Jump to content
Sign in to follow this  
Sunyata

Fikus Elastica Ilə Müsahibə

Recommended Posts

Hörmətli forumçular , son səsvermənin nəticəsində

Fikus Elastica  photo-thumb-162918.jpg?_r=1391168880      növbəti müsahibimizdir.  

Çox az zamanda forumumuzun ən maraqlı useri titulunu qazanmışdır . Çox geniş maraqları olan və yaradıcı enerjiyə malik bir xanımdır.

"Kitaboman"  olduğunuz üçün sizə gülü də kitabla birgə  verirəm ))   8029bebac3687ad1cf2c2fc4221fe53d.gif

 Hörmətli userlər , buyurun , suallarınızı verin .

Fikus, müsahibənin şərtləri haqqında qısa məlumat :

- istəsəniz ilk postunuzda özünüz barədə məlumat verin ( məcburi deyil ) .

- Hansı suala cavab verib verməməyi özünüz seçirsiniz .

- Mövzunu bağlanmasını  -  sizin və  yalnız sizin qərarınızla edəcəyik. Ya mövzunun özündə ya mənə LS yazmaqla.

Ümidvaram ki, bu günlərdə   kifayət qədər  şəkərbura/ paxlava formasında da olsa  vitamin qəbul etmisiniz ,möhkəm olun )) b5e02dbb159eb68db6b45a21bb387299.gif

Edited by Sunyata

Share this post

Link to post
Share on other sites

Fikus , sizi bir də  müsabiqədə qələbənizlə təbrik edirəm  .   İlk sual da elə  məndən ))  

Avatarınızdakı  müəmmalı şahmatçı kimdir ?  

Share this post

Link to post
Share on other sites

Təbriklər, Fikus. Çox maraqlı söhbətlər olacağından əminəm. Sizə uğurlar conf_icon.php.gif

Belə bir sual: Təsəvvür edin ki, Yer üzündəki insanlar yoxa çıxıb və tək siz qalmısını. Hara və necə getmiş olmaları mühüm deyil. Əgər Yerdə tək olduğunuzu bilsəniz, nə hiss edərdiniz, nə edərdiniz?

Share this post

Link to post
Share on other sites

Avatarınızdakı  müəmmalı şahmatçı kimdir ?  

d5a17a076503.jpg

Tito Salomoni-nin "Həyatin oyunu" eserinden fraqmentdi

indi de esere fikir verin, ve onun kimliyini teyin etmeye calishin. Həmcinin onun oturacagina da diqqetle baxin. O neyle oynayir,nece oynayir,uzunu niye gormuruk? lovhenin kenarlarindaki  vaxti simvolize eden hem de menim imzamla bir basha elaqesi olan yanan şamları da nəzərdən keçirin

Share this post

Link to post
Share on other sites

Belə bir sual: Təsəvvür edin ki, Yer üzündəki insanlar yoxa çıxıb və tək siz qalmısını. Hara və necə getmiş olmaları mühüm deyil. Əgər Yerdə tək olduğunuzu bilsəniz, nə hiss edərdiniz, nə edərdiniz?

sonsuz meymun teoremine inansaq bele hal basha vere biler)))

ne ederdim? Defonun qehremani Robinzon kimi yasamaga calishardim)) ele onun kecirdiyi hisslere yaxin hissler de kecirerdim yeqin

Share this post

Link to post
Share on other sites

d5a17a076503.jpg

Tito Salomoni-nin "Həyatin oyunu" eserinden fraqmentdi

indi de esere fikir verin, ve onun kimliyini teyin etmeye calishin. Həmcinin onun oturacagina da diqqetle baxin. O neyle oynayir,nece oynayir,uzunu niye gormuruk? lovhenin kenarlarindaki  vaxti simvolize eden hem de menim imzamla bir basha elaqesi olan yanan şamları da nəzərdən keçirin

Fikus ,  bu sürrealistlərdə  məntiq filan yoxdur ))  Onlar , istədikləri rəsm əsərlərini  istənilən cür yozurlar .  Ona görə də  cavab müxtəlif ola bilər.  Amma , mənə elə gəldi ki,  bu şəkildə  rəssam demək istəyir ki, həyat qısadır  , vaxt gedir  ona görə də insan çalışıb həyatın ona qurduğu  "tələdən"  /  oyundan   çıxış yolunu tez tapmalıdır . Əks halda mənasız həyat   -  mənasız ölümlə nəticələnir .  Oturan da ya həyatın özü  , digər variantda isə  Fortuna ola bilər . 

Maraqlıdır , rəssam özü nə nəzərdə tutubmuş ? 

Share this post

Link to post
Share on other sites

sonsuz meymun teoremine inansaq bele hal basha vere biler)))

ne ederdim? Defonun qehremani Robinzon kimi yasamaga calishardim)) ele onun kecirdiyi hisslere yaxin hissler de kecirerdim yeqin

Təşəkkür cavaba görə. Hekayəni biraz inkişaf etdirsək, daha maraqlı olar :)

Deyək ki, Robinzon kimi öz həyatınıza davam edirsiniz və hər şey heç də pis getmir. Biraz təklikdən darıxırsınız sadəcə. Birdən elə olur ki, başqa biri ilə qarşılaşırsınız. O da necə olubsa, qalıb. Bu insanın kim olması sizi daha çox təəccübləndirərdi və sevindirərdi?

