Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Mən hara baxsaydım, üfüqlər kimi
Səni görərdim.
Üfüqdən yayılan şəfəqlər kimi
Səni görərdim.
Səhərin gözümə açıl deyərdi,
Axşamın gözümdə gecələyərdi.
Hardasa azdırdın gümanımı sən,
İtirdin əbədi ünvanımı sən,..
Doğrudan, əlçatmaz üfüqlər oldun,
Üfüqdə əriyən şəfəqlər oldun...

- Məmməd Araz 

  • Upvote 4
Link to comment
Share on other sites

Budur bax, az qalmış yеnə səhərə,
Düzürəm sözləri mən sətirlərə.
Qızarır dan yеri ürəyim kimi,
Qəlbimlə bir vurur səhərin qəlbi.
Yanır yaqut kimi sakit üfüqlər,
Açır qucağını sеvdalı səhər.
Mənə ilham vеrən bu saf təbiət
Dеyir: bu dünyada qalacaq sənət,
Utansın, söyləyir sеvdalı səhər,
Şеr dünyasında işsiz gəzənlər!..
Sökülür dan yеri, göy xumar-xumar,
Sənətin еşqilə gülsə sənətkar
Tükənməz ilhamı, tükənməz sözü,
Məhəbbət yaranmış sənətin gözü.
Gеtsə bir qapıdan еşqin ayağı,
Saralar bağçası, tökülər bağı.
Qulaq as, başlanır bir yеni dastan,
Mənimlə yanaşı bizim otaqdan
Gəlir qulağıma qızımın səsi,
Başlanır səhərin uşaq nəğməsi.
Günəşin еşqilə oyanmış pəri
Baxır, xumar-xumar körpə gözləri.
Məsum uşaqlığın öz aləmi var:
Oynayır xırdaca əllər, ayaqlar,
Zərif dodaqları güldən qırmızı.
Bu azad aləmin qayğısız qızı
Baxır pəncərədən günəşə sarı,
Nəsə pıçıldayır gül dodaqları.
Onun xəyalında dünya bir rəngdir,
Еlə bil hər şеydən süd əməcəkdir.

-Səməd Vurğun

  • Upvote 4
Link to comment
Share on other sites

Keçən günlərimi vərəqləyirkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.

Deyildir eşq odu məni yandıran.
Ruhumun şəhrini işıqlandıran,
Pozğun şəfəqləri mənə andıran
Ziyalı tellərin yadıma düşdü.

O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş.
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.

- Mikayıl Müşfiq

  • Upvote 3
Link to comment
Share on other sites

Yenə Vətən keçir könlümdən mənim,
Darıxıram hər dağ, dərəsi üçün.
Bu həsrət qəlbimə kəsilib qənim,
Gizlicə hıçqırır hey için-için.

Kaş ki, qarışaydım ağ buludlara,
Alaydı göy üzü o an fikrimi.
Öncə şaqqıldayıb bir daha sonra,
Yağaydım Vətənə bir yağış kimi.

Ya da külək olub əsə biləydim,
Tufanı olaydım ruzigarların.
Vətənə varanda kəsə biləydim,
Telini darardım telli Tejgarın.

Ya da qarışaydım bəm bəyaz qara,
Ağarda biləydim qara baxtını,
Düşməni cəngimdə çəkərək dara,
Ucalda biləydim enmiş taxtını.

Dönüb göy üzündə parlaq ulduza,
Vətənə göylərdən baxa biləydim.
Baxıb könlümdəki arzu muraza,
Bir dilək uğruna axa biləydim.

Ya da isti qızmar bir günəş olub
Quruda biləydim göz yaşlarını.
Sonra torpğının bağrına dolub
Yollardan yığaydım baxışlarını.

Dönəydim qartala dağ zirvəsində,
Uçaydım, süzəydim öz vüqarımla.
Şığıyıb düşmənin o, sinəsində,
Qəlbini didəydim caynaqlarımla.

Ya dönüb olaydım sıravi əsgər,
Sinəmi önündə sipər edəydim.
Sonra Vətən üçün lazımsa əgər,
Baş qoyub qoynunda ölə biləydim.

Nə edim?.. Neyləyim?.. Niyə bitməyir?
Könlümdə kök atıb acı həsrətin.
Bir an xəyalımdan belə getməyir,
Tütmüsən gözündə sən Mətanətin.

