Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sevgi Hekayəti


Recommended Posts

  • Replies 165
  • Created
  • Last Reply

Top Posters In This Topic

***********

Arzu sms-i dönə-dönə oxudu. Elə bil ordakı hər sözdə nəsə təzə məna, ürəyinə rahatlıq tapmaq istəyirdi. Məgər gözünə yuxu gedə bilərdi bu sms-dən sonra? Arzu pəncərə önündə dayanıb xəyala daldı...

 

Səhər gərgin başladı. Xeyransanın təzyiqi qalxmışdı. Tofiqi düşündükcə, ürəyi döyünür, həyəcanlanırdı. Arzu anasına dərman verib, yatağı yanıda əyləşib gözlədi. Gözü telefonda idi. Telefon susurdu.

 

Xeyransa bilmirdi Arzuya Tofiqlə görüşəcəyini desin, ya yox. Bunu düşündükcə əzab çəkirdi. Anlayırdı ki, Arzu onu qınayacaq, amma nə etməli...

- İndi yaxşıyam, qızım, mənə görə işindən qalma, - Xeyransa dedi.

Arzu anasını qucaqlayıb öpdü və işə qaçdı.

 

Nahar fasiləsində Seymurla görüşməli idi. Həmişəki kimi, mərkəzdən bir az uzaq yerə getdilər. Arzu Seymurdan incimişdi, amma oğlanın nə deyəcəyini, özünə nə bəraət qazandıracağını da bilmək istəyirdi.

Seymur söz açdı;

- O gün gələ bilmədim, bağışla...

- Heç olmasa zəng edəydin, xəbərdar edəydin...

- İmkan olmadı, inan... - Seymur susdu. Bilinirdi ki, ürəyi sözlə doludur, amma Arzunu incidəcəyindən ehtiyat edirdi.

 

Xeyli susdular. Arzu könülsüz halda yemeyini yeyib gözləyirdi. Seymur susmuşdu. Sonra iradəsini toplayaraq:

- Arzu... xahiş edirəm məni dinlə, sözümü kəsmə...Sənə deyəcəyim vacib şey var...

 

Arzu əlində çəngəl donub qaldı. Soyuq xoşagəlməz bir hiss ilan kimi qıvrılıb içinə doldu..........

 

 

ardı olacaq

Edited by sima nagiyeva
Link to comment
Share on other sites

- Sənin nə qərar verəcəyini bilmirəm, amma sən bunu bilməlisən. İlk başdan sənə münasibətim başqa cür idi. Sadəcə vaxtımı xoş keçirmək üçün qəşəng qızdır deyə düşünürdüm. Amma ...

- Seymur, uzatma, nə demək istədiyini de!

Link to comment
Share on other sites

**********

Arzu Seymuru dinlədikcə, qanı qaralırdı. Demək, bu oğlan əyləncə axtarırmış... Mən isə on inanmışdım. Elə biirdim düz oğlandı, səmimidir...

- Arzu, qulaq asmırsan? - Seymur qızın dalğın olduğunu görüb soruşdu.

- Davam et...

- Bilirsən... Sən bu sözümdən sonra bəlkə mənə nifrət edəcəksən... Sənə mesajları mən yazmırdım........

-?????

- Bir dostum var, Azər. Bir gün dedi ki, yaxşı bir qıznan tanış olub. Oturub sənə internetdə yazmağa başladıq növbəylə... Sonra Azər sənə mesjlar yazdı. İstəyirdi səninlə tanış olsun. Sən mənim xoşuma gəldin. Mən Azərdən sim nömrəsini götürdüm... Buna görə ona qonaqlıq da verdim, - Seymur güldü.

- Gülürsən? - Arzu acı-acı soruşdu.

- Azər kişi kimi söz verdi ki, bir də sənə yazmayacaq. Sən ancaq mənim olmalısan!

- Sənin? Onda elçilərini göndər! - Arzu kinayə ilə dedi.

