Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

20 Yanvar Faciəsi - Xalqimizin Qan Yaddaşidir

Recommended Posts

        Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.

        Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Link to comment
Share on other sites

Allah butun shehidlerimize rehmet elesin! Belke de kimlerse meni qinayacaq, amma artiq 8 ildir Shehidler XIyabanina getmirem. Mezarlarin uzerindeki shekillere baxanda cox utaniram. O insanlar azadliq ugrunda olduler bes biz azad ola bildikmi?Vetenin bir hissesini ermeniye qalanini da aliyevin bandasina verib sakitce oturmushuq evlerimizde. Indi haqqimiz chatirmi onlarin mezarlarini utanmadan ziyaret etmeye? Vallah men bacarmiram. Ele bilirem indi chixacaqlar qebirden deyecekler " Hansi uzle gelmisen bura?Men azadliq ugrunda oldum sense koleliyi, meglubiyyeti qebul edib rahatligi ustun tutdun." Yeqin cox pessimistem, amma alinmir da bashqa cur alinmir.....

Edited by HPTRUEVISION

Ürəyimnən dedin bu sözləri. Mən səni qınamıram, özümdə beləyəm. Kişi də olsaq, adam hərdən qadınnan pis ağlayır belə şeyləri fikirləşəndə tez tez. Nədən desən yaza bilərəm, belə şeylər adama ağır təsir edir, yazmaq olmur. Nə qədər yazmaq olar deyirsən özüvə. Mir Şahin demişgən, Allah səbir verməsin.

Edited by Simruq
Link to comment
Share on other sites

O vaxtlar biz uşağıydık, Larisanın , İlqarın şəhid olmağı bizə daha cox təsir etmişdi,..hec yadımdan cıxmır bir müddət sonra, hadisələr bir az sovuşandan sonra axır ki məktəbə gələndə uşaqların gözlərində böyük bir nifrət var idi...Baxışları dəyişmişdi,yaddaşımdan hec vaxt cıxmayacaq o mənim gülərüz, şən sinif yoldaşlarımdan bir əsər əlamət qalmamışdı... Biz sinifdə oturub hər şeyi təhlil edərdik, hətta üşaqlar savaşmaq ücün cəbhəyə getmələri ücün müraciyyət etmişdilər... Qəbul etmədikdə cox əsəbləşdilər.

Mən müəllimlərimə cox minnətdaram, o vaxt bizə onlar cox kömək elədilər, mənəvi, psixolojik olaraq bizə qayğı göstərdilər, onların önündə baş əyirəm! Allah bizim övladlarımıza belə biz vəhşiliklərdən hifz etsin!!! Vətən uğrunda döyüşlərdə iştirak edib, torpaqlarımızı azad etsinlər!!! Inşallah!

Böyük zərbə idi ömrümüzdə, şəhidlərlə bərabər şahidlərə də cox zərbə dəydi, yaddaşlardan silinməz o anlar (((

Allah şəhidlərimizin məkanın cənnət eləsin!!!

Link to comment
Share on other sites

Ümidvaram ki, bu günün hansı gün olduğunu hər bir Azərbaycan vətəndaşı bilir. Mənim 4 yaşım vardı, yadımdadır ki, tanklara baxmaq üçün pəncərəyə yaxınlaşırdım, hamıda mənim üstümə qışqıraraq pəncərədən çəkirdilər. Sonra, səhər hamı ağlamağa başladı, evdən çıxmağa qorxurdular, hamı evdə idi, bircə atamdan başqa, o gecəni şəhərdə keçirmişdi, heç bir xəbər yox idi ondan. Axır gəldi çıxdı, hamı üstünə cumdu, amma bir az havalı idi. Nə bir kəlmə danışdı, nə də ağladı. Elə o vaxtdan elə havalı qaldı. 

Sonra biz böyüdük, bizə bu dəhşətləri başa saldılar, öyrətdilər. Amma yenə də tam anlamırdıq. Vəzifəmiz, bu gün haqqında sual veriləndə cavab vermək və ildə bir dəfə bir yerdə Şəhidlər Xiyabanına gedib məzarların üzərinə gül qoymaq idi.

