Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bitkilerin Müalicevi Xüsusiyyetleri


Blok

Recommended Posts

Yeməklərə dad verən dəfnə yarğpağının tibbi faydaları

Keçəlləşmənin ən böyük düşməni tapıldı. Bu dəfnə yarpağıdır. Dəfnə həmişə yaşıl ağacdır. Bu məhsuldan yeməklərə dad vermək üçün istifadə edilir. Amma onun tibbi faydası da kifayət qədər çoxdur. Dəfnə yarpağından əldə edilən yağ anseptik özəlliyə malikdir. Bu yağ mikrobları öldürür, sidik qovucudur, tərlədir, ağrıkəsicidir. Bu yarpaqlarla hazırlanan hamam stres və gərginliyi azaldır, əzələ yorğunluğuna faydalıdır. 3 ovuç dəfnə yarpağını 1 litr qaynar suda 5 dəqiqə qaynadandan sonra bu suyu vannaya tökün. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Dəfnə yağı ağacın zeytuna bənzər meyvəsindən əldə edilir. Yağdan hazırlanan sabun dəri və saç xəstəliklərində faydalıdır. Dəfnə yağından saç tökülməsində istifadə edilir. Bu yağ saçları gücləndirir, kəpəyi yox edir. Bu yağdan hazırlanan sabud saçları qidalandırır, onlara yumşaqlıq və parlaqlıq verir. Nəmləndirici təsirə malik olan sabun saç göbələyi yaranmasının da qarşısını alır. Bu sabun dərinin gözəlliyinə də kömək edir. Bu sabun dəridəki məsamələri açır, nəmləndirir.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Azərbaycanın Respublikasının ərazisi 86.6min M2, Yer kürəsinin quru ərazisinin sahəsi 149mln M2 -dir. (nisbət 0.058 %)

 

Dünyada mövcud 0.5 mln bitki növünün 4300 növü Azərbaycan ərazisində bitir (nisbət 0.86 %)

 

Ölkəmizin bitki örtüyü çox zəngindir. qədim dövürlərin Relikt bitkiləri mövcuddur. 240 növ Endemik bitki növü var.

 

Alimlər müəyyən ediblər ki, Endemik bitkilərin müalicəvi xüsusiyyətləri daha çox həmin ərazidə yaşayan insanlar üçün faydalı nəticələr verir. thinking.gif

Link to comment
Share on other sites

  • 1 month later...

20413.jpg

Reyhan xoş dadlı və ətirli olduğu üçün əsasən, ədviyyat kimi işlədilir. Reyhandan souslara, salatlara və yeməklərə dad və ətir vermək üçün istifadə edilir. Bu bitkini xüsusilə, pomidor və  xiyardan hazırlanmış salatlarda mütləq istifadə etmək lazımdır.
 
Reyhanın yarpaqlarında efir yağı, azotlu maddə, yağ, sellüloza və bir sıra vitaminlər var. Qida ilə qəbul olunmuş reyhan maddələr mübadiləsini yaxşılaşdırır, həzmi asanlaşdırır və mədə-bağırsaq sistemini nizamlayır. Reyhanın faydaları bununla bitmir.
 
Bu bitki baş ağrısından xilas olmaq üçün ən yaxşı vasitədir. Bunun üçün 5 dəqiqə ərzində reyhan iyləmək kifayətdir. Reyhanın insan orqanizminə verdiyi digər faydalar bunlardır:  
 
1 Sakitləşdirici təsirə malikdir.
2 Depressiyaya qarşı faydalıdır.
3 Enerji verir. 
4 İştahanı açır.
5 Ağız yaralarına qarşı faydalıdır. 
6 Öskürəyin qarşısını alır.
7 Baş gicəllənməsinini aradan qaldırır.
8 Dəri xəstəliklərinə qarşı faydalıdır.
9 Saç köklərini gücləndirir.
10 Revmatizma xəstəliyinin mualicəsinə kömək edir.
11 Oynaq ağrılarını aradan qaldırır.
12 Bronxit və astma xəstəliklərinə qarşı qoruyur.
13 Arı zəhərinin təsirini azaldır.
14 Avitaminoza qarşı faydalıdır.
15 Spazmalara qarşı təsirlidir.
16 Böyrək xəstəliklərinin profilaktikasında tətbiq edilir
17 Yuxusuzluğu aradan qaldırır.
18 Sidikqovucu və qazqovucudur.(tabloid.az)

 

 
 
Link to comment
Share on other sites

  • 2 weeks later...

Qoci giləmeyvəsi.

46c6b1b3e463.jpg

 

İnsan üçün çox faydalı bir qida məhsulu olduğu üçün geniş məlumatı qaçırmadan oxuyun.