- Axı mən evliyəm....

 

 

ardı var....

Link to comment
Share on other sites

Arzu hirsli addımlarla gedirdi. Seymurun əlində oyuncaq olduğuna inana bilmirdi. Həm evli olasan, həm də mənə eşq elan edəsən! Üstəlik, dostunu da bu işə qatasan! Əclaflar! Namərdlər!

 

- Arzu, Arzu! Eşitmirsən? Arzu! - kimsə bayaqdan onu çağırırdı.

Arzu dayandı. Qarşıdan gələn xanıma baxdı. Tanıdı - qrup yoldaşı Zərifə idi. Qızlar görüşdülər, qucaqlaşıb öpüşdülər. Zərifə hiss etdi ki, Arzunun kefi yoxdu. 

- Gəl gedək bizə, burda, yaxında yaşayıram, - Zərifə Arzunun qolundan dartdı.

- İşə getməliyəm...

- İcazə al.. Onsuz da günün yarısı keçib.

Arzu heç nə istəmirdi. Bir qaranlıq otaga qısılıb hönkür-hönkür ağlamaq istəyirdi...

 

 

 

ardı olacaq

Link to comment
Share on other sites

Xahiş edirəm ciddi olun hörmətli istifadəçilər,sevgi hekayətim haqqında nədəyə bilərsiz?

İnciməyin xanım, çox uzundur deyə inanmıram kimsə oxusun.Yaxşı olmasına şübhə etmək istəmirəm.Bəlkə evdə olanda oxumaq olar.O da kiminse elavə vaxtı olsa.

Link to comment
Share on other sites

İnciməyin xanım, çox uzundur deyə inanmıram kimsə oxusun.Yaxşı olmasına şübhə etmək istəmirəm.Bəlkə evdə olanda oxumaq olar.O da kiminse elavə vaxtı olsa.

Çox uzun? Onda yaxşı bu necədi "Doğuldular, yaşadılar, öldülər" Maraqlıdır məncə. Qısa və konkret.. Hekayə təxminən neçə sözdən ibarət olmalıdır?

Link to comment
Share on other sites

Mexdi,eserin uzunlugu-qisaligi oxucu ucun meyar deyil.

 

sadece burdaki postlar eylence xarakterli olduguna gore qisa hecmde yazilir

 

sizin hekayeniz ayrica bir movzu kimi yerlesdirilseydi - daha yaxsi olardi

 

 

 

 

amma bu movzuda da onun yeri pis deyil)))))))

 

evvelini oxudum.. elimde bir az islerim var, onlari bitirenden sonra hekayeni tam oxuyub fikrimi deyecem

 

ugurlar

 

 

her seye regmen - icinizde deyilesi sozler varsa - onlar deyilmeli ve yazilmalidir (ister hekaye seklinde, ister roman seklinde)))

Link to comment
Share on other sites

Çox uzun? Onda yaxşı bu necədi "Doğuldular, yaşadılar, öldülər" Maraqlıdır məncə. Qısa və konkret.. Hekayə təxminən neçə sözdən ibarət olmalıdır?

мен бунданда гыса есер таныйырам ки ики созден ибаретди "мухарибе!йох" теессуфки муеллифин адыны унутмушам((

Link to comment
Share on other sites

  • 2 weeks later...

Sima xanim .Hekayənin sonu yoxdur?Arzu telefonda taniş olduğu sevgilisi Seymurla sonu nə oldu?Tofiq o vaxtdan xəstəlikdən öldü,qaldi?Xeyransa xanim Tofiqi bağişladimi?

ilham perileri berk yuxudadır)))))))))

 

bir azdan davami olacaq........ duzdu, bir nece adam qatilsaydi yazmaga - daha maraqli ve eylenceli olardi....

