Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Şortik”Ə Azadlıq))

Recommended Posts

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində oğlan tələbələrin geyimi ilə bağlı yeni qadağa tətbiq olunduğu iddia edilir.

İddialara görə, oğlan tələbələr səndəl, çəkələk, qısa şalvar-şortla universitetə buraxılmırlar. Hətta adının çəkilməsini istəməyən tələbələrdən biri məhz “şortik” geyindiyinə görə imtahana buraxılmadığından şikayətlənib.

Sizcə universitetin insanların geyim azadlığına qarışmağa haqqı çatır?

Link to comment
Share on other sites

Sizcə universitetin insanların geyim azadlığına qarışmağa haqqı çatır?

Yox çatmır !  Yalnız  uniforma  kimi  universitetin xüsusi  simvolikası  ilə bağlı  geyimlər olarsa  , bu başqa məsələ.  Onu da əvvəlcədən şərt kimi abituriyentlərə  bildirməlidirlər. 

Yadıma ADU -da sovet dövründə  oxuduğum vaxtlar  düşdü.  Bir dəfə  məni  də  imtahana buraxmadılar.  Əynimdə  bir az yaxası açıq  o vaxtlar modda olan maxrovıy  köynək var idi , ağzımda da saqqız çeynəyirdim.  İmtahan otağının qarşısında idik . Bir  bir daxil olurduq.   Müəllim çıxıb mənim köynəyimi və  saqqız çeynəməyimi görüb dedi :    "yarım saat vaxtın var. Get köynəyini dayiş , ya da imtahana buraxılmırsan ."  Mən də gördüm ki,  işlər fənadır.  Taksiynən düz evə  və geriyə  qayıtdım.  Amma axırı yaxşı oldu )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində oğlan tələbələrin geyimi ilə bağlı yeni qadağa tətbiq olunduğu iddia edilir.

2008-2012-ci illerde oxumusham. O vaxtida qadaga var idi. В босоножках можно было только в носках facepalm.gif

bir azdan universitetler de vahid formaya kececek))))

Ne qeder tez kechse, o qeder yaxshidi! Indi universitetde olarkan kimin imkanli ve ya kasib aileden olmagi goze girir. Qizlar (elbetde hamisi YOX) uchun univer ele bil podiumdu))

Link to comment
Share on other sites

2008-2012-ci illerde oxumusham. O vaxtida qadaga var idi. В босоножках можно было только в носках facepalm.gif

Ne qeder tez kechse, o qeder yaxshidi! Indi universitetde olarkan kimin imkanli ve ya kasib aileden olmagi goze girir. Qizlar (elbetde hamisi YOX) uchun univer ele bil podiumdu))

voobse her hansi 1 olkede var bele bir shey - yeni universitetde vahid forma var?

p.s men de 2008-2012-de oxumusam))

Link to comment
Share on other sites

Görəsən, bu qadağanın təhsilə müsbət təsir edəcəyinimi gözləyirlər, ya tələbənin daha həvəslə oxuyacağanımı? Bizdə problemin kənarından gəzirlər ancaq. O problemin 100 km-liyinə də yaxın düşə bilmirlər.

Əlbəttə müsbət təsir edəcək.

Qızlar maşallah bacardıqları qədər mini, açıq saçıq paltarlar geyirlər. Gözü qızların açıq yerlrində qalan tələbədən nə təhsil gözləmək olar? İndi də oğlanlar. Tüklü ayaqlarına şortik geylb gılib parta arxasında otursunlar. Qızların gözləri qalacaq bunların bəzi yerlərində. Daha nə istəyirsiz? Dərs bitdi. Diqqət dağıldı. Daha hansı dərsdən danışmaq olar? Olmaz ki, adam balası kimi geyinib gəlib otursunlar auditoriyalarda? Özlərini kimə göstərmək istəyirlər? Bu qədərmi vacibdir dərsə şortik geyinib gəlmək? Bu xalqın canında var başqasında bir şey görən kimi onu yamsılamaq, başqasının yerişi ilə irəliləmək...