Share this post

Link to post
Share on other sites

Fikus ,  bu sürrealistlərdə  məntiq filan yoxdur ))  Onlar , istədikləri rəsm əsərlərini  istənilən cür yozurlar .  Ona görə də  cavab müxtəlif ola bilər.  Amma , mənə elə gəldi ki,  bu şəkildə  rəssam demək istəyir ki, həyat qısadır  , vaxt gedir  ona görə də insan çalışıb həyatın ona qurduğu  "tələdən"  /  oyundan   çıxış yolunu tez tapmalıdır . Əks halda mənasız həyat   -  mənasız ölümlə nəticələnir .  Oturan da ya həyatın özü  , digər variantda isə  Fortuna ola bilər . 

Maraqlıdır , rəssam özü nə nəzərdə tutubmuş ? 

ressamin neyi nezerde tutdugunu bilmirem. o ozu deyir ki, menim eserlerim tapmacadi, hər kəs uygun hesab etdiyi cavabi vermekdə azaddir

cavab varianlari cox ola biler

Oturan boyuk ssenarist de ola biler. O insan elinin icinde oturub. belke "O" elə bizim əlimizlə uydurdugumuz kəsdir. 

Share this post

Link to post
Share on other sites

Deyək ki, Robinzon kimi öz həyatınıza davam edirsiniz və hər şey heç də pis getmir. Biraz təklikdən darıxırsınız sadəcə. Birdən elə olur ki, başqa biri ilə qarşılaşırsınız. O da necə olubsa, qalıb. Bu insanın kim olması sizi daha çox təəccübləndirərdi və sevindirərdi?

bəlkə də uzun illər təkliyə oyrəşdiyim üçün məni qorxudardi, hürkərdim)) 

Share this post

Link to post
Share on other sites

bəlkə də uzun illər təkliyə oyrəşdiyim üçün məni qorxudardi, hürkərdim)) 

Bu da mümkündür, amma kiminləsə ünsiyyətə də ehtiyac olduğu üçün biraz sevinmiş ola bilərsiniz.

Amma söhbət etdikcə, görürsünüz ki, bu insan dünyada heç sevmədiyiniz tipdə bir insandır və həmişə beləsindən uzaq olmağa çalışmısınız. Ondan bir təhər uzaqlaşıb yenidən tək həyatamı qayıtmağa çalışardınız, yoxsa uzun ildən sonra söhbət etməyə birini tapdığınız üçün kim və necə olduğuna baxmayaraq birlikdə qalmağımı seçərdiniz?

Share this post

Link to post
Share on other sites

Salam Fikus, sənə bu müsahibədə uğurlar və səbir arzulayıram ki, hamının suallarını cavablandırmağa hövsələniz çatsın. Müsahıblərə sual verməyi xoşlamıram, amma yaxşı sual ağlıma gəlsə sonra verəcəm. :) Uğurlar!

Share this post

Link to post
Share on other sites

Bu da mümkündür, amma kiminləsə ünsiyyətə də ehtiyac olduğu üçün biraz sevinmiş ola bilərsiniz.

Amma söhbət etdikcə, görürsünüz ki, bu insan dünyada heç sevmədiyiniz tipdə bir insandır və həmişə beləsindən uzaq olmağa çalışmısınız. Ondan bir təhər uzaqlaşıb yenidən tək həyatamı qayıtmağa çalışardınız, yoxsa uzun ildən sonra söhbət etməyə birini tapdığınız üçün kim və necə olduğuna baxmayaraq birlikdə qalmağımı seçərdiniz?

sohbet ehtiyyacimi dolduracagindan da boyuk subhem var. hec sevmediyim bir tiple nece sohbet ede bileceyem ki

Share this post

Link to post
Share on other sites

Salam Fikus, sənə bu müsahibədə uğurlar və səbir arzulayıram ki, hamının suallarını cavablandırmağa hövsələniz çatsın. Müsahıblərə sual verməyi xoşlamıram, amma yaxşı sual ağlıma gəlsə sonra verəcəm. smile.png Uğurlar!

tesekkurler

Share this post

Link to post
Share on other sites

sohbet ehtiyyacimi dolduracagindan da boyuk subhem var. hec sevmediyim bir tiple nece sohbet ede bileceyem ki

Bir topa qaş-göz çəkib onunla danışarsınız, daha yaxşı olar. Beləmi fikirləşirsiniz? "Fəlakət" filmindəki kimi ))))

Share this post

Link to post
Share on other sites

Bir topa qaş-göz çəkib onunla danışarsınız, daha yaxşı olar. Beləmi fikirləşirsiniz? "Fəlakət" filmindəki kimi ))))

belke de ))

