Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Unutqanlığımız))


Kenul2012

Recommended Posts

Gündəlik başımıza gələn unutqanliqlarımızı bu mövzuda qeyd edək))Məncə maraqlı olar.Gün ərzində hamının başına gələn hadisədir.

Kim nəyi yaddan çıxarıb?Kim nəyi unutqanlığı üzündən yanlış edib?

Buyurun sandığınızı açın.

Hörmətlə rroza.gif

405988.jpg

 

Link to comment
Share on other sites

Bu mövzunun ideyası br saat öncə özümə çay süzərkən gəldi))Rəngi fincana süzdüm.Bu an telefon zəng çaldı.Danışa-danışa mətbəxə gəldim.Fincana su çaydanından su tökmək əvəzinə,krandan su əlavə etdim.İki saniyədən sonra bildim nə etmişəm.İki dəqiqə də durub fincana baxmışam ki krandan su əlavə emək mənim ağlıma hardan gəldi?)

Link to comment
Share on other sites

Mövzu hərçənd ki, Qadınlar bölməsində açılıb, amma kişilərin də "az-çox" unutqanlığı var ))))

 

Nəyisə götürməyə gedib əliboş qayıtmaq tez-tez başıma gəlir. Amma bu o qədər də maraqlı deyil. Bir dəfə elə olub ki, uzanıb tv-yə baxıram. Sonra gecənin bir yarısı dururam ki, yerim salınıb, qapı arxadan bağlanıb, tv taymer qoyulmuş formada keçirilib (ki, bunun üçün xüsusi diqqət tələb olunur: pultun üstündəki düyməni tapıb, lazım olan vaxtı qoymaq). Bunların heç birini başqa biri etməyib, özüm etmişəm, amma heç biri də yadımda deyil, nə vaxt və necə etmişəm. Hələ də fikirləşə-fikirləşə dururam bunu )))

Link to comment
Share on other sites

Men qulagimda mobil telefon daniwa daniwa 10 deqqe mobil telefon axtarmiwam,:nemmi:

))))))))) Allah seni güldürsün

Elim minusa deydi ((( kimse düzelderdi zehmet olmasa

Edited by Igolka
Link to comment
Share on other sites

Roxilan sizin əhvalata oxşar bir hadisə yadıma düşdü.

 

Nənəm baldızı ilə məclisə gedirl.Qış olduğundan soyuq olur.Əsə-əsə gəlib yas yerinə çıxırlar.Çadıra girib keçib əyləşirlər.Nənəmin baldızı ona çay vermələrini söyləyir.Bir az zəhmli qadın olub).Tez bunların qabağına çay qoyurlar.Baldız tez öz stəkanını götürüb yanağına söykəyir ki isinsin.İki-üç dəqiqə keçəndən sonra görür ki hamının qabağında stəkan var,bunun qabağında boş nəlbəki.Tez əsəbləşib özündən çıxır ki ,bəs soyuqdan əsə-əsə gəlmişəm,xahiş elədim mənə çay verin.Beş dəqiqədi oturmuşam.Hamıya çay vermisiz,mənə boş nəlbəki qoymusuz qabağıma.Nənəm hə demək istəyirki stəkanın əlindədir.Hər dəfə əli ilə nənəmin sözünü kəsir.Axır ev yiyəsi deyir ki : stəkanıni  burnuna yapışdımısankı)))

Nənəmin baldızı tez baxır əlinə görür stəkan əlindədir.Sonra buna görə nənəmə neçə il inciklik saxlayıb ki mənə niyə demədin stəkanım əlimdədir.Nənəmdə hər dəfə deyirdi  imkan verdin ki ağzımı açım)))

Link to comment
Share on other sites

Düzəltdim)Minusla plyusun yerini unutma:P

Sağ ol )

Könül men unutqanlıq görmüşem amma bu derecede yox.))

Hamımız evdeyik,men de anamgildeyem,gelinimiz kiçik qızını alıb qucağına,biraz sonra heyecanla axtarır ve bizden soruşur ki,qızım hanı?))) Men o gün güldüyüm qeder heç vaxt gülmemişdim.)