Mətanət Duyğulu.

  • Upvote 3
Link to comment
Share on other sites

Bir tikansız kirpisən,
qanadsız quşsan daha.
Səninki gətirmədi,
çıx bu yoldan qırağa.

Çıx bu yoldan, qoy bu yol 
hara gedirsə getsin.
Ağlama, çətin səni 
kimsə gəlib kiritsin.

Can vermə «qəm» deyilən 
bu qəssab bıçağına.
Sağ çıx bu gecədən də,
sabahın acığına.

Canda nəfəs qalıbsa,
yaşamağa ümid var.
Yenə kirpi olmağa,
quş olmağa ümid var.

Bəlkə qanad gətirdin…
Bəlkə tikan bitirdin…

- Ramiz Rövşən

  • Upvote 3
Link to comment
Share on other sites

4 часа назад, Igolka сказал:

Sağ çıx bu gecədən də,
sabahın acığına.

Bəlkə qanad gətirdin…
Bəlkə tikan bitirdin…

+ + + , amma bu nümunəyə + qoymağa əlim gəlmədi. bağışlayın, xanım İqolka ))

Ramiz Rövşənə xüsusi rəğbətim olmayıb heç zaman...

nəsə bir ilıq, səmimi , bir azca sadəlövh şeirə rast gəlsəniz yazın (mənimçün) )) öncədən tşk.

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, NOIR сказал:

+ + + , amma bu nümunəyə + qoymağa əlim gəlmədi. bağışlayın, xanım İqolka ))

Ramiz Rövşənə xüsusi rəğbətim olmayıb heç zaman...

nəsə bir ilıq, səmimi , bir azca sadəlövh şeirə rast gəlsəniz yazın (mənimçün) )) öncədən tşk.

Musa Yaqubdan bir şeir paylaşım sizin üçün. :rroza:

  • Upvote 1
Link to comment
Share on other sites

İki qəlbin işığında yol gedən
Zülmət çağı dağlar aşa, yorulmaz.
Yollarını bürüsə də duman, çən,
İki durna uçar qoşa, yorulmaz.

Görürsənmi buludların selini,
Gəlib tutdu bu dağların belini.
Əlini ver, ömür dostum,əlini,
Əl ki əldən bərk yapışa, yorulmaz.

Ağac olsan, budağında mən varam,
Budaq olsan, yarpağında mən varam.
Mən səninlə yolçuluqdan doymaram,
Sel özünü vurar daşa, yorulmaz.

- Musa Yaqub

  • Upvote 4
Link to comment
Share on other sites

Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...

Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan...

Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin...

Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?

Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər...

Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı...

Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, gövhər də aldada bilməz.

Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.

Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.

Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.

Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.

Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...

Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün Günəşi saydım.

Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım...

- Məmməd Araz, 1956.

  • Upvote 4
Link to comment
Share on other sites

BIRI..
Afaq Sixli

 

-Yerini yığ, gözəl qızım, biri geler,
ayıbdı..
Pijamayla gezme bele, biri biler,
ayıbdı..
Dur gel, evi temizleyek, biri girer
otağa..
Seliqeyle sen el gezdir, o bucaq, bu
bucağa..
Heç qışqırma, asta danış, birden
biri eşider,
Zəmbilləri al əlimdən, biri görse,
ne deyer?
Onu yeme, kenara qoy, o birinin
payıdır,
Çox danışma yol başında, belke
biri qayıdır..
Evde otur, çıxma çöle, belke biri
göz qoyur.
Sözlerine diqqət ele, yaxşı otur,
yaxşı dur...
-Eh ay ana, men belece
çıxammadım heç hara,
Ne de, "Biri" gelmedi ki, canımız
da qurtara!

  • Upvote 4
Link to comment
Share on other sites

"Gəl-gəl" deyə hicrində kaman tək mələdim mən,

Bir ömrü sənin eşqinə qurban elədim mən.

 

Asudə tifildin, nə qəmin vardı, nə dərdin,

Dərdimlə sənin gözlərini sürmələdim mən.

 

Hissim sənə "gəl-gəl" dedi, əqlim dedi "get-get",

Bu qanlı döyüşdə mənə imdad dilədim mən.

 

Eşqim də qaxınc oldu mənim başıma hər gün,

Bir eşqin ucundan nə qədər tənə yedim mən.

