Jump to content
Sunyata

Xoşladığınız Şeirlər 2

Recommended Posts

YANDIRIR MƏNİ

Qara kölgəsidir bütün bəşərin, 
Adı üstündədir fitnə-fəsadın,
Adı üstündədir şeytanın, şərin –
Şeytan barmağında fırlanğıc olan
Fırfıra adamlar, qıra adamlar.
Bu calaq adamlar yandırır məni.
Bu alaq adamlar, yalaq adamlar
Bu salaq adamlar yandırır məni.

Sən Allah, ona bax. Baş əyə-əyə,
Ölür baş sarayda tülkülənməyə;
Ölür satılmaqdan, satmaqdan ötrü,
Lap dovşan, lap tülkü libasında da
Ölür bir mənsəbə çatmaqdan ötrü,
Bu dovşan adamlar, yovşan adamlar,
Bu beli büküklər, üzü dönüklər,
Bu ağzı köpüklər yandırır məni.
Cəhənnəm əhliyçin ocaq püfləyən
Bu qarnı körüklər yandırır məni.

Kimdi o sızlayan, kimdir o ölən,
Evdə urvalığı, xərcliyi yoxdur.
Nağılda şahı da aldada bilən
Millətdə bir keçəl bicliyi yoxdur.
Ona bax, gör necə cumur hay-küyə –
Süfrə artığına, tör-töküntüyə,
Yox, belə ruzudan kişi göyərməz
Bu yetim ruzular yandırır məni.
Əldəki bir çəngə otun dalınca
Yüyrüşən quzular yandırır məni.
Bəs elin qartalı hayanda qalıb,
Bu qarğa-quzğunlar yandırır məni.

Elin balasıdır əslinə baxsan,
Gedib insan olur azad buraxsan.
Şərin buyruğunda quyruğu dönən
Zorbala qoçular yandırır məni.
Gedib Məkkə görüb, Mədinə görüb
Gəlib müşrüklərə qulluqçu duran
Şeytantük hacılar yandırır məni.

İftira nə qədər, yalan nə qədər -
Yalana gedənlər bundan da betər.
Bəlkə ağıl yatır, düşüncə yatır,
Ağ yalan deyənlər, ağ kəfən satır,
Millər boynundakı kəfəni görmür -
Bu karlar, bu korlar yandırır məni.
Qırmızı yalandan söz əzbərləyən
Bu robot motorlar yandırır məni.

Nə varsa aşındı, nə varsa getdi.
Sürünüb, bürünüb palaza getdi,
İnsanlıq dediyin, vicdan dediyin
Rüşvətin əlində güdaza getdi;
Bu kimlər, o kimlər yandırır məni,
İqtidar torunda ağlayan, gülən,
Ədalətdən başqa hər şeyi bilən
Bu işbaz hakimlər yandırır məni.

Gör zülüm nə gündə, əzab nə gündə? –
Üstəlik bu zülmə təriflər deyən
Qələm nə gündədir, kitab nə gündə?..
Özüyçün ad alıb, şan qazanmağa,
Nə yaman öyrəşdi əl uzanmağa –
Mirzə Cəlilçilər,
Vay Sabirçilər!
Bir kürsü önündə necə kiçilər?!
Haray ay adamlar, haray kişilər,
Loxmalar, boğmalar yandırır məni.
Elin dar günündə qeyrət umduğum.
Adları doğmalar yandırır məni.
Ancaq öz dərdinə dərman eyləyən
Bu özəl loğmalar yandırır məni.

 

Musa Yaqub
 

 

Musa_Yaqub.jpg

  • Like 3
  • Thanks 1
  • Haha 1

Share this post


Link to post
Share on other sites

Sen ol da,
İstər yar ol
İstər yara.
Lütfün da başım üstünə,
kahrın da

Şems-i Tebrizi

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Seni özledim diyorsam, bil diye değil gel diye.
Özlemim öyle derin ki, hiçbir dilde yok çevirisi.
Seni çok özledim. Uykum gibi gelsen, hiç gitmesen.
Bir zahmet üstüne alınabilirsin.
Özledim.

Nazim Hikmet

  • Like 1

Share this post


Link to post
Share on other sites

Dünende qaldı.

 

Görən hara uçdu
  Şaqraq gülüşlər,
Ümidlər xəyala dönəndə qaldı?
Titrək həyəcanlar,
  Doğma görüşlər
Əlim yetişməyən dünəndə qaldı.

İlkin məhəbbətin
Odu, atəşi,
Eşqim bir ürəkdə sönəndə qaldı?
Nə tez qürub etdi sevgi günəşi,
Nuru, hərarəti dünəndə qaldı.

Təbiət! Nə böyük sehirlərin var,
Nə verdinsə yenə o səndə qaldı,
Verəndə nəcibsən,
Alanda qəddar,
Deyən səxavət də dünəndə qaldı.

