Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Seyid Əzim Şirvani

 

Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq,

Yox olubdur varımız, dərdə giriftar olmuşuq.

 

Nəbzimizdən çəkməz əl, ey mah, bir saət təbib,

Həsrəti-çeşminlə ol gündən ki bimar olmuşuq.

 

Varıdıq ol ləhzə kim yox idi ərzü asiman,

Ey dəhanın sədqəsi, yoxdan məgər var olmuşuq?

 

Çəkdilər bazarə ol gün kim əmanət gövhərin,

Canü dildən əl çəkib bizlər xəridar olmuşuq.

 

Bizdə istehqaq yoxdur, nə kərəmdir bilmirəm,

Xilqəti-iycadə biz hardan səzavar olmuşuq.

 

Yoxdur, ey arami-can, sənsiz vücuda bir əsər,

Fe’l özün, fail özün, biz nə günahkar olmuşuq?

 

İçmişik xümxaneyi-əhbəbtü camından şərab,

Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq.
Link to comment
Share on other sites

Hissim sene "gel-gel" dedi,eqlim dedi "get-get",
Bu qanli doyushden mene imdad diledim men.

 

Eshqim de qaxinc oldu menim bashima her gun,
Bir eshqin ucundan ne qeder tene yedim men.

 

Oz hissini dustaq eleyen Bextiyar olmaz,
Oz eshqime oz konlumu zindan eledim men.

 

Bextiyar Vahabzade

Edited by Консуэло
Link to comment
Share on other sites

Ağıl başqa, ürək başqa

Bir-birinə bənzəsə də,

Yel başqadır, külək başqa.

Ətri də xoş, rəngi də xoş

Gül başqadır, çiçək başqa.

Hər diki yoxuş bilmə, gəl,

Hər meyi meyxoş bilmə, gəl.

Hər uçanı quş bilmə, gəl

Quş başqadır, böcək başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Hər dərdinə ortaq mənəm,

Hər ağrını tən bölənəm,

Sən çəkənsən, mən gələnəm

Gəmi başqa, yedək başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Haqqın yolu-öz yolumdur,

Əyilməyən düz yolumdur,

Xeyirlə şər sağ - solumdur

Şeytan başqa, mələk başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Bir diləyə mən calandım,

Gah qazandım, gah talandım,

Ömrüm boyu haçalandım

Ağıl başqa, ürək başqa.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Dilək oldu mənim adım,

Pərvazlandı qol-qanadım,

Ҫatmadı səbrim, inadım

Әməl başqa, dilək başqa.

Bextiyar.V.

Link to comment
Share on other sites

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunü və əbsəm ol, şərhu bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

Surətə baxu mənini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.

    Nəsimi

Edited by gonca
Link to comment
Share on other sites

Mənim Tanrım

 

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.

 

Hüseyn Cavid.   

Link to comment
Share on other sites

YAXŞI OLACAQ...

 

Uşaq ikən düşünürdüm

böyüdükcə sağalacaq-

qəlbimdəki yaralarım.

Sağalmadı.

Sanırdım qəbul olacaq,

gizli-gizli, gözü yaşlı

o etdiyim dualarım,

sənalarım.

Və olmadı.

Çox üzüldüm,

Qəlbimin döyüntüsündə

Ritmlərinin səsində

ağrı duydum,

Özümü pis günə qoydum,

"yaxşı olar!" deyə-deyə...

Və olmadı.

 

Sanırdım ki, yorulacaq

Yalanların ayaqları yeriməkdən.

Bezəcəkdir o alçaqlar

dikdabanlar geyinərək

ucaboylu görünməkdən.

Usanacaq bu insanlar

Bir-birini sancmaq üçün

Ilan kimi sürünməkdən.

Zaman verdim mən onlara;

O küçücük ağlım ilə

1-dən 10-a kimi saydım...

 

Özümü pis günə qoydum,

"yaxşı olar!" deyə-deyə...

Və olmadı.

 

Sanırdım ki, atam, əmi-dayılarım

Alacaq bütün dovşanları -

canavarlar caynağından.

Daha cırtdan qorxmayacaq nağıllarda,

rahat-rahat evə odun gətirəcək.

Nənə-baba sevinəcək,

ölməyəcək heç birisi...

Daha iblis girməyəcək dondan-dona

Xəbərçılik, satqınçılıq etməyək-

ondan buna – bundan ona.

Bütün varlıq Allahını tanıyacaq,

Allahsızı qınayacaq...

Boş-boşuna xəyal qurdum.

Bilmirəm ki,

o şeytanın fitnəsinə

bəlkə elə mən də uydum...

 

Özümü pis günə qoydum,

"yaxşı olar!" deyə-deyə...

 

Böyümüşəm,

Həyat məni çalxalayıb,

dağa çəkib, daşa salıb.

Haqq verdiyi qara saçı

Ağartmışam bu yollarda.

İndi artıq əminəm ki,

buzdan qurulan sitəmin-

ömrü Günəş doğanacan.