 

Öz hissini dustaq eliyən Bəxtiyar olmaz,

Öz eşqimə, öz könlümü zindan elədim mən.

 

  • Upvote 4
Link to comment
Share on other sites

Bu şeirdən çox xoşum gəlib... xoş ahəngi var, canlı, ruhlu şeirdir ))

 

Alagözlü ceyranları andırıyor düzləri,

Toplamışdır gözəlliyi ən sevimli qızları

Görkəmilə andırıyor düşündüyü sözləri,

Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

 

Sərt baxarkən ən alovlu duyğuları dondurur,

Donuqluğu donub qalan ürəkləri yandırır,

Gah bir toytək oynaq olur, gah bir matəm andırır,

Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

 

Bir baxışla andırıyor, bir baxışla bildirir,

Bir baxışla ağladıyor, bir baxışla güldürür,

Gülümsərkən can veriyor, süzülərkən öldürür,

Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

 

İtirdiyin unutdurur, gördyündən küsdürür,

Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir,

Tutqun gecə, aydın günmü, görən necə kəsdirir,

Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

 

Mən istərdim, şairləri, şeir ilahi qucurkən,

İki gözə səcdə edib, oynaq dillər açırkən,

Görəydilər incə, xəfif təbəssümlər saçırkən,

Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

 

Cəfər Cabbarlı

 

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

Qoy ucalsın göylərə üçrəngli bayrağımız,
Tanrı olsun bu yolda hər zaman dayağımız.
Dalğalansın bu bayraq Kəlbəcərdə,Şuşada,
Kimsə əyə bilməsin qamətini dünyada.


Mən isə bu bayrağı qəsd etmədən bu cana,
Sevincdən uça-uça daşıyım Naxçıvana.
Sancım bayrağımızı Tejgarımın telinə,
Gerbimizi qürurla kəmər edim belinə.


Bax o zaman rahatlıq tapacaqdır bu canım,
Yenidən bütöv olsun doğma Azərbaycanım.
Müəllif.Mətanət Duyğulu.
Bayramınız mübarək.

  • Upvote 4
Link to comment
Share on other sites

1 минуту назад, umniy Nxcivanli сказал:

Qoy ucalsın göylərə üçrəngli bayrağımız,
Tanrı olsun bu yolda hər zaman dayağımız.
Dalğalansın bu bayraq Kəlbəcərdə,Şuşada,
Kimsə əyə bilməsin qamətini dünyada.


Mən isə bu bayrağı qəsd etmədən bu cana,
Sevincdən uça-uça daşıyım Naxçıvana.
Sancım bayrağımızı Tejgarımın telinə,
Gerbimizi qürurla kəmər edim belinə.


Bax o zaman rahatlıq tapacaqdır bu canım,
Yenidən bütöv olsun doğma Azərbaycanım.
Müəllif.Mətanət Duyğulu.
Bayramınız mübarək.

əsil bayram ovqatlı... Sizin də bayramınız mübarək )

  • Upvote 1
Link to comment
Share on other sites

MUSA YAQUB
Eləmədiklərim yandırar məni

Əvvəl budaq-budaq suda uyuyan,
Sonra çarxı dönüb, arxı quruyan
Bir yağışa həsrət söyüdlər kimi
Eləmədiklərim yandırar məni...
Özümə verdiyim öyüdlər kimi
Eləmədiklərim yandırar məni...
Mən elə bilirdim o bənövşəlik,
Mənimçün qalacaq tər həmişəlik.
Özü solub getdi, qıymadım üzəm,
Doyunca baxmadım bənövşə
gözə,
Yazı nəmiş, yayı tez xəzəlləşən,
Pətəkdə qaynaşan, şanla əlləşən,
Qışda balsız qalan arılar kimi
Eləmədiklərim yandırar məni...
Özümə verdiyim öyüdlər kimi
Eləmədiklərim yandırar məni...
Mən elə bilirdim vaxt da duracaq,
Elə o əvvəlki baxt da duracaq.
Gedib səadətlər rastına çıxan
Sevgi cığırıyla keçmək olacaq.
Hər vaxt bu zəmini biçmək
olacaq...
Bərədə boş yerə anları sayıb,
Ovunu hürküdən ovçular kmi,
Eləmədiklərim yandırar məni...
Yaylaqda çeşməyə məhəl
qoymayıb,
Səhrada alışan yolçular kimi
Eləmədiklərim yandırar məni...
Bilmirəm kim idi üzdü barımı,
Uçurtdu əlimdən bir şikarımı,
Sonraya saxladım çox qərarımı,
Eləmədiklərim yandırar məni...
Yox,daha ömrümdə açılmaz o
yaz,
Bir qanadım yorğun,birisi pərvaz.
Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırar məni...

