Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dünya Mükəmməldir ?

Recommended Posts

Salam,Sunyata!

  Qoyduğunuz suallara ümumi şəkildə cavab verməyə məcburam. Hər bir inqilab(revolyusiya),tənəzzül(reqress),"boyük partlayış",kollaps,ümumiyyətlə,bizim mənafeymizə uyğun  gəlməyən,yaxud bizim anlaya bilmədiyimiz proseslər səbəb-nəticə zəncirində bir yeniliyin başlanğıcıdır. Əgər, biz qədim sivilizasiyalara nisbətən tənəzzül etmişiksə (hərçənd ki, mən bunu qəbul edə bilmirəm) ,bu tənəzzülün özü də təkamülə xidmət edir. Bir daha təkrar edirəm, "Dünya mükəmməldir və öz mükəmməlliyini əbədi təkamüllə qoruyub saxlayır!" "Nəsimi" filmindən bir deym yadıma düşdü: "Hər bir tazə yaranış ölüb gedənin cəsədi üstündə pərvəriş tapır."

"Başqa bir sual : təkamül   niyə  ətraf mühitin dəyişməsi ilə  əlaqədar bütün canlıları və ya orqanikanı deyil , seçmə yolu ilə modifikasiya etdirir ?  Məgər təkamül  hamıya və hər şeyə aid  olmamalıdırmı ? " Sualınıza belə cavab verərdim: təbiət seçilməyəni seçilənə qurban verməklə ümumi təkamülə xidmət etdirir. Axı,təbiətdə heç nə itib-batmır,saxlanma qanunları var.

Nə isə,qoyulan suallar zəncir kimi biri-biriylə əlaqəlidir.Birinə cavab vermək üçün digərinə əl atmalı olursan.Ona görə də mövzudan uzaqlaşdıq.

Nüsrət , sizin göy rənglə  seçdiyiniz fikir  zənnimcə tam olaraq paradoksdur.  İzah edriəm: 

Mükəmməllik  artıq nəyinsə  kamil ( ideal , maksimum )  olduğunu  ifadə edir.  Mükəmməl  olan şeyin inkişafa , təkamülə  yeri yoxdur .  Mükəmməlıik   təkamülün bitdiyi yerdir.  Təkamül olan yerdə deməli mükəmməlik yoxdur.  İndi  , bir də düşünün , dunyamız daim təkamül edirsə o  , hazırda necə  mükəmməl ola bilər ?

Edited by Sunyata
  • Upvote 2
Link to comment
Share on other sites

Dunyanin mukemmel olmasi meselesi dinde en cox istifade olunan amillerdendir. Guya ki, her seyin bele mukemmel olmasi insana xidmet edir. Hetta insanin ozu bele mukemmel yaradilibmis. Ele buna gore de Tekamul nezeriyyesini qebul etmir coxu.

Insan basqa dunya modeli tesevvur ede bilmediyi uchun bu dunyanin mukemmel oldugunu dusunur. Sizin de dediyiniz kimi, mukemmel olan bir seyin deyismeye ve tekamule yeri yoxdur. Eger o deyisirse, demeli, mukemmel deyil ve olmayacaq da. Cunki mukemmel oldugu an hereket dayanmalidir. Bu da her seyin sonu demekdir. Netice olaraq, mukemmellik yoxluqdur.? Nese, cox qeribe bir netice alindi :)

Link to comment
Share on other sites

Bes prosesin ozune mukemmel demek olar?

Meselen Tekamul prosesi mukemmel prosesdir.

prosesin özünü mükəmməliyə aparan  yol kimi qəbu etsək ,  onda  , zənnimcə , yox.   Məsələn ,  məqsədimiz A dan B -yə çatmaqdırsa , trayektoriyamız müxtəlif də ola bilər.  Doğrudur , sırf riyazı dildə  "iki nöqtəni birləşdirən ən mükəmməl trayektoryiaya düz xətdir"  də demək olar.   Amma  bu yalnız  moddeləşmə kimi  həqiqət ola bilər.  Özü də ki,  yolun qısalığı hələ tam mükəmməlikdıən xəbər  vermir. Məsələn , ən qısa yoil , ən təhlükəli yol da ola bilər.

