Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Virtual Kinoteatr

Nightwatchman

Recommended Posts

Hə, danışdığımız kimi, virtual kinoteatr mövzumuzu açıram və burda birlikdə ən yaxşı filmləri seyr edib, müzakirə edəcəyimizə ümid edirəm. Mövzunun maraqlı və reytinqli olmasından asılı olaraq, davamlı olub-olmamasına isə baxarıq.

Deməli, qaydalar:

1. Sayımızın elə də çox olmaması və müxtəlif zövqlərdə olduğumuzu nəzərə alaraq, film seçimini etibar edirik dünya məşhur İMDb və Kinopoisk reytinqlərinə. Nəzərinizə çatdırım ki, bu reytinqlər dünyanın ən ünlü reytinqləridir və uzun illər boyu tərtib olunub və daim yenilənir.

2. Film cümə günü seçilir ki, hər bir kəs istirahət günlərində filmə rahat baxa bilsin və baxıldıqdan sonra, həftə boyu, növbəti cüməyə qədər film müzakirə olunur.

3. Hər bir iştirakçı filmə 1-10 şkalası üzrə qiymət verə bilər və yekunda filmin orta qiymətini hesablayarıq.

Əlbəttə ki, yazılmamış qanun - müzakirələrin dinc yolla və etika qaydalarına uyğun aparılması məqsədəuyğundur...)))

Xahiş edirəm Azforumun daimi iştirakçıları və onların sıralarına qoşulmaq fikrində olanlar müzakirələrə qoşulsunlar, yəni, bir post yazmaq xətrinə yazmayın. Anlayışla qarşılanacağına ümidvaram.

Uğurlar!

44ef7ebab66c.jpg

Link to comment
Share on other sites

  • Replies 277
  • Created
  • Last Reply

Top Posters In This Topic

Rüfət , çox sağ olun !  Əla ideyadır və qaydalarınız da lap əladır .  Mən ikiəlli  tərəfdarıyam və müzakirələrdə də iştirak edəcəyəm  .  Ugurlar !   

Filmləri buradan siyahi üzrə  götürəcəyik ?   -  http://www.kinopoisk.ru/top/lists/58/

Link to comment
Share on other sites

Coxdandi maraqli filme baxmiram. Reytinqden ozumuz secek, yoxsa siz yerkesdireceksiz siyahini?..

Filmləri buradan siyahi üzrə  götürəcəyik ?   -  http://www.kinopoisk.ru/top/lists/58/

Deməli fikrim belədir. Maraqlı olsun deyə reytinqlərin ilk sırasından başlayaq. Hər iki reytinq üzrə 1-ci sıradan başlayaq, əgər reytinqdə eyni pillədə müxtəlif filmlər olsa, öz aramızda 2 filmdən birini seçək və növbə ilə hər ikisinə baxaq. Reytinqlərin ssılkalarını bura qoyuram ki, hər kəs üçün asan olsun.

http://ru.wikipedia.org/wiki/250_%D0%BB%D1%83%D1%87%D1%88%D0%B8%D1%85_%D1%84%D0%B8%D0%BB%D1%8C%D0%BC%D0%BE%D0%B2_%D0%BF%D0%BE_%D0%B2%D0%B5%D1%80%D1%81%D0%B8%D0%B8_IMDb

http://www.kinopoisk.ru/top

Hər iki reytinqdə ilk pillədə eyni filmdir. Deməli bu həftə üçün filmimiz hazırdır. "Şouşenkdən qaçış"

Bir xahişim var, heç kim deməsin ki, mən bu filmə baxmışam, mən artıq hazıram. Şəxsən mən bu filmə bəlkə 15-20 dəfə baxmışam. Amma yenədə baxacam, gəlin yenidən baxaq və yaddaşımızı təzələyək. Beləliklə, bazar gününə qədər filmə baxmaq lazımdır.

Ideyanıza görə uğurlar, baxacam filmə.

Link to comment
Share on other sites

Hə, beləliklə, cümə günü gəldi çatdı. Bu həftənin filmini təqdim edirəm.

"Şouşenkdən qaçış" - "The Shawshank Redemption" - 1994

Rejissor - Frenk Darabont

Ssenari - Stiven Kinq

Rollarda - Tim Robbins, Morqan Frimen

Bazar gününə qədər baxaq, sonra isə müzakirəyə başlayaq. Uğurlar!

e8833672b8d2.jpg

Qiymət  qoymaq olar  ?  )) Yoxsa sabah baxanlar ola bilər ?

Link to comment
Share on other sites

Baxmısızsa olar əlbəttə ki, əslində mən də artıq baxmışam, sadəcə camaatı gözləyirəm.....))))))

