Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

  • 3 weeks later...

*** Nizami Gəncəvi ***

Qönçə kimi min dərdə könül doldu cəfandan.
Ömr ötdü, xəbər yox, niyə bəs, əhdü vəfandan?

Sən dərdi, qəmi hey mənə vermək diləyirsən,
Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.

Xəstə gözümün çarəsini sordum ürəkdən,
Göstərdi ayaq tozlarını dərdimə dərman.

Yüz köynəyi yırtdım ki, çatam vəslinə, dilbər.
Bəlkə mənə köynək olasan, ey məhi-taban!

Sidq ilə sənə həmdü səna etdi Nizami,
Bəs, sən yenə də qətlinə fərman yazacaqsan?

 
 

  • Upvote 3
Link to comment
Share on other sites

В ‎15‎.‎08‎.‎2016 в 12:16, Igolka сказал:

****ŞAH İSMAYIL XƏTAİ ****

 
Hərdəm xəyali-didəyə mehman yetər mana.

Hər an xəyali-gözə (yəni xəyalən gözümün önündə) qonaq olsa, yetər mənə. (yoxsa yetir mənə ?)

 

gözəl beytdir, niyə diqqətsiz qalıb bilmirəm )

 

P.S. bir təklifim var. Könül xanım, bəlkə Bip-Bipin nəğməsini ayırıca mövzu yaradıb, ora köçürək. məsələn "Uşaq şeirləri" mövzusu . özüm də yeni mövzuya bir neçə şeir əlavə edərdim. olar ?

 

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

3 часа назад, NOIR сказал:

Hər an xəyali-gözə (yəni xəyalən gözümün önündə) qonaq olsa, yetər mənə