Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Şeyx Nizami Kürd Olub?

Harun Yahya

Recommended Posts

Əziz Millətim. Mənim ədəbiyyat və tarix sahəsində yetərli biliyim yoxdur. Amma bircə şeyi dəqiq bilirəm ki Şeyx Nizami Gəncəvi kürd olmayıb. Kürd millətinə böyük hörmətim var. Amma millətimin, tariximin, kökümün, genimin başqa millət adına çıxarılması mənə toxunur. Gəlin BABA-mıza, tariximizə yiyə çıxaq.

Mən yolunu bilmirəm, bilənlərə hər cür maddi və mənəvi köməyi və dəstəyi verə bilərəm. Linklərdə Nizami Gəncəvi kürd kimi qələmə verilir. 

http://en.wikipedia.org/wiki/Kurdish_people

http://en.wikipedia.org/wiki/Nizami_Ganjavi

Sahib çıxa biləcəyik? Dövlət qurumlarına və RİTN-ə necə məlumat verək?

  • Haha 1
Link to comment
Share on other sites

Nizami haqqinda onu dəqiq deyə bilərəm ki,Azərbaycanli olub.Vikipediyada yazilanlar hamisi doğru məlumat olmur.Orada yazanlarin əksər hissəsi alimlər deyil.Adi insanlar da qeydiyyatdan keçib məlumat yerləşdirə bilər.Ona görə Vikipediyada oxunan məlumati 100%dəqiq bir mənbə kimi qəbul etməyin.

Bu yaxinlar da belə məlumat oxudum .Leonardo da Vinçinin anasi azərbaycanli olub.Guya burdan əsir apariblar.Fransada onu Leonardonun atasi ilə görüşüb.Və Leonardo dünyaya gəlib.Mənə bu məlumat həqiqətə uyğun görünmədi.smile.png

Link to comment
Share on other sites

Əziz Millətim. Mənim ədəbiyyat və tarix sahəsində yetərli biliyim yoxdur. Amma bircə şeyi dəqiq bilirəm ki Şeyx Nizami Gəncəvi kürd olmayıb. Kürd millətinə böyük hörmətim var. Amma millətimin, tariximin, kökümün, genimin başqa millət adına çıxarılması mənə toxunur. Gəlin BABA-mıza, tariximizə yiyə çıxaq.

Mən yolunu bilmirəm, bilənlərə hər cür maddi və mənəvi köməyi və dəstəyi verə bilərəm. Linklərdə Nizami Gəncəvi kürd kimi qələmə verilir. 

http://en.wikipedia.org/wiki/Kurdish_people

http://en.wikipedia.org/wiki/Nizami_Ganjavi

Sahib çıxa biləcəyik? Dövlət qurumlarına və RİTN-ə necə məlumat verək?

whose formal name was Jamal ad-Dīn Abū Muḥammad Ilyās ibn-Yūsuf ibn-Zakkī,[4] was a 12th-century Persian poet

hanı burada kürd kimi qələmə verilir?əsl adı Cəmalddin əbu Muhamməd İlyas ibn Yusif ibn Zəkki  olan 12-ci əsrdə yaşayan fars şairidir.

Bütün dünya bilir ki,şeyx Nizami türk olub.

Link to comment
Share on other sites

whose formal name was Jamal ad-Dīn Abū Muḥammad Ilyās ibn-Yūsuf ibn-Zakkī,[4] was a 12th-century Persian poet

hanı burada kürd kimi qələmə verilir?əsl adı Cəmalddin əbu Muhamməd İlyas ibn Yusif ibn Zəkki  olan 12-ci əsrdə yaşayan fars şairidir.

Bütün dünya bilir ki,şeyx Nizami türk olub.