Share this post

Link to post
Share on other sites

Növbəti sualım: yazılarınızdan belə hiss edirəm ki, öz qərarınızı özünüz verməyə çalışırsınız və ətrafdakıların nə düşündüyü sizin üçün o qədər də əhəmiyyətli deyil. Əsas sizin nə düşündüyünüzdür. Güman edirəm ki, doğru hiss etmişəm. Bəs elə bir an olubmu ki, hansısa fikrinizə görə sizi çox qınasınlar və siz bundan narahatçılıq hiss etmisiniz? Amma hərhalda öz fikrinizin doğru olduğunu düşünürsünüz. Ümumiyyətlə, bu cür vəziyyətdə necə davranırsınız? Heç bir şey yoxmuş kimi sakitmi durursunuz, yoxsa öz fikrinizi aktiv şəkildə müdafiə etməyə və qarşınızdakına çatdırmağamı çalışırsınız?

Share this post

Link to post
Share on other sites

Fikusixa müsahibəndə sənə uğurlar.

Çox sual verməyi bacarmasamda ,bir neçə sualim var.Bitkilərə sevgi səndə hardan yaranib?))..

Yaşamağa zaman və məkan seçmək imkanin olsaydi,hansi dövr və məkani seçərdin?

Hələlik bu qədər)))

Share this post

Link to post
Share on other sites

Fikus mən də Sizə müsahibənizdə uğurlar diləyirəm və əminəm ki Sizi də maraqlı müsahib olaraq fərqli tərəflərinizlə görəcəyik.rroza.gif

Hər kəsin fərqli disputa gəlmə tarixçəsi var,bəs Siz necə oldu gəldiniz?Disputda Sizin üçün maraqlı olan nədir?

Share this post

Link to post
Share on other sites

Fikus uğurlar sizə :)

Ceylinin sualından bir sual doğdu fikrimdə. Əvvəlki müsahiblərə də verilib bu sual əslində. Hər halda sizin də fikrinizi bilmək maraqlı olardı. Niyə məhz fikus elastica?

Daha bir sual: evdarlıqla aranız necədir? Yemək bişirməyi daha çox sevirsiniz ya yeməyi? :)

Əvvəlcədən təşəkkürlər.

Edited by Pari***

Share this post

Link to post
Share on other sites

Fikus uğurlar size müsahibede.

1-İlk önce yaşınızı ve adınızı öyrenerdik.Eyer sirr deyilse.

2-Evlilikde qadın savadlı,ali tehsilli olsa kişi ise bir addım dalda qalsa,sizce ailede hansı problemler olar?

Edited by Igolka

Share this post

Link to post
Share on other sites

Fikus,axshaminiz xeyir. Musahie munasibetile tebrik edirem ve sebr arzulayiram)

Ilk suallarim:

Urek yoxsa beyin?

Sevimli renginiz ve niye?

Share this post

Link to post
Share on other sites

Növbəti sualım: yazılarınızdan belə hiss edirəm ki, öz qərarınızı özünüz verməyə çalışırsınız və ətrafdakıların nə düşündüyü sizin üçün o qədər də əhəmiyyətli deyil. Əsas sizin nə düşündüyünüzdür. Güman edirəm ki, doğru hiss etmişəm. Bəs elə bir an olubmu ki, hansısa fikrinizə görə sizi çox qınasınlar və siz bundan narahatçılıq hiss etmisiniz? Amma hərhalda öz fikrinizin doğru olduğunu düşünürsünüz. Ümumiyyətlə, bu cür vəziyyətdə necə davranırsınız? Heç bir şey yoxmuş kimi sakitmi durursunuz, yoxsa öz fikrinizi aktiv şəkildə müdafiə etməyə və qarşınızdakına çatdırmağamı çalışırsınız?

əsas mənim nə dusunduyum və nə hiss etdiyimdir. amma ele bir mekanda yasayiriq ki, istəməsəkdə mueyyen şeylərlə hesablaşmali olursan. Axi sən tək deyilsən, ailən var, sənin adin həm də onlarin adinin tərkib hissəsidi. Sənə deyilən hər hansi bir soz, onlara yapisa bilər. buna görə tam ətrafin fikrini nəzərə almiram deyə bilmirəm.

Fikrimə görə məni kimlər qinayacaq- mənim üçün bu daha önəmlidi. Fikrinə dəyər verdiyim insanlarmi, yoxsa mənə yad olan tamam fərqli düşüncə sahibi. Eger ikincisi məni qinayarsa, ona nəsə izah etməyə bir lüzum gormərəm. Axi boshuna vaxt sərf etmiş olacam, o onsuzda məni basha düşməyəcək, əksinə özünün dogrulugunu mənə  sırımaga calisacaq. 

Share this post

Link to post
Share on other sites

Fikusixa müsahibəndə sənə uğurlar.

Çox sual verməyi bacarmasamda ,bir neçə sualim var.Bitkilərə sevgi səndə hardan yaranib?))..

Yaşamağa zaman və məkan seçmək imkanin olsaydi,hansi dövr və məkani seçərdin?

