Jump to content

Recommended Posts

bəlkə bir zaman, bəşəriyyət sübut edə biləcək ki, bu kimi anlayışlar nisbidir, ötəridir, müvəqqətidir (?) :

fədakarlıq

mərdlik

sülh

mərhəmət

qüdrət

müdriklik

məhəbbət

vicdan

gözəllik

harmoniya

  • Upvote 2

Share this post

Link to post
Share on other sites

Mövzu maraq doğurdu... Bilməy istəyirəm, mükəmməl dünya nədi və necə olur. 

Belə fikir yaranır)) Çox fikir yaranır)) İnsan dünyanın 1000 də 1% nən xəbərdar olaraq, xəbərdar olmadığı 999% nə necə qiymət verə bilər? GÜLÜNCDÜ!

Baqışlayın sizi məyus etdim.

Share this post

Link to post
Share on other sites
4 часа назад, NOIR сказал:

(fikrimi bitirə bilmədim..)

Davami gelsin)

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
1 час назад, NOIR сказал:

fədakarlıq-ozunu iwe aglabatan wekilde o qeder hesr etmekdir ki, bu aile ve yaxinlari cox da uzaq plana atmasin

mərdlik-deli kimi meydana atilmaqla qorxaqliq edib aradan qacmaq arasinda yerlewir

sülh- хочешь мира?готовься к войне

mərhəmət-xainin efvi ile mezlumun cezalandirmasi arasindadir

qüdrət-guclulerin qorxaqligi ve zeiflerin mehebbeti arasindadir

müdriklik-bu araliq deyil,bu zirvedir..

məhəbbət-vetene,anaya,aileye ozunu feda etmekdir

vicdan-daxili sesdir,o ses ki, Allah ve weytanin arasinda var-gel eleyir

gözəllik-her hansi fiziki,psixi cehetler ve sonuncudan ireli gelen davraniwin kamilliye yaxinlawma derecesidir

harmoniya-tezahurlerin ayaqlawmasi ile eksliklerin vehdeti ve mubarizesi arasinda yer alir

Edited by Waterandsun
  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Çox güman mükəmməl heç nə yoxdur. Ümumiyətlə mükəmməl anlayışı bir qədər də nisbidir.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Əgər sən öldükdən sonra dünyaya
baxmaq,
sənin ölümündən sonra dünyanın necə
olduğunu
görmək istəyirsənsə,???????
O zaman dünyaya tanıdıqlarından biri
öləndən
sonra bax.!!!!!
Əgər sən həmən ölənin sevdiklərinin
onu necə
unutduqlarını və öz işləriylə məşğul
olduqlarını
görüb, bunun üzərində lazımınca
düşünsən bu
zaman tam yəqinliklə əmin ola
bilərsən ki, səni
ən çox sevənlər belə ölümündən sonra
səni
UNUDACAQLAR.
Dünya onları məşğul edəcək.
Həyatıvı bütövlükdə Allah üçün yaşa.
Həqiqətən yeganə unutmayan ODUR...
Allahla əlaqəvi gözəlləşdir. Həqiqətən
yeganə
fani olmayan odur.

Ey əzmi zəif olan kimsə ! 
Bu yolda Adəm çox yoruldu .

Nuh bu səbəblə ağladı .

İbrahim peyğəmbər atəşə atıldı ,

İsmail qurban edilmək üçün yatırıldı .

Yusuf olduqca cüzi bir qiymətə satıldı və illərlə həbsdə qaldı.

Zəkəriyyə isə mişarla ikiyə bölündü

Yahya da mühasirəyə alınıb kəsildi.

Əyyub peyğəmbər çətinlik və xəstəliyə düçar oıdu

Davudun ağlamaları isə olduqca çoxaldı .

İsa isə , silahsız olaraq qaçmaq məcburiyyətində qaldı və

Hz . Məhəmmədə ( sallallahu əleyhi və səlləm ) hər cür əziyyət və kasıblıq toxundu.

Elə isə oyun və əyləncəyə sən hələ davam edəcəksən ?!

Bəs nə zaman tövbə edib Rəbbinin yoluna qayıdacaqsan?!

Share this post

Link to post
Share on other sites

Siz ciddi olaraq düşünürsünüz ki bu suala dolğun cavab verə biləcək  bir insan övladı ola bilər ?

Yəni dediyiniz o mükəmməlliyin ölçü meyarları var?

İnsan nə qədər təkəbbürlü nadan olmalıdır ki belə bir suala cavab verməyə cəhd etsin ?

Bu sualı cavablandırmağa hazır olduğunu bildirən qafilə  böyük Füzulidən cavab:

Ey mən əhatə elmükəl-əşyayə külləha,

Nə ibtida sənə mütəsəwür, nə intəha?

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В ‎05‎.‎05‎.‎2017 в 02:56, фрилансер сказал:

Siz ciddi olaraq düşünürsünüz ki bu suala dolğun cavab verə biləcək  bir insan övladı ola bilər ?

Yəni dediyiniz o mükəmməlliyin ölçü meyarları var?

İnsan nə qədər təkəbbürlü nadan olmalıdır ki belə bir suala cavab verməyə cəhd etsin ?

Maraqlı fikir söyləmişiniz.

Düşünürəm ki, cəhd etmək - kamilliyin açarıdır. Cəhd etməyən kəs heç nəyə nail ola bilməz.

Şeyx Keykavus demişkən : "Allahın zatından başqa hər şey dərk olunandır."

Mükəmməl sözünün mənasını isə mən belə görürəm: Yaradılışına uyğun olaraq, üzərinə düşən vəzifələri tam, vaxtında və dəqiq yerinə yetirmək - kamillikdir.

Şum traktoru torpağı şumlaya bilmirsə, ona mükəmməl demək olmaz.

İnsan anasına, atasına, böyüklərə hörmət qoymursa, ona mükəmməl demək olmaz.