Baxın , aşağıda 3 dildə wikidən  Nizaminin həyatı / mənşəyi barədə məlumat var  . İki dildə onun anasının kürd olması yazılıb.  Azərbaycan dilində isə  mənşəyi barədə heç bir şey yazılmayıb sad.png

Parents

Nezami was orphaned[3][17] early and was raised by his maternal uncle Khwaja Umar who took responsibility for him and afforded him an excellent education. His mother, named Ra'isa, was of Kurdish[3][11][18] background. His father, whose name was Yusuf is mentioned once by Nezami in his poetry.[3] In the same verse, Nezami mentions his grandfather's name as Zakki. In part of the same verse,[19] some have taken the word Mu'ayyad as a title for Zakki[4] while others have interpreted it as the name of his great grandfather. Some sources have stated that his father might be possibly from Qom.[3][18] Nezami is variously mentioned as a Persian and/or Iranian.[5][20]

Родители и родственники

Отец Низами, Юсуф ибн Заки, мигрировавший в Гянджу из Кума (Центральный Иран), возможно был чиновником[29], а его мать, Ра’иса, имела иранское происхождение[21], по словам самого Низами, была курдянкой[30][31], вероятно, дочерью вождя курдского племени[32], и, по некоторым предположениям, была связана с курдской династией Шеддадидов, правившей Гянджой до атабеков.

Родители поэта рано умерли[33]. После смерти отца Ильяса воспитывала мать, а после смерти последней — брат матери Ходжа Умар[34].

Доулатшах Самарканди (14381491) в своем трактате «Тазкират ош-шоара» («Записке о стихотворцах») (окончен в 1487 году) упоминает брата Низами по имени Кивами Мутарризи, который также был поэтом.

Həyatı[redaktə]

Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncə də vəfat etmişdir.

Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəbfars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibbhəndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur

Baxın, əgər Nizamı  türk dilində yazsaydı indi bu söz söhbət də olmazdı ... Heç olmasa indiki nəslə bu  dilimizi yaşatmaqda bir ibrət dərsi olmalı idi ...  Amma, olmadı sad.png

Edited by Sunyata
Link to comment
Share on other sites

Baxın , aşağıda 3 dildə wikidən  Nizaminin həyatı / mənşəyi barədə məlumat var  . İki dildə onun anasının kürd olması yazılıb.  Azərbaycan dilində isə  mənşəyi barədə heç bir şey yazılmayıb sad.png width="20" alt="sad.png">

Anasinin kürd olmaqi Nizamini tamam kürd olduğuna sübut deyil.Milliyyət atadan keçir.

Link to comment
Share on other sites

Fars dilində yazan şair fars mədəniyyətinin nümayəndəsidir və fars mədəniyyətinə xidmət edib .  Müqayisə üçün   -  Puşkin nə dərəcədə Efiopiya  şairidirsə  Nizami də təxminən  o dərəcədə Azərbaycan şairidir .   Şairi mənsub olduğu  etnik kökü yox ,  onun hansı mədəniyyətə xidməti  xarakterizə edir .   

  • Like 1
Link to comment
Share on other sites

Anasinin kürd olmaqi Nizamini tamam kürd olduğuna sübut deyil.Milliyyət atadan keçir.

Heç atasının da azərbaycanlı olduğunu demirlər axı ...  Onun azərbaycanlı olmasının əsas göstəricisi yalnız Gəncədə yaşaması faktı  ilə bağlıdır , təəssüf ki ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Heç atasının da azərbaycanlı olduğunu demirlər axı ...  Onun azərbaycanlı olmasının əsas göstəricisi yalnız Gəncədə yaşaması faktı  ilə

bağlıdır , təəssüf ki ...

Hər yerdə Azərbaycan şairi kimi taninir.Ədəbiyyat dərslərində həmişə öz şairimiz kimi keçmişik.

Mən Nizami yaradiciliğini o qədər sevirəm ki,onu başqa millətdən olduğunu belə düşünmək istəmirəm.

Amma ,yenə mübahisə etmirəm,ola bilər.Təəssüf.

Link to comment
Share on other sites

Yaxud gərək biz qəbul edək ki, türkləşmə Azərbaycanda 11 - ci əsrdən başlayıb ... Onda Nizaminin azərbaycanlı ola -ola  fars dilində yazmasının məntiqi izahı olardı .

Nizami tək farsca yazmayib.Azərbaycanca və ərəbcədə şerləri var.

Link to comment
Share on other sites

Hər yerdə Azərbaycan şairi kimi taninir.Ədəbiyyat dərslərində həmişə öz şairimiz kimi keçmişik.

Mən Nizami yaradiciliğini o qədər sevirəm ki,onu başqa millətdən olduğunu belə düşünmək istəmirəm.

Amma ,yenə mübahisə etmirəm,ola bilər.Təəssüf.