  • Upvote 4
Link to comment
Share on other sites

Esiriyem men 
.............................. 
Bawina donduyum, ay deli daqlar, 
Bir deli sevdanin, esiriyem men. 
Icimde bu sevda, ne guler, aqlar, 
Bu deli sevdanin, esiriyem men.

Derdimi sizinle bolmeye geldim, 
Hesreti, dawlarin, ustune serdim. 
Gordum sen de derdli, coxaldi derdim, 
Bu deli sevdanin, esiriyem men.

Sizin tek eymedim men de bawimi, 
Axsa da gizledim, gozde yawimi. 
Sizde itirmiwem, dilek dawimi, 
O deli sevdanin, esiriyem men.

Bax indi qalmiwam, sizle baw bawa, 
Nece arzularim, toxunub dawa. 
Geze bilmesem de yarimla qowa, 
Bu deli sevdanin, esiriyem men.

Duyquluyam, veten derdi sinemde, 
Nece arzularim, cemlenib sende. 
Bir sevda qelbimi salib kemende, 
O deli sevdanin, esiriyem men. 
M. Duyqulu

  • Upvote 3
Link to comment
Share on other sites

Vahid Əziz
BU SEVGİ

Aramızda nə qalır ki,
Bir keçilməz dərya var.
Yadımızda nə qalır ki,
Bir yozulmaz röya var.

Səni məndən kim alar ki,
Qismətinə kim qalar ki,
Mənim olsan nə olar ki,
Dağılmaz ki bu dünya.

Bu çalınan nə kamandır,
Ürəyimin telləri.
Görüşmürük nə zamandır
Saymaq olmur illəri.

Bilməz idim sinəmdəsən,
Bu kimsəsiz aləmdəsən.
Qarşılaşsan mənimlə sən
Dağılmaz ki bu dünya.

  • Upvote 4
Link to comment
Share on other sites

Özümün olsun

 

Yüz cür bar götürsə yad öz bağından,

Könül zərrə qədər pay ummaz ondan.

Təki öz qapımda əkdiyim fidan,

Yetirdiyi nübar - özümün olsun.

 

Vardır bu dünyada elə bucaqlar,

Hər ötən yolçunu yolundan saxlar.

Cənnət olmasa da, bu doğma dağlar,

Bu geniş obalar - özümün olsun.

 

Çox nəhəng bəstəkar yetirmiş zaman,

Pərəstiş etsəm də onlara hər an,

Dilərəm yurdumda hər saz, hər kaman,

Çaldığı havalar - özümün olsun.

 

Gözüm yox özgələr yaratdığında,

Hər quş bir cür ötür öz budağında,

Sənət sarayının, söz otağında,

Qoyduğüm yadigar - özümün olsun.


 

Onunçün səngəri etdim ki, məskən,

Nə dosta, nə yada əl açmayım mən.

Sadə geyinsə də yar özgələrdən,

Geyindiyi paltar - özümün olsun.

 

Qanlı köynəyimi etdim ki bayraq,

Düşmən bu torpağa basmasın ayaq.

Ölərsəm - cismimi qucsun bu torpaq.

Sığındığım məzar - özümün olsun.

Ələkbər Ziyatay

  • Upvote 5
Link to comment
Share on other sites

Səninlə bağlı olan
Hər şey gözəldi, mələk!
Intizarını çəkmək
qəminə batmaq belə
Hətta unutmamaqçün
Səni unutmaq belə...

Qoy həsrətində sənin
Çiçək düzüm qarşına
Şer oxuyum, söz deyim
Şurə gəlim səninçün
İcazə ver birazca
Nolar, ölüm səninçün.

Yox, yox ağlmayacam, 
nə də sızlamayacam
Bu ölümün qədrini, 
qiymətini biləcəm...
Əvəz-əvəzdi gülüm, 
bu həyatın işləri
Sən mənimçün doğuldun
Mən səninçün öləcəm...

 

İlqar Kamil.