Ok  Hələlik  qiymətimi  şərtlərə  əsasən 10 ballıq şkalada 9  ball  verirəm  .  Bəlkə sabah baxanlar da olar , müzakirə vaxtı daha geniş  yazaram.   Amma onu da deyim ki, 100 ballıq reytinq olsaydı  95- 96 verərdim ))

Link to comment
Share on other sites

Ok  Hələlik  qiymətimi  şərtlərə  əsasən 10 ballıq şkalada 9  ball  verirəm  .  Bəlkə sabah baxanlar da olar , müzakirə vaxtı daha geniş  yazaram.   Amma onu da deyim ki, 100 ballıq reytinq olsaydı  95- 96 verərdim ))

Deyəsən, ilk yazan elə özüm olacam.....))))) Ok, başlayaq.

Link to comment
Share on other sites

Şouşenkə ilk dəfə baxmaq qərarına gələndə, fikirləşdim ki, türmə həyatına aid adi filmlərdən biri olacaq yəqin ki, çirkab yemək, dava-dalaş, güclü-zəif qarşıdurması və s. Amma baxdıqdan sonra yanıldığımı anladım, bu adi film deyil, bir qədər qeyri-adi filmdir. Hadisələr türmədə cərəyan etsə də, türmə sanki fon rolunu oynayır. Əsas rollarda isə, dostluq, iradə, ümid, məqsədyönlük və haqq-ədalətdir.

Mənim tarixin ən gözəl filmləri 100-lüyümdə bu film ilk sırada deyil, dünya reytinqindən fərqli. Amma ilk onluqdadır, sözsüz. 

Türmə həyatı çox pis həyatdır, heç kimə göstərməsin Allah belə həyatı. Türməyə düşən adətən cinayətkar olur, cinayətkarın isə heç bir mənəviyyatı yoxdur, o türməyə düşəcəyini bilir və məncə ona elə də çətin olmur türmə həyatı, bir tərəfdən cinayəti edəndə artıq bunu gözləyir, digər tərəfdən isə mənəviyyatsız insanın belə mühitdə özünə yer tapması elə də çətin deyil. Amma, gəl ki, cinayət törətməyən insan, haqsızcasına türməyə düşəndə, görün onun halı necə olur. Gəlin özümüzü Endinin yerinə qoyaq. Savadlı, alicənab bir insan, bank müdiri, gözəl ailəsi və həyatı olan insan, haqsızlıq nəticəsində türməyə düşür, özü də ömürlük. Bura onun həyat yoldaşının ona xəyanət etməsini bilməsini də əlavə etsək ümumiyyətlə onun halına acımamaq olmur. Belə baxanda çıxış yolu çox sadədir, kəndir, sabun və əlvida, həyat, deyilmi? Amma, güclü insan bunu etməz, güclü insan mübarizə aparar. Endi kimi. Onu sındırmaq asan deyil, hətta türmə homoseksualistləri onu zorlasa belə, o, yenə də mübarizə aparacaq, onun məqsədi var, ilk baxışdan gülməli və yerinə yetirilməsi mümkün olmayan olsa belə. Bu filmin bir hissəsi - ümid və iradənin bariz nümunəsi.

Kim fikirləşər ki, türmədə dostluq anlayışı mümkündür. Əslində mümkündür, sadəcə bunun üçün türmədə dostluq anlayışını anlaya bilən insanlar olduqda. Red bunlardan biridir. Baxmayaraq ki, o Endini ilk baxışdan bəyənməmişdi və hətta ilk olaraq onun sınacağı haqda pariyə girişmişdi. Amma özünün dediyi kimi, bu ilk təəssürat idi, yanlış təəssürat. Dərilərinin rəngi, birinin cinayətkar, digərinin ixə yox, savadlarının müxtəlifliyi onların dost olmasına xələl gətrimir. Onların dostluğu Endinin ondan balaca bir kirka sifariş etməsindən başlayır və azadlıqda bir-birinə qovuşmaqları ilə bitir. Bax belə, türmədə başlayan və azadlıqda davam edən dostluq. Bu filmin digər hissəsi - dostluq.