İllər kəmənd imiş
İnsan boynunda
Ömrü dara çəkmək kəməndə qaldı?
Zamanın amansız, namərd oynunda,
Nə vardı, nə yoxdu dünəndə qaldı.

Noldu düzə düşən
O qoşa izlər,
Ot basdı, saralmış çəməndə qaldı.
Gözlər eynəklərdən mərhəmət gözlər,
Gözlərin şövqü də dünəndə qaldı.
Yatırdın, oyandın
Bəlkə sən, şair
İllərin oxları sinəndə qaldı.
Bu günə keçdinmi görəsən, şair,
Bəlkə bu günün də dünəndə qaldı?

 

N.Xezri

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Konuşsam dillim yanar, sussam kalbim
Önce duruyorum....Sonra susuyorum....
Içimden çıkan lafların etrafı, yangın yerine çevireceğini düşününce kilit vuruyorum dilime...
Sonra Yan! diyorum gönlüme!
Ve Dayan! diyorum gönlüme!
Dayan be gönlüm!Dayan ki, elbet birgün görecektir sevgili arşa yükselen alevlerini....
Dayan ki, bir gün alevlerin, sevgilinin gözyaşıyla buluşacaktır...
Dayan gönlüm! Seni de elbet bir gün anlayan olacaktır!
Dayan be gönlüm! Içine akittığın
gözyaşınla bile sitem etme sevgiliye!...
Derdini başına tac et "Sevgiliden geldi diye....
Ve dayan, sorma "Icime bu yangını salıp da nereye gitti? diye!
Sen sevgine sadık ol, o seni sevmese bile!
Dayan be gönlüm! "Biçare değilsin
Yaradan" var!
Biliyorum! Sığmazsın hiç bir yere bu sevdayla, dünya sana dar!
Ama dayan gönlüm! Dayan ki her gecenin mutlaka bir sabahı var!
Dayan be gönlüm!...Içindeki aleve attığın tohumları gözyaşınla yeşert!
Dayan ki her şey bitecek bir gün,
Kalmayacak ne gam ne dert!...
Alev kırmızı güllerden der demet demet....
Bil ki! Bil ki bir gün mutlaka bitecek bu hasret!

Mevlana Celaleddin Rumi

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Heç nadir növ də deyil.
Bəlkə vermədən hesab

Özünə - çoxu bu növdən biri:
Boyunduruq altında, bir az ölmüşkən diri.
Həftəiçi ofisdə
İşinin, tövhəsinin mənasını bilməyən
Əhliləşmiş bir işçi.

Həftəsonu çayçıda
Dost masasında belə hər sözünü çeynəyən;
Rəndələnmiş piyada.
Faciəsi bu deyil
Hələ yoluxmayıb o Stokholm sindromuna:

Yapon meymunlarıtək

Danışmır, görmür, kardır.
Əslində onun üçün hər şey aydın, aşkardır:
Dəyirmi masaların başında oturanlar;
Şəffaflıqdan danışıb
Dənizin kənarında yeddi metr hasarlı
Özəl qala quranlar
Nəzərlərindən qaçmır.
Bərabərlik arizi
Ədalət xəstəsidir.
Onları görməsə də
Onlar üçün savaşa bir dəfə girməsə də!
Ruhu komatozdadır:
Nə ölüdür, nə də sağ - 
Azadlıqsevər qorxaq...

 

Share this post


Link to post
Share on other sites
2 минуты назад, TuralH сказал:

Heç nadir növ də deyil.
Bəlkə vermədən hesab

Özünə - çoxu bu növdən biri:
Boyunduruq altında, bir az ölmüşkən diri.
Həftəiçi ofisdə
İşinin, tövhəsinin mənasını bilməyən
Əhliləşmiş bir işçi.

Həftəsonu çayçıda
Dost masasında belə hər sözünü çeynəyən;
Rəndələnmiş piyada.
Faciəsi bu deyil
Hələ yoluxmayıb o Stokholm sindromuna:

Yapon meymunlarıtək

Danışmır, görmür, kardır.
Əslində onun üçün hər şey aydın, aşkardır:
Dəyirmi masaların başında oturanlar;
Şəffaflıqdan danışıb
Dənizin kənarında yeddi metr hasarlı
Özəl qala quranlar
Nəzərlərindən qaçmır.
Bərabərlik arizi
Ədalət xəstəsidir.
Onları görməsə də
Onlar üçün savaşa bir dəfə girməsə də!
Ruhu komatozdadır:
Nə ölüdür, nə də sağ - 
Azadlıqsevər qorxaq...

 

aydındır.

müəllifi ..?

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Əli Məmmədov

 

12 минуты назад, NOIR сказал:

aydındır.