Bizim ədəbiyyatdan keçdiyimiz Nizami  yalnız tərcümədir . Şeiri ümumiyyətlə ,  orijinal dildən çevirəndə gözəllik 100 dəfə itir . Yəni , güman edirəm ki,  Nizaminin hikməti və onun öz dövrünün intellektualı olması  bizi məftun edir . Amma , şeir kimi gözəlliyini yalnız fars dilində  hiss etmək olar. 

P.S.  fars dilini bilmirəm , amma , bu dildə qəzəllər xüsusən  məftunedici səslənir.  Musiqilərini də çox sevirəm . Ola bilər ki,  intuitiv olaraq ( genetik yaddaş da ola bilər )   biz azərbaycanlıların etnogenezisində fars elementini qəbul etməyimdəndir ))  

Nə qədər tərcümədə olsa Nizami şeri çox gözəldir.

Çox fars həvəskari deyiləm.Bəzən olur gözəl musiqilərini dinləyirəm.

Azərbaycan ədəbiyyatinda,xüsusən qəzəl janrinda fars-ərəb sözləri çox işləndiyindən ,bir farsla danişanda tam olmasada onu başa düşmək olar)))

Link to comment
Share on other sites

Farsca və ərəbcə eşitmişəm , azərbaycan dilində  yox . Məlumat haradandır ?  Tərcümə olunmamış  azərbaycan dilində şeiri var ?

Düzdür Sunyata.Bütün irsi farscadir.

Yenə də sabah Nizamiyə aid bütün materiallarim arasinda axtariş aparacaqam.Bəlkə azərbaycan dilində nə isə tapa bildim.thinking.gif

Link to comment
Share on other sites

Bu Leyli və Məcnunun fars dilində səslənmsindən bir misal.  (  Hələlik bunu tapdım )) )  Başlanğıcına yalnız qulaq asdım .  İfa özü elə musiqiyə bənzəyir ... Bir az qulaq asın, həzz alın .))  Dili başa düşməsək də  çox gözıl dildir !

edit .

rolik növbəti postda.

Edited by Sunyata
Link to comment
Share on other sites

İstəyirsiz məni ruhsuz,yada zövqsüz hesab edə bilərsiz.Amma bu fars dili mənə çatmir.3 dəqiqə qulaq asdim elə bildim,İrandayam ,İran kanalina baxiram)))

Yadima bir əhvalat düşdü.Bir qohumum var daim öz ərəbcə Qurani Kərimi oxumaqi ilə öyünür.Mən hamidan çox Quran oxumuşam,hamisida ərəbcə.Soruşanda filan surənin adi nədir azərbaycanca,filan iş barədə Quranda nə buyrulub.Dayanib gözlərini döyür.

Deyirəm yüz dəfə ərəbcə başa düşmədən oxumaqdansa,bir dəfə öz dilində oxu gör nə yazilib.

İndi məndə buna qulaq asmaqla bilmədim axi Nizaminin hansi şeridir.Luçşe gedib öz dilimdə oxuyub həzz alaram)))))

Könül xanım , mən də sizin kimi öz ana dilimə üstünlük verirəm . Mən fars dilində yazılmış şeiri fars dilinin öz gözəlliyini itirmədən orijinalda dinləməyə misal gətirdim. Məhəmməd Füsuli azərbaycan dilində yazıbsa ona məhz orijinalda qiymət qoymaq olar. Daha onun mütləq fars dilinə tərcümə edilməsini demirəm .

Xüsusilə də İran azərbaycanlıları arasında da türk (azərbaycan ) dilinin yaşadılmasının tərəfdarları mövcud olduğunu bildiyimə görə ... Məsələn , "Azadlıq" dan :

Farsca yarışmada türkcə şeir oxudu (VİDEO)

Sosial şəbəkələrdə İranın azərbaycan türklərinin yaşadığı Xoy vilayətində keçirilən bir şeir oxuma yarışında iştirakçılardan birinin Azərbaycan dilində, Tehran rejimi üçün ciddi siyasi məzmunu olan şeir oxuduğunu əks etdirən video yayılıb. Məsələnin daha çox diqqət çəkən məqamı isə budur ki, şeir "Amuziş" (Azərbaycan türkcəsində öyrətmək deməkdir) telekanalında fars dilində yayımlanan "Çəkamə" adlı şeir oxuma müsabiqəsində oxunub. Farsca müsabiqədə xoylu bir xanım Güney Azərbaycanın tanınmış şairlərindən Məhəmməd Tağı Zehtabinin "Sən osan, mən də buyam" adlı şeirini ana dilində oxuyub.