  • Upvote 4
Link to comment
Share on other sites

Heç - sözləri düz gəlir deyə,
Mehribanlıqdan dalaşıb, 
ayrılan bir cütlük gördünüzmü?!
Və ya fərqli iddialar edib
ikisi də haqlı olan tərəfə rast gəldinizmi...?!

Biz onunla ikimiz də fərqli idik
Gah mən böyük idim, 
gah o kiçik idi.
Gah mən küskün idim,
Gah o incik idi.
Bizi birləşdirən də elə bu fərqlilik idi...

Məsələn mən
Onun ala gözləri
incə əlləri
Uzun kipriklərindən çox
Səssiz gecələrimin sükutunu pozan 
öskürəklərini özləyirdim...

Və yaxud məsələn, O
Məndən çox intizarımı sevirdi
Yanıma - qalmaq üçün deyil,
Yenidən getmək üçün bəhanə tapmağa gəlirdi
odlanırdım...

...Qəribə də olsa,
mən onu unutmağa çalışa-çalışa sevmişdim
ilk unutduğum heç yadımdan çıxmaz ki...
Ağlamışdım
Sonralar anam məni ovuda-ovuda
“insan - yalnız 
unutmağa cəhd etmədiyində unuda bilər, oğlum!”
-dedi
Çox qorxdum
O gündən hər gün onu unutmağa başladım
Sevdim...

İnsan unutmasa əzab çəkməz ki
Uğruna əzab çəkilməyən eşq
solar, bitməz ki...

Biz qəribə idik
Dərd çəkmək idi dərdimiz-sərimiz
Kədərdən hürkənləri anlaya bilmirdik
Heç birimiz... 
Düşünürdük ki, 
biz hüzünsüz çökərdik
Yaxşı ki, Allah qəmi, kədəri, dərdi yaratdı
Onlar olmasaydı 
bəs biz nə çəkərdik...?! 
 
Ilqar Kamil

  • Upvote 1
Link to comment
Share on other sites

Bəzi yoxluqlar çox qəddardı, çox;
özünü öldür, ağla, fəryad et, yoxdur
bağır da yoxdur, çığır da yoxdur...
Nə edəsən?
Həyatın ən ədalətsiz qanunu odur ki,
ancaq gələcəyədir bütün yolların istiqaməti -
keçmişə
adicə bir cığır da yoxdur!


ilqar Kamil

  • Upvote 3
Link to comment
Share on other sites

 Neriman Nerimanli 

Bu gecə sübhə kimi çətin qərarım gələcək,
Gözlərim yolda qalıb, nazlı nigarım gələcək.

Masada şam işığı, əldə qələm, gözdə məlal,
Elə bil sanki bu dəm məsti-xumarım gələcək.

Gələcək gəlməyinə, ancaq, onun fikri budur-
Gözləyir intizarın çəkim, saralım, gələcək.

Neyləyir xəstə könül fani dünyanın haramın,
Əminimdir bu gecə gəlsə, halalım gələcək.

Göy üzündən çəkilir pəmbə bulud, ay doğacaq,
Bəxtimə doğsa günəş, göydən hilalım gələcək.

Yuxusuz gözümmüdür, ya qızaran dan yeridir?
Yoxsa mən tək yuxusuz qəlbi yaralım gələcək?

Nəriman, gəlmədi yar, yum gözünü, sübh açılır,
Son ümidim- başıma şirin xəyalım gələcək.

  • Upvote 4
Link to comment
Share on other sites

  • 2 weeks later...

Dəyişib dövrü-zaman hamı gümannan danışır,

Molla rüşvətxanadan,kafir imannan danışır.

Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,

İndi eşşəyimiz ölüb, at da samannan danışır.

Qalmayıb sevgi, məhəbbət işığından bir ümüd,

Məcnun artistlik edir, Leyli yalandan danışır.

Keçmişdə məşhur olan "qəhrəman aslanlarımız"

Meşəyə girmək üçün indi siçannan danışır.

İstədim dillənib öz haqqımı isbat eləyim,

Dedilər: "Pulsuz olan insan haçannan danışır?!

 

M. Ә. Sabir

  • Upvote 4
Link to comment
Share on other sites

Dupduru ürəyin günəşli səhər,
Mənalı gözlərin nəğmə dənizim.
Hər günüm ölməyən ilə bərabər,
Sağ ol, bu günlərçün,sağ ol, Əzizim!