12 минуты назад, NOIR сказал:

müəllif

Edited by NOIR

Share this post


Link to post
Share on other sites

Vətən mənim ürək yaram
(Deyişmə)
M.Duyğulu
Müqəddəslik zirvəlikdir, qardaşım,
Bu yolda ötübdür yaşımı yaşım.
Nə zaman ki, qurcalanır yaddaşım,
Qurumur, gözümdə leysan olur yaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Qurbanam Vətənin hər qarışına,
Müqəddəs torpağı, dağı daşına.
Mənim də sözümü yaz yaddaşına,
Hər dərdin olubdur bil ki, əlacı,
Quruyar sənin də göz yaşın bacı.

M.Duyğulu.
Bilsən, necə yurdum tütür gözümdə,
Dolaşır dilim də, çaşır sözüm də.
Üşümüş təbəssüm donur üzümdə,
O qərib elləri görəydim mən kaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Bir zaman qalxacaq qoç Koroğlular,
Edəcək düşməni inan tari-mar.
Ermənistan özü qalacaq ağlar,
O zaman şeirini edib baş tacı,
Ürəklə, fərəhlə yazarsan bacı.

M.Duyğulu.
De, necə sevinib gülər bu ürək,
Düşmən zərbə vurub, kəsib duz çörək.
Axı, Əzrailə necə can verək?
Utancdan göz üstə, ucalmır da qaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Tutacaq duz çörək bil düşmənləri,
Bir gün qırılacaq qalxan əlləri.
Azad görəcəyik bütün elləri,
O zaman qəlbini tərk edər acı,
Sənin də ürəyin sevinər, bacı.

M.Duyğulu.
Bir canı borcludur Tanrıya bəndə,
Unudur ölümü, üzü güləndə.
Düşmən Vətənimə, "Vətən" deyəndə,
Quruyub qalıram, oluram çaş-baş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Bir zaman gələr ki, sevinərik biz,
Həsrəti tərk edər ürəklərimiz.
Yenə bütövləşər öz Vətənimiz,
Gülərik düşmənə biz acı- acı,
Sən də öz yurdunu görərsən, bacı.

M.Duyğulu.
Orda çiçək açıb ilkin baharım,
Söylə, tükənərmi əhdim, ilqarım.
Əzəldən sevgidir dövlətim-varım,
Qorxuram tərk edə, vəfasızdı yaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Səninlə bərabər solubdu güllər,
Həsrətdən göz yaşı tökür bülbüllər.
Onlar da səninçün qəribsəyiblər,
Çünki başlarının uçubdur tacı,
Səni gözləyirlər, səni ay bacı.

M.Duyğulu.
Bu həsrət qəlbimə salıbdı kərdi,
Çətin ki, qaldıra ürək bu dərdi.
Üz üzə qoyublar namərdlə mərdi,
Kimi qeyrət arar, kimisi daş-qaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
İyirmi yeddi ildir Kərki də qəmli,
Gözləri yollarda, qalıbdı nəmli.
Danışa bilsəydi, olsaydı dili,
Səni çağırardı, əlində saçı,
Sən onun gözünü silərdin bacı.

M.Duyğulu.
Bilinmir hardadır ömür karvanı,
Saatlar saxlamaz vaxtı, zamanı.
Əgər lazım gəlsə bu şirin canı,
Verib, torpağında olaram bir daş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z .Rüstəmov.
Bilirəm ürəyin Vətəndə qalıb,
Ruhun paralanıb, o təndə qalıb.
Həsrətin rəngu də solub saralıb,
Baxıb camalına, baxıb qıyqacı,
Sənin gülməyini gözləyir bacı

M.Duyğulu.
Təkcə olarıqsa Tanrının qulu,
O zaman görünər haqqın düz yolu.
Nakam bu dünyadan köçsə Duyğulu,
Yurdumun gözündən töküləcək yaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Bilirsən, Naxçıvan igidlər yurdu,
Qoruyar Vətəni nizami ordu.
Birdə görərsən ki, havadan vurdu,
Kilsənin üstündən aşırrıq xaçı,
Qələbə xəbərin alarsan bacı.

Haşiyə.

Yurdun hər qarışı əzizdir bizə,
Dərdi dərd gətirər ürəyimizə.
Ay ellər, səs verin Siz səsimizə,
Olaq bu ellərə oğul, dost, sirdaş,
Vətənə də qardaş gərəkdi, qardaş.

09.01.2019

 

P.S. Kərki kəndi Naxcıvanda 15.01.1990-cı ildən işğal altında.