 

Qoci giləmeyvəsi bütün dünyada ən qiymətli dərman bitkilərindən biri hesab edilir. Onun tərkibi kalsium, sink, dəmir, fosfor, qidalandırıcı maddələr, vitaminlər və  digər faydalı komponentlərlə zəngindir. Tibet və Himalayın dağlıq  ərazilərində yetişən bu giləmeyvə möcüzə yaratmağa qadirdir.

Bu bitkinin müalicəvi xüsusiyyətləri haqqında yorulmadan danışmaq olar. Hətta bu yaxınlarda alimlər sübut etmişlər ki, bu giləmeyvənin tərkibindəki maddələr xərçəng hüceyrələri ilə mübarizədə köməkçi vasitə rolunu oynayır.

Araşdırmalar göstərir ki, bu giləmeyvədən mütəmadi istifadə edənlərin xərcəng, diabet, Alseymer xəstəliyinə yoluxma riski olduqca aşağıdır. Bundan başqa, giləmeyvə ürək-damar sisteminə yaxşı təsir göstərir.

Qocinin ətrafındakı ajiotaj səbəbsiz deyil. Belə ki, onun tərkibindı 21 mineral, 18 amin turşusu vardır ki, onların 7-si insan orqanizmi tərəfindən ümumiyyətlə, istehsal edilmir. Qocinin tərkibində В1, В2, B6 və  Е vitamini var. Onun tərkibində С vitamini isə portağaldan 500 dəfə çoxdur. Dəmirin miqdarına görə isə qoci ispanağı kölgədə qoyur. Belə ki, qocidə dəmirin miqdarı ispanaqla müqayisədə 15 dəfə çoxdir.

Alimlər müəyyən ediblər ki, qocidə 4 əvəzedilməz və çox lazımlı  polisaxarid (LBP-1, LBP-2, LBP-3, LBP-4) mövcuddur ki, bunlar hələlik başqa qida məhsulunda aşkarlanmayıb. Deməli, bu giləmeyvə təbiətdən insanlara bəxş olunan əsl möcüzədir.

Həkim X.Vunun 2006-cı ildə Yaponiyada apardığı araşdırmadan məlumdur ki, qocinin şirəsində DNK-nın strukturunda dağılmış molekulu bərpa edən güc var. Təsadüfi deyil ki, Himalayda insanlar 100-130 il yaşayırlar. Çinlilər qocidən istifadə edən və 252 il (1678-1930) ömür sürən Li Ken Yenin həyatı haqqında danışmağı sevirlər.

Ümudünya Səhiyyə Təşkilatı da Çin həkimlərinin qoci ilə bağlı iddialarını təsdiq ediblər. İnsan orqanizmini cavanlaşdıran qoci artıq çəki probleminin öhdəsindən çox məharətlə gəlir. “Uzunömürlülük və gözəllik” giləmeyvəsi piy hüceyrələrini darmadağın edir. Bu da XXI əsrin bəlası olan köklüklə mübarizədə önəmli faktordur.

Qocinin müalicəvi təsiri haqqında ilk dəfə dünya mətbuatında məlumat 2004-cü ildə dərc edilib. Həmin il Avstraliyanın "Bazar" jurnalında giləmeyvənin antisellülit əhəmiyyətindən bəhs edən məqalə dərc edilmişdir. 2005-ci ildə iyulunda Amerikanın "Los Angeles Times" qəzetində dərc edilən məqalədə qeyd olunurdu ki, gün ərzində bir xörək qaşığı bu giləmeyvədən yeyən insan orqanizmi faydalı və lazımlı vitaminlərlə təhciz etmiş olur, xərçəngdən mühafizə olunur.

Çinlilər qocini xoşbəxtlik giləmeyvəsi hesab edirlər. Onların inanclarına görə, o xiffəti və qüssəni dağıdır. Şərqdə onu “izdivac şərab”ı da adlandırırlar. Bu da təsadüfi deyil. Sən demə, qoci potensiyanı yüksəldir, spermatozoidlərin ifrazını yaxşılaşdırır, sürətləndirir. Başqa sözlə desək qoci təbii viaqradır.

Qocinin faydalı xüsusiyyətləri

Bu giləmeyvə bir çox  xəstəliklərlə mübarizədə istifadə edilir. Çünki bu bitki geniş spektrli təsir mexanizminə malikdir. Beləliklə, qocinin  müntəzəm istifadəsinin yardım etdiyi sahələri açıqlayırıq:

Əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyanı aradan qaldırır;

Çəkinin azaldılmasına təsir göstərir;

Qadın və kişilərdə potensiyanı artırır;

Maddələr mübadiləsini yaxşılaşdırır;

Dərinin elastikliyini artır;

Yuxunun möhkəmlənməsinə xidmət edir, yuxusuzluğun müalicəsində istifadə edilir;

Menopauza dövrünün mənfi nəticələrini aradan qaldırır;

Melatoninin səviyyəsini yaxşılaşdırır;

Dözümlülük və gücün artırılmasında əhəmiyyətli rol oynayır;

Qanda şəkərin səviyyəsini azaldır.

