Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Operalardan Seçmələr


fikus elastica

Recommended Posts

Qisa məzmun.

Hadisələr 4 əsas qəhrəmanin əhatəsində cərayan edir. Trubadur-Monriko,Qraf Luna,Leonora,Azuçena. Monriko və Luna eyni qiza Leonoraya aşiqdilər. Leonora isə Monrikonu sevir. Qraf Luna Monriko ilə düşməndi. Həm də əslində doğma qardaşdılar,amma bundan xəbərləri yoxdu. Bu sirri təkcə Manrikonu boyudən,onun da  ana hesab etdiyi, qaraçı Azucena bilir. Azucenanin anası Qrafin atası tərəfindən haqsız yerə edam olunub-odda yandırılib. Azucena da öz anasının qisasını almaq üçün onun oğlunu-körpə Manrikonu qaçırır. ocaq qalayır Manrikonu odda yandırmaq istəyir,amma səhvən öz körpəsini oda atıb məhv edir. Belə olduqda isə Monrikonu oğul kimi böyüdüb, qisas silahi kimi işlətməyi qət edir.

Luna Manrikonu həbsə atır. Manrikonun azad olunacagi müqabilində  Leonora Lunaya ərə getməyə razı olur. Zəhər içib Manrikonun yanına sağollaşmağa gəlir. Manriko cox məyus olub, hirslidi, sevgilisinin xəyanət etdiyini düşünür. Leonora onun qollarında can verir.  Luna gəlir və Leonoranın öldüyünü görüb Manrikonu edam etdirir . Elə bu an Azucena Manrikonun onun qardaşı olduğunu, qardaş qatili olduğunu söyləyir. 

 

 

Bu da final səhnəsi-subtirtlə olanı yerləşdirirəm, başa düşmək istəyənlər üçün

https://www.youtube.com/watch?v=CtSUUJ-VkBs

 

Bizim operada bu operanı 2 dəfə izləmişəm. Azuçenani Səbinə Əsədova, Lunanı Əvəz Abdullayev ,Manrikonu yuxarida yazmışdım-Həsən Enami ifa edir. Partiyalar icində ən gözəl ifa məncə Əvəz Abdullayeva aiddi. Ümumilikdə pis deyil,baxmağa dəyər.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bu gün Azərbaycan operalarından ən güclü hesab etdiyim  Üzeyir Hacibəyovun "Koroğlu" operasından yazmaq istərdim.  Bu opera səviyyəsinə çatacaq ikinci milli opera görmürəm. Bütün dövrlərin ən gözəl qəhrəmanlıq operası.

Ü.Hacibəyov  “Koroğlu” operası haqqında" məqaləsində yazır: “Koroğlu” operasını yazmamışdan 20 il əvvəl xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım. Bu sahədə hazırladığım bir çox məruzələr ətrafında musiqi həvəskarlarının mübahisə və müzakirələrini izləyirdim. Opera yazmaq sənətinin hər bir cəhətini ətraflı öyrənirdim. Bütün bunların yekununda 1932-ci ildə “Koroğlu” operasını yazmaq üçün özümdə hazırlıq hiss edərək cəsarətlə işə başladım. Burada qarşımda duran əsas məqsəd yazacağım operanın Azərbaycan xalqının, eyni zamanda bütün digər xalqların asanlıqla dərk edə biləcəyi bir əsər alınması idi. Başqa operalarda olduğu kimi, “Koroğlu”da da opera elementlərinin - ariyaların, duetlərin, trioların və başqa leytmotivlərin olması tələb olunurdu. Bu qaydalar formasını da Azərbaycan muğamları üzərində qurmaq lazım gəlirdi".

Edited by fikus elastica
Link to comment
Share on other sites

Bu qəhrəmanlıq operası ilk dəfə 1937-ci ildə səhnələşdirilib. 5 pərdəli operanın libretto müəllifləri H.Ismayılov və M.S.Ordubadi idi. Tamaşaya müəllif özü dirijorluq edirdi.  Koroğlu partiyasını Bülbül ifa edirdi. Nigar rolunu soprano Gülarə Iskəndərova, Həsən xan rolunu isə bariton Məmmədtağı Bağırov oynayırdılar. 