Hələlik bu qədər)))

- evdə həmişə bitki olub. Anam hər Novruzda səməni ilə yanaşi noxud, lobya cücərdərdi. cox maraqli gəlirdi: balaca bir paxlanin cox tez bir zamanda şaxəli köklü, yaşil yarpaqlı balaca ağaca cevrildiyini seyr etmək.

amma indiki kimi cox gülüm yox idi. 3-4 gülumuz vardi, amma yaşli, boyük güllər idi, bizimlə birgə onlar da böyüyürdü

-1960-ci illərin Bakısı, daha doğrusu köhnə "Pervomayski" küçəsi (sehv elemirəmsə indiki adi Cingiz Mustafayevdi)

Share this post

Link to post
Share on other sites

Fikus mən də Sizə müsahibənizdə uğurlar diləyirəm və əminəm ki Sizi də maraqlı müsahib olaraq fərqli tərəflərinizlə görəcəyik.:rroza:

Hər kəsin fərqli disputa gəlmə tarixçəsi var,bəs Siz necə oldu gəldiniz?Disputda Sizin üçün maraqlı olan nədir?

Tesekkurler

-Disputa sirf gullere olan maragimdan gelmishem. Sexsi elanlar bolumundeki gullerle maraqlanirdim. Guller meni Konulle tanish etdi. Konulle gul mubadilesi etmeye basladiq, gulculukden danishdiq,yaxinlashdiq. Sonra onun musahibesini oxumaq ucun Azforuma daxil oldum ve bu aileye qosuldum)) Azforumda ilk postum Konule unvanladigim sual olub

- Disputu maraqli eden onun userleridi, qonshu bolum bura yuxaridan asagi baxsa da, cox deyerli istifadecileri var

Share this post

Link to post
Share on other sites

Fikus uğurlar sizə :)

Ceylinin sualından bir sual doğdu fikrimdə. Əvvəlki müsahiblərə də verilib bu sual əslində. Hər halda sizin də fikrinizi bilmək maraqlı olardı. Niyə məhz fikus elastica?

Daha bir sual: evdarlıqla aranız necədir? Yemək bişirməyi daha çox sevirsiniz ya yeməyi? :)

Əvvəlcədən təşəkkürlər.

Cox sag olun

- bayaq yazdigim kimi guller meni disputa getirdi, ona gore de ad secende pencereye baxdim ve ilk gozume deyen fikus elastica oldu))

-her ikisini cox sevirem. Amma her yemeyi de yeye bilmirem. Yemeyi kim ve nece bishirib meselesi menimcun onemlidi. Toylarda hemishe ac qaliram)))

Share this post

Link to post
Share on other sites

Fikus uğurlar size müsahibede.

1-İlk önce yaşınızı ve adınızı öyrenerdik.Eyer sirr deyilse.

2-Evlilikde qadın savadlı,ali tehsilli olsa kişi ise bir addım dalda qalsa,sizce ailede hansı problemler olar?

Tesekkur

-adim Fikus)) Fikus, cehrayi eynekle dunyaya baxmayan, beyninde qurdlar qacishmayan, qulaqlarindan erishte asila bilmeyecek yashdadir))

- Qadin ali tehsili kimi, evinde de her bir duzeni ali qurarsa hec bir problem cixmaz. Eksine ali savadli qadin, savadli usaqlar, savadli nesil yetirecek.

Share this post

Link to post
Share on other sites

Fikus,axshaminiz xeyir. Musahie munasibetile tebrik edirem ve sebr arzulayiram)

Ilk suallarim:

Urek yoxsa beyin?

Sevimli renginiz ve niye?

Sag olun, Doktor

-her ikisinin vehdeti

-butun rengleri sevirem, hamisini bir yerde cemleyen goy qursagini seyr etmeyi xususen sevirem.

Share this post

Link to post
Share on other sites

əsas mənim nə dusunduyum və nə hiss etdiyimdir. amma ele bir mekanda yasayiriq ki, istəməsəkdə mueyyen şeylərlə hesablaşmali olursan. Axi sən tək deyilsən, ailən var, sənin adin həm də onlarin adinin tərkib hissəsidi. Sənə deyilən hər hansi bir soz, onlara yapisa bilər. buna görə tam ətrafin fikrini nəzərə almiram deyə bilmirəm.

Fikrimə görə məni kimlər qinayacaq- mənim üçün bu daha önəmlidi. Fikrinə dəyər verdiyim insanlarmi, yoxsa mənə yad olan tamam fərqli düşüncə sahibi. Eger ikincisi məni qinayarsa, ona nəsə izah etməyə bir lüzum gormərəm. Axi boshuna vaxt sərf etmiş olacam, o onsuzda məni basha düşməyəcək, əksinə özünün dogrulugunu mənə sırımaga calisacaq.