Qocinin müalicəvi təsiri

Bütün sadalanan xüsusiyyətləri sayəsində bu giləmeyvəyə maraq artmaqdadır.  Məsələn, hazırda Hollivud ulduzları qocinin cavanlaşdırıcı xassələrindən istifadə edirlər. İdmançılar gücünü bərpa etmək üçün onu rasiona əlavə edirlər.

Giləmeyvə tərkibindəki tiosiantam və qlikozinlatam maddələri sayəsində şiş əleyhinə təsir göstərir. Bu maddələr qaraciyərdən toksinləri xaric edirlər. Hormonal tarazlığı bərpa edir, bu, xüsusilə, ekoloji baxımdan çirkli şəhərlərdə yaşayan şəxslər üçün aktualdır. Giləmeyvə sidik kanalının funksiyasını bərpa edir, sinir sistemini yaxşılaşdırır.

Qocinin ən effektli təsiri onun arıqlamağa göstərdiyi inanılmaz faydasıdır. Onun arıqlama prosesinə hansı formada dəstək verdiyini daha aydın izah etmək məqsədilə giləmeyvənin xüsisiyyətlərini daha dərindən tədqiqinə nəzər salaq.

Arıqlamaq məqsədilə qocinin istifadə edilməsi

Bu giləmeyvədən müntəzəm istifadə edildikdə arıqlama prosesinə təsiri inanılmaz dərəcədə yüksək olur. Çünki bu giləmeyvə maddələr mübadiləsini, qan dövranının yaxşılaşdırır, qanda zərərli xolesterinin səviyyəsinin endirir. Qanda şəkərin səviyyəsini normada saxlayır.

Bundan başqa, müntəzəm istifadə edildikdə  metabolizma prosesini yaxşılaşdırır. Tərkibindəki antioksidantlar isə  piy hüceyrələrinin dağılmasını sürətləndirir və orqanizmi qüvvə və enerji ilə təmin edir. Bunun sayəsində insan daha dözümlü olur. Məhz bu baxımdan idmanla məşğul insanların bu giləmeyvədən müntəzəm istifadə etməsi tövsiyə olunur.

Elmi tədqiqatlar nəticəsində məlum olub ki, giləmeyvənin tərkibindəkı antioksidantların kütləsi həddindən ziyadə çoxdur. Bu da arıqlama prosesinə güclü təsir edir. Müqayisə üçün qeyd edək ki,  qocinin tərkibində antioksidantlar qaragiləyə nisbətən 25 faiz, qəni 2,5 dəfə çoxdur. Çiyələk və mərsin isə qocidən 10 dəfə geri qalır.

Müntəzəm istifadə edildikdə qocinin arıqlamaya təsiri inanılmazdır. Unutmayın ki, qocinin rasiona daxil edənlər nəinki incə belə, gözəl bədən quruluşuna sahib olurlar, həm də daxili orqanların funksiyalarını yaxşılaşdırırlar ki, bununla da sağlam və parıltılı dəriləri ilə öyünə bilirlər.

Diyetoloqlar gün ərzində rasioana 20-30 qram bu giləmeyvədən daxil etməyi tövsiyə edir.  Türşməzə dadı olan gilmeyvə saqqız kimidir. Teksturasına görə üzümə bənzəyir. Onu müxtəlif xörəklərə, meyvə salatlarına, suplara, düyüyə, çaya əlavə etmək olar. Qocinin yeməkdən zövq alacağınıza əmin olun!

Diyetoloqlar tərkibində qoci olan pəhrizlər də tərtib ediblər və tövsiyə edirlər ki, arıqlamaq istəyənlər məhz sistemli pəhrizlərdən istidaə etsinlər.

Qoci üçün yaş və cins məhdudiyyəti yoxdur. Ən əsası onun allergiyaya səbəb olması ilə bağlı heç bir məlumat yoxdir. Yalnız süd verən analara, hamilə qadınlara və bədən temperaturu 38 dərəcədən yüksək olanlara əks göstərişdir.

Onu da qeyd edək ki, giləmeyvə Azərbaycandan çox uzaqlarda yetişdirilsə də, ölkəmizə idxal olunur. Amma qiyməti bahadır. Belə ki, 227 qram qurudulmuş qocinin qiyməti 25 manatdır.