Od yandırmırsa,  ona mükəmməl demək olmaz.

Dünyanın mükəmməl olub - olmadığını , yalnız onun öz vəzifələrini nə dərəcədə yerinə yetirdiyini araşdırdıqdan sonra demək olar.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
9 часов назад, Fakhraddin Sultanov сказал:

Düşünürəm ki, cəhd etmək - kamilliyin açarıdır.

Doğru buyurursunuz, amma sual cox mücərrədir, ritorikdir - bəlağət xatirinə verilən sualdır.

Share this post

Link to post
Share on other sites

Dünya elə insanları kimidir. Mükəmməl olan tək Tanrıdır.

Share this post

Link to post
Share on other sites

Dunya mukemmel olsaydi, insan bendesi de gunahsiz olardi. Efsuslar olsun ki ne biz, ne de yasadiqimiz mekan mukemmel deyil

Share this post

Link to post
Share on other sites
On 19/09/2016 at 7:07 PM, NOIR said:

Əgər ehtimal etsək ki, insan nə zamansa superinsana çevrilib , özünün,  zamanın, yaradanın - büsbütün sirrini dərk etdi... onda demək olar ki, o yaradıcı enerjiyə bərabər qüvvəyə çevrilib... elə isə ehtimal edə bilərəm ki, onun fiziki cismə ehtiyacı olmayacaq. qan, sümük, selik, möhtəviyyatdan ibarət məkan onun nəyinə gərəkdir ki ? .. o ulduzların, göy qurşağının, günəş şüasının, çiçək ətrinin gözəlliyini həmin obyektlərin "gözündə" görməyə bacaracaq "....

/// Dörd halın vəhdətini dərk edən və yüksəlməyə qadir varlıq təkamül edə bilərdi : 1. fiziki 2. emosional 3. intellektual 4. psixi

hazırki uyğunsuzluğun, təzadların kökü 4 halın tarazlığının pozulmasındadır. bəşəriyyətin psixi və emosional durumu, onun intellektual səviyyəsi ilə ayaqlaşa bilmir, fiziki halı isə bundan ən çox ziyan çəkəndir.///

Xanım Noir, maraq üçün köhnə yazıları gözdən keçirirdim və sizin postunuzda bu hissə diqqətimi çəkdi. Qeyd etdiyiniz kimi, köhnə mövzulardan birində də görmüş ola bilərəm, çünki tanış gəldi :).

Nəysə, keçim mövzuya. Üstinsan, yüksəlmə (ascension) kimi məsələlər bir çox elmi-fantastik roman və filmlərin ən uc mövzularındandır. Mənim izlədiyim bir serial var, Stargate. Orada da yüksəlmiş insan irqindən (ancients) danışılır. Bu insanlar o dərəcədə yüksək təkamül keçir ki, axırda öz maddi bədənlərindən qurtulub enerji formasında yaşayırlar. Bunların da öz qanunları olur. Aşağı səviyyədə olanların işinə heç vaxt qarışmırlar. Eyni zamanda, yüksəlişə gedən yol barəsində də kömək etməyə icazə yoxdur. Kim belə bir şey etsə, "rütbəsi əlindən alınırdı". Beləsinə "düşmüş" (fallen) deyirlər. Çox uzatmadan, belə bir inanc yaranır ki, bu yüksəlişə ancaq sizin dediyiniz kimi bir sıra keyfiyyətlərə cavab  verməklə çatmaq olar. Lakin sonradan məlum olur ki, bu heç də belə deyil. Yəni normalda insan pozitiv düşüncə və əxlaqa malik olmalıdır bu yüksəliş üçün, başqa sözlə, kamilləşməlidir. Amma bəziləri olur ki, bu keyfiyyət olmadan da yüksələ bilir. Bunlar isə özlərini Tanrı kimi qələmə verərək insanları onlara itaət etməyə məcbur edir. Hətta kitab və peyğəmbər də yollayır. İnananlara yüksəlmə vəd edir, qarşı çıxanları isə cəzalandırır. Serialı izlədikcə bütün bunlar mənə bir yerlərdən "tanış" gəlirdi :). Serialın əsas qəhrəmanları tapır ki, yüksəlmiş mənfi insanlar öz beyinlərində dəyişiklik edib və süni olaraq özlərini yüksəliş üçün hazır vəziyyətə gətiriblər. Beləliklə, məlum olur ki, yüksəliş dedikləri şey heç də ali bir proses deyilmiş. İndi nə bilmək olar, bəlkə bu yüksəlişin özü də hələ son olmayacaq və onun da öz problemləri var :) 

  • Like 1

Share this post

Link to post
Share on other sites
2 часа назад, Museyib Elekber сказал:

Xanım Noir, maraq üçün köhnə yazıları gözdən keçirirdim və sizin postunuzda bu hissə diqqətimi çəkdi. Qeyd etdiyiniz kimi, köhnə mövzulardan birində də görmüş ola bilərəm, çünki tanış gəldi :).

Xoş gördük, Müseyib )

olur ki, mən də köhnə səhifələri nəzərdən keçirirəm. hətta bəzi postları qiyabi cavablandırıram ) bəzən elə gəlir bu yazılardan çoxlu zaman keçib, sanki 10-20 il keçib... əsrlər keçib ))) daşlaşmış kitabələrə baxıram sanki. fikirlər qum kimi.