Sağ ol sevinc dolu gözlərin ücün,
Qovdu ürəyimdən keçən kədəri.
Sağ ol qayğıların, sədaqətinlə,
Bu istək oyadar hər səhər məni.

Ömründə ətrini duydum sevginin,
Bu ömrə ömrünü kim bağlamaz,kim?
Həyatla doluymuş ürəyin sənin,
Sağ ol Ürəyinçün, sa ğol, Əzizim!

-Vahid Əziz

  • Upvote 4
Link to comment
Share on other sites

Sanma ki, daim ömür Yusifə zindan olacaq,

Ötəcək zülməti-qəm, bəxt nuri-əfşan olacaq.

 

Bizə azadəliyin Məcnunu olmaq da yetər,

Var isə Leylayi- eşq, dəşti- biyaban olacaq.

 

Nə çəkir çəksin hələ keyfləri əğyari-ədu,

Bizə də baxıb ona gülməyə imkan olacaq.

 

Bizik ol şəhidi-eşq, qoy tanısın bütün aləm,

Nə qədər var canımız canana qurban olacaq.

 

Demə, ey şux, qışı gör, yoxdu baharın sorağı,

Ötəcək şaxtalı qış, nərgizi-dövran olacaq.

 

Bizi hali-pərişan eyləmə, ey nazəndə

Qəlbinə düşsə gər eşq, günlərin əfqan olacaq.

 

Atanın hər qəzəli Məcnuni-eşq dastanıdır :

Onların hər biri bir Leylaya ünvan olacaq.

 

Edited by NOIR
  • Upvote 4
Link to comment
Share on other sites

"Bayram günüdür zövqü-səfa xanəlar içrə,

Cananım oturmuş neçə cananələr içrə."

(Qasımbəy Zakir. Şuşa)

 

Saqi, bu nə dərddir bu şərab içrə veribsən,

Cam-cam bu ki, ağudu bu peymənələr içrə.

 

Əgyari-ədu ki, oturub Xan Qarabağda,

Könlüm dolaşa Vətəndə viranələr içrə.

 

Tərsa Şirinin felinə Fərhadımız uydu,

İlk oldu şəhid eşqinə divanələr içrə.

 

Dərddən "Qarabağ şikəstəsin" az oxu, ey şux,

Duymaz səni bir kimsə bu biganələr içrə.

 

Dəryayi-Xəzər, Badi-kübə dadıma yetməz,

Yanmaqdı mənimki hələ pərvanələr içrə.

 

Ey Ata, şəhid getdiyi gündən Şuşa-könlüm,

Ağlardı ruhum meykədə, meyxanələr içrə.

 

  • Upvote 4
Link to comment
Share on other sites

13 минуты назад, NOIR сказал:

Musiqi, şeir əhli xoş buyurub xanəmizə,

Oxuya qəlbimizi şövq ilə cananəmizə ...

 

Umniy Nxcivanli, + görə tşk. yenə də şeir əlavə edəcəm, mövzuya baş çəkərsiz )

Axşamınız xeyir.

Həmişəki kimi, HÖKMƏN!!!

Gözləyirəm.

 

  • Upvote 1
Link to comment
Share on other sites

"Zülfünün zəncirinə bənd eylədi şahım məni,

Qulluğundan etməsin azad Allahım məni"

(Sultan Fateh Mehmet. Avni ləğəbli)

 

Axtarma, qalıb, məndədi, yar, şanəsi zülfün,

Üstündə zərif tel də ki, bir danəsi zülfün.

 

Əğyar nə bilir ki, niyə sən zülfü qarasan,

Bəxtimdi mənim aləmə nişanəsi zülfün.

 

Bir gör nə qədər zəncirə hazır dayanan var,

Görəndə durub hər dəli-divanəsi zülfün.

 

Bircə telinə qurban olub gör neçə Fərhad,

Dillərdə gəzir qanlı min əfsanəsi zülfün.

 

Yazmış Atamız hüsnünə min bir qəzəl, azdır,

Şair olacaq çox hələ məstanəsi zülfün.

Edited by NOIR
  • Upvote 4
Link to comment
Share on other sites

M.Müşfiq ( Səninçün )


O gün ki hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac alıb, bac verən könlüm
İndi uşaq kimi ağlar səninçün.
Gül gülü çağırır, çiçək çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?
Qəlbimin çeşməsi çağlar səninçün. ...

