycanlı olaraq bu cür adamı öz dövlətimin şərəfli nümayəndəsi hesab eləmirəm ! Mənim dini görüşlərimi bilirsən, dini kişilik olmamağıma baxmayaraq, bu adamın din adından elədikləri, Azərbaycan ərazisində minlərlə insanı qılıncdan keçirməsi (sırf sünnidir deyə, və ya Sultan Səlimin Türkiyədə şiələri qılıncdan keçirməsinə cavab olaraq) heç hara yazılası deyil. Mənim aləmimdə dövlət başçısı bu deyil.

 

Sunyata, yenə deyirəm, mənim üçün şiənin, sünninin fərqi yoxdu. Məsələ, ümumiyyətlə bu iki təriqət arasında uçurumu bilərəkdən dərinləşdirməkdən və ya bu adlardan sui istifadə ilə hakimiyyətə gəlmə və orda möhkəmlənmədən gedir. Mafia sözü burda məcazi mənadadır əlbəttə ki, hər halda bunu ciddiyə almamısan. Bir daha deyirəm, hansı dövlətlərdə, hansı şəxslərin nə elədiyi mənə maraqlı deyil, mən məhz İsmayılı analiz edirəm, çünki yuxarıdadediyim kimi, bu adam dövlətçiliyimizin əsasını qoyan biri hesab olunur. Və mən bununla yenə də razı deyiləm.

 

Sunyata, taxt-tac uğrunda oğlu, qızı və s. birinci dərəcəli qohumları öldürmək nəinki Osmanlıda, bütün dünya dövlətlərinin tarixində var. Bunu ki sən daha yaxşı bilirsən?? Bu məsələni niyə Osmanlı dövlətinin səhvi və ya əzifliyi kimi göstərirsən? Guya Səfəvilərdə belə bir şey olmuyub? Bəli, İsmayıl sözün əsl mənasında qanmaz olub ki, onu asanlıqla Osmanlıya qarşı qoya biliblər. Mənə xoş gəlməyən məsələ, İsmayılın eyni kökdən olduğu bir türk dövlətinin üstünə qzıışması idi. Hakimiyyət hərisliyi insanın gözünü nə qədər tutmalıdı ki, belə qudurğanlıq eləsin. Halbuki, o zaman bəlkə də İsmayıldan başqa hər kəs bilirdi ki, Vatikan bur iki dövləti bir birinə qırdırmaq istəyir. Əlbəttə, uşaq beyni bunu təhlil eliyə bilmədi. Arxasındakı lələlərin qol gücü isə burda işə yaramadı əlbəttə ki. 

 

Müsəlman və türk qardaşdır demək, bir qədər düz çıxmır axı, Sunyata, müsəlmanlıq dini mənsubiyyətdi, türklük etnik. Buların qardaş olub olmaması ümumiyyətlə məcburi deyil. Mən etnik olaraq türk olanların birliyinin tərəfdarıyam, dini mənsubiyyətindən asılı olmayaraq. Bu gün Türkiyə ilə bizim münasibətlərimiz çox yaxşıdır. Bizim birlikdə müsəlmanara qarşı münasibətimiz isə birmənalı deyil, bu da ki aydın məsələdir. 

 

Düzdü, mən öz bildiyim qədərilə mühakimə edirəm, ancaq məqaləsini yerləşdirdiyim qardaş araşdırmaçıdı və aydındı ki bizdən çox bilir, mənbələr də göstərir yazılarında. Mənbələri oxusaq bəlkə də fikirlərimiz dəyişər.

Link to comment
Share on other sites

Ele movzunun adi ile bagli sual verim. Ismail Osmanli ile doyushde ozu olmayib?

Burda balaca bir nyuans var, Ismail sunnileri qiranda 1500-cu iller olub, indi ise 2014 cu ildir. Ismailden sonra Azerbaycan tarixinde onlarla hadiseler bash verib. Indi bash veren hadiselerin Ismaile dexli yoxdur. Sohbet senin dine qarshi munasibetinden gedmir. Sohbet Ismailden gedir, onun dine qarshi munasibeti hech olmayib. Tarixde imperiya yaradmaq uchun ya umumi din-teriqet olmalidir ya da umumiyyetle din olamalidir. O dovdeki camaatin dushuncesi nezere alinib ve shie sohbeti atilib ortaya. 

Bes indi nece, Tukiyenin eyni koklu milletin ustune qizishmasi seni esebleshdirir yoxsa yox? Turklerin ermenistani yaradib paytaxtin gumru sheheri yox, Irevan sheheri olmasi isteyi nece? Rusiya ile Turkiye arasinda muqavile var, eger Naxchivana ve Acaristana hansisa bir olke hucum elemek istese Turkiye oz ordusunu Naxchivana yeride biler, bu nece esebleshdirir seni?

Rusiya ile qonshuyuq, vaxti ile qardash kimi yashamishiq, Rus qadinlar alib choxu o vaxt ancaq Rusiya Imperialist olkedir. Rusun fikri hamiya melumdur, Ismail de Osmanlinin fikrini senden menden yaxshi bilirdi. Hardansa oxumushdum yadimdan deqiq chixib, Ismailin Sultan sarayinda keshfiyyatchisi olub. Ozude balaca vezifede ishlemeyib. Tapib yazaram bura. Eger Osmanli Avropani feth etseydi onda Sefevi haqqinda dushunmeye bashlayacaqdi. Avropa gedir, qirim Osmanlida idi, Shimali afrika osmanlinin terkibinde, yaxin sherq de onun kimi. Avropadan sonra kim qalirdi? Neye gore fikirleshirsen ki, Osmanli Sefevini qardash sayib yanicharlari atmayacaqdi onun ustune? Yanicharlarin Sefeviye simpatiyasi olduguna gore?

Link to comment
Share on other sites

Sunyata,mən sonuncu hekayəni sadəcə oxumuşam, demirəm ki doğru söbətdir ) Bu yəqin ki olmuş bir hadisənin şişirdilmiş formasıdır. İndi çalışaram sizin yazılarınızın hər abzasına fikir bildirim.

 

....

 

Düzdü, mən öz bildiyim qədərilə mühakimə edirəm, ancaq məqaləsini yerləşdirdiyim qardaş araşdırmaçıdı və aydındı ki bizdən çox bilir, mənbələr də göstərir yazılarında. Mənbələri oxusaq bəlkə də fikirlərimiz dəyişər.

 

Yaxşı, abzas -abzas cavab verməyəcəyəm ))  Ümumi cavab verirəm .

 

Achilles , axı  biz İsmayılı bir dövlət başçısı ,  dini  rəhbər ,   sərkərdə kimi  yəqin ki, müzakirə edirik də .  Əks halda onu  heç müzakirə etməzdik.   Dövlət başçısı , siaysi  xadim , dini  ideoloq və s.  bu  kimi insanları müzakirə edəndə istər istəməz digərləri ilə  müqayisə edirik .   Ona , bir insan hüquqları  müdafiəçisi kimi  baxsam ( səninlə birgə )) )   , onda sən deyəndir.    Amma o  dövrdəki  sivilizasiyada belə  anlayışlar yox idi .  Şahlar ,Krallar var idi və onlar bir birini  qırırdılar , bir - birini qırmayanda da hərə  özünküləri  qırırdı ,  qırmayanda da çapıb talayırdı  .   Niyə  indi , məhz indi  bu faktları və  şiə söhbətlərini  ön plana çəkən "araşdırmalar"   ortaya atılıb ?  Bu barədə  düşünmüsən ?  Təsadüfi  hadisələr  indiki dövrdə hətta tədqiqatçılar  arasında da ola bilməz.  Çox güman ki, kimlərinsə  sifarişidir.   Deməli , fransız kralları  öz  xalqını qırıb , Rus imperatorları  öz xalqını qırıb , Türk  xilafəti və imperiyası  öz təəbələrini qırıb ,  amma heç onlar öz tarixi şəxsiyyətlərinə axmaq demirlər.   Biz niyə deməliyik ?  

 

Tutaq ki , indiki zamanda Amerika  Türkiyəyə təklif etdi ki,  gəl  biz səni Avropa birliyinə qəbul etdirək , üstəlik də sizə  nüvə  silahı  texnologiyaları verək ,   üstəlik də  hər il  sizə  10 mlrd.  dollar həcmində  hərbi yardım edək . Əvəzində isə  qarabağı müstəqil erməni dövləti kimi tanı .  Sən bilən tanıyar , ya tanımaz ?  Tanımasa deməli ən axmaq hökümət olar yer üzündə ))  Çünki ,  hətta mənə  belə təklif olunsa ,   bir azərbaycanlı kimi  buna iki əllə razılaşaram ))  Qardaşlıq , türklük , müsəlmanlıq  , nə bilim  nələr və nələr -  bunlar siyasi romantikaya aiddir .  Siyasi realistlik  (praqmatizm ) isə  -  qardaşa , soydaşa baxmır (( 

 

P.S.  Fikirlərinlə  razı olmasam da  , bilirsən ki,   hörmətlə yanaşıram .   Bir az da səni  cinləndirim ki, yaxşı postlar yazasan  :devil:

Edited by Sunyata
Link to comment
Share on other sites

Ele movzunun adi ile bagli sual verim. Ismail Osmanli ile doyushde ozu olmayib?

Burda balaca bir nyuans var, Ismail sunnileri qiranda 1500-cu iller olub, indi ise 2014 cu ildir. Ismailden sonra Azerbaycan tarixinde onlarla hadiseler bash verib. Indi bash veren hadiselerin Ismaile dexli yoxdur. Sohbet senin dine qarshi munasibetinden gedmir. Sohbet Ismailden gedir, onun dine qarshi munasibeti hech olmayib. Tarixde imperiya yaradmaq uchun ya umumi din-teriqet olmalidir ya da umumiyyetle din olamalidir. O dovdeki camaatin dushuncesi nezere alinib ve shie sohbeti atilib ortaya. 

Bes indi nece, Tukiyenin eyni koklu milletin ustune qizishmasi seni esebleshdirir yoxsa yox? Turklerin ermenistani yaradib paytaxtin gumru sheheri yox, Irevan sheheri olmasi isteyi nece? Rusiya ile Turkiye arasinda muqavile var, eger Naxchivana ve Acaristana hansisa bir olke hucum elemek istese Turkiye oz ordusunu Naxchivana yeride biler, bu nece esebleshdirir seni?

Rusiya ile qonshuyuq, vaxti ile qardash kimi yashamishiq, Rus qadinlar alib choxu o vaxt ancaq Rusiya Imperialist olkedir. Rusun fikri hamiya melumdur, Ismail de Osmanlinin fikrini senden menden yaxshi bilirdi. Hardansa oxumushdum yadimdan deqiq chixib, Ismailin Sultan sarayinda keshfiyyatchisi olub. Ozude balaca vezifede ishlemeyib. Tapib yazaram bura. Eger Osmanli Avropani feth etseydi onda Sefevi haqqinda dushunmeye bashlayacaqdi. Avropa gedir, qirim Osmanlida idi, Shimali afrika osmanlinin terkibinde, yaxin sherq de onun kimi. Avropadan sonra kim qalirdi? Neye gore fikirleshirsen ki, Osmanli Sefevini qardash sayib yanicharlari atmayacaqdi onun ustune? Yanicharlarin Sefeviye simpatiyasi olduguna gore?

Təkrar təkrar yazmaq istəmirəm, sizin yazdığınız fikrə münasibətim əvvəlki postlarımdadır. O ki qaldı İrəvan məsələsinə, bunun Türkə aiddiyatı yoxdur. Bu 1918-ci ildəki siyasi konyukturadan asılı olaraq bizim öz razılığımızla baş vermişdi. Gürcüstan və Azərbaycanın müstəqil ola bilməsi üçün paytaxt şəhərləri var idi, Ermənistanın isə yox idi. Sovetlər xahiş elədi ki müvəqqəti olara İrəvan oların paytaxtı olsun. Buna bizimkilər razılıq vermişdi. Bu başqa məsələdi. Biz bunu müzakirə etmirik.

O ki qaldı sizin ikinci abzasdakı ehtimallarınıza, olar ehtimaldı, tarix o axarnan getsəydi bəlkə də biz bu gün bu forumda sizlə müzakirə eləməzdik. Fakt odur ki, bu gün biz başqa tarixi müzakirə edirik. Bu tarix isə səfəvilərin osmanlılara düşmən münasibətindən ibarətdir, vəssalam. Mən ümumiyyətlə Osmanlıları da müdafiə etmirəm, ancaq olanı da danıb göz yummuram.

Link to comment
Share on other sites

Yaxşı, abzas -abzas cavab verməyəcəyəm ))  Ümumi cavab verirəm .

 

Achilles , axı  biz İsmayılı bir dövlət başçısı ,  dini  rəhbər ,   sərkərdə kimi  yəqin ki, müzakirə edirik də .  Əks halda onu  heç müzakirə etməzdik.   Dövlət başçısı , siaysi  xadim , dini  ideoloq və s.  bu  kimi insanları müzakirə edəndə istər istəməz digərləri ilə  müqayisə edirik .   Ona , bir insan hüquqları  müdafiəçisi kimi  baxsam ( səninlə birgə )) )   , onda sən deyəndir.    Amma o  dövrdəki  sivilizasiyada belə  anlayışlar yox idi .  Şahlar ,Krallar var idi və onlar bir birini  qırırdılar , bir - birini qırmayanda da hərə  özünküləri  qırırdı ,  qırmayanda da çapıb talayırdı  .   Niyə  indi , məhz indi  bu faktları və  şiə söhbətlərini  ön plana çəkən "araşdırmalar"   ortaya atılıb ?  Bu barədə  düşünmüsən ?  Təsadüfi  hadisələr  indiki dövrdə hətta tədqiqatçılar  arasında da ola bilməz.  Çox güman ki, kimlərinsə  sifarişidir.   Deməli , fransız kralları  öz  xalqını qırıb , Rus imperatorları  öz xalqını qırıb , Türk  xilafəti və imperiyası  öz təəbələrini qırıb ,  amma heç onlar öz tarixi şəxsiyyətlərinə axmaq demirlər.   Biz niyə deməliyik ?  

 

Tutaq ki , indiki zamanda Amerika  Türkiyəyə təklif etdi ki,  gəl  biz səni Avropa birliyinə qəbul etdirək , üstəlik də sizə  nüvə  silahı  texnologiyaları verək ,   üstəlik də  hər il  sizə  10 mlrd.  dollar həcmində  hərbi yardım edək . Əvəzində isə  qarabağı müstəqil erməni dövləti kimi tanı .  Sən bilən tanıyar , ya tanımaz ?  Tanımasa deməli ən axmaq hökümət olar yer üzündə ))  Çünki ,  hətta mənə  belə təklif olunsa ,   bir azərbaycanlı kimi  buna iki əllə razılaşaram ))  Qardaşlıq , türklük , müsəlmanlıq  , nə bilim  nələr və nələr -  bunlar siyasi romantikaya aiddir .  Siyasi realistlik  (praqmatizm ) isə  -  qardaşa , soydaşa baxmır (( 

 

P.S.  Fikirlərinlə  razı olmasam da  , bilirsən ki,   hörmətlə yanaşıram .   Bir az da səni  cinləndirim ki, yaxşı postlar yazasan  :devil:

Mən abzas abzas ona görə dedim ki, aləm qarışmasın da, nə yazdığım anlaşılsın ) Sorası da ki, mən cavab vermirdim, sadəcə fikir bildirirdim, mən kiməm ki nəyəsə cavab verim, bildiyimiz bir iki şey var, onnan da başımızı girliyiriy )

Sonda yazdığın fikir üçün minnətdaram Sunyata və bilirsən ki bu hörmət qarşılıqlıdı. Mənim burdakı fəaliyyətim məlumat toplama və öyrənmə xarakteri daşıyır, ona görə də maksimum dirəşirəm ) Sən dediklərinlə də razıyam hardasa, əlbəttə ki milli maraqlar hər şeydən üstündür. Mənim etiraz elədiyim məsələ sırf Səfəvi dövlətinin adının İsmayılda, dadının isə onun arxasındakı güclərdə olmasıdır. Halbuki bunu bilə bilə İsmayılı şişirdib dağ başına qoyurlar. Bizim insan bu adamı daha mox şair kimi tanıyır, nəinki dövlət başçısı. Və Səfəvilərin dağılmasının başlanğıcını da birbaşa İsmayılın və ya onun arxasındakı güclərin axmaq siyasəti oldi. Hələ Çaldıran döyüşündəki taktiki səhvləri demirəm.

Ola bilsin səndə konkret faktlar var ki, doğrudan da bu adam o yaşında bu qədər bacarıqlı olub, at üstündə əlində qılınc döyüşə girib, dövlətini adam balası kimi idarə eliyib və s. Mənbə versən oxuyarıq, mənim özümə də maraqlıdı. Çünki, bu günə kimi oxuduqlarım məndə bu adam haqqında yaxşı təəssürat bağışlamadı.

Link to comment
Share on other sites

ermenistanin Araratin o biri tayinda olmagi Ataturkun isteyidir(o vaxtki ordu imkanlarini nezere almaqla) Rusiya ve ermenistan ise paytaxtin Gumri sheheri olduguna raziliq vermishdi. Bizim ozumuzun o vaxt raziliq vermek huququmuz olmayib. Belke yazasan Turkmenchay muqavilesi de bizim raziligimiz ile olub? Beli bu bashqa sohbetlerdir, men bu misali yuxaridaki postlarla raziyam, ona gore yazmisham. Ne biz turkiyenin qardashiyiq ne de turkler bizim. Ne de o vaxt Osmanli Sefevi hokumetine qardash kimi baxmayib. Ne de Rusiya Ukrayna ile qardashdi, tek Turkiyeden sohbet gedmir.

Kim olani danib gez yumur ki? Ne ola bilecekdi versiyalardi, men bashqa shey yazmisham. 100 faiz bele olacaqdi. Imperiya ideologiyasina hech vaxt serhed olmur ve Turkiye indiye kimi Osmanli imperiya ideologiyasi ile yashayir. Shahin addimi duzgun addim olub, eger Ismail Turkleri zeifledmeseydi muassir Azerbaycanin olub-olmamagi sual altinda olacaqdi, hele Avropanin proqresini demirem. Cenubi Azerbaycan ile Azerbaycanin iki yere bolunmesi ve ermenistanin yaranmasi Ismailin gunahi deyil. Bele addimlar atilanda ne ola bileceyi fikirleshirler mene ele gelir, kechmishde ne olub-onu yox.

Ishdi shikayetdi, imperator zad olsam birinci Turkiyeden bashlayacam.))

Edited by Восставший из бана
Link to comment
Share on other sites

Ola bilsin səndə konkret faktlar var ki, doğrudan da bu adam o yaşında bu qədər bacarıqlı olub, at üstündə əlində qılınc döyüşə girib, dövlətini adam balası kimi idarə eliyib və s. Mənbə versən oxuyarıq, mənim özümə də maraqlıdı. Çünki, bu günə kimi oxuduqlarım məndə bu adam haqqında yaxşı təəssürat bağışlamadı.

 

Bir məqalədən yalnız müxtəlif tarixçilərin fikirlərini  -  sitatları  copy -paste edirəm .  Məqalənin tam mətni  -burada  - http://az.apa.az/xeber_akademik_ramiz_mehdiyev_sah_ismayil_xeta_280769.html

 

 

 Görkəmli şərqşünas İ.P.Petruşevski (1898-1977) yazır: “Səfəvilərin şiəlik bayrağı altında Azərbaycanı siyasi cəhətdən birləşdirmək məqsədi daşıyan hərəkatı inkişaf edirdi”(Сборник статей по истории Азербайджана. Выпуск I, Баку, 1949, стр. 210). B

 

İ.P.Petruşevski Şah İsmayıl haqqında danışarkən onun istedadlı sərkərdə olmasını vəcdlə vurğulayır: “Müasirlərinin ümumi fikrinə görə o, hərbi istedada malik idi. Tarixçi Xondəmir İsmayılın hərb dühasını xüsusi tərifləyir. Tarixçi Həsən Rumlu qeyd edir ki, İsmayıl öz həyatı boyu beş böyük savaş aparmışdır: 1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yəsarla, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə, 1503-cü ildə Alma Qulağı yaxınlığında Sultan Murad Ağqoyunlu ilə, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybani ilə və 1514-cü ildə Çaldıranda I Sultan Səlim ilə. Bu beş döyüşdən ilk dördü İsmayılın parlaq qələbəsi və onun düşmənlərinin tamamilə darmadağın edilməsi ilə nəticələnmişdir. Yalnız sonuncu savaşda İsmayıl ... ondan asılı olmayan səbəblər üzündən uduzmuş, lakin son nəticədə düşməni geri çəkilməyə məcbur edə bilmişdi” (И.П.Петрушевский. Там же. Стр.242).

 

Çoxlu sayda ilk mənbələrin (“Səffat əs-səfa”, “Tarix-i aləmarayi-Abbasi” və s.) və şəhadətlərin olmasına baxmayaraq, bəzi Qərb, habelə İran tarixçiləri bu gün də Şah İsmayıl Səfəvini yalnız İranın maraqları ilə bağlı şəxsiyyət kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər. Onlar Səfəvilər dövlətini İranda ərəb, türk və monqol fatehlərinin dövlətini əvəz etmiş milli İran dövləti kimi xarakterizə edirlər. Şah İsmayılın iranlıları türklərdən xilas etməyə, əzəli İran torpaqlarını birləşdirməyə və İran milli dövləti yaratmağa çalışdığı bildirilir. Hərçənd, alimlər orta əsr mənbələri əsasında sübut etmişlər ki, Şah İsmayıl heç vaxt öz qarşısına İranın siyasi və milli birliyini bərpa etmək məqsədi qoymamışdır.    R.Mehdiyev

 

 

Şah İsmayılın tarixinin gözəl bilicisi, Azərbaycan tarixçisi Oqtay Əfəndiyev çoxsaylı mənbələrə əsaslanaraq yazır: “Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdu (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.6).

 

Böyük şərqşünas, orta əsrlər dövründə Cənubi Qafqazın və İranın tarixinə dair parlaq araşdırmaların müəllifi M.F.Minorski hesab edirdi ki, Səfəvilər Qaraqoyunlular və Ağqoyunlular sülalələrinin birbaşa varisləri, onlarla çoxtərəfli qohum olmuşlar. O, ilk Səfəvi hökmdarlarının dövlətini İranda Azərbaycan dövlətinin üçüncü fazası hesab edir. Bu halda həmin dövlətin ilk iki fazası Qaraqoyunlu və Ağqoyunlu dövləti olmuşdur (Цит. по О.А. Эфендиев. Сб. Против буржуазных фальсификаторов истории и культуры Азербайджана. Под ред. А.С. Сумбатзаде. Баку, 1978, стр. 134).