Link to comment
Share on other sites

Kah%C4%B11.jpg

 

Kahının faydaları

Kahı mədə üçün çox xeyirlidir.O tez həzm olunur.Yuxusuzluq zamanı kömək edir,sarılıq xəstəliyində həm çiy, həm dəpörtülmüş formada tövsiyə olunur.
Kahı uşaq orqanizminə çox xeyirlidir.
Pəhriz qidalanmasında ,piylənmə , diabetik və sidik- cinsiyyət sferası iltihabı zamanı uğurla istifadə olunur.
Yaşlı adamlara yuxusuzluq ,hipertoniya ,ateroskleroz və qalxanvari vəzi xəstəliklərinin öhdəsindən gəlməkdə kömək edir.
Kahı avitaminoz zamanı misilsiz xeyirli təsirə malikdir.
Çünki o, tərkibindəki B qrupu, E və K vitaminlərinin miqdarına görə tərəvəzlər arasında çempyon hesab olunur.
Bu bitki həm də karotin, askorbin turşusu, dəmir , kalsium, fosfor , yod , kobalt, sink və maqnezium ilə zəngindir.
Kahə şirəsinin tərkibində 30 faizədək kalium olduğundan ürək əzələlərinin işini yaxşılaşdırır, onun tərkibindəki fol turşusu və xlorofil eritrositlərin və hemoqlabinin yaranmasını stimullaşdırır,qanın tərkibindəki artıq xolesterinin səviyyəsini aşağı salır.
Kahının tünd rəngli üst yarpaqları xlorofill ilə daha çox zəngindir.
Yarpaqlardakı laktusin sinir sisteminə sakitləşdirici təsir göstərir, yuxunu yaxşılaşdırır.
P vitamini isə qan damarlarının kövrəkliyinin qarşısını alır.
Kahının xırdalanmış toxumları sulu məhlulu süd verən anaların südünü artırır.
Kahı şirəsindən alınan preparatlar ürək xəstəlikləri zamanı effektiv homeopatik vasitədir.

Link to comment
Share on other sites

1320057506_picoe_4858.jpg

İtburnu müalicə bitkiləri arasında qədimdən məlumdur. Təbabətdə qurudulmuş meyvələri, həbləri və maye ekstratı istifadə edilir. Rusiyada itburnunun müalicəvi əhəmiyyəti XVII əsrdən məlumdur. Onun meyvələri fövqəladə dərman kimi yalnız məşhur adamlara xüsusi icazə ilə verilirdi. Hazırda itburnu meyvəsi C vitamini mənbəyi kimi təbabətdə geniş istifadə edilir.

Belə ki, C vitamini orqanizmdə gedən çox prosesdə iştirak edir. İtburnu meyvələri çay, sirop, ekstrakt və toz (poroşok) şəklində C vitamininin orqanizmdə çatışmazlığı ilə əlaqədar olan aşağıdakı xəstəliklərdə qəbul edilir:
- qanazlığında və orqanizm taqətdən düşdükdə (zəiflədikdə);
- aterosklerozda;
- zəifləyəndə və yoluxucu xəstəliklərdə (skarlatina, difteriya, pnevmaniya, göy öskürək və s.);
- ləng sağalan yaralarda;
- sınqa sümüyünün bitişməsini sürətləndirir;
- uşaqlıqdan qan axanda;
- böyrək daşı xəstəliyində, qaraciyərdə daş olanda və s

Link to comment
Share on other sites

qoci haqda heç eşitməmişdim, sayənizdə bunu da bildik.

 

kahı dadlı olur doşabla . bir də gilənar xoşluyuram.

 

Albalı - demək olar ki, bütün iqlim şəraitlərində yetişir. 150dən çox növü məlumdur. albalıdan hazırlanmış mürəbbələr böyrək və sidik yolları xəstəliklərində faydalıdır. xroniki mədə bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsini tənzimləyir.

Link to comment
Share on other sites

  • 1 month later...

Keçi buynuzu.

 