Türmə həyatı nə qədər pis olsa da, bu özü də ilk təəssüratdır. Türməyə ilk düşən türməyə nifrət edir, sonra yavaş-yavaş öyrəşir, sonda isə türməsiz yaşaya bilmir. Çünki onun həyatı artıq budur. O artıq intizama öyrəşib, burada özünə yer edib, burda bir şəxsiyyətdir, həyatda isə heç kimdir. Qoca Bruks kimi, o 50 il türmədədir, ona burda hamı hörmət edir, onun öz işi, məşğuliyyəti var, onun hətta öz qarğası var. Amma həyatda o heç kimdir, onu heç kim tanımır, ona heç kim hörmət etmir, o sadəcə türmədən çıxmış adam, ikinci sort insandır. Azad həyat onun üçün yaddır, onun üçün dardır. O bu həyatı tərk etməlidir. "Burda Bruks var idi". Red həmçinin, o türmədə ən sayılıb seçilən simalardandır. Azadlıqda isə heç kim, dükanda malları torbalara dolduran işçi (kağız torbalar gördüm uşaqlığım yada düşdü). O, tualetə getmək üçün müdirdən icazə alır. Müdir icazə almağın vacib olmadığını ona başa salır. Red fikirləşir: "40 il tualetə getmək üçün icazə almışam". O artıq belə formalaşıb, başqa cür bacarmır. O da, bu həyatda yaddır, onun da fikrindən köçmək keçir, amma, mübariz Endinin ona aşıladığı ümid hissi ona kömək edir. Bu da bir hissə - Ən pis mühitə də belə uyğunlaşma və intizam.

Azadlıq, insanın əlindən alına biləcək ən böyük bir məvhumdur. İnsanın hər bir şeyini əlindən almaq olar, o insan yaşayar, amma azadlığını alsan, o insan solar, daha heç vaxt əvvəlki həyata qayıda bilməz. Azadlığı əlindən alınmış insan, bir neçə saniyə də olsa, o azadlığı yenidən hiss edəndə özünə yer tapmır, heyranlığını gizlədə bilmir. Damda Endinin sayəsində pivə içdikləri zaman, Endinin bütün türməyə musiqi yayımladığı zaman insanların mimikasını yada salın bir. Bu da bir hissə - azadlıq!

Endinin türmədən qaçması, mümkün olmayanın mümkünlüyünü isbat edən bir nümunədir. İnsan istəsə hər şeyə nail olar, bircə ümid, məqsəd və iradə ölməsin.

Yaradıcı heyət haqqında - mənim üçün filmin ağası, Allahı, sahibi rejissordur. Heç bir aktyor filmdə baş rol oynamır, rejissor istəsə onları kukla kimi oynadar. Film tam olaraq rejissorun əməyidir. Frenk Darabont - elə də tanınmış rejissor deyil, amma, cəmi 4 film çəkib, onlardan ikisi reytinqdə ilk pillələrdədir, fantastik göstəricidir, deyilmi? Afərin! Çox gözəl işləyib, ən xırda detallara qədər, heç bir iradım yoxdur. Ssenari - əfsanəvi Stiven Kinq, maraqlıdır, əsasən, dəhşətli janrda yazan insanın, dram əsəri də olarmış. Oxumasam da, eşitmişəm ki, gözəl əsərdir, film ilə əsər arasında elə də çox fərq yoxdur, deməli, gözəl əsərdir. Morqan Frimen(Red) - deyərdim ki, o, bu rolu hətta Endidən də gözəl oynayıb, filminə baş qəhrəmanı odur. Həmişəki kimi fantastik. Tim Robbins(Endi) - görkəmində acizlik, çaşqınlıq, qozbellik görünsə də, daxili aləminin necə böyük və güclü olduğunu çox gözəl biruzə verib. Əla aktyorlar sırasına daxil olmasa da, normal aktyordur, üzərinə düşən rolu layiqincə yerinə yetirib. Tamaşaçılara bu insanın xüsusiyyələrini aşılayıb. Afərin! Digər aktyorlar baş rolda olmadığına görə yalnız birini qeyd edəcəm. Bob Qanton(türmə müdiri) - ilk dəfədən özünü dindar, Bibliya ilə göstərməsinə baxmayaraq, hədsiz dərəcədə ədalətsiz və qəddar olmasını görürük. Aktyor bu rolu çox gözəl oynayıb.

Nəticə - mənim fikrimcə bu film 10 bala layiqdir, çinki çox gözəl filmdir, sadə, çox incitməyən və narahat etməyən film, sonda hətta emosiyaları qaldıran film. Çox təəssüf ki, bu film 7 nominasiyaya layiq görüldüyü halda heç bir Oskar qazanmayıb. Əslində bunda başlıca səbəb, çəkildiyi ildir. Nə edək ki, həmin il "Forest Qamp" və "Kriminal qiraət" kimi filmlər çəkilib, onlarla mübarizə aparmaq çox çətindir. Amma digər illərdə Oskar almış ucuz filmlərə baxanda, bu filmin Oskarsız qalması, məncə ədalətsizlikdir.

Buyurun, dostlar, fikirlərinizi təqdim edin, müzakirə edək.

Link to comment
Share on other sites

Əvvəla  ,filmə baxmışdım  , amma bir də baxdım .