 

Səfəvilər sülaləsinin türk mənşəyi haqqında V.V.Bartoldun fikri ən mötəbər fikir olaraq qalır və tarixi mənbələrin yeni məlumatları ilə təsdiqlənir. Alim həmin sülalənin banisi Şeyx Səfiəddinin (1252-1324) və onun varislərinin mənşəyi ilə əlaqədar yazırdı ki, bu Ərdəbil şeyxləri, heç şübhəsiz, fars mənşəli deyil, türk mənşəli olmuşlar (В.В. Бартольд. Соч. т.II, ч.I. М. 1963, стр.748).

 

İran tarixi üzrə tanınmış mütəxəssis N.D.Mikluxo-Maklay Səfəvilər sülaləsinin etnik mənşəyi məsələsinə toxunaraq yazır: “Sonralar qızılbaşlar adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.53.).

 

V.V.Bartold, İ.P.Petruşevski, A.Y.Krımski, B.N.Zaxoder, V.F.Minorski kimi görkəmli şərqşünasların, rusiyalı böyük iranist N.D.Mikluxo-Maklayın, türkiyəli məşhur tarixçi F.Köprülüzadə və başqalarının səyləri sayəsində Şah İsmayıl irsi onu doğma Azərbaycandan ayırmağa yönəlmiş subyektiv şərhlərdən qorunmuşdur. Ədalət naminə, tanınmış Azərbaycan tarixçisi, Səfəvi şahlarının, o cümlədən Şah İsmayıl Səfəvinin irsinin öyrənilməsi və tanıdılması üçün çox işlər görmüş O.A.Əfəndiyevin töhfəsini də vurğulamaq lazımdır.

 

.P.Petruşevski çoxsaylı mənbələrə əsaslanaraq yazır: “İran, Rum, Kürdüstan və başqa ölkələrdə qızılbaşların işğalının kortəbii şəkildə yayılması onunla nəticələnmişdir ki, İsmayılın yaratdığı dövlət Azərbaycanın hüdudları ilə kifayətlənməmiş, ölkələrin və xalqların konqlomeratına çevrilmişdir. Lakin bu dövlətdə XVI əsrin lap axırlarına, I Şah Abbasın islahatlarına qədər Azərbaycan elementi ... üstün siyasi rol oynayırdı” (И.П.Петрушевский. Сборник статей по истории Азербайджана. Стр. 243).

 

Orta əsrlər Şərqinin böyük bilicisi B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın rolu mövzusuna toxunaraq yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində olan Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqaz və İran ərazisində yaranmış geniş dövlətin özəyini təşkil edirdi. Bu dövlətə çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət Azərbaycan feodalları üstünlük təşkil edir, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı”.(Всемирная история. Т.IV, М. 1959, стр.558).

 

Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar (Петрушевский И.П. В книге Сборник статей по истории Азербайджана. Стр. 242-243).

 

Qızılbaş hərəkatı öz sıralarına tərəfdarlar cəlb etmək məqsədi ilə əhalinin böyük əksəriyyəti tərəfindən razılıqla qarşılanan ideyadan istifadə etmişdir. O vaxt şiəlik əhalinin yoxsul təbəqələri arasında yayılmışdı. İ.P.Petruşevski yazır ki, “Belə vəziyyətdə Şah İsmayıl bir sıra ölkələri öz hüdudlarına daxil edən böyük şiə məmləkəti yaratmağa çalışan ardıcıllarının istəyini dəstəkləmək məcburiyyətində qalırdı” (И.П.Петрушевский. Азербайджан в XVI-XVII вв., стр.288).

 

.P.Petruşevski bu sübutları ümumiləşdirərək, Şah İsmayılın çox gözəl portretini yaradır. O yazır: “I Şah İsmayıl Xətainin şəxsiyyəti müasirləri tərəfindən müxtəlif cür qiymətləndirilirdi. Siyasi və dini meylindən asılı olaraq, bəziləri onun haqqında şövqlə danışır, digərləri isə ona qatı nifrət bəsləyirdilər. Belə şəraitdə müasirləri tərəfindən İsmayıla qarşı qərəzsiz münasibət gözləmək, belə bir münasibətə rast gəlmək çətindir. Lakin müasirləri onun hərbi istedadının etiraf olunmasında yekdildirlər. Tarixçi Xondəmir İsmayılın hərbi dühasını xüsusilə şişirdir… Şah İsmayılın böyük çoxtayfalı dövlət təşkil etmək uğrunda fəaliyyəti və mülki idarəçiləri seçmək bacarığı onun böyük siyasi xadim olduğunu göstərir” (И.П.Петрушевский. В книге Сборник статей по истории Азербайджана, Выпуск I, стр.242).

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 3 weeks later...
Bu yay Çaldıran döyüşünün 500 illiyidir.  

1514-cü il avqustun 23-də iki qüdrətli Türk sərkərdəsinin – Osmanlı hökmdarı Sultan Səlim və Səfəvi hökmdarı Şah İsmayılın qoşunları Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) üz-üzə gəldi.

Bu döyüşdə hər iki tərəfdən on minlərlə türk, müsəlman qırıldı.

Bu qırğının baiskarı kim idi?

​Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda qonaqlarımız: Türkiyədən ələvi yazar Musa Ağacık, Finlandiyadan Səfəvi dövrünü araşdırmış yazar Güntay Gəncalp, Azərbaycandan tarix üzrə fəlsəfə doktoruCavid Cabbaroğlu, İran azərbaycanından olan fəal Babək Muğanlı.

 

D1CB57A9-D274-40FF-B763-CFFE08033D97_w26Səadət Akifqızı

Səadət Akifqızı

- 1514-cü ildə Osmanlı İmperiyası ilə Səfəvilərin üz-üzə gəlməsinin kökü hara gedib çıxır?

Cavid Cabbaroğlu

- Çaldıran savaşının 500 illiyinin tamam olmasını fəxrlə yox, ürək ağrısıyla qeyd edirik. Bu, iki böyük türk dövlətinin siyasi və dini zəmində toqquşması idi. Böyük türk tarixçisi Fəxrəddin Kırcaoğlunun qeyd etdiyi kimi, “Çaldıran” döyüşündə üz-üzə gələn əsgərlər eyni obalardan olan, eyni dildə danışan, eyni dinə sitayiş edən hərbçilər idi. Bu savaşın səbəbləri təbii ki, bir gündə yaranmamışdı, uzun bir yolun nəticəsində bu dövrə gəlinib çıxılmışdı. Ağqoyunlu hökmdarı Uzun Həsən, Sultan Məhmət Fatehlə qarşılaşdığı, döyüşdüyü kimi, onların nəvələri Şah İsmayılla Yavuz Sultan Səlim də eyni səhvləri etmişdi.

Şah İsmayılla II Bəyazid arasında münasibətlər çox gözəl olub. II Bəyazidin dövründə Osmanlı dövləti fəthlərə o qədər də meyl etməmişdi. Səhhətindəki problemlərə görə, yaşlı olduğuna görə II Bəyazid qonşularıyla mehriban münasibətlər saxlamağa üstünlük verirdi. Səfəvilər dövlətinin meydana gəldiyi ilk vaxtlarda II Bəyazid artıq mövcud olmayan Ağqoyunluların Şah İsmayıla qarşı qiyam qaldırmış şahzadələri Əlvənd Mirzəni, Murad Mirzəni dəstəkləməklə məşğul idi, lakin sonradan o, tarixi gerçəkliklə barışmalı oldu, Şah İsmayıla bir elçi heyəti göndərdi. Bu münasibətlər uzun müddət qorunub saxlandı. 1508-ci ildə o zamanlar Trabzon valisi olan Şahzadə Sultan Səlim hücum edərək əvvəl Tiflisi qarət etdi, sonra Ərzincanı işğal etdi...

707154D9-FC88-4242-8E5D-EC4187EB00A3_w26Babək Muğanlı

Babək Muğanlı

- Mən Çaldıran döyüşünə Cavid bəydən bir qədər fərqli yanaşacam. Çaldıran döyüşü şüubiyyə hərəkatı idi. Baxın Şah İsmayıl bir yaşında atasını itirir, dörd yaşında Gilana köçür, Gilanda dörd yaşından on iki yaşına qədər Mirzə Əlinin və Şəmsəddin Lahicinin tərbiyəsi altında böyüməsi faktı var. Bu uşaq fars müəllimlərinin əli altında tərbiyə alır.

Mənim fikrimcə, Çaldıranda iki türk imperiyasının bir-birinin qarşısında dayanması fikri doğru deyil. Çünki Səfəvi imperiyası türk imperiyası deyildi, ola da bilməzdi. Türk imperiyasının dili türkcə olar, sarayında türkcə danışılar. Bunlar heç biri Səfəvilərdə yox idi.

Səadət A.

- Amma Səfəvi sarayında türkcə danışıldığı faktı var, Şah İsmayılın türkcə məktublar yazması faktı var.

Babək Muğanlı

- Xeyr, xeyr, belə faktlar yoxdur, varsa gətirib ortaya qoysunlar. Şah İsmayılın Sultan Səlimə yazdığı məktubları arasında türkcə olanlar vardı, amma bu məktublar ona görə türkcə yazılmışdı ki, Səlim türk idi, türkcə danışırdı.  Görün Şah İsmayıl neçə illik fəaliyyətində bircə türkcə mədrəsə də açıbmı? Xeyr. Şah İsmayılla Sultan Səlim hər ikisi eyni dinə sitayiş etsələr də, fərqli dini görüşlərə sahib idilər. Bunların hər ikisinin dini kitabı Quranda deyilir ki, “Zalimlərə lənət olsun”. Lakin, Şah İsmayıl dini şiələşdirəndə, Təbrizdə bütün sərkərdələrə, əsgərlərə, din adamlarına dedi ki, hamınız çevrilib şiə olmalısınız. Bu əmrdən dolayı çoxlu qırğınlar oldu. Azərbaycanda indi Şah İsmayıldan çox yazırlar. Amma

BA5ADE69-996E-4B56-AC59-391E60A952E2_w26Sultan Səlim və Şah İsmayıl

tarixi həqiqətlə öyrənmək lazımdır, təriqətlə deyil. Biri şiə kimi yanaşır, o biri sünnü kimi yanaşır tarixə, öz mənafeyinə uyğun şəkildə tarixi yazır.

Səadət A.

- İndi telefon xəttində türk yazarı Musa Ağacıkdır. Musa bəy, doğrudanmı iki təriqət üz-üzə gəlmişdi Çaldıran düzündə?

Musa Ağacık

- Tarixçilərə görə bu hadisənin fərqli nədənləri ola bilər. Ancaq mən keçmişdən bu günə qədər davam edən həmin ənənənin bu gün də amansızca davam etdiyini düşünürəm. Çünki yaşadığımız dövrdə də bu hadisələr davam edir. 1514-də Çaldıranda iki türk hökmdarın qarşılaşmasının, üstünlük üzərində müharibəsinin Azərbaycanda tarix kitablarına necə düşdüyünü bilmirəm, amma Osmanlı tarixçilərinin qeydlərində Şah İsmayılın aşağılandığı, ona dəstək verən qızılbaşların “Mum söndü” adətləriylə yaşadıqları, ana-atalarını tanımadığı kimi iftiralara sıx-sıx rast gəlinir. Nə yazıq ki, bu iftiralar hələ də dərsliklərdə, sözlüklərdə qalır. 500 il keçməsinə baxmayaraq bu utancı araşdırıb, xalqı və özünü bu utancdan xilas edə bilməyən türk dövlətinin rəhbərlərinə etiraz edirəm. Nə yazıq ki, türk dövlətinin rəhbərləri hələ də bununla bağlı bir addım atmayıb. Günümüzdə də ələvi-sünnü, sünnü-şiə davası davam edir. 90-cı illərdə Bakıya rus tankları girəndə Türkiyənin o dövrkü rəhbərlərindən olan Turqut Özal bildirmişdi ki, “Biz bu məsələyə qarşı çıxa bilmərik, çünki onlar şiədir, biz sünnüyük”. Türk cəmiyyətində fanatik çevrələrdə bu gün də bir ələvi, şiə düşmənçiliyi vardır. Nə yazıq ki, Türk dövlətinin bu günkü hökuməti tamamilə ələvi düşmənçiliyi üzərində qurulub.

Cavid Cabbaroğlu

- Sultan Səlimin dövründə Osmanlı sarayında farsca danışılırdı, Osmanlı sultanlarının anaları qeyri-türk olublar, daha çox Balkan xalqlarından olublar. Səfəvilərə gəlincə 1402-ci ildə baş verən Ankara döyüşündə İldırım Bəyazid Əmir Teymur tərəfindən əsir alındıqdan sonra, onun xeyli əsgəri də əsir alınmışdı. Teymur yürüşdən geri qayıdanda, Ərdəbildə Şeyx Xoca Əliylə görüşdü, Xoca Əli Şah İsmayılın əcdadlarından biriydi. Xoca Əli Teymurda xoş təəssürat yaratdı və Teymur tutduğu əsirləri Xoca Əliyə bağışladı. Xoca Əli əsirlərə azadlıq verdi və əsirlərin əksəriyyəti kiçik Asiyaya, Anadoluya qayıtdılar. Qızılbaş hərəkatı meydana çıxanda həmin adamlar qızılbaşlara dəstək verdi. Buna görə də Şah İsmayılı türk olmamaqda ittiham etməyə lüzum yoxdur.

Təəssüf ki, Osmanlı dövründə olduğu kimi, bu gün də Səfəvilərə, qızılbaşlara qarşı mənfi münasibət davam edir. Bu, Azərbaycan-Türkiyə münasibətində özünü göstərir. Biz Çaldıran savaşı ilə fəxr etmirik. Amma bu yanlışlıqları bu gün də davam etdirmək orta əsr düşüncəsindən irəli getməməyin göstəricisidir.

Səadət A.

- İndi telefon xəttində türk tarixçisi Ərdoğan Aydındır. Ərdoğan bəy, iki türk dövləti arasında Çaldıran döyüşü olmaya bilərdimi?

Ərdoğan Aydın

- Olmaması mümkün deyildi. Çünki Osmanlı dövləti başqa ölkələrə doğru genişlənən, bütün müsəlman torpaqlarında tək hakim olmağa çalışan bir dövlət idi. O özündən başqa bir gücün varlığıyla razılaşa bilmirdi. Bu səbəbdən də osmanlılar səfəvilərin sürətlə Anadoludakı türkmənlər və qızılbaş türklərinin təşkilatlanmasından narahat oldular. Sünnü din alimlərinə fətvalar verdirdilər və xeyli şiəni qətl etməyə başladılar. Şah İsmayılla döyüşdən əvvəl Anadoludakı şiə türkmənlərə qarşı ciddi qətliamlar törədildi və bu qətliamların tarixi Yavuz Sultan Səlimdən də əvvəllərə gedib çıxır. Anadoludakı xalq sünniləşdirmə və yoxsulluğa görə gah torpaqlarını buraxıb qaçırdılar, gah da üsyanlar edirdilər. Çaldırandan öncələrdə çoxlu sayda qızılbaş, türkmən üsyanları başladı. Əslində tarixi sənədlərə baxanda Şah İsmayılın yüksəlişi xeyli dərəcədə, Anadoludakı qızılbaş türkmənlərin ona dəstəyi ilə gerçəkləşmişdir. Şah İsmayılın isə Anadolunu işğal etmək kimi bir planı yox idi, əksinə ya kürdcə, ya türkcə danışan qızılbaş xalq osmanlıdan canını qurtarmaq üçün sanki, Şah İsmayılı özünə lider seçmişdi. Osmanlı dövləti bunun qarşılığında həm get-gedə parlayan Şah İsmayıla, həm də ərəblərin yaşadığı Məmlüklər dövlətinə qarşı ümumi səfərbərlik elan etmişdi. Ələvilər osmanlıların fəthlərini gerçəkləşdirmək, öz torpaqlarını genişləndirmək siyasətinə mane olurdu. Çünki ələvilər özlərindən başqa bütün 72 qövmdən olan millətlərə eyni gözlə baxırdı, fərqli inanclı olduğuna görə xalqların torpaqlarını işğal etməyi doğru saymırdı. Bunun üçün də osmanlılar üçün səfəvilərə qarşı savaşmamaq mümkün deyildi.  

Cavid Cabbaroğlu

- Osmanlı mənbələrində Xoca Sadəddin Əfəndinin “Tac-üt Təvarix” əsəri var, Qoca Hüseynin əsərində deyilir ki, Sultan Səlim Şah İsmayıla üç məktub yazdı və bu məktubların hər üçü farscaydı, Şah İsmayılsa ona türkcə cavablar yazır.

4E5A10B4-9380-412E-9DA7-485E11B0D717_w26Güntay Gəncalp

Güntay Gəncalp

- O məktubların hamısı “Münşaat” adıyla bir kitabda toplanıb. Türkcə yazılmış dörd məktubla səfəviləri türkmü hesab etmək lazımdır? Dörd məktubla bir imperiya türk olmaz ki. Sizə Səfəvilər dövründə yazılmış min dənə kitab göstərərdim ki, bunların hamısı farsca yazılıb. Çaldıran savaşından öncə osmanlılar Əmir Teymurla da savaşıb, Uzun Həsənlə Sultan Mehmet Fateh savaşıb, ancaq bu savaşlar Çaldıran savaşı qədər türk tarixinə təsir etməyib. Çünki Şah İsmayıl ələviləri aldatdı. Ələvilər bilmirdilər ki, dörd yaşından on dörd yaşına qədər Şah İsmayıl necə tərbiyə olunub. Ona görə ələvilər Şah İsmayıla qarşı çıxdılar. Şah İsmayılın ələvilərə vali kimi göndərdiyi farsları ələvilər edam etdi. Şah İsmayılsa 1508-ci ildə ələvilərin ali idarəçi orqanı olan “Lalalıq” qurumunu ləğv etdi, əvəzində sasanilərin idarəetmə orqanlarının bir bənzərini yaratdı. Nəyə görə Uzun Həsənlə Sultan Mehmetin savaşı bizim şüurumuzda elə dərin kök salmayıb, çünki səfəvilərdən sonra bizim şüurumuza Sasani qavramlarını gətirdi. Ərdoğan Aydın bəy deyirdi ki, Çaldıran savaşında Osmanlı məğlub olsaydı, nə baş verərdi? Mən ona cavab verim. İstanbul Vatikanın əlinə keçərdi, Anadoluda da, Azərbaycanda da indi İranda olduğu kimi türkcə danışan olmazdı, hər kəs farsca yazıb-oxuyardı. Vatikan Şah İsmayılı, Şah Təhmasibi ona görə dəstəkləyirdi ki, İstanbulu geri alsın.

Ərdoğan Aydın

- Tarixi daha soyuqqanlı bir şəkildə danışmaq lazımdır, deyə düşünürəm. O dövrü dəyərləndirsək Sultan Səlimin totalitar bir dövlətin başçısı olması ilə bərabər, Şah İsmayılın xalqçılıq əsasında qurulmuş, bərabərhüquqlu insanların toplaşdığı bir dövlətə başçılıq etdiyi həqiqətdir.  Əslində ələvilik, qızılbaşlıq inancları da bunu tələb edirdi. Şah İsmayıl Çaldıran döyüşündə məğlub olduqdan sonra getdikcə türkmən, qızılbaş kütlədən qopub, fars əcəm torpağa doğru geri çəkilərək, bundan əvvəl onunçün döyüşmüş türkmənlərə qarşı vuruşur, onları sürgün edir. Ancaq bunu Şah İsmayıl şiələri aldatdı deyə ifadə etsək, həqiqi tarixdən qopmuş olarıq.

Video burada  https://www.youtube.com/watch?v=Nv9cjUsM9F0

Link to comment
Share on other sites

Bu yay Çaldıran döyüşünün 500 illiyidir.

1514-cü il avqustun 23-də iki qüdrətli Türk sərkərdəsinin – Osmanlı hökmdarı Sultan Səlim və Səfəvi hökmdarı Şah İsmayılın qoşunları Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) üz-üzə gəldi.

Bu döyüşdə hər iki tərəfdən on minlərlə türk, müsəlman qırıldı.

Bu qırğının baiskarı kim idi?

​Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda qonaqlarımız: Türkiyədən ələvi yazar Musa Ağacık, Finlandiyadan Səfəvi dövrünü araşdırmış yazar Güntay Gəncalp, Azərbaycandan tarix üzrə fəlsəfə doktoruCavid Cabbaroğlu, İran azərbaycanından olan fəal Babək Muğanlı.

HPTRUEVİSİON , çox sağ ol ! Maraqlı söhbət idi . Böyük həvəslə qulaq asdım . Ardını da gözləyirik.

Söhbətlərdən də görünür ki, məsələ mürəkkəb olduğu qədər də , bunu ideoloji və dini səbəblərdən bir qədər də qəlizləşdirən "alimlər" də var .

Azərbaycanlı tarixçi Cavid Cabbarıə və Türkiyəli tarixçi Ərdoğan Aydının mövqeləri daha prefessional və qərəzsiz göründü.

İmkan olan kimi , mütləq ardını da bura yerləşdir ))

Edited by Sunyata
Link to comment
Share on other sites

HPTRUEVİSİON , çox sağ ol ! Maraqlı söhbət idi . Böyük həvəslə qulaq asdım . Ardını da gözləyirik.

Söhbətlərdən də görünür ki, məsələ mürəkkəb olduğu qədər də , bunu ideoloji və dini səbəblərdən bir qədər də qəlizləşdirən "alimlər" də var .

Azərbaycanlı tarixçi Cavid Cabbarıə və Türkiyəli tarixçi Ərdoğan Aydının mövqeləri daha prefessional və qərəzsiz göründü.