  • Upvote 1
Link to comment
Share on other sites

Dunyanin mukemmel olmasi meselesi dinde en cox istifade olunan amillerdendir. Guya ki, her seyin bele mukemmel olmasi insana xidmet edir. Hetta insanin ozu bele mukemmel yaradilibmis. Ele buna gore de Tekamul nezeriyyesini qebul etmir coxu.

Insan basqa dunya modeli tesevvur ede bilmediyi uchun bu dunyanin mukemmel oldugunu dusunur. Sizin de dediyiniz kimi, mukemmel olan bir seyin deyismeye ve tekamule yeri yoxdur. Eger o deyisirse, demeli, mukemmel deyil ve olmayacaq da. Cunki mukemmel oldugu an hereket dayanmalidir. Bu da her seyin sonu demekdir. Netice olaraq, mukemmellik yoxluqdur.? Nese, cox qeribe bir netice alindi smile.png

Son iki cümlən  düşünməyə vadar edir ?  Bəlkə "mükəmməlik"  anlayışı   elmi və fəlsəfi  məzmundan daha çox romantik məzmun daşıyır ? ))

  • Upvote 1
Link to comment
Share on other sites

Son iki cümlən düşünməyə vadar edir ? Bəlkə "mükəmməlik" anlayışı elmi və fəlsəfi məzmundan daha çox romantik məzmun daşıyır ? ))

Belke de :)

Daha basqa bir yanasmam var:

Insan ucun tez bir vaxtda mukemmele catmaq mence o insan ucun facieye beraberdir. Cunki bundan sonra o her ne etse geriye atilmis bir addim olacaq. Ona gore de mukemmellik noqtesine sadece yaxinlasmaq lazimdir. Eger catmaq istesen, bunu ölüm ani ucun hesablamalisan ki, geriye atilacaq addimin olmasin. Yeni ki, mukemmellik de ele bir sey deyil :)

Qeyd: Burada mukemmelliyin elcatan bir veziyyet oldugu nezerde tutulub

Link to comment
Share on other sites

Cavab həmin dünyada yaşayan canlının ömrünün uzunluğundan asılıdır. Məsələn döyüş zonasında yaşayan milçək üçün həyat mükəmməldir. Çünki o yaşadığı bir neçə gün ərzində onun başına heç bir mərmi düşməyəcək, o, yerdə çürüyən bir meyvə ilə qidalanacaq, həmin meyvəyə yumurtalarını qoyacaq və qocalıb rahat öləcək. Halbuki biraz çox yaşasaydı mərminin partlaması, yanğın və digər bunu kimi dəhşətli fəlakətlərlə üzləşərdi. 

İnsan da həmçinin. Doğuluruq, 70-80 il yaşayırıq və rahat ölürük. Nə Yer kürəsinin başqa planetlə toqquşmasını, nə iri kometin yerə düşməsini, nə Günəşin şişib Yeri "udmasını", nə qalaktikamızın qara dəlik tərəfindən sovrulmasını, nə yaxınlıqda dəhşətli supernovanın partlayışını görmürük. Məsələn, nüvəsi 4-8 km olan kometin Yerə düşmə ehtimalı statistika üzrə orta hesabla 110 million il təşkil edir. Bizim həyatımız bunun üçün çox qısadır. Amma unutmayaq ki, bizim əcdadlarımız Buzlaşma Dövrlərini yaşayıblar, nə qədər əziyyət çəkiblər, itkilər veriblər.

Mənim cavabım belədir: ümumi götürdükdə Kainat qətiyyən mükəmməl deyil, xaotikdir.

  • Upvote 1
Link to comment
Share on other sites

mövzunun məzmununa uyğun olaraq bir material məsləhət bilirəm. ili 2010, müəllif Йорк Циттлау "Странности Эволюции"

"Materiallar"  çoxdur ))  Siz məzmunu qısa formada öz sözlərinizlə desəydiniz  , biz də   məlumatlanardıq .

Link to comment
Share on other sites

Сизин ен мукеммел билийивиз беле, Вар ве Йох севиййесинде оладжаг!

2 ли сечимнен ойансы сиздий дейил.

Сизин бу систематика иле, хер шейи мукеммел все гейри мукеммел етмей мумкунду ))

Link to comment
Share on other sites

Dunya mukemmeldi,insan bu mukemmeliyi her zaman pozmaqa caliwan yegane varliqdi,ozu quruluwu ile mukemmel olduqu halda dunya mukemmeliyine qenim kesilen varliq.