Günəşimin doğmasını gözləyirəm.

Çox az qalıb, 

O doğacaq.

Əminəm ki, bundan sonra

hər şey çox yaxşı olacaq!!!

 

İlqar Kamil. 23.12.11.
Link to comment
Share on other sites

KEÇMİŞ DÖNSƏ...

 

Alın yazım qırışlaşıb,

əlim əsir yavaş-yavaş.

Ayaqlarım yorğun-arğın,

tökülür saç, ağarır baş.

 

Keçmiş dönsə nə olacaq,

mən ki, həmən mən deyiləm.

 

Özümə min zülüm verib,

unutmuşam “onu” çoxdan

bu beçara yaddaşımda

heçnə qalmayıb o vaxtdan.

 

Keçmiş dönsə nə olacaq,

mən ki, həmən mən deyiləm.

 

Yara eynəkləmi baxıb,

qara gözün seyr edəcəm?!

Titrək ayaqlamı hərdən,

tərk eləyib incidəcəm?!

 

Keçmiş dönsə nə olacaq,

mən ki, həmən mən deyiləm.

 

Ona uzanan yad əli

qıra biləcəkmi bu əl?

Sona qədər qorumağa

verəcəkmi imkan əcəl?!

 

Keçmiş dönsə nə olacaq,

mən ki, həmən mən deyiləm.

 

O üzdən keçmiş dönməsin,

mən qayıdım ona sarı.

Onlar məni axtarmasın,

mən axtarım o anları.

 

Keçmiş dönsə nə olacaq,

mən ki, həmən mən deyiləm.

 

İlqar Kamil. 21.12.11.
Link to comment
Share on other sites

Könlüm yenə bülbül kimi şeydayi-vətəndir,
Məcnun edən aşiqləri Leylayi-vətəndir.

Yüzlərlə gözəl aşiqi olsam da mən, amma
Qəlbim yenə də aşiqi-sevdayi-vətəndir.

Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,
Ondan da gözəl xəlqə təcəllayi vətəndir.

Qoymaz bu müqəddəs yerə biganə toxunsun,
Hər kəs ki, sədaqətlidir, əbnayi-vətəndir.

Tərifi-behişt eyləməsin xəlqimə heç kəs,
Cənnət də, behişt də bizə səhrayi-vətəndir.

Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm,
Məşuqə mənə eşqi-Züleyxayi-vətəndir.

 

Əliağa Vahid

Link to comment
Share on other sites

Ayrıldıq güc gəldi bizə hücumlar,

Ayrıldıq usanıb tə’nədən, sözdən.

Bizdən razı qaldı yadlar, qohumlar.

Biz razı qalmadıq öz-özümüzdən

Ayrıldıq nəğməmiz qaldı yarımçıq

Fikirlər pərişan könüllər qırıq

Ayrıldı da, harda ləngidi zaman

İndi nə sən sənsən, nədə mən mənəm

Başımda tufanlar hayqırdığından

Meyvəsi dəyməmiş tökülən mənəm.

Dağlara dırmaşıb ardımca qaçdın

O, axar sulara qarışan mənəm

Taleyin hökmüylə sən çox vuruşdun

Bu ağır hökm ilə barışan mənəm

Yandıranda mənəm, yaxanda mənəm

Döyəndə vuranda yıxılanda mən.

Ayrıldıq bilmədən nəyçün nədən biz

Ayrıldıq ayrılmaq istəmədən biz!!!

Yoxdur sənə qəzəb,kin

Yadıma düşməyir bəd əməllərin

Nifrətsiz ayrılıq ayrılıq dəyil.

Nifrətsiz ayrılıq ölümdən şirin.

Gülüm sevə-sevə ayrılırıq biz,

Ürək kökdən düşən tək simə bənzər.

Bizim gözü yaşlı bədbəxt eşqimiz

Atalı-analı yetimə bənzər.

Deyirəm unudum səni mən gərək.

Mümkünmü, Arzuya əməl tən gərək!

Unuda bilməkçün səni sevgilim,

Təzədən doğulum,təzədən gərək.

Bextiyar.V.

Link to comment
Share on other sites

Bu dünyanı bizə kim bağışlamış?

Onun torpağını, daşını verib.

Sevinc bağışlamış, qəm bağışlamış,

Gözümüzün axan yaşını verib.

 

                      Naməlum muəllif (ya da məlumdu mən untmuşam)

Link to comment
Share on other sites

Hanı o məh ilə mən işrət etdigim gecələr,
Tülui-sübhə kimi söhbət etdigim gecələr

Gedəndə yar, durub naz ilə kənarından
Alıb ələ ətəgin, minnət etdigim gecələr

Düşəndə xatirimə göglərə çıxar ahim,
O mahparə ilə xəlvət etdigim gecələr

Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,
Təvafi-kuyi üçün niyyət etdigim gecələr

Gəlib nihani dəri-yarə, üz qoyub xakə,
Qubarım öpməgə ol cürət etdigim gecələr

Düşərmi bir də ələ, ey xudayi-həyyu ehed,
O sərvqamət ilə ülfət etdigim gecələr

Deyəndə yar mənə dərd, mən deyərdim can,
Məzaqe təlx sözün şərbət etdigim gecələr

Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,
Özüm-özümə dönüb ləzzət etdigim gecələry

                                           Seyyid Əzim Şirvani

Edited by Erebzengi
Link to comment
Share on other sites

Olan oldu, keçdi, deyib,

Səni yenə bağışladım.