İmkan olan kimi , mütləq ardını da bura yerləşdir ))

Sunyata, budur professionallıq? )) Sən hələ bunun dediyinə bax; Ərdoğan Aydın - "O dövrü dəyərləndirsək Sultan Səlimin totalitar bir dövlətin başçısı olması ilə bərabər, Şah İsmayılın xalqçılıq əsasında qurulmuş, bərabərhüquqlu insanların toplaşdığı bir dövlətə başçılıq etdiyi həqiqətdir". Orta əsrlərdə Asiyada demokratik İMPERİYA axtaran tarixçimizə eşq olsun... Getsin oxusun görsün İsmayıl Bakını ələ keçirəndə nə cür qətliamlar elədi, onnan sonra xalqçılıqla qurulmuş bərabərhüquqlu insanların yaşadığı cəmiyyətdən danışsın. Ayıfdı canım üçün, utanıram belələrinin yerinə. Bu adam sırf türklərin qarşısınıda guya Səfəvilərin qeyrətini çəkmək üçün ağzına gələni danışır.

Link to comment
Share on other sites

Sunyata, budur professionallıq? )) Sən hələ bunun dediyinə bax; Ərdoğan Aydın - "O dövrü dəyərləndirsək Sultan Səlimin totalitar bir dövlətin başçısı olması ilə bərabər, Şah İsmayılın xalqçılıq əsasında qurulmuş, bərabərhüquqlu insanların toplaşdığı bir dövlətə başçılıq etdiyi həqiqətdir". Orta əsrlərdə Asiyada demokratik İMPERİYA axtaran tarixçimizə eşq olsun... Getsin oxusun görsün İsmayıl Bakını ələ keçirəndə nə cür qətliamlar elədi, onnan sonra xalqçılıqla qurulmuş bərabərhüquqlu insanların yaşadığı cəmiyyətdən danışsın. Ayıfdı canım üçün, utanıram belələrinin yerinə. Bu adam sırf türklərin qarşısınıda guya Səfəvilərin qeyrətini çəkmək üçün ağzına gələni danışır.

 

Achilles , məsləhət edirəm ki, rolikə tam qulaq as . Yuxarıdakı  kiçik  yazılar  iştirakçıları  tam xarakterizə etmir.    Özü də  o tarixçi türk  tarixçisidir, azərbaycanlı deyil ))

 

O ki, qaldı  demokratik imperiya axtarışına , bu belə deyil . Sadəcə xalqın rəğbət bəslədiyi  hərəkatlar olur ,qızılbaşlar hərəkatı da ilkin olaraq xalq arasında rəğbətlə qarşılanıb. xüsusilə də , osmanlının şərqində  yaşayan qızılbaşlara rəğbəti olan  xaql kütlələri arasında. 

Xalq hərəkatı  həmişə  demokratiya və  liberalizmlə  müşayiət olunmur. Məsələn, elə  Babək hərərkatında xalqın iştirakı da olsa Babəkin demokratik və  liberal ideyalarla hakimiyyətə gəldiyi və idarə etdiyini deyə bilmərik ))

Edited by Sunyata
Link to comment
Share on other sites

HPTRUEVİSİON , çox sağ ol ! Maraqlı söhbət idi . Böyük həvəslə qulaq asdım . Ardını da gözləyirik.

Söhbətlərdən də görünür ki, məsələ mürəkkəb olduğu qədər də , bunu ideoloji və dini səbəblərdən bir qədər də qəlizləşdirən "alimlər" də var .

Azərbaycanlı tarixçi Cavid Cabbarıə və Türkiyəli tarixçi Ərdoğan Aydının mövqeləri daha prefessional və qərəzsiz göründü.

İmkan olan kimi , mütləq ardını da bura yerləşdir ))

Maraqli verilisdir,men de beyendim. Tarixcilerin  bucur mubahisesinden aydin olur ki, hemin dovr hele tam arashdirilmayib. Duzu yeni faktlar eshitmek umidiyle qulaq asdim, amma teze birsey eshitmedim. 

Link to comment
Share on other sites

Maraqli verilisdir,men de beyendim. Tarixcilerin  bucur mubahisesinden aydin olur ki, hemin dovr hele tam arashdirilmayib. Duzu yeni faktlar eshitmek umidiyle qulaq asdim, amma teze birsey eshitmedim. 

 

Düzdür , tam öyrənilməyib .  Əsas səbəb də  qərəzli yanaşmadır.  Qərəz də ki  ,məlum  iki  "obyektiv  səbəbdən "  doğur : 

1. Sünni şiə qərəzli mövqeyi .

2. türk  - fars qərəzli münasibəti. 

 

Bu iki  punkta qərəzsiz yanaşma ilə araşdırma olsa   , nəticə  də   obyektiv olardı.   Bunun üçün isə  araşdırıcılar özlərini  nə sünni , nə də şiə hesab etməlidirlər.  Pantürkizm və  türkofobiyadan da uzaq olmalıdılar.   Görünür ki, belələri  yox dərəcəsindədir , ya da çox azdır ((

Edited by Sunyata
Link to comment
Share on other sites

Düzdür , tam öyrənilməyib .  Əsas səbəb də  qərəzli yanaşmadır.  Qərəz də ki  ,məlum  iki  "obyektiv  səbəbdən "  doğur : 

1. Sünni şiə qərəzli mövqeyi .

2. türk  - fars qərəzli münasibəti. 

 

Bu iki  punkta qərəzsiz yanaşma ilə araşdırma olsa   , nəticə  də   obyektiv olardı.   Bunun üçün isə  araşdırıcılar özlərini  nə sünni , nə də şiə hesab etməlidirlər.  Pantürkizm və  türkofobiyadan da uzaq olmalıdılar.   Görünür ki, belələri  yox dərəcəsindədir , ya da çox azdır ((

Raziyam,amma ki realligi bilmek uchun ne etmeli? O zaman gerek ozumuz tarixi arxivleri arashdiraq.

,

Link to comment
Share on other sites

Raziyam,amma ki realligi bilmek uchun ne etmeli? O zaman gerek ozumuz tarixi arxivleri arashdiraq.

,

 

Belə də olar ))    Hamı  eyni faktı istədiyi kimi yozur.  Biz də hər tərəfi dinləyib  özümüz qərara gələ bilərik .  Şükür Kainata və  Zevsə  ki, çörəyi burnumuza yemirik ))  Hər halda analiz etmək imkanımız var ))

Link to comment
Share on other sites

Achilles , məsləhət edirəm ki, rolikə tam qulaq as . Yuxarıdakı  kiçik  yazılar  iştirakçıları  tam xarakterizə etmir.    Özü də  o tarixçi türk  tarixçisidir, azərbaycanlı deyil ))

 

O ki, qaldı  demokratik imperiya axtarışına , bu belə deyil . Sadəcə xalqın rəğbət bəslədiyi  hərəkatlar olur ,qızılbaşlar hərəkatı da ilkin olaraq xalq arasında rəğbətlə qarşılanıb. xüsusilə də , osmanlının şərqində  yaşayan qızılbaşlara rəğbəti olan  xaql kütlələri arasında. 

Xalq hərəkatı  həmişə  demokratiya və  liberalizmlə  müşayiət olunmur. Məsələn, elə  Babək hərərkatında xalqın iştirakı da olsa Babəkin demokratik və  liberal ideyalarla hakimiyyətə gəldiyi və idarə etdiyini deyə bilmərik ))

Düzdü rolikə qulaq asmadım, ancaq yazılardan kimin hara meylli olduğu aydın olur. Burda kankret iki cəbhə var, bir biriynən dirəşirlər. Mən səfəvi yanlısı deyiləm, bilmərrə )

Link to comment
Share on other sites

  • 1 year later...

Bu yaxınlarda oxudum və Çaldıran döyüşü haqqda ən düzgün məlumat budur.
 

 

Sultan Səlim 1512-ci ildə ordunun gücü ilə zorla atasını taxtdan salmış, hakimiyyətə keçmiş və ölkəni 8 il idarə etmişdir. Şah İsmayıl isə böyük tarixi olan bir zadəgan nəslinin nümayəndəsi kimi 13-14 yaşlarında hakimiyyətə gəlmiş, yeni bir sülalənin əsasını qoymuş, 24 il hakimiyyətdə olmuşdur.

Münaqişənin səbəbləri Çaldıran döyüşü ərəfəsində Sultan Səlim ilə Şah İsmayılın yazışmalarında aydın şəkildə ifadə olunmuşdur.

Yaxşı olar ki, əvvəlcə Sultan Səlimdən əvvəl – Sultan Bayazid (1481 – 1512) dövründə Osmanlı imperatorluğu ilə Səfəvilər arasındakı münasibətlərə qısa nəzər salaq.

Doğrudur, II Bayazid dövründə Osmanlılar öz təmkinlərini saxlayıb, gənc Səfəvi dövlətinə müharibə elan etməyiblər. Lakin cəsarət və sürətlə böyüyən və güclənən Azərbaycan dövləti onlarda daim qısqanclıqla qarşılanmışdır.  Sultan II Bayazidin Ağqoyunlu Əlvənd Mirzəyə məktubunda deyilir: «Zülmkar qızılbaş tayfasının, – Allah onları məhv etsin, – bədbəxtlik yağan qırmızı papağından dünyaya alov şölələri saçılır… Ümidvarıq ki… doğru yolda olan bütün firqələr ittifaqa girib səbr və hövsələ nümayiş etdirməkdən  bezikəcək, nemətlər əta edən Allaha təvəkkül edə-edə o zalım tayfanı  məhv və zəlil etmək… iradəsi göstərəcəkdir. Fitnə baş qaldırmadan qoy beşiyindəcə boğulsun». Hələlik bu iki dövlət (Ağqoyunlular və Səfəliər) üçün dua etdiklərini bildirən Bayazid «zərurət yaranarsa», onların (Osmanlıların) tərəfindən Səfəvilərə qarşı müharibəyə girmək üçün «süstlük olmayacağını da» bildirir. (27-28)

II Bayazidin Kürd Hacı Rüstəm adlı şəxsə məktubunda da qızılbaşlara düşmən kimi baxılır, onların haqqında dürüst məlumt öyrənilib göndərilməsi tapşırılır. (29) Kürd Hacı Rüstəmin II Bayazidə cavab məktubunda deyilir: «Onların (qızılbaşların – Q.K.) zülmündən İranın vəziyyəti pərişandır. Məmləkət və vilayətlərin əksəriyyəti onların zülm və işgəncələri ilə viran olmuşdur. Allahın fəzilətindən ümidimiz budur ki,  …Allah yolunda döyüşənlərin mizraq və nizələri, müsəlman mücahid döyüşçülər və zəmanənin şahənşahının qan fışqıran  oxları vasitəsilə  bu zalım dəstənin kökü kəsilib məhv edilsin». Məktubdan aydın olur ki, qızılbaşların  «zalımlığı»  onların Əlvənd Mirzənin, Murad Mirzənin, Pürnakların torpaqlarını vahid ölkə ərazisində birləşdirməsi, Misir çərkəzləri ilə müqavilə bağlayıb, dədə-baba torpaqları Mərəş və Diyarbəkrə tərəf üz tutmalarıdır.  Uzun Həsənin nəvəsi Murad mirzə Əlvənd mirzə ilə əmioğu idi, xeyli qarşıdurmadan sonra müqavilə bağlamışdılar: İraq və fars bölgəsi Muradın, Azərbaycan və Diyarbəkr Əlvəndin tabeçiliyiində idi. Pürnaklar da Ağqoyunlu soylarından idilər. (27, 30)

Səfəvilər xalqın xeyirinə bir sıra tədbirlər həyata keçirməyə başlamışdılar. «Səfəvi  şeyxləri təbliğ edirdilər ki, şəriətin nəzərdə tutmadığı  vergi və mükəlləfiyyətlərin ləğv olunması üçün hakimiyyət başında dayanan  sünni hökmdarların ağalığına son qoymaq lazımdır». (Az T, 392-393) Xalqın xeyrinə olan bu tədbirlər də sünni hökmdarlara, xüsusilə Osmanlılara toxunurdu.

II Bayazidin Əlvənd Mirzəyə məktubunun tarixi yoxdur.  Kürd Hacı Rüstəmə məktubu  908 – 1502-ci ildə yazılmışdır. Beləliklə, məktubların XVI əsrin ilk illərində yazıldığı hiss olunur.  Deməli, Səfəvilər dövlətinin yarandığı ilk gündən Osmanlıların ona münasibəti pis olmuşdur, ürəklərindən onu «beşiyində boğmaq» keçmişdir.  Şah İsmayılın II Bayazidlə məktublaşması da var. II Bayazidə iki məktub yazmış, Bayazid hər ikisinə cavab göndərmişdir. Məktublar, təbii ki, 1501 – 1512-ci illər arasında yazılmışdır. Lakin heç birinin altında tarixi yoxdur. Hiss olunur ki, artıq Səfəvilər güclü bir dövlətə çevrilmişdir. İsmayıl Şirvan üzərində qələbədən (1500), Bakını tutduqdan (1501) sonra Əlvənd Mirzə üzərində qələbə ilə (1501) Azərbaycana, Murad Mirzəni məğlub etməklə (1503) İrana və Əcəm İraqının xeyli hissəsinə sahib olmuşdu. 1508-ci ildə Xorasan istisna olmaqla bütün İranı, Ermənistanı və Ərəb İraqını tutmuşdu. (AzT, 398-404) 1510-cu ildə Şeybani üzərində qələbədən sonra  Amu-Dəryadan  Fərat çayına qədər geniş ərazi Şah İsmayılın hakimiyyəti altında birləşdirilmişdi. Səfəvilərin getdikcə güclənməsindən narahat olmağa başlayan Osmanlı imperiyası əsrin ilk illərindən Səfəvilər barədə məlumat toplayır, Səfəvilərin düşməni olan Ağqoyunlu padşahlarına kömək edirdilər.  «Lakin Türkiyə sultanı II Bayazid  (Bayazid İldırım, 1481-1512) Şah İsmayıla qarşı mübarizəyə başlamağa  cəsarət etməyərək 1504-cü ildə  Səfəvilər dövlətini tanımalı olmuşdu». (AzT, 405) Buna baxmayaraq, türk feodalları yenə də Azərbaycanı və ətraf əraziləri ələ keçirmək iddiaları ilə yaşayırdılar.

II Bayazid Səfəvilərin düşmənlərinə yazdığı məktublarda qızılbaşları lənətləsə, pisləsə də, Şah İsmayıla cavab məktublarında Şah İsmayılı ləyaqətlə qiymətləndirir. Birinci məktubu: «Mükəmməl səltənətin, zəngin hakimiyyətin, sonsuz qüdrətin, həqiqi səadətin, əsl-nəsəbin ağası, səltənət, hakimiyyət, izzət və səadət yolunun  mübarizi Şah İsmayıl! Allah ədalətini və fəzilətini  qiyamətə qədər davamlı etsin!…  məktubunuz sevinc və şadlığımıza səbəb olmuşdur» (42) sözləri ilə başlamışdır. İkinci məktubun başlanğıcı: «Böyük padşah, Əcəm məmləkətlərinin əzəmətli hökmdarı, Türk və Deyləm diyarlarının əmiri, dövrümüzün Cəmşidi, zəmanənin Keyxosrovu, əzəmətli Allahın yardım etdiyi Şah İsmayılın, – Allah dövlətinin  əsaslarını möhkəmləndirsin, ömrünü uzatsın, ona uğurlar və qələbələr bəxş etsin, – bəlağətli məktubu  gözəl ovqat və zamanda  əlimizə gəlib çatdı». (45)

Məktubların məzmunu da dostyanadır. Birinci məktubda Şah İsmayıl göstərir ki, Osmanlı daxilində Şeyx ailəsini (Səfəviləri) ziyarətə gəlmək istəyənlərə bəzən mane olurlar. Belə hallarda müridlərə icazə verilməsini xahiş olunur. Sultan cavabında bildirir ki, səfəvi şeyxlərinin tərəfdarları bəzən işi, əkini-biçini atıb gedirlər, orduya da mənfi təsir edir. Amma fərman verildi ki, nizam ilə gedib-gəlsinlər və onlara heç kim mane olmasın. Sultan yazır: «Sizin mübarək xəbərdarlığınızı aldıqdan sonra fərman verdik ki,  bu təbəqə arasında kimsə Allah övliyalarını – Allahın rəhməti onların üzərinə olsun, – ziyarət etmək niyyətində olarsa, hər iki tərəfin istəyi və arzusu olan məhəbbət yolu abad, möhkəm məhəbbət bağları sarsızlmaz olsun deyə geri dönüş istiqamətində kimsə onlara mane olmasın». (43) İkinci məktubda isə Şah İsmayıl düşmən üzərinə Osmanlı torpaqlarından  keçərkən kənd əhalisinə zərər vurmadıqlarını, zərər çəkənlərin zərərinin ödəndiyini, II Bayazid isə cavab məktubunda bunu razılıqla qarşıladığını bildirir.

R.Mehdiyev ön sözdə yazır: «Daha bir mühüm məqam ondan ibarətdir ki, bəzi müəlliflər Şah İsmmayılı amansız, qəddar bir hökmdar kimi göstərməyə çalışdıqları halda, II Bayazidi  «günahsız mələk», «qüsursuz» şəxsiyyət kimi təqdim etmək üçün  dəridən-qabıqdan çıxırlar. Bəli, II Bayazidin digər Osmanlı sultanları ilə  müqayisədə daha mülayim, sülhsevər və sufii ruhlu  olduğu danılmazdır. Lakin II Bayazidin gənclik illərində  uyuşdurucu maddələrə aludə olduğu  və yalnız atasının sərt müdaxiləsindən sonra  bu ziyanlı vərdişdən əl çəkdiyi  Osmanlı tarixi ilə maraqlananlara yaxşı məlumdur. II Bayazidin uyuşdurucu maddələrə  alışdığı yaşda I Şah İsmayıl artıq böyük imperiyanın banisi, dövrünün isə ən  qüdrətli sərkərdələrindən biri kimi öz sözünü demişdi. Osmanlı qaynaqları ilə yaxından işləyən tədqiqatçılar yəqin II Bayazidin  hakimiyyətinin sonlarına doğru  ölkənin siyasi hərc-mərcliyə, məmur özbaşınalığına düçar  olduğunu bilməmiş deyillər». (17)

Beləliklə, faktik olaraq, II Bayazidin  Səfəviləri görməyə gözü olmasa da, Şah İsmayılın yaratdığı bu qüdrətli dövlətlə barışmalı olmuş, ehtiyatla davranmış və Səfəvilər üzərinə yerimək təşəbbüsü olmamışdır.

Bu cür münasibəti Sultan Səlim nə üçün davam etdirmədi?

Kitabda Sultan Səlimin məktublarına qeydlərdə deyilir: «Sultan Səlim taxta çıxdıqdan sonra  Şah İsmayıl ona etinasız yanaşdı. Səfəvilərin  Anadoluda öz məzhəbi inanclarını yayması, Anadoluda səfəvilər ilə osmanlılar arasında  baş verən döyüşlər Səlimin Şah İsmayıl ilə  döyüşmək üçün şeyxülislamdan  fətva istəməsi ilə nəticələndi. Şeyxülislam da Səfəvi şiələrinin qanı, malı, arvad və uşaqlarının  halal olması haqqında fətva verdi». (87)

Burada müharibənin səbəbləri birtərəfli izah olunur. Səfəvilər dövləti Anadoluda döyüşlər aparmırdı. Sadəcə olaraq, şiə təriqətinə mənsub olanlar şeyx nəslinə böyük rəğbət bəsləyir və onlarla sünnilər arasında toqquşmalar olurdu. Bəzən onlar özləri şiə təriqətinin demokratik prinsipləri  əsasında üsyan edirdilər. Nəticədə də Sultan Səlim onlara qarşı böyük qırğın törətdi. O, bununla kifayətlənə bilərdi.  Lakin kifayətlənmədi, çünki məqsəd ayrı idi – məqsəd Azərbaycan torpaqlarını Osmanlı torpaqlarına qatmaq idi.  Şeyxülislama gəldikdə o, daim sultanların təzyiqi altında olub.

Beləliklə, əsas məqsəd işğalçılıqdır. Bu, Sultan Səlimin məktublarında aşkar şəkildə öz ifadəsini tapmışdır.

Çaldıran döyüşü ərəfəsində Sultan Səlim Şah İsmayıla onu müharibəyə təhrik edən üç məktub göndərmiş, Şah İsmayıl ona bir cavab məktubu yazmışdır. Sonra Sultan Səlim dördüncü məktubu yazaraq şahı daha təhqiramiz sözlərlə müharibəyə təhrik etmişdir. Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə məzəmmət məktubu göndərmişdir. Bu məktublar müharibənin səbəblərini aydınlaşdırmaqla yanaşı, Sultan Səlimin və Şah İsmayılın hansı insani keyfiyyətlərə malik olduqlarını da tam şəkildə üzə çıxarır.

Sultan Səlim ilk məktubunu bir növ adam kimi başlayır: «Əcəm hakimi, ən yüksək qoşun başçısı, böyük rəhbər, zəmanənin Zəhhaki – Zöhhakı, müharibəyə meyilli Dara, dövrün Əfrasiyabı əmir İsmayıla…»

Bu sözlərdə ziddiyyət də tapmaq olar. Tarixdə zalım hökmdar kimi tanınan Zöhhakla, Dara ilə böyük Turan hökmdarı Əfrasiyb yanaşı qoyulur.  «Əmir İsmayıl» sözlərində isə kinayə duymaq mümkündür.

Sultan Səlim Şah İsmayılı daha çox guya islam dininə müxalif olmaqda, islam dini qaydalarını pozmaqda  ittiham edir. Tədricən tonunu artırır: «…kimsə ilahi hökmləri icra etməkdən üz çevirərsə, (ilahi) əmr və qadağalara tabe olmaqdan boyun qaçırarsa, din pərdəsini ləkələyərsə və möhkəm şəriəti məhv etməyə qalxarsa…» «dinin ədalətli sultanlar»ına «fitnə-fəsad yaradanların fəsadlarını aradan qaldırmaq üçün əllərindən gələni etməsi vacibdir».

