Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Jazz Dünyası


fikus elastica

Recommended Posts

 “Səmərqənd naxışları” sənədli filminin fraqmentlərindən yığılmış “Bayatı-Şiraz” caz kompozisiyasının dramaturjisi, 4 hissədən ibarətdir. Bu kompozisiyanın dörd fraqmentinin hər birini şərti şəkildə belə adlandırmaq olar: 1. Su; 2. Ozan; 3.Qala; 4. Şəhər. Əslində, bu bölgü yaranış mifləri üçün xarakterik düzümü xatırladır.

Caz kompozisiyasının ilk bölümündə Vaqif sanki “su” arxetipini götürüb onu musiqi dilində “diriltməyə” və kosmoqonik başlanğıca qaytarmağa çalışır. 

ustad xanəndə Hacıbaba Hüseynovun oxuduğu bayatılar sırasından “su” motivilə bağlı dördlük önə çəkilir: “Əzizim, axar gedər, / Su gələr, axar gedər, / Dünya bir pəncərədir / Hər gələn baxar gedər”. Hər tərəf su idi bir zamanlar... Damlalar kimi şəffafdır, yumrucadır, doludur Vaqifin kompozisiyası... və həyat, canlılar bu sudan yarandı... və elə bu su kimi də axar oldu, sonra bu suya qoşulub axdı, axdı, yox olub getdi. Bax, Mustafazadə royalın dillərində bu keçmiş əhvalatı, qədim mifi bizə nəql edir sanki və görüntünü (hər yan sudur, sakitlikdir, bir də dibsiz səmadır) təsəvvür pəncərəsinə gətirir. Təbii ki, əgər dinləyici musiqini eşidib pəncərəyə boylana bilirsə... Ömrün günləri, dünyanın faniliyi elə axar su kimidir.

Kompozisiyanın ikinci bölümündə ozan çıxır səhnəyə: o müqəddəs şəxs ki, türkün mifik təfəkküründə dünya nizamını qurur. Mustafazadə əvvəlcə su sitixiyası üzərindəki möhtəşəm sakitliyi çalır, sonra isə xanəndənin söylədiyi bayatı vasitəsilə ozan fiqurunu atır ortaya: “Anam ozan olubdu, / Dərdə dözən olubdu, / Haqdan bağlanan dilim, / Naxış düzən olubdu”. Türk mifik təfəkküründə ozan dünyanı nizama gətirən, ona həyat naxışları vuran kimsədir, dili yaradan kimsədir. Ona yəni Ozana, - Dədə Qorquda, - qədər türkün dili yoxdu, sözü yoxdu. Mədəni qəhrəman gəlməyincə dünya strukturlaşmır, sosium kimi, toplum kimi təşkilatlanmır. Bu baxımdan ikinci kompozisiya xaosdan dünyanın yaranış aktına birbaşa keçidin rəmzi kimi yozula bilər. Məhz bu bölümün musiqi frazalarında dünya elə bil ki, həqiqətən, naxışa dönür, ornamentləşir: mədəni qəhrəman dünyanı və dünya içindəki hər şeyi yaradır. Mən bu yazıda, təbii ki, bayatının ictimai-sosial məzmununu arxa plana keçirirəm, əvəzində bayatının strukturunu, düzümünü, bu düzümə paylaşdırılmış sözləri məzmuna çevirirəm. Zənnimcə, Vaqif də elə bu məzmunu ifa eləyib kompozisiyada. Kompozisiyanın üçüncü bölümünü mən şərti şəkildə “Qala” adlandırıram. Çünki bu hissədə səsləndirilən bayatı birbaşa “qala” motivilə ilişikli: “Bu qala bizim Qala, / Həmişə bizim qala, / Tikmədim özüm qalam,  / Tikmişəm izim qala”. Fikir verin, kompozisiyada Ozan gəlir, daha doğrusu, ana ozan olur, kişi funksiyasını, mədəni qəhrəman funksiyasını boynuna götürüb dünya sahmanını yaradır, sonra isə Qala tikilir. Qala nədir? Təbii ki, insanların qaldığı yer. Amma eyni zamanda, Qala məskunlaşmış ərazi simvoludur, məkanın konkretlik nişanıdır və məkan içrə mənsubiyyət bildiricisidir. Bundan əlavə: Qala şəhəri eyhamlaşdırır, şəhər mədəniyyətini eyhamlaşdırır. Mən Vaqifin “Bayatı-Şiraz” üstündə qurduğu improvizələrdə məhz “Qala - Şəhər” motivlərinin sayrışmasını eşitdim. Ona görə kompozisiyanın dördüncü bölümündə Vaqif caz dilində müasir şəhəri, daha konkret desəm, keçən əsrin 70-80-ci illərinin Bakısını danışır və danışdıqca ara-sıra o ilk, qədim Qalaya qayıtmağı da unutmur. Kompozisiyanın “Şəhər” fraqmenti dinamikdir, ritmlər gurluğu içindədir: buradakı improvizələrdə Vaqif elə bil ki, səhər açılınca ətrafa yayılan Günəş şüaları altında şəhəri və şəhərin ortasında vüqarla dayanmış Qalanı “panoramlaşdırır”. Heç əbəs deyil ki, Vaqif “Su”, “Ozan”, “Qala” hissələrindən sonra kompozisiyada vokalçılar xoruna yer ayırır və onlar da sanki şəhəri, müasirliyi səs modulyasiyalarında görükdürürlər.