Sevdim səni bircə kərə,

Dönə-dönə bağışladım.

 

Bağışladım səni yenə,

Bağışladım dönə-dönə.

Tanrı səni verən günə,

Sevən günə bağışladım.

 

Səninlə bir keçdiyimiz,

Dilləndi hər cığır,hər iz.

Bir yerdə and içdiyimiz,

Aya-günə bağışladım.

 

Doğma əziz bir küçəyə,

Sənsiz ötən hər gecəyə.

Boynu bükük bir çiçəyə,

Solan günə bağışladım.

 

Bu dünyada onu bil ki,

Sən eşqimin sonu,ilki.

Səndən başqa kimim var ki ?

Səni sənə bağışladım...

 

Baba Vəziroğlu - "Bağışladım..."
Link to comment
Share on other sites

Yayda qışı gözləyirik,

Qışda yazı,

Azda çoxu istəyirik,

Çoxda azı.

Uşaqlıqda cavanlığın

həsrətilə yaşayırıq,

Cavanlıqda uşaqlığın.

Arzu birmi, beşmi, onmu?

Yığın-yığın!

Gözləyirik,

Özümüzdən çox güclüdür həsrətimiz.

Gözləyirik xoşbəxtliyi,

Xoşbəxtliyin içində biz.

 

Bextiyar Vahabzade. 
Link to comment
Share on other sites

DƏRİNSƏN, ZİRVƏSƏN

Hikmət kitabıdır sənin surətin.

Onu sona qədər oxumaq çətin!

Sən uzun illərin dolaylarında

Mənimçün heç zaman adiləşmədin.

Sən "gəlmə" deyirsən, əgər "gəl" - desən,

Yüz giley gizlənir bir gileyində.

Həmişə, hər yerdə qeyri-adisən

Qəribə görünən adiliyində.

Baş vurdum könlünün dərinliyinə,

Qalxdım zirvəsinə sənin arzunun.

Əlimi, qolumu bağladın yenə.

Nə orda son gördüm,

Nə də burda son.

Ürəkdə nə qədər inci gizlənər

Onlar bir-birindən baha, dəyərli.

Sonuncu görüşdə tapdığım gövhər

Əvvəlki gövhərdən daha dəyərli.

Sənin ürəyində yatan incilər,

Mənim ürəyimə ulduzlar çilər.

Qəlbini taybatay açmamısan sən,

Qorxmusan, gözünə çox işıq düşə.

Gözlərim qamaşa...

Hər görüşündən

Bir sirr saxlamısan gələn görüşə.

Aya çatmamışdan o gözəlliyə

Yetişmək eşqilə yandıq, düşündük.

Min il bu həsrətlə tor atdıq göyə,

Çatdıq,

ovcumuzda qum geri döndük.

Ayın əfsanəsi bitdi o gündən,

Dönüb ovcumuzda toz-torpaq oldu.

Sirrini insana bildirdiyindən

Ayın gözəlliyi itdi, yox oldu.

Sən mənim ovcuma qum tökməməkçün

Həmişə gizlətdin nəyisə məndən.

Ucaldın günbəgün,

Qalxdın günbəgün.

Daha gözəl oldun bu gün, dünəndən.

Hikmət kitabıdır sənin surətin.

Onu sona qədər oxumaq çətin!

Bu uzun illərin dolaylarında

Mənimçün bir dəfə adiləşmədin.

Dərinsən,

zirvəsən mənim gözümdə,

Belə tanımışam səni mən, gülüm.

Qeyri-adiliyin boy alır, həm də

Mənim həsrətimdən, eşqimdən, gülüm.

Avqust, 1980

Bextiyar.V.

Link to comment
Share on other sites

Gülüm sevə-sevə ayrılırıq biz,

Ürək kökdən düşən tək simə bənzər.

Bizim gözü yaşlı bədbəxt eşqimiz

Atalı-analı yetimə bənzər.

Deyirəm unudum səni mən gərək.

Mümkünmü, Arzuya əməl tən gərək!

Unuda bilməkçün səni sevgilim,

Təzədən doğulum,təzədən gərək.

Bextiyar.V.

Chox sevirem Bextiyar Vahabzadenin bu sherini. Xususen de bu iki kupleti. 

Umumiyyetle mene ele gelir Vahabzadenin hech pis sheri yoxdur. 

Link to comment
Share on other sites

Chox sevirem Bextiyar Vahabzadenin bu sherini. Xususen de bu iki kupleti. 