http://www.youtube.com/watch?v=5y6KFvHSeSA

Edited by Sunyata
Link to comment
Share on other sites

Heç atasının da azərbaycanlı olduğunu demirlər axı ...  Onun azərbaycanlı olmasının əsas göstəricisi yalnız Gəncədə yaşaması faktı  ilə bağlıdır , təəssüf ki ...

Bu fikrinizle tamamile raziyam. Nizaminin menshece turk oldugunu hansi menbeye esasen mueyyenleshdiribler, anlamiram.

Link to comment
Share on other sites

Heç atasının da azərbaycanlı olduğunu demirlər axı ... Onun azərbaycanlı olmasının əsas göstəricisi yalnız Gəncədə yaşaması faktı ilə bağlıdır , təəssüf ki ...

Qaxin Qum kendinde doqulmasi haqdada melumatlar var . Qum kendi ise hal hazirda saxurlarin kompaq yasadiqi kentdir
Link to comment
Share on other sites

Nizaminin atası İranın Qum şəhərindəndir..anasını özü öz şeirlərinin birində kürd adlandırıb..ona görə onun mənşəyini ora bağlayırlar..amma düşünürəm burda problem yoxdur,çünki dərindən baxsaq Cəfər Cabbarlı,Mikayıl Müşfiq də tat mənşəli olmalıdırlar..amma yenə də Azərbaycanlıdırlar

Link to comment
Share on other sites

  • 3 months later...

Fars dilində yazan şair fars mədəniyyətinin nümayəndəsidir və fars mədəniyyətinə xidmət edib .  Müqayisə üçün   -  Puşkin nə dərəcədə Efiopiya  şairidirsə  Nizami də təxminən  o dərəcədə Azərbaycan şairidir .   Şairi mənsub olduğu  etnik kökü yox ,  onun hansı mədəniyyətə xidməti  xarakterizə edir .   

Nəyə əsasən belə düşünürsünüz? Nizaminin bir-iki əlyazmasından başqa heç bir əsəri günümüzə orijinal gəlməyib,günümüzə gələn əsərləri hamsı kopyadır.

Şirvanşah Axistan Nizamiyə yazdığı məktubda ona xəbərdarlıq edirki Türkcə yazma.

Bu təzə gəlinə, çəkəndə zəhmət,

Fars, ərəb diliylə vur ona zinət.

Kamal cövhərinin xəzinəsindən

Gör, kimin sapına inci düzürsən.

Türk dili yaramaz şah nəslimizə,

Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,

Yüksək yaranmışdır bizim nəslimiz".

Nizami də bundan hiddətlənir və deyirki “qan vurdu beynime,əsdi dodağım” və yazmaq istəmir,ancaq oğlunun xahişi ile məcbur olur.

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam.

Nə də gözüm vardı, xəzinə açam.

Ömrüm viran oldu, solub saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Sirrimi deməyə bir məhrəm hanı?

Ona söyləyəydim bu macəranı.

Qəlbimdə can kimi əzizim olan

Məhəmməd Nizami oğlum bu zaman

Bu gözəl mövzuya könül verərək,

Oturdu yanımda o bir kölgə tək.

Öpdü ayağımı xeyli mehriban.

Dedi: "Ey göylərə meydan oxuyan,

"Xosrovi-Şirini" yazıb yaratdın,

Hər duyan könüldə bir zövq oyatdın.

Leyli-Məcnundan da yarat bir əsər,

Cüt olsun yazdığın qiymətli gövhər.

Bu gözəl mövzuda böyük sənət var,

Xoşdur qoşa gəzsə cavan tovuzlar.

Bir də ki, Şirvanşah, o baş hökmüdar

Şirvana, Irana olmuş şəhriyar.

O rütbə verəndir, nemət verəndir,

Şerə, sənətə də qiymət verəndir.

O səndən bir əsər edir iltimas,

Sən də hünər göstər o əsəri yaz".

