Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Azəriqaz”Da Rəisin Qadın Işçiyə Intim Təklifi


Recommended Posts

“İş yerimi dəyişdi, dedi ki, gözümün qabağında olmağını istəyirəm”.


 


İyulun 8-də Hacıqabul Rayon Məhkəməsində “Azəriqaz” İstehsalat Birliyinin Hacıqabul qaz istismar sahəsinin rəisi Elşən Rəhimovun öz işçisi Yaqut Ağayevaya qarşı iddia ərizəsinə baxılacaq. 


 


Rəis işçisinin CM-in 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cəzalandırılmasını tələb edir.


 


Amma məhkəmədə diqqətçəkən məqam budur ki, Yaqut Ağayeva rəisini ona əxlaqsız təkliflər etməkdə günahlandırıb.


 


Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı virtualaz.org saytına müraciət edən Yaqut Ağayeva deyib ki, hazırkı rəisi Elşən Rəhimovla uzun müddət birlikdə çalışıb: 


 


“Elşən Rəhimov iş yoldaşlarımdan biri vasitəsilə mənə yaxınlıq təklif etdi, amma razılaşmadım. Sonralar hər addımbaşı mənə birlikdə olmaq istədiyini deyirdi. Rəisin bu təklifləri ilə razılaşmadığımdan mənə qarşı təzyiqlərə başladı”.


 


Elşən Rəhimovun tapşırığı ilə iş yerinin dəyişdirildiyini deyən Y.Ağayeva bundan sonra problemlərlə qarşılaşdığını iddia edir: “İş yerimi dəyişdi, dedi ki, gözümün qabağında olmağını istəyirəm. Məni rayonun ucqar kəndlərinə qaz sayğaclarını yoxlamağa göndərirdilər, hətta axşam saat 9-dək kəndləri gəzməli olurdum. Halbuki qaz sayğaclarının yoxlanılması birbaşa mənim vəzifəmə daxil deyildi.


 


Bir neçə dəfə müraciət etsəm də rəis onun təklifi ilə razılaşmayacağım təqdirdə belə olacağını deyir, kəndlərə getməyimi, əks halda öz xahişimlə işdən çıxmağımı tələb edirdi”.


 


İş şəraitindən Hacıqabul Rayon Polis Şöbəsinə şikayət edən qadın bununla da rəisin ona düşmən kəsildiyini dedi: “Mən “Azəriqaz”a da şikayət etdim, amma onlar məsələni araşdırmadan məni vəzifəmi yerinə yetirməməkdə günahlandırdılar. Bundan sonra dövlət başçısına, Prezident Administrasiyasına, ölkənin birinci xanımına şikayətlər ünvanladım. Şikayətlərdən sonra “Azəriqaz” məsələ ilə bağlı təkrar araşdırma aparacağını vəd etdi”.


 


Hazırda da həmin idarədə çalışan Yaqut Ağayeva dövlət başçısı İlham Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayevdən kömək istəyir: “Mənim ailəm var, həyat yoldaşım hərbçidir. İndi məni böhtan atmaqda günahlandırırlar. Mənim əlimdə Elşən Rəhimovun, baş mühəndisin səs yazıları var. Mən günahsız olduğumu başqa cür necə sübuta yetirim?”


 


Virtualaz.org saytı məsələ ilə bağlı Hacıqabul qaz istismar sahəsi ilə əlaqə yaratmağa çalışıb. Lakin qurumdan deyiblər ki, Elşən Rəhimov müvəqqəti olaraq, yəni 3 aylığa Kürdəmir rayonuna işə göndərilib.


 


Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə deyib ki, məhkəmədə Yaqut Ağayevanın hüquqlarını müdafiə edəcək: “Biz qadının şikayəti əsasında araşdırma aparırıq. Amma təəssüf ki, qadınlara edilən əxlaqsız təkliflərin sübuta yetirilməsi hər dəfə çətin olur. Biz qadına hüquqi yardım göstərəcəyik, onun müdafiəsinə çalışacağıq. Bundan əlavə, Rövnəq Abdullayevə müraciət edəcəyəm. İnanıram ki, onlar məsələnin araşdırılmasında yardımçı olacaqlar”.