Yuxarıda Rüfər  çox gözəl  formada film haqqında -  mən deyərdim ki, kiçik  məqalə  səviyyəsində  -  filmin  yaradıcılrı ,  əsas rollarda oynayan aktyorlar ,süjet və  çox məqamlar haqqında  fikirlərini yazdı.  Onunla tam razıyam  .  Film doğrudan da dünya reytiniqlərində layiqli yer tutmalıdır  .

Amma ...  Zənnimcə 1 ci yeri yox ))  Elə  Rüfətin dediyi kimi bəlkə də birinci 10 -luqda möhkəm yeri var ... 

Filmdə  maraqlı  4 personaj  gördüm.    Endy , Red, Bruks və dustaqxananın rəisi  .   Hər biri tamam fərqli  olaraq maraq doğurur .  Bəzən mənfi qəhrəmanları da filmin maraqlı  personajı  hesab edirik .  Bu mənada dustaqxana rəisi  mənfi , amma maraqlı obraz idi ...  Xüsusilə də sonda  intihar etməklə , gözlənilməz addım atdı .  Ondan Stalin kimi "yaxşı"   tiran çıxardı ))

Mənfi obraz barədə bu qədər . Keçək müsbətlərə ))  Endi  xarakterindəki  müxtəlifliyi  ilə maraq doğurur.  Bir tərəfdən əzmli,  güclü , dərrakəli  , praqmatik   olan bu personaj , digər tərəfdən bunlara təzad kimi  sentimental  və   idealist xarakterini  də  yeri gəldikcə nümayiş etdirir  .  

Xoşuma gələn fikirlərindən   -   "Həyatda cinayətkar deyildim, dustaqxanada cinayətkar oldum"  ...   Yəni,  əslində bu dustaqxananın cəmiyyətdə  rolu və yerini şübhə altına qoyan fikirdir.  Onunla tam razıyam  -   dustaqxana  islah etmir , dustaqxana  cinayətkar edir (  90 %  hallarda )  

Ümid haqqında fikirləri çox xoşuma gəldi .   

Başqa bir yerdə  (  biləndə ki , kim onun arvadını və onun məşuqunu öldürüb )   , yenə də özünə təlqin etmək istəyir ki, arvadı onun diqqətsizliyi  üzündən bu  günahı edib .  Yəni, özünü  baxamayarq ki titəyi dartmayıb , bununla yanaşı günahkar sayırdı  ...  Bu an  o qədər də aydın deyil -   o dustaqxanada keçirdiyi  illərini  cəza kimi  qəbul etmək istəyi ilə özünə bəraət axtarırdı ya həqiqətən belə düşünürdü ... 

Bu an onun dostu  Red  ( daha bir maraqlı obraz )   onun pis ər ola bilməsini deyir , amma qatil olmamasını da deyir.    Bir növ  Endini  şokdan çıxarır (  zənnimcə  ...)    Redin hər 10 ildən bir amnistiyaya çıxmaq cəhdi , xüsusilə də son  nitqi  -  40 il yatdıqdan sonra -   maraqlı idi . 

Bruks mənə - bu forumda bəlkə də bir neçə dəfə yazmışam -  Bastilliya qalasının alınmasından sonra oradakı  dustaqları  yada saldı . Deyilənə görə  Bastilliya dustaqları  20 , 30 , 40 , 50  il  dustaqxanada olduqdan sonra inqilab nıəticəsində azad olunurlar.  lakin , onların yarısı  müəyyən vaxtdan sonra könüllü yenidən  dustaqxanaya qayıdır ...  Bu hadisəni  məşhur hind filosofu və  ruhi müəllimi  Oşonun ifasında eşitmişəm .  Bu hadisə ilə bağlı    o  ,  azadlığın nədən yox nə üçün olmasını  vurğulayır.   Bruksun  azadlığın nə üçün  olduğunu  anlamağa imkanı olmadı (( 

Ümumiyyətlə ,  film çox təsirlidir .  Amma , 10  ball ehtiyatımı digər filmlərə saxlayıram ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Başqa bir yerdə  (  biləndə ki , kim onun arvadını və onun məşuqunu öldürüb )   , yenə də özünə təlqin etmək istəyir ki, arvadı onun diqqətsizliyi  üzündən bu  günahı edib .  Yəni, özünü  baxamayarq ki titəyi dartmayıb , bununla yanaşı günahkar sayırdı  ...  Bu an  o qədər də aydın deyil -   o dustaqxanada keçirdiyi  illərini  cəza kimi  qəbul etmək istəyi ilə özünə bəraət axtarırdı ya həqiqətən belə düşünürdü ... 

Təşəkkürlər Sunyata, fikirlərinizə və qiymətinizə görə. Nədənsə digər iştirakçılarımız passivdir.