Link to comment
Share on other sites

ilham perileri berk yuxudadır)))))))))

 

bir azdan davami olacaq........ duzdu, bir nece adam qatilsaydi yazmaga - daha maraqli ve eylenceli olardi....

Sima xanim ilham pərisindən danişmayin.Mənədə gəlmişdi.Qaçdi.Zorlada yenidən tutub gətirə bilmirəm.)))

 

Səbr edək yenə.Bəlkə qayitdi.

Link to comment
Share on other sites

  • 3 months later...

yuxum yoxdu(((((((( qərara gəldim sevgi hekayətinə davam edəm

****

Arzu  kədərlə əlindəki fotoya baxırdı. Anası Tofiqlə ( Arzu Tofiqi ata kimi qəbul edə bilmirdi, ata deməyə dili gəlmirdi hələ də) avtomobilin yanında dayanıb şəkil çəkdiriblər. Tofiqin üzündə razılıq təbəssümü var, Xeyransa isə ciddi baxışlarını irəli zilləyərək dayanıb.

"Anam bağışladı... hər şeyi - çəkdiyimiz əziyyəti, üzüntüləri, təkliyi, əzabı unutdu... Yəni belə sevirmiş bu adamı? Axı onları bir-birinə nə bağlaya bilər..." - Arzu anasını düşündükcə, kədərlənirdi. Anası daha gözəl həyata, gözəl münasibətlərə layiq idi, amma nədənsə, 20 il ona əziyyət vermiş kişini yenidən həyatına buraxdı... "Başa düşmürəm, niyə axı? Niyə........."

"Bəs Seymur? Birdən o da mənə qayıtmaq istərsə, qəbul edərəmmi? Yox, yox! Heç vaxt!" - Arzu əlini hirslə masaya çırpdı.

 

ardı var

Link to comment
Share on other sites

***

Arzu qrup yoldaşı Zərifənin toyuna dəvət almışdı. Zərifə şaqraq gülüşlü, totuq-motuq bir qızdı, amma heç bir kompleksi yox idi və köklüyünü qürurla daşıyırdı. Hələ tələbə olarkən, nərmə-naziklik xətrinə pəhriz saxlayan, daim ac olan və aclıq hissindən əhvalları pozulan qızlara gülər, "dəlisiz, vallah, - deyərdi, - kimə lazımdır sizin bu qurbanlarınız! Sizi bəyənən oğlan üçün nə kilonuz, nə fiquranız vacib olmayacaq! Sevginiz vacib olacaq!"

- Sevgi öz yerində, amma yarasıqlı olmaq da lazımdır, - qızlar Zərifəyə etiraz edəndə, o, gülüb:

- Mənə baxın da! - deyərdi. - Məgər mən gözəl deyiləm? İştaham da yaxşıdır, kefim də əladır! Üstəlik oğlanlar mənimlə daha çox maraqlanırlar, siz isə acından o gündəsiz ki, heç bir oğlan sizə yaxınlaşmağa ürək etmir!Hay-hayınız gedib, vay-vayınız qalıb!

Link to comment
Share on other sites

 Arzu toya getməyə hazırlaşırdı. Bəzənib-düzənib şadlıq sarayına gəldi. Foyedə xeyli qonaq toplaşmışdı. Arzu güzgünün qarşısında dayanıb əliylə saçını hamarladı, külək saçını bir az dağıtmışdı. Nəsə ona elə gəldi ki, kimsə qızı müşahidə edir. Arzu dönüb baxdı - qonaqlar arasında Seymuru görüb duruxdu. Özünü itirdi. Sonra uzun ziyafət paltarının ətəyindən tutub tələsik addımlarla zala qalxdı.

Həyəcandan ürəyi titrəyirdi. Seymur hara, bu toy hara...

Toy yiyəsi Arzunu tələbə qızların masası arxasında əyləşdirdi. Qızlar coşquyla bir-birini salamlayır, hal-əhval tutur, altdan-altdan qısqanc nəzərlərlə bir-birini süzürdülər.