Link to comment
Share on other sites

Şortik, səndəl universitet geyimi deyil axı. Universitet nə çimərlik deyil, nə istirahət zonası deyil. Əslində bura təhsil almağa gəlir tələbələr, hansıki çoxu bunu unudub artıq. 

Səninlə tamamilə razıyam.Bəs bunlar çimərliyə nə geyinəcəklər ağ köynək qara şalvar və ya ətək? Hər yerin öz geyimi olmalıdır.Düzdür vahid forma olmadan nəsə tələb etmək doğru deyil, amma tələbnin də öz düşüncəsi olmalıdır.Demokratiya deyəndə o dəqiqə soyunmağı düşünməyək.

Link to comment
Share on other sites

Əlbəttə müsbət təsir edəcək.

Qızlar maşallah bacardıqları qədər mini, açıq saçıq paltarlar geyirlər. Gözü qızların açıq yerlrində qalan tələbədən nə təhsil gözləmək olar? İndi də oğlanlar. Tüklü ayaqlarına şortik geylb gılib parta arxasında otursunlar. Qızların gözləri qalacaq bunların bəzi yerlərində. Daha nə istəyirsiz? Dərs bitdi. Diqqət dağıldı. Daha hansı dərsdən danışmaq olar? Olmaz ki, adam balası kimi geyinib gəlib otursunlar auditoriyalarda? Özlərini kimə göstərmək istəyirlər? Bu qədərmi vacibdir dərsə şortik geyinib gəlmək? Bu xalqın canında var başqasında bir şey görən kimi onu yamsılamaq, başqasının yerişi ilə irəliləmək...

Əlbəttə, mənim də o qədər xoşuma gəlmir bu cür geyimlə dərsə gəlmək, amma oxumaq istəyən tələbənin diqqətini heç bir geyim dağıdası deyil yəqin ki. Əgər onun fikri belə şeylərə gedib dərsdən yayınırsa, deməli problem o tələbədədir

Link to comment
Share on other sites

Dərslər sentyabrdan iyun ayına qədər olur.İyun və sentyabr o qədər də isti aylar hesab olunmur.Olmaz kı , ayaqlarına şalvar geyinib gəlsinlər?.Çox vid-fason qalıb,bir də şort geyinib gəlsinlər.Olan qalan kişiyə xas xüsusiyyətlərini itirsinlər.Mən Universiteti 2006-cı ildə bitirmişəm.Hamı normal geyinirdi.Çox yaxşı oxuyan tələbələrimiz vardı.Mədəni ,alicənab oğlanlar idilər.Heç istidən şalvarda ürəkləri xarab olmurdu.Normal gəzirdilər.

İndikilərə nə olub?Kişi kimi şalvar geyinib gəlsələr ürəkləri gedəcək.

Dərsdən sonra kim nə istəyir geyinsin də kim nə deyir ki?Əsas məsələlər qalıb qıraqda etiraz etmirlər,durub şortik davası edirlər.

Link to comment
Share on other sites

Tələbələrin geyimlərinə  ( yuxarıda dediyim  xüsusi rəmzlər və  uniformadan başqa )  məhdudiyyət qoymaq onaların fərdiliyini və qeyri formallığını boğmaqdır.  Bu yaşda gənclər  öz individuallığını  o cümlədən xarici  görünüşü ilə də  ifadə etməyə  çalışırlar.  Universitetlər təkcə  ali təhsilli mütəxəssislər deyil , ilk növbədə  individual şəxsiyyət verməlidir cəmiyyətə.  Tələbəlik illərində  məhz şəxsiyyət , fərdilik  əsasən məhv  olunur. " Palaz bürün elnən sürün" ideologiyası  hamını  inkubatordan çıxmış  cücəyə çevirir ((

Sunyata bu fikrinlə razı deyiləm.Təhsil ocağıdır burda normal geyim olmalıdır.Kişilər şortikdə.qızlar çimərlik geyimində gəlməlidir ki,mən azadam.Mən şəxsiyyətəm nə istəyirəm geyinməliyəm.Bəs  müəllimlərin geyiminə niyə məhdudiyyət qoyulur?