Nəhayət, yetkinlik yaşına çatdıq, hər bir şeyi özümüz öyrənməyə, oxumağa, araşdırmağa və dərk etməyə başladıq. Bax burda artıq bütün pərdələr qalxdı. Mən anladım ki, o gün necə bir gün olub. Bir tərəfdən faciəvi və dəhşətli, digər tərəfdən isə mənim xalqımın məğrur və qorxmaz vətəndaşlarının olmasını, indi isə həmin vətəndaşlardan izin-tozun qalmamasını biruzə verən gün. Mən anladım ki, mənim ora gedib soyuq məzarın üzərinə 30 qəpiyə alınmış gül qoymağa haqqım yoxdur. 

2 il Şəhidlər Xiyabanının yanında işlədim, hər gün yanındakı dayanacaqda avtobusdan düşüb, avtobusa mindim, yenə də gedə bilmədim ora.

Nə vaxtsa gedib başıuca oradakı qardaş-bacılarımızı yad etmək ümidi ilə......Allah rəhmət eləsin!!!

Link to comment
Share on other sites

Əsas məsələ odur ki,  bu itkini  verməyimizin səbəbi yadımızdan çıxmasın !    Müstəqillik ! 

Mən o vaxtlar çox aktiv idim , ailəmizdə hamı  aktiv  protestlərə qoşulmuşdu  .  Yadıma gəlir  bir dəfə  şəhərin hansısa bir yerində mitinqlər və nümayişlər gedən yerdə  hər ikimiz şüar deyə deyə anamla rastlaşdıq ))

Həmin bu  faciəli gecədə isə atam , mən və qardaşım  şəhərin  qaynar nöqtələrində idik.  Sonra hadisələr başlayanda bir - birimizi itirdik  .  Səhər  müxtəlif vaxtlarda  evə geriyə döndük .   Mən Respublikanski  xəstəxananın yanında idim .  Tanklar gələndə  biz cavanlar tanklara daş və  yanacaqla dolu butulkalar atmağa başladıq.  Sonra yan yörəmizdə artıq yaralananları görüb başa düşdük ki , güllələr həqiqidir ...   Xəsətəxanaya qaçmağa başladıq.   Bu əclaflar hətta qaçan adamları da güllələyirdi arxadan.   Xəstəxanada işıqları söndürsələr də  xəstəxananın özünü də güllələməyə başladılar...

Məni  ən çox yandıran o idi ki,   bunun səhəri günü ya bir neçə gün sonra  bir məktəbi bitirdiyimiz  Dima adlı etnik rus olan  qonşu  çörək  mağazasının düz qabağında rus tankını içindən boylanıb bizə baxırdı .  Həmin vaxtı  gənc idim , emosional idim  -  onu öldürməyim belə gəlirdi  ...  Bakılı olan bu rus oğlan ,  məhəllə uşağı  indi bizə düşmən tankından oturub yuxarıdan aşağı baxırdı ...

Çox pis günlər oldu  ...  Amma xalq arasında görünməmiş bir həmrəylik var idi .  Sanki hamı bir -birinə bacı qardaş , ata oğul , ana bala idi  ....  Təəssüf ki, yalnız  yaman gün insanları birləşdirir.sad.png

Edited by Sunyata
Link to comment
Share on other sites

http://sandinist17.livejournal.com/12680.html

Ela yazidi, mence artiq soze ehtiyyac yoxdu, kishi hamsini yazib, oxuyun

Fikus  , bu kişi  demoqoqiya və  faktları təhrif etməklə məşğuldur  .  Diqqət edin Bəxtiyar Vahabzadə ,  İsgəndər Həmidov və Xəlil Rza haqqında yazdıqlarının 20 yanvara nə dəxli var ?    Mənə öz gözlərimlə gördüklərim  bəs edər.   Bu kişi indi gəlib nağıl danışacaq ki  , heç bir qəhrəmanlıq  , əzmkarlıq ,  müstəqiiliyimizi əldə etmək üçün heç bir əziyyət çəkən olmayıb.  Bu kişini  həmin günlər  adları çəkilənlərin yerində görmək istərdim  ,  adları çəkilməyən  100 minlərlə insanın  yerində də .. 