- Arzu, sən çox qəşəngləşmisən, - qızlardan biri dedi. - Tamam başqa qızsan... Yəqin idmana gedirsən, hə? Ərə getmisən? İşləyrsən? Danış da...

Arzunun fikri başqa yerdə idi, qızlara heç qulaq asmırdı...

Link to comment
Share on other sites

Tədricən məclis qızışırdı. Zərifə gözəl gəlinlik paltarında zala daxil olanda, hamı ayağa qalxıb onu alqışladı. Zərifə mülayim təbəssümlə yuxarı başda qurulmuşbəylə-gəlin masası arxasında əyləşdi. Qızlar ona yaxınlaşıb şəkil çəkdirdilər, gəlini öpüb qucaqladılar.  Arzu Zərifəyə yaxınlaşıb təbrik etdi. Zərifə hiss etdi ki, Arzu həyəcanlıdır.

- Nə olub? - Zərifə soruşdu

- heç...

 

Qızlar zalın mərkəzində rəqs edirdilər. Arzu tək-tənha masa arxasında əyləşib düşünürdü ki, evə getsə yaxşıdır. Bu zaman kimsə onun yanında əyləşdi.

Seymur idi. Arzu bilmədi nə desin. Musiqi gurultusundan onsuz da heç nə eşidilməyəcəkdi. Arzu ayağa qalxdı. Zaldan çıxdı.

Link to comment
Share on other sites

Arzu küçədə dayanmış taksilərər tərəf gedirdi. Seymur onun dalınca qaçaraq, qolundan tutdu:

- Getmə. Gəl danışaq.

- Yox. Danışmağa mövzu yoxdu

- Var. Tərslik etmə. Dinlə məni... Xahiş edirəm.... - Seymur qızın qolunu azacıq sıxdı. - Gəl səni aparım. Evə gedisən? Yolda danışarıq... Gəl.

Arzu Seymurun maşınına mindi. Niyə mindi? Hara gedəcəkdi, nə danışacaqdı - bilmirdi. Fikirləri tamam qarışmışdı...

 

081ea9aa15ffb3fed75732355a69a1c7

 

ardı var

Link to comment
Share on other sites

Seymur gözlərini yola dikmişdi, sükandan bərk yapışmışdı - gərgin vəziyyətdə olduğu hiss edilirdi. Arzu susurdu. Şəhərin gecə işıqlarının bəzək verdiyi küçələri boş idi, tək-tük piyadalar evlərinə tələsirdilər.

Nəhayət, Arzu dilləndi:

- Hara gedirik? Sən heç bilmirsən, mən harda yaşayıram...

- Bilirəm... Mən sizin məhəllədə saatlarla səni gözləmişəm...

- ?????

- Hə.... Məndən inciyəndən sonra səninlə görüşmək, danışmaq istəyirdim. Sən telefona cavab vermirdin. Gəlib məhəllənizdə gözləyirdim, maşında, sonra da çıxıb gedirdim, sənə yaxınlaşmağa cürət etmirdim...

Yenə susdular.

- Arzu, - fikirlərini toplayan Seymur sözə başladı, - bilirəm, məni əclaf sayırsan. İnan ki, yanılırsan... Əyləncə sandığım tanışlıq ciddi bir hissə çevrildi tədricən, bunu özüm də gözləmirdim... İnanmırsan?

Arzu çiyinlərini çəkdi. Nə deyəydi... İndi Seymur özünə bəraət qazandırmaq üçün dil tökəcəkdi, yalvaracaqdı...

Seymur davam etdi:

- Mən sənə həqiqətən bağlanmışdım, sən mənim illərlə axtardığım, lakin tapmadığım qızsan...

- Bəs arvadın?

- Ehhhh.... birini bilirsən, beşini bilmirsən...