Edited by umniy Nxcivanli
  • Like 2
  • Thanks 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Çox yorğun görünürdü
Saxlayın, dedi, dünyanı...düşən var
Heç dünya dayanmamış düşdü də, getdi də,,
Ardınca xeyli baxdım və sonradan tanıdım
Nə zamansa aynalarda görmüşdüm

Esmira Mehidqızı

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Seni düşünmek güzel şey,
Ümitli şey,
Dünyanın en güzel sesinden
En güzel şarkıyı dinlemek gibi birşey...
Fakat artık ümit yetmiyor bana,
Ben artık şarkı dinlemek değıl,
Şarkı söylemek istiyorum...

Nazim Hikmet

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Uşaqkən əlimizə vurardı anamız,
Çox sevdiyimiz şirniyə uzandığı üçün

Sonralar da əlimizə həyat vurdu,
Çox istədiyimiz xöşbəxtliyə uzandığı üçün

İndi isə qoynumuzda çarpazlanıb əllərimiz,
Bir quçaqlıq boşluğu doldurmaq üçün

Şamil Ənvəroğlu

  • Like 2

Share this post


Link to post
Share on other sites

 

Verdim o gün ki, zülfi-pərişanə könlümü,
Saldı nigar o zülfdə zindanə könlümü.

 

Yalvardım əczinən ona, bəlkə xilas edə,
Zənciri-zülfə bağladı divanə könlümü.

 

Hər qədr uydum ol büti-tərsa cəmalinə,
Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.

 

Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,
Saldı o yar çahi-zənəxdanə könlümü.

 

Etdikcə mən məhəbbət o kafər balasına,
Etdi cəfayi-naz ilə viranə könlümü.

 

Vəslə yetirməyib, gecə-gündüz fəraqdə,
Təbdil edibdi laləsifət qana könlümü.

 

Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,
Saldı bəlayi-firqətə məstanə könlümü.

 

Gülçin binəva idim, oldum müridi-şeyx,
Yandırmışam mən atəşi-hicranə könlümü.

 

Hüseyn Cavid

Edited by NOIR
  • Like 2
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Qurbanın ola bilsem.

 

Ağlama, ağlama, ey gözləri buludtlu yar,
Barı uzaqdan olsa, qadanı ala bilsəm...
Bir tərlan kimi qonsam o qar yallı dağlara,
Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm,
 Qurbanın ola bilsəm...

Yenə yaşlar göründü o dalğın gözlərində,
Bir qurbanmı gedən var o buz dənizlərində?
İllər boyu bir bahar görməyən düzlərində,
Gül kimi açılsam da, gül kimi sola bilsəm,
 Mən sənin ola bilsəm...

Dün bir yaralı durna bir xəbər verdi acı,
Dedi: “Dağların issız, yox qumrusu, turacı”
Bir dərdə düşmüşsən ki, bulunmazmış əlacı...
O dərdinə bir məlhəm, dir dərman bula bilsəm,
 Mən sənə gələ bilsəm...



A.İldırım

  • Like 3
  • Upvote 1

Share this post


Link to post
Share on other sites
34048655_1902572956701502_90591497618142
 
 

DƏDƏ ƏDALƏTƏ.
Barmaqları mizrabını dindirib,
Mələkləri göydən yerə endirib.
Baş saritel baxışları döndərib,
Sədasına cəm eyləyər aləmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Çal Kərəmi, alovlansın ürəklər,
Qanad çalsın uçan quşlar, leyləklər.
Sədasını yaysın əsən küləklər,
Qoy götürsün ürəklərdən dil qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

İgidləri "Ruhani"də cəmlədin,
Sıxıb sazın öz sinəndə bəmlədin.
Şad könlünü hər havayla qəmlədin,
Demədilər ay Ədalət sil qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Saz sinədə, göz yumulu sağ əli,
Çalardı hey gah "Mixəyi" "Cəlili",
"Dübeyti"nin var öz sözü, öz dili,
Oxuyardı gələndə hərdən dəmi,
Çal ay aşıq, diqəmi çal, dilqəmi.

Saz sənəti bizim elin aynası,
Sədasıyla ağlar daşı qayası.
Nə vaxt çalsa bir qaraçı havası,
Ürəyindən qovalardı qəm qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Tarix boyu çox çəkibsə də zillət,
Sazlı sözlü yaranımdı bu millət.
Dədə Qorqud bir də dədə Ədalət,
Topalayıb sazımızda söz cəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Müəllif.M.Duyğulu.
29.01.2019.

На данном изображении может находиться: 1 человек
 
 
 
  • Like 3

Share this post


Link to post
Share on other sites

Bu yaxınlarda abşeron küləyinə kata-klizma deyənlərə həsr olunur

 

Dedilər tufan olacaq, inanmadım,
Mənəvi qorxdum, beldə qatlanmadım,
Qorxu düşüb canıma dükanı boşaltdım
Əmma küləklər məni üfürüb aparmadı.
 