 

 

Operanın uverturası əsl qəhrəmanlıq, azadlıq himnidi. Uverturanı təqdim edirəm,dahi Niyazinin drijorluğunda

 

https://www.youtube.com/watch?v=zB2vYKQ7tZQ

 

bu da Rastropoviçin drijorluğunda

https://www.youtube.com/watch?v=Rn7cmFGgFoo

Link to comment
Share on other sites

 Bülbül öz xatirələrində yazırdı ki, Ü.Hacıbəyovla «Koroğlu» operası barəsində uzun müddətli söhbətimizin sonunda Üzeyir bəy zarafatcasına dedi: 
– Yaxşı, indi mən elə bir opera yazacam ki, o hamını yerindəcə donduracaq. 
Bülbül isə ona belə cavab verir:  

– Mənsə, Koroğlu partiyasını elə ifa edəcəm ki, onu bir daha heç kim o cür oxumayacaq. 

 

https://www.youtube.com/watch?v=NmdTBT0eCsY

 

 

P.S. Sonuncu dəfə bu operanı teatrimizda  izləyəndə Koroğlunu Həsən Enami ifa edirdi.Cox pis!!!Enaminin nə vokalı, nə də obrazı qətiyyən Koroğluya uymur.

Link to comment
Share on other sites

 Bülbül öz xatirələrində yazırdı ki, Ü.Hacıbəyovla «Koroğlu» operası barəsində uzun müddətli söhbətimizin sonunda Üzeyir bəy zarafatcasına dedi: 

– Yaxşı, indi mən elə bir opera yazacam ki, o hamını yerindəcə donduracaq. 

Bülbül isə ona belə cavab verir:  

– Mənsə, Koroğlu partiyasını elə ifa edəcəm ki, onu bir daha heç kim o cür oxumayacaq. 

 

https://www.youtube.com/watch?v=NmdTBT0eCsY

 

 

P.S. Sonuncu dəfə bu operanı teatrimizda  izləyəndə Koroğlunu Həsən Enami ifa edirdi.Cox pis!!!Enaminin nə vokalı, nə də obrazı qətiyyən Koroğluya uymur.

 

Hər zarafatda bir həqiqət var deyimin bariz nümunəsi. Özü də ikisi bir yerdə ))

 

Əməyinizə sağlıq :)

Link to comment
Share on other sites

Bülbüldən sonra ikinci gözəl ifa Lütfiyar İmanovun Koroğlusu

 

 

Fikus , çox sağ olun !    Həm  parçalar  , həm də  çöx gözəl də  izahat, məlumat verirsiniz. İfaçılardan əlavə sizin özünüzə   də  böyük baravo  düşür )) 

 

Uvertüra barədə  -  məni də həmişə maraqlandırıb ,  görəsən niyə bu bizim  himnimiz deyil ?  Çox möhtəşəm bir şeydir . Hər dəfə  eşidəndə adamın  ayaq üstə durmağı gəlir )) 

 

Bir də təşəkkürlər ,  maarifləndirirsiniz bizi rroza.gif

Edited by Sunyata
Link to comment
Share on other sites

Fikus , çox sağ olun !    Həm  parçalar  , həm də  çöx gözəl də  izahat, məlumat verirsiniz. İfaçılardan əlavə sizin özünüzə   də  böyük baravo  düşür )) 

 

Uvertüra barədə  -  məni də həmişə maraqlandırıb ,  görəsən niyə bu bizim  himnimiz deyil ?  Çox möhtəşəm bir şeydir . Hər dəfə  eşidəndə adamın  ayaq üstə durmağı gəlir )) 

 

Bir də təşəkkürlər ,  maarifləndirirsiniz bizi <img height="19" data-cke-saved-src="http://static.dispute.az//public/style_emoticons/default/rroza.gif" src="http://static.dispute.az//public/style_emoticons/default/rroza.gif" title=":<img data-cke-saved-src=" http:="" static.dispute.az="" public="" style_emoticons="" default="" rroza.gif"="" class="bbc_emoticon"> width="32" alt="rroza.gif">