Umumiyyetle mene ele gelir Vahabzadenin hech pis sheri yoxdur.

Men onu çox sevirem.Her yazısı derin mena ile yazılıb.
Link to comment
Share on other sites

Bircə günün içində min bir hala düşməyim -

Özgəsiylə dil tapıb, özümlə döyüşməyim

Nə deməkdir, ilahi?

Mən ki, aciz bəndənəm,

Bu duyğular elində

üzü qara,

dili lal,

Gözü kor şərməndənəm.

Mənə verdiyin ağıl niyə gəlmir karıma?

O, cavab tapa bilmir min-min suallarıma.

Özün de, mənim ağlım aciz isə bu qədər,

Hardan doğur bəs sənin sirrinə əl uzadan,

Bu cavabsız suallar?

Eyni gündə doğulur hər qıfıla bir açar,

Qıfıl varsa, açar var,

Sual varsa, cavab var.

Bextiyar.V.

Link to comment
Share on other sites

QORXU

Mənim sol əlimdə yanıq yeri var,

O, mənə töhfədir körpəliyimdən.

Odun odluğundan xəbərsiz vaxtlar,

Əlimi manqalda yandırmışam mən.

Mənə "cız!" - dedilər,

Ancaq qorxmadım.

Əlimi yandırıb tanıdım odu.

Mənim həyat ilə ilk tanışlığım,

Əlimi yandıran oddan başladı.

Oxşadı gözümü hələ uşaqkən

Ocağın al-əlvan alovu, közü.

Dünyaya gələli, bilmirəm nədən,

Nəyə vurulduqsa, yandırdı bizi...

Mən oddan qorxmadım yanana qədər;

Mən qorxu bilmədim qanana qədər.

Elə ki, yandım

Odla oynamaqdan qorxdum, dayandım.

Başlandı qorxu -

Başlandı ehtiyat -

Başlandı həyat...

İyul, 1966, Şəki

Bextiyar.V.

Link to comment
Share on other sites

QIZIMA

Gəlirsən, gedirsən...

Gözüm üzündə,

Bilmirsən nə sorur, nə deyir atan.

Üzündən, gözündən,

hər bir sözündən

Qəlbini oxumaq istəyir atan.

Gəlirsən, gedirsən... heç nə sormuram

Baxışlar danışır, baxışlar ancaq.

Bilmək istəyirəm, a mənim balam,

Səni isidirmi qonduğun budaq?

Qınama, bələdəm mən bu həyata,

Kim çərxi geriyə döndərə bilmiş?

Övlada qızıldan taxt verər ata,

Qızıldan bəxtini kim verə bilmiş?

Gəlirsən, gedirsən. Dəyişmiş bizim

Sözümüz, sorğumuz...

Bu sən,

bu da mən.

Elə gəlirsən ki, elə bil qızım,

Bu evdə doğulub böyüməmisən.

Bir az yad olmusan,

Bir az utancaq

Əvvəlki ərkini istərəm yenə.

Gələndə qonaqsan, gedəndə qonaq,

Nə tez özgələşdi bu ocaq sənə?

Sənin xislətin də necə dəyişdi,

Demə gileyliyəm, yox, yox, şadam mən.

Sev ki, seviləsən...

Bizimki keçdi,

İndi sənin üçün narahatam mən.

Qoru hər ləkədən məhəbbətini,

Hər yerdə,

həmişə,

hər zaman, qızım.

Arxan- atan evi...

Səadətini

Yalnız ər evində tapasan, qızım.

May, 1978

Bu şeiri meni çox kövreldir (

Bextiyar.V.

Link to comment
Share on other sites

Bitdi Gözləmələr

Bəxtiyar Vahabzadə

Bitib alışmağım, bitib yanmağım

Yumağa döndəri məni bu gərdiş

Həyat – bir arzuya qanadlanmağım,

Həyat – Nəyi isə gözləməyimmiş.

Günbəgün çoxalır amanlar, ahlar

Indi dünya özgə, artıq mən özgə

Ümidsiz açılır indi sabahlar

Heç nə gözləmirəm ölümdən özgə.

Allahın verdiyi bu qismət nəymiş?

Gəldim getmək üçün… Bu qədər ancaq.

Vaxtın sürətiymiş, hərəkətiymiş

Taledən nə isə gözləmək, ummaq.

Bitdi gözləmələr, dayan ey qatar

Uzun yolculuğun nə mənası var?

Link to comment
Share on other sites

Gəldin də, neçin pənbə buludlar kimi axdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Sərpildi alov ruhuma süzgün baxışından,
Sarsıldı da həp mənliyim, ey afəti-dövran.
Gəl, gəl olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
 

Hüseyn Cavid.   ( Xəyyam )

Link to comment
Share on other sites

BİR ÜRƏKDƏ DÖRD FƏSİL

Hər gecə danışır radio havadan:

"Sabah az buludlu, biri gün yağış...

" İqlimin sirrini bu qadir insan

Gör necə öyrənmiş, gör necə açmış...