Həmin səhnə yadımdadır. Endi deyir ki, tətiyi mən çəkməsəm də, arvadımı mən öldürmüşəm. Çünki, onun həmin an orda olmasının başlıca səbəbkarı mənəm. 

Əslində, mən onunla razıyam, bu fikrimi bir çox yerlərdə demişəm, çox vaxt da, tənqid olunmuşam. Amma mənim fikrimcə, qadının xəyanət etməsində başlıca səbəbkar kişidir. Kişinin xəyanət etməsi çox asandır, kişi istənilən sadə bir səbəbdən, bir anın hökmündən xəyanət edə bilər və həmən də onu yaddan çıxarar, yəni bu onun fizilogiyasından irəli gəlir. Amma qadının xəyanəti, düşünülmüş, iradəli addımdır. Sevib-sevilən, diqqətdənkənar qalmayan qadın buna getməz. Bu qadının psixologiyasıdır. Buna görə də mən Endi ilə razıyam ki, arvadının ölümündə, onun bilavasitə rolu var idi. Çünki, qatilin danışığından bildiyimiz kimi öldürülən biznesmen idi, qadın sadəcə yanında olduğuna görə qətlə yetirildi, əgər Endi vaxtında ona diqqət yetirsəydi, qadın orda olmazdı.

Link to comment
Share on other sites

Təşəkkürlər Sunyata, fikirlərinizə və qiymətinizə görə. Nədənsə digər iştirakçılarımız passivdir.

Rufet,cox sag olun maraqli movzuya gore. 

Duzu bu filme indi baxmaga vaxtim olmadi,amma evveller 2 defe baxmisham.

Film haqda ele genish yazdiniz ki,elave etmeye hec ne qalmadi) 

Film haqqinda qiymetim 9/10 baldir.

Menim 10-lugum da IMDB-nin onlugundan ferqlenir. Amma men mehz onluga dushenleri yox,maraqli diskussiyaya sebeb ola blecek ziddiyetli filmleri muzakire etmeyi teklif ederdim. Mes: Zakonoposlushniy grajdanin ve ya Sobstvennost dyavola. Cunki bu tip filmlerde haqqin kimin terefde olmasi,bash qehremanin musbet ve ya menfi obraz olmasi muzakire obyektidir.

Link to comment
Share on other sites

Filme yeniden baxdim ve Stiven Kingin eyni adli eserini de oxudum. Cox az film tapilar ki, kitabindan ugurlu olsun. Mence bu film bu sirada irelide gelmelidir. Kino cox ugurludu ve eserden daha tesirlidi. Kinoda olan en maraqli meqamlar kitabda yoxdu

-Red- eslinde kuren oldugu ucun bu adi ona turmede vermishdiler

-Bruksun intihari, son mektubu(kinonun en tesirli yerlerinden biri). Bruksun qargasi.

-Motsartin nefis musiqisi(en sevdiyim kadrlardan biri)

-Tomminin gullenmesi(Norton onu daha yaxshi seraitli turmeye kecirir, susmasi muqabilinde)

-Nortonun ozunu oldurmesi(eserde O,Endiden sonra korupsiya qalmaqalindan qorxub istefa verir)

Eserin orijinal adi "Rita Xeyuort ve Sousenkadan xilas "di

Kitabdan maraqli bir dioloq

– Не приуменьшай своих достоинств. Ты самоучка, человек, который всего в жизни добился сам. Совершенно замечательный человек, на мой взгляд.

– О дьявол, у меня нет даже диплома высшей школы.

– Я знаю. – Ответил Энди.

– Но не бумажка создает человека. И не тюрьма его уничтожает.

– За пределами этих стен я буду ничем, Энди. Это точно.

– Обдумай мои слова

Cixardigim Netice: yuxarida movzu sahibi yazib ki, azadligi insanin elinden alsan solar, razi deyilem, umidi insanin elinden alsan o solar, mehv olar. " Помни, что надежда – хорошая вещь, возможно, даже лучшая из всех. Она не умирает. "

Yerde qalanlar haqda yuxarida cox gozel yaziblar, tekrerlamaga luzum yoxdu

9 bal halali olsun))

Link to comment
Share on other sites

Rufet,cox sag olun maraqli movzuya gore. 

Duzu bu filme indi baxmaga vaxtim olmadi,amma evveller 2 defe baxmisham.

Film haqda ele genish yazdiniz ki,elave etmeye hec ne qalmadi) 

Film haqqinda qiymetim 9/10 baldir.

Menim 10-lugum da IMDB-nin onlugundan ferqlenir. Amma men mehz onluga dushenleri yox,maraqli diskussiyaya sebeb ola blecek ziddiyetli filmleri muzakire etmeyi teklif ederdim. Mes: Zakonoposlushniy grajdanin ve ya Sobstvennost dyavola. Cunki bu tip filmlerde haqqin kimin terefde olmasi,bash qehremanin musbet ve ya menfi obraz olmasi muzakire obyektidir.