Fikus, cavablariniz cox maraqli ve qeyri-adi geldi. Hem menim, hem de diger userlerin verdiyi suallara yazdiginiz cavablar. Eslinde, ele bu cur de gozleyirdim. Meni yaniltmadiniz. Tovsiye almaq xarakterli bir sual: etiraf elemeliyem ki, ish gucle bagli xeyli vaxtdir kitab filan oxuya bilmirem. Ferdi mutalieden uzaqlasmisam ve ozumde bir bilgi, dunyagorushu catismazligi hiss edirem. Amma isteyirem bir yerden bashlayim. Ne meslehet gorerdiniz?

Share this post

Link to post
Share on other sites

Sag olun, Doktor

-her ikisinin vehdeti

-butun rengleri sevirem, hamisini bir yerde cemleyen goy qursagini seyr etmeyi xususen sevirem.

Cavablarinizdan hiss olunur ki,bezi suallarin ustunden oteri kechib gedirsiniz) Xaricen unsiyyetcil olsa da daxilen qapali,yeni ich dunyaniza hec kimi yaxin buraxmayan,hemchinin sehv edeceyinden chekinen,ehtiyatli biri teessurati bagishlayisriniz. Beledir?)

Share this post

Link to post
Share on other sites

Tovsiye almaq xarakterli bir sual: etiraf elemeliyem ki, ish gucle bagli xeyli vaxtdir kitab filan oxuya bilmirem. Ferdi mutalieden uzaqlasmisam ve ozumde bir bilgi, dunyagorushu catismazligi hiss edirem. Amma isteyirem bir yerden bashlayim. Ne meslehet gorerdiniz?

Hansi kitabi oxumaq sirf ferdin heyata , dunyaya olan munasibetinin gostericisi ola biler. Odur ki, konkret bir sey meslehet gormekde cetinlik cekirem. Dunya gorushu catismazligini doldurmaq ucun tematik jurnal, ya da qezetler meslehet gorerdim. Men sexsen neqliyyatda dergiler oxumaqla yolu qisaldirdim,hem de siz deyen boshlugu doldurmaga calisirdim

Share this post

Link to post
Share on other sites

Cavablarinizdan hiss olunur ki,bezi suallarin ustunden oteri kechib gedirsiniz) Xaricen unsiyyetcil olsa da daxilen qapali,yeni ich dunyaniza hec kimi yaxin buraxmayan,hemchinin sehv edeceyinden chekinen,ehtiyatli biri teessurati bagishlayisriniz. Beledir?)

Sonuncu cumlenizle razilasmamaq serti ile duz buyurursunuz. Hec kes sehvden sigortalanmayib,amma sehv edeceyinden qorxub, istediyini reallasdirmaga cehd etmirsense, onda niye yasayirsan ki? Ehtiyyat igidin yarashigidi deyibler, yani riske gedende de agilla, her seyi olcub bicerek getmek lazimdi

Share this post

Link to post
Share on other sites

Hansi kitabi oxumaq sirf ferdin heyata , dunyaya olan munasibetinin gostericisi ola biler. Odur ki, konkret bir sey meslehet gormekde cetinlik cekirem. Dunya gorushu catismazligini doldurmaq ucun tematik jurnal, ya da qezetler meslehet gorerdim. Men sexsen neqliyyatda dergiler oxumaqla yolu qisaldirdim,hem de siz deyen boshlugu doldurmaga calisirdim

Ele yerden dediniz ki )). Men o yollari ancaq musiqiyle qisaldiram, dergiye filan vaxt qalmir :). Tovsiyeniz ucun cox sag olun. Dediklerinize emel etmeye calisaram.

Share this post

Link to post
Share on other sites

Fikusixa.Səni hamidan yaxşi tanidiğima görə deyə bilərəm ki çox şən,aktiv,hazir cavab,mülayim birisən.Ancaq forumda ancaq sərt üzünü göstərirsən.Niyə?

Özünü və xarakterini hansi gülə bənzədirsən?

Ən sevdiyin gül?

P.S.Bitki sevərlər ən çox bitkilərdən danişa bilərlər)))

- Ne bilim, bezen fikirlerimi yontalamadan yaziram , onda da sert cixir yeqin, ondandi

- Ele Fikusa, ona ehtiyyatla yanashmasan, yandirar, acidi yemek olmaz)))

- otaq bitkilerinden Adenium, col gullerinden Viola tricolor(el arasinda- анютины глазки)

Share this post

Link to post
Share on other sites

Yene yazi terzinizden geldiyim neticeye gore kifayet qeder heyat tecrubeniz var. Yashinizla bagli cavabinizdan da bele basha dushdum ki, cox da az deyil. Amma buna baxmayaraq genc insanda olan enerji de hiss olunur sizde. Bu ne ile elaqedardir? Basqa sozle, bu tarazligi nece elde edirsiniz?

Hele de gencem. Bilmek olar, mene nece yas verdiniz?

Share this post

Link to post
Share on other sites

Hele de gencem. Bilmek olar, mene nece yas verdiniz?

Bu cavabiniza qeder 30 ve yuxari vererdim, amma indi biraz tereddud edirem. 27?