Sabahkı havanı bilirik bu gün,

Ey insan,

Bununla demərəm öyün...

Minbir havasını yerin, dənizin

Əvvəldən bilirik çox zaman, şəksiz.

Bəs niyə bilmirik öz qəlbimizin

Bir andan sonrakı havasını biz?..

Dörd fəsil yaşayır bir ildə torpaq

Qış, qış kimi gəlir, bahar bahartək.

Bir saat içində bəs nədən ancaq

Dörd fəsil yaşayır bəzən bir ürək?

Bextiyar.V.

Link to comment
Share on other sites

BİR ÜRƏKDƏ DÖRD FƏSİL

Hər gecə danışır radio havadan:

"Sabah az buludlu, biri gün yağış...

" İqlimin sirrini bu qadir insan

Gör necə öyrənmiş, gör necə açmış...

Sabahkı havanı bilirik bu gün,

Ey insan,

Bununla demərəm öyün...

Minbir havasını yerin, dənizin

Əvvəldən bilirik çox zaman, şəksiz.

Bəs niyə bilmirik öz qəlbimizin

Bir andan sonrakı havasını biz?..

Dörd fəsil yaşayır bir ildə torpaq

Qış, qış kimi gəlir, bahar bahartək.

Bir saat içində bəs nədən ancaq

Dörd fəsil yaşayır bəzən bir ürək?

Bextiyar.V.

Bayaq bir shekil gormushdum Igolka indi bu sheri oxudum, baxdim uygun gelir....

 

10295088_661730827196415_915830881570411

Link to comment
Share on other sites

Duzdur sheire uygundur..Sen de sheir vurgunusan menim kimi deyesen.

He, hem de chox. Bextiyar Vahabzadenin Bu bir kupletini chox sevirem. 

 

Sen menim qeribe qismetim, payim,

Geceler guneshim, gunduzler ayim.

Quzeyde Guneyim, qishda yazimsan, 

Sen menim hemishe elchatmazimsan...

Link to comment
Share on other sites

Sən hardan biləsən nə çəkirəm mən.

Payızam...

Ey ömrün ilk baharlısı,

Sən hardan biləsən, nədən biləsən

Yoxdur bu dünyada səndən varlısı.

Duman tək dağlara çəkilən mənəm,

Budaqlar üstündə quş tək dinən sən.

Payızda yarpağı tökülən mənəm,

Ömrün yaz çağında çiçəklənən sən.

İllərim xərclənmiş, ömür gödəlmiş,

Sənin yol gedəsi çox illərin var.

Mənim ürəyimdə baş-başa gəlmiş

Kövrək duyğulardan nə xəbərin var.

Deyirsən, ocağın közü mənəm, mən,

Sənsə tüstülənən xatirələrsən.

Ancaq xatirəmi?Səhvin var sənin,

Dağdan xəbərsizdi arandakılar.

Bir də... unutma ki, tüstülənənin

Təzədən tutuşub alışması var.

Sən hardan biləsən, sevda anları

Qənimət payıdır tükənən ömrün.

Sısqa bir bulağın son damcıları

Daha şirin olur təşnələr üçün.

Sən hardan biləsən, axşam şöləsi

Niyə aynaları alovlandırır.

Sən hardan biləsən bülbülün səsi

Niyə son baharda ürək yandırır.

Artır zaman-zaman vaxtın qiyməti,

Arzu min həvəsdə, ürək təlaşda.

Sən hardan biləsən, gözün ləzzəti

Qəlbin ağrısına dönür bu yaşda.

Sevgi yaş tanımır... Qəlbini yandır!

Yanaraq yaşasan, yaş düşməz yada.

Sevən doxsanında hələ cavandır,

Sevməyən qocadır otuzunda da.

Ürək alışırsa, günahkarmı yaş?

Sevəni qınama, sevəcək sevən!

Yaş ilə ürəyi deyil, a qardaş,

Boş ilə dolunu çəkiyə qoy sən!

Bir ömrü illərlə ölçmək düz deyil,

Ömürlə illəri ölçəsən gərək.

Hissinlə, qəlbinlə dinlə nə deyir,

Bu duyan, bu yanan, alışan ürək...

Yaşarkən həyatı həyatı sevirəm...nə qəm,

Ölərkən ölümlə sevişəcəyəm...

Sözlerin sehrine baxın...

Bextiyar.V.

Edited by Igolka
Link to comment
Share on other sites

DARIXMA HA... (B.Vahabzadə)

Məktubunu oxuyuram...

Dönə-dönə,

Qayıdıram hər cümlənə, hər sözünə.

Oxuyuram,

Düşünürəm.

Düşünəndə gözlərimi yumuram ki,

Səni görəm.

Oxuyuram, düşünürəm. Fikrim ötən günlərimi

varaqlayır,

Oxuyanda gülümsəyən sətirlərin,

Düşünəndə qan ağlayır.

Bir məktubda nə deməkdir

Bu ağ, qara?

Rənglərə bax,

Hardan-hara?