 

Aydın Talıbzadə

 

 

Edited by fikus elastica
Link to comment
Share on other sites

Fikus, evvela yeni movzunuz mubarek :).

Vaqif Mustafazadenin bir mahnisi var idi. Iller evvel telefonlarda Caz-azeri adi ile yazilirdi melodiya kimi. Onu ne qeder axtarsam da tapa bilmirem. Adini duz emelli bilmirem ki, ele axtarim. Onu tapmaq ucun ne qeder mahnisina qulaq asmisam, amma qabagima cixmayib hec cur. Dedim, belke siz bilesiniz.

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Fikus, evvela yeni movzunuz mubarek smile.png.

Vaqif Mustafazadenin bir mahnisi var idi. Iller evvel telefonlarda Caz-azeri adi ile yazilirdi melodiya kimi. Onu ne qeder axtarsam da tapa bilmirem. Adini duz emelli bilmirem ki, ele axtarim. Onu tapmaq ucun ne qeder mahnisina qulaq asmisam, amma qabagima cixmayib hec cur. Dedim, belke siz bilesiniz.

bilmedim hansini deyirsiz, yene tapsaniz,ozunuz taparsınız))

Link to comment
Share on other sites

Bu da gənc cazmen İsfar Sarabskinin ifasinda Vaqifin bəstələrindən papuri. İsfar Sarabski Opera tariximizdə ad qoyub getmiş Hüseynqulu Sarabskinin(ilk Məcnun rolunun ifacisi) nəticəsidi. İsfar Sarabski 2009-cu ildə 20 yaşinda İsvecrədə keçirilən Montre Beynəlxalq caz festivalının ("Montreux jazz festival") qalibi olmuşdur

http://www.youtube.com/watch?v=nFtzRLBKW_I

Link to comment
Share on other sites

İlk olaraq Vaqif Mustafazadə dünyasina baş vuraq, sonra başqalarina keçərik

 

 

 

Fikus, mövzuna uğurlar. Texniki səbəblərdən musiqi parçalarına qulaq asa bilmirəm hələ. Vaqif Mustafazadənin yerini verən yoxdur hələ Azərbaycanda. Bəstələrinə də söz yox. Uzunömürlü olsun mövzun!

Link to comment
Share on other sites

Bunu da coxunuz eşitmisiniz, kompozisiyanin 100dən cox yaşi var

https://www.youtube.com/watch?v=fPmruHc4S9Q

 

Musiqi məktəbində müəllim iki əsər arasında seçim verdi ki, birini öyrən və müsabiqədə iştirak elə. Biri bu musiqi idi, digəri Motsartın Türk marşı. Mən Türk marşını seçdim niyəsə. Amma fikrim bunda qalmışdı yenə də. Bir qız var idi, o da bunu seçdi. O bu musiqini çaldıqca mən də maraqla qulaq asırdım. Sonradan heç ağlıma gəlmədi ki, notlarını götürüm, özüm sərbəst öyrənim.

Link to comment
Share on other sites

Ona söz yox, amma mən birinci bu versiyasını eşitmişdim və elə bilirdim ki, bu qrupun mahnısıdır. İndi qulaq asanda gördüm ki, vəziyyət tam başqa imiş :)

ilk ifalardan, eslində Nina da sonradan ifa edib, məncə hamisindan da yaxshi məhz Nina Simonanin ifasidi

https://www.youtube.com/watch?v=UW4fE2x1hxk

Link to comment
Share on other sites

Fikius , həm mövzuya , həm də gözəl  seçmə  kompozisiyalara görə  sağ olun .  Gündəliyiniz olsaydı  yağlı 5 verərdim sizə )) 

 

Xoşuma gələn bir kompozisiyanı yerləşdirirəm.   .  Bu bir növ flamenko və jazz`ın qarşışığıdır.    Vaqıf Mustafazadə kimi  ,  koloritli  Jazz nümunəsi . 

 

http://www.youtube.com/watch?v=bs73eGP0BEM

Link to comment
Share on other sites

bunu eşitməyən çətin tapilmasin

https://www.youtube.com/watch?v=vmDDOFXSgAs

 

 

Bu musiqini eşidəndə bir müddətdir əksik qalan parça tamamlandı elə bil. King Crimson qrupunun Pictures of a city mahnısı həmişə qeyri-müəyyən bir şeyi xatırladırdı mənə. Nə olduğunu başa düşə bilmirdim. İndi bildim ki, o bu musiqi imiş :smile.png Dediyim musiqi də budur. Bəlkə də sizə çox da oxşar gəlməsin, amma mən nəsə oxşadıram bunları

 

https://www.youtube.com/watch?v=NMd4GnjYQg0

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 5 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 51 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 347 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...