Dedim: "Aynaüzlüm, sözündə möhkəm,

Sözün yerindədir, haqlısan bu dəm.

Türkcə yazmayan şairə nəyə görə desinlərki Türkcə yazma? Deməli Nizami Türkcədə yazırdı,deməli əvvəl hansısa əsərini Türkcə yazmışdırki,Şirvanşah ondan bu səfər Türkcə yazmamağı tələb eləmişdir.Onun Atabəylərə yazdığı əsərləri farsca yazmaq ehtimalı sizcə nə dərəcədə məntiqlidir?

Onuda deyimki Nizami Gəncəli heç vaxt irançılığı,farsçılığı qəbul eləmir,qədim iran inanclarını,farsların İslama qarşı hərəkətlərini tənqid edir,hətta əsasən onları həqarətlə “hindu” adlandırır.Türkləri isə əksinə ədalətli göstərir.

Edited by Az.M.F
Link to comment
Share on other sites

Azərbaycanlı olduğu haqda hansısa sübut yoxdur, amma şərqdən olduğu bütün avropa mənbələrində var.

Hardan olur olsun.Esas meqsedi Azerbaycan medeniyyeti ve edebiyyati ucun zengin irs qoyub.Bunu bu cur qebul etsek yaxshi olmazmi?Azerbaycanli deyilde kurddur ne ferqi var.

Cox menbede Sherq shairi kimi tanitdirilir.Sherqin cox olkesi onu ozunku kimi qebuledib sevir.Millet ayri-seckiliyi etmir.

Link to comment
Share on other sites

Nizaminin ola bilər bir neçə qarışığı olub, amma şübhəsiz azərbaycan qarışığı da var. Farslar onun fars olduğunu kürdlər kürd olduğunu azərbaycanlılar öz mənsubiyyətinə aid olduğunu iddia edir. Amma Nizaminin yaradıcılığı bütün şərqi əhatə edir. Əsərlərində göründüyü kimi o özünü hansısa milli mənsubiyyətə aid etməyib. Fakt odur ki, Gəncədə yaşayıb İslam mədəniyyətinin təsiri altında formalaşmış istedadlı saray şairi olub. O dövrdə fars imperiyasının ərazisi olub və fars dili dövlət dili olub, azərbaycan və fars mədəniyyəti bütöv olub vəhdət təşkil edib. 

Edited by plotophyte
Link to comment
Share on other sites

Hardan olur olsun.Esas meqsedi Azerbaycan medeniyyeti ve edebiyyati ucun zengin irs qoyub.Bunu bu cur qebul etsek yaxshi olmazmi?Azerbaycanli deyilde kurddur ne ferqi var.

Cox menbede Sherq shairi kimi tanitdirilir.Sherqin cox olkesi onu ozunku kimi qebuledib sevir.Millet ayri-seckiliyi etmir.

Men Leonardo Da Vinçini nəzərdə tuturdum.

Link to comment
Share on other sites

Men Leonardo Da Vinçini nəzərdə tuturdum.

Uzr isteyirem.Diqqet etmedim.Ele bildim Nizami haqqindadir.

Menede Leonardo Da Vincinin azerbaycanli olmaqi shubheli geldi.Guya azerbaycanli esirler bashqa olkeye aparilib.Ve orada ansi xidmtci ishleyerken atasi ile tanish olub.Bu melumati coxdan oxumusam.Yadimda ancaq bu hissesi qalib.

Nese mene inandirici gelmemishdi,

Link to comment
Share on other sites

Həm də azərbaycanda hamının türk mənsubiyyətindən olduğunu iddia etməsi özü absurdur, bu dövlət qədim tarixə malikdir bir cox mədəniyyət din və millətlərin təsiri ilə formalaşıb. Hər bir zonanın öz qarışığı və fərqli etnik mənsubiyyəti var. Bu hər yerdə belədir, avropada özünü alman fransiz ingilis adlandıranlar da müxtəlif grup millət və etnik azlıqların birləşməsindən formalaşıb.

Milliyəti təyin edən faktorlar isə dilin mədəniyyətin və milli şüurun eyniliyidir. Müəyyən vaxtdan sonra isə dominant mədəniyyətlərin təsiri milli şüuru və nəticədə milləti formalaşdırır. Məncə bir genə iddia edən millətlər yer üzərində cox azdır. Etsə belə fərqlilik həmişə mövcuddur.  