2 часа назад, Museyib Elekber сказал:

Nəysə, keçim mövzuya.

keçək mövzuya 

  • Upvote 2

Share this post

Link to post
Share on other sites

siz dediyiniz seriala baxmamışam. amma belə anladım ki, serialdakı obrazlar tarixi prototipləri olan abstraksiyadır. serialın mistik süjeti var. ezoterik mənbələrdən götürülmüş süjetdir :  energetik dünyada ciddi ierarxiya mövcuddur. aşağı səviyyədə olanlar, özlərindən üst pillədə duranlara yalnız birbaşa tabedirlər. ən yüksəkdə olanlar özündən yalnız bir pillə aşağıda duranlara hakimdirlər. ən aşağılarla kontakta getmirlər - enerji itkisi baş veir. 

dediyim ki, 4 halın vəhdətini dərk edən və yüksəlməyə qadir varlıq təkamül edə bilər. sizin misal kimi gətirdiyiniz süjetdə açıq hegemonluq xətti var. serialdakı qəhrəman özünü yüksəliş üçün hazır vəziyyətə gətirir və digərlərini tabe edir. demək ki, o öz ambisiyalarına xidmət edir. ierarxiyada idarə etmək asandır. qəhrəman isə vəhdəti dərk edə bilməyib. vəhətdə idarə etməyi də bacarmır. 

bəli, düz qənaətə gəlibsiz, yüksəliş dediyimiz heç də həmişə ali prorses deyil. texniki tərəqqinin səviyyəsi bəşəriyyətin maddi rifahinı yüksəltdimi ? bəlkə müharibədən aclıqdan, terrordan, psixozlardan xilas etdi ? yox. bəşəriyyət daha yaxşı aqibətə layiq deyilmi.... biz keçmiş nəsillərdən daha üstün olmalı idik axı... niyə olmadıq bəs ?

indi daha Platonlar, Aristotellər yoxdur. çünki məntiq, fəlsəfə, fikir aydınlığı, əxlaq dəbdə deyil. filosofların gətirdiyi mədəniyyətə ehtiyac yoxdur. tələblər başqadır.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
4 часа назад, Museyib Elekber сказал:

İndi nə bilmək olar, bəlkə bu yüksəlişin özü də hələ son olmayacaq və onun da öz problemləri var :) 

gəlin, mən də sizə bir mistik süjeti nəql edim ) 

Rusiyada yaşayan, praktik fəaliyyət göstərən bir ekstarsens var, Aleksey Poxabov. müsahibələrindən birində belə bir şey danışmışdı, xatırlayıram : deməli,  seminarlarına gəlib onu əsəbiləşdirən, poçt ünvanına təhqirlər yazan bir tanışı var imiş. ekstrasensi bezikdirib, hövsələdən çıxarırmış. günlərin birində, meditasiya zamanı o yüksək bir mövqeyə keçməyə nail olur,  güclü energetik kanala qoşulur və işləməyi öyrənir. o özlüyündə düşünür və öz müəlliminə deyir : " mənim qüvvəm o qədərdir ki, həmin insandan əvəz çıxa bilərəm, onu toza da çevirə bilərəm. amma mən bütün bunlardan çox-çox yüksəyəm. nəyimə gərəkdir... axı mən maqam."  bu nümunəvi insan davranışı deyil, əlbəttə. bəlkə özünün uydurduğu bir nağıldır. özünütəsdiq, özünüreklam məqsədi daşıyır olsun ki.

Amma tutaq ki, bu doğrudur və yaxud belə də ola bilərdi. Təsəvvür edin, qarşısındakı insanı, vəziyyəti düşüncə gücünün müdaxiləsi ilə dəyişdirməyi bacaran biri var. onun üçün öz emosiyarına hakim olmaq beləmi vacibdir ? öz hahikmiyyətinin , gücünün, səlahiyyətinin məhdudiyyətiz olduğunu dərk edən insan bu imkandan istifadə etməyəcək ?

ierarxiyalı quruluş üçün bu vacib deyil. vəhdətdə olacaq quruluş üçün isə, əksinə, mütləqdir.

ona görə də, həmin tarazlıq olmayınca, yüksəliş də problemsiz olmayacaq )  

  • Upvote 2

Share this post

Link to post
Share on other sites

biz indi, əslində təxəyyülümüz vasitəsilə müxtəlif süjetlər çəkirik. silirik, yenə çəkirik ))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
1 hour ago, NOIR said:

siz dediyiniz seriala baxmamışam. amma belə anladım ki, serialdakı obrazlar tarixi prototipləri olan abstraksiyadır. serialın mistik süjeti var. ezoterik mənbələrdən götürülmüş süjetdir :  energetik dünyada ciddi ierarxiya mövcuddur. aşağı səviyyədə olanlar, özlərindən üst pillədə duranlara yalnız birbaşa tabedirlər. ən yüksəkdə olanlar özündən yalnız bir pillə aşağıda duranlara hakimdirlər. ən aşağılarla kontakta getmirlər - enerji itkisi baş veir. 

dediyim ki, 4 halın vəhdətini dərk edən və yüksəlməyə qadir varlıq təkamül edə bilər. sizin misal kimi gətirdiyiniz süjetdə açıq hegemonluq xətti var. serialdakı qəhrəman özünü yüksəliş üçün hazır vəziyyətə gətirir və digərlərini tabe edir. demək ki, o öz ambisiyalarına xidmət edir. ierarxiyada idarə etmək asandır. qəhrəman isə vəhdəti dərk edə bilməyib. vəhətdə idarə etməyi də bacarmır. 

bəli, düz qənaətə gəlibsiz, yüksəliş dediyimiz heç də həmişə ali prorses deyil. texniki tərəqqinin səviyyəsi bəşəriyyətin maddi rifahinı yüksəltdimi ? bəlkə müharibədən aclıqdan, terrordan, psixozlardan xilas etdi ? yox. bəşəriyyət daha yaxşı aqibətə layiq deyilmi.... biz keçmiş nəsillərdən daha üstün olmalı idik axı... niyə olmadıq bəs ?

indi daha Platonlar, Aristotellər yoxdur. çünki məntiq, fəlsəfə, fikir aydınlığı, əxlaq dəbdə deyil. filosofların gətirdiyi mədəniyyətə ehtiyac yoxdur. tələblər başqadır.