 

 

ardı var

Link to comment
Share on other sites

Mövzunu bura köçürdüm . İzah burada - http://www.disput.az/index.php?showtopic=377050&p=21884194

 

Müəllifə -  Sima xanıma anlayış  üçün ,  irəlicədən  təşəkkür ! :rroza:

 

təşəkkür

 

izahsız da aydın idi ki, başqa bölmədə açılmalıydı))))) amma idman və əyləncədə yox - forumçuların yaradıcılığında........

 

ele deyilmi?

Link to comment
Share on other sites

*******

Seymur sükütü pozdu:

- Arzu, dinlə məni.... Boynuma alıram, səninlə tanışlığımda məqsəd əyləncə idi, evde arvadımla münasibətim yaxşı deyildi, gərginlik yaşayırdım və belə anda səninlə tanış oldum..... sən mənim üçün bir damla həyatverici su kimi oldun, başa düşürsən? Sənə bağlandım.... sevdim... inanmasan da... ona görə evli olduğumu sənə deyə bilmədim... bilirdim ki evliliyim səni məndən uzaqlaşdıracaq... elə də oldu...

- Sən düz hərəkət etmədin... evdə arvadın ola-ola niyə tanış olursan axı? Niyə! Mən olmayım, başqa qız olsun. Kim sənə ixtiyar verib ki, qızların həyatı ilə oynayasan!

- Haqlısan... amma neynim... mən də insanam, sevmək-sevilmək istəyirəm! Buna haqqım yoxmu? Kənardan baxan elə bilir bəxtəvərəm, amma içim necə yanır, kimsə bilməz...

- Səni sevən var... arvadın...

- Başa düşmürsən nə deyirəm, nə istəyirəm.... Mən istəyirəm ki, sevdiyim qadının bircə təbəssümü bütün yorğunluğumu çıxartsın, bircə öpüşü üzüntülərimi unutdursun... onu qucaqlayanda bədəninin istisi, saçlarının ətri məni dəli etsin... Bütün bunlardan məhrumam. Anam elə əvvəldən demişdi ki, filankəsi sənə alacıq... evdən getdim, Rusiyada yaşadim 3 il... Düşündüm, o qızı başqasına ərə verərlər... Amma yox... Evləndim... Hələ də özümü bağışlaya bilmirəm... Nə özüm gün görürəm, nə də arvadım... hiss edir axı... sevmədiyimi bilir...

 

 

ardı var

Link to comment
Share on other sites

təşəkkür

izahsız da aydın idi ki, başqa bölmədə açılmalıydı))))) amma idman və əyləncədə yox - forumçuların yaradıcılığında........

ele deyilmi?

Elədir. Razıyam. Gələcəkdə mütləq yerini dəyişərik.

Link to comment
Share on other sites

Mən də balaca bir müəmmalı sevgi tarixçəsi haqqında yazmaq istəyirəm..Amma bura yazmalıyam ya yaradıcılıq bölməsinə başa düşmədim.Bura yalnız bir hekayə üçündürsə mən hoppanıb forumçuların yaradıcılıq otağına ki özüm yazacağım bir hekayəni sizlərə çatdırım. əgər maraqlı olsa.

Link to comment
Share on other sites

Mən də balaca bir müəmmalı sevgi tarixçəsi haqqında yazmaq istəyirəm..Amma bura yazmalıyam ya yaradıcılıq bölməsinə başa düşmədim.Bura yalnız bir hekayə üçündürsə mən hoppanıb forumçuların yaradıcılıq otağına ki özüm yazacağım bir hekayəni sizlərə çatdırım. əgər maraqlı olsa.

 

 

 

eger sevgi hekayetidirse - bura da yaza bilersiz/ men evvel dusunurdum 1 hekayeni kollektiv sekilde yazaq..... amma indi hesab edirem ki here hansisa 1 sevgi hekayetini bura yaza biler - muxtelif sevgi hekayetlerini........