Sabah 60 yaşında professor şortikdə,45 yaşında dosent göbəyi açıq top maykada durub gəlsə həmin unversitetlərdə dərs desə necə olar?Bu günün tələbəsi bu cür geyinsə,sabahın müəllimi necə geyinməlidir?

Dərs ilinin sonunda yeddinci sinifin valideyn iclası idi.Bütün sinif müəllimləri və valideynləri iştirak edirdi.Təsəvvür edin sinif doludur.Sinifdə oturmağa yer yoxdur.Bir valideyn də kənarda durub.Diqqətimi çəkdi.İndi hamı danışır.Bu xanımda durub kənarda ,tez-tez əli ilə köynəyini aşağı çəkir ki göbəyini örtsün.İclas iki saat sürdü .Bu xanımın bir əli oldu,bir köynəyi.

İnan içimdən keçdi ki deyim ona , çox vacibdir valideyn iclasına o qısalığında mayka geyinib gəlmisən?Bir az uzun maykan yox idi ?)) .Hər yerin öz geyimi var.İki saatdan sonra iclas bitəndən sonra gedib lap paltarsız gəzsin kimə nə?Amma ümumi etika deyilən bir anlayış var.Qayda var.

İnkubatordan çıxmış geyim tərzi təhsildə müəssələrində deyil.İnandırım səni, gəlib bir dəfə şəhəri və regionları gəzsən,müşahidə etsən,artıq bu cür danışmazsan.Şəhər də əksər gənclər ;hamı edir mən də edirəm,hamı geyinir mən də geyinirəm,hamı paylaşır mən də paylaşıram qorxunc virusa yoluxub.)

Edited by Kenul2012

Fikirlərlə tam razıyam.

Mən demirəm ki, azadlıq elə  geymlə  ölçülür.  Amma  geyim seçimi azadlığın  təzahür  formalarından biridir.  İnsana zorla   istəmədiyi paltar geyindirən dünyəvi tədris ocağı ,   dini  tədris ocaqlarından prinsipial olaraq nə ilə  fərqlənir ?   Bu problem şortik problemi deyil . Bu məhz insanın  şəxsiyyətinə  müdaxiləıdir və  mənəvi zorakılıq aktıdır !

Kim deyir ki dini geyim  geyinsin?Onsuz da ətəklər enli kəmər enindədir.Bundan artıq daha nə istəyirlər?Tələbə altı saatlıq dərs müddəti bitdikdən sonra nə istəyir geyinsin.Amma bu altı saatı normal,etika tələblərinə uyğun geyim geyinib gəlsin.

Hər insanın iş ,ev ,küçə ,toy və tələbə-şagird geyimi olmalıdır.Çimmərlikdə gəzdiyi paltarı tədris ocağına geyinib gələ bilməz.

Burda şəxsiyyətə müdaxilə hardadır?Hər təhsil ocağının öz qanunları var.Burda bu geyimə icazə verilmir.

Banklarda,şirkətlərdə işçilərin bəzi geyimlərinə məhdudiyyət var.Dress code deyilən bir anlayış var.Həmin şirkətlərdə işləyənlər durub etiraz aksiyası keçirməlidirlər ki ,bizə qarşı zorakarlıq edirlər?

Drees code və  unifgorma barədə  yazdım  ki , bu  şərt kimi universitetdə , müəssisədə  oxumaq ,  işləmək üçün şərtdir.   Bu mübahisəli  məsələdir , amma hər halda əvvəlcədən qoyulan şərdtir.  Amma , oxuya oxuya birdən sənə deyirlər ki, onui geyinmə  ,  bunu geyinmə ...  Özü də ki,  axı kim çimərlik  paltarında univerə gəlir ? ))  Şortiklə  çimərlik paltarının fərqi yoxdur deyirsən ? )) 

Etika və  etik normalar dəyişkəndir və   subyektivdir.  Tutaq ki,  niyə görə  mən sənin etika haqqında olan  təsəvvürünə uyğun hərəkət etməliyəm və sən yox ? Bəlkə , şortik geyinınin gözündə  sən ona irad tutmaqla etika qaydasını pozursan ?  Əslində  elə belə daha normaldır ( mənim etikamla )) ) 