Açıq hücuma keçir: «Təcavüz etməklə Şərq ölkələrini ələ keçirdin. Əmrə tabe olduğun miskin bir guşədən əmr verən əzəmətli saraya qədəm basdın. Müsəlmanların üzünə zülm və əziyyət qapılarını açdın. Dinsiz və kafirləri bir-biri ilə evləndirərək qarışdırdın. Fitnə və fəsadın aşkar olmasını özünə  şüar və hədəf  seçdin. Zülm bayraqlarını qaldırdın». İlk iki cümlədən sonrakılarla Sultan Səlim sözə basır, əsassız sözlər danışır. Zülm və zorakılığa qalsa, Sultan Səlim qədər zülmkar və amansız hakim olmayıb. İlk iki cümlədə isə o həm haqlı, həm də haqsızdır. Sultan Səlim Şah İsmayıldan daha çox işğalçı idi. O qədər günahkar və dinsizdir ki, Məkkəni, Mədinəni işğal etmişdir. Şah İsmayıl isə Azərbaycanı, onun keçmiş torpaqlarını birləşdirmək istəyirdi. Şah İsmayılın «dinsizliyi» Şirvann sünni dövlətini Azərbaycana birləşdirməsi və sünnilərə təzyiqi ilə bağlı idi. «Əmrə tabe olduğun miskin bir guşədən əmr verən əzəmətli saraya qədəm basdın» dedikdə Şah İsmayılın Ərdəbil şahlığından irəliləyərək bütün Azərbaycana hakim olmasına işarə edirdi. Şah İsmayılın bu qüdrəti qardaş bir xalqın hakimi  kimi Sultan Səlimi sevindirmir, ona bir işğalçı gözü ilə baxır, gözü götürmür, qısqanır. Öz arvadının – Sultan Süleymanın anasının hansı məzhəbin sahibi olduğunu nəzərə almadan «Dinsiz və kafirləri bir-biri ilə evləndirərək qarışdırdın» deyir.

Tədricən mətləb üstünə gələrək guya «dini gücləndirmək», «məzlumlara yardım etmək» üçün «zireh və dəmir libas geyərək» Azərbaycana yeriməkdə olduğunu bildirir: «Səfər ayında dənizdən keçdik. Bu niyyətlə ki, əgər Allah-təala  yardım etsə, güc və qüvvəmizdən  istifadə edərək  zülmkar əl-qolunu qoparıb, təşvişli başından qalib olmaq sevdasını çıxaraq». Ortada aşkar təhqirə də keçir: «Meşədə aslanın nəriltisi yoxdursa, çaqqalın səsi hündürdən gələr». «Bəzi xarakterlərin pis olması təbiidir və düzələn deyil. Belə ki zəncini yumaqla ağarmaz. Xarakterin süstlüyü, şər işlərə adətkərdə olmaq şəhvətin hakim olmasından qaynaqlanır».

Sultan Səlim, yəqin ki, bu simvollarda özünü görür. Şah İsmayıl Sultan Səlimdən fərqli olaraq, şəhvət düşkünü olmayıb. «Xarakter süstlüyü» ifadəsi də Şah İsmayıl üçün böhtandır. Şeyx nəsli daim şər işlərə qarşı qəti və kəskin mübarizə aparıb. Bütün bu sözəbasmaların, daha çox Sultan Səlimin özünə aid olan xüsusiyyətlərin (insan özündə olanı özgəsində görər) əsas məqsədini məktubun sonuna yaxın Sultan Sədlim açıq yazır: «Əgər… bütün hallarda Allah-təalanı  unutmasan, pis işlər, doğru olmayan davranışlar və çirkin adətlərdən peşman olsan, səmimi qəlbdən tövbə və istiğfar etsən, ötən zamanda bizim qalib ordunun dördayaqlılarının ayağı dəydiyi  qala və məkanları (indii isə sənin tabeçiliyində olan və onları işğal edərkən bizi) məzəmmət etdiyin həmin ərazilərin hər bir guşəsini  Osmanlı məmləkətlərinin tabeçiliyinə verərək bizim əzəmətli himayəmizdə olan bəndələrə tapşırsan  (kursiv bizimdir – Q.K.) daha yaxşı olar. Bizim xidmətimizdə duranlardan yaxşılıq, nəvaziş, mehribanlıq və xoşxasiyyətdən başqa bir şey görməzsən». Məktubun sonunda yenə təhqir və qorxutma üsulu ilə danışır: «Bir müddətdir yelbeyinliyin şiddətindən sərdarlıq sevdasına düşmüsən və lovğalığın çoxluğundan cahangirlik və fatehlik iddiası dilində cari olur. Əgər mərdsənsə, mərdlərin meydanına çıx ki, taleyin hökmü müəyyən olsun».

Mən neçə minillik  vətənimin parçalanmış torpaqlarını birləşdirməyə, dağılmış yurdu birləşdirməyə  çalışım, sən də deyəsən ki, istiğfar elə, o torpaqları qat bizim imperiyanın tərkibinə. Deməli, din də, məzlumlar məsələsi də Sultan Səlim üçün bəhanədir. Şah İsmayıl Osmanlı torpaqlarını deyil, Osmanlıların işğal etdiyi Azərbaycan torpaqlarını birləşdirmişdi. Şah İsmayılın məzəmmətinin də səbəbi o idi ki, qohum türk üzünü başqa ərazilərə tutmaq əvəzinə, qardaş torpağına yönəlmişdir. Uzun Həsənin dədə yurdu Diyarbəkr, Qazi Bürhannəddinin yurdu və Şərqi Anadolu-Azərbaycan torpaqları səkkiz yerə bölünmüş qədim Azərbaycan torpaqlarından o vaxtlar ayrılmışdır. Sultan Səlim işğalçıdır – bu, aydındır. Lakin nə qədər bədbəxt adamdır ki, səkkiz illik hakimiyyəti illərində ən ağır zərbələri qardaş Azərbaycan əhalisinə, müsəlman məmlüklərə vurmuşdur. Bizim bir sıra nadanlar da hələ bu aşkar cinayəti anlamaqda çətinlik çəkirlər.

İkinci məktub yenə dini moizə, Sultan Səlimin mədhi, Şah İsmayıla qarşı təhqiramiz sözlərlə başlayır: «Səmadan enmiş vəhy kimi bu zəfər tuğralı məktub… Süleyman kimi uca mərtəbəli, İskəndər kimi cahangir, Firudin kimi şərəfli, kafir qövmə qarşı vuruşan,  (Allah yanında) çox  möhtərəm və çox müti (mələkləri) qəbul edən, qoruyucu mücahid, müzəffər yardımçı, şir nəslindən olan (Leys bin əl-Əsəd bin əl-Qəzənfər), ədalət və yaxşılıq bayrağını genişləndirən, bizim əzəmətli ağamız Sultan Səlim şah ibn Sultan Bayazid ibn Sultan Murad xan tərəfindən»  «Əcəm məmləkətinin padişahı, zülm və sitəm diyarının ağası, pislərin sevinci və rəhbəri, zəmanənin Darası, dövrün Zəhhakı, Qabilə bənzər əmir İsmayıla».

Öz aramızdır, Qabil dedikdə Sultan Səlim daha çox yada düşür. Atası Şeyx Heydərə, babası Cüneydə, qardaşlarına Şah İsmayılın məhəbbəti hamıya məlumdur. Atasını zorla taxtdan salıb zəhərləyən, qardaşlarını və onların övladlarını boğdurub öldürən Səlim elə Qabil özüdür. Həmişə belə olub: oğru doğrunu da özü kimi oğru bilib. Dövrün Zöhhakı da elə Sultan Səlim olub. Budur, onun xarakterini tarixçi belə təsvir edir: «Amansız təbiəti, tətbiq etdiyi sərt üsuli-idarəsinə görə  Səlim öz sələflərinin hamısından fərqlənirdi. Müasirlərinin  onun adının sonuna əlavə etdikləri  «Yavuz» ifadəsi də məhz bundan qaynaqlanırdı və «qəddar», «sərt», «qorxunc»  mənasına gəlirdi. Hərfi tərcümədə  «yavuz» kəlməsi «quduz köpək» mənasını verir. (Maraqlıdır ki, bu ləqəb 16-cı əsr rus çarı İvan Qroznının ləqəbinə uyğun gəlir).Tarixçilərin qeydlərinə əsasən Səlimin bu sərtliyi özünü təkcə idarəçilik məsələlərində büruzə vermirdi, gündəlik həyatında da sultan  ətrafındakı insanları vahiməyə salacaq qədər  sərt və zalım idi. Türkiyəli tarixçi İ.H.Uzunçarşılı yazır ki, qırmızı üzü, çatma qaşları olan Səlim çox kəskin baxışları ilə  hamını dəhşətə gətirirdi, danışarkən bəzən əsəbdən bir sözü dəfələrlə təkrarladığının fərqinə belə varmırdı». (Səh.355-356; Həmçinin: Prof.İ.H.Uzunçarşılı. «Böyük Osmanlı tarihi», 2-ci cild, Ankara, 1988, s.302). Xüsusən vəzirlərinə qarşı son dərəcə amansız olmuşdur: «…onun hakimiyyəti dövründə  bir-birinə qarğış edən, pis aqibət diləyən insanlar belə deyərdilər: «Səni görüm Sultan Səlimə vəzir olasan». Eldar Əmirovun yazdığı tarixi arayışda deyilir: «Görkəmli Avstriya şərqşünası Von Hammer «Böyük Osmanlı tarixi»ndə yazır ki,  Sultan Səlim zamanında vəzirlərin hamısı öz ciblərində vəsiyyətnamələri ilə birgə dolaşırdılar. Çünki vəzirlərin hansı anda Səlimin qəzəbinə gələcəklərini təxmin etmək qeyri-mümkün idi. Onlar hər dəfə sultanın qəbulundan sağ-salamat çıxdıqları zaman  özlərini yenidən dünyaya gəlmiş kimi hiss edirdilər». (s.359) Səlimin sifətləri bunlar idi.

Sultan Səlim məktubda yeni iftiralara əl atır, guya Şah İsmayılın məscidləri xarab edib bütxanalar düzəltdiyini, minbərləri zalımcasına dağıtdığını, Quranı keçmiş xalqların əfsanəsi hesab etdiyini, yeni adət-ənənələr yaymağa çalışdığını və s. qeyd edərək əsl mətləbə keçir: «Din nəsihətdir» – (düşüncəsindən) çıxış edərək əgər kişilərin üz tutduğu yer olan bizim yurdun mələklərinin arzu Kəbəsi və bəxt qibləsinə üz tutsan, zülm altında inləyən təbəələrini incitməkdən əl çəksən və özünü «günahdan tövbə edən günahı heç olmayan kimidir» cərgəsində qərar versən, Məhəmmədin, – salam olsun ona, pak ailəsinə və  hidayət edən sahabələrinə  və Allah onların hamısından razı olsun,  «sahabələrim ulduzlar kimidir, hər hansı birini nümunə götürsəniz, hidayət olarsınız» (deyə buyurmuşdu), – pak və doğru sünni  təriqətinin ardıcılı olan millət və məzhəbdən olsan, həmin ölkələri və onlardan asılı olanları Osmanlı ərazilərindən hesab etsən, padşahlıq və şahlıq lütfümüz sənə də şamil olacaqdır». (80-81)

Səlimi mədh edən misralar da acı və ədəbdən uzaqdır, insani deyil: «Mən o şəxsəm ki, qılıncımı sıyırdıqda Yer üzündə qiyamət qopararam», «Pəhləvanların qanından sübh vaxtı şərab içərəm», «Qılıncımdan Günəşin ürəyi titrəyər» və s. Amma onu da düz deyir ki, «Əgər döyüşə gəlmişəmsə, (deməli), sən (məni) saymamısan».

Sultan Səlimin məktubundan aydın olur ki, o, müharibəyə gəlir və barışıq fikrində deyil. Şübhəsiz, Şah İsmayıl kimi vüqarlı dövlət başçısı və qüdrətli sərkərdə onun dediklərini  – təkliflərini yalnız kinayə ilə qarşılayardı. Lakin hətta Şah İsmayıl əvəzinə bir başqası bu cür təklifləri qəbul etmiş olsaydı belə, Səlim müharibəyə gəlirdi. Müharibənin bütün tarixi məsuliyyəti, bütün tökülən qanlar Osmanlı padşahının boynundadır və burada Şah İsmayılın bir misqal da günahı yoxdur. Barışmaq istəyən adam Qurandan ayələr gətirib, barışığa çağırıb, sonra da deməz ki: «Qaralmış qəlbə moizə oxumağın faydası olmaz. Allahın köməyi və  ən gözəl yardımları ilə başında hər tac olanın tacını odlayaram və geniş yer üzünü o insanlardan təmizlərəm».

Sultan  Səlim başqalarına məktublarında da Şah İsmayılı saymır, onun haqqında ədəbsiz sözlər söyləyir, onu uydurduğu böhtanlarla suçlamağa çalışır və ümumən Azərbaycanda belə bir cəsur hökmdarın meydana çıxmasını qısqanclıqla qarşılayır. Onun Ubeyd xan Özbəyə məktubunda deyilir: «…bir müddətdir ki, Şərq məmləkətlərinin əhalisi napak, xəbis, yalançı, günahkar, qantökən cani olan sufi körpənin əlindən cana gəlibdir». (62) Şah İsmayıl həmişə sözlərində qəti olub. Xəbislik, qantökənlik Şah İsmayıldan yaşca bir rüb böyük olan Sultan Səlimin sifətləridir. Şiələr napak olsa, sünnilər də napak sayıla bilər. «Hətta ən aşağı səviyyəli fərmana itaət edənlərin cərgəsindən ən yüksək səviyyəli fərman verənlərin  cərgəsinə yüksəlib» (62) – sözləri ilə Şah İsmayılın şah nəslindən çıxmadığına işarə edir. Bu cür görüşünə görə, Şah İsmayıl öz fəaliyyəti və dünyagörüşünün yüksəkliyi ilə Sultan Səlimdən müqayisəedilməz dərəcədə ucada durur. Bu məktubda Sultan Səlim ağlına gələn bütün şər işləri Şah İsmayılın boynuna yükləməyə çalışaraq onunla müharibəyə getmək qərarına gəldiyini bildirir: «…fəal ağılın ilhamlarına istinad edərək  özlərini kamandan çıxan oxlar kimi, düşmən və üsyan əhlinin qanını tökərək qırmızı rəngə boyanmış qılınclar timsalında, yaşıl dağlar bənzəri çoxlu sayda ordu və əzəmətli dəstələrlə həmin özbaşına olan fasid və inadkar kafirin  kökünü kəsmək üçün hərəkət etmək qərarına gəldik». Lakin bu sözlər və Sultan Səlimin bu hərəkəti heç də «fəal ağlın» nəticəsi deyil. Sultan Səlimi təlaşa salan Şah İsmayılın dönməzliyi və qüdrətidir. Cəhd etdiyi isə işğal altında saxladığı bütün məmləkətlərin kişi əhalisini silahlandırıb yaşıl meşələr bənzəri ordu ilə gənc və qüdrətli Azərbaycan hökmdarının üzərinə yeriməsidir, babalarından qalma mülklərinə Azərbaycanı da qatmaq istəyidir.

Özbək xanı  Übeydin Sultan Səlimə cavab məktubu da göstərir ki, onları qorxuya salan «ildırıma bənzər bir zalımın» meydan çıxmasıdır: «Xüsusilə kafirlərin ən böyüyü dinsiz qızılbaş,- Allah onları məhv etsin,- bir neçə kimsəsiz dostla  yeni ortaya çıxdıqdan sonra  qələbə və hakimiyyətə nail olan kimi, zülm və sitəm etməyə başladı… Səltənət sevdasının xam xəyallarına qapılıb ağıl kasasında bişirdi (səltənət xəyalına düşdü). Zəmanənin sultanları ilə söz güləşdirib qol gücü sınamağa başladı. Bu tayfanın  aradan qaldırılaraq məhv edilməsini hər kəsin icra etməkdə mükəlləf olduğu vacib əməl hesab edirəm». (69) Şeybaninin tökdüyü qanları nəzərə almayan Übeyd xan Şeybani yanğısı ilə danışır, Sultan Səlimlə tam həmrəy olduğunu bildirir. Übeyd xan öz məktubunda axmaq-axmaq dediklərini nəzərə almır:

«O əxlaqsızdan bir heyf almaq üçün

Yüz minə yaxın (insan) öldürdük».

Übeyd xan «yolunu azaraq zəlalətə düçar olmuş tayfanı» (Şah İsmayılın dövlətini) məhv etmək üçün qurultay çağırmaq və bir qərara gəlmək fikrində olduqlarını bildirir. (71)

Sultan Səlimin Ağqoyunlu Məhəmməd bəyə məktubunda da (hicri 920) əsas məqsəd Ağqoyunluları Səfəvilərə qarşı qaldırmaq idi. Sultan Səlim «əsas fitrəti əhli-sünnət» olan bu camaatın Şah İsmayılın tabeçiliyində olmasının «çarəsizlikdən» olduğunu, ona görə də onlara xələl gətirmədiyini qeyd edir: «O kafir və dinsiz tayfaya bu qədər bağlı olmağınızdan sizin din və inancınıza heç bir zərər dəyməyəcəkdir. Böyük səhabələrin Allaha şərik qoşanlar və giriftar olması  (sizin) bu  (çarəsizlik üzündən baş verən) giriftarçılıq və bağlılığınıza bəraət qazandırır». (92)  Odur ki «o torpaqları fəth edərək dinsiz kafirlərin zülmündən qurtarmaq və o dinsiz-kafir millətin  yolunu azmış başçısı  və rəhbərini yer üzündən silmək üçün» yola düşdüklərini yazır və «Cənabınızın bu böyük dövlətimizə  birləşməsi və qovuşması  nizamlanmış və müəyyən olmuşdur» deyə məktubunu tamamlayır. Bütün bunlar göstərir ki, Azərbaycanın müstəqilliyi naminə bu cür dəhşətli irticanın qabağında tarix Şah İsmayılı yetirməkdə düz etmişdir.

Sultan Səlimin Luristan hakimi Şah Rüstəmə məktubunda da Şah İsmayıl haqqında təhqiramiz sözlər işlənir: «məlunların rəhbəri, şeytan ordusunun qoşun başçısı və dinsiz İsmayıl». «O kafirin və əxlaqsızın (təhrikçinin)  aradan qaldırılaraq sıradan çıxarılması». (99) Tapşırıq verir: «Siz də azuqələrinə mane olmaq, (İsmayılın) adamlarının yolunu kəsmək, öldürmək və pərən-pərən salmaq üçün (ixtiyarınızda olan) imkan və sərvətdən istifadə etməlisiniz». (100)

Bu faktları Osmanlı türkləri nə cür qəbul edir, o, onların öz işləridir. Çünki Səlim onların babasıdır. Mən «Şah İsmayıl duran yerdə Sultan Səlimə nə yağı?» deyən bizim bədbəxt vətəndaşları başa salmaq istəyirəm. Belələrindən soruşduqda ki, sən kimin övladısan, sənin baban kimdir?, ikiüzlülüklə cavab verirlər ki, həm Şah İsmayıl, həm də Sultan Səlim onların babasıdır. Mən belələrini Səlimin törəməsi hesab edirəm və onların Şah İsmayıl ruhuna düşmən olduqları qənaətindəyəm.  Bir belə tarixi cinayətlə türklər yenə Səlimi müdafiə edirlər və onların efir və ekranlarında «Şah İsmayılı doğduğuna peşman edən Sultan Səlim» kimi yaramaz ifadələr   işlədilir.

Üçüncü məktubu yenə İsmayılın islama müxalifliyi iddiası ilə başlayır, həm də kinayəli «qoçaq İsmayıl» ifadəsi ilə: «Qoçaq İsmayıl… islama qarşı hörmətsizlik və məxluqatın ağasının, – salam olsun ona, – şəriətini məhv etməyə ciddi-cəhdlə çalışmağın (haqqında) yetərincə məlumat almışıq». «Alimlər və din rəhbərləri  yekdilliklə fətva verib  əsasən Məhəmmədin (s.) dini qanunlarını  dirçəltmək və Əhmədin  (s.) şəriət hökmlərini bərpa etmək üçün  düşmən şikarına susamış çoxsaylı ordu ilə səni (məğlub etmək) məqsədi ilə Şərqə doğru yönəldim». Məqsədini də ilk cümlələrdən bildirir: «Fitnə-fəsad dairəsinin mərkəzi olan zərərli vücudunu ruzigarın səhnəsindən iti qılınc və xəncər ilə silmək» üçün. Lakin əsl məqsəd bu sonrakıdır: «Bu səfərimlə sənin hökmranlıq etdiyin  və tabeçiliyində olan torpaq və ərazilər fəth bayrağımın dalğalanması şərəfinə  nail olacaqdır».

Dini bəhanələrlə şiələrin üzərinə yerimək və Azərbaycan torpaqlarını fəth etmək üçün Sultan Səlim şeyxülislamdan fətva almışdı: «Şeyxülislam da  Səfəvi şiələrinin qanı, malı, arvad və uşaqlarının  halal olması haqqında fətva verdi». (87)

Məktubun qalan hissəsi hədə və təhqirlərdən ibarətdir: «Hazırda Azərbaycanda olan dağ və təpələrdə qalib ordunun dördayaqlılarının  dırnaq izi aypara ilə dolu səmaya dönmüşkən, hələ ki nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox olmusan ki, varlığınla yoxluğun arasında  fərq yoxdur». «Təhlükəsiz yerdə pərdə arxasında gizlənənləri ər adlandırmaq xətadır». «Ölümə doğru getməkdən kimsə qaçırsa, zorla dartıb (ölümə doğrü) yerindən tərpədərlər». «Əgər səndə az da olsa qeyrət və cəsarət varsa, gəlib şanlı və qalib əsgərlərimlə qarşılaşarsan» və s.

Burada iki məqam maraqlıdır. Səlimin «Alimlər və din rəhbərləri yekdilliklə fətva verib  əsasən Məhəmmədin (s.) dini qanunlarını dirçəltmək və Əhmədin (s.) şəriət hökmlərini bərpa etmək» cümləsindəki «əsasən» sözündən aydın olur ki, şeyxülislam da, Səlim də başa düşürlər ki, iddiaları düzgün deyildir.  Əgər sünnilik islamın bir təriqətidirsə, şiəlik də eyni hüquqlu digər bir təriqətidir. Əgər şiəlik sünnilərin nəzərində islama bu qədər yaramaz bir təriqətdirsə, şiələrin də nəzərində sünnilik o qədər yaramazdır. Sənin gücün, yüksək texnika ilə silahlanmış nəhəng ordun var və buna görə də şiəliyi bəhanə edib, ölkələri fəth etmək, xalqların müstəqilliyini əlindən almaq istəyirsən, bu, başqa məsələdir, cahangirlikdir. Elə bizim bir sıra məzlum «savadlıları» yaman günə qoyan, günahı Şah İsmayılda görən avam və fərasətsiz adamların başa düşmədiyi budur. Başa düşmürlər ki, Şah İsmayılın babaları daha əvvəllər sünni olublar və onlar şiəliyi sonralar qəbul ediblər və onlar hələ feodalizmin indiki qədər tüğyan etmədiyi bir dövrdə başa düşüblər ki, sünni-şiə məsələləri boş şeydir, lakin fanatizm əhalinin gözlərini o qədər bağlayıb ki, onun köməyi ilə ölkənin müstəqilliyini qorumaq olar. O dövr üçün belə bir ziddiyyət olmasa, Bayazid Azərbaycanı öz içərisində əridə bilərdi.