Link to comment
Share on other sites

Düzəltdim)Minusla plyusun yerini unutma:P

Bir dəfə evdə deyildik ,gəldik ki yemək yeməyə, ağlıma mətbəxim gəldi, birdən çığırdım, ay aman, mən yeməyi yana yana qoyub gəlmişəm, indi evə gedənəcən, ev külə dönəcək,çünki uzağda, coratda idik,fikirləşib, qonşuma zəng vurdum , bəs bizdən bir iy gəlmir, o də tərslikdən evdə deyildi, axır ki sonda məlum oldu ki , söndürüb gəlmişəm,insan avtomatik olaraq çox şey edir və unudur, bu bir az problemlərə yol açır (

Link to comment
Share on other sites

Hər bir insanda olur məncə belə hallar )))) bəzən bu dəqiqə əlində olan hansısa əşyanı hara qoyduğunu xatırlamırsan, bəzən gedirsən nə üçünsə mətbəxə 1 saat mətbəxin "üzünə" baxırsan ki, mən bura niyə gəlmişəm))))mən də bəzən olub səhər zibil klyoku əlimdə zibil yeşiklərini nə qədər keçmişəm, birdən hiss etmişəm ki, əlimdə artıq nə isə var )))))))sonra qayıtmışam geriyə)) 

Xatırladıqca yenə yazacam.

Link to comment
Share on other sites

Zibil klyokunu oxudum yadıma düşdü.Bir dəfə hələ məktəbdə oxuyanda seher derse gedirəm əlimdə də zibil..getmişəm məktəbin həyətinə girəndə bir də baxam ki hamı mənə baxır uşaqlarımız da gülür..bir də baxam ki,əlimdə zibil getmişəm dərsə ))) Allahdan məktəbin həyətində zibil qutusu var idi atdım ora :))

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bir gün toya getmişəm,ilk dəfə idi ki,mamamsız toya gedirdim)Və əlbəttə 1-ci dəfə idi ki,pulu mən salmalı idim)Toyda yedim,içdim,doyunca oynadım və ...... çıxdımbiggrin.png Bir də maşında evə gedən yolda yadıma düşdü ki,pul salmamışamlaugh.png Bir neçə gün sonra qızın işinə gedib vermişəmbiggrin.png (Yeri gəlmişkən,forumun gözəl bir userinin toyu idi))))

Bir dəfə də məni və dostumu uşaq ad gününə çağırıblar)Dostum hədiyyə almağı çatdırmadığına görə pul verməli olub.Lakin bunu mənim vasitəmlə etmək istədiyinə görə pulu verib mənə (adam tapıb dabiggrin.png ,arada dəhşətli dərəcədə unutqan oluram))). Elə orada da yeyib,içib,oynayıb (öz hədiyyəmi gələndə vermişdim))),çıxıb getmişikbiggrin.png Yenə də evə qayıdanda maşında yadımıza düşüb ki,pulu verməmişəmlaugh.png Sadəcə toy əhvalatından fərqli olaraq burada elə yerindəcə qayıtdıq verdimbiggrin.png (Buradaki qəhrəmanlar da forumun userləridir)))

Belə başa düşdüm ki,yeyib,oynayıb,əylənəndə hər şey yadımdan çıxırlaugh.png

Edited by kardan
Link to comment
Share on other sites

Novruz bayramında qonaq gəlmişdi.Tez stolun üstündən içi püstə qabığları ilə dolu zibil qabını götürdüm aparıb boşaldım,keçdim mətbəxə,bir əlimdə də oğlumun şalvarı vardı.Onu paltaryuyanın içinə qoyanda ,unudub zibil qabınıda maşının içinə boşaltdım.

Qonaq gedəndən sonra paltaryuyan maşının içindən püstə qabığlarını təmizləyirdim))

Link to comment
Share on other sites

220$ -a  ayaqqabı  almışdım  . Bir iki dəfə geynib evdə harasa qoymuşam , iki aydır evi ələk vələk edib  axtarıram ,  tapa bilmirəm )) 

Sizdə çardaq və zirzəmi yoxdur?Biz itən əşyaları ordan tapırıq))))

Link to comment
Share on other sites

Sizdə çardaq və zirzəmi yoxdur?Biz itən əşyaları ordan tapırıq))))

 

Yoxdur.  Çoxlu  karobkalar var evdə.  Bir bir yoxlamışam.  Hüç birində yoxdur.   Bu da mənim unutqanlığım ))  Ayaqqabımın yerini unutmuşam. ))   Deyəsən , sonun əvvəıi  belə  başlayır ))

Link to comment
Share on other sites

Yoxdur.  Çoxlu  karobkalar var evdə.  Bir bir yoxlamışam.  Hüç birində yoxdur.   Bu da mənim unutqanlığım ))  Ayaqqabımın yerini unutmuşam. ))   Deyəsən , sonun əvvəıi  belə  başlayır ))

)))Son nə tez ?.Məndə 4-5 ildir başlayıb.Hələ də gəlib çıxmayıb.

 

Rayona gedəndə telefonumun adaptorunu və yaşıl çay paketlərini unutmuşdum))Əsl işgəncə idi.rolleyes.gif

Edited by Kenul2012
Link to comment
Share on other sites

)))Son nə tez ?.Məndə 4-5 ildir başlayıb.Hələ də gəlib çıxmayıb.