Share this post

Link to post
Share on other sites

Bu cavabiniza qeder 30 ve yuxari vererdim, amma indi biraz tereddud edirem. 27?

Balzak yashina az qalib)))

Share this post

Link to post
Share on other sites

Balzak yashina az qalib)))

Cixardigim netice bu oldu ki, Balzakdan baslamaliyam. Ozu de "30 yashli qadin" eserinden :)

Share this post

Link to post
Share on other sites

Fikus, musahibeniz ugurlu olsun. Chox maraqli musahibsiniz. 

Resm ve ressamlar movzusunda en aktiv yuzer Sizsiz, bu da bu senete maraginiz oldugunu gosterir. Ozunuzde bu bacariq varmi? En chox hansi ressamin ishlerini beyenirsiz? 

Sag olun.

-men gullerden panno duzeltmeyi xoshlayiram. Asagida bir necesini teqdim edirem, istifade olunan materiallar tebietdendi. Sonuncusu terra uslubuna yaxindi (cercivesi de qezetden duzelib)

Bezilerini el ishi movzusuna yerlesdirmishdim

-Van Qoqu cox beyenirem. Bir de Qustav Klimtin bir eserini daha cox beyenirem"Stoclet Pallas"-ilk baxishdan cox qarisiq gorunen bir eserdi, diqqetle baxanda siluetleri secmek olur.

Edited by fikus elastica

Share this post

Link to post
Share on other sites

Balzak yashina az qalib)))

Fikus öncəliklə müsahibən uğurlu olsun və Allah sizə səbr versin! :rroza:

İlk sual, həyatımıza məna qatan bizim şirin,şəkər balalarımızdır,Allah onların xeyrin görmək qismət eləsin, hər bir ana ataya! Övladların barədə bilmək istərdim, var? Neçə yaşıarında?

Və, tərbiyyə aşılayan zaman, hansı metoda üstünlük verirsən?

Share this post

Link to post
Share on other sites

Fikus, ixtisasinizi ve ishlediyiniz saheni bilmek olarmi? Ve hazirki ishiniz ureyinizcedirmi?

Edited by Museyib Elekber

Tesekkurler,Elisabeth

-eledir, ovladlarimiz bizim en deyerli varligimizdi, heyatinizin en gozel anlari cox vaxt onlarla bagli olur. Arzulariniza qosuluram

2ovladim var. Hele cox kicikdiler. Ovlad sevgini hiss etmelidi, etibar etmelidi, inanmalidi. Qadagalara gelince, olmaz sozunu isletmemeye calishiram, neticeni gostermekle, onun etmek istediyinden yayindirmaga, ve ya diqqetini basqa seye yoneltmeye ustunluk verirem. Ovladin gozeliyini az terif etmek lazimdi, daha cox qabiliyyetini,aglini, ferasetliyini teriflemek lazimdi. Gozeliyi, paltarini, sacini terif ederken, usaq forslu, ozunden mushtebeh boyuyer. Birde usagin en deyerli oyuncagi kitablari, qelemleri olmalidi. elinde qelem tuta bilen kimi rengli usaq karandashlari verdim. Divari, doshemeni, divani yazmaq qorxusunu bir terefe tulladim, sadece balaca ceza tetbiq eledim, her yazilmasi lazim olmayan yeri yazdiginda karandashlarin biri elinden alinirdi. O bunu cox tez basa dusdu, cemi 1yash 2ayliq idi. Karandashlari ile muxtelf cizma-qaralar edirdi, hem motorikasini inkisaf edirdi, hem de sebeb neticeni daha yaxindan tetbiq ederek oyrenirdi. Sonra rengli kitablar, indi 3 yasa dogru gedir, artiq Nyutonun bashina ne dusdu sualinin cavabini bilir)))))

Share this post

Link to post
Share on other sites

Fikus, ixtisasinizi ve ishlediyiniz saheni bilmek olarmi? Ve hazirki ishiniz ureyinizcedirmi?

İxtisasim muhasibdi, amma ixtisasimla dolayisi yolla elaqesi olan ishde calishirdim, hazirda en boyuk ishim Ovlad boyutmekdi))) ve elbettede ki, bu dunyanin en gozel bir ishidi, hedinden artiq boyuk zovqle ishimi gorurem, ve cox ureyimcedi))

Edited by fikus elastica

Share this post

Link to post
Share on other sites

İxtisasim muhasibdi, amma ixtisasimla dolayisi yolla elaqesi olan ishde calishirdim, hazirda en boyuk ishim Ovlad boyutmekdi))) ve elbettede ki, bu dunyanin en gozel bir ishidi, hedinden artiq boyuk zovqle ishimi gorurem, ve cox ureyimcedi))

"Ishinizde" ugurlar. Evvelki postunuzu oxudum ve size regbetim daha da artdı. Boyuk shexsiyyetler yetisdireceyinizden hec shubhem yoxdur. Allah saxlasin balalarinizi.