25c0c9cfbdf2.jpg

Keçi buynuzu 8-10 metr yüksəkliyində, daim yaşıl qalan bir ağacda bitir, qara keçi buynuzun içində isə meyvələri olur. Olduqca qidalandırıcı və fərqli dadı ilə xüsusi bir qida olan keçi buynuzunun adı “harnap” olaraq da bilinir. Tərkibi A, B və E vitaminləri ilə bol miqdarda kalium, kalsium və fosforla zəngindir. Keçi buynuzu və bəhməz xüsusi ilə zəif və inkişafdan geri qalan uşaqlara faydalı bir qidadır. Keçi buynuzu necə istifadə edilir? Meyvələri təzə və quru olaraq yeyilir. Keçi buynuzunun yarpaqları və budaqlarının qurudulub qaynadılaraq çay kimi içilməsi də faydalıdır. Ayrıca keçi buynuzundan bəhməz də hazırlanır. Hər gün nizamlı olaraq müalicəvi keçi buynuzu bəhməzi yeyərək xüsusi ilə qan azlığı çəkənlərə və sperma azlığından şikayət edənlərə çox faydalıdır. Keçi buynuzu kalsium baxımından çox zəngindir (südün 3 qatı). İçindəki E vitamini sayəsində: öskürəyə, qripə, sümük əriməsinə və qan azlığına qarşı müalicəvidir. Bəlğəmi təmizləyir, sinəni yumşaldır, bronxları açır, siqaret çəkənlər üçün faydalıdır və nəfəs darlığına olduqca təsirlidir. (Alergiyalı nəfəs darlığı çəkənlərə də keçi buynuzu bəhməzi tövsiyə edilir.) Yüksək xam sellüloza, bağırsaq narahatlığına və mədə xorasına çox təsirlidir. Mədə və bağırsaq qazlarını çölə çıxararaq, mədə qabarıqlığını aradan qaldırır. Bağırsaq qurdunu, soxulcan kimi bağırsaq parazitlərini bədəndən təmizləyir. Yüksək mineral və vitamin tərkibli keçi buynuzu diş və diş ətləri üçün müsbət təsirlidir. Yüksək təbii şəkərlər, zəngin minerallar (xüsusilə sink) və vitaminlər (A, B, B2, B3, D) təbii güc və qidadan qaynaqlanır. Yüksək natrium və kalium sayəsində təzyiq, qaraciyər və ağciyərə çox faydalı təsirləri var. Qanın zəhərli maddələrini təmizləyir. İnsanın qorxulu yuxusunun və ağciyər xərçənginin qarşısını 90 faiz almaqda güclü təsirə malikdir. Ürəyə faydalıdır, möhkəm ürək döyüntüsünü azaldır. İnsan bədəninə girən radiasiyanı çıxarır. İshal və qəbizlikdən əziyyət çəkən hər kəsin istifadə etmələri üçün lazım olan bir meyvədir. Min dərdə dərman olan keçi buynuzu ağrı kəsici, antiseptik, immuniteti gücləndirmə vasitəsi kimi də istifadə oluna bilər. Keçi buynuzu eyni zamanda sperma sayını artıran özəlliyə malikdir. Aktiv sperma sayı az olan və az sperma sayından uşağı olmayan ata namizədlərinin istifadə etməsində böyük faydası vardır.

Link to comment
Share on other sites

Hər dərdin dərmanı Qara Zirə

“Bərəkətli toxum” adı ilə tanınan qara zirə elə bir bitkidir ki, onun şəfaverici xüsusiyyətləri hələ 3000 il bundan əvvəl Orta Şərqdə böyük rəğbətlə qarşılanmışdı. Məhəmməd Peyğəmbər(s.ə.s) hədislərin birində onun ölümdən başqa bütün xəstəliklərə çarə edə bildiyini söyləyirdi.
Qara zirə bitkisi tənəffüs sistemi patalogiyaları, mədə-bağırsaq pozğunluqları, qan dövranı və immun sistem disfunksiyaları zamanı eləcə də həmişə sağlam qalmaq üçün ümumi tonuslandırıcı vasitə kimi tətbiq edilir.
Qara zirənin ədviyyat vasitəsi və şəfaverici bitki kimi istifadəsinin kökləri qədim Misirə gedib çıxır. Burada qara zirə bir çox yeməklərin tərkib hissəsi kimi istifadə edilirdi. Misir fironlarının şəxsi həkimləri daim özləri ilə bir fincan qara zirə gəzdirirdilər ki, onu da zəngin axşam süfrələrindən sonra həzmə kömək üçün, eləcə də baş və diş ağrıları, yoluxucu xəstəliklər zamanı təsirli vasitə olaraq tətbiq edirdilər. Misir fironu Tutanxamonun sərdabəsində arxeoloqlar qəbrin içərisində qazıntı işləri apararkən bu qədim dərman vasitəsindən bir şüşə aşkar etmişdilər.
Müalicəvi məqsədlər üçün qara zirənin yalnız Ərəbistanda yetişdirilən formasının istifadə edilməsi çox mühümdür. Qara zirə həddən artıq mürəkkəb tərkibə malikdir.
Qara zirənin tərkibi:
21%-zülal
35%-yağ
38%-karbohidratlar
6%-digər inqrediyentlər.(mikroelementlər,vitaminlər,antihistaminlər, təbii analgetiklər,kalsi,dəmir,vit.E,B və s.)
Qara zirə toxumlarından yağ istehsal olunur ki, bu da təbabətdə geniş istifadə edilir.
Qara zirənin tətbiq sahələri:
-İmmun zəiflik, allergiya, astma-qara zirənin tərkibində olan Nigellon tənəffüs yollarının əzələlərini boşaltdığına görə bronxial astma və respirator allergiyanın müalicəsində effektlidir. Həmçinin qan dövranına histaminlərin atılmasını azaldır və allergik reaksiyalara qarşı təsir göstərir. Qara zirənin tərkibindəki timohidroxinon da antihistamin və ağrıkəsici təsir göstərir.
-xərçəng xəstəliyi -hesab olunur ki, qara zirə kimyəvi və şüa terapiyasından daha effektli təsirə və şiş hüceyrələrini məhv etmə xüsusiyyətinə malikdir.
-bağırsaq pozğunluqları
-başağrıları
-böyrək daşı xəstəliyi-ağrıları azaldır, spazmı ğötürür və infeksiyalaşmanın qarşısını alır.
-bronxitlər
-cinsi zəiflik
-dəri patalogiyaları
-qulaq ağrıları
-oynaq ağrıları və s.