Məgər   insan özü dünyadan xaricdədir ?  Dünya mükəmməldir - dedikdə ,  onu əmələ gətirən  , formalaşdıran   hər şeyin vəhdəti -  o cümlədən insanın da  -  nəzərdə tutulmurmu ?  Yəni , dünya əslində  mücərrəd anlayışdır , onu reallaşdıran   elə onun "tərkib hissələridir"  .   Sizin fikrinizdən isə  belə çıxır ki,  guya  mükəmməl olaraq dünya ayrı yaradılıb  , insan isə dünyadan kənar qeyri -mükəmməl ...  Ziddiyətli fikrinizi mümkünsə izah edin .

Edited by Sunyata
Link to comment
Share on other sites

Сизин ен мукеммел билийивиз беле, Вар ве Йох севиййесинде оладжаг!

2 ли сечимнен ойансы сиздий дейил.

Сизин бу систематика иле, хер шейи мукеммел все гейри мукеммел етмей мумкунду ))

Yaxşı  gəl  keçək  3- lük sistemə (  yaxud ürəyin istəyən  rəqəmli sistemə )  .  

1.  Dünya mükəmməldir.

2.  Dünya qeyri mükəmməldir.

3.  Dünya nə mükəmməldir , nə qeyri  mükəmməl 

Belə demək istəyirsən ?   Əgər belədirsə , yanlışlıq   var yanaşmanda.   İzah edirəm , səndən soruşanda ki , ayyaqqabın qara rəngdədir ?  Cavab  neçə variantda ola bilər ?  yalnız  ikili  -  hə və yox .

Amma, soruşsalar ki , ayaqqabın nə rəngdədir ?  Onda sualların cavabı artıq ikili sistemdə deyil , daha çox sistemdə ( konkret olaraq rəngdə ) ola bilər  . 

  "Dünya nədir ? "  sualını  yox "dünya mükəmməldir? " sualını  vermişəm , bunun da cavabı izahları ,  nəzəriyyələri kənara atsaq  yalnız   iki variantda ola bilər.  Hərçənd ki,  izahlar və nəzəriyyələr özü - özlüyündə  ,  "hə və yoxdan"  qat -qat maraqlıdır ))

Edited by Sunyata
  • Upvote 2
Link to comment
Share on other sites

Cavab həmin dünyada yaşayan canlının ömrünün uzunluğundan asılıdır. Məsələn döyüş zonasında yaşayan milçək üçün həyat mükəmməldir. Çünki o yaşadığı bir neçə gün ərzində onun başına heç bir mərmi düşməyəcək, o, yerdə çürüyən bir meyvə ilə qidalanacaq, həmin meyvəyə yumurtalarını qoyacaq və qocalıb rahat öləcək. Halbuki biraz çox yaşasaydı mərminin partlaması, yanğın və digər bunu kimi dəhşətli fəlakətlərlə üzləşərdi. 

İnsan da həmçinin. Doğuluruq, 70-80 il yaşayırıq və rahat ölürük. Nə Yer kürəsinin başqa planetlə toqquşmasını, nə iri kometin yerə düşməsini, nə Günəşin şişib Yeri "udmasını", nə qalaktikamızın qara dəlik tərəfindən sovrulmasını, nə yaxınlıqda dəhşətli supernovanın partlayışını görmürük. Məsələn, nüvəsi 4-8 km olan kometin Yerə düşmə ehtimalı statistika üzrə orta hesabla 110 million il təşkil edir. Bizim həyatımız bunun üçün çox qısadır. Amma unutmayaq ki, bizim əcdadlarımız Buzlaşma Dövrlərini yaşayıblar, nə qədər əziyyət çəkiblər, itkilər veriblər.

Mənim cavabım belədir: ümumi götürdükdə Kainat qətiyyən mükəmməl deyil, xaotikdir.

Bütün  canlılar üçün zaman anlayışı  insanda olan zaman anlayışı ilə üst -üstə  düşürmü ?   Ümumiyyətlə , heyvanlar üçün zaman anlayışı  varmı ?  