Edited by Sunyata

Share this post

Link to post
Share on other sites

Fikus, bir defe demisdiniz ki, "men de istismar olunuram". Men onda ele basha dusdum ki, hansisa firmada heftenin 6 gunu isleyirsiniz. Mumkunse, buna aydinliq getirerdiniz )))

Olunmusham yazmisdim

esline 5gunluk ish gunu qrafiki idi, amma ishden kenar, novbeli ishe cixmaga mecbur idik, elbette evezi odenilmeden((((

Share this post

Link to post
Share on other sites

Olunmusham yazmisdim

esline 5gunluk ish gunu qrafiki idi, amma ishden kenar, novbeli ishe cixmaga mecbur idik, elbette evezi odenilmeden((((

Onda diqqetsizliyime gore uzrlu sayin.

Share this post

Link to post
Share on other sites

Biraz qeribe bir sual: Heyatinizda ve etrafinizda her shey yolunda getseydi, bundan memnunluq duyardinizmi, yoxsa bu "yolunda getme"de de nese yolunda getmeyen bir shey oldugunu dushunub icinizde narahatciliqmi kecirerdiniz?

Bu her seye skeptik yanasan adamlarin ishidi. Butun heyatimiz boyu her seyin yolunda getmesi ucun calishmiriqmi?..

Eger bununcun zehmet cekiremse behresini de nushicanla dadaram.

Onda suali bir qeder deyishim. Butun cemiyyetde her sheyin ideal olmasini isterdinizmi? Yoxsa bu size coxmu darixdirici gelerdi?

Share this post

Link to post
Share on other sites

Onda suali bir qeder deyishim. Butun cemiyyetde her sheyin ideal olmasini isterdinizmi? Yoxsa bu size coxmu darixdirici gelerdi?

Bu mumkunsuz bir seydi. Utopik bir cemiyyetin movcudlugu mumkunsuzdu. Mumkunsuzu arzulamaq ozunu aldatmaqdi.

Share this post

Link to post
Share on other sites

Fikus ,  siyasi  və  fəlsəfəi  əqidəniz   aşağıdakı saydıqlarımdan hansına daha uyğun gəlir ? 

Siyasi :  

Liberalizm  ,  Sosial liberalizm , demokratiya ,  anarxiya , monarxiya ,  parlamentli monarxiya ,  konstitusiyalı monarxiya .

Fəlsəfi  :  

Ateizm , aqnostisizm ,  mistisizm , irrasionalizm ,  idealizm 

Əgər siyahidə yoxdursa , özünüzə daha uyğununu da yaza bilərsiniz ))  Təşəkkür.

Heç bir “izm”, “ist” və ya “çı” ümumiləşdirmələrini qəbul etmirəm. Onların heç biri "mən"i tam ifadə etmir.
Qısa izahat: Heç bir siyasi-fəlsəfi ideologiyanı, inancları, psixoloji hal və davranış şəkillərini və onların insan naturası və bu naturadan doğan sosial, siyasi, iqtisadi və digər növ vəziyyətlər üzərindəki “ümumiləşdirmələrini”, “mütləqləşdirilmiş izahatlarını və tanımlamalarını” və ya insanlara təqdim etdiyi “Həqiqət Yolunu” qəbul etmirəm. Çünki bu İZMlərdən heç biri “İnsan Naturasını”, dolayı olaraq bu naturadan doğan (sosial, siyasi və digər) vəziyyətləri TAM olaraq izah etməyə qadir deyil.©
 
Share this post

Link to post
Share on other sites

Salam.Fikus bele bir suala cavab vermenizi xahish edirem.Deyirler sher demesen xeyir gelmez ve oxudugumuz butun nagillarda bele sher hemishe onde gelse de sonda xeyire meglub olur...Amma bele bir az derinden fikirleshdikde gorerik ki,xeyir de sher de ele insanin ozudur...her ikisi oz mehsulumuzdur.Hansi terefden yanashsag bu beledir.Rushvet alib,evler yixan "gazandigi" pulla Hecc ziyaretine geden "momin" insanlarin,budceden ayrilan milyonlara regmen mekteblerde valideynlerden supurge pulu teleb eden muellimlerin,orduda esgere kontur yukleden zabitin,agridan ah-nale ceken xesteye yaxin durmayarag onun gohumlarini gozleyen hekimlerin ve s. emellerini nece giymetlendirek?Sanki insanlarin icinde bir sher, sheytan gizlenib.Hami butun bunlara gore dovleti,sistemi gunahlandirmaga calishir...Axi maashin azligina gore insanligi nece itirmek olar?Ona gore de herden adama ele gelir ki,indiki zamanimizda sher daim xeyiri usteleyir..Sizce niye her shey eksine olub?

Share this post

Link to post
Share on other sites

menim sualim yoxdu,kicik bir meslehetim var ama icazenizle))ovlad boyuden ana ucun mence,bu seriyanin 3.kitabi meslehetdi))http://book.zku.org.ua/

Share this post

Link to post
Share on other sites

Salam Fikus.Necəsən?Üzürlu say əgər səninlə sən deyə hələ danışmamışıqsa..))