  • Upvote 4
Link to comment
Share on other sites

Hüsnün gözəl ayətləri, ey sevgili canan!

Olmuş bütün aləmdə sənin şəninə şayan

Gəl eylə inayət, mənə ver busə ləbindən,

Çünki gözəlin busəsidir aşiqə ehsan.

 

Sordum ki, "könül hardadır" aldım bu cavabı.

"Heç sorma, tapılmaz onu axtarsa da insan".

Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm

Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

 

İnsafın əgər varsa, açıq de, bu Nizami,

Sənlə necə rəftar eləsin, ey mahi-taban?

Gəl söylə, cavabın nə olar, sorğu zamanı,

Əhvalımı səndən soruşarsa Qızıl Arslan?

  • Upvote 3
Link to comment
Share on other sites

...
Ömrün boyu qaçmısan
Arxanca yüyürmüşəm.
Səndə imkansızlığı,
Uzaqlığı görmüşəm.

Həsrət öyrətdi mənə
Hardayam...
indi hardan
Hara gedəcəyəm mən.
Nəydim,indi nəyəm mən?

Həsrət öyrətdi, həsrət
Vaxtın hardan başlayıb,
Haraya vardığını.
Həsrət öyrətdi
mənlə
Başlayan bir həyatın
Səndə qurtardığını.

Həsrətinin gözüylə
Mən dünyaya baxanda,
Gecələr gündüz olur.

Həsrətinin zülməti
Gözlərimə nur verir,
İdrakıma göz olur.
Həsrətim başlananda
Başlanır bu cahana
Sonsuz heyrətim mənim.
İdrakımla yaşıddır
Eşqim, həsrətim mənim...

Böyük bir şair dünən
Vaxtın qısalığından
Dad çəkib "uzan!" - dedi,
Anm qısa ömrünü
O, uzatmaq istədi.

"Ey an, sən uzan" deyib
Vaxta böhtan yazdı o.
Əgər həsrət çəksəydi
Ana yalvarmazdı o.

Onda o bilərdi ki,
Həsrətin bircə anı
Bərabərdir illərə.
Bircə günlük ayrılıq
Neçə illik vüsaldan
Uzun olur yüz kərə.
Bircə günlük ayrılıq
Bir ömürlə tən olur;
Həsrət vaxtı uzadan,
Səbri gödəldən olur.
Həsrətin - məhək daşım,
Həsrətin - yol yoldaşım.
Yanır başım üstündə
O, ulduz tək, o, gün tək.
Mərdanədir, böyükdür
Həsrətin də özün tək...

- Bəxtiyar Vahabzadə : Həsrət

  • Upvote 4
Link to comment
Share on other sites

İtir xatirədən ömrün hər izi, 
Ya biz günahkarıq, ya ömrün özü. 
Xoşbəxtliyin bir ölçüsü, bir üzü, 
Ayrılığın min rəngi, min donu var. 

Bir şaxtalı qış gecəsi görüşdük, 
Gah sevinci, gah da qəmi bölüşdük... 
Bu yolların hər tinində ilişdik, 
Bu yolların hər ağrıya yönü var. 

Taleyin her oyunuyla barışdıq, 
Taleyin her acısına alışdıq, 
İllər boyu qovuşmaqdan danışdıq, 
O xoşbəxtlik, o səadət hanı, var? 

Xatirimdə yaşar o ilk öpüşün, 
Xəyalımdan gəlib keçər gülüşün, 
Nə biləydik, bir saatlıq görüşün 
Bir ömürlük kədər dolu anı var... 

Nə tez bitdi ömrün nağıl kitabı, 
Azmı düşdü günahından savabı?! 
Nə biləydik, sevginin də əzabı, 
Nə biləydik, vüsalın da sonu var..

-Rəsul Mirzə .

  • Upvote 2
Link to comment
Share on other sites

Bir gülsən dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Kam aldım ömrümün oğlan çağında,
Bir bağa, bağçaya girmərəm sənsiz.

Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya?!
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərəm sənsiz!.

Səninlə gəzərəm eldən elə mən,
Bataram, çıxaram seldən selə mən,
Düşərəm ağıza dildən dilə mən,
Yaşaya bilmərəm, bilmərəm sənsiz!

- Əhməd Cavad...
 

  • Upvote 3
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 94 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 116 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
        • Like
      • 148 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Red Heart
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...