Dəyməz. ruhlandırırsınız. Heyf ki, maraqlanan elə 2 nəfərdi.siz və Müseyib((

Link to comment
Share on other sites

Davam edək. Nigar rolunun ən gözəl ifaçılarından Sona Aslanovadan yazmaq istəyirəm. İlk ifa  Gülarə İsgəndərovanın səs yazısını tapa bilməmişəm. AZTV arxivində  "Doğma xalqıma" Koroğlu opera filmində Bülbülün tərəf müqabili-Koroğlunun Nigarı Sona Aslanovadı. Sona Aslanova Nigardan əlavə  "Arşın mal alan"da Gülçohrə, Əsli və Kərəmdə Əsli roluna möhür vurub demək olar. Opera sənətində ilk addımlarını atanda Üzeyir bəyin boyuk dəstəyi olub.  Uzun ömür sürüb-2011-ci ildə Amerikada dünyasını dəyişib. 

https://www.youtube.com/watch?v=7Qqn7YY2H2I

 

 

Nigarın ariyası

https://www.youtube.com/watch?v=VzUsCh8Uqxg

Edited by fikus elastica
Link to comment
Share on other sites

Dəyməz. ruhlandırırsınız. Heyf ki, maraqlanan elə 2 nəfərdi.siz və Müseyib((

 

Oxuyanlar  yazanlardan həmişə çox olur.  Hesab edin ki,    Az.Foruma  opera ilə  maraqlanan yeni  gələcək  userlər üçün bunu edirsiniz.  Zəhmətiniz  hər halda hədər getməyəcək ,  buna arxayın olun ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Həsən Xanın ariyası 

 

Mina ibriklərə şərəb doldurun!

Mina ibriklərə şərəb doldurun!
Şərab doldurun,
Şərab doldurun!

 

Gərək axir qoyam
Bu üsyanlara,
Hər gün bir müsibət
Doğur xanlara.

 

Palazlar döşəyin o gələn yola,
Bəzənsin qadinlar, salsin qol qola.
Geyinsin rəqqasələr təzə paltarin,
Paşaya göstərin ölkənin varin.

 

Müslim Maqomayevin ifası

http://www.youtube.com/watch?v=ucV-AygliWE

 

bu da hazırki,Həsən xan

http://www.youtube.com/watch?v=ovoPDRG2HUo

Link to comment
Share on other sites

Çənlibel harada yerləşir axı?

Çənlibel vətən anlayışı ilə eyniləşdirilmişdir. Çənlibel Koroğlu və onun ətrafında bir yumruq kimi birləşmiş xalq kütlələrini, azad Vətəni təcəssüm etdirir. 

P.S. Hazırda bu adda Şəmkirdə kənd mövcuddur. Bir də Qubada Çənlibel(2-ci Nügədi) gölü var.

 

Xoru dinləyərkən əksəriyyət ancaq "Çənlibelədə,Cənlibeldə,Çənli,çənli Çənlibeldə" sözlərindən başqa heç nə başa düşmür smile.png

Buna görə də xorun sözlərini təqdim edirəm,xorla birgə izləyin,onda başa düşülən gəlir smile.png

 

             XOR

Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm. 
Quş keçə bilməz bu səngərlərin üstündən, 
Qəsd edə bilməz bu yerlərə heç bir düşmən. 
Qəhrəmanlar yurdu Çənlibel, 
Basılmaz bir ordu Çənlibel. 
Məskən saldıq Çənlibeldə, hey... Əlbir olduq Çənlibeldə, Çənli-çənli, Çənlibeldə, 
Çənlibeldə hey... 
Koroğlu vurdu, yıxdı, qırdı, 
Tökdü xan-paşaları; 
Azad etdi yoxsulları, 
Qurtardı dərddən, qurtardı qəmdən, 
Dərddən, qəmdən, zalım xanların zülmündən,
Zalım xanların zülmündən, hey!.. 