Kim deyir ki,

Hər kəlmənin

Bir mənası bir yükü var?

Yox! Ürəkdə dilə gələn yaşıl sözlər,

Budaqlardır,

Yüz budağın bir kökü var. Kök ürəkdir.

Yarpaqlarda rəngi yaşıl,

Səsi, sözü pıçıltılar.

Pıçıltının səsi birsə,

Min mətləbi, min sözü var.

Mən sözün öz mənasını istəmirəm.

Bir məzmuna o, qul olur,

O, duyğudan məhrum olur,

Yoxsul olur.

Mən vurğunam hər kəlmənin

Çalarına.

Nida kimi dik dayanıb

Hökm verən halına yox,

Sual kimi boyun büküb

Düşüncəyə dalanına.

Düşüncənin min rəngi var.

Göydəki ay, yalnız aydır,

Suya düşsə,

Qırçınlanan dalğalarda

Neçə rəngdən çələngi var.

Sənin əlvan duyğuların

Sözün məna sərhədindən

O taydadır.

Sözlər yatır quzu kimi,

Çalarları haraydadır.

Çalarların alovuna alışıram.

Günlər keçir...

Səsləndikcə qulağımda cümlələrin,

Ətrafıma lal kəsilib

Mən səninlə danışıram:

Yazırsan ki: - Darıxma, ha...

Burda sözün qəsdi geniş,

Yuvası dar.

Burda sözün cövhərindən

Neçə-neçə söz sıçrayar.

Sözdən fikir.

Fikirdən də

Neçə-neçə mətləb çıxır.

"Darıxma"nın o tayında

Söz darıxır,

Söz karıxır.

Sən "yox"dakı o "var"a bax.

Sözün əksi-çalara bax.

Sən "darıxma" deyən zaman,

İstəyirsən ömrüm boyu

Mən darıxım sənin üçün.

Rənginə bax, qəlibindən çıxan sözün!

Darıxıram, aya, günə sığışmıram.

Darıxıram,

Dünyamızm

Qaydasına ölçüsünə

Sığışmıram.

Darıxıram,

İstəyimə çatmaq üçün.

İstəyimiz fövqündədir sözümüzün.

Darıxıram,

Doğmalarım sağ-solumda.

Darıxıram,

Baxışların

Yanıb sönür xəyalımda.

Gözlərimin önündəki baxışlara

Yad olmuşam.

Xəyaldakı baxışların işığında

Udulmuşam.

Təqvimdəki varaqların

Bir ayını birdən cırın!

Yayı ötüm,

Göz yaşı tək kirpiyimdən,

Qopub düşüm payıza mən.

Link to comment
Share on other sites

BEXTIYAR VAHABZADE

BIR SALAMA DEYMEDI...

Bu gun men seni gordum,

Salam vermek istedim,

Uzunu yana tutdun.

Soyle, illerden beri

Qelbimizin bir duyub

bir vurdugu illeri, Axi, ne tez

unutdun?

Bes ilde gozumuzden axan o qanli

seller,

Bir salama deymedi?

Hec uzume baxmadan yanimdan

nece

kecdin? Sen esqin salamini

qorxuyami

deyisdin?

Yoxsa sen oz ehdine, ilqarina ag

oldun?

O qeder yaxin iken, bu qeder uzaq

oldun. Sirin guluslerimiz, aci

feganlarimiz

Bir salama deymedi?

Qaygili anlarimiz, qaygisiz

anlarimiz

Bir salama deymedi?

Sen neyledin, bir dusun!

Yalniz indi anladim; ah, sen daha

menimcun

Elcatmaz bir ciceksen,

Yasanmis gunlerim tek geri

donmeyeceksen!...

Qop ey tufan, es ey yel! Xezel

olum,

tokulum Duz bes il ureyimde

Beslediyim mehebbet, bir salama

deymedi.

Bir gunluk hesretime doze

bilmeyen,

gulum,

Bes ne oldu? Bu hesret bir salama

deymedi?

Getdin, dalinca baxdim, can ayrildi

canimdan,

Sen nece etinasiz ote bildin

yanimdan?

Ah cekdim, basim uste yarpaqlar

esdi,

gulum, Senin qelbin esmedi.

Arxana da baxmadin!

Niye senin yolunu mehebbetin

kesmedi?...

Qazancimiz de, bumu?

Deyilmemis o salam elvidamiz

oldumu? Sen mene zulm eyledin,

mene zulm

yarasir.

Bir salama deymeyen esqe olum

yarasir!

  • Like 1
Link to comment
Share on other sites

Nifrət Edirəm...