Düz sözə inandım, əsla aldanmadım,
Çox fikir etdim,bu nə idi qanmadım,
İsti yerdə oturub, qəhrəman kimi,
Yiyəsiz rəyyətin halına yanmadım.


İnsan tayfası, təbiət qorxusu xasdı,
Əzəli canlıya qədimdən mirasdır
Əzəmət Sahibi rəhmi qədər biz,
Qalıbdır bizim ömür günlərimiz.


Dərk edib, sözdə əməl edənlər,
Haqqı bilib, amma danıb qələnlər
Ruzusu bol, boynu gödək döngəsiz,
Göylərə baxıb şükür etməlisiz.


Bəşəriyyət əhli, bilin ki siz,
Yer üzünə bəla qəlsə cəm köməksiz,
Yeddi qat altında qəzən bəndələr,
Yalnız Ondan imdadla yaşamalısınız.


 

  • Like 1
  • Downvote 2

Share this post


Link to post
Share on other sites
Mən öz çarpayımın baş tərəfindən
Asmışam dostlarla birgə şəklimi
Seyr edib həsrətlə hər gün onları
Çırpınır, çırpınır könlüm quş kimi
 
Məni qınamayın, bu sadə şəkil
Bu evdə hər şeydən əzizdir mənə.
Hər ona baxınca qonaq gedirəm
Ömrümün ən əziz, xoş illərinə.
 
Sevimli, mehriban müəllimlərim
Odur, sıra ilə başda düzülmüş.
Kimisi zilləmiş baxışlarını
Kimisi bir azca qımışıb gülmüş.
 
Oturmuş dostlarım, dərs yoldaşlarım
Aşağı cərgədə budur yan-yana.
Onlara baxdıqca düşünürəm mən
Böyük bir aləmdir bu hal duyana.
 
Bəli, bu qayğısız, bu şən uşaqlar
Bir vaxt bir sinifdə oxuyardılar.
Eşqi, həvəsləri, arzuları bir
Hər şeyi bir görüb, bir duyardılar.
 
İndi səpələnmiş onlar hər biri
Geniş vətənimin bir guşəsinə.
Arzular, diləklər başqalaşsa da
Bir məqsədə gedir hamısı yenə.
 
Hərdən görüşəndə yoldaşlarımla
Məktəb illərini yad edirik biz.
Bu ani söhbətdə məktəb zənginin
Yeknəsək səsini eşidirik biz.
 
Mənim ən mehriban can sirdaşımdı
Bax, bu qıraqdakı, bu nazik oğlan.
Həmişə bir yerdə hazırlaşardıq.
Qardaş bilərdilər bizi çox zaman.
 
Yamanca sevərdi o təbiəti
Yaylarda dağlardı onun məskəni.
İndi aqronomdur uzaq bir kənddə
Hərdənbir məktubla yad edir məni.
 
Bu isə çevikdi, çox diribaşdı.
İdman oynamaqdı onun peşəsi.
Könüllü orduya yazıldı axır.
Gəldi döyüşlərdən bir zaman səsi.
 
Bu isə, bu isə bütün ölkədə
İndi ən tanınmış bir bəstəkardır.
Şirin nəğmələri dillər əzbəri
Ölkəmizdə böyük şöhrəti vardır.
 
Ey mənim dostlarım, dəyişmiş bütün
Əvvəlki hissimiz, əqlimiz artıq
Dünən hər şey üstə küsən, barışan,
Uşaqlar deyilik indi biz artıq.
 
İndi siz nə qədər ucalsanız da
Mən demirəm hər gün, barı bir kərə
Baxınız, baxınız bu şəkildəki
Başınız üstdəki müəllimlərə.
 
Bizdən çox ucadır onların yeri
Dostlarım, nə qədər ucalsaq da biz.
Hər zaman onların şagirdləriyik
Sabah onlar kimi qocalsaq da biz. Bəxtiya Vahabzadə
  • Like 3
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram...
Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdən-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.

Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq…
                                         (Musa Yaqub)

  • Like 3
  • Upvote 3

Share this post


Link to post
Share on other sites

Nəyim varsa – mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdanki onun çoxdu, mənim yox.

Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.

Qaça – qaça , uça – uça yaşadım.
Kim bilir , mən niye belə incəldim,
Kimse dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.

İçim – çölüm çox oxunan kitabdır,
Düşünməyin: “yerin – göyün sirri o”.
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri – o…

 

Müəllif: Rafiq Hümmət

  • Like 2
  • Upvote 3

Share this post


Link to post
Share on other sites

QARABAĞDA

Kimim, kimliyimi soruşan oğlan,
Baş vur xəritəyə dur Qarabağda.
Bir azca oyansa vicdanın sənin,
Ağla, diz-başına vur Qarabağda.

Bir az keçmişə bax, bir az sabaha,
Boylan gah savaba, gah da günaha.
Onda görərsən ki, indi bir daha,
Qaynamır çeşmələr gur Qarabağda.