Link to comment
Share on other sites

Çənlibel harada yerləşir axı?

Çənlibel vətən anlayışı ilə eyniləşdirilmişdir. Çənlibel Koroğlu və onun ətrafında bir yumruq kimi birləşmiş xalq kütlələrini, azad Vətəni təcəssüm etdirir. 

P.S. Hazırda bu adda Şəmkirdə kənd mövcuddur. Bir də Qubada Çənlibel(2-ci Nügədi) gölü var.

 

Xoru dinləyərkən əksəriyyət ancaq "Çənlibelədə,Cənlibeldə,Çənli,çənli Çənlibeldə" sözlərindən başqa heç nə başa düşmür smile.png

Buna görə də xorun sözlərini təqdim edirəm,xorla birgə izləyin,onda başa düşülən gəlir smile.png

 

             XOR

Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm. 

Quş keçə bilməz bu səngərlərin üstündən, 

Qəsd edə bilməz bu yerlərə heç bir düşmən. 

Qəhrəmanlar yurdu Çənlibel, 

Basılmaz bir ordu Çənlibel. 

Məskən saldıq Çənlibeldə, hey... Əlbir olduq Çənlibeldə, Çənli-çənli, Çənlibeldə, 

Çənlibeldə hey... 

Koroğlu vurdu, yıxdı, qırdı, 

Tökdü xan-paşaları; 

Azad etdi yoxsulları, 

Qurtardı dərddən, qurtardı qəmdən, 

Dərddən, qəmdən, zalım xanların zülmündən,

Zalım xanların zülmündən, hey!.. 

 

Hərə öz tərəfinə çəkir bu Çənlibeli. Türkiyədə də Çamlıbel kimi adlandırırlar bu yeri. Çam şam deməkdir, yəni Şamlıbel, şam ağacının çox bitdiyi bir yer kimi.

 

Sözlər üçün çox sağ olun :)

Link to comment
Share on other sites

  • 2 weeks later...

Operada gözəl rəqs nümunələri də var. Onlardan biri və ən gözəli milli hərbi rəqsımiz hesab olunan "Cəngi"dir. "Cəngi" döyuşə çağırışı ifadə edir. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi qədim Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır.

http://www.youtube.com/watch?v=pzG-_bk8jrE

Link to comment
Share on other sites

  • 2 months later...

İndi baxıram ki, "Koroğlu"ya nöqtə qoyulmayıb. Əslinə "Aida" operasından yazmaq istəyirdim,"Koroğlu"nu tamamlayım,sabahdan "Aida" ya keçərəm.

 

Opera ilk dəfə yuxarıda da yazdığım kimi hamının represiya tarixi kimi tanıdığı 1937-ci ildə  Opera və Balet Teatrında göstərilir. Premyera çox uğurlu alınır. Üzeyir bəyə  xalq artisti adı ,müəyyən məbləğdə pul mükafatı verilir. Opera Moskva incəsənət dekadasına- Stalinin hüzuruna aparılır. Azərbaycan incəsənəti dekadası bu opera ilə açılılş edir, opera 3 dəfə göstərilir. Stalin operanı çox bəyənir, bağlanış vaxtı olan tamaşaya da təkrarən gəlir. Tamaşadan sonra Kremldə keçirilən təntənəli qəbulda  Üzeyir bəyə SSRİ xalq artisti adı , həmçinin namizədlik stajı keçmədən birbaşa Kommunist partiyasının vəsiqəsi təqdim olunur. Baxmayaraq ki, qardaşı xalq düşməni elan olunmuşdu. O vaxtın qəzet sərlövhəsi  (İndiki "Azərbaycan" ,"Xalq" qəzetinə necə də bənzəyir :) )

8b058ae27cb8.jpg

Link to comment
Share on other sites

Hacıbəyov bir  mәqalәsindә yazır ki, һәm ilk, һәm dә һәlәlik axırıncı Azәrbaycan operasının müәllifi olmaq şәrәfi mәnә nәsib olmuşdur. Belәliklә, "Leyli vә Mәcnun"dan "Koroğlu"ya qәdәr kecilәn yol tәkcә Azәrbaycan operasının otuz illik tarixi deyil, һәm dә mәnim şәxsi yaradıcılıq yolumdur

 

Finalda xalq səhnələri üstünlük təşkil edir. Opera usyançıların qalibiyyəti ilə yekunlaşır

https://www.youtube.com/watch?v=dKymXctkVF4

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 2 weeks later...