Mövzu ilə çox da əlaqəsi olmasa da, qeyd edim ki, yüksəlmiş varlıqlarla mübarizə son 2 sezonun mövzusu idi. Əvvəlki sezonlarda daha qədim politeist dinlərdəki tanrı obrazlarının "pərdə arxasındakı" qüvvələrlə mübarizədən danışılır. Yeri gəlmişkən, bu gün son bölümünə baxıram (3 bədii film, 10+5+2 sezon da seriyalar )) ). Mənə olduqca maraqlı gəldi. Əgər bu cür mövzulu film və ya seriallara marağınız varsa, məsləhət görərdim :).

Qayıdaq mövzuya. Ümumiyyətlə, düşünmürəm ki, bu kainatın "başına gələnlər" bir mükəmməlliyə, və ya heç olmasa hansısa məqsədli bir son vəziyyətə doğru gedən bir prosesdir. Özü üçün gedir, nə olar olar. Yəni sırf belə olmalı deyil ki, biz əvvəlki nəsillərdən, bizdən sonrakılar da bizdən daha üstün və ya mükəmmələ yaxın olmalı(yıq)dır. Və bununla belə, nəyin üstün olub olmadığını da biz öz idrakımızla müqayisə etməyə çalışırıq. Bəlkə gerçəklik bizim fikirləşdiyimizdən çox çox fərqlidir, və hətta tərsidir.

Share this post

Link to post
Share on other sites
16 minutes ago, NOIR said:

gəlin, mən də sizə bir mistik süjeti nəql edim ) 

Rusiyada yaşayan, praktik fəaliyyət göstərən bir ekstarsens var, Aleksey Poxabov. müsahibələrindən birində belə bir şey danışmışdı, xatırlayıram : deməli,  seminarlarına gəlib onu əsəbiləşdirən, poçt ünvanına təhqirlər yazan bir tanışı var imiş. ekstrasensi bezikdirib, hövsələdən çıxarırmış. günlərin birində, meditasiya zamanı o yüksək bir mövqeyə keçməyə nail olur,  güclü energetik kanala qoşulur və işləməyi öyrənir. o özlüyündə düşünür və öz müəlliminə deyir : " mənim qüvvəm o qədərdir ki, həmin insandan əvəz çıxa bilərəm, onu toza da çevirə bilərəm. amma mən bütün bunlardan çox-çox yüksəyəm. nəyimə gərəkdir... axı mən maqam."  bu nümunəvi insan davranışı deyil, əlbəttə. bəlkə özünün uydurduğu bir nağıldır. özünütəsdiq, özünüreklam məqsədi daşıyır olsun ki.

Amma tutaq ki, bu doğrudur və yaxud belə də ola bilərdi. Təsəvvür edin, qarşısındakı insanı, vəziyyəti düşüncə gücünün müdaxiləsi ilə dəyişdirməyi bacaran biri var. onun üçün öz emosiyarına hakim olmaq beləmi vacibdir ? öz hahikmiyyətinin , gücünün, səlahiyyətinin məhdudiyyətiz olduğunu dərk edən insan bu imkandan istifadə etməyəcək ?

ierarxiyalı quruluş üçün bu vacib deyil. vəhdətdə olacaq quruluş üçün isə, əksinə, mütləqdir.

ona görə də, həmin tarazlıq olmayınca, yüksəliş də problemsiz olmayacaq )  

Bilmirəm, bu nə vaxtsa mümkün olara, ya olmaz. Amma əgər mümkündürsə, mən bu nöqtədə biraz idealist olacağam. Yəni düşünürəm ki, əgər belə bir şey varsa, həqiqətən buna hərtərəfli layiq olan biri bu yüksəlişi keçə bilər :)

  • Like 1

Share this post

Link to post
Share on other sites
9 minutes ago, NOIR said:

biz indi, əslində təxəyyülümüz vasitəsilə müxtəlif süjetlər çəkirik. silirik, yenə çəkirik ))

Hiss elədim ki, darıxmışam belə mövzulardan ). Düşünün ki, biz təxəyyülümüzdə bu sujetləri çəkdikcə bir yerlərdə bizdən asılı olmadan reallaşır və yox olur ))

  • Like 1

Share this post

Link to post
Share on other sites
6 минут назад, Museyib Elekber сказал:

7 минут назад, Museyib Elekber сказал:

Bilmirəm, bu nə vaxtsa mümkün olara, ya olmaz. Amma əgər mümkündürsə, mən bu nöqtədə biraz idealist olacağam. Yəni düşünürəm ki, əgər belə bir şey varsa, həqiqətən buna hərtərəfli layiq olan biri bu yüksəlişi keçə bilər :)

təmamilə razıyam. məhz layiq olan !

deməliym ki, Poxabov qara maqdır ))

17 минут назад, Museyib Elekber сказал:

Mənə olduqca maraqlı gəldi. Əgər bu cür mövzulu film və ya seriallara marağınız varsa, məsləhət görərdim :).

ssilka verin, zəhmət olmasa. böyük marağım var desəm, yalan olar... amma sizin gözünüzlə görə bilmək üçün heç olmasa bir seriyasını izləyə bilmək vacibdir. 

6 минут назад, Museyib Elekber сказал:

Hiss elədim ki, darıxmışam belə mövzulardan ). Düşünün ki, biz təxəyyülümüzdə bu sujetləri çəkdikcə bir yerlərdə bizdən asılı olmadan reallaşır və yox olur ))

yəni siz çox istərdiz ki, bu belə olsun )

  • Upvote 2

Share this post

Link to post
Share on other sites
21 минуту назад, Museyib Elekber сказал:

Qayıdaq mövzuya. Ümumiyyətlə, düşünmürəm ki, bu kainatın "başına gələnlər" bir mükəmməlliyə, və ya heç olmasa hansısa məqsədli bir son vəziyyətə doğru gedən bir prosesdir. Özü üçün gedir, nə olar olar. Yəni sırf belə olmalı deyil ki, biz əvvəlki nəsillərdən, bizdən sonrakılar da bizdən daha üstün və ya mükəmmələ yaxın olmalı(yıq)dır. Və bununla belə, nəyin üstün olub olmadığını da biz öz idrakımızla müqayisə etməyə çalışırıq. Bəlkə gerçəklik bizim fikirləşdiyimizdən çox çox fərqlidir, və hətta tərsidir.