Bu baxımdan Nizaminin yaradıcılığına iddia edən millətlər birinci növbədə onun yaradıcılığının onların mədəni irsinə nə qədər yaxın olmasını təyin etməlidir. Burada genetik faktorun heç bir rolu yoxdur. 

Link to comment
Share on other sites

Fars dilində yazan şair fars mədəniyyətinin nümayəndəsidir və fars mədəniyyətinə xidmət edib .  Müqayisə üçün   -  Puşkin nə dərəcədə Efiopiya  şairidirsə  Nizami də təxminən  o dərəcədə Azərbaycan şairidir .   Şairi mənsub olduğu  etnik kökü yox ,  onun hansı mədəniyyətə xidməti  xarakterizə edir .

Bu cur mentigle Cingiz Abdullayevi de rus yazicisi saymag olar.

Link to comment
Share on other sites

Nəyə əsasən belə düşünürsünüz? Nizaminin bir-iki əlyazmasından başqa heç bir əsəri günümüzə orijinal gəlməyib,günümüzə gələn əsərləri hamsı kopyadır.

Şirvanşah Axistan Nizamiyə yazdığı məktubda ona xəbərdarlıq edirki Türkcə yazma.

Bu təzə gəlinə, çəkəndə zəhmət,

Fars, ərəb diliylə vur ona zinət.

Kamal cövhərinin xəzinəsindən

Gör, kimin sapına inci düzürsən.

Türk dili yaramaz şah nəslimizə,

Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,

Yüksək yaranmışdır bizim nəslimiz".

Nizami də bundan hiddətlənir və deyirki “qan vurdu beynime,əsdi dodağım” və yazmaq istəmir,ancaq oğlunun xahişi ile məcbur olur.

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam.

Nə də gözüm vardı, xəzinə açam.

Ömrüm viran oldu, solub saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Sirrimi deməyə bir məhrəm hanı?

Ona söyləyəydim bu macəranı.

Qəlbimdə can kimi əzizim olan

Məhəmməd Nizami oğlum bu zaman

Bu gözəl mövzuya könül verərək,

Oturdu yanımda o bir kölgə tək.

Öpdü ayağımı xeyli mehriban.

Dedi: "Ey göylərə meydan oxuyan,

"Xosrovi-Şirini" yazıb yaratdın,

Hər duyan könüldə bir zövq oyatdın.

Leyli-Məcnundan da yarat bir əsər,

Cüt olsun yazdığın qiymətli gövhər.

Bu gözəl mövzuda böyük sənət var,

Xoşdur qoşa gəzsə cavan tovuzlar.

Bir də ki, Şirvanşah, o baş hökmüdar

Şirvana, Irana olmuş şəhriyar.

O rütbə verəndir, nemət verəndir,

Şerə, sənətə də qiymət verəndir.

O səndən bir əsər edir iltimas,

Sən də hünər göstər o əsəri yaz".

Dedim: "Aynaüzlüm, sözündə möhkəm,

Sözün yerindədir, haqlısan bu dəm.

Türkcə yazmayan şairə nəyə görə desinlərki Türkcə yazma? Deməli Nizami Türkcədə yazırdı,deməli əvvəl hansısa əsərini Türkcə yazmışdırki,Şirvanşah ondan bu səfər Türkcə yazmamağı tələb eləmişdir.Onun Atabəylərə yazdığı əsərləri farsca yazmaq ehtimalı sizcə nə dərəcədə məntiqlidir?

Onuda deyimki Nizami Gəncəli heç vaxt irançılığı,farsçılığı qəbul eləmir,qədim iran inanclarını,farsların İslama qarşı hərəkətlərini tənqid edir,hətta əsasən onları həqarətlə “hindu” adlandırır.Türkləri isə əksinə ədalətli göstərir.

Kopiya deyəndə  -  yəni,  Nizamini öz əlilə yazılmamaış  əsərləri nəzərdə tutursunuz ?  Əgər belədirsə ,  onda mütəxəssislər bunları  saf - çürük edə bilirlər.  Yəni , Nizamiyə məxsus olmayan yazıları onun adına  yazmağa imkan verməzdilər . 