Tam çimərlik paltarı deyil)).İstirahətə gələnlər adətən geyinir.Mən dərsdən kənarda heç kimin geyiminə irad tutmuram.Bu mənə maraqlı da deyil.Yaxşı, qoy bütün oğlanlarımız univerə bu geyimdə getsin.

d0541_pt2_14sm_01_01-600x600.jpg

Pis deyil ))  Qeyri formal və  rahat geyimdir . Beyin də  buna uyğun daha "rahat"   işləyər smile.png

Edited by Sunyata
Link to comment
Share on other sites

Pis deyil ))  Qeyri formal və  rahat geyimdir . Beyin də  buna uyöun daha "rahat"   işləyər smile.png

idman dersinde paltar deyismeye de ehtiyac qalmaz))

Edited by gonca
Link to comment
Share on other sites

idman dersinde paltar deyismeye de ehtiyac qalmaz))

Daha bir xeyri ))  

Kostyumla qalstukla boğula boğula yarım gün keçirməkdənsə elə bu yaxşıdır.  Özü də ki, biz 18 -23 yaşlı  gənclərdən danışırıq , 50 yaşında qadın , kişidən danışmırıq ki ))  50 yaşlı adam belə  geyinəndə ən azı gülməli görünər. Gənclik isə  özü artıq gözəldir.  Al da yaraşır ,şal da © ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Tələbələrin geyimlərinə  ( yuxarıda dediyim  xüsusi rəmzlər və  uniformadan başqa )  məhdudiyyət qoymaq onaların fərdiliyini və qeyri formallığını boğmaqdır.  Bu yaşda gənclər  öz individuallığını  o cümlədən xarici  görünüşü ilə də  ifadə etməyə  çalışırlar.  Universitetlər təkcə  ali təhsilli mütəxəssislər deyil , ilk növbədə  individual şəxsiyyət verməlidir cəmiyyətə.  Tələbəlik illərində  məhz şəxsiyyət , fərdilik  əsasən məhv  olunur. " Palaz bürün elnən sürün" ideologiyası  hamını  inkubatordan çıxmış  cücəyə çevirir ((

əvvəla, uşaq, yeniyetmə, gənc tədris ocağına gəlib. onun digərlərindən seçilməsi üçün bu meydan bilik meydanıdır. podium deyil. ömür nə uzun. hələ individual da olarlar, o tərəfə də keçərlər. şəxsiyyət olmazdan əvvəl fərd (individ) tərbiyə, bilik, dünyagörüşü formalaşmalıdır. Hamı eyni geyinməlidir ki, bir birinə paltarda deyil, bilikdə rəqabətə girsinlər. həm də nisbətən aztəminatlı ailənin övladı sıxılmasın, narahatçılıq çəkməsin. 

Cəmiyyətimiz də onsuz da demokratikdir geyim cəhətdən. dərsdən sonra, tədris-təlim-tərbiyə kimi müqəddəs ocaqdan kənarda öz tərbiyənə uyğun nə istəsən geyinə bilərsən. amma insana ilk öncə gözəllik verən paltarıdırsa, az sonra bu bezdirir və ünsiyyət ocağına atılası yeni odunlar (bilik, əxlaq,yeni məqsədlər və s.) tələb olunur.

Ona görə də tədris ocağında üstünlük meyarı, qiymətləndirmə prizması ancaq tərbiyə və bilik olmalıdır. Həm müəllimlər tərəfindən, həm təhsil alanların öz arasında. Paltarı sonra da istədiyi kimi geyinə bilər 

Elə buna görə də  geyimə fikir vermək lazım deyil  . ianaın ki , sərbəst geyimin olduğu cəmiyyətlərdə  heç  bir - birinin  geyiminə  baxan da yoxdur. Elə ünsiyyət də məhz siz deyən zəmində  -  bilik , savad, xasiyyət , şəxsiyyət ,  fərdilik üzərində qurulur.    Bununla yanaşı   geyimə  heç bir məhdudiyyət də yoxdur. 