Niyə belə olmalı deyil ki ?

yoxsa ki, bizdən sonrakı nəsillər mutasiya olmalıdır ? )) geniş mövzudur, sabah davam edərik.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
19 minutes ago, NOIR said:

ssilka verin, zəhmət olmasa. böyük marağım var desəm, yalan olar... amma sizin gözünüzlə görə bilmək üçün heç olmasa bir seriyasını izləyə bilmək vacibdir. 

yəni siz çox istərdiz ki, bu belə olsun )

Fikir yarada bilməsi baxımından bu seriyanı izləmək daha uyğun kimi gəldi. http://hdrezka.ag/series/action/7820-zvezdnye-vrata-zv-1-1997.html#t:103-s:9-e:3

Əslində, buna oxşar mövzulu bir seriya da var )

6 minutes ago, NOIR said:

Niyə belə olmalı deyil ki ?

yoxsa ki, bizdən sonrakı nəsillər mutasiya olmalıdır ? )) geniş mövzudur, sabah davam edərik.

Ok. Onsuz da gecə gecə beynim çox şişdi )

Edited by Museyib Elekber

Share this post

Link to post
Share on other sites
21 hours ago, NOIR said:

Niyə belə olmalı deyil ki ?

yoxsa ki, bizdən sonrakı nəsillər mutasiya olmalıdır ? )) geniş mövzudur, sabah davam edərik.

Harda qalmışdıq? )

Demək istədiyim odur ki, mükəmməlliyin nə olması, necə olması barədə mülahizələri öz şüurumuz çərçivəsində irəli sürürük. Bu bir qırağa, proseslərin istiqamətinin də mükəmməlliyə doğru olduğunu da təxmin edə bilərik. Bir canlı olaraq nə düşünürük düşünək, nəticədə maddəyik və termodinamika qanunlarına görə tarazlıq halı yaranana qədər bir şəkildən başqa şəklə keçəcəyik. Maddə (və ya enerji) üçün mükəmməllik bax budur. Cəmiyyətin mükəmməlliyi isə nisbi ola bilər. Biri üçün mükəmməl olan, başqası üçün olmaya bilər. Şüurlu və ya şüursuz bir canlı üçün mükəmməllik isə dəyişən ətraf mühitə daha tez adoptasiya ola bilmək və həyatda qalmaqdır. Yəni mütləq mənada bir mükəmməllikdən danışmaq biraz çətin məsələdir.

  • Like 1

Share this post

Link to post
Share on other sites
23 часа назад, Museyib Elekber сказал:

Qayıdaq mövzuya. Ümumiyyətlə, düşünmürəm ki, bu kainatın "başına gələnlər" bir mükəmməlliyə, və ya heç olmasa hansısa məqsədli bir son vəziyyətə doğru gedən bir prosesdir. Özü üçün gedir, nə olar olar. Yəni sırf belə olmalı deyil ki, biz əvvəlki nəsillərdən, bizdən sonrakılar da bizdən daha üstün və ya mükəmmələ yaxın olmalı(yıq)dır. Və bununla belə, nəyin üstün olub olmadığını da biz öz idrakımızla müqayisə etməyə çalışırıq. Bəlkə gerçəklik bizim fikirləşdiyimizdən çox çox fərqlidir, və hətta tərsidir.

54 минуты назад, Museyib Elekber сказал:

Harda qalmışdıq? )

Demək istədiyim odur ki, mükəmməlliyin nə olması, necə olması barədə mülahizələri öz şüurumuz çərçivəsində irəli sürürük. Bu bir qırağa, proseslərin istiqamətinin də mükəmməlliyə doğru olduğunu da təxmin edə bilərik. Bir canlı olaraq nə düşünürük düşünək, nəticədə maddəyik və termodinamika qanunlarına görə tarazlıq halı yaranana qədər bir şəkildən başqa şəklə keçəcəyik. Maddə (və ya enerji) üçün mükəmməllik bax budur. Cəmiyyətin mükəmməlliyi isə nisbi ola bilər. Biri üçün mükəmməl olan, başqası üçün olmaya bilər. Şüurlu və ya şüursuz bir canlı üçün mükəmməllik isə dəyişən ətraf mühitə daha tez adoptasiya ola bilmək və həyatda qalmaqdır. Yəni mütləq mənada bir mükəmməllikdən danışmaq biraz çətin məsələdir.

əlbəttə, dərk edirəm ki, biz hipotetik olaraq, analogiya apararaq təxmin edirik. 

mükəmməllik elə ona görə mükəmməldir ki, o nəsbi ola bilməz ) 

məncə, bu müəyyən qədər ziddiyyətli fikirdir. Hazırda müşahidə etdiyimiz “kainatın başına gələnlər” mükəmməllikdən uzaq ola bilər. amma necə isbat edə bilərik ki, baş verənlər məqsədsiz bir prosesdir - əgər biz bu prosesi dəyişməyi bacarırıqsa... Hətta hərəkətsiz və səy etmədən də vəziyyəti dəyişmək mümkündürsə. bu halda, necə deyə bilərik ki, nə olar olar, yəni ki, olanlar mənim iştirakım olmadan baş verib.  bəzən hətta süküt belə ən bərk səsdən də yüksək danışır, bilirsizmi. bunu obrazlı dedim. öncəkindən üstün olmamaq, fərqlənməmək şərt deyilsə əgər, insan xaotik, məqsədsiz son vəziyyətə gedirsə, bəşəriyyət səy göstərmədən bu kimi bəlalara düçar olmuşsa əgər... İndi təsəvvür edin, o səy göstərsəydi, sonun pis olacağından ehtiyat etsəydi yaxud yaxşı, üstün olmaq üçün çalışsaydı əgər hansı dəyişikliklər baş verərdi.