Link to comment
Share on other sites

ZƏNCƏFİLİN FAYDALARI:
- qanda xolesterinin miqdarını, arterial təzyiqi azaldır
- immuniteti gücləndirir
- artrit zamanı ağrıkəsici təsir edir
- hamilələrdə toksikozu aparır
- həzmə kömək edir
- travma və xəstəliklərdən sonra orqanizmin bərpasına kömək edir.
- potensiyanı artırır
- fiziki və əqli yorğunluğu aparır
və s. 
yazva xəstəliyi olanlara, qızdırmalı adamlara, hamiləliyin son aylarında, süd verən analara zəncəfil məsləhət deyil.

Link to comment
Share on other sites

Karkade bitkisi

- təzyiq əleyhinə təsir edir(soyuq içdikdə təzyiqi salır, isti içdikdə qaldırır),
- mikroblarla, qurdlarla, alllergiyalarla mübarizə aparır,
- orqanizmi şlaklardan təmizləyir, metobolizmi gücləndirir, hər gün içdikdə arıqlamağa kömək edir. 
Turşməzə olduğu üçün mədə turşuluğu çox olan, mədəsində yazva xəstəliyi olanlara məsləhət deyil.

Edited by brj
Link to comment
Share on other sites

Ud hindi bitkisinin faydaları

 

- immunitetin möhkəmlənməsi

- iltihab əleyhinə

- virusəleyhinə təsir

- qızdırma salıcı

- damarların təmizlənməsi

- trombların həll edilməsi
- fertilliyin artması
- aybaşı problemləri

- həzm sistemi orqanları problemləri
- ağız xərçəngi
- əsəblərin sakitləşməsi

- işiasa qarşı
- beyin üçün
- potensiya artıran vasitə

- bədəni ümumi möhkəmləndirən vasitə

- bağırsaqda qurdların təmizlənməsi

- zəhərlənməyə qarşı

- hormonal fonun normallaşması

 

 

 

 

 

Link to comment
Share on other sites

ZƏNCƏFİLİN FAYDALARI:

- qanda xolesterinin miqdarını, arterial təzyiqi azaldır

- immuniteti gücləndirir

- artrit zamanı ağrıkəsici təsir edir

- hamilələrdə toksikozu aparır

- həzmə kömək edir

- travma və xəstəliklərdən sonra orqanizmin bərpasına kömək edir.

- potensiyanı artırır

- fiziki və əqli yorğunluğu aparır

və s. 

yazva xəstəliyi olanlara, qızdırmalı adamlara, hamiləliyin son aylarında, süd verən analara zəncəfil məsləhət deyil.

  Çox sevirəm bu bitkini, çayda və yeməklərdə sıx istifadə edirəm., yalnız təzə formasını.  Ən çox təsiri, insanı tonuslandırır, imun sisteminin yüksəlməyində yer alır. Ümümi sözlə super!

Link to comment
Share on other sites

  Çox sevirəm bu bitkini, çayda və yeməklərdə sıx istifadə edirəm., yalnız təzə formasını.  Ən çox təsiri, insanı tonuslandırır, imun sisteminin yüksəlməyində yer alır. Ümümi sözlə super!

Düzdür təzəsi daha yaxşıdır. Ancaq mən əsasən tozunu istifadə edirəm. Çünki təzəsinin sroku cəmi 7 gündür. Bizdə marketlərdə təzəsi nadir halda təzə olur ) Çox vaxt qabığı büzüşmüş, vaxtı keçmiş olur.

Bir də tozu mədəni daha az qıcıqlandırır nəinki təzəsi.

Link to comment
Share on other sites

Düzdür təzəsi daha yaxşıdır. Ancaq mən əsasən tozunu istifadə edirəm. Çünki təzəsinin sroku cəmi 7 gündür. Bizdə marketlərdə təzəsi nadir halda təzə olur ) Çox vaxt qabığı büzüşmüş, vaxtı keçmiş olur.

Bir də tozu mədəni daha az qıcıqlandırır nəinki təzəsi.

Ən təzəsi yaşıl bazarın, sağ tərəfində, brokkoli, sparja satılan yerdə. Sərt olanın seçirəm, az alıram, və tez müddətə bitirirəm.

Link to comment
Share on other sites

Çox sevirəm bu bitkini, çayda və yeməklərdə sıx istifadə edirəm., yalnız təzə formasını. Ən çox təsiri, insanı tonuslandırır, imun sisteminin yüksəlməyində yer alır. Ümümi sözlə super!

beli Elizabet xanim,tozunnan chox meyvesinin shiresi daha effektlidir(20 qram shiredenX3 defe yemekden 20-30 deq evvel)...3 aya "modern" tebabetin yuxusuna bele girmeyen 2 mocuzeni reallashdira bilir:

1) Od dashlarini parchalayir

2) Sklerozlashmish medealti vezi berpa edir

Benzersiz bitkidir...universal mualicevi effekti var...eks-gosterishi qanaxmaya meyillikdi(xora,babasil ve s.)