Şəxsiyyət olmazdan əvvəl bilik  ,tərbiyə və dünyagörüşü formalaşmalıdır - fikrinizlə  razı deyiləm .  Şəxsiyyət məhz bunlarla paralel olaraq formalaşır və bütün həyat boyunca.   İstənilən məhdudiyyət ( izahı qənaətbəxş olmayan , başqasının azadlığına təcavüz etməyən  və s. kimiləri )  ,  o cümlədən də  geyimə olan məhdudiyyət fərdilıiyi  boğur və əvəzində  cəmiyyətdə olan lazımlı və lazımsız qaydalarla hesablaşmağa məcbur edir !   

Mən öz fikrimdə qalıram.  Qərbdə bu şortiklə gəzən tələbələr sonda əsl mütəxəssis də olur , şəxsiyyət də olur.  Rüşvətsiz filansız öz biliyi ilə   karyerasını da qurur.  Bu azadlıqsevər insanlar adətən iş yerini  də  qeyri formal atmosfer  olan müəssisələrdə seçirlər.  İş verənlər də  onları dəyərləndirir . Heç kim demir ki, get şortikini dəyişdir.  Mən belə görürəm və  bunun düz olduğunu iddia edirəm.   Təbii ki, fikirlərinizə  hörmətlə ))

Edited by Sunyata
Link to comment
Share on other sites

1. Elə buna görə də  geyimə fikir vermək lazım deyil  . ianaın ki , sərbəst geyimin olduğu cəmiyyətlərdə  heç  bir - birinin  geyiminə  baxan da yoxdur. Elə ünsiyyət də məhz siz deyən zəmində  -  bilik , savad, xasiyyət , şəxsiyyət ,  fərdilik üzərində qurulur.    Bununla yanaşı   geyimə  heç bir məhdudiyyət də yoxdur. 

2. Şəxsiyyət olmazdan əvvəl bilik  ,tərbiyə və dünyagörüşü formalaşmalıdır - fikrinizlə  razı deyiləm .  Şəxsiyyət məhz bunlarla paralel olaraq formalaşır və bütün həyat boyunca.   İstənilən məhdudiyyət ( izahı qənaətbəxş olmayan , başqasının azadlığına təcavüz etməyən  və s. kimilərdən başqa )  ,  o cümlədən də  geyimə olan məhdudiyyət fərdilıiyi  boğur və əvəzində  cəmiyyətdə olan lazımlı və lazımsız qaydalarla hesablaşmaöa məcbur edir !   

3.Mən öz fikrimdə qalıram.  Qərbdə bu şortiklə gəzən tələbələr sonda əsl mütəxəssis də olur , şəxsiyyət də olur.  Rüşvətsiz filansız öz biliyi ilə   karyerasını da qurur.  Bu azadlıqsevər insanlar adətən iş yerindi də  qeyri formal atmosfer  olan müəssisələrdə seçirlər.  İş verənlər də  onları dəyərləndirir . Heç kim demir ki . get şortikini dəyişdir.  Mən belə görürəm və  bununj düz olduğunu iddia edirəm.   Təbii ki, fikirlərinizə  hörmətlə ))

1.bizim cəmiyyətlə digər cəmiyyətləri tərəzinin gözlərinə qoymayın.(səbəbi dərindir)

2.insan əlifbanı öyrənib kitablar yazır. uşaq nəyin yaxşı, nəyin pis olduğunu, olar-olmazı ona verilən bilik, tərbiyə və onun qavrama qədəri ilə mənimsəyir.

formalaşmanın həyat boyunca keçməsi gün kimi aydındır. lakin formalaşmaqda ola individə Şəxsiyyət demək bir qədər tezdir

məhdudiyyətin fərdiliyi boğması bir çox hallarda müsbət nəticə verə bilir.

3. bax punkt 1

Edited by Waterandsun
Link to comment
Share on other sites

formalaşmanın həyat boyunca keçməsi gün kimi aydındır. lakin formalaşmaqda ola individə Şəxsiyyət demək bir qədər tezdir

Bəs onda bütün ömrü boyu formalaşmaqda olan insanı  məhz hansı  anda şəxsiyyət kimi  qeyd edirsiniz  ? ))  Bu anı sizmi təyin edirsiniz ?   Yoxsa hansısa dövlət qanunu mövcuddur ? ( şəxsiyyət vəsiqəsindən danışmırıq yəqin ki )) ) 

Punktlarınıza punktalrla cavab vermək istəmirəm .   Ümumi cavab kimi , onu deyim ki, nəyi nə ilə tərəziyə qoymağı adətən özüm təyin edirəm , bunun üçün icazə almağa  öyrəşməmişəm.  Sonra -  uşaq kitabdan  , məktəbdən əvvəl də  artıq şəxsiyyət kimi formalaşır .   Formalaşma elə bələkdən başlayır.