Zamana nifrət edirəm - çünki onu dayandıra bilmirəm

Göz yaşlarına nifrət edirəm - çünki onlar zəifliyi üzə çıxarır

Yalana nifrət edirəm - çünki özüm də hərdən yalan danışmağa məcbur oluram

Saxta gülüşlərə nifrət edirəm - çünki saxta insanları sevmirəm

Xəyanətə nifrət edirəm - çünki bağışlamayacağım yeganə səhv hərəkətdi

Satqınlara nifrət edirəm - çünki mənliyini qorumayanlara nifrət edirəm

Ürəyimdəki boşluğa nifrət edirəm - çünki o boşluğu dolduran yoxdur

Ədalətsizliyə nifrət edirəm - çünki həyat ədalətsizliklərlə doludur

Məsləhətlərə nifrət edirəm - çünki başqasının ağlı ilə getməyi sevmirəm

Sənə nifrət edirəm - çünki nifrətimi qazandın!

Link to comment
Share on other sites

DAĞDA ŞELALE KİMİ.

Bir rəngi yox, göylərin min rəngini sevirəm

Bir gülü yox, güllərin çələngini sevirəm.

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,

Həyatı həyat kimi yaşamaq istəyirəm.

Göydə qürub çağı da, dan yeri də gözəldir.

Həyatın sevinci də, kədəri də gözəldir.

Həyat - bir cıdır düzü, bir döyüş meydanıdır.

Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.

İnci üzə çıxarmı çalxalanmasa ümman?

Bu meydanda heyif ki, daim eniş axtaran,

"Azca aşım, ağrımaz başım" - deyənlər də var.

Kədərdəki nəşəni, zövqü anlamayanlar

Həyatın nəşəsindən, fərəhindən nə anlar?

Hər kədəri səadət, hər sevinci qəm izlər.

Əsl könül həm qəmi, həm sevinci əzizlər.

Təlatümsüz ürəklər qovuq kimi boş olur.

Daim sevinc axtaran daim qəmə tuş olur.

Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.

"Bu dünyada birtəhər qoy yaşayaq", - deyənə,

Ah, birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?

Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər nədir?

Mən düşmənəm, düşmənəm belə "ölü canlara",

Gündən qaçıb həmişə kölgə axtaranlara...

Onlar ortada yeyib, qıraqdasa gəzdilər,

Namusu xərcləməkdən onlar çəkinməzdilər.

Onlar orta yol tutub nə "hə", nə də "yox", - dedi.

Havaya nə "istidir", nə də ki, "soyuq", - dedi.

Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən.

Özgəsini qorxudub hürkdülər özlərindən.

Onlar qazdan ayıqdı...

Onlar havaya baxdı...

Gah yağışa, gah qara,

Gah qışa, gah bahara,

Gah axşama, gah da ki, səhərə dəm tutdular.

Özlərini düşünüb özgəni unutdular.

Səslərdən səs aldılar, öz səsləri olmadı.

Yaşadılar ölü tək, nəfəsləri olmadı...

Getdilər iş dalınca, ürəkləri getmədi...

Gəzdilər... Hey gəzdilər.

Ayaq səslərinisə tək özləri eşitdi,

bir kimsə eşitmədi...

Atlarını daşlığa salıb səyirtmədilər,

Adları kişi oldu, ömürdə bircə kərə

kişilik etmədilər.

Onlar öləndə belə kimsə xəbər tutmadı.

Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.

Çoxdan ölmüş zənn edir, axı, hamı onları.

Diri ikən, sağ ikən,

Öz səsi olmayanın ölümü səssiz keçər.

Min-min dəfə ölənin matəmi yassız keçər.

Qardaş, min duyğu ötsün ürəyindən bir anda.

Sən qımışma güləndə, inləmə ağlayanda.

Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək, gül.

Gülsən də, ağlasan da tamam doysun qoy könül.

Yaşamaq istəmirəm sürünüb dizin-dizin,

İstəyirəm ən uca zirvələrə mən qonam.

Xəfif sakitliyini neyləyirəm dənizin.

Onun qasırğasına, dalğasına vurğunam.

Qoy döysün yağış məni, boran məni, qar məni,

Həyatın boranları daim yaşadar məni.

İstəmirəm həyatım sakitcə bir otaqda

gəlib keçsin lal kimi...

İstəyirəm döyüşəm qayaların başında

düşmənlə qartal kimi.

Bağçadakı arx kimi ötüb həzin nəğmələr,

axmağı istəmirəm.

Səyyah olub həyata seyirçi bir nəzərlə

baxmağı istəmirəm.

Çağlamaq istəyirəm dağda şəlalə kimi,

Səpilmək istəyirəm çöllərə lalə kimi.

Dərya olub, nəhr olub, çalxanmaq istəyirəm,

Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.

Şığımaq istəyirəm başsız küləklər kimi,

Bəslənmək istəyirəm bütün ürəklərdə mən

arzu, diləklər kimi.

Bir rəngi yox, göylərin min rəngini sevirəm.

Bir gülü yox, güllərin çələngini sevirəm.

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;

Həyatı həyat kimi yaşamaq istəyirəm,

Yaşamaq istəyirəm!

May, 1960

Bextiyar Vahabzade.

Link to comment
Share on other sites

Bu günümə baxıram, dünənimi anıram

Tez-tez haçalanıram.

Fikrimə düyün düşüb

Bu günümə qar, yağış, dünənimə gün düşüb.