Yayda ürəyinə düşərsə buz, qar,
Hansı restorana gedərsən ki, var.
Sən burda özünə macara axtar,
Erməni eyləsin tur Qarabağda.

Almısan əlinə pulları çin-çin,
Gah şeytan olursan, gah da ki,bir cin.
Bu qədər özünə varsa güvəncin,
Gedib bir alaçıq qur Qarabağda.

Gör necə yüngülə enib ki, çəki,
Bilinmir kimsənin ciki, nə biki.
Ruhunuz o qədər çirklənibdi ki,
Susubdur utancdan "şur" Qarabağda.

Hərdən vaxt eyləyib tarixə baş vur,
İgidlik donu gey, xəyallar da qur.
Hər vətən deyənnən vətəndaş olmur,
Bağlayıb yaramız ur(şiş) Qarabağda.

Duyğulu deyir ki, olarsa birlik,
Vətən övladları gəzər başı dik.
Sən ki, axtarırsan belə gözəllik,
Get, səni gözləyir nur Qarabağda.

Müəllif.M.Duyğulu.
24.02.2019.

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites
Metanet Duyĝulu
SƏBR VERMƏ BİZƏ

Yenə köhnə yaramızdan,
Təzələnib süzülür qan.
Ağlayanda Azərbaycan,
Qoyma ürək buna dözə,
Tanrım, səbr vermə bizə.

Səbr edərək çox ələndik,
Payımızdan pay da verdik.
Sonda,al qana bələndik,
Kürəkdən aldıq ox, nizə,
Tanrım, səbr vermə bizə.

Həyat bizi hey sınadı,
Sınadıqca çox qınadı.
Bu vəhşətin varmı adı?
Qan əkildi çölə,düzə,
Tanrım,səbr vermə bizə.

Qan oldu torpaq,daşımız,
Yudu onu göz yaşımız.
Qaralandı yaddaşımız,
Sığışmırıq daha sözə,
Tanrım,səbr vermə bizə.

Neçə ildir dözərək biz,
Yolda qalıb gözlərimiz.
Yarılanıb vətənimiz,
Düşmən artıq çıxıb dizə,
Tanrım,səbr vermə bizə.

Daha tükət səbrimizi,
Daşa döndər qəlbimizi.
Aslan,şir eylə ki bizi,
Düşmənlə gətir üz üzə,
O an səbr vermə bizə.
Tanrım səbr vermə bizə.

Müəllif.Mətanət Duyğulu.
26.02.2018.
Allah şəhidlərimizə rəhmət eləsin.

  • Like 2
  • Upvote 2

Share this post


Link to post
Share on other sites

Gecə düşüncəsi

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz bucaqsız gözəl kainat olmuş...
Gecə sakit...düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol -qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öyle gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz bucaqsız gözəl kainat olmuş...

Mikayıl Müşfiq

  • Like 1
  • Upvote 2

Share this post


Link to post
Share on other sites
On 4 בינואר 2019 at 11:55 AM, Bamiya said:

Konuşsam dillim yanar, sussam kalbim
Önce duruyorum....Sonra susuyorum....
Içimden çıkan lafların etrafı, yangın yerine çevireceğini düşününce kilit vuruyorum dilime...
Sonra Yan! diyorum gönlüme!
Ve Dayan! diyorum gönlüme!
Dayan be gönlüm!Dayan ki, elbet birgün görecektir sevgili arşa yükselen alevlerini....
Dayan ki, bir gün alevlerin, sevgilinin gözyaşıyla buluşacaktır...
Dayan gönlüm! Seni de elbet bir gün anlayan olacaktır!
Dayan be gönlüm! Içine akittığın
gözyaşınla bile sitem etme sevgiliye!...
Derdini başına tac et "Sevgiliden geldi diye....
Ve dayan, sorma "Icime bu yangını salıp da nereye gitti? diye!
Sen sevgine sadık ol, o seni sevmese bile!
Dayan be gönlüm! "Biçare değilsin
Yaradan" var!
Biliyorum! Sığmazsın hiç bir yere bu sevdayla, dünya sana dar!
Ama dayan gönlüm! Dayan ki her gecenin mutlaka bir sabahı var!
Dayan be gönlüm!...Içindeki aleve attığın tohumları gözyaşınla yeşert!
Dayan ki her şey bitecek bir gün,
Kalmayacak ne gam ne dert!...
Alev kırmızı güllerden der demet demet....
Bil ki! Bil ki bir gün mutlaka bitecek bu hasret!

Mevlana Celaleddin Rumi emoji257.png

Gözel şeirdir!

  • Like 1

Share this post


Link to post
Share on other sites

Sən yeri, sən göyü qəlbinlə dinlə,
Səni sevən varsa dünya sənindir.
Sevən yoxsa, barış öz taleyinlə,
Ağrılı-acılı röya sənindir.