Heyvanlarda təfəkkür yoxdur.  "Dünya mükəmməldir"  - kimi abstrakt  fikrin    şüurda peyda olması üçün , canlı  heç olmasa təfəkkürə  malik olmalıdır.   Ona görə də , zənnimcə ,  bu sual milçəyi çətin "düşündürsün"  ))   Bu milçək barədə ))

Sizin fikrinizlə  isə belə bir qeydim var , icazənizlə .    "Mükəmməllik"   və  "xaotiklik"   antonim deyil.  Yəni  , mükəmməl və ya qeyri mükəmməl demək olar,   nizamlı və  xaotik demək olar. Bunlar  eyni hadisənin ,  şeyin müxtəlif xarakteristikalarıdır. 

Milçək barəsində yazdığımı xahiş edirəm hipotetik qəbul edin. Əlbəttə ki, milçəkdə o şüur yoxdur ki, o dünyanın mükəmməl olub olmadığını düşünsün. Sadəcə analogiyadır. Yer planetində yaşayan insan döyüş zonasında yaşayan milçəyi xatırladır.

Ümumiyyətlə zaman haqqında maraqlı bir şey deyim: zaman anlayışı insan tərəfindən yaradılmış anlayışdır. Təbiət üçün, təbiətin təşkil olunduğu elementar hissəçiklər üçün zaman anlayışı yoxdur. Sadəcə olaraq onların məkanda koordinantları var. Zaman nədir sualına insan tam cavab verə bilmir. Çünki belə bir fiziki kəmiyyət faktiki yoxdur. Heç enerji də yoxdur. Sadəcə olaraq onların fiziki modeli var (insan tərəfindən yaradılmış)

Ok.  Hipotetik milçək barədə  aydın oldu )) 

Zamanla bağlı  yazdığınızla  sizinlə  həmfikirəm , amma tək zaman yox , elə  məkan da o kateqoriyadandır.

Enerji  barədə ,  maraqlıdır.  Fikiriniz bir az da genişləndirsəniz , minnətdar olardım .

P.S.    Zamanla bağlı -  insan tərəfindən yaradılmışdır deyəndə  ,  yəni  , insanın şüurlu mövcudiyyəti üçün şərt  olan bir kateqoriya kimi  nəzərdə tuturursunuzsa , onda sizinlə razıyam.   başqa sözlə  , zaman insanın bu dünyada "normal funksiyası"  üçün vacib şərtdir.  Amma , obyektiv zaman yoxdur.

Edited by Sunyata
  • Upvote 1
Link to comment
Share on other sites

Enerji  barədə ,  maraqlıdır.  Fikiriniz bir az da genişləndirsəniz , minnətdar olardım .

Bunun üçün sadəcə enerjinin nə olduğunu kitabsız, dərsliksiz özümüzə izah etməyə çalışmalıyıq. Yaxşı olar zərrəçiklər səviyyəsində. Dərinə getdikdə məlum olur ki, enerji yoxdur. Bu mənim dünya görüşümdür, razılaşmaya bilərsiz. 

P.S. Öz cavabımla özüm də razı qalmadım, amma bacardığım budur, söz ehtiyatı buna kifayət etmir. 

Link to comment
Share on other sites

Nüsrət , sizin göy rənglə  seçdiyiniz fikir  zənnimcə tam olaraq paradoksdur.  İzah edriəm: 

Mükəmməllik  artıq nəyinsə  kamil ( ideal , maksimum )  olduğunu  ifadə edir.  Mükəmməl  olan şeyin inkişafa , təkamülə  yeri yoxdur .  Mükəmməlıik   təkamülün bitdiyi yerdir.  Təkamül olan yerdə deməli mükəmməlik yoxdur.  İndi  , bir də düşünün , dunyamız daim təkamül edirsə o  , hazırda necə  mükəmməl ola bilər ?

Sunyata,fikirlərimə sayğılı yanaşdığınıza görə təşəkkür edirəm! Digər uzerləri də salamlayıram və münasibət bildirdiklərinə görə minnətdaram.

 Bəli,dünyanın mükəmməlliyi haqqındakı fikrimdə qalıram və göy rənglə seçdiyim fikri daha anlaşıqlı olsun deyə başqa cür ifadə etmək istərdim. Dünya mükəmməldir və əbədi təkamül bu mükəmməlliyin qorunub saxlanma vasitəsidir.