 


“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə deyib ki, Elşən Rəhimov şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi tələbi ilə Hacıqabul Rayon Məhkəməsinə, eləcə də Hacıqabul Rayon Prokurorluğuna müraciət edib. Hər iki qurum tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.


 


Elşən Rəhimovun Kürdəmir rayonuna göndərilməsinə gəldikdə isə A.Ağayev bunun sözügedən məsələ ilə bağlı olmadığını söylədi.


 


Xatırladaq ki, ölkə mətbuatında Elşən Rəhimovla bağlı bir neçə dəfə məlumatlar verilib. Məsələn, “Yeni Müsavat” qəzetinin 13 yanvar, 2010-cu il tarixli sayında Elşən Rəhimovun Hacıqabul rayonunun icra başçısı ilə yaxınlığından, rəisin hüquq-mühafizə orqanlarında dindirilməsindən bəhs edilib.

Link to comment
Share on other sites

Movzunu achmaqda meqsedim bu tip hadiseler barede fikrinizi oyrenmekdir. Ish yerinde bu cur tecavuze meruz qalan qadin ne etmelidir?Huquq-muhafize orqanlarina muraciet etmeli ya qohum-eqrebasinin komeyinden istifade etmeli? Belke her sheye tupurub ishden uzaqlashmali? 

Link to comment
Share on other sites

abrına qısılan işdən çıxmagı üstün tutur

 

çarəsiz qadınlar təklifə razı olur....

 

 

qadınları qınamağa dəyməz.... qadının təkliyindən, sahibsizliyindən yararlanmaq istəyən əxlaqsızlardadır günah....

 

 

ümumən az-çox yarasıqlı qadın belə təkilflərdən sığortalanmayıb

Link to comment
Share on other sites

Belə hadısələr tez-tez baş verir bizim ölkədə. Biçarə insanlar neyləyə bilərlər ki.. Əlbəttə prinsip aparmaq istəsələr nə isə təsir edə bilərlər. Keçən il analoji hadisə SOCAR-in idarələrindən birində (Neft Daşları) baş vermişdi. 3-4 qadın rəisin üzünə durdular. Baş idarəyə qədər yazdılar. Bir çox qəzetlər də yazmışdı o barədə. Şikayət olunan vaxt rəis məzuniyyətə qaçdı. Fasilə verib yenidən qayıtdı işinə. Qadınların isə adları hər yerdə hallandı. Hər halda yaxşı deyil. O rəisi şəxsən tanıyıram, vicdansızın biridir. Arxalı köpək qurdu basar. 

Belə vəziyyətdə ən optimal yol sakitcə pər şeyə tüpürüb işdən çıxmaqdır, amma vaxtında. Umumiyyətlə rəislə konfliktə getmək ağılsızlıqdır, axırı yaxşı olmur.

Link to comment
Share on other sites

Belə hadısələr tez-tez baş verir bizim ölkədə. Biçarə insanlar neyləyə bilərlər ki.. Əlbəttə prinsip aparmaq istəsələr nə isə təsir edə bilərlər. Keçən il analoji hadisə SOCAR-in idarələrindən birində (Neft Daşları) baş vermişdi. 3-4 qadın rəisin üzünə durdular. Baş idarəyə qədər yazdılar. Bir çox qəzetlər də yazmışdı o barədə. Şikayət olunan vaxt rəis məzuniyyətə qaçdı. Fasilə verib yenidən qayıtdı işinə. Qadınların isə adları hər yerdə hallandı. Hər halda yaxşı deyil. O rəisi şəxsən tanıyıram, vicdansızın biridir. Arxalı köpək qurdu basar. 

Belə vəziyyətdə ən optimal yol sakitcə pər şeyə tüpürüb işdən çıxmaqdır, amma vaxtında. Umumiyyətlə rəislə konfliktə getmək ağılsızlıqdır, axırı yaxşı olmur.

Men de bele dushunurem. Bu olkede haqq-edalet oz yerini chetin tapa. Mehkemeye ve ya hansisa memurun insafina guvenmeye deymez. En yaxshi yol sakitce ishden uzaqlashmaqdir. Bes cixilmaz veziyyetde olan qadin ne etmelidir? Esas problem de ele budur.