Buyurun Vüqar, çox sağ olun ki, iştirak edirsiz.

Reytinqlərdən başladım ki, öz seçimimiz olmasın, çünki zövqlərimiz müxtəlif ola bilər. Bir qədər belə davam edək, sonra baxarıq. Məncə, reytinqdə də müzakirə olunacaq filmlər var, qabaqdadır.

Edited by Nightwatchman
Link to comment
Share on other sites

Cixardigim Netice: yuxarida movzu sahibi yazib ki, azadligi insanin elinden alsan solar, razi deyilem, umidi insanin elinden alsan o solar, mehv olar. " Помни, что надежда – хорошая вещь, возможно, даже лучшая из всех. Она не умирает. "

Yerde qalanlar haqda yuxarida cox gozel yaziblar, tekrerlamaga luzum yoxdu

9 bal halali olsun))

Fikirlərinizə görə minnətdaram.

Link to comment
Share on other sites

Mövzu sahibinə böyük təşəkkür düşür..Zənnimcə çoox maraqlı mövzudur..Və müəllifin filn haqqında fikirləri, turklər demiş yorumları çox maraqlı idi..

Bu filme 2-3 defe baxmisam..Stiven Kinqin kitab formasında oxuduğum " Yaşıl mil " və " Şouşenkadan qaçış " əsərləri doğrudan da dünya kinomatoqrafiyasının ən şedevr əsərlərindən sayılır..

Film haqqında indi çox şey deyə bilməyəcəyəm, çünki son dəfə baxdığımdan xeyli keçib..detalları yadımda deyil..Ancaq Bruksun azadlığa çıxandan sonrakı həyatı və özünü öldürmə səhnəsi heç vaxt yadımdan çıxmır..

Ya tyuremniy colevek, mne trudno jit na svobode...

Filmə 10 ballıq şkala üzrə 9 verərdim..

Edited by Tom Ford
Link to comment
Share on other sites

Əvvəlcə maraqlı mövzu üçün təşəkkürlər rroza.gif 

Film haqqında mövzu sahibi çox gözəl,ətraflı formada fikrini qeyd edib.Mən də film həvəskarı kimi bir-iki cümlə əlavə edim))

Bir çox nominasiya üzrə Oscara namizəd göstərilən və heç birini almayan,amma dövrümüzdə dünyanın ən yaxşı filmləri siyahısında birinci sırada olan bir film haqqında onu deyə bilərəm ki,doğurdan da mükəmməl bir filmdir.

Xanımını öldürmədiyi halda həbsxanaya düşən bankirin dramını əks etdirən bu film öz janrında ən baxımlı filmlərdəndir. Təsir edici ssenari, Tim Robbins başda olmaq üzrə Morgan Freeman və digər aktyorların məharətli ifası,rejissor işi,dialoqlar,musiqi və s.filmi baxımlı və yadda qalan edir.

Filmə əvvəldən başlayaraq kədərli bir atmosfer hakim olsa da,sona doğru hər şey axarını dəyişir.Andy-nin qurtuluş və Brooksun final səhnəsi mənim üçün filmin yadda qalan hissələrindəndir.

Filmdə zamanın və azadlığın nə qədər böyuk bir şans olduğu,satın alına biləcək və geri qaytarıla bilməyəcək olduğu cox gözəl tərzdə öz əksini tapıb.Ve son olaraq film sübüt edir ki,heç kimin bizdən almayacağı tək şey var həyatda, o da ümid,qəhrəmanı azadlığa qovuşduran o umid...

Filmə  9/10 kimi qiymətləndirirəm.

Fimdən unudulmaz sitat: Brooks Was Here. So Was Red.

rroza.gif 

Link to comment
Share on other sites

Axırı ki, baxdım bu gecə filmə, çox əvvəllər də baxmışdım, amma demək olar ki, yadıqğamışdım. Axıra kimi maraq götürmüşdü məni görək qaçış nə vaxt olacaq. Və sonda baş verdi. Bir də Endynin açdığı oyuğu görəndə maraq bürüdü məni ki, o qədər qazıntını hara edib O? Bunun cavabı da sonda aydınlaşdı. 

Amma filmdən bir anlaşılmazlıq qaldı məndə. Kim diqqət yetirib desin. Turməyə içəridən baxanda Endynin otağı 2-ci mərtəbəyə düşür, İkinci mərtəbədə o uzunluqda (qalınlıqda) diyar ya beton səddi haradan idi? İkinci - Əgər o 2-ci mərtəbədən düşürdüsə oyuqdan çıxdıqdan sonra çox hündürdən düşməyini çəkiblər.