Link to comment
Share on other sites

Nüsrət , sizin göy rənglə  seçdiyiniz fikir  zənnimcə tam olaraq paradoksdur.  İzah edriəm: 

Mükəmməllik  artıq nəyinsə  kamil ( ideal , maksimum )  olduğunu  ifadə edir.  Mükəmməl  olan şeyin inkişafa , təkamülə  yeri yoxdur .  Mükəmməlıik   təkamülün bitdiyi yerdir.  Təkamül olan yerdə deməli mükəmməlik yoxdur.  İndi  , bir də düşünün , dunyamız daim təkamül edirsə o  , hazırda necə  mükəmməl ola bilər ?

Biz müxtəlif baxış bucaqlarından baxdığımız üçün sizə paradoks kimi görünür.

Gəlin, xəyali bir "təcrübə" keçirək. Sizin gözlərinizi dəsmalla bağlayıb,maşına oturduruq. Şəhərin içində bir xeyli dolandırıb, bəlkə də şəhərdən kənar bir evə gətiririk.Otağa salıb,qapı,pəncərələri bağlayıb,gözlərinizi açırıq. Və sizdən ev haqqında təsəvvürlərinizi,təəssüratlarınızı,ümumiyyətlə bilgilərinizi soruşuruq. Əlbəttə ki,siz ancaq otağı daxildən təsvir edəcəksizTam halında ev haqqında nəsə deyə bilməyəcəksiz. Necə deyərlər,aşıq gördüyünü çağırar.Əgər sizdən tələb etsək ki,evin ümumi quruluşu haqqında,məsələn,fasadı,ölçüləri,cəhətləri haqqında nəsə deyəsiz,təbii ki,bu sizin üçün mümkünsüz olacaq.Bunun üçün siz evə kənardan baxmalısız.

Eyni qayda ilə dünya haqqında da nəsə demək üçün,onun nə olduğu,necə olduğunu təsəvvür etmək üçün dünyaya kənardan baxmağımız gərəkir.Hərçənd ki,bu tamamilə qeyri-mümkündür,yenə də xəyallarımıza güc verməli oluruq.Axı təxəyyülsüz hipotezlər,hipotezlərsiz,fərziyyələr,fərziyyələrsiz isə elm olmur.

Mən dünyanı küll və tam,bütöv,onu təşkil edən bütün üzvlərini ayrılmaz,parçalanması mümkün olmayan vəhdətdə götürürəm və bu baxış nöqtəsindən dünya mənim üçün mükəmməldir. Təkamül isə onun daxilində ayrı-ayrı üzvlərə məxsus,hamıya eynidərəcədə aid olan prosesdir.

Ok.   Mən də sizə  qoşulub , təcrübə  üçün məsələyə "sizin  gözünüzlə "  baxmağa cəhd edəcəyəm.  ))

Beləliklə , deyirsiniz ki , dünyaya daxildən baxdığıməz üçün tam təsəvvür yoxdur.  Ok, amma bu , həmçinin sizə də aiddir .  Yəni , daxildə ola  ola  necə dünyanın mükəmməlliyini iddia edirsiniz ?  Yox əgər təxəyyül və fantaziya   yolveriləndirsə ,  onda mənim "təxəyyülümlə"   sizin "təxəyyülünüzün"   prinsipial fərqi nədir ? nəticə etibarilə , hər ikisi "təxəyyül"  olaraq qalır. 

İndi qayıdıram "öz gözümlə"  baxmağa ))    Dünya anlayışını  az çox hamı  eyni qəbul edir.  Yəni  hər şeyin cəmi və vəhdəti .  Bu mənada "dünya"  anlayışını qəbul edirsinizsə ,  onda ya dünya qeyri mükəmməldir , ya da təkamül yoxdur.  Tertium non datur )) 

Daxili dəyişkənlik  tamı  dəyişməz saxlaya bilməz.    Dialektikanı  xoşladığınız üçün , xatırladım ki,  kəmiyyətin keyfiyyətə keçməsi və əks  istiqamətdə proses , həmişə   dəyişkənliklə müşaiyət olunur.  

Edited by Sunyata
  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 year later...
В 21.06.2014 в 14:58, Sunyata сказал:

Dünya mükəmməldir ?

Sual ətrafında hamını düşünməyə və  fikirlərinizlə  bölüşməyə çağırıram.

Mükəmməl nisbi anlayışdır. Qüsursuz kimi xarakterizə etmək olar. Təəssüf ki, dünya belə deyil.

  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, zeta сказал:

Mükəmməl nisbi anlayışdır. Qüsursuz kimi xarakterizə etmək olar. Təəssüf ki, dünya belə deyil.