Həmin an sərbəst qərar verə bilməyi bacarma, öz müqəddəratını təyin edə bilmə, fikirlər, qarşıya məqsədlər qoyma, daxilən yetkinləşmə və buna davam etmə ilə səciyyələnir.

"ümumi" kimi verdiyiniz cavabınız anlaşılmadı...təbii ki, hər kəs nəyi necə etməyi özü təyin edir.

söhbət obyektivliyin axtarışıdırsa, müqayisəni eyni əlamətləri olan qruplar arasında aparmaq düzgündür.

Formalaşmaya qalsa, o bələkdən əvvəl də başlayır. söhbət individin şəxsiyyətə çevrilməsindən gedir.

P.S.

Индивид (от лат. individuum — неделимое, особь) — это отдельно взятый человек, представитель человеческого рода, обладающий определенными биологическими особенностями, устойчивостью психических процессов и свойств, активностью и гибкостью в реализации этих свойств применительно к конкретной ситуации. Понятие «индивид» следует отличать от понятия «индивидуальность» . 

Личность — это целостность социальных свойств человека, продукт общественного развития и включения индивида в систему социальных отношений. Личность формируется в процессесоциализации, в ходе которой происходит усвоение индивидом ценностно-нормативной системы общества, его социальных функций, а также осуществляется развитие самосознания. Основой формирования личности выступают общественные отношения. 

İndi biz normal şəxsiyyət yetişdirmək məqsədilə individin qarşısına mənimsənilməsi üçün qoyduğumuz əxlaqi-normativ dəyərlərə fikir verməliyik.  Məktəbə istədiyin patarda gəlmə, dərsdə saqqız çeynəmə, koridorda və ya tualetdə siqaret çəkmə, boynundan gözəgirən metal boyunbağ asma, pirsinq daha nə bilim avaraçılıqdan, geriləmədən gələn nələr-nələr etmə-bunlarımı biz norma kimi uşaqlara aşılayıb onlarda görmək istəyirik?... Şəxsən mən yox.

Özünə məhdudiyyət qoymama-uçuruma aparan yoldur. 

Edited by Waterandsun
Link to comment
Share on other sites

İnkişafın qanunauyğunluğudur inkarı inkar. yəni rəqabətin əsası. insanın xislətidir rəqabət aparmaq. bu rəqabəti sağlam rəqabətə çevirmək lazımdır. uşaq-şagird səviyyəsində mümkündür.(daha böyük sferalara toxunmuruq). stimullar dəyişilməlidir.

Link to comment
Share on other sites

Həmin an sərbəst qərar verə bilməyi bacarma, öz müqəddəratını təyin edə bilmə, fikirlər, qarşıya məqsədlər qoyma, daxilən yetkinləşmə və buna davam etmə ilə səciyyələnir.

"ümumi" kimi verdiyiniz cavabınız anlaşılmadı...təbii ki, hər kəs nəyi necə etməyi özü təyin edir.

söhbət obyektivliyin axtarışıdırsa, müqayisəni eyni əlamətləri olan qruplar arasında aparmaq düzgündür.

Formalaşmaya qalsa, o bələkdən əvvəl də başlayır. söhbət individin şəxsiyyətə çevrilməsindən gedir.

P.S.

Индивид (от лат. individuum — неделимое, особь) — это отдельно взятый человек, представитель человеческого рода, обладающий определенными биологическими особенностями, устойчивостью психических процессов и свойств, активностью и гибкостью в реализации этих свойств применительно к конкретной ситуации. Понятие «индивид» следует отличать от понятия «индивидуальность» . 