 

Unutma sevgidən qaça bilməzsən,
Səni sevən varsa, həyat sənindir.
Sevən yoxsa,
Quş tək uça bilməzsən,
O sınmış, yaralı qanad sənindir.

 

Çöksə də yoluna qapqara bulud,
Səni sevən varsa, cahan sənindir.
Səni sevən yoxsa, dənizə üz tut
Orda coşub-daşan tufan sənindir.

 

Əgər sevən varsa,sev ürəyinlə,

Yazdığın hər dərdli misra sənindir,
Sevən yoxsa, barış öz taleyinlə
Məcnun tək atəşli səhra sənindir.

 

N.Xezri

  • Like 2
  • Upvote 3

Share this post


Link to post
Share on other sites

Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur,
Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.
Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
O cahanda hökmransa ədalət var, hürriyyət var,
O yox isə müdrik şəxslər ləyaqətdən düşər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.


 ***

Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
Leyli, Məcnun yada düşür, dərd-ələm yada düşür.
Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
Onu məğlub etməyibdir nə bir zülm, nə şər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Onu nə var, nə də zinyət əvəz edir bu dünyada,
Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
Məhəbbəti, tək məhəbbət əvəz edir bu dünyada,
Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
Qanımızda, canımızda çağlayır o ölənəcən.
Axırıncı nəfəsəcən, əzrayılı görənəcən,
Bizlər gəldi-gedəriyik o əbədi yaşar hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.


C.Novruz

  • Like 3
  • Upvote 3

Share this post


Link to post
Share on other sites

Sabah kiminsə gözündə nifrət
Kiminsə qolunda qüvvət,
Kiminsə qəlbində boğulan qeyrət...
Sabah biri namaz üstə,
O biri sərxoş yatarkən palaz üstə,
Kimisi də ölərkən bir qız üstə görünəcəklər.
Görünəcəklər olduqları kimi
O gözə görünməzə.
Sabah neçə yuxu yaxşıysa,
Neçəsi pisə yozulacaq,
Sabah bir durna qatarı pozulacaq,
Eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
Sabah çox pis olacaq.
Şükür, sabah olacaq.

Vaqif Səmədoğlu

  • Like 1
  • Upvote 2

Share this post


Link to post
Share on other sites

Gecələr göydə səni çox gəzib axtardı yuxum,
Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum.


Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə
Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum?


Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz,
Gah da qəm ətri verən laləli gülzardı yuxum.


Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum.


Gözümə xeyli zamandır ki, görünmür, utanır
Tapa bilmir səni, qarşımda günahkardı yuxum.


Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş,
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum.


Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni,
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum.

 

İlqar Fəhmi

  • Like 2
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

... Mən ki, hala bir gəncəm, ümidim var, şanım var,
Damarlarımda coşan, axan qızıl qanım var.
Madam ki, köksüm dəmir, ağlamaq, neçin, nədən?
Sürünmərəm həyatın uçurumlarında mən.
Qaldıraraq başımı indi mühitə baxdım,
Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım.
Qapadım bir məzara öksüzlüyün daşını.
Gözlərimdən silmişəm əmirsizlik yaşını.
Əməllərimlə etdim, göz yaşına əlvida,
Qəlbimdə indi ümid, bir yüksək buludlu dağ
Önümdə görünməyir nə uçurum, nə qazıq,
Ümidsizlik içində ağlayanlara yazıq...

 

A.İldırım
 

  • Like 2
  • Upvote 2

Share this post


Link to post
Share on other sites

Bilirəm ki, yorulmuşam
Ömür qısa
Yol uzun
Nə olsun ki,
Bu gecə də parlamadı ulduzum...
Qəribsəmə...
Çək içinə
Tənhalığın ətrini,
Sən sadahın qədrini bil,
Mən dünənin qədrini...
Bu son tələ...
Bir az gendən
Gülüb keçsə, gələrəm...
Ömür keçdi
Gələmədim
Ölüm keçsə,
Gələrəm...

Elçin Mirzəbəyli

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Bir adamlıq səbəbi var
Küskünlüyün,
Üzüntünün,
Yaşamağın,
Xöşbəxtliyin...

Şamil Ənvəroğlu

  • Like 2

Share this post


Link to post
Share on other sites

Yarama duz basıb gülən adamam,
Həsrət ovuduram güldüyüm yerdə.
İş elə gətirir,
Bildiklərimi,
Bilməmiş yapıram, bildiyim yerdə.
Aynalar mənsiz də məni göstərir,
Necə də mən boyda qəmi göstərir,
Uzağa baxıram, gəmi göstərir,
Gəmiyə baxanda... heç nə görmürəm,
Bir uzaq görürəm,
Gördüyüm yerdə.
Mənim uzaq dərdim, bənövşə dərdim,
Qan kimi səpilir gülövşə dərdim,
Elə peşmanam,
Niyə dərdim ki...
Əlim quruyardı, dərdiyim yerdə.
Yarama duz basıb gülən adamam,
Özünü özünə bölən adamam,
Hamıdan xəbərsiz ölən adamam,
Hələ yaşayıram öldüyüm yerdə.