İnsan mükəmməl olsa dünyada ona oxşayar.  

  • Upvote 2
Link to comment
Share on other sites

22 часа назад, sultanat сказал:

    Dünya olduqca mükəmməldir!

    İnsanın bu qədər qəddar və axmaq hərəkətlərinə hər dünya tab gətirməz. 

Dünyanın mükəmməl olduğu qənaətinə necə gəldiniz?

Link to comment
Share on other sites

5 минут назад, sultanat сказал:

      Mən "dünya" dedikdə, Yer kürəsini nəzərdə tuturam. Və cavabı da elə oradadır.

Olsun yer kuresi. Zelzeleler, dasqinlar, acliq, susuzluq, canlilarin heyat ugrunda savasmasi , meteorit dusub yer uzunde canli alemin 90%-ni mehv elemeyi bunlar mukemmelliye aiddirmi?

Link to comment
Share on other sites

8 minutes ago, Nesim said:

Olsun yer kuresi. Zelzeleler, dasqinlar, acliq, susuzluq, canlilarin heyat ugrunda savasmasi , meteorit dusub yer uzunde canli alemin 90%-ni mehv elemeyi bunlar mukemmelliye aiddirmi?

Mən idealistəm. Yəni Allahın varlığını bilirəm. Bu səbəbdən də verəcəyim izah da baxışlarıma əsaslanır. Bəşər övladının təkamül deyil, tənəzzülə doğru getdiyini və özü ilə dünyadakı varlıqları və nəhayət, dünyanın özünü də tənəzzülə uğratdığına qəti əminəm.  Bu arada bəzi təkrarlığa yol verməli oluram. Bunların bəzilərini yazmışdım.   

DÜNYANIN RUHANİ TƏSVİRİ
        Dünya bütöv bir orqanizmdir. Bu orqanizmin üzvlərinin (göylər, yer, günəş, ay, ulduzlar, torpaq, su, od, hava, insanlar, heyvanlar, bitkilər və s.) hər birinin Allah tərəfindən müəyyən edilmiş vəzifə borcları vardır. Bu vəzifə borclarını Allah təyin edib və yalnız Allah dəyişə bilər! (“Allah oda “İbrahim üçün sərin ol!”əmr etdi”(Quran)). İnsan orqanizmindəki üzvlərin (mədə, beyin, qaraciyər, ürək və s.) hər hansı birinin öz vəzifələrini yerinə yetirməməsi bütün orqanizmdə fəsadların yaranmasına səbəb olduğu kimi, kainat üzvlərinin də hər hansı birinin öz vəzifələrini yerinə yetirməməsi kainatda və dünyada fəsadlara (zəlzələ, daşqın, qışda isti və yayda soyuq düşməsi, torpağın bərəkətinin çəkilməsi və s.) səbəb olur. Qüdrətli Allah bütün aləmləri tamamilə öz nəzarətində və əmrində saxlayaraq, insandan başqa heç bir varlığa öz vəzifələrini yerinə yetirməmək imkanı verməmişdir. Yalnız insanlar aləminə seçim ixtiyarı verildiyindən, bütün fəsadlar da Allahın təyin etdiyi vəzifə borclarının məhz insanlar tərəfindən yerinə yetirilməməsindən baş verir. “İnsanın öz işləri ilə ələ gətirdiyi əsərlərdən səhrada və dəryada fəsad üzə çıxıb”(Rum,41).
       İnanıram ki, əgər insanlar Allah qarşısında öz vəzifə borclarını yerinə yetirsələr və ya, heç olmasa, yerinə yetirməyə səy göstərsələr, yer üzərindəki və kainatdakı bütün kataklizmlərə və fəsadlara son qoyular, insanlar bu dünyada bolluq və səadət içində yaşayar, axirətdə isə Allah qarşısında üzüağ olarlar. Əgər insanlar öz vəzifə borclarını yerinə yetirməsələr, biz insanlar vəzifə borclarını yerinə yetirməyənləri vəzifədən uzaqlaşdıraraq başqaları ilə əvəz etdiyimiz kimi, Uca Allah da biz insanları yer üzündən silərək, öz vəzifə borclarını yerinə yetirəcək başqa məxluqlarla əvəz edər ki, kainatın bir üzvünün (insanların) öz vəzifələrini yerinə yetirməməsindən digər üzvləri (mələklər,cinlər,bitkilər, heyvanlar və s.) əziyyət çəkməsinlər. “Allah, istəsə, sizi başqaları ilə əvəz edər!”.(Quran)

  • Upvote 1
Link to comment
Share on other sites

On 08.05.2016 at 9:59 PM, 513 said:

ona bilmek demirler inanmaq deyirler

       Bəli, elə də deyirlər.