Bu halıma nə deyim?

Qocalığın önündə hesab verir gəncliyim.

Bəlkə budur qocalıq?

Qəlbin yuxalanması,

sonun ilki anması?

Qocalığın önündə gəncliyin utanması,

Meşədə ağacların tək-tək yarpaq tökməsi,

Yetkin ağlın önündə ürəyin diz çökməsi?

Bextiyar.V.

Link to comment
Share on other sites

Yenə xatırlayacaqsan bu evi
Yenə də zəng edəcəksən: Gəlirəm
Yenə də yalvaracaqsan: Gözlə,
Heç yerə getmə, bu günlük səninəm.

Yenə kölgən cızacaq pəncərəmi
Girəcəksən elə bil öz yuvana,
Yenə palton düşəcək qollarıma
Yenə çantan uçacaq boş divana........

Yenə sakitcə yumub gözlərini
Kürəyin söykədəcəksən sinəmə
Yenə guya unudub sözlərini
Deyəcəksən ki, demə, heç nə demə......

Yenə dinməz dayanıb bir müddət
Arxadan boynuna ahlar səpəcəm
Saçını sonra səliqəylə yığıb
Çiyninin ağ dərisindən öpəcəm.......

Ağ belindən götürüb əllərimi
Yenə bərk-bərk sıxacaqsan döşünə
Yenə də tuş gələcək lal baxışım,
Al dodaqlarını sıxmış dişinə.......

Sinən aramsız enib qalxınca
Mən gedib bağlayacam çöl qapını.
Söndürülmüş siqaretlərlə yenə
Birbəbir dolduracam külqabını.......

Yenə də seyr edəcəm dinməzcə
Çiyinindən sürüşən köynəyini,
Yenə də gözləyəcəm tez soyunub
Tələbeeeeep lampanı söndürməyini........

Yenə qoynumda bu çılpaq bədənin
Sübhəcən çırpınacaq, ağlayacaq
Yenə dırnaqların ac qırğı kimi
Sinəmi, boynumu cırmaqlayacaq.......

Yenə qışqırtın, iniltin qopacaq,
Sıxacam ağzını ovcumla yenə
Qonşuda xeyli qulaq şəklənəcək
Ehtirasın bu həyasız səsinə........

Yenə həzzin çatacaq son həddə
Bədənin od tutacaq, allanacaq……
Sonda halsız düşəcəksən yatağa,
Ayağın çarpayıdan sallanacaq........

Yenə titrək həyəcanlı səslə
Açacaqsan mənə öz hisslərini,
Yenə də axtaracaq süst baxışım
Bədənində yad öpüş izlərini.........
..
Yenə də inciyəcəksən məndən
Deyəcəksən: Soyuyub ehtirasın.
Yenə xatırlayacaqsan bir vaxt
Bizi uydurmaş o şəhvət havasın.......

Yenə laqeydliyimdən usanıb
Əsəbi yellədəcəksən əlini,
Sanki qəsdən məni cırnatmaq üçün
Yenə tərifləyəcəksən ərini.......

Bezib axır susacaqsan, birdən
Yenə də yastığa çırpıb üzünü,
Dözməyib gəldiyin üçün bu evə
Yenə lənətləyəcəksən özünü.......

Yenə də hönkürəcəksən xeyli
Nəmli yastıq udacaq göz yaşını,
Sonra sakitləşəcəksən azacıq,
Ah çəkib qaldıracaqsan başını,.....

Yenə qalxıb yığacaqsan yerdən
Səpələnmiş təzə pal paltarını,
Geyəcəksən yenə tənbəl-tənbəl
Əyninə köynəyini, şalvarını.......

Qapıda bir də yumub gözlərini
Kürəyin söykədəcəksən sinəmə,
-Sənə mən ömrümü bəxş eylərdim
Bircə yol barı desəydin - ELƏMƏ…........


Ilqar Fehmi



 

Edited by Sunyata
  • Like 1
Link to comment
Share on other sites

Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
Getsəydi, bu dünyanı beş-on şeyrə satardım,
Dünyanı beş-on şeyrə satardım
və yatardım.

Səndən qaça bilsəydim əgər, sənsiz həyatı
Əvvəl acı dərman kimi ehmalla dadardım,
Dərman kimi ehmalla dadardım
və udardım.

Bir qırmızı paltarlı qadınçün gecə yarı
Bir qırmızı yanğıyla yuxumdan oyanardım.
Yanğıyla yuxumdan oyanardım
və yanardım.


Son dəfə mənimçün gözünün yaşı axardı,
Göz yaşını son dəfə öpüşlərlə silərdim,
Son dəfə öpüşlərlə silərdim
və ölərdim.

Bir gün səni də yadlara xoşluqla verib mən
Sonra durub ardınca xəcalətlə baxardım,
Ardınca xəcalətlə baxardım
və baxardım.
 

 ILQAR  FEHMI..

  • Like 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Haha
      • 7 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 58 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 473 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...