Başqa sözlə, hətta dediyinizi qəbul edib, sizin mövqedən hazırki vəziyyətə baxıb desək ki, bəşəriyyət indiki halına xaotik, məqsədsiz bir hadisələr ardıcıllğı, axın olaraq gəlib yetişib -  əsrlər boyunca topladığı biliklər, əldə etdiyi təcrübə, yığdıgı resurslar, sərf etdiyi enerji əslində məqsədsiz bir sonluğa yetirib bizi : baxın, müharibə, səfalət, terrorizm, narkomaniya, insan alveri, epidemiyalar, ekoloji fəlakətlər və s. miqyası dəhşətə gətirir. Düşünün, həmin nəhəng enerjini məqsədli yönəlsəyi insan , hansı nəticələr olacadı. bir təsəvvür edin.

Elə ona görə də mən deyirəm ki, biz ötənlərdən nəticə çıxarıb daha yaxşı olmalı idik. Öncəkilərdən niyə də fərqlənməyək ki ? )) Təəssüf ki, pisə daha asan inanırıq. Hətta fantastik filmlərin süjetində fəlakətdən qaçaraq yer planetini tərk edir insan. Yaxud qonşu qalaktikadakı mutantlar yer əhalsini kölə edir, filan.Belə bir aqibət daha asan qəbul olunur.

bu vəziyyəti özümüz yaratmışıq, buna layiq olmasaq da (ziddiyyətli fikiridr, deyilmi )) Bu səbədən, heç kim yaxasını kənarə çəkməsin ))

(bəlkə də, adaptasiya olmaqla itirdiyimiz daha çoxdur)

P.S. filmi izləmək imkanım olmayıb hələ. həftəsonu baxacağam.

Edited by NOIR
  • Upvote 2

Share this post

Link to post
Share on other sites
22 minutes ago, NOIR said:

Nəzərə alaq ki, insan da öz instiktləri ilə hərəkət edir. Ona nə xoşdursa, ona meylli olur. Tərs kimi də xoşa gələn şeylər dağıdıcılığa doğru aparır. Çünki enerji paylanması baxımından beləsi məqbuldur. Bir şeyi nizamda saxlamaq üçün əlavə enerji sərf olunmalıdır. Eyni şey insan üçün də keçərlidir. Mükəmmələ daha yaxın olmaq bəzi şeylərdən imtina etmək deməkdir ki, bu da insanın rahatlığına ziddir. Nəsə, belə bir nəticə alındı, səhv və ya düz ))

  • Like 1

Share this post

Link to post
Share on other sites
22 часа назад, Museyib Elekber сказал:

Nəzərə alaq ki, insan da öz instiktləri ilə hərəkət edir. Ona nə xoşdursa, ona meylli olur. Tərs kimi də xoşa gələn şeylər dağıdıcılığa doğru aparır. Çünki enerji paylanması baxımından beləsi məqbuldur. Bir şeyi nizamda saxlamaq üçün əlavə enerji sərf olunmalıdır. Eyni şey insan üçün də keçərlidir. Mükəmmələ daha yaxın olmaq bəzi şeylərdən imtina etmək deməkdir ki, bu da insanın rahatlığına ziddir. Nəsə, belə bir nəticə alındı, səhv və ya düz ))

dəyişən mühitə uyğunlaşmaqla (adaptasiya olmaqla) inkişaf etmək yolu seçmişik, düz deyirsiz. son əsr ərzində hadisələrin gedişi xüsusilə çeviklik tələb edib. sürətlə artan əhalini resurslarla təmin etmək, məişətini asanlaşdırmaq, sürətli rabitə, nəqliyyat – bunlar həyatın ritmini tezləşdirib. hadisələr sürətli müdaxilə tələb edir, diqqət yetirmisiz ? bütün bunları nəzarətdə saxlamaq tələb olunur ki, bunun üçün də qruplar yaradılır. onlardan da bəziləri cinayətkar alyansda, şəbəkələrdə birləşməli olurlar. bu alyansın adı işğalçı siyasətdir, terrorizmdir və s.  resurs üstünlüyü kimdədirsə o da qalibdir.

adaptasiya zamanı insanlıq öz simasını itirməyə başladı. uyğunlaşma harmoniyanı pozdu. adaptasiyadan çox itirdik. İnsan təbiətlə ünsiyyətini unutdu, özünü sistemdən yüksək tutdu. vəhdət münasibətlərindən ierarxiya münasibətinə keçdi. və siz dediyinizə gəlib çıxıram ki, “səhv ya düz, amma belə bir nəticə alındı” ))

Edited by NOIR
  • Upvote 2

Share this post

Link to post
Share on other sites
13 hours ago, NOIR said:

Bəlkə də, əsl simasını göstərir. Bu, canlı təbiətin qanunudur. Həyatda qalmaq uğruna zəifin güclünü əzməsi. Uzun minilliklər boyu keçmiş olduğumuz sosial-mədəni inkişaf və dəyişim sadəcə bir üst geyim idi, altdakı vəhşilikləri gizlətmək üçün. İndi isə yavaş yavaş o vəhşiliklər təkrar üzə çıxır. Yəni "özümüzə" qayıdırıq.