Mən əvvəl bilmirdim, sonra eşitdim, inanmırdım, sonra şübhələndim, daha sonra inandım. İndi isə bilirəm.,

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 months later...

Dünya mükəmməldir?

Biz nəyinsə mükəmməl olduğunu  müqayisə edərək nəticə çıxardırıq.

Dünyanı nəynən müqayisə edib  onun mükəmməl olduğunu bilək?

Dünya keçmişdən gələcəyə dəyişən  və bir çox qanunlarını sabit saxlayan  proses halındadır.

Biz yalnız dünənlə bu günü, keçmişlə gələcəyi müqayisə edib hansının mükəmməl olduğunu deyə bilərik. 

Mənim fikrim belədir. Əgər biz düşünərək dünyanı öyrənə biliriksə və onu öz rifahımız üçün dəyişə biliriksə deməli dünya mükəmməlliyə goğru gedən  prosesdir.

  • Upvote 2
Link to comment
Share on other sites

35 минут назад, Vuqar Rehimov сказал:

Mənim fikrim belədir. Əgər biz düşünərək dünyanı öyrənə biliriksə və onu öz rifahımız üçün dəyişə biliriksə deməli dünya mükəmməlliyə doğru gedən  prosesdir.

Niyə mən mükəmməlliyi görə bilmirəm?  Pessimist deyiləm.Daha çox realistəm..Getdikcə pisləşən bir dünya görürəm.Baş verənləri saymaq istəmirəm..Ya da sayaq..Qan içində boğulan ölkələr,dini didişmələr,pedofillər,cinsi azlıqlar,intiharlar,zorlamalar,insan qətlləri,oğurluqlar,qidalara qatılan kimyəvi maddalərin insan orqanizminə fəsadları,insan hüquqlarının tədricən ləğvi,Azərbaycanda səhiyyənin vəziyyəti.hansını sayım.Bunlar azalmır,artır.Günü-gündən yeniləri kəşf edilir..

Link to comment
Share on other sites

11 час назад, Kenul2012 сказал:

qasirga . sunami . zelzele heddini asan , pislikler toreden , insanlara zulm eden insanlari dusunmeye vadar edir , belelerini agillandirmaga dogru getmesini temin etmeye xeberdarliq kimidi .vezifelerini etdikleri nisbetde mukemmel olurlar . Bir az agil isleden dusunerki , suyu misal cekek , ari su icenden sonra bal ifraz edir ilan amma zeher , demeli her ikisi eyni anda mukemmeldi . nedense xeyir gudmek ilahi hikmete ziddi , dini nezerden gotursek bu dunyaya xeyir ile serin , yaxsiliqla pisliyin birlikde oldugu muhitin olmasi lazimdi .

Link to comment
Share on other sites

Mükəmməl deyəndə nə mənada mükəmməl əvvəlcə onu müəyyən etmək lazımdır. Planetin mükəmməlliyi yoxsa dünyanın vəziyyəti? Məsələ planetin mükəmməl olub olmamasıdırsa, ateist təfəkkürlə sən mükəmməlliyi görə bilmərsən. Bu bir qaydadı. Mütləq meteordan, zəlzələdən, vulkandan və başqa təbiət hadisələrindən danışacaqsan :)

Link to comment
Share on other sites

32 минуты назад, aqilyunus сказал:

Mükəmməl deyəndə nə mənada mükəmməl əvvəlcə onu müəyyən etmək lazımdır. Planetin mükəmməlliyi yoxsa dünyanın vəziyyəti? Məsələ planetin mükəmməl olub olmamasıdırsa, ateist təfəkkürlə sən mükəmməlliyi görə bilmərsən. Bu bir qaydadı. Mütləq meteordan, zəlzələdən, vulkandan və başqa təbiət hadisələrindən danışacaqsan :)

Duzdu ateist tefekkur mukemmelliyi gore bilmez. Cunki ateist realligi gorur teist ise romantikayla yasayir

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 29 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 95 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 101 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 53 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...