Link to comment
Share on other sites

bizde))))

Sizde deyende ki, eger Azerbaycan nezede tutulursa emek ve ehalinin sosial mudafiesi nazirliyinin ve emek mufettishliyinin bashi uchun deyil hem kechmish Azeriqaza hem de SOCAR-in terkibindeki Azeriqaza girishsin. Melum meseledir neye gore, Azerbaycanda hem bayramlar hem de istirahet gunleri butun komunal idarelerin o, cumleden de Azeriqazin nezaretchilerini kuchelerde ish bashinda hami gorur. Emek mufettishliyi hara baxir bes? Yox eger "sizde" bashqa olkedirse domen sehv salinib.

Link to comment
Share on other sites

Men de bele dushunurem. Bu olkede haqq-edalet oz yerini chetin tapa. Mehkemeye ve ya hansisa memurun insafina guvenmeye deymez. En yaxshi yol sakitce ishden uzaqlashmaqdir. Bes cixilmaz veziyyetde olan qadin ne etmelidir? Esas problem de ele budur.

gəlin özümüzü aldatmayaq... "çıxılmaz vəziyyət" və "təcavüz" fərqli situasiyalardır. bu xanımın vəziyyəti isə elə olub ki, onu seçim qarşısında qoyublar.  əvvəla, ondan başlayaq ki, konkret işçi kimi bu xanım rəhbərliyi üçün əhəmiyyətli deyildi, təəssüf. rəhbərlik heç vaxt dəyər verdiyi işçiyə nəlayiq təklif etməz, çünki onu itirməkdən qorxar. müdirin əxlaqını ümumiyyətlə müzakirə etmək istəmirəm, mənə xoş deyil. amma "qadın çarəsizlikdən razı ola bilər..." situasiyası lap utancvericidir axı... hansı çərəsizlik ? biz mülki əhali hərbi dövürdə yaşamırıq axı. nə qədər azğın kişi olsa da, kollektiv içində kim qadına açıq təcavüz edə bilər ? biz daş dövründə yaşayırıq ? qadın vəziyyətin gedişindən özü vaxtında nəticə çıxarıb uzaqlaşmalıdır. ən əsası ailənin şərəfidi, abırdı. həqiqətən də dözülməz vəziyyətdisə qəti qərar verib işi tərk eləmək lazımdır. ağıllı, savadlı qadına iş keyfiyyətinə görə dəyər verən kollektiv də , müdir də həmişə tapılar.

özgə qadınına hörmət qoymayan insanlar nə ailəsində, nə kollektivində nüfuza malik olmurlar, adətən. onlara ədəb-əxlaq dərsi keçmək isə yad bir xanımın nə hünəri deyil, nə vəzifəsi.

Link to comment
Share on other sites

Azerbaycanda bele hallar tez tez olur. Mence hemin qadinlar sakitce iw yerlerinden azad olurlar. Iwleyen staji olan qadin her yerde iw tapar. Mence o böhtandi, inanmaqim gelmirki hansisa aileli bir qadin o haqda mehkemede olsun. Wexsen iraq olsun,menim bawma ele hadise gelseydi, sakitce cixardim,mehkemeye vermeZdim , ailem xeber tutardi axi

Link to comment
Share on other sites

Allah heç kimi o qadının yerində eləməsin. Burda yazıb, onun necə addım atmalı olduğunu danışmaq asandır. İşdən gedəndən sonrada vedrə qoşacaqdılar ki, filankəsnən gəzdi, sonrada filankəs işdən çıxarıb otuzdur evdə ki, işləmə özün səni saxlıyacam və sair nağıllar.

Ondan başqa. İndi iş tapmaq asandır? Özüdə ki Hacıqabulda? Yoldaşı hərbiçıdir. Hərbiçi nə qədər maaş alır? Peysərlərdə bundan istifadə edirlər. Niyə işdən çıxmalıdır? Nədi-nədi orda qeyrətsiz müdir var? Da onda elə yerə idarə yox, fahişəxana deyək, çünki normal adam orda işləmir, yalnız müdirlə yatanlar işləyir. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
      • 27 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 96 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 55 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 134 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...