Edited by terry75
Link to comment
Share on other sites

beli Elizabet xanim,tozunnan chox meyvesinin shiresi daha effektlidir(20 qram shiredenX3 defe yemekden 20-30 deq evvel)...3 aya "modern" tebabetin yuxusuna bele girmeyen 2 mocuzeni reallashdira bilir:

1) Od dashlarini parchalayir

2) Sklerozlashmish medealti vezi berpa edir

Benzersiz bitkidir...universal mualicevi effekti var...eks-gosterishi qanaxmaya meyillikdi(xora,babasil ve s.)

 

Çox sağ olun,  dəyərli məsləhətiniz üçün, inanıram ki zəncəfil bu işin öhdəsindən gələ, çünki  bu möcüzəli bitki buna qadirdir! 

Link to comment
Share on other sites

Acqarına mədəni yandırar. yeməkdən sonra daha məsləhətlidir. Öd daşlarının parçalanması isə risklidir. Öddə xırda daşların olması böyük daşlardan daha təhlükəlidir.

Edited by brj
Link to comment
Share on other sites

Acqarına mədəni yandırar. yeməkdən sonra daha məsləhətlidir. Öd daşlarının parçalanması isə risklidir. Öddə xırda daşların olması böyük daşlardan daha təhlükəlidir.

medesinde problemi olanlarininkini yandirar tebii ki,amma yaxshi olar aciligini goturmek uchun yarim limon sixaq 50 qram suya+20 qram zencefil suyu..o ki qaldi od dashlarinin olchuce kichilib fesad toretmesine,Allahin yaratdigi oz ishini yaxshi bilir...)

Link to comment
Share on other sites

  • 5 months later...
Yaraları sağaldan bitki
Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir. Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur.
Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.
Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.
Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu - 10-15 gün.
Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).
Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir - sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.
Kalanxoe həmçinin üz dərisinə cavanlaşdırıcı təsir edir, dərini dartır, onu daha elastik və hamar edir. Kalanxoedən quru dəri üçün maska: kalanxoe yarpağı soyulur, xırda doğranılır, zeytun yağı ilə qarışdırılır və təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. Kalanxoedən cavanlaşdırıcı maska: 1 xörək qaşığı kanaxoe şirəsi + 1 çay qaşığı bal + 1 xörək qaşığı üyüdülmüş yulaf yarması + 1 yumurtanın sarısı. Yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.
Psoriaz, ekzema, müxtəlif dermatitlər zamanı kalanxoe həmçinin çox yaxşı kömək edir. Bitkini bir neçə gün ərzində soyuducuda saxlayın, sonra xırda doğrayıb (yarpağın üzərində olan nazik pərdəni qabaqcadan çıxardın) steril tənzifin üzərinə yerləşdirin və dərinin zədələnmiş hissəsinə qoyun və ya kalanxoe şirəsində steril tənzif isladın və dəriyə qoyun.
Kalanxoe yalnız dəridə olan yaraları deyil, selikli qişalarda olan zədələnmələri də sağaldır. Stomatit (ağız boşluğunun selikli qişasının iltihabı), gingivit (damaqların iltihabı) zamanı kalanxoe şirəsində steril tənzif isladın və iltihablaşmış sahəyə qoyun.
Tonzillit (angina) zamanı su ilə yarıbayarı durulaşdırılmış kalanxoe şirəsi ilə gün ərzində bir neçə dəfə qarqara etmək lazımdır. Bu vasitə boğazda iltihabı azaldır, mikrobları öldürür.
Zökəm zamanı kalanxoe şirəsi burun yollarını təmizləyir, burnu "açır", iltihabı azaldır. Hər burun yoluna gündə bir neçə dəfə 1-2 damcı kalanxoe şirəsini damızdırın.
Həmçinin kalanxoe şirəsi haymorit zamanı da istifadə olunur.
Varikoz xəstəliyi zamanı kalanxoe müalicəvi vasitə kimi istifadə olunur. Bunun üçün kalanxoe yarpaqları xırda doğranılır, 1/2 l-lik bankaya yığılır və yarpaqların üzərinə çıxana kimi araq tökülür. Banka 7 gün ərzində soyuducuda saxlanılır və sonra yaxşı süzülür. Alınmış vasitə hər gün ayaqlara aşağıdan yuxarı doğru çəkilir.
İstənilən bitkilərdən müalicə məqsədi ilə istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
 
Saglamolun.Az

 