Link to comment
Share on other sites

Mən də balaca bir müəmmalı sevgi tarixçəsi haqqında yazmaq istəyirəm..Amma bura yazmalıyam ya yaradıcılıq bölməsinə başa düşmədim.Bura yalnız bir hekayə üçündürsə mən hoppanıb forumçuların yaradıcılıq otağına ki özüm yazacağım bir hekayəni sizlərə çatdırım. əgər maraqlı olsa.

 mene maraqlidir) gozleyecem

Link to comment
Share on other sites

eger sevgi hekayetidirse - bura da yaza bilersiz/ men evvel dusunurdum 1 hekayeni kollektiv sekilde yazaq..... amma indi hesab edirem ki here hansisa 1 sevgi hekayetini bura yaza biler - muxtelif sevgi hekayetlerini........

 

Kollektiv olsaydı daha maraqlı olardı, amma nədənsə gözlədiyim qədər maraq göstərilmədi. 

Link to comment
Share on other sites

Kollektiv olsaydı daha maraqlı olardı, amma nədənsə gözlədiyim qədər maraq göstərilmədi. 

Mən elə bu fikrinizə görə ayrı yerdə yazacam.Forumçuların yaradıcılığında.Maraqlı hekayənizə maraqsızlıq gətirmək istəmərəm.Uğurlar bu bölmədə sizlərə.

Link to comment
Share on other sites

**********

Nəhayət, Arzugilin küçəsinə çatdılar. Seymur Arzuya tərəf dönüb:

- Getmə, gəl danışaq, - dedi. - İnan, biz gözəl anlar yaşaya bilərik...sən mənim dostum,sirdaşım, könül yoldaşım, gecə-gündüz düşündüyüm insansan...

 

Arzu susdu. Seymur isə cavab gözləyirdi. Xeyli susandan sonra Arzu dedi:

- Mən sənin xətrini çox istəyirəm, amma sənin dediyini qəbul edə bilmərəm, anla məni... Gizlin-gizlin görüşmək istəmirəm...Özün də anlayırsan ki, münasibətlərimizin gələcəyi yoxdur... - Arzu qapını açıb maşından çıxdı.

- Bizim həyatımız faciədi, biz çox axmaq bir mühitdə yaşayırıq, - Seymur acı-acı dilləndi, - biz həmişə ürəyimizlə deyil, "Ətrafdakılar nə deyər"lə yaşayırıq, amma üzüntülərdən göz yaşı tökəndə o ətrafdakılar dərdinə şərik olacaqmı, göz yaşlarını siləcəkmi... ehhh....

 

Seymur maşını sürüb getdi. Arzu evlərinə qalxdı. Yatağına girib xeyli düşündü. Seymurun sözündə həqiqət vardı, lakin başqa tərəfi - Seymurun arvadını unutmaq lazım deyil. "Lap tutaq ki, Seymurla görüşməyə başladım, bəs arvadı, ailəsi? Mənimlə görüşdən sonra hansı üzlə arvadının yatağına gedər? Onun üzünə necə baxar? Yoxsa xəyanət etmək bu qədərmi asan gəlir Seymura..."

 

İçindəki bir səs pıçıldayırdı: "Sənə nə... Seymur özü xəyanət addımını atır... onun ailəsinin dərdini çəkmək sənəmi qalıb...". Amma Arzu belə münasibət istəmirdi, o hesab edirdi ki, Seymur yalnız onun olmalıdı, əgər ailəsi varsa, Arzu ilə heç bir münasibətdə ola bilməzdi...

 

 

:romashka:

 

 

ardı olacaq

Link to comment
Share on other sites

teklif etmisdim evveller - nese alinmadi))) hami ilham perisini gozledi......... gozledi........ peri de aldatdi)

onda bele edek, eyni hekayenin davami gelsin, qiriq hekayelerdense,men de bu movcud gedishata oz yazilarimi qosharam, mende herden olur -)
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 45 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 102 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 708 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...