Esmira Mehiqızı

  • Like 3

Share this post


Link to post
Share on other sites

Zamanın qəhrindən çərxi fələkdən 
Məni Yaradana şikayətim var
Zalım fələk, bil ki sənin əlindən,
O Şahi-Mərdanə şikayətim var.

 

Qızılgültək yeddi qönçə yetirən,
Aparıban Kərbəlada bitirən,
Ruzi yazan bu ələmi götürən ,
Məryəmi-xatına şikayətim var.

 

Hamı şad xuraman gəzir elində ,
Bircə mənəm yenə qəmlər evində,
Biçarə Daşqının zəlil günündə
Şahi Xorasana şikayətim var.

 

Borsunlu Məzahir Daşqın

  • Like 2
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Dillərinə düyün düşsün.
Dillənmirsən niyə, dağlar?
Nə bildin ki, yaralıyam?
Ahım çıxıb göyə, dağlar.
____________________
Mən gəldim ki, məlhəm eylə,
Səndə dərman bilə-bilə.
Bax, gedirəm, innən belə
Nə bilirsən elə, dağlar.
_________________
Yol üstəyəm bala-bala,
Görən dünya kimə qala.
İnnən belə yüz harayla,
Poladoğlu deyə, dağlar.
___________________
Rəşid Poladoğlu (1945-1981) 
Gədəbəy rayonu

  • Like 2
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Qorxma susmağımdan, ay ürək param,
Nəyinə gərəkdi bir quru salam?
Verməsəm dağılan deyil ki, dünyan
Mən ki, həsrətinlə hələki sağam.

 

Gülümsə gözlərin görməsin qəmi,
Unut olanları olmamış kimi.
Daha mən də yoldan ötən bir yadam
Nəyinə gərəkdi bir quru salam?

 

Bir sevgi kəlməsi gizlənəcəksə,
Sənə verəcəyim hər salamımda
Sevgim gizlənməkdən hey bezəcəksə,
Nəyimə gərəkdi bir quru salam…
                                   (Abdulla Şaiq)

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Sonra  payız gəldi,

Sonra bilmirəm...

Bilmirəm...

Kim kimi unutdu, kim unutmadı. 

Sonra da yaz gəldi,yazı neynirəm 

Durnalar qayıtdı, o qayıtmadı

Sonra payız gəldi...

 

Esmira Mehiqızı

  • Like 1

Share this post


Link to post
Share on other sites

Mən karam, sən kor,

Mən qaranlıqda axan 

çayın gümüşü rəngini görürəm, 

Sən onun səsini eşidirsən 

Allah bilir, 

Hansımız udmuşuq, 

Hansımız uduzmuşuq...

 

Vaqif Səmədoğlu 

  • Like 1

Share this post


Link to post
Share on other sites

Qərarını çoxdan verib
Hazırlayıb çantasını
Çoxdan sonuncu dəfə öpüb
Qucaqlayıb balasını

Son məktubun ürəyində
Şoxdan yazıb, qoyub küncə
Onun üçün çoxdan bitib
Sevgi adlı bu işkəncə

Artıq biletini alıb
Xəyalında son qatara
Çoxdan düşüb ürəyində
Onu aparan yollara

Ruhu elə boşalıb ki,
Tüstü, külək kimi uçub
Açıb evinin qapısın
Quş yox, kəpənək kimi uçub

İndi qalır bir gözləmək
Beş il, on il uzaqbaşı...
İndi qalır zaman, qadın.
Sən nə çox şey danışırsan
Birdəfəlik susan qadın!

 

Gunel Movlud

  • Like 1

Share this post


Link to post
Share on other sites

Qəm yağdı...

Nəm yağdı mamır üstümə 

Sıyrılıb yaralar...

Yenə qan gəlir.

İndi divarlar da damır üstümə

Amma damcı səsi tavandan gəlir. 

İlahi, 

Neyləyim bu buz ömrümü?

Dörd yanı sırsıra...

Üzünə bax, get. 

Alıb əllərinə kağız ömrümü 

Üstünü imzala, suya burax, get.

Dalğalar aparsın...

Hara?

Bilmirəm..

Qiymasın bir ovuc torpağa məni. 

Yer üzü soyuqdu, göyü üzü 

Mübhəm, 

Bürü ovucundakı yarpağa məni...

 

Elçin Mirzəbəyli 

  • Like 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79