Bu, Şah İsmayılın böyük uzaqgörənliyidir. Kim bu cür düşünmürsə, Azərbaycanın öz müstəqimlliyindən məhrum olaraq Osmanlı imperiyası tərkibində bir vilayətə çevrilməli olduğunu dəstəkləyir. Budur, illər keçdi, şiəlik  də, sünnilik də öz əhəmiyyətini itirdi. Azərbaycan öz müstəqilliyini qoruyub saxladı. Bu, Şah İsmayılın tarixi uzaqgörənliyinin nəticəsidir və bunu heç kəs dana bilməz.

E.Əmirov kitabın «Tarixi arayış» bölməsində Sultan Səlimdən danışarkən yazır: «Doğrudur, I Səlim Çaldıran döyüşündə çətinliklə də olsa, müvəffəqiyyət əldə edə bildi, lakin Səfəvi torpaqlarını tamamilə fəth etmək və onu məhv etmək  Osmanlı sultanına müyəssər olmadı. Səfəvilər dövləti nəinki öz mövcudluğunu qorumağı bacardı, həmçinin uzun onilliklər ərzində qüdrətli qonşusuna layiqli müqavimət göstərdi. Bu gün türk tarixçilərinin böyük qismi  hər vəchlə Çaldıran döyüşünün məsuliyyətini İsmayılın boynuna yıxmağa çalışırlar. Lakin günümüzə qədər gəlib çatan diplomatik məktublardan aydın olur ki, hadisələr heç də türk tarixçilərinin dedikləri məcrada davam etməyib. Sözügedən məktublarda  Səfəviləri və şəxsən İsmayılı  açıq-aşkar təhqir edən Səlim bütün mümkün vasitələrlə  onu müharibəyə sürükləmişdir. Səlimin qabalığı və təcavüzkar davranışları məsələləri sülh yolu ilə qaydaya salmaq imkanlarını bütünlüklə heçə endirmişdir». (361)

Tarixi belə anlamaq lazımdır!

İkinci məqam zorla döyüşə məcbur etməkdir: «Ölümə doğru getməkdən kimsə qaçırsa, zorla dartıb (ölümə doğru) yerindən tərpədərlər». Sultan Səlim Şah İsmayılı zorla döyüşə təhrik edib. Türkiyə tarixçiləri Çaldıran döyüşü ilə bağlı məsuliyyəti İsmayılın boynuna qoymağa çalışırlarsa, deməli, onlar tarix yox, nağıl yazırlar, öz zalım babalarını əsassız olaraq müdafiə edirlər. Türk sultanları uzun müddət Azərbaycana qarşı işğalçılıq siyasəti yeridiblər. Hələ Sultan Səlim şükürlüdür. O nə qədər zalım olsa da, dini bəhanələrə əl atıb, Azərbaycana – şiələrin üzərinə  yerimək üçün şeyxülislamdan fətva alıb. Onun oğlu Sultan Süleymanın heç belə bəhanələri də olmayıb, az vaxt ərzində bir neçə dəfə (1535,1537, 1548 və s.) Azərbaycanı çapıb-talayıb. Bu cür aşkar işğalçılığı necə pərdələmək, ona necə haqq qazandırmaq olar? Bu cür subyektiv tarixçilərlə birlikdə necə müştərək Azərbaycan və türk tarixi yazmaq olar? Onlar öz qərəzlərini necə yumşalda bilərlər? Yaxud Azərbaycan tarixçiləri Sultan Səlimin Çaldıranda törətdiyi fəlakətlərə, Sultan Süleymanın gənc Təhmasibin üzərinə hücumlarına necə sığal çəkə bilərlər? Lüzumsuz iddiadır.

E.Əmirov doğru deyir. Səfəvilər Çaldıranda məğlub olsalar da, Səfəvi dövləti məhv olmada. Bu, ilkin bir qələbə idi. Şah İsmayıl sağ idi və o, ölkəni hər vəchlə müdafiəyə çalışacaqdı. Sultan Səlim də bunu bilirdi. O, ölkəni fəth edə bilmədiyini başa düşürdü və ona görə də yenidən Azərbaycana hücum planı hazırlayırdı. Lakin müxtəlif bəhanələrlə sonralar bundan yayınmalı oldu. Təbii ki, Şah İsmayıl müridlərinin sərt üzü ona daha yaxşı məlum olmuşdu. Ətraf vilayətlərin hakimlərinə məktublar yazaraq, Şah İsmayıl haqqında məlumat vermələrini, imkan olduqda Səfəvilərə ziyan vurmalarını məsləhət görürdü. Çaldırandan sonra Təbrizə girdi və demək olar ki, əli boşa çıxdı.  6 gün Təbrizdə qaldıqdan sonra ac-susz ordu ilə çıxıb getməli oldu. Şah İsmayılın bu taktikası təxminən sonralar Kutuzov tərəfindən təkrar olunmuşdur. O da Moskvanı boşaldaraq Napoleonun rus şaxtasında ac-susuz qırıla-qırıla çıxıb getməsinə səbəb olmuşdu.

Şah İsmayıl Çaldıranda sağ və sol cinahlardan hücum etməli olmuşdu. Kaş bəxti gətirə idi, Uzun Həsənin babası Yoluq Osmanın 600 nəfərlik ordu ilə birbaşa Qazi Bürhanəddinin 10 min nəfərlik ordusunun ortasından düz birbaşa Qazi Bürhanəddinin üzərinə yeridiyi kimi, birbaşa Səlimin üstünə yeriyib onun o qırmızı sifətini bədənindən ayıra idi.  Ağır toplar və saysız ordu ilə silahlanmış Səlim lovğalığın nə olduğunu bilə idi.

Sultan Səlimin dördüncü məktubu da hədə və təhqirlə başlayır: «Qoçaq İsmayıl… səni öldürmək məqsədi ilə saysız-hesabsız ordu və qələbə rəmzi olan fəth bayrağımızla uzaq məsafələri qət edib hakimiyyətin altında olan  məmləkətə daxil olduq. Əmr sahibləri olan sultanların, padşahlıq qüdrətinə sahib olan xaqanların  inancına görə, idarəçiliyi altında olan məmləkətlər onların namusu   (kəbinində olan qadınlar) kimidir. Kişilikdə pay sahibi, mərdlikdə bəhrəsi, heç olmasa, daxilində zərrə qədər özəyi  olan bir şəxs üçün  başqasının onun (namusuna)  hücum etməsinə dözmək ehtimalı yoxdur. Elədirsə, neçə gündür ki, güclü və qalib əsgərlərim məmləkətinə daxil olub səfa sürürlər, nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox olmusan ki, varlığın ilə yoxluğun arasında bir fərq yoxdur». (85-86)  «…bu  zamana qədər  səndən mərdlik və igidliyin müşahidə edildiyi bir iş görünməyib. Gördüyün işlər də bütünlüklə hiylə və fırıldağın səmərəsidir». «Əgər bundan sonra da  keçmişdə olduğu kimi qorxu və dəhşətdən bir küncə sıxılsan, (igid) adı sənə haramdır. Dəbilqə yerinə məhəccər, zireh yerinə çarşab ixtiyar edib rəhbərlik və ordu başçılığı sevdasından vaz keçərsən». (86) Sultan Səlim, deyəsən, Şah İsmayılı hətta uyuşdurucu ilə məşğul olan şəxs kimi qələmə verməyə çalışır: «Hələ mübtəla olduğun dərdin davası da məlumdur. O deyiləsi olmayan şeydən  istifadə etməklə qəlbini gücləndirirmişsən». Bunlar Şah İsmayılı haldan eləmək, döyüşə çıxarmaq üçün söylənilən iftiralardır. Halbuki onun atası Bəyazid öz gəncliyində bir müddət uyuşdurucu aludəsi olmuşdur.

Bu dördüncü məktub əvvəlki üç məktubun müqabilində İsmayılın yazdığı bir cavab məktubundan sonra yazılmışdır və İsmayılın yüksək mədəniyyət nümayiş etdirən məktubunun Sultan Səlimə heç bir təsiri olmamışdır.

Sultan Səlim oğlu Süleymana yazdığı məktubda da Şah İsmayıla iftiralar yağdırır: «…Ərdəbil oğlu deyilən  (Şah İsmayıl)  fitnəkarlıqda, allahsızlıqda, kafirlikdə, fitnə-fəsadı şüar etməkdə, kafirlik və dinsizlik libası geyməkdə, bəndələrə əziyyət verməklə öyünməkdə  və məmləkətləri viran qoymaqda zəmanəsinin bəzəyi idi». Sonra da axmaq bir şərt qoyduğunu  yazır: «Əgər indiyə qədər etdiyin çirkin işlərə görə səmimi qəlbdən peşman olub «sünni»  (məzhəb)  müsəlman olsan, əvvəllər atımız ayaq basdıqları bölgələr və əraziləri Osmanlı himayəsində olan  məmləkətlərə qatsan (əlavə etsən), güclü dövlətimiz tərəfindən sevgi və mərhəmətdən başqa bir şey görməzsən. Əgər xoşagəlməz əxlaqından əl çəkməyib çirkin əməllərinə israr etsən, Allahın yardımı ilə  qalib ordum məmləkətində düşərgə salacaqdır. Ərsənsə meydana çıx…  Səadət və xoşbəxtlik ilə  Azərbaycan diyarı  fəth bayrağımın dalğalanması  şərəfinə nail olacaqdır». (96-97) Bir qədər sonra görəcəyimiz kimi, eyni  quduz fikirlər qərb ilə yanaşı, şərqdəki qoca yaramazda da olmuş, hər ikisi gənc Azərbaycan pöhrəsinin məhvinə çalışmışdır.

Əvvəldə qed etdiyimiz kimi, Sultan Səlim Şah İsmayıla üç məktub göndərmiş, Şah İsmayıl ona bir cavab məktubu yazmışdır. Sonra Sultan Səlim dördüncü məktubu yazaraq şahı daha təhqiramiz sözlərlə müharibəyə təhrik etmişdir. Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə məzəmmət məktubu göndərmişdir.

Şah İsmayılın birinci məktubu qısadır, lakin bütün etik qaydalara müvafiq və əhatəlidir – lazım olan bütün suallara cavab verir: «İlahi lütfü əldə edən, səltənəti ilə yamyaşıl islam bağının  himayəsində duran  (islamın himayədarı), dövlət, səltənət, dünya və din yolunun mücahidi cənab Sultan Səlim şaha, – Allah dövlətinizi daimi, əbədi səadətinizi  isə tükənməz etsin, – sevgi və məhəbbət dolu salam və dualarımı  göndərir və «görüşmək» arzusunda olduğumu bildirirəm». (83-84)

Etik normalara müvafiq olan bu xitab, əslində, adi vilayət hakimlərinə göndərilə bilən məktubların müraciət hissəsindən o qədər də fərqlənmir. Burada Sultan Səlimə şişirtmə-münasibət yoxdur. Lakin təhqir və təhdidedici bir şey də yoxdur. Görüşmək sözünün tərcüməçi tərəfindən dırnaqda verilməsi o deməkdir ki, bu, adi görüş deyil, müharibə görüşü mənasındadır.

Əsas mətləbə keçərək yazır: «Mətləbə gəldikdə, bir-birinin ardınca  göndərdiyin mübarək məktubların  sayı üçə çatmış oldu». Şah İsmayıl çəkinmədən məktubların məzmununu qısa şəkildə şərh edir: «Gəlib çatan məktubların  məzmununda  ədavət, cürət və sərtliyin payı daha çox idi. Lakin onun mənşəyinin nə olduğunu bilmədik».

Çox cavan idi. Çaldıran ərəfəsində 26-27 yaşlarında idi. Lakin ona mən məhəbbətlə «Şah baba» deyirəm. Özümü onun yerinə qoyuram. Dəfələrlə artıq qoşunla,  işini-gücünü buraxıb bütün varlığı ilə ağır toplarla qonşu türkün qanını tökməyə gələn bir adama nə cavab vermək olar?  Şah İsmayıl demək istəyir və aydın şəkildə deyir ki, bütün «dəlillərin» boş sözlərdən ibarətdir. Müharibə üçün heç bir əsasın yoxdur. Səni müharibəyə vadar edən nədir, bilinmir. Atasını – Bayazidi xatırladır: «Cənnətməkan atanızın zamanında, – Allah qəbrini nurla doldursun, –  bizim uğurlu yürüşümüz Əlaüddövlə Zülqədərin dikbaşlığına görə Rum sərhədlərinə gəlib çıxsa da, hər iki tərəfdən dostluq və həmrəylikdən başqa, heç nə müşahidə edilmədi. Cənabınız da Trabzon valisi olan zaman  həmrəylik nümayiş etdirdiniz. Hazırki kin-küdurətin səbəbi isə məlum deyil». (84)

Məktubda böyük təmkin var, o qədər təhqirlərin və çılğınlığın qarşısında Şah İsmayıl özünü həqiqi şah kimi aparır, çılğınlığa qoşulmur. Təmkinlə keçmişi xatırladır. Həqiqətdə də Bayazid dövründə hər iki imperiya əmin-amanlıq şəraitində yaşamışdır: «II Bayazidin hakimiyyət dövrü Azərbaycan Səfəvilər dövlətinin yarandığı illərə təsadüf etdiyindən bu şəxsiyyət diplomatiya tariximiz baxımından da kifayət qədər maraqlı fiqurdur… II Bayazidin siyasi müdriklik nümayiş etdirərək zaman-zaman hədsiz dərəcədə gərginləşən münaqişələri müharibə həddinə çatdırmadığı danılmaz həqiqətdir». (355) Lakin Sultan Səlim, atasından fərqli olaraq, bir fəlakət ustası kimi, ilk növbədə üzünü Şərqə çevirir: «Maraqlıdır ki, Avropa ölkələri ilə münasibətlər Sultan Səlim dövründə kifayət qədər sabit idi. Qərb istiqamətində hər hansı ciddi irimiqyaslı hərbi təşəbbüslərin müşahidə olunmadığı həmin dövrdə Osmanlı imperiyası  bütün diqqətini Yaxın Şərq regionundakı mövqelərinin möhkəmləndirilməsinə yönəltmişdi desək, yanılmarıq». (360) O dövrdə alman səfiri yazırdı ki, «bizimlə ölüm arasında Şah İsmayıl durur». Bu o demək idi ki, Sultan Səlim gücünü Şərqə – Şah İsmayıla yönəldib, o hesaba Avropa türk işğalı təhlükəsindən azaddır. Tarixçinin fikri səlisdir, lakin «Yaxın Şərq regionundakı mövqelərinin möhkəmləndirilməsinə» sözləri yumşaqdır, «Yaxın Şərq regionunun işğalına» demək daha düzgün olardı.

Şah İsmayılın məktubunda bir hadisə xatırlanır: «Cənnətməkan atanızın zamanında… bizim uğurlu yürüşümüz Əlaüddövlə Zülqədərin dikbaşlığına görə Rum sərhədlərinə gəlib çıxsa da». Cümlənin bu hissəsində Şah İsmayıl həm qızılbaş ordusunun şücaətini, həm də sərkərdə Zülqədərin türk torpaqlarına irəlilədiyini xatırladır. Bu hərəkətin səbəbini müəyyən dərəcə Zülqədərin dikbaşlığı, sözə baxmadan Rum sərhədlərənə müdaxiləsi ilə əlaqələndirir, həm də cəsarətlə o hərəkətin səbəbini aydınlaşdırır: «Bizim həmin bölgəni görməzlikdən gəlməyimizin səbəbi iki şeydir:  birincisi budur ki, o diyarın əksər sakinləri  bizim əsil-nəcabətli əcdadlarımızın, – bağışlayan və qüdrətli Allah öz mərhəmətini onlardan əsirgəməsin, – müridləridir. (İkincisi isə bizim uğrunda vuruşan) o ailəyə olan məhəbbətimizin (tarixi) qədimdir».

Aydın olur ki, Qızılbaş atlıları Rum sərhədlərinə çatmaqla kifayətlənməyib, hətta ölkə daxilində bir sıra bölgələrə daxil olublar. Bu yerlər, yəqin ki, Diyarbəkr, Sivas və ümumən şərqi Anadolu əraziləri – qədim Azərbaycan torpaqları olmuşdur – dəqiq bilmirik. Ona görə də Şah İsmayıl o yerlərin əhalisinin qızılbaş-şiə müridlərindən ibarət olduğunu, Azərbaycan hakimiyyətinin onları qorumalı olduğunu bildirir. Şah İsmayıl, həmin hadisəyə baxmayaraq, bu məqamda II Bayazidlə «dostluq və həmrəylikdən başqa, heç nə müşahidə edilmədiyini» xatırladır və çox böyük cəsarətlə, Sultan Səlimin azğın təklif və davranışları müqabilində çox böyük ustalıqla Teymur tərəfindən IBayazidin məğlub edilib əsir götürüldüyünü Sultan Səlimə xatırladaraq yazmışdır: Zülqədərin  o yerlərə hərəkəti ilə  «Teymurilər dövründə  o diyara edilən yürüşü (təkrar etmək) istəmirdik və hələ də istəmirik. Bu olanlara görə incimirik, niyə də inciməliyik ki?!»

Nə qədər böyük qüdrət və inam sahibidir! «Hələ də istəmirik!» sözlərinə diqqət yetirin. Şah İsmayıl bu sözləri yazarkən bilməmiş deyildi ki, Teymurun yada salınması və o yerlərin işğalını «hələ də istəmirik» sözləri Sultan Səlimi özündən çıxara bilər. Ona görə belə deyir ki, artıq Sultan Səlim cızığından çıxmışdı və təhdidlərində qəti idi. Şah İsmayıl bilir ki, «Sultanlar arası ədavət qədim ənənələrdəndir» və bilir ki, «Söz dava-dalaşı o həddə çatdırar ki, köhnə dostluqları viran edər».

Yenə etika dairəsindən kənara çıxmır, özündən 17 yaş böyük olan bu adamı başa salmağa çalışır, başa salır ki, yazdığın söyüş və təhqirlər bir sultan işi deyil, bunu tiryaki adamlar yaza bilər: «(Sultanlara) yaraşmayan ifadələrə gərək yoxdur. Şübhəsiz ki, həmin dinsiz ifadə və fikirlər  katiblərinin və tiryək çəkməkdən  beyinləri qurumuş mirzələrinin yazdığı uydurmalardır».

Nə qədər yüksəkdə durur! Qızılbaşları dinsizlikdə ittiham edənin özünün dinsiz olduğunu sübut edir.

Şah İsmayıl artıq işin işdən keçdiyini nəzərə alaraq Sultan Səlimi dolamaq üçün yazır: «Bu qədər ləngimənin də bir zərurəti olduğunu düşünürəm. Buna görə də möhürümüzlə möhürlənmiş xüsusi keyfiyyətli qızıl ilə dolu bir mücrünü  ən yaxın və etimad etdiyimiz  Şahqulu ağa ilə birlikdə göndərdim ki, əgər lazım olarsa, istifadə edərsən». Və nəhayət, bu işlərin sonunu bir daha ətraflı fikirləşməyi tövsiyə edir: «Amma kiminsə sözünə əhəmiyyət vermədən ciddi şəkildə düşün ki, sonrakı peşmançılıq fayda verməz».

Şah İsmayıl olmasın, mən olum, biz olaq, siz olun. Nə etməli idi? Özünü düşmənə çevirmiş türk qardaş 100 minlik ordu ilə, top-tüfənglə sənin üstünə gəlir. Tələbi budur ki: ölkəndəki bütün şiələr dinsiz və kafirdir. İslah olunmalıdır. Sən isə qədim tarixi olan (11-ci əsrdən mövcud olan Osmanlı tarixindən azı iki min, üç min il əvvəl tarixi olan) dövlətinin açarlarını ver bir dəliyə, çıx get vilayətlərdən birində Osmanlı köləsi kimi yaşa!

Yeganə yol döyüşdür! Ya ölmək, məhv olmaq, ya da Vətəni qorumaq! İsmayıl o böyüklükdə ordunun qarşısında həm mənəvi, həm  də fiziki cəhətdjən qalib gəlir. Nə qədər mürid qırılırsa, o qədər də Səlimin ordusundan qırılır. «Pirim, Mürşüdüm, Sultanım! Sadağa olduğum!» deyə ölümə gedən müridlər qırıldıqları qədər də qırırlar. Səlim özü oğlu Süleymana yazdığı məktubda da bunu etiraf edir: «(Tərəflər arasında) son dərəcə ştiddətli döyüuş və  qətllər başladı. Uzun müddət tərəflərin (bir-biri ilə)  mübarizəsi (nəticəsində)  hər iki tərəfdən çoxlu sayda  bəylərdən (ölən oldu), kimisi yaralandı və kimisi də öldürüldü». (96)  Tarixdə öz düşüncəsiz hərəkəti ilə itirən yenə Sultan Səlim olur. Türk dünyasına ziyan vurur. İsmayıl sadəcə olaraq geri çəkilir, təslim olmur və həqiqətdə də yaratdığı Qızılbaş-Səfəvi dövlətini qoruyub saxlaya bilir. Bununla da böyük qələbə qazanır. Öz ağlı, kamalı ilə 500 illik dövlətin başçısından üstün görünür. Üzünü tutmalı olduğu yerləri qoyub, sünni bayrağı altında qardaş kəllələrindən piramida düzəldən (yəqin ki, özününküləri də qatıb ora) Səlimə elə bir zərbə vurur ki, Səlim çox istəsə də, bir daha bu yerlərə dönə bilmir.

Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə iki məktub yazmışdır. Birinci məktubun mətni əldə yoxdur. İkinci məktubdan aydın olur ki, onu Sultan Səlimə əmir Siracəddin Əbdülvahhab aparmışdır. Sultan Səlim qəzəblənmiş, Əbdülvahhabı zindana saldırmışdır. Əmir Siracəddin 7 il zindanda qaldıqdan sonra Sultan Süleyman tərəfindən azad edilmişdir. Lakin 7 illik zindan həyatından sonra əmir Siracəddin elə İstanbulda  vəfat etmiş, orada Əbu Əyyub əl-Ənsari məzarlığında dəfn edilmişdir. (91)

Türk tarixçilərinin uydurmasına görə, itmiş məktubda Şah İsmayıl «ərazisinin bir hissəsini vermək şərti ilə  Taclı xanımın azad olması şərtini irəli sürmüşdür». Bu, ağlabatan deyil. Heç Taclı bəyimin əsir düşüb-düşmədiyi də dəqiq məlum deyil. Və keçmiş türk hakim babalar, indikindən fərqli olaraq, torpaq verib hakimiyyət və ya arvad almazdılar.

Məsələ burasındadır ki, bir döyüşdə məğlubiyyəti Şah İsmayıl tam məğlubiyyət və ölkənin fəthi kimi qəbul etməmişdir  və faktik olaraq öz ölkəsinin sərhədlərini qorumuş, Səfəvi dövləti öz varlığını tam şəkildə davam etdirmişdir. R.Mehdiyev doğru yazır: «Hər halda, Şərq tarixində ağır hərbi məğlubiyyətə düçar olduqdan sonra taxtda qalmağı bacaran  çox az sərkərdə olmuşdur. Bu isə yalnız xalqın və ordunun sonsuz  inamı, böyük dəstəyi sayəsində həyata keçmişdir». (20)

Səfəvilər öz varlıqlarını qoruyub saxladıqları üçün düşmənçilik də qalırdı. Sultan Səlimin yenidən ordu ilə gələcəyi və ölkəni tam təslim edəcəyi, işi sona çatdıracağı barədə söz-söhbət gedirdi. Xeyrəvan hakiminin Sultan Səlimə cavab məktubunda deyilirdi: «Buyurmuşsunuz ki, Təbriz sultanlığını şərəfləndirdikdən (tutduqdan) sonra o məmləkətin ərzaq və azuqədən  boş olduğunu görüb ərzağa ehtiyac olacağını ehtimal etdiyiniz üçün qorunan Rum məmləkətlərinin ətəklərinə doğru, – Allah fəlakətlərdən və pis niyyətlərdən qorusun, – geri dönmüsünüz. Gələn il yenidən yola çıxaraq pərakəndə düşmüş düşmənə qulaqburması vermək, məğlub və qolları qırılmış topluluğu cəzalandırmağı tamamlamaq qərarına gəldiyiniz məlum oldu». (109) Eyni fikri Sultan Səlim Misir hakimi Qansu Qiruya məktubunda da təkrar etmişdir: «…geri döndük və  gələn il Şərq məmləkətlərini  idarəçilik altına almaq və rəfizi (dindən dönmüş)  qızılbaşların,- Allah onların kökünü kəsib məhv etsin, – geri qalan qılınclarının (təhlükələrinin) qarşısını almaq qərarına gəldik». Sultan Səlimin məqsədi aydındır. Din söhbətləri  tamamilə bəhanədir. Məqsədi Şərq ölkələrini Osmanlı torpaqlarına qatmaqdır. Bunları başa düşmədən Sultan Səlimi babası hesab edən azərbaycanlı adlananlar faktik olaraq Azərbaycanın tarixi müstəqilliyi əleyhinə olan adamlardır.

Sultan Səlim yenidən Azərbaycana gələ bilmədi və bizim fikrimizcə, gələ də bilməzdi. Çünki bu dəfə müridlər onun imperiyasını məhv edə bilərdi, özü məhv ola bilərdi. Tarixçinin qeyd etdiyi kimi, yenidən Azərbaycana hücum edərsə, «asanlıqla Qansu Qiru ilə Şah İsmayılın qoşunları arasında  mühasirəyə düşə bilərdi». (120)

Ona görə də bir növ düz fikirləşdi, hələlik tam şəkildə özünə gələ bilməmiş Səfəvilərin müttəfiqi Qansu Qirunun üzərinə yeriməli oldu. Çaldıran döyüşü tipində yeni qırğın törətdi, böyük bir dövlətə son qoydu. R.Mehdiyev yazır: «I Şah İsmayılı  qardaş qanı tökməkdə ittiham edənlər  yəqin unudurlar ki, onların ideallaşdırmaq istədikləri I  Səlim Çaldıran döyüşündən iki il sonra, 1516-cı ildə Misir Məmlük dövləti ilə toqquşaraq, yeni, daha dəhşətli qırğına rəvac vermişdi. Həmin il Mərci-Dabik döyüşündə məzhəb baxımından sünnü, etnik cəhətdən isə türk olan məmlükləri məğlubiyyətə uğradan Səlim bu dövlətin varlığına son qoymuş, onun torpaqlarını Osmanlıya qatmış, sonuncu hökmdarı  Qansunu öldürmüş, ən nəhayət, özünü xəlifə elan etmişdir». (18)

Qansu Qiru şah İsmayıla rəğbət bəsləyirdi. Ona görə də Sultan Səlimə məktubunda onun yenidən Şah İsmayılın üzərinə yeriməsini məsləhət görmürdü. Sultan Səlimi dolayı yollarla başa salmağa çalışır ki, bu dəfə o. məğlub və məhv ola bilər: «…bu diyarlardan şərafətli iki hərəmə (Məkkə və Mədinəyə – Q.K.) gələnlərin çoxundan eşitmişik ki, məğlub İsmayıl sizinlə müharibə meydanından  qaçdıqdan sonra öz zəlil nəfsi ilə  sizinlə qəti şəkildə qarşılaşmamağı  (qərara almış və)  Uzun Həsənin Əbu Səid Qorqana etdiyi kimi, yollara, çöllərə və dağlara parçalar şəklində yayılaraq mübarizə aparmaq qərarına gəlibdir… Elə isə xalqa zərəri olmayan hiylələri  dəf etmək üçün  hərəkətə keçməyinizin bir faydası yoxdur». (119)  (Qansu Qirunun Şah İsmayıl ilə bağla xoşa gəlməz sözləri Sultan Səlimi aldatmaq üçündür). Uzun Həsənin Əbu Səidə qələbəsi ilə müqayisə çox kəskindir. Uzun Həsən Teymur nəvəsi Əbu Səidi tam şəkildə məhv etmişdir. Şah İsmayıl Çaldırandan əvvəl bir sıra sərkərdələrin sözünə baxmasa da, müridlərin cəsarətinə inanıb birbaşa Sultan Səlimin üzərinə yerisə də, yəqin ki, sonralar başa düşür ki, bu qədər ordunu Azərbaycana yeridən Sultan Səlimi yalnız dərə-təpədə yaxalayıb məhv etmək olar. Sonralar onun oğlu Şah Təhmasib yalnız bu üsulla Sultan Süleymanın ordusuna böyük təlafatlar vermişdir.

Şah İsmayılın Sultan Səlimə ikinci məktubundan aydın olur ki, sərhəd ərazilərdə o tərəfin və bu tərəfin əmirləri basqınlar edirlər, məhəlli savaşları davam etdirirlər. Əvvəlki məktuba cavab olmadığını, münasibətlərin düzəlməsi istiqamətində Səlim tərəfin bir təşəbbüs göstərmədiyini görən İsmayıl məktubda yazırdı: «Ağlımızdan belə bir fikir keçdi ki, bu əsnada hər iki tərəfin  şüursuz və ağılsız bəzi əmirlərinin  hər iki tərəfin sərhədlərinə  hücum edib bəzi hərəkət etmələri  həmin alicənabın yanlış anlaşılmasına (anlamasına olardı – Q.K.)  və nəticə etibarilə  sizin onu ləngitməyinizə və saxlamağınıza səbəb olmuşdur». (90)

Sultan Səlimin məktublarındakı söyüş və hədələrdən    fərqli olaraq,  keçmiş ənənələrə uyğun şəkildə hörmət və təriflə başlanan məktubda Şah İsmayıl mədəni şəkildə Sultan Səlimi məzəmmət edir, atası II Bayazidin daha ağıllı yol tutduğunu – qonşu ölkə ilə sülh və barışıq əsasında ömür sürdüyünü bildirir: «Nurlu daxilimdən gələn məhəbbətin nuru bundan ibarətdir ki, mərdlik və igidlik əlaqəsinin vəziyyətini tamamlayan və ata-oğul  münasibətlərinin təsirlərinin tələbindən doğan məhəbbət və səmimiyyətin davamlılığı, dostluq və sevgi qaydalarının möhkəmliyi keçmiş zamanlarda ən mükəmməl (surətdə idi) və cənnətməkan atan, – Allah onun günahlarını bağışlasın, – tərəfindən doğru şəkildə həyata keçirilməsi o dərəcədə qorunur və icra olunurdu ki,  hər zaman dünya sultanlarının  həsəd aparmasına və  ölkələrin xalqlarının qibtə etməsinə səbəb olurdu. Bu dost uca təbiəti və  əsalətli (əsaslı, möhkəm) fitrətinin tələbinə uyğun olaraq, şübhə əhli və düşmənlərlə  mübarizə edərək onları  geri oturdar, üsyan edənlər və zalımların  kökünü kəsmək və məhv etməklə məşğul olardı». (88) Və yenə: «…sultanlar nəslinin izzətli övladları arasındakı yəqin üzərinə qurulmuş qədimi dostluq bayraqlarını ucaltmaq  cənnətməkan xilafət məqamlı həzrətin (II Bayazidin) bu dosta (Şah İsmayıla) münasibətində özünü göstərirdi».

Yəni qısa desək, deyir ki, atanız Səfəvi qonşusu ilə sülhlə dolanır, ən çox daxilindəki müxalif qüvvələrlə, üsyançılarla məşğul olurdu. Onu da deyim ki, Sultan Səlimin Azərbaycandan tez getməsinin bir səbəbi də yeniçərilərin ölkə daxilində üsyanı idi.

Məktubdan o da aydın olur ki, dostluq və qonşuluq, qardaşlıq qaydalarına müvafiq olaraq, Şah İsmayıl son məqama qədər fitnə-fəsadlara uyaraq, Sultan Səlimin Azərbaycana yeriyəcəyinə inanmamışdır. Atasını misal gətirərək, «ataların dostluğu övladların yaxınlığına səbəb olur»  kəlamına müvafiq düşüncələrlə Sultan Səlimdən belə bir qəti hərəkət gözləməmişdir, çünki «…dostlara qarşı düşmənçilik və başqalarının işinə müdaxilə  etmə  düşüncəsi, təəssüb və mübarizə təsəvvür etmək qəribədir». (89)  Həm də çox qəribədir ki, Sultan Səlimin açıq qərəzinə baxmayaraq, onun Azərbaycana yürüşünü Şah İsmayıl onun fitnə-fəsada uyması, qərəzli uydurmaların onun «düşüncə aynasını ləkələməsi» ilə əlaqələndirmişdir: «…ixtilafın səbəbi fitnə-fəsad əhlinin fitnəkarlığından, kin-küdurət və düşmənçilik hissi bəsləyənlərin təhrikindən  başqa bir şey deyildir. Yalan danışanların batil sözləri, qorxusuz və qərəzli faydasızların  uydurmaları qeybi nurların saçdığı eyibsiz düşüncə aynanızı ləkələmişdir». (89) Şahın məktubunda Sultan Səlimin zəifliyinin səbəbi açıq deyilir: «Miras qalmış və möhkəmlənmiş saflıq və vəfalı olmaq  düşüncəsinin mənasını özündə əks etdirən parlaq şəxsiyyətinizə baxmayaraq, kəramətli təbiətiniz(dən) və qədimi dostluqdan təəccüb doğuracaq  şəkildə tam üz döndərdiniz.  …tənzimlənmiş qüvvətli ayaqlar üzərinə qurulmuş qanunlara baxmayaraq,  (uydurulmuş) sözlərin təsirinə düşmək və düşüncələrin dəyişməsi mümkün imiş».

Heç şübhəsiz, bu uydurma və təhriklərdə Avropa casuslarının da böyük rolu olmuşdur. Çünki onlar Sultan Səlimi şərqə yönəltməklə həm öz canlarını xilas etmiş, həm də bu yolla iki türk imperiyasını gücdən salmışlar. İnanmadığı üçün Şah İsmayıl ciddi hazırlıq görmədiyini də bildirir. Sultan Səlim öz ordusu ilə Təbriz yaxınlığında düşərgə salmış olduğu halda, o, cavab məktubun İsfahan torpaqlarında ov edərkən yazdığını bildirir. Və Çaldırandan sonrakı məktubunda inanmadığını və ona görə də lazımi hazırlıq görmədiklərini etiraf edir: «…haqqınızda bu məmləkətdə nə qədər dostluğa zidd xəbərlər eşidilsə də, qəti şəkildə etimad edilmirdi… Bu sözün doğru olduğunun nümunəsi budur ki, sizin də eşitdiyiniz kimi, o vaxt ətraf bölgələrdən  əsgərlər toplanmadı, (aldığımız) o xəbərlərin həqiqət olduğunu anladıqdan sonra  bir dəstə süvari əsgər və Diyarbəkir ətrafından  toplanan az sayda  insanla təcili qarşılaşmaq üçün yola çıxdıq».

Məsələ məlumdur. Şah İsmayıl kəskin və təhqiramiz məktublara uzun müddət cavab vermir. Ağır və kəskin, təhqiramiz məktublar yazmır. Sultan Səlim ordu ilə gəlib ölkənin mərkəzində məskən saldığı halda, xeyli müddət reaksiya vermir. Bütün ölkəni səfərbər etməyə çalışmır. Belə olan surətdə bəs məqsəd nədir? Ölkəni işğal altındamı qoymaq istəyir?

Xeyr, bütün bunlar o deməkdir ki, Şah İsmayıl gənc olmasına baxmayaraq, son dərəcə böyük və müdrik adamdır, misli görünməmiş tarixi şəxsiyyət, hüdudsuz vətənpərvərdir, tarixin gedişini, gələcəyin mühakiməsini düşünən sərkərdədir. O, bütün bu işlərlə tarixi günahı Sultan Səlimin boynunda qoymuş olur. Kim kimin qapısına müharibəyə gəlib? Nə üçün gəlib? Məqsədi nədir? Bu qədir ordunu toplayıb Azərbaycana gətirməsini nə ilə əsaslandırıb? Döyüşü qəsdən ləngidir ki, tarix kimin günahkar olduğunun şahidi olsun.

«Dindən çıxmısan». Qızılbaşlar hansı dindən çıxıblar? Peyğəmbər özü deyir ki, «Mən dinin özüyəmsə, Əli dinin qapısıdır». Əliyə pərəstiş din xadimi üçün hansı günahları doğura bilir? Əksər dini ayinlər Əlinin və Fatimənin ailəsi ilə bağlı törəməyibmi? Həm də bir halda ki, peyğəmbər heç vaxt unudulmur və Allahın həqiqi elçisi kimi daim ön plandadır.

Şiəlik islamın altı əsas qolundan (sünnilik, şiəlik, xaricilik, mötəzililər, sufilik, mürciə) biridir. Bu təriqət daha çox sünniliyə qarşı durur. Əslində, bunların çox ciddi fərqləri yoxdur. Sünnilərin fikrincə, din sahəsində hər hansı avtoritet şəxs imam adlana bilər. Lakin şiələr bu cür düşünmür, imam dedikdə Əlini, Əli  nəslini düşünürlər. «O (Əli) Peyğəmbərə bərabər, bəzən hətta ondan da üstün olan mifik bir obraz kimi qavranılır». (Cabbar Məmmədov. «Sünni və şiə təriqətləri arasında başlıca fərqlər». «http://az.wikiource.org/w/index.php?) Səfəvilər tarixinin görkəmli tədqiqatçısı Oqtay Əfəndiyev V.F.Minorskiyə əsaslanaraq yazır: «Xətainin divanında əks olunmuş qızılbaş doktrinasına uyğun olaraq, xəlifə Əli  allah sayılır və kim buna qail deyilsə, dinsiz hesab olunur; Məhəmməd – yalnız peyğəmbərdir. Eyni zamanda Əli məzhər-i həqdir. İsmayıl özünün Əli və Fatimə «mənşəyi»  ilə fəxr edir». (O.Gfendiev. Azerbaydjanskoe qosudarstvo sefevidov, Baku, 1981) Nə olsun? Bundan ötrü bu cür düşünənləri qırmaq lazımdırmı? Belə olsa, Yer üzündəki xristianların yarısı qırılmalıdır. Çünki xristianlıqda da bu hal var: təriqətin birində İsanı allah və peyğəmbər, digərində yalnız peyğəmbər sayırlar. Şiələrin əqidəsinə görə imamlıq statusuna Əli və onun nəslindən olanlar layiq ola bilər. İmam adı o dövrdə o şəxslərə verilib ki, onlar şiəliyin yayılması üçün öz qılıncları və ya qələmləri ilə vuruşublar.

İmamların sayı Azərbaycanda və İranda, yəni şiəliyin yayıldığı ərazilərdə (islam dininə qail olanların 11 faizi şiələr hesab olunur) 12-dir. 12 rəqəmi xristianlıqda 12 həvariyə, yəhudilərdə 12 qövmə bölünməyə uyğundur. Lakin islam dininin yayıldığı başqa ərazilərdə imamların sayı  hər yerdə 12 deyil. C.Məmmədov araşdırmalar apararaq yazır: «Məlum olduğu kimi, Hz. Əlinin  (ə.s.) 8 (və ya 9) arvadı olub ki,  onlardan da  14 (yaxud 18) oğlu, 19 (yaxud 17) qızı dünyaya gəlib. İmam Həsən və imam Hüseyn  onun Peyğəmbər s-in qızı Fatimədən dünyaya gələn övladlarıdır. Şiəliyin Azərbaycanda və İranda yayılan imamilik qolu  Hz. Əlinin (ə.s.) kiçik oğlu imam Hüseynin nəslindən olan şəxsləri imam hesab edir. İmam Həsənin və Hz.Əlinin  (ə.s.) digər övladlarının nəvə-nəticələri imamlığa münasib bilinmir (baxmayaraq ki, imam Həsənin  100-dən artıq arvadı və onlardan xeyli övladı olub). Əksinə, şiəliyin digər ölkələrdə yayılan qolları Hz. Əlinin (ə.s.) digər övladlarının nəslindən olan şəxsləri də imam hesab edirlər.  O cümlədən şiəliyin  əsasən Şimali Afrikada yayılan  İdrisilər məzhəbi  İmam Həsənin nəslindən olan şəxsləri, Qeysanilər məzhəbi Hz. Əlinin (ə.s.) 3-cü oğlu  Məhəmməd ibn Hənəfiyyənin nəslindən olanları imam hesab edir». («http://az.wikiıource. org/w/index.php?) Beləliklə, imam Hüseynin nəslindən olan şəxslərin (bunlar 10 minlərlədir) hamısı yox, yalnız 12 nəfəri imam hesab olunur.Yəmən, Pakistan, Səudiyyə Ərəbistanı bunlardan ilk 6-sını imam hesab edir və s. Fanatizmdər, kim nəyə inanırsa, onu da qəbul edir. Bundan ötrü insanları qırmaq olmaz ki.

Sünnilər yalnız əhli-beytin, yəni peyğəmbərin dilindən səslənən hədislərə inanırlar. Şiələr isə bununla yanaşı, hz. Əlinin hədislərini də təbliğ edirlər.

Şiələr yalnız Hz. Əlinin qanuni xəlifə olduğunu qəbul edirlər. Sünnilər isə Hz. Əbubəkr, Hz.Ömər, Hz.Osman və  Həmzənin islam tarixində rolunun ondan az olmadığını bildirirlər. Şiələrin fikrincə, Hz.Əli (ə.s.) həmişə peyğəmbərlə birlikdə olub, ona daha yaxın olub. Peyğəmbər özündən sonra onu xəlifə görürdü və bir neçə dəfə də bu fikrini ehtiyatla bəyan etsə də, üstündə çox durmamış, Əbubəkrin, Ömərin, Osmanın müxalifətə keçməsindən ehtiyat etmişdir. Şiələr Əbubəkri mahir oyunbaz hesab edirdilər. Şiələrin fikrinə görə, onun (Əbubəkrin) öz 9 yaşlı qızı Ayişəni peyğəmbərə tez ərə verməsi gələcək hakimiyyət,  Ayişənin vasitəsilə peyğəmbərə təsir etmək istəyi ilə bağlı idi. Peyğəmbər vəfat edərkən yalnız Ayişənin atasının – Əbubəkrin adını çəkməsi barədə Ayişənin söhbətləri də buna xidmət etmişdir. Şiələrin düşüncəsinə görə, hətta Ayişə tədricən peyğəmbəri zəhərləməklə atasının hakimiyyətini yaxınlaşdırmışdır. Ona görə də Hz.Əlinin Ayişədən zəhləsi gedərmiş. Şiələrin Hz.Əlini fetişləşdirməsi də bunlarla bağlıdır. Sünnilər bunları əfsanə hesab edirlər.

Hakimiyyət məsələsində  də sünnilərlə şiələr fərqlənirlər. Sünnilər demokratik seçki, şiələr avtoritar sülalə prinsipini müdafiə edirlər. Yəni şiələrin əqidəsinə görə, hakimiyyətə istisnasız olaraq Məhəmmədin nəslindən olanlar keçməlidir.

Sünnilərlə şiələr «siğə» məsələsinə də fərqli baxımdan yanaşırlar. Bütpərəstlikdən gələn bu adət barədə Quranda bir şey deyilmədiyi göstərilir. («http://az. wikiıource. org/w/in dex.php?) Hz. Ömər siğəni bütpərəst adəti kimi qadağan etsə də, şiələr Öməri qanuni xəlifə hesab etmədikləri üçün onun verdiyi bu qanunu nəzərə almırlar.

Heç bir təriqətə bölünməyib, Quranı heç bir təfsirdə deyil, məhz Peyğəmbər s.-ın öz təfsirində qəbul edənlər sünnilər hesab olunublar və buna görə də bu təriqətin heç bir banisi yoxdur. («http://az.wikiıource. org/w/in dex.php?)

C.Məmmədov yazır: «Qeyd olunmalıdır ki, şiəlik islama çox böyük dinamiklik gətirən bir təriqət oldu, belə ki, digər təriqətlər məhz onun sayəsində bir nöqtədə dayanmaqdan çıxıb, daim daxildən öz-özünü təkmilləşdirən bir sistemə çevrildilər və bu gün xarici ölkələrdə əhalinin kütləvi surətdə islamı qəbul etməsində İranın güclü ideoloji rolu danılmazdır». («http://az.wikiıource.org/w/ index. php?)