Belədə isə qiymət 10 ballıq şkala ilə 8 bal.

Axı  o  ,  yerə düşmür  , kanalizasiyaya düşür . Məncə  ona görə  düşməsi çox hündürdən görünür ...

Link to comment
Share on other sites

Axı  o  ,  yerə düşmür  , kanalizasiyaya düşür . Məncə  ona görə  düşməsi çox hündürdən görünür ...

Kanalizasiyani sındırıb girir içinə, amma ona qədər xeyli yuxarıdan düşməyini göstərirlər.

Link to comment
Share on other sites

Əvvəlcə maraqlı mövzu üçün təşəkkürlər rroza.gif 

Film haqqında mövzu sahibi çox gözəl,ətraflı formada fikrini qeyd edib.Mən də film həvəskarı kimi bir-iki cümlə əlavə edim))

Bir çox nominasiya üzrə Oscara namizəd göstərilən və heç birini almayan,amma dövrümüzdə dünyanın ən yaxşı filmləri siyahısında birinci sırada olan bir film haqqında onu deyə bilərəm ki,doğurdan da mükəmməl bir filmdir.

Xanımını öldürmədiyi halda həbsxanaya düşən bankirin dramını əks etdirən bu film öz janrında ən baxımlı filmlərdəndir. Təsir edici ssenari, Tim Robbins başda olmaq üzrə Morgan Freeman və digər aktyorların məharətli ifası,rejissor işi,dialoqlar,musiqi və s.filmi baxımlı və yadda qalan edir.

Filmə əvvəldən başlayaraq kədərli bir atmosfer hakim olsa da,sona doğru hər şey axarını dəyişir.Andy-nin qurtuluş və Brooksun final səhnəsi mənim üçün filmin yadda qalan hissələrindəndir.

Filmdə zamanın və azadlığın nə qədər böyuk bir şans olduğu,satın alına biləcək və geri qaytarıla bilməyəcək olduğu cox gözəl tərzdə öz əksini tapıb.Ve son olaraq film sübüt edir ki,heç kimin bizdən almayacağı tək şey var həyatda, o da ümid,qəhrəmanı azadlığa qovuşduran o umid...

Filmə  9/10 kimi qiymətləndirirəm.

Fimdən unudulmaz sitat: Brooks Was Here. So Was Red.

rroza.gif 

Mövzu sahibinə böyük təşəkkür düşür..Zənnimcə çoox maraqlı mövzudur..Və müəllifin filn haqqında fikirləri, turklər demiş yorumları çox maraqlı idi..

Bu filme 2-3 defe baxmisam..Stiven Kinqin kitab formasında oxuduğum " Yaşıl mil " və " Şouşenkadan qaçış " əsərləri doğrudan da dünya kinomatoqrafiyasının ən şedevr əsərlərindən sayılır..

Film haqqında indi çox şey deyə bilməyəcəyəm, çünki son dəfə baxdığımdan xeyli keçib..detalları yadımda deyil..Ancaq Bruksun azadlığa çıxandan sonrakı həyatı və özünü öldürmə səhnəsi heç vaxt yadımdan çıxmır..

Ya tyuremniy colevek, mne trudno jit na svobode...

Filmə 10 ballıq şkala üzrə 9 verərdim..

Çox sağ olun fikirlərinizə görə!

Axırı ki, baxdım bu gecə filmə, çox əvvəllər də baxmışdım, amma demək olar ki, yadıqğamışdım. Axıra kimi maraq götürmüşdü məni görək qaçış nə vaxt olacaq. Və sonda baş verdi. Bir də Endynin açdığı oyuğu görəndə maraq bürüdü məni ki, o qədər qazıntını hara edib O? Bunun cavabı da sonda aydınlaşdı. 

Amma filmdən bir anlaşılmazlıq qaldı məndə. Kim diqqət yetirib desin. Turməyə içəridən baxanda Endynin otağı 2-ci mərtəbəyə düşür, İkinci mərtəbədə o uzunluqda (qalınlıqda) diyar ya beton səddi haradan idi? İkinci - Əgər o 2-ci mərtəbədən düşürdüsə oyuqdan çıxdıqdan sonra çox hündürdən düşməyini çəkiblər.

Belədə isə qiymət 10 ballıq şkala ilə 8 bal.

Minnətdaram fikirlərinizə görə. Endinin otağı mərtəbədə sonuncu idi və yəqin ki, ona görə ondan sonra elə qalın divar mövcud idi. Qaldı ki hündürlüyə, məncə burada nəinki, ikinci mərtəbədən birinciyə qədər olan hündürlük, həmçinin ondan aşağı da nəzərdə tutulub, çünki, kanalizasiya birinci mərtəbə səviyyəsində deyil, ondan da aşağı - podval səviyyəsindədir.