Digər müsahibələrini oxuya bilmədiyim və sual verə bilmədiyim userler incimesin, amma sənə verilən suallari və sənin cavablarini oxudum..

İlk olaraq yaşının düşündüyümdən çox olması məni həm təəccübləndirdi həm də heyran etdi..

Sənə ən çoxu 25-27 yaş verərdim..Çünki çox dəcəl, dəliqanlı, hazırcavab, sanki bəzən düşünmədən veridiyin cavablar səni çox gənc göstərir..Bu təəccübləndiyim hissəsi..

Sənin demək olar ki bütün postlarinda çox gizli bir məna olur..Yəni bəzən kənardan tələsik, düşünülmədən yazilan post kimi görünsə də əslində mənalı, çox yaxşı düşünülmüşdür..BU de heyran olduğum tərəfin )

Sualım isə belədir..Həyatda çoxmu olur danışdığın insanla her şeyi düşünüb danışasan, ya elə səndə verilən cavablar bədahətən yerinə düşür və gözəl alınır?

Share this post

Link to post
Share on other sites

Salam.Fikus bele bir suala cavab vermenizi xahish edirem.Deyirler sher demesen xeyir gelmez ve oxudugumuz butun nagillarda bele sher hemishe onde gelse de sonda xeyire meglub olur...Amma bele bir az derinden fikirleshdikde gorerik ki,xeyir de sher de ele insanin ozudur...her ikisi oz mehsulumuzdur.Hansi terefden yanashsag bu beledir.Rushvet alib,evler yixan "gazandigi" pulla Hecc ziyaretine geden "momin" insanlarin,budceden ayrilan milyonlara regmen mekteblerde valideynlerden supurge pulu teleb eden muellimlerin,orduda esgere kontur yukleden zabitin,agridan ah-nale ceken xesteye yaxin durmayarag onun gohumlarini gozleyen hekimlerin ve s. emellerini nece giymetlendirek?Sanki insanlarin icinde bir sher, sheytan gizlenib.Hami butun bunlara gore dovleti,sistemi gunahlandirmaga calishir...Axi maashin azligina gore insanligi nece itirmek olar?Ona gore de herden adama ele gelir ki,indiki zamanimizda sher daim xeyiri usteleyir..Sizce niye her shey eksine olub?

Tesekkurler, size, her zamanki kimi novbeti maraqli sual. Dogrusu movzu acilarken sizin unvanlayacaginiz suali maraqla gozleyirdim))

Duzdu nagillarin ekseriyyeti, neinki nagillarin, ekser romanlarin, hekayelerin, filmlerin sonu her zaman yaxshinin pise qalib gelmesi ile bitir. Xeyr ve serin mubarizesi her zaman olub ve olacaqda. Heyatimiz ele bunun uzerinde qurulub. Evvelce insan ozunden baslamalidi-oz icindeki seri bogmaqdan. Amma bir sey de var-her kesin xeyr ve ser anlayishi da eyni deyil axi. Muxtelif dunya gorushleri, muxtelif fikirler, muxtelif insanlar demekdi. Biri ucun ser gorunen digeri ucun normal sayila biler, Sizin sadaladiginz amiller kimi. O ki, qaldi dovetin ve sistemin gunahkar olmasina- bele deyek sistem bu serliklere yol acan coxlu tekanlar verir. Bu tekanlarin tesirinden bezen bilerekden , bezen de bilmezden sere yuvarlananlar coxalir. Ona gore sistemin gunahi hec yoxdu demek de duzgun deyil, axi o tekanverici quvvedi. "12ill kolelikde"filminde bele bir sehne var- oz qullarina ezab veren plantatora digeri bunun insanliqdan kenar oldugunu izah ederken, plantator shtat qanunlarini esas getirir. Qanuna gore o menim mulkumdu, istediyimi etmekde azadam.

Cemiyyetin de rolu boyukdur. Meselen rusvet alib vermek bizim cemiyyetde hec vaxt sher sayilmayib. Onun adi hemishe hormet olub. Yuxarida sadaladiginiz amillere hec vaxt guclu ictimai qinaq hiss etmemishem. Bir az deyinibler, sonra yene de her sey oz axari ile davam etmeye baslayib. Guclu ictimai qinaq, ictimai fikir bizim milletin psixikasindan yavash-yavsh silinir, sistemin rolunu inkar etmek olmaz.

İnsanin icindeki xeyr ve ser belke de onun vicdanidi. Vicdan movzusunda bunu bir defe yazmishdim.Xeyr sere qalib gelende olursan vicdanli, eksine olanda olursan vicdansiz. Sebeb vicdansizlarin coxalmagindadi. Yasamaq, daha yaxshi yasamaq isterken, oz xoshbextliyini digerlerinin bedbextliyi uzerinde quranlarin coxlugundandir. Ve ekseri de buna haqq qazandirmaga calishir,axi her kesin yaxshi pis meyari ferqlidir.

Share this post

Link to post
Share on other sites
Guest
This topic is now closed to further replies.
Sign in to follow this  

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79