Axistan  haqqında məlumata baxdım . Axı yazılana görə o ,  Şirvanşah olsa da miliyyətcə ərəb olub .  İkincisi də , verdiyiniz məktub  - şeir müasir azərbaycan diulində yazılıb.  Sizcə Nizami dövründə müasir azərbaycan dilində danışıb şeir yazırdilar ? ))

Link to comment
Share on other sites

Bu cur mentigle Cingiz Abdullayevi de rus yazicisi saymag olar.

Elədir ki, var ))   Etnik mənsubiyyət başqadır , mədəni mənsubiyyət başqa.   Etnik mənsubiyyətinə görə azərbaycanlı olduğuna baxmayaraq , rus ədəbiyyatını zənginləşdirən insan rus mədəniyyətinə xidmət edir .  Rus şair və yazıçılarından çoxları  başqa millətlərə mənsub olub . Amma, onların   rus mədəniyyətinin , ədəbiyyatının  ən yüksək  mərhələyə çatmasındakə xidmətləri böyükdür. 

Təsəvvür edin ki,  Şekspir  ingilis ola -ola  əsərlərini  fransızca yazsaydı  , kimin mədəniyyətinə xidmət etmiş olardı ?   Əlbəttə ki, fransız mədəniyyətinə .  Fransız mədəniyyətinə xidmət edən və bu mədəniyyətin daşıyıcısı olan insan -   Fransız mədəniyyət xadimidir.     Başqa bir misal   -   hamı bilir ki, Aznavur Fransız ermənisidr.  Amma, o  fransız müğənnisdir.  Erməniliyi  , onun yüksək səviyyədə  fransız müğənnisi kimi  populyarlığı ilə müqayisədə yalnız təsadüfi  hadisə rolunu oynayır ))     

Edited by Sunyata
Link to comment
Share on other sites

Meselen?

Elə təkcə Xosrov və Şirin əsərini göstərmək olar.

Gozəl sima, şirindil, sanki qoncə,

O Dərbənd sahibi etmişdi tohfə.

Dəmirdən bir zireh əynində paltar,

O, don geymişdi koynəkdən bir az dar.

Qulaqburma gorub ondan boyuklər,

Balış qoydu, mənimlə oldu həmsər,

O, turklər tək kocə olduqda mohtac,

Edib turkluk, nəyim var, etdi tarac.

Əgər turkum cadırdan getdi birdən,

Ey allah, turk balam var, sən bilirsən!

(Xosrov və Şirin.)

Diqqət etsəniz,fars balam və ya kürd balam deyil,Allaha sen Türk balamı saxla deyir.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Turkluyum  bu həbəşdə hec getmir.

Dadlı dovğaya xalq meyl etmir.

(Torkiyəm ra dərin həbəş nəxərənd;

Lacərəm doyğabaye xoş nə xorənd.)

(Xosrov və Şirin.)

Burdada Farslığım və ya Kürdlüyüm deyil Türklüyüm deyir.

Link to comment
Share on other sites

Kopiya deyəndə  -  yəni,  Nizamini öz əlilə yazılmamaış  əsərləri nəzərdə tutursunuz ?  Əgər belədirsə ,  onda mütəxəssislər bunları  saf - çürük edə bilirlər.  Yəni , Nizamiyə məxsus olmayan yazıları onun adına  yazmağa imkan verməzdilər . 

Nizaminin özünün yazdığı əsərin orijinal olmadığını deyirəm.Orijinal gəlmiş əlyazmalarıda var.Ancaq əksəriyyəti orijinal deyil.Ola bilsinki farsdillilərin də  oxuya bilməsi üçün və ya yeniləmək məqsədi ilə üzü yenidən köçürülüb fars dilində.

Axistan  haqqında məlumata baxdım . Axı yazılana görə o ,  Şirvanşah olsa da miliyyətcə ərəb olub .  İkincisi də , verdiyiniz məktub  - şeir müasir azərbaycan diulində yazılıb.  Sizcə Nizami dövründə müasir azərbaycan dilində danışıb şeir yazırdilar ? ))

Axistan istəyir Fransız olsun,onun milliyətinin məsələyə nə dəxli varki bəy? Mənim dediyim odurki o məktubunda Nizamiyə deyirki Türkcə yazma.Türkcə yazmayan şairə nəyə görə Türkcə yazma desin və xəbərdarlıq etsin? “Deməli farsca yazdığına görə fars mədəniyyətinə xidmət edib” anlayışı yalnışdır.O Leyli və Məcnunu məhs farsca sifariş verildiyi üçün farsca yazır...Demək olmaz ki,o bütün əsərlərini Türkcə yazıb,ancaq Axistanın yazdığı şerdən də görününrki,o Türkcədə yazıb.