Share this post

Link to post
Share on other sites
11 час назад, Museyib Elekber сказал:

Bəlkə də, əsl simasını göstərir. Bu, canlı təbiətin qanunudur. Həyatda qalmaq uğruna zəifin güclünü əzməsi. Uzun minilliklər boyu keçmiş olduğumuz sosial-mədəni inkişaf və dəyişim sadəcə bir üst geyim idi, altdakı vəhşilikləri gizlətmək üçün. İndi isə yavaş yavaş o vəhşiliklər təkrar üzə çıxır. Yəni "özümüzə" qayıdırıq.

yəni ki, vəhşilik meyli insanın xilqətindədir... canlı təbiətin bütün qanunlarından özünə uyğun bildiyi elə zəifin güclünü əzməsimi oldu ? ) yırtıcı özünəbənzərlərin əhatəsində yaşıyır və bir gün özü də yem olacaq.

insan isə düşünən varlıqdır, səbrli, ağıllı, duyğulu. çalışqanlığı, istedadı, ixtiraları  ilə dünyanı dəyişə bilib.  məncə, insanlıq əsil simasını hələ kəşf edəcək.  

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
On 08/02/2018 at 11:54 PM, NOIR said:

Özunə uyğun bilsə də, bilməsə də, vəhşilik genimizin dərinliklərində var və imkan olan kimi özünü göstərir. Baxmayaraq ki, uzun minilliklər ərzində mədəni təkamül keçmişik.

Hər nə qədər rasistcə səslənirsə də, düşünürəm ki, bu kortəbii insan  artımının qarşısı alınmalı və daha incə seleksiya aparılmalıdır. Bəşəriyyət nə qədər yeni texnika yaratsa da, bunu məqsədyönlü şəkildə istifadə edə bilən cəmiyyət yaranmadıqca boşuna bir irəliləyişdən danışmış olarıq. Ya da, 

əvvəlki postlarda sözü gedən yüksəlmə məsələsində olduğu kimi, bunda da ancaq layiqli olanların istifadəsinə icazə verilməlidir. Əks halda, nəticə göz qabağındadır.

Share this post

Link to post
Share on other sites
В 10.02.2018 в 21:07, Museyib Elekber сказал:

vəhşi təbiət insanlığın beşiyi olub, insanlıq şükürsüz və səbirsizdir, sadəcə )

izah edin, rasistcəsinə hansı mənada yəni... müharibələr, ekoloji və təbii fəlakətlər insan artımının qarşısını alır, onsuz da... ziyanlı vərdişlər ömrünü qısaldır. həbsxanalar da təcrid edir. bu azdır ? 

layiqli olanları müəyyənləşdirmək üçün bir etalon (ölçü meyarı) gərəkdir. onu necə müəyyənləşdirməli... bu mövzu daxilində , ən azından konkretləşdirə bilməmişik, hələ ki

P.S. serialdan bir parçaya baxdım (3cü seriyasına)

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
26 minutes ago, NOIR said:

Təsəvvür edin ki, bizim nəzərdə tutduğumuz qaydalar tətbiq olunmağa başlayır. Qaydaya görə hər insan uşaq sahibi ola bilməz. Əvvəlcə, ata-ana bir sıra (genetik, psixoloji, fizioloji və s.) testdən keçməli, ondan sonra uşaq sahibi ola bilmələri təyin edilməli, doğulacaq uşaq da lazımi şərtlər altında böyüdülüb yetişdirilməlidir. Uşaq sahibi olmağa layiq görülməyənlərin buna reaksiyası necə olacaq? Onların da buna haqqı yoxdurmu? Ortada açıq aydın diskriminasiya olardı. Rasistcə deməkdə qəsdim bu idi.

Baş verən fəlakətlər heç də artımın qarşısını almır, əksinə sanki insanlar olanlara inad daha çox artıma meyl edir. İnsanlar görmüşəm ki, çoxuşaqlılığın tərəfindən çıxış edir canı könüldən. Sadəcə, ətrafımda məni dəstəkləyə biləcək biri olmadığı üçün əks fikir bildirməyə cürət edə bilmirəm ))

Bir seriya ilə nəsə bir təsəvvür yarandımı, maraqlıdır )

Share this post

Link to post
Share on other sites
В 12.02.2018 в 19:34, Museyib Elekber сказал:

Təsəvvür edin ki, bizim nəzərdə tutduğumuz qaydalar tətbiq olunmağa başlayır. Qaydaya görə hər insan uşaq sahibi ola bilməz. Əvvəlcə, ata-ana bir sıra (genetik, psixoloji, fizioloji və s.) testdən keçməli, ondan sonra uşaq sahibi ola bilmələri təyin edilməli, doğulacaq uşaq da lazımi şərtlər altında böyüdülüb yetişdirilməlidir. Uşaq sahibi olmağa layiq görülməyənlərin buna reaksiyası necə olacaq? Onların da buna haqqı yoxdurmu? Ortada açıq aydın diskriminasiya olardı. Rasistcə deməkdə qəsdim bu idi.

məcburi cinsi sterilizasiya bir sira ölkələrdə qanuniləşdirilib və tətbiq olunur. valideynlik hüququndan məhrum edilmək cəzası ilə yanaşı, öz uşağına işgəncə verən, ac saxlayan insana qarşı bu hələ humanist qanundur. həyat və sağlamlıq əleyhinə olan cinayətlər qarşılığında cəza ləğv olunmayıb hələ.

sizin misal olaraq gətirdiyiniz model əslində, selektiv nəsil davametməni təklif edir. nəzərə alsaq ki, bunun üçün insanın instinktə qarşı çıxması tələb olunacaq, tətbiqi və nəzarət mexanizmini mən təsəvvür edə bilmirəm. seksual instinktə qadağa qoymaq, özünə bənzər insanın törəməsinə qarşı planlı olaraq, seçmə üsulu ilə məhdudiyyət qoymaq mümkün olan şey deyil. əgər mümkün olsa da,  təhlükəlidir. natamamlıq kompleksindən irəli gələn nifrət bütün dünyanı məhv edə bilər. həm də nəzərə alın ki, insanın genetik (!), fizioloji parametrlər üzrə valideyn olmasını məhdudlaşdıran səbəbi o özü seçə bilməzdi. bu azmış kimi, bir də əlavə olaraq qanun onu cəzalandıracaq. bəs yazıq deyil ? )