Son söz: «Vacib olanı Allahın ətəyindən tutmaqdır, hansı tərəfdən və necə tutmağın məsələyə heç bir aidiyyatı yoxdur. Bütün təriqətlər Qurana əsaslanır və hamısı da, Allahı daha yaxşı dərk etmək məqsədi daşıyır. Peyğəmbər ailəsinin faciəsi isə bütövlükdə İslamın tarixinə aid bir məsələdir və təriqətindən asılı olmayaraq bütün müsəlmanları ağrıdan bir hadisədir» http://az.wikiıource.org/w/ index. php?)

Mahiyyət bunlardan ibarət olduqda, sünni Sultan Səlimin şiələri dinin düşməni adlandırıb,  bu bəhanə ilə qızılbaşlar üzərinə hücum edib o qədər qardaş qanı tökməsi tam ağılsızlıqdır. Sultan Səlim sünniləri müqəddəs saysa idi, Misir məmlük sünni türklərini qırmız və orada ikinci Çaldıran yaratmazdı.

Mənim böyük pərəstiş etdiyim və Yer üzərindəki bütün diktatorlardan fərqli olaraq, öz diktaturasını xalqın xeyrinə quran, bir qrup soyğunçuların, zəlilərin və onların havadarlavrının məhvinə çalışan İ. V. Stalin yazırdı: «Mənim üzərimə çoxlu zibil tökməyə çalışacaqlar, lakin tarixin küləyi onların hamısını süpürüb aparacaqdır». Şah İsmayıl da müəyyən mənada belədir. İndi türk tarixçiləri onun  üzərinə nə qədər böhtanlar atsalar da, fəaliyyəti, əməli hərəkətləri, Sultan Səlimin yazdığı nalayiq məktublardan fərqli yüksək ağıl və düşüncə ilə qurulmuş məktubları  onun tam haqlı olduğunu daim mühafizə edəcəkdir. Onun üzərinə tullanan zibillərdə bizim alim kimilərin də payı var. Dünya kitabxanalarını bəzəyən əlyazmalarını nəzərə almadan «Şah İsmayılın bir misra da şeri yoxdur», «Şah İsmayıl elə Çaldıranda ölmüşdü» deyən  və dövlətin himayə etdiyi adamlar  kimə və nəyə xidmət etdiklərini anlamayan və ya anlayırsa, vətənə, onun tarixinə xəyanət edən adamlardır. «Şah İsmayıl kimdir, Babək kimdir, Cavanşir kimdir?» deyənlər də bu silsilədəndir.

Məktubda əvvəlki (mətni itirilmiş) məktubun məqsədi də aydın qeyd edilib: «İki qardaşdan sülhə nail olmaq üçün önə keçən, cənnətə daxil olmaqda da önə keçər», «sülh daha xeyirlidir», «əgər möminlərdən iki dəstə  bir-biri ilə vuruşsa, onları dərhal barışdırın», «fitnə-fəsad törədənlərin yolu ilə getmə» ayələri əsasında  «ağalıq və dinin nuru olan  əmir Əbdülvəhhabı» onların yanına göndərdiyi, «lakin dostluqdan bir əsər görünmədiyi» qeyd olunmuşdur. Ona görə də İsmayıl sülh və barışıq üçün yeni nümayəndələr yola saldığını bildirirr: «..etimad edilən uca əmir və yüksək zənginlik sahibi  Kəmaləddin Hüseyn bəyə və görkəmli insanların dirəyi Bayram ağaya fürsət düşdükcə (baş verənləri) diqqətinizə çatdırmaq həvalə olundu». «Baş verənlər» dedikdə, bir qədər əvvəl qeyd etdiyimiz kimi, sərhəd bölgələrdə hər iki tərəfin bir sıra əmirlərinin atışmaları nəzərdə tutulur. Beləliklə, ilkin döyüşdə müəyyən mənada məğlub olmuş, lakin ölkəsinin istiqlalını qorumuş Şah İsmayıl müharibəni davam etdirməmək, yenidən insan qırğınına yol verməmək üçün sülh danışıqlarını əsas götürür. Bu danışıqlar baş tutmasa da, Səfəvilər öz müstəqilliyini qoruyur və Sultan Səlimin qəfil ölümündən sonra Sultan Süleyman dirçələnə qədər türk-Azərbaycan münaqişəsi səngimiş  olur.

Çətinliklərin çox olmasına baxmayaraq, qüdrətli dövlət başçısı Şah İsmayıl heç vaxt vüqarını itirmir. Onun sülh təklifi acizlikdən deyil, dünyanı daha yaxşı başa düşməsindən və yırtıcının başını sığallamaq məqsədindən irəli gəlirdi. Təbii ki, Sultan Səlimin ordusu güclü idi, işğal etdiyi ərazilərin əhalisini əsgərə çevirmişdi və daha böyük fəlakətlərə səbəb ola bilərdi. Şah İsmayıl onu qızışdırmaq əvəzinə, sakitləşdirməyə çalışmışdır: «Elçilər göndərmək, məktublar yazmaq, yazışma və müzakirələri artırmaqda  həqiqi niyyətimiz bütün canlıların və bütün rəiyyətlərin  təhlükəsizliyini düşünməkdən başqa bir şey olmayıb və olmayacaqdır da». (91) Tam müasir səviyyəli düşüncədir.

Təbii ki, Şah İsmayılı dini qaydalara əməl etməməkdə, şəriət qaydalarını pozmaqda təqsirləndirənlər onun əsaslandığı şiəliyi nəzərdə tuturlar. Dediyimiz kimi, şiəlikdə islama ciddi şəkildə müxalif olan bir şey yrxdur və şiəlik iki geniş yayılmış təriqətdən biridir. Şah İsmayıl özü Hüseyn Bayqaraya məktubunda yazırdı: «Həqiqət budur ki,  bizim pak şəriətin və hidayət imamlarının haqq məzhəbinin  qanunlarının icrasından, Mustafa və Murtəzanın  parlaq təriqətini yaymaqdan başqa, (hər hansı) bir niyyətimiz yoxdur». (36) Yenə: «Allah bilir ki, fani dünyanın  işlərinə bel bağlamaqdan və zahiri (maddi aləmlə bağlı olan)  qanunları icra etməkdən əsas məqsəd və ümumi hədəfimiz mübarək şiəliyin hökmlərini  yaymaqdan və nicat əhli olan firqənin təsirlərini genişləndirməkdən başqa bir şey deyildir». (37) Bütün bunlarla yanaşı, bunu da yazır ki: «Allah qorusun, əgər bu məzhəb barəsində  xoşagəlməz bir şübhə ağlınıza gəlmiş olsa, etibar etdiyiniz alim və fəzilətli elm sahiblərini təyin edib göndərin. Əqli və nəqli dəlillərlə onlara iddiamızı razı qalacaqları şəkildə isbat edəcəyik». (37)

Sultan Səlim onu məscidləri dağıtmaqda günahlandırırdı. Şah İsmayıl məktubda məscidlər tikilməsi və köhnə məscidlərin abadlaşdırılması üçün Hüseyn Bayqaraya da kömək edəcəyini, ustalar göndərəcəyini bildirir. Şah İsmayıl məscidlər haqqında «o günəşin ucalığına bənzər tikililər» ifadəsini işlədir.

Deyə bilərlər ki, Şah İsmayıl hərəkatı qərbi də (Osmanlı imperiyasını), şərqi də (özbək xanı Şeybanini) düşündürür, qorxudurdu. Şah İsmayılın Osmanlı torpaqlarını iddiasına dair heç bir sənəddə bir işarə yoxdur. Çingiz nəslindən olan Şeybaninin məhvində isə günah Şeybaninin özündədir. Tez-tez Xorasan torpaqlarını talayır və Şah İsmayılın ordusu yaxınlaşdıqda qaçıb gedirdi. Tarixçinin qeyd etdiyi kimi, «Ardıcıl əldə edilən qələbələr Şeybanini çox məğrur etmişdi. Məktublaşmalarından da göründüyü kimi, o, özündən yaşca çox kiçik olan  və təcrübəsiz hesab etdiyi  Şah İsmayıla qarşı ədəb qaydalarını gözləməmiş və kəskin ifadələrdən istifadə etmişdir. Şah İsmayılın həmin ərəfədə  22 yaşı olsa da, öz məktublarında Şeybani xana qarşı ədəb qaydalarını gözləmiş, ancaq eyni zamanda, sərt və qətiyyətli cavablar vermişdir». (52)

Məktublardan aydın olur ki, Şeybani Səfəvi  hakimiyyətini əsaslı hakimiyyət saymamışdır. «Qəhrəmanlıq və fəth zərbxanasında şücaət sikkəsi  bizim müvəffəqiyyət ləqəblərimizlə bəzənmişdir.  Qeybdən xilafət nidası  və imamət (rəhbərlik) sədası (müjdəsi) bizə verilmişdir». (49)  Səfəvi hakimiyyətini Günəş çıxanda yox olan ulduza, özlərini Günəşə bənzədir: «…zülmət gecədə ulduzlar sayrışan zaman Süheyl (Kanopus) ulduzunun çıxdığı yerdən təqribən bir nizə irəliləyər  (özünü günəş şüası hesab edər)  və rəngini saraldaraq günəşin çıxması qorxusundan bir müddət titrəyər. Ancaq həqiqi səhər açılan kimi, çıxdığı yerə qayıdar. O halda bizim şərqdə, onun (Şah İsmayılın) isə qərbdə  çıxması Süheyl ulduzu ilə Günəşin doğmasına bənzəyir». Buna qane olmayan Şeybani Səfəviləri təhqir edəcək azğın əmrlərə keçir: «Deyəcəyim odur ki, əzəmətli Məkkəni, – Allah şərəf və izzətini artırsın, – ziyarət etmək islamın  əsaslarından biridir və bütün müsəlmanlara vacib olduğu üçün  qalib ordum  ziyarətə müşərrəf olsun deyə, əzəmətli Kəbəyə gedən bütün yolları bərpa etməlisən. Sursat və peşkəş çatdırmalısan. Zərbxanalarda bizim adımıza sikkə vurdurmalısan. Hər cümə məscidlərdə bizim fatehliyimizin şərəfinə xütbə oxunmalıdır. Özün isə əmrə müntəzir olmalısan». Bunlarla yanaşı, Şeybani neçə dəfə məğlub olsalar da, əl çəkməyəcəyini, Səfəvilər üzərinə yeni ordular göndərəcəyini bildirir.

Şah İsmayıl Misrin Burci məmlüklər sülaləsinin son hökmdarı Qansu Qiruya məktubunda Şeybani haqqında yazır: «…Çingiz xanın küfr ağacının  bir budağı (Çingiz xanın kafir nəslindən) olan Şeybək Şeybani  Mavərənnəhr  məmləkətləri və bütün Xorasanda ağalıq əldə etmiş,  təkəbbür, qürur və lovğalıq küləyi onun lovğalanmasına səbəb olmuş və doğru yoldan azaraq müqəddəs torpaqlara hücum edib, hər yeri qarət və talan etmişdi». (56)

Şah İsmayılın müasiri və Moğol imperyasının banisi Zəhirəddin Məhəmməd Babur da Şeybaninin yaramaz hərəkətlərini pisləmişdir: «Şeybani xan Heratı alınca bu padşahların ailələri ilə  pis rəftar etməyə başladı.  Yalnız onlara qarşı deyil, bütün xalqa da eyni şəkildə pis davrandı. Bu qaba, görməmiş adam  beş günlük fani dünyada belə yaman ad qazandı». («Baburnamə», Bakı, 2011, s.225) Babur bu sözlərin ardınca Şeybaninin yaramaz əməllərini sadalamışdır.

İsmayıl Şeybaninin lovğa, təhqiramiz məktublarına görə təmkinini itirmir. Ona ordu ilə cavab vermək üçün öz növbəsində o da İmam Rza məqbərəsini ziyarət etmək, Məşhədə doğru hərəkət etmək fikrində olduğunu bildirir. Lakin  Şeybani Məkkə yoluna çıxmağa cəsarət etmir. Şah İsmayıl Xorasana doğru irəliləyir. Şeybani Mərv qalasında gizlənsə də, Şah ismayıl onu yüksək taktika ilə oradan çıxarır və məhv edir.

Bura qədər qeyd etdiklərimiz Çaldıranda yüz minlərlə insan qanı tökülməsinin səbəbkarının bilavasitə Sultan Səlim olduğuna şübhə yeri qoymadı. Bu sənədlər tariximizin müəyyən mərhələsinin düzgün başa düşülməsi, Şah İsmayıla atılan iftiraların qərəzli olduğunu üzə çıxardı. «Şah İsmayıl Səfəvi (tarixi-diplomatik sənədlər toplusu)»na müqəddimədə R.Mehdiyev yazır: «XX əsrin sonlarında dövlət müstəqilliyinə qovuşan Azərbaycan nəinki siyasi taleyini  müstəqil şəkildə təyin etmək  hüququnu qazandı, həmçinin keçmişini, minilliklərlə ölçülən tarixi irsini sərbəst, obyektiv şəkildə qiymətləndirmək fürsətini əldə etdi. Həmin ana qədər qapalı olan bir çox arxivlərin Azərbaycan tədqiqatçılarının üzünə açılması, dünya kitabxanalarına çıxışın əldə edilməsi xalqımızın təxminən iki əsr müddətində durmadan təhrif edilmiş, məqsədli şəkildə unutdurulmuş, saxtalaşdırılmış tarixinin yenidən öyrənilməsi üçün geniş imkanlar yaratmış oldu». (5) Qeyd etməliyik ki, bu sahədə görülməli işlər həddindən artıq çoxdur. Azərbaycanın qədim dövr tarixi başdan-başa saxtalaşdırılmışdır. Saxta tarix, adəti üzrə, akademik imzası ilə nəşr olunmuş, xalqını sevən fədakar tarixçi və dilçilərin əsərləri bir kənara qoyulmuşdur. Şah İsmayıla olan bu qayğı ilə yanaşı, bütün keçmiş tariximizin bu şəkildə düzgün öyrənilməsi üçün dövlət qayğısı lazımdır. Əks təqdirdə xarici alimlərin yazdıqlarından bir addım irəli gedə bilməyən tarixçilərin saxta əsərləri yenə də xarici ensiklopediyalara yol açacaq və vətən torpaqları kimi özgələrə satılmış olacaqdır. Müqəddimədə bir sıra çox mühüm məsələlər düzgün qiymətləndirilmişdir. Harpağın xəyanəti nəticəsində öz müstəqilliyini itirmiş Azərbaycan torpaqlarının 2 min il sonra birləşdirilməsində həqiqətən Şah İsmayılın misilsiz rolu olmuşdur:  «Azərbaycanın tarixi torpaqlarını  ilk dəfə vahid mərkəzdə birləşdirməyə nail olan Səfəvilərin istər dövlətçiliyimizin, istərsə də mədəniyyətimizin inkişafındakı rolu həqiqətən də müstəsnadır». (8) Müəllif düzgün qeyd edir: «…ötən zaman kəsiyində Səfəviləri Azərbaycan tarixindən qoparmaq, onları sırf fars tarixinin bir parçası kimi qələmə verməyə çalışan qüvvələr də boş dayanmamış, əsas etibarı ilə təhrif və uydurmalara söykənən xeyli sayda məqalə və kitablar ərsəyə gətirmişlər». (8) Odur ki müəllifin qənaəti tam doğrudur: «Dövlətçiliik, ədəbiyyat və mədəniyyət tariximiz aşkar olunmuş yeni tarixi qaynaqlar əsasında yenidən, bizim özümüz tərəfindən yazılmalıdır…» (13)

R.Mehdiyev «I Şah İsmayıla qarşı hələ də  irəli sürülməyə davam edən  bir çox ittihamın saxta olduğunu sənədlərin dili ilə sübuta yetirmək üçün» bir sıra ciddi araşdırmalar aparmış və həmin ittihamlara düzgün və kəskin cavablar vermişdir.  Məsələn, müəllif çox mühüm bir məsələyə toxunaraq, «Səfəvi səltənətinin etnik amil nöqteyi-nəzərindən  İran yox, məhz Azərbaycan  dövləti olduğunu» sənədlərin dili ilə bir daha konkret şəkildə əsaslandırmışdır.

R.Mehdiyev başqa bir mühüm məsələyə toxunaraq yazır: Tarixi sənədlərin konkret şəkildə aydınlaşdırdığı  digər mühüm məqam isə  Şah İsmayılın Osmanlı dövləti ilə münasibətlərdə rəhbər tutduğu  xəttin həqiqi mahiyyəti ilə əlaqədardır.  Məlum olduğu kimi, bir çox yerli və əcnəbi tədqiqatçılar əsaslı dəlillər gətirmədən I İsmayılı Osmanlı dövləti ilə məqsədyönlü şəkildə  müharibəyə başlamaqda ittiham edirlər. Sanki, I Şah İsmayıl  Osmanlı dövlətini hər vəchlə müharibəyə təhrik edən addımlar atmış, türklər isə sülh, səmimiyyət istəklərinə baxmayaraq, hərb yoluna əl atmağa məhz  Səfəvilər tərəfindən məcbur edilmişlər. Əfsuslar ki, bu yanlış  və təhrif olunmuş təsəvvürlər   illərdir insanlar arasında  kök salmağa davam edir. Hərçənd ki, tarixi sənədlərdə, diplomatik yazışmalarda  əksini tapmış faktlar tamam başqa həqiqətlərdən xəbər verir».(16) Bizim bu yazını bir qədər geniş şəkildə yazmaqda əsas məqsədimiz də elə həmin yanlış fikirlərin kökündən yanlış olduğunu üzə çıxarmaq idi. Müharibənin səbəbi qonşu Azərbaycan türklərində güclü dövlətin meydana çıxmasını Osmanlı padşahlarının gözü götürməməsi və onların işğalçılıq siyasəti, Azərbaycanın əzəli torpaqlarını Osmanlı torpaqlarına qatmaq istəyi  olmuşdur. Şükürlər olsun ki, Sultan Səlim bir qələbəsinə baxmayaraq, buna nail ola bilməmiş, Şah İsmayıl öz qılıncının gücü və çox yüksək dövlətçilik qüdrət, qabiliyyət və təfəkkürü ilə Azərbaycanın müstəqilliyini qoruyub saxlamışdır. Sultan Səlim Təbrizin əhalisinə müraciətlə onları öz tərəfinə çəkməyə çalışmışdır. «Ancaq tarixi proseslər göstərir ki, Azərbaycan xalqı sona qədər öz hökmdarına, milli dövlətçiliyinə sadiq qalmış, Osmanlı diqtəsinə əyilməmiş və Səlimin tərəfinə keçməmişdir. Məhz bunun nəticəsində qalib gəlməsinə baxmayaraq, Səlim Azərbaycanda duruş gətirə bilməyərək, qısa müddətdən sonra  Səfəvi ərazisini  tərk etmək məcburiyyəti ilə barışmışdır». (20)

R.Mehdiyev sənədlərin ədəbi-bədii və elmi dəyərini də yüksək qiymətləndirərək yazmışdır: «Sir deyil ki, hər hansı görkəmli dövlət xadimi tərəfindən qələmə alınmış məktubların  siyasi əhəmiyyəti ilə yanaşı, ədəbi dəyəri də vardır. Xüsusi ilə I Şah İsmayılın istedadlı şair, mili ədəbiyyatımızın  parlaq nümayəndəsi olduğunu göz önünə gətirsək, onun məktublarının ana dilimizdə  işıq üzü görməsini ədəbiyyatşünaslar üçün də böyük hədiyyə, qiymətli mənbə adlandırmaq olar. Əvəzsiz tarixi və siyasi dəyəri olan həmin sənədlər I İsmayılın  bədii istedadını  növbəti dəfə hər kəsə  əyani şəkildə sübut etməklə bərabər, o dövrün  diplomatik yazı tərzini, leksikasını öyrənmək üçün də kifayət qədər faydalıdır. Məktublar eyni dərəcədə  Səfəvi hökmdarının ideoloji-dini baxışlarını öyrənənlər üçün də  əvəzsiz qaynaq rolunu oynaya bilər». (21)

Onu da qeyd edək ki, qatı dini dünyagörüşə baxmayaraq, məktublar həqiqətən çox yüksək elmi səviyyədə yazılmışdır. Ən incə mətləblərin yüksək səviyyədə dialektik  ifadəsi bəzən heyrət doğurur. Məsələn, «Alnımıza yazılan başımıza gəldi» fikri Şahın məktubunda belə ifadə olunmuşdur: «Qəza və qədərə əsasən  qeybi səhifələr üzərinə yazılmış olanlar maddi aləm səhnələrində həyata keçmiş oldu». (89) Bu sözlər «Şah İsmayılın bir misra da şeri yoxdur», «Şah İsmayıl elə Çaldıranda ölmüşdü» deyən, kimə xidmət etdiyini bilməyən yazı-pozu sahiblərinə  tutarlı cavabdır.

Məktublar çap olunarkən hicri tarixlər miladiyə çevrilməli idi. Məktub yazan və ya məktub göndərilən tarixi şəxsiyyətlərin bir qismi deyil, hamısı haqqında kitabda məlumat vermək lazım idi. Təəccüb doğuran bir cəhət də hələlik Şah İsmayılın ana dilində yazdığı bir məktuba, bir sənədə təsadüf edilməməsidir.

Mən bu yazını Şah İsmayıla məhəbbətdən yazdım və mənim üçün hədsiz dərəcədə xoşdur ki, bu müqəddəs şəxs haqqında  düşüncələrim sənədlərin dili ilə bir daha təsdiq olundu. Şah İsmayılda Astiaqın Turan imperiya quruculuğu, Cavanşirin qorxmazlıq və diplomatiyası, Babəkin mübarizlik və dönməzlik ruhu birləşmişdir.

 

© Qəzənfər KAZIMOV

14.07.2014

  • Upvote 1
Link to comment
Share on other sites

Bu yaxınlarda oxudum və Çaldıran döyüşü haqqda ən düzgün məlumat budur.

 

:aappll:

 

Qardaş, siz nə etdiz? Siz axı osmanlı türklərinin azərbaycanlı qardaşlarının ürəyinə niyə xal saldız, indi bundan sonra onlar türk seriallarına necə baxacaqlar bəs? Siz niyə belə edirsiz axı...)))))))