Личность — это целостность социальных свойств человека, продукт общественного развития и включения индивида в систему социальных отношений. Личность формируется в процессесоциализации, в ходе которой происходит усвоение индивидом ценностно-нормативной системы общества, его социальных функций, а также осуществляется развитие самосознания. Основой формирования личности выступают общественные отношения. 

İndi biz normal şəxsiyyət yetişdirmək məqsədilə individin qarşısına mənimsənilməsi üçün qoyduğumuz əxlaqi-normativ dəyərlərə fikir verməliyik.  Məktəbə istədiyin patarda gəlmə, dərsdə saqqız çeynəmə, koridorda və ya tualetdə siqaret çəkmə, boynundan gözəgirən metal boyunbağ asma, pirsinq daha nə bilim avaraçılıqdan, geriləmədən gələn nələr-nələr etmə-bunlarımı biz norma kimi uşaqlara aşılayıb onlarda görmək istəyirik?... Şəxsən mən yox.

Özünə məhdudiyyət qoymama-uçuruma aparan yoldur. 

Əlbəttə ki,  uşaq baxçasına getməyən,  məktəbdə oxumayan   antik dövr mədniyyətinin nümayəndələri , sərkərdə və  siyası xadımılər  , xalq qəhrəmanları  şəxsiyyət olmayıb ))  Makedoniyalı İsgəndər  və müəllimi Aristoltelin    də "şortikdə"  gəzməyi  onların şəxsiyyət olmasına heç cür imkan vermədi . yazıqlar elə sadəcə fərd  kimi də bu dünyanı tərk etdilər ...  

Edited by Sunyata
Link to comment
Share on other sites

Bu gün bütün paradokslarına baxmayaraq Qərb daha mütərəqqi və  daha müvəffəqiyyətli cəmiyyətlər qurmağa nail olub.  hamı da onlarla özlərini  onlarla müqayisə edir.  Ümumiyyətlə , inkişaf prosesində    hansı səviyyədə olmanı anlamaq üçün  obyektlər var . Yəni ,  nəyə nisbətən nəyin hansı səviyyədə olması.   İctimai , mədəni ,  elmi  səviyyəni də bu gün biz yalnız Qərbə nisbətən   ( və ya qərbləşmiş şərq ölkələrinə )  müəyyən edib inkişafımıza davam etməliyik.   Şortiklə inkişaf gənclərtimizə daha maraqlıdırsa , qoyun elə belə də olsun .  Qadağalar üzrə  lazım olarsa çempionluğumuza şübhəm yoxdur .  lakin kifayətdir !!!

Edited by Sunyata
Link to comment
Share on other sites

Əlbəttə ki,  uşaq baxçasına getməyən,  məktəbdə oxumayan   antik dövr mədniyyətinin nümayəndələri , sərkərdə və  siyası xadımılər  , xalq qəhrəmanları  şəxsiyyət olmayıb ))  Makedoniyalı İsgəndər  və müəllimi Aristoltelin    də "şortikdə"  gəzməyi  onların şəxsiyyət olmasına heç cür imkan vermədi . yazıqlar elə sadəcə fərd  kimi də bu dünyanı tərk etdilər ...  

əvvəla, antik məktəblər mövcud olub.

ikincisi, kim israr edir ki, təhsil almayan şəxsiyyət olmayıb? olmasın təhsil, olsun təlim, olsun tərbiyə.hər halda qılıncı əldə saxlamaq üçün təlimdən keçmək lazım idi.bu da öyrənmə prosesidir.

Makedoniyalı İsgəndər şortikdə gəzsə də eyni cinsin nümayəndələri ilə də çooox mehriban münasibətdə olmuşdur.

"Əxlaq" əsərini yazan Aristotel isə inanmıram dediyiniz geyimdə bayıra çıxarmış

İronik sonluğunuza da cavab olaraq-indi deyirsiniz şagirdlər ceyran dərisindən biçilmiş şortikdə əlində qılınc Busefalın üstündə dərsə getsinlər?