33841.jpeg

http://bizimyol.info/news/46697.html

Link to comment
Share on other sites

Kəklikotunun xeyirli və ziyanlı tərəfləri...
Bu məhsul -  dadı, qoxusu və əsas olan xeyirli xüsusiyyətlərinə görə kulinariyada geniş istifadə olunur.
Tərkibinə daxil olan vitamin və fitoqidalı maddələrinə görə ona şəfalı xüsusiyyəti çox olan bitki kimi dəyər verilir. O, kaliy, marqanes və dəmirə olan çatışmazlığı dolduraraq, hal - əhvalı yaxşılaşdırır. Həmçini tərkibində antiseptik sayılan və  göbələk əleyhi xüsusiyyətə malik olan timol efir yağı vardır.
Geniş antioksidant yığımı olduğundan,o, orqanizmi onkoloji və ürək - damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə,o,  arterial təzyiqi normallaşdırma gücünə malikdir.
Bu ədviyyat həmçinin piridoksinin (B6 vitamini) mənbəyi sayılır.Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Bu maddə həm də, nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanimi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.
Hər bir məhsulun olduğu kim, bu məhsulun da ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etdikdə arteriyal təzyiqin qalxasına səbəb olduğuna görə hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri  məsləhət görülür. Digər birkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə topladığına görə,  ekoloji cəhətdən təmiz olmayan rayonlradan toplanan məhsul, orqanizmə ziyan vura bilər.
Həmçinin mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür, belə ki, o, selikli qişanı qıcıqlandırır. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.
 
Saglamolun.Az

http://bizimyol.info/news/46710.html

 

24077.jpg
 
Link to comment
Share on other sites

  • 1 month later...

1320057506_picoe_4858.jpg

İtburnu müalicə bitkiləri arasında qədimdən məlumdur. Təbabətdə qurudulmuş meyvələri, həbləri və maye ekstratı istifadə edilir. Rusiyada itburnunun müalicəvi əhəmiyyəti XVII əsrdən məlumdur. Onun meyvələri fövqəladə dərman kimi yalnız məşhur adamlara xüsusi icazə ilə verilirdi. Hazırda itburnu meyvəsi C vitamini mənbəyi kimi təbabətdə geniş istifadə edilir.Belə ki, C vitamini orqanizmdə gedən çox prosesdə iştirak edir. İtburnu meyvələri çay, sirop, ekstrakt və toz (poroşok) şəklində C vitamininin orqanizmdə çatışmazlığı ilə əlaqədar olan aşağıdakı xəstəliklərdə qəbul edilir:- qanazlığında və orqanizm taqətdən düşdükdə (zəiflədikdə);- aterosklerozda;- zəifləyəndə və yoluxucu xəstəliklərdə (skarlatina, difteriya, pnevmaniya, göy öskürək və s.);- ləng sağalan yaralarda;- sınqa sümüyünün bitişməsini sürətləndirir;- uşaqlıqdan qan axanda;- böyrək daşı xəstəliyində, qaraciyərdə daş olanda və s

Goresen itburnu demleyende vitamin c istiden parcalanmir?

Link to comment
Share on other sites

ZƏNCƏFİLİN FAYDALARI:

- qanda xolesterinin miqdarını, arterial təzyiqi azaldır

- immuniteti gücləndirir

- artrit zamanı ağrıkəsici təsir edir

- hamilələrdə toksikozu aparır

- həzmə kömək edir

- travma və xəstəliklərdən sonra orqanizmin bərpasına kömək edir.

- potensiyanı artırır

- fiziki və əqli yorğunluğu aparır

və s. 

yazva xəstəliyi olanlara, qızdırmalı adamlara, hamiləliyin son aylarında, süd verən analara zəncəfil məsləhət deyil.

salam mene zencefilli ketan yagi lazimdi hardan ala bilerem belke bilen var

Link to comment
Share on other sites

salam- yashli qadinda (60 yash) diz agrilari olur-yeriyende agrilar keskinleshir/ hekime getek hele ki istemir

tebii bitkilerden kim ne meslehet gore biler?

 

ozum hesab edirem ki tebiii bitkilerin ziyani olmaz (eger diaqnoz bashqa cixsa)

istenilen halda hekime muraciet etmesine calishiram 

Link to comment
Share on other sites

salam- yashli qadinda (60 yash) diz agrilari olur-yeriyende agrilar keskinleshir/ hekime getek hele ki istemir

tebii bitkilerden kim ne meslehet gore biler?

 

ozum hesab edirem ki tebiii bitkilerin ziyani olmaz (eger diaqnoz bashqa cixsa)

istenilen halda hekime muraciet etmesine calishiram 

Həkimsiz özünü müalicə düzgün deyil.Ayaq ağrısı ciddi bir xəstəlikdən ola bilər.Bitkilərlə özümüzü proflaktik önləm kimi  müalicə edirik.Yaxşısı ,həmin xanımı zorla da olsa həkimə aparın,ayaqlarının ağrıma səbəbini öyrənin.

Link to comment
Share on other sites

  • 4 years later...
  • 6 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 1 reply
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 73 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 57 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 282 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
        • Confused
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 185 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...