Həmin şer müsair dilimizə farscadan tərcümə edilib.Türkcə olmayan digər ərəb-fars dilində yazılmış əsərləri də anlamaq,nə deyildiyini bilmək üçün dilimizə tərcümə etmirikmi?

Link to comment
Share on other sites

Elə təkcə Xosrov və Şirin əsərini göstərmək olar.

Gozəl sima, şirindil, sanki qoncə,

O Dərbənd sahibi etmişdi tohfə.

Dəmirdən bir zireh əynində paltar,

O, don geymişdi koynəkdən bir az dar.

Qulaqburma gorub ondan boyuklər,

Balış qoydu, mənimlə oldu həmsər,

O, turklər tək kocə olduqda mohtac,

Edib turkluk, nəyim var, etdi tarac.

Əgər turkum cadırdan getdi birdən,

Ey allah, turk balam var, sən bilirsən!

(Xosrov və Şirin.)

Diqqət etsəniz,fars balam və ya kürd balam deyil,Allaha sen Türk balamı saxla deyir.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Turkluyum  bu həbəşdə hec getmir.

Dadlı dovğaya xalq meyl etmir.

(Torkiyəm ra dərin həbəş nəxərənd;

Lacərəm doyğabaye xoş nə xorənd.)

(Xosrov və Şirin.)

Burdada Farslığım və ya Kürdlüyüm deyil Türklüyüm deyir.

Nizaminin arvadı  Kıpçaq tayfasından olub .  Bəlkə də ona görə balasını türk hesab edir.   İkinci   misalınızda bu  sözlər kimin adından deyilir ?

Link to comment
Share on other sites

Nizaminin özünün yazdığı əsərin orijinal olmadığını deyirəm.Orijinal gəlmiş əlyazmalarıda var.Ancaq əksəriyyəti orijinal deyil.Ola bilsinki farsdillilərin də  oxuya bilməsi üçün və ya yeniləmək məqsədi ilə üzü yenidən köçürülüb fars dilində.

Axistan istəyir Fransız olsun,onun milliyətinin məsələyə nə dəxli varki bəy? Mənim dediyim odurki o məktubunda Nizamiyə deyirki Türkcə yazma.Türkcə yazmayan şairə nəyə görə Türkcə yazma desin və xəbərdarlıq etsin? “Deməli farsca yazdığına görə fars mədəniyyətinə xidmət edib” anlayışı yalnışdır.O Leyli və Məcnunu məhs farsca sifariş verildiyi üçün farsca yazır...Demək olmaz ki,o bütün əsərlərini Türkcə yazıb,ancaq Axistanın yazdığı şerdən də görününrki,o Türkcədə yazıb.

Həmin şer müsair dilimizə farscadan tərcümə edilib.Türkcə olmayan digər ərəb-fars dilində yazılmış əsərləri də anlamaq,nə deyildiyini bilmək üçün dilimizə tərcümə etmirikmi?

Nizaminin türkcə  ( tərcümə olunmamaış  )  bir iki şeirini  misal gətirin ,  görək  ,  çox maraqlıdır . 

Məsələn, Həsənoğlunun məşhur türk dilində qəzəli olan   -  Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər   -  kimi  arxaik sözlərlər dolu bir qəzəlini  misal gətirin . 

Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,

Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.

Başımdan getmədi hərgiz səninlə içdigim badə,

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Əzəldə canım içində yazıldı surəti-məni,

Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,

Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

Həsənoğlu sənə gərgçi duaçıdır, vəli sadiq,

Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Nəzərə alın ki,  Həsənoğlu  Nizamidən  sonra yaşayıb və   azərbaycan dilində   şeir yazan  ilk Azərbaycan şairi hesab olunur.   Nizami və Xaqanl   fars dilində yazıblar. 

Edited by Sunyata
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
      • 19 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 23 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 11 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 86 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Downvote
        • Upvote
        • Confused
      • 693 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...