Link to comment
Share on other sites

İnteqrasiya, mübadilə-çox gözəl və lazımlı prosesdir. Yer Kürəsində nə yenilik, irəliləmə, kəşf varsa-hamısı bəşəriyyətin nailiyyətidir. biz bir birimizdən bixəbər lazımlı, vacib, qəbul edilən nələrisə yarada, uydura bilib onu tətbiq edə bilərik. lakin çalışıb hər şüyin yaxşısını götürək. Hollandların oynadığı futbolu bəyənsəm də onlarda bəyənmədiyim minlərlə xüsusatlar var. indi nə edək, dönək olaq holland?

Avropa elə əvvəldən yaxşı idisə onda ərəblərdən hamada çimməyi niyə qəbul etdi? deməli təmizlik yaxşıdır, çimmək lazımdır.daha 1 boçka suda 10 nəfərin suya girib çıxmağı yox ki.

Avropada bəyənmədiyim çox şeylər var, amma onlardan götürüləsi o qədərdir ki... çalışıb yaxşı şeyi qəbul etmək lazımdır, cəmiyyəti geriləyə\n yox.

ruslar demişkən "durnoy primer zarazitelen". 

Link to comment
Share on other sites

saytların birində bir sitat gətirmişdim. istəyirəm Sizlər də oxuyasınız . Söhbət 1945-ci ildən sonrakı dövrdən, SSRİ və İttifaqa daxil olan dövlətlərdən gedir

Читая "Генераллиссимуса" В.Карпова, натолкнулся на одну цитату,которая принадлежала Главному шефу ЦРУ Аллену Даллесу. Ниже я ее привожу. Прочтите и Вы.
" ...Как осуществить эти грандиозные планы, какова тактика их превращения и реальные результаты? Об этом очень наглядно, популярно и, прямо скажем, с циничной откровенностью сказал Аллен Даллес, один из теоретиков и практиков "холодной войны". Надо отдать ему должное - то, что он очень живописно предсказывал, полностью осуществлено в течение последнего десятилетия: 
"Окончится война, все как-то утрясется, устроится. И мы бросим все, что имеем, - все золото, всю материальную мощь на оболванивание и одурачивание людей... Человеческий мозг, сознание людей способны к изменению. Посеяв там хаос, мы незаметно подменим их ценности на фальшивые и заставим их в эти фальшивые ценности верить. Как? Мы найдем своих единомышленников, своих союзников в самой России. Эпизод за эпизодом будет разыгрываться грандиозная по своему масштабу трагедия гибели самого непокорного народа, окончательного, необратимого угасания его самосознания... 
Из литературы и искусства, например, мы постепенно вытравим их социальную сущность, отучим художников, отобьем у них охоту заниматься изображением... исследованием тех процессов, которые происходят и глубинах народных масс. Литература, театры, кино - все будет изображать и прославлять самые низменные человеческие чувства... Мы будем всячески поддерживать и подымать так называемых художников, которые станут насаждать и вдалбливать в человеческое сознание культ секса, насилия, садизма, предательства, - словом, всякой безнравственности... В управлении государством мы создадим хаос и неразбериху. Мы будем незаметно, но активно и постоянно способствовать самодурству чиновников, взяточников, беспринципности. Бюрократизм и волокита будут возводиться в добродетель... Честность и порядочность будут осмеиваться и никому не станут нужны, превратятся в пережиток прошлого. Хамство и наглость, ложь и обман, пьянство и наркомания, животный страх друг пред другом и беззастенчивость, предательство... Национализм и вражда народов, прежде всего вражда и ненависть к русскому пароду - все это расцветет махровым цветом... И лишь немногие, очень немногие будут догадываться или даже понимать, что происходит. Но таких людей мы поставим в беспомощное положение, превратим в посмешище, найдем способ их оболгать и объявить отбросами общества. Будем вырывать духовные корни, опошлять и уничтожать основы духовной нравственности. Мы будем браться за людей с детских, юношеских лет, главную ставку будем делать на молодежь, станем разлагать, развращать, растлевать ее. Мы сделаем из них циников, пошляков, космополитов". 

Edited by Waterandsun
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Facepalm
      • 0 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 15 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
      • 1 reply
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Upvote
      • 12 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Upvote
        • Like
      • 10 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Sad
      • 32 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Facepalm
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.

        • Sad
      • 138 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...