 

Hörmətli türkpərəstlər, siz Allah bu məqaləni oxumayın, öz gözəl qardaşlıq dünyanızda yaşayın, ayılmayın, yoxsa birdən bu qardaşlıq dünyanızın mənasız olduğunu anlayıb, son zamanlar ölkəmizdə yaman yayılmış intihar epidemiyasına tutularsız...))))))))))

Link to comment
Share on other sites

:aappll:

Qardaş, siz nə etdiz? Siz axı osmanlı türklərinin azərbaycanlı qardaşlarının ürəyinə niyə xal saldız, indi bundan sonra onlar türk seriallarına necə baxacaqlar bəs? Siz niyə belə edirsiz axı...)))))))

Hörmətli türkpərəstlər, siz Allah bu məqaləni oxumayın, öz gözəl qardaşlıq dünyanızda yaşayın, ayılmayın, yoxsa birdən bu qardaşlıq dünyanızın mənasız olduğunu anlayıb, son zamanlar ölkəmizdə yaman yayılmış intihar epidemiyasına tutularsız...))))))))))

burda Türkiye türkleri ile Azerbaycan türklerinin qardaşlığına xelel yetirecek fikir yoxdur axı)))

Link to comment
Share on other sites

  • 3 years later...
On 4 ביולי 2014 at 1:12 PM, Achilles_ said:

Yoldaşlar, bu yazını təsadüfən oxumuşam. Çox istərdim sizlər də oxuyasız, sonra müzkirə eliyək;

ÇALDIRAN SAVAŞI ÜZƏRİNƏ DÜŞÜNCƏLƏR VƏ İNCƏLƏMƏLƏR

Tarix elmi ilə ilgilənən iki aktiv sahə mövcuddur: 1- Historioqrafiya, 2- Historiologiya.

Historioqraflar (olay yazarları) hadisələrin baş verdiyi zamanda yaşarlar. Historioloqlar (tarixşünaslar) sonrakı əsrlərdə, özəlliklə bir tarixi sürəc nəticələndikdən sonra incələmə ilə məşğul olarlar.

Bu üzdən də tarixşünas historioqrafların yazdıqlarını ağıl məhkəməsində yarqılayıb sorqulaya biləcəksəlahiyyətə sahibdir.

Historioqraflar “bu hadisə niyə oldu?” deyə sormazlar, ancaq historioloqlar hadisəni səbəb-nəticə arasındakı bağları incələyərək tarixi dialektik sürəcində durumu sorqularlar.

Tarixşünaslar hadisənin baş verdiyi zamanda yaşarlarsa, hakim siyasət tərəfindən öldürülərlər. Səfəvi dövlətinin quruluşu, çöküşü və doğurduğu nəticələr ortada olduğu üçün onu historioloji (tarixşünaslıq) ölçüləri ilə incələmək mümkündür.

Tarixşünasın da amacı bundan ibarət olmalıdır, yoxsa historioqrafların yazdığı nəqli tarixi hər kəs önünə qoyub oxuya bilər. Hər oxuyana da tarixşünas deyilməz.

Tarixşünas olayların incələnməsi və günümüzlə bağlantısı baxımından oxucunun ağlında onu düşündürəcək soru işarəti yaratmalıdır.

Çaldıran savaşı və Səfəvi dövlətinin kimliyi üzərinə belə bir yöntəmlə yanaşmaq mümkündürmü?

Toplumların kollektiv və tarixi şüuraltını incələyən Yunq və Adler kimi psixoloq alimlərə görə, hər min ildə xalqların ortaq şüuraltında dəyişikliklər ortaya çıxar.

Lakin şüuraltı dəyişikliyi din və məzhəb dəyişimi ilə daha qabarıq biçimdə meydana gələrək davranışlarda özünü göstərər.

Məsələn, Səfəvilərə qədər bizim millət Dədə Qorqud nağıllarını oxuyardı, Səfəvilərdən sonra məzarları ziyarət edən, başına döyüb ağlayan fərqli bir xalq ortaya çıxdı.

Səfəvi dövlətinin quruluşu ilə böyük soyqırımlar nəticəsində xalqımız məzhəb dəyişikliyinə məruz qaldı.

Bu dəyişiklik nəticəsində onun davranışlarında, amaclarında və tarixi kimliyində köklü dəyişiklik ortaya çıxdı. Çünkü xalqları ortaqlaşdıran ortaq inanc sistemidir. İnanc dəyişimi ilə bir xalq özünə yabancılaşa bilir və bunu son 500 illik tariximizdə görmüşük.

Tarixi durumları incələrkən şübhəsiz ki, onun aparıcı şəxsiyətlərini ilk öncə araşdırmaya tabe tutmaq gərəkdir.

Kimdir Şah İsmayıl?

Bir doğma və dörd ögey qardaşı olan (Bax: Əhsən-üt təvarix, 2-ci cild, Hazırlayan Əbdülhüseyn Nəvai,Əsatir yayınları, s. 907.)

İsmayıl kimdir? Nədən özündən böyük dörd qardaşı haqqında heç bir məlumat yoxdur?

Gerçəkdən tarixə daxil edilən İsmayıl Heydərin oğludur, yoxsa onu da digər beş qardaşı kimi öldürüb İran-Sasani dövlətini qurmaq üçün başqa birini “Mehdi” axtaran qızılbaşlara təqdim etmişlər?

Nədən beş qardaş haqqında əsla bilgi yoxdur?

Tarixə gətirilən saxta İsmayıl deyil də, gerçək İsmayıl isə, o zaman heç bir dövlətçilik təcrübəsi olmayan bu uşağı pərdə arxasından idarə edənlər kim idi?

Bu suallara cavab vermək gerçək tarixçinin əsas işi olmalıdır. Lakin Səfəvilərdən sonra həm Azərbaycanda və həm də İranda türklər öz tarixi köklərindən, Dədə Qorqud kültüründən köklü şəkildə ayrılaraqpirpərəst, məzar ziyarətçisi, Allahın dışında imamdan, imamzadalardan imdad umanlar yığınına dönüşdülər. Bu həyat biçimini davranışlarına dönüşdürən xalqın aydınları və tarixçiləri doğruları bulmaqda zorlanacaqlar. Onların ön yarqıları, Səfəvi həyat şəklini ataraq tarixi doğruları anlaya bilmələri asan deyildir. Bunun üçün güclü bilgi, fədakarlıq və tarixi aydınlatma kimi bir missiya gərəkməkdədir.

İslamdan sonrakı türk tarixində bir çox savaşlar olmuş. Qaraxanlılar-Qəznəvilər, Qəznəvilər-Səlcuqlar, Teymur-Osmanlı, Bayındırlı-Osmanlı savaşları çox məşhurdur.

Ancaq nədən Çaldıran savaşı Türk-İslam tarixini bu qədər dərindən təsirləndirmişdir? Bəziləri bunu türklərin bir-biri ilə qardaş savaşı kimi, bəsit təriflərlə anladırlar, sanki əvvəlkilər türklər arasındakı savaşlar deyilmiş! Çünkü daha öncəki savaşların heç biri din və məzhəb zəminində deyildi. Yalnız Şah İsmayılın Türküstan və Çaldıran savaşları məzhəb savaşları üzərinə idi.

Şübhəsiz ki, 14 yaşında bir çocuğun din bilgisi də yetərli ola bilməzdi. Sadəcə olaraq, Səfəvilik özündən daha öncə mövcud olan fars milliyyətçiliyinin milli-siyasi, dini təcrübələri üzərinə qurulurduvə pərdə arxasındakı şüubiyyə amilləri bir çocuğu “Mehdi” olaraq görən Anadolu qızılbaş gücünü İrani-Sasani kimliyi diriltmək üçün istifadə etdi.

Şah İsmayıl Şahnamənin nostalji bilgiləri və epik-estetik veriləri əsasında tərbiyə edilmişdi. Şahnanmədə ərəb-türk düşmənliyi təlqin edilməkdədir. Möhtəşəm Sasani ölkəsindən ərəb-türk yığınını söküb atmaq gərəkirdi. Şahnamənin sırf bu verilərinə görə, Təbrizdə, Ərdəbildə, Heratda Şah İsmayıl türk soyqırımı gerçəkləşdirdi.

Daha sonra da Şah İsmayıl və sonra da oğlu Təhmasib Heratdan gətirtdiyi rəssam Behzadın rəisliyində bir idarə heyəti quraraq Şahnaməni yenidən yazdırtdi.

Türkləri daha sərt şəkildə aşağılayan beytləri əsərə artırdılar, yəni Şah İsmayıl Çaldıran intiqamını Şahnaməni yenidən yazdıraraq türklərdən aldı, öylə bir intiqam ki, İran coğrafiyasında yaşayan türklər çox əzik duruma düşürüldülər.

Gümüzdə bu əsər “Təhmasib Şahnaməsi” adı ilə mövcuddur. Türk tarixinin yönü ta əzəldən Şərqdən Qərbətərəf olmuşdur. Qərbdən Şərqə dönüş yazıb-oxuması olmayan qızılbaş kütləsi timsalında bir istisna təşkil etməkdə idi.

11-ci əsrdən başlayaraq Anadoluya yerləşən türklər sünni-ələvi olaraq İslam anlayışı içinə girmişdilər. Sünnilər əkinçiliyə keçərək torpağa bağlanmış və vətənə sahib olmuşdular.

Ələvilər köçəri yaşadıqları üçün torpağa bağlılıqları yox idi. Onlar inancları gərəyi hər tərəfə toplu şəkildə gedə bilərdilər. Digər tərəfdən Osmanlının devşirməçi politikası və türkləri aşağılayan tutumu özlüyündə dövlətə qarşı savaşmaq üçün ideoloji zəmin hazırlayırdı.

Osmanlı yönətimində “ətraki-biidrak” (geri zəkalı türk) aşağılamasından bezmiş olan türklər başqa bir dövlət çatısı altında rahatlıq arama arxasıncaydılar. Bütün bu olaylar Səfəvi dövlətinin quruluşuna gətirib çıxarırdı. Yəni 9-16 əsrlər arasındakı fars milliyyətçiliyinin siyasi, ədəbi, fikri çalışmaları ilə Osmanlıdakı küskün türklərin sosial psixolojiləri uyum və ahəngdarlıq içinə girmişdi. Qızılbaşlarda durumu sorqulayacaq bilgi və tarixi təcrübə mövcud deyildi, onlar “İsmayıl vəliullah”a inanmışdılar.

Qzılbaşların Azərbaycanda qətllər törətməsi çox asan idi. Çünkü şəhər həyatının nə olduğunu bilmir və Təbrizdə yüzillər boyunca təsis edilən mədəniyyətin ortaya çıxışında heç bir əməkləri keçməmişdi. Qurucu deyil, məhv edici güc kimi Təbrizə soxuldular. Azərbaycanda heç bir tarixi xatirələri və qohum-əqrəbaları olmadıqlarından acımadan yerli türk müsəlmanları dəstə-dəstə qətl edə bilirdilər. Çox ilginc ki, qzılbaşlar şəhər mədəniyətinə böyük zərbə vurub, Bayındırılı türk dövlətini tarixdən silibİran-Səfəvi dövlətini qurduqdan sonra missiyaları bitdi və onları şahsevənləşdirərək şəhərə buraxmadılar, yenə də Azərbaycanda köçəri həyata məhkum etdilər. Səfəvi dövləti qurulduqdan günümüzə qədər türklər fars milliyyətçiliyinin hədəfləri yolunda savaş makinası kimi istifadə edilmişlər.

Şah İsmayılın qısa sürədəki böyük zəfərləri onun özünə də “Mehdi” olduğunu inandırmışdı. Çaldıran savaşı başladı.

Çaldıran savaşındakı Səfəvi məğlubiyyəti iki tərəfdən çox təsirli oldu. Qızılbaşlar İsmayılın yenilməyəcəyinə inanırdılar, bu məğlubiyyət onlardakı “İsmayıl vəliullah yenilməzliyi” inancını öldürdü. Şah ismayıl özü də bu yenilgədən sonra inamsızlaşdı. Zəif bir insan olduğunu anlayaraq qalan həyatınıiçkiyə və əyyaşlığa həsr etdi. Çaldırandan sonra bir savaşa qatılmadı. Bu yenilgədən sonra artıq qızılbaşlar necə bir ağılsızlıq etdiklərini anlamağa başladılar. Bir sürə sonra Varsaqlar kimi, Anadoludan gələn türkmənlər geri döndülər.

Çaldıran savaşında Şah İsmayıl Osmanlını məğlub etsəydi, tarix hansı istiqamətdə irəliləyərdi? Bu suala cavab vermək üçün hər iki tərəfdə tarxin nəticəsinə baxmaq lazımdır. Osmanlının içindən milli türk dövləti və Səfəviyyətin də içindən milli fars dövləti çıxdı. Yəni Çaldıranda Osmanlı deyil, Səfəvi qalib olsaydı, Şah İsmayılın yardımı ilə Vatikan İstanbulu geri alacaq və Anadoluda nə qədər müsəlman türk var hamısını Şah İsmayılla bir yerdə qətl edəcəkdilər, Ankaraya qədər də İran olacaqdı. İranda olduğu kimi, farslaşdırılan türk milləti tarixdən silinəcəkdi. Vatikanın Şah İsmayılı, Şah Təhmasibi dəstəkləməsi də sırf bu üzdən idi.

Burada başqa bir sual ortaya çıxır. Nədən Azərbaycan Cümhuriyyətini quran ziyalıların hamısı Səfəvi kimliyinə qarşı çıxarkən sovetlər zamanında inşa edilən “azərbaycanlı!” kimliyin yazarları Səfəviyyəti abartmışlar?

A. Q. Bakıxanov, Rəsulzadə kimi aydınlar Qafqazın Səfəvi tarixi mühitindən qopmasına sevinmiş və bunu təqdir etmişlər. Hətta Rəsulzadəyə görə, Türkmənçay müqaviləsi olmasaydı, indiki Azərbaycan cümhuriyyəti də İrandakı əhali kimi farslaşıb yox olacaqdı. Bir sürə İranda yaşayaraq orada milli kimlik və milli dövlət qurma peşində olan Rəsulzadə Səfəvilərdən sonra İranda türklüyün məhv edildiyi şüuruna vararaq belə yazırdı:

“Şiəlik İran Türklərini o qədər farslaşdırmışdır ki, indi onlar kəndilərini türkləşmiş fars, yəni əslən iranlı olaraq görürlər.” (Bax: Rəsulzadə “İran Türkleri” Türk Yurdu, 2.c., 1328 / 1912. Sayı: 6(18), s.551-556.) Bütün “Molla Nəsrəddin” məktəbinin yazarları da Səfəviliyə qarşı çıxmışlar və “Ölülər”in 13 yaşlı qızlarına təcavüz edən Şeyx Nəsrullahlar Səfəvilərin başkəndi İsfahandan gəlirdi. Necə oldu sovet zamanında şairlər və yazarlar Şah İsmayıl adında bir qəhrəman kəşf etdilər? Bunun səbəbi rus dərin dövləti idi. Rus dərin dövlətinə görə, Şah İsmayıl türklük bilincini ortadan qaldırmaq üçün bir fürsət sayılırdı. Yoxsa rus mənafeyinə xidmət etməsəydi, Şah İsmayıldan danışanları da gedər-gəlməzə göndərməzdilərmi?

İndi isə, ortaq tarix şüuru təşkil etmənin tam zamanıdır və tarix şüuru da tarixə mədhiyyələr yazmaqla oluşmaz, keçmiş sorqulanaraq tarix şüuru şəkillənər.

Olan olub keçen-keçib... 

Link to comment
Share on other sites

On 4 ביולי 2014 at 1:16 PM, HPTRUEVISION said:

Bu fikirler tamamile raziyam. Qizilbashlar turk kokenli hesab olunsalar da belke de tarixde turkluye(hemcinin de islama) en boyuk zerbeni ele onlar vurub. 

Sadece hökmdarı olduğu İran şahlığına xidmet edirdi!

Link to comment
Share on other sites

On 4 ביולי 2014 at 1:35 PM, Deymon Salvatore said:

Həmişə belə olub də."Beyinləri yumaq" siyasəti gör hansı nəticəyə gətirib çıxarıb.

 

On 4 ביולי 2014 at 1:48 PM, Deymon Salvatore said:

Bəs bizim mentalitet niyə bu gündədir?Ona görə ki,tarix boyu təzyiq altında yaşamış bir xalqıq.Hər dəfə ayrı-ayrı qurumlar,o dövrdə at oynadan millətlərin dediyi ilə oturub durmuşuq.Nəticə etibarı ilə,bu gün formalaşmamış mentalitetə sahibik.Bizdə hər şey ordan burdan yığmadı.Yəqin ki,fikirimi çatdıra bildim.

Mentaliteti - xalqın mensub olduğu dini teriqet formalaşdırır!

Link to comment
Share on other sites

On 4 ביולי 2014 at 11:22 PM, Sunyata said:

 

Axı fars dövləti yaratmayıb  .   Onun yaratdığı dövlətin adı  Səfəvilər dövləti olub .   O dövrdə  Azərbaycan və  İran ərazisində  bir neçə  pərakəndə  dövlətciklər və onlarla  türk tayfaları var idi.  O da   öz təriqətinin bayrağı altında bu ərazilərdə yaşayan türk tayfalarını vahid  dövlətdə birləşdirdi  hətta iri imperiya da yaratdı . Biz də  onun və onu kimi tarixi şəxsiyyətlər hesabına bu günədək  öz identifikasiyamızı itirməmişik.  Diqqət et   , adad düz deyir , o vaxt  Türkiyə  türk cümhuriyyəti deyil , yeni iri Osmanlı  müsəlman imperiyasının əsası qoyulub . İndi bunu bizə  az qala müasir türkiyə kimi təqdim etsələr də ,  əslində  onlar Bizans imperiyasının ərazilərini  özlərində  birləşdirib yeni   ( etnik  moment vacib olmayan )   müsəlman imperiyası qurdular.  Şah İsmail və onun sülaləsi də  zənnimcə  İran kimi  qədim və  zəngin tarixə malik bir imperiyanın taxtı tacına  sahib olduqlarından qürur hissi keçirirdilər.  

 

Keçmişdə  ümumiyyətlə bu bir adət idi . Hətta Avropada krallar da titul kimi  zəbt etdikləri  yerlərin adini da titullarına əlavə edirdilər .  İran  mədəniyyəti həmişə türk mədəniyyətindən üstün  olub . O dövrdə  təsadüfi deyil ki, fars dili elm , mədəniyyət , şer dili  olub . Buna baxmayaraq Səfəvilər türk dilini də dövlət dili səviyyəsinə qaldırıblar .

 

Daha nə istəyirsiniz bu səfəvilərdən ? ))  Bir günah kimi  şiəlik yaydıqlarını deyirlər , o da ki , zənnimcə günah zad deyil.  Bolşeviklər sosialist ideologiyasından istifadı edib  Rus imperiyasını bərpa etdilər.   Amerikalılar demokratiya ideyası altında   bütün dünyaya hakim olmaq istəyir . Bizimkilər də  şiəlik yaymaqla bunu edib .   tarixdə  hamı  bunu  edib və edəcək. 

Sefeviler fars dövletini idare eden türk kökenli sülaledir. Ancaq fars şahlığına ve onun maraqlarına xidmet edibler.

Link to comment
Share on other sites

On 8 ביולי 2014 at 5:10 PM, Восставший из бана said:

ermenistanin Araratin o biri tayinda olmagi Ataturkun isteyidir(o vaxtki ordu imkanlarini nezere almaqla) Rusiya ve ermenistan ise paytaxtin Gumri sheheri olduguna raziliq vermishdi. Bizim ozumuzun o vaxt raziliq vermek huququmuz olmayib. Belke yazasan Turkmenchay muqavilesi de bizim raziligimiz ile olub? Beli bu bashqa sohbetlerdir, men bu misali yuxaridaki postlarla raziyam, ona gore yazmisham. Ne biz turkiyenin qardashiyiq ne de turkler bizim. Ne de o vaxt Osmanli Sefevi hokumetine qardash kimi baxmayib. Ne de Rusiya Ukrayna ile qardashdi, tek Turkiyeden sohbet gedmir.

Kim olani danib gez yumur ki? Ne ola bilecekdi versiyalardi, men bashqa shey yazmisham. 100 faiz bele olacaqdi. Imperiya ideologiyasina hech vaxt serhed olmur ve Turkiye indiye kimi Osmanli imperiya ideologiyasi ile yashayir. Shahin addimi duzgun addim olub, eger Ismail Turkleri zeifledmeseydi muassir Azerbaycanin olub-olmamagi sual altinda olacaqdi, hele Avropanin proqresini demirem. Cenubi Azerbaycan ile Azerbaycanin iki yere bolunmesi ve ermenistanin yaranmasi Ismailin gunahi deyil. Bele addimlar atilanda ne ola bileceyi fikirleshirler mene ele gelir, kechmishde ne olub-onu yox.

Ishdi shikayetdi, imperator zad olsam birinci Turkiyeden bashlayacam.))

Türkmençay müqavilesi Çar Rusiyası ve İran şahlığı arasında aparılan rus-iran müharibelerinin neticesi idi. Siz o Zaman İran şahlığının bir ostanı(vilayeti) idiniz. O zaman azerbaycanlılar deyilen bir milliyet bele mövcüd olmayıb. Müassir azerbaycanlıları milli birlik kimi RSFSR ve Bolşevik ideologiyası yaradıb.

Link to comment
Share on other sites

On 24 בנובמבר 2015 at 10:03 PM, Nightwatchman said:

 

:aappll:

 

Qardaş, siz nə etdiz? Siz axı osmanlı türklərinin azərbaycanlı qardaşlarının ürəyinə niyə xal saldız, indi bundan sonra onlar türk seriallarına necə baxacaqlar bəs? Siz niyə belə edirsiz axı...)))))))

 

Hörmətli türkpərəstlər, siz Allah bu məqaləni oxumayın, öz gözəl qardaşlıq dünyanızda yaşayın, ayılmayın, yoxsa birdən bu qardaşlıq dünyanızın mənasız olduğunu anlayıb, son zamanlar ölkəmizdə yaman yayılmış intihar epidemiyasına tutularsız...))))))))))

Haqlısınız!

Link to comment
Share on other sites

  • 7 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Haha
        • Like
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...