 

Rayona gedəndə telefonumun adaptorunu və yaşıl çay paketlərini unutmuşdum))Əsl işgəncə idi.rolleyes.gif

 

Yoxeee , adama təsir edir ki, axı bu iynə deyil ))  Necə  itirmək olar?  Fikirləşirəm ki, bəlkə harasa ayaqqabını geyinib getmişəm , evə isə ayaqyalın dönmüşəm msg-2-1244444010.gif

Edited by Sunyata
Link to comment
Share on other sites

Yoxeee , adama təsir edir ki, axı bu iynə deyil ))  Necə  itirmək olar?  Fikirləşirəm ki, bəlkə harasa ayaqqabını geyinib getmişəm , evə isə ayaqyalın dönmüşəm msg-2-1244444010.gif

Ola bilər)))Səhvən kiminsə ayaqqabısını geyinib gəlmisən,sənin ki qalıb getdiyin yerdə.

Başqa bir versiya))Evə oğru gəlib ,bircə sizin ayaqqabıları götürüb gedib.

Link to comment
Share on other sites

Yoxeee , adama təsir edir ki, axı bu iynə deyil ))  Necə  itirmək olar?  Fikirləşirəm ki, bəlkə harasa ayaqqabını geyinib getmişəm , evə isə ayaqyalın dönmüşəm msg-2-1244444010.gif

 

))))))))))))))))

 

Mənim qardaşımın gödəkçəsinin yanına gedib yəqin. Bir dəfə qardaşımın da gödəkçəsi eləcə yox çıxdı. Gödəkçə yenə olar hardasa unutmaq, amma ayaqqabını secret.gif

Link to comment
Share on other sites

Ola bilər)))Səhvən kiminsə ayaqqabısını geyinib gəlmisən,sənin ki qalıb getdiyin yerdə.

Başqa bir versiya))Evə oğru gəlib ,bircə sizin ayaqqabıları götürüb gedib.

 

 

))))))))))))))))

 

Mənim qardaşımın gödəkçəsinin yanına gedib yəqin. Bir dəfə qardaşımın da gödəkçəsi eləcə yox çıxdı. Gödəkçə yenə olar hardasa unutmaq, amma ayaqqabını secret.gif

 

Tanış  ekstrasens olsaydı  ayyaqqabımı tapardı )) 

Link to comment
Share on other sites

unutqanlığımızın səbəbi nədir görəsən ? ))

 

məsələn, mənim unutqanlığım tələskənliyimlə əlaqədardır, həmişə harasa tələsirəm ) çoxlu cibləri olan rahat çantam var, yol yoldaşım )) səhər işə tələsərkən, çox zaman aksessuarlarımı elə yolda taxıram, mobili yoxlayıram, kosmetikamı maşında çəkirəm, səhər yeməyim isə yalnız iş şəraitində... )

ayaqqabı əhvalatını oxudum, bir şeyi də mən xatırladım. həmişəki kimi tələsirəm ) evdən qaçaraq çıxdım, çantam, açar, mobilim, qovluqda sənədlər... hər şeyi əlüstü yoxlayaraq,  liftə qaçıram... və birdən diqqət yetirirəm ki... elə bil nəsə yerişim fərqlidir ... ayaqlarıma baxıram... ay aman, ev başmaqlarındayam. dayandım, həm pərt oldum, həm də gülməyim gəldi. elə həmin sürətlə də geriyə evə qaçıb başmaqlarımı dəyişdim ))) bu vəziyyət bir daha təkrar olunmadı.

  • Upvote 1
Link to comment
Share on other sites

Men corab toxuyardim. Corab da adeten 5 mille toxunur. Biri azad olanda hemishe sachima taxardim, sonra alemi qatardim biri-birine ki, "menim milim hani". )

 

Mən işdə bəzən qələmi elə edirəm saçımı yığmağa bir şey tapmayanda, sonra da başlayıram axtarmağa )))))

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bu  mövzuda  offtop  olmaz hər halda .  Eynşteyn haqqında bir lətifə yadıma düşdü. 

 

Bir gün Eynşteyn  nahar fasiləsinə  çıxır. Yolda tələbəsini və ya həmkarını görüb bir xeyli söhbətləşirlər.  Sonda sağollaşıb ayrılanda  Eynşteyn həmkarından soruşur ki , sənin yadında qalmadı ki , mən bu tərəfə gəlirdim , yoxsa o tərəfə gedirdim ?   Cavabı  eşidəndən sonra  o , öz  - özünə deyir : "deməli , hələ nahar etməmişəm"  ))

Edited by Sunyata
  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Like
      • 85 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Like
      • 116 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
      • 143 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...