Söz verdiyim kimi, "Aida"ya biletləri təqdim edirəm))

 

Az wikipediyada  opera haqda geniş məqalə var. Buna sevindim, hər şey daha ətraflı yazılıb, hətta bəzi ariyalar tərcümələrlə təqdim olunub.Sadəcə tarixdə 8 rəqəmi əvəzinə 9 gedib,siz 1970-ci ili 1870 kimi qəbul edin. http://az.wikipedia.org/wiki/Aida_(opera)

 

 

Niyə məhz AİDA? Yuxarıda paylaşılan linkdə də yazıldığı kimi əsər Misirdə göstərilməli idi.Misir ruhlu opera sifarişi yerinə yetirilməli idi. AİDA bir afrika tayfasının dilində olan "Ada" sözündən düzəlib ki, o da "birinci qız" mənasını verir. Digər afrika tayfasının leksikonunda olan  "Ade" sözü isə "hökmdar" mənasını verir. Verdinin AİDA sı   (yəqin ki, yuxarıdakı məqaləni oxumusunuz və artıq bilirsiniz ki,) əsir düşmüş Nubiya hökmdarının qızı idi. Məhz bu operadan sonra Aida adı çox məhşurlaşdı və bizlərə qədər gəlib çatdı 

 

Uvertura - gözəldi, sakit başlayır və yavaş- yavaş "coşur". Uverturadakı musiqi mövzusu operanın digər hissələrində tez-tez eşidilir.

https://www.youtube.com/watch?v=RLbb4Bd9foQ

Edited by fikus elastica
Link to comment
Share on other sites

  • 4 months later...

Çoxdandı bu mövzunu davam etdirmirdim. Əslində , ən dəyərli dinləyicim Sunyata bəyin qayıdışını gözləyirdim. Hələlik, bir balaca antrakt elan edirəm. 

Buyurun, "Qulların xoru"- "Nabukko" operasından.Müəllif Verdidi. Bu xor şəxsən çox sevdiyimdi. Ümumiyyətlə, operalarda səslənən ən möhtəşəm xor hesab etmək olar.

https://www.youtube.com/watch?v=_WNY9GVk2H4

 

p.s.Xoru çox sevirəm, uşaq vaxtı hələ xorda oxumuşam da)) ıı səs idim))

Link to comment
Share on other sites

Çoxdandı bu mövzunu davam etdirmirdim. Əslində , ən dəyərli dinləyicim Sunyata bəyin qayıdışını gözləyirdim. Hələlik, bir balaca antrakt elan edirəm. 

Buyurun, "Qulların xoru"- "Nabukko" operasından.Müəllif Verdidi. Bu xor şəxsən çox sevdiyimdi. Ümumiyyətlə, operalarda səslənən ən möhtəşəm xor hesab etmək olar.

 

 

p.s.Xoru çox sevirəm, uşaq vaxtı hələ xorda oxumuşam da)) ıı səs idim))

 

Qaraladığım yerdə səhv mi gedib, yoxsa mənmi başa düşə bilmədim? ))

Link to comment
Share on other sites

  • 1 month later...
  • 7 months later...
  • 3 months later...

 

"Traviata"-Dumanın avtobiqrafik xətti olan "Kamelyalı qadın "əsəri əsasında yazılmış operadan Violettanın ariyası. gözəl, dinamik, axıcı

belə bir məqalə tapdım yerli resusrda-yazmaq istədiklərimi daha yazıblar)) http://axar.az/news/14840

 

Edited by fikus elastica
  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Haha
      • 119 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
        • Upvote
      • 14 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Milli
        • Haha
        • Like
      • 20 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Milli
        • Like
      • 99 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Haha
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Sad
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Thanks
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...