В 12.02.2018 в 19:34, Museyib Elekber сказал:

Sadəcə, ətrafımda məni dəstəkləyə biləcək biri olmadığı üçün əks fikir bildirməyə cürət edə bilmirəm ))

əks fikir bildirməyə cəhd edin, mən sizi anlamağa çalışacam. amma deməliyəm ki, çox uşaqlı, böyük ailələrə rəğbətim olub həmişə. balacalar pişik kimi cırmaqlaşırlar, evi alt-üst eləyirlər, bir-brinin tikəsini basıb yeyirlər )) oyuncaq üstə dalaşırlar, küsüşürlər )) sonra barışırlar, tikələrini bölüşürlər, qucaqlaşıb yatırlar balacalar.... çox sevirəm böyük ailəni, çox   

Edited by NOIR
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
47 minutes ago, NOIR said:

məcburi cinsi sterilizasiya bir sira ölkələrdə qanuniləşdirilib və tətbiq olunur. valideynlik hüququndan məhrum edilmək cəzası ilə yanaşı, öz uşağına işgəncə verən, ac saxlayan insana qarşı bu hələ humanist qanundur. həyat və sağlamlıq əleyhinə olan cinayətlər qarşılığında cəza ləğv olunmayıb hələ.

sizin misal olaraq gətirdiyiniz model əslində, selektiv nəsil davametməni təklif edir. nəzərə alsaq ki, bunun üçün insanın instinktə qarşı çıxması tələb olunacaq, tətbiqi və nəzarət mexanizmini mən təsəvvür edə bilmirəm. seksual instinktə qadağa qoymaq, özünə bənzər insanın törəməsinə qarşı planlı olaraq, seçmə üsulu ilə məhdudiyyət qoymaq mümkün olan şey deyil. əgər mümkün olsa da,  təhlükəlidir. natamamlıq kompleksindən irəli gələn nifrət bütün dünyanı məhv edə bilər. həm də nəzərə alın ki, insanın genetik (!), fizioloji parametrlər üzrə valideyn olmasını məhdudlaşdıran səbəbi o özü seçə bilməzdi. bu azmış kimi, bir də əlavə olaraq qanun onu cəzalandıracaq. bəs yazıq deyil ? )

əks fikir bildirməyə cəhd edin, mən sizi anlamağa çalışacam. amma deməliyəm ki, çox uşaqlı, böyük ailələrə rəğbətim olub həmişə. balacalar pişik kimi cırmaqlaşırlar, evi alt-üst eləyirlər, bir-brinin tikəsini basıb yeyirlər )) oyuncaq üstə dalaşırlar, küsüşürlər )) sonra barışırlar, tikələrini bölüşürlər, qucaqlaşıb yatırlar balacalar.... çox sevirəm böyük ailəni, çox   

Ən yaxşı halda ekologiyanın kritik vəziyyəti barədə kütləvi təbliğat aparıb insanlara çıxış yolunun bu cür olmasını çatdırmaq cəhdi göstərmək olar. Aralarından könüllülər də çıxacaq hər halda, amma bu çox az hissəni təşkil edəcək. 

Ağlabatan ideya deyil onsuz da. Sadəcə, bir versiya kimi nəzərdə saxlamaq olar. Ancaq kütləvi qırğın silahına ümid etmək olar bundan sonra. Bəlkə bundan sonra xeyli azalma olar ))

Əks fikri burda bildirirəm onsuz da. Əsas məsələ üzbəüz söhbətdədir ). İstənilən canlının körpə vaxtı şirin gəlir. Məsələn, şir balaları. Siz onu bir də böyüyəndə təsəvvür edin )) 

Share this post

Link to post
Share on other sites

ssılkadakı bölümə baxdım, nəhayət ki )

tədqiqatçılar müsbət qəhrəmandırlar, Oray tərəfdarları mənfilərdir. onların missiyası ilə dini təbliğat arasında (süjetə görə) paralellər aparılır. əhalini qorxu, təhdidlə ələ almağa çalışırlar. tədqiqatçılar avatarı dəyişməklə məkan və zamanda səyahətlər edirlər. əldə etdikləri inf-nı qərargaha ötürürlər...

fantastika janrıdır. filmdə kütləvilik və xüsusi effektlər yox idi, təəssüf... )) məzmunca yaxşıdır, mənə uyğun deyil, sadəcə. daha gərgin, dolaşıq süjetlər xoşlayıram (triller, detektiv)

Share this post

Link to post
Share on other sites
51 minutes ago, NOIR said:

Onu deyim ki, serialın büdcəsi zəif olduğundan effektlər və səhnə zənginliyi baxımından çatışmazlıqlar var. Düzünü desəm, mənə elə bu formada daha xoş gəlir. Çunki elmi-fantastika deyib həddən artıq "dəbdəbəli" hazırlanmış səhnələr o qədər də maraqlı gəlmir mənə. Həm də ki tək bir bölümlə tam mənzərə yaranmaya bilər :) 

Share this post

Link to post
Share on other sites
В 20.02.2018 в 23:06, Museyib Elekber сказал:

Onu deyim ki, serialın büdcəsi zəif olduğundan effektlər və səhnə zənginliyi baxımından çatışmazlıqlar var. Düzünü desəm, mənə elə bu formada daha xoş gəlir. Çunki elmi-fantastika deyib həddən artıq "dəbdəbəli" hazırlanmış səhnələr o qədər də maraqlı gəlmir mənə. Həm də ki tək bir bölümlə tam mənzərə yaranmaya bilər :) 

aydındır. sizin üçün maraqlı olanı məzmundur, kiçik detallar elə də əhəmiyyət kəsb etmir )

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Dünya mükemmeldir ama kıymetini bilmiyoruz.

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79