Link to comment
Share on other sites

Həmçinin, maraqlı bir sitat yadıma düşdü, musiqi haqda. Endi deyir - Musiqinin əsas xüsusiyyəti də elə budur, onu heç kim səndən ala bilməz.

Doğrudan da, hərdən nə isə bir iş görürsən, beynində musiqi "fırladırsan", kim olur olsun, onu səndən ala bilməz.

Link to comment
Share on other sites

Endi  barədə  bir maraqlı  tərəf də var ki , süjetlə  əlaqədar bu  indi geyəcəyim an  diqqətdən kənarda qalıb.     Mənə maraqlı idi ki , Endi  faktiki olaraq həqiqətən xanımını  və məşuqunu öldürməyə  cəhd etmişdi . Bu  qətli törətməyə  ona cəmi bir addım  məsafə  qalmışdı ...  Yəni , "Rubikonu keçə də bilərdi" .  Bu halda eyni hadisələr baş verəcəkdi , lakin tamaşaçı tərəfindən ona münasibət  "bir qədər"  dəyişə  bilərdi .  Dustaqxanada eyni hadisələr nəyə görə baş verəcəkdi ?  Ona görə ki,  bu unsanın xarakteridir ...  Günahlı /  günahsız o qaçmalıydı ...  Endi tipli insanlar azadlığa hər yolla çatmaq fikrindən asanlıqla vaz keçmirlər .

Edited by Sunyata
Link to comment
Share on other sites

Bilirsiniz mənə hansı yer çox təsir edir, Red Endinın qizli yerini tapanda, oxuduğu məktubda ona olan müraciəti görəndə, gözləri yaşarır, o anlayır ki onu da düşünən, sevən biri var bu dünyada...

Və bir epizod da var, marketdə işlədiyi vaxt o icazə alır, sartirə getmək üçün...

Nə qədər, illərboyu əsarət altında olduğu biruzə verirdi.

Birdə birinci dəfə bu filmə baxanda elə bildim o da özünü Bruks kimi asacaq, lakin tərsi olanda çox sevindim))

Link to comment
Share on other sites

Hə, dostlar, növbəti filmin vaxtı yaxınlaşır. Reytinqlərdə 2-ci sıradakı filmlər müxtəlifdir, seçim etməliyik. Bir reytinqdə "Yaşıl mil", digərində isə "Xaç atası" filmidir. Hər iki filmə baxacayıq, amma gəlin ilk baxacağımız filmi seçək. Mənim təklifim "Yaşıl mil"-dir. Davam edin, sabah axşama qədər seçim edək.

"Xaç atasını" daha çox sevirəm , amma siz deyon olsun )) Mən də "yaşıl milə"  səs  verirəm .

Link to comment
Share on other sites

Yaşıl mil,sonra xaç atası..

Əslində fikrim başqa idi, sadəcə dedim məsləhət edək. Əgər reytinqlərə fikir versəz, birində "Xaç atası" 1 və 2 bir-birinin ardınca gəlir. Ona görə də fikirləşirəm ki, əvvəl "Yaşıl mil"-ə baxaq, sonra isə "Xaç atası"-nın hər iki seriyasına dalbadal baxarıq. Necə fikirdir?

Yaxşı fikirdi ,  ikisinə  də baxıb ümumi müzakirə aparmaq olar.   Bəs  3-cü hissə  reytinqlərdə yoxdur ? 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане резко выросло число объявлений о продаже Toyota Prius
      В Азербайджане со вчерашнего дня число объявлений о продаже Toyota Prius выросло в три раза.
      Как передает Media.az, только сегодня на популярном сайте купли-продажи автомобилей Turbo.az опубликовано свыше 70 объявлений о продаже Toyota Prius.
        При этом цены на автомобили снизились с 14 тыс. манатов до 10 - 12 тыс. манатов.
      Это связывается с тем, что накануне Кабмин утвердил «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси», согласно которым, автомобили старше 15 лет не могут быть использованы в качестве такси.
       
      Media.az
      • 63 replies
    • Зверство в прямом эфире: Чем чревато жестокое обращение с детьми в соцсетях - ВИДЕО
      Сегодня цифровизация прочно вошла в нашу жизнь. Практически у каждого человека есть личный аккаунт в той или иной социальной сети. Вначале эти онлайн-платформы предназначались для общения между людьми, разделенными большими расстояниями. Однако со временем соцсети начали
        • Like
      • 5 replies
    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Like
      • 62 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Haha
        • Like
      • 40 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 148 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Facepalm
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Facepalm
        • Downvote
        • Upvote
        • Haha
      • 11 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...