Əgər  kütləvi / milli qəhrəmanlıq  mövcuddursa , həmin günlərdə məhz bu baş verirdi . Hamının gözünün önündə ... Həmin dövrlərdə  xalqımızla çox səmimi qəlbdən fəxr edirdim  ...  Bu kişi  siyasi  xadimlərin hər bir hadisədən öz xeyirlərinə istifadə etməsi cəhdini qabardaraq bilərəkdən  xalqın qəhrəmanlığını  kiçildir ...  Qətiyyən razı deyiləm bu kişi ilə ...

Kishi xalqin qehremanligini kicilden bir sey yazmayib axi. Sadece ozge qehremanligindan istifade edib behrelenenleri qabardib. Meger bele deyil? Esrler boyu basqa xalqlarda buna oxsar prosesler gedib.

"Данышанлар исә о ҝүнләрдә һеч нәји илә рисг етмәмиш адамлардыр. Фәрги јохдур о адамлар инди һакимијјәтдәдир, јохса дејил. Әсас одур ки, персонажлар өзләрини тарихин сәһифәләринә сохмаг истәјирләр вә 20 Јанвар фаҹиәси бу мәгсәдә чатмаг јолунда чох әлверишли үсулдур."

Bu  personajlar 100 minlərlədir.   Onda gəlin susaq ...  Heç nə danışmayaq ...  Çünki  müəllifin sözlərinə əsasən  o günlərdə  tanınmış adamlardan  bir nəfər  də olsa kişi çıxmayıb.   Qəribədir , belə isə  ,  Ayaz Mütəllimiovu  , Rus ordusunu  sonralar kim Azərbaycandan qovdu ?  Kim Azərbaycanı Rusiya üçün artıq idarəolunmaz etdi ?    

Ne deyirsiz, indi burda ULU ONDER in heyat ve yaradiciligindan behs edek? Axi her yerde xilaskarimiz ODUR.

Link to comment
Share on other sites

Ne deyirsiz, indi burda ULU ONDER in heyat ve yaradiciligindan behs edek? Axi her yerde xilaskarimiz ODUR.

Fikus ,  nahaq mənim sözlərimi  tamamilə başqa istiqamətə yönəldirsiniz  ...  Siz müəlliflə razısınız , mən isə yox.  Bunun Əliyevə nə dəxli var ?   Heç məndən bir dəfə də olsa   mədhnamə eşitmisiniz ?    

Link to comment
Share on other sites

Hər ilin 20 yanvarı yaxınlaşanda 2-3 gün hamı qalxıb nə isə danışır və susur. beləcə 20 yanvarı ötürürük gedir. Daha bir növbəti il də sakitcə gəldi getdi... Allah şəhidlərimizə rəhmət eləsin.

Link to comment
Share on other sites

"Данышанлар исә о ҝүнләрдә һеч нәји илә рисг етмәмиш адамлардыр. Фәрги јохдур о адамлар инди һакимијјәтдәдир, јохса дејил. Әсас одур ки, персонажлар өзләрини тарихин сәһифәләринә сохмаг истәјирләр вә 20 Јанвар фаҹиәси бу мәгсәдә чатмаг јолунда чох әлверишли үсулдур."

Bu  personajlar 100 minlərlədir.   Onda gəlin susaq ...  Heç nə danışmayaq ...  Çünki  müəllifin sözlərinə əsasən  o günlərdə  tanınmış adamlardan  bir nəfər  də olsa kişi çıxmayıb.   Qəribədir , belə isə  ,  Ayaz Mütəllimiovu  , Rus ordusunu  sonralar kim Azərbaycandan qovdu ?  Kim Azərbaycanı Rusiya üçün artıq idarəolunmaz etdi ?    

Meqale tekce 20yanvarla bagli olmasa da heqiqetler coxdur. Hemin dovrde kutlenin bashinda olan insanlarin boyuk ekseriyyeti  satilmishlar idi.O ki qaldi rus ordusunun olkeden cixarilmasina bunun neyini ugur hesab edirsiniz? Azerbaycani Rusiya uchun idareolunmaz etdi? Kim?-)Bele nagillara inanmaga deymez.

Link to comment
Share on other sites

Amal deyilen shey yalniz chatacagimiz meqsed yox,hem de tutdugumuz yoldur.O insan qelbine kenardan daxil edile bilmez,o qelbin oz ichinde bitmelidir,ruhunda olmalıdır.Bu yolda canınından kecherek matem tariximizi yaradan shehidlere Allah rehmet elesin! Onlar hech vaxt  unudulmayacaq!!!rroza.gif rroza.gif 

Edited by ceylin
Link to comment
Share on other sites

Meqale tekce 20yanvarla bagli olmasa da heqiqetler coxdur. Hemin dovrde kutlenin bashinda olan insanlarin boyuk ekseriyyeti satilmishlar idi.O ki qaldi rus ordusunun olkeden cixarilmasina bunun neyini ugur hesab edirsiniz? Azerbaycani Rusiya uchun idareolunmaz etdi? Kim?-)Bele nagillara inanmaga deymez.

rus ordusunun ölkeden çixarilmasi ugursuzluqdursa, devet edin yeniden gelib qira bilmediklerini de qirsinlar.

Bu mövzuda daha heç kime cavab vermeyeceyem. Görûnûr kûtlevi aglashmadan bashqa bir ders vermedi 20 yanvar...

Edited by Sunyata
Link to comment
Share on other sites

20 yanvarla bagli coxaz sey yadimdadir. Bu da hadiselerden uzaqda olmagimdandir, cox guman ki. Hem de o yashla bagli cox az xatireler yadimda qalib. Bir onu bilirem ki, hemin gun radio ve tv'lerde butun gun matem musiqisi yayimlanirdi. Indi ise hokumetin elinde cox gozel tebligat vasitesine cevrilib

Link to comment
Share on other sites

Fikus  , bu kişi  demoqoqiya və  faktları təhrif etməklə məşğuldur  .  Diqqət edin Bəxtiyar Vahabzadə ,  İsgəndər Həmidov və Xəlil Rza haqqında yazdıqlarının 20 yanvara nə dəxli var ?    Mənə öz gözlərimlə gördüklərim  bəs edər.   Bu kişi indi gəlib nağıl danışacaq ki  , heç bir qəhrəmanlıq  , əzmkarlıq ,  müstəqiiliyimizi əldə etmək üçün heç bir əziyyət çəkən olmayıb.  Bu kişini  həmin günlər  adları çəkilənlərin yerində görmək istərdim  ,  adları çəkilməyən  100 minlərlə insanın  yerində də .. 

Əgər  kütləvi / milli qəhrəmanlıq  mövcuddursa , həmin günlərdə məhz bu baş verirdi . Hamının gözünün önündə ... Həmin dövrlərdə  xalqımızla çox səmimi qəlbdən fəxr edirdim  ...  Bu kişi  siyasi  xadimlərin hər bir hadisədən öz xeyirlərinə istifadə etməsi cəhdini qabardaraq bilərəkdən  xalqın qəhrəmanlığını  kiçildir ...  Qətiyyən razı deyiləm bu kişi ilə ...

Bəxtiyar Vahabzadə 3 dəfə partiya biletini cırıb atib həmin vaxtı. Bir dəfə İndiki prezident aparatının qabağında, bir dəfə dom sovetin qabağaında 3-ü yer yadımdan çıxıb.

Link to comment
Share on other sites

Bu meqaleye deyirler suz savawa buz tamawa.Ordu wehere girub evere bele atew aca -aca gedib.Uwaq, qica,yawli ,cavan bilmiyib.Tanklarla camaati tapdaq -tapdaq edib.Tecili yardim mawinlarina atew acilib.Xestexanalarin iwiqlari sondurulub.ve s.ve i.Menimde yadimda bunlardi .Bunlari Sovet ordusu edib.Bextiyar Vahabzade yox.Bu cur meqalelerle mulletin duqqetin bawqa yone cekirler.Azadliqi hec kese havayi vermirler.Azadliq qan bahasina bawa gelir.O gun hami bir nefer idi ve bir nefer hami idi.Izdiham bilirdi ki, wehidleri Dom savetin qabqindan wehidler xiyabanina aparana qeder tankinarina da altinda qala biler ve gulleye tuw geler.Bu derd haminin idi.Hami sanki oz bacisini,qardawini,atasini ,anasini,uwaqini aparirdi .

Link to comment
Share on other sites

rus ordusunun ölkeden çixarilmasi ugursuzluqdursa, devet edin yeniden gelib qira bilmediklerini de qirsinlar.

Bu mövzuda daha heç kime cavab vermeyeceyem. Görûnûr kûtlevi aglashmadan bashqa bir ders vermedi 20 yanvar...

Rus ordusunu muharibeni bitirib sonra olkeden chixartmaq lazim idi. Muharibe gede-gede guya qehremanliq edib rus ordusunu qovdular. Ne elde etdiler? Ruslar apara bildiyi silahlari apardilar, apara bilmediklerini de mehv etdiler.  Neise offtop etmeyek. Olsun siz deyen. 20 yanvar bitdi, aglashdiq qayidaq normal heyatimiza. Novbeti mateme qeder....

Link to comment
Share on other sites

31 mart soyqirimi.20 yanvar faciəsi.Xocali soyqirimi.Qarabağ müharibəsi.Torpaqlarimiz işğal tarixləri və s.İllər bir -birini əvəz etdikcə 20 illiyini ,30 illiyini vəs. təmtəraqla qeyd edirik.Keçən ilkindən daha pafoslu çixişlar,daha böyük çələnglər....və sair,sair.Amma ürəklərdə nə qalir?.Başqa günlərdə şəhidlər xiyabanin yanindan keçəndə orada öpüşən,qucaqlaşan utanmaz gənclər,razborka etməyə yer axtaran yeniyetmələri görürük.

Qalan bütün günlərdə unudulurlar.Ancaq ildönümü qeyd olunanda  namus,qeyrət və torpaq haminin yadina düşür.Səhəri günü toy -bayram və şou proqramlar.

Demirəm bütün ilin hər gününü yas saxlayib ağlayaq...Sadəcə unudulmasin səbəbi.Hər axan qanin ,hər ölən insanin nə uğrunda və ya kim uğrunda şəhid olduqlarini unutmayaq. Əsirlikdə olan insanlari unutmayaq.Hələ də əzab içində yaşayirlar.Unutmayaq şikəst olan insanlari.Unutmayaq əzizləri şəhid olmuş insanlari.Unutmayaq torpaqi qoruyubda düşmən gülləsinə tuş gələnləri və öz daxili düşmənlərimizin qirdiği əsgərləri.

Bizdən əvvəlki nəsil torpaq və azadliğimiz uğrunda can verib ,bizə ötürüblər .Bizdə özümüzdən sonra gələn nəsilə ötürə biləcək bir torpaqimiz və azadliğimiz olsun.

Unutmayaq.

Edited by Kenul2012
Link to comment
Share on other sites

o vaxt rus ordusunu cıxaranda, onlar tanklarla qaldıqları kazarmaları da söküb getdilər, bir müddət keçəndən sonra isə tanklar şəhərə girdi. Girişdə bizdə bir iki qonşu  maşınları tankın qabağında saxladı onları əzib keçdilər. Millət nə edə bilərdi ki, boş əllə sağa sola atıb camaatı qırdılar. Əslində bu sovetin son nəfəsi idi., bütün bu hadisələrin səbəbi rusiya dövlətinin sovet dağılandan sonra regionlarda nüfuzunu saxlamaq istəyi olub. Qarabağ müharibəsi də bu səbəbdən idi. 

Edited by plotophyte
Link to comment
Share on other sites

Allah butun Shehidlerimize rehmet elesin.

Ancaq... Meger 20 Yanvarda bu qeder insan shehid olmasaydi,biz musteqil olmayasiydiq? Sovet Ittifaqi onsuz dagilmaga mehkum idi,dagilasiydi. 15 respublika musteqillik elde etdi Sovet Ittifaqinin dagilmasi neticesinde. Amma insan telefati Bakidan basqa sehv etmiremse yalniz Vilnus ve Tbiliside oldu. 

Demeli esas itiren de biz olduq -131 shehid. Vilnusde 14,Tbiliside 16 nefer helek olmusdu.

Yeni fikrim odur ki,Sovet Ittifaqi onsuz da Baki mitinqleri olmasaydi da dagilasi idi. Amma bezi shexsler oz siyasi menafelerini guderek eliyalin xalqi tanklarin qabagina verib qirdirdi...

Bu fikrimle shehidlerimizin rolunu kiciltmek istemirem. Sadece dushunurem ki,bu qeder insani biz niye itirdik? Musteqillik ucun idise yuxarida qeyd etdiyim kimi musteqilliyi tek Azerbaycan yox ,15 respublika elde etdi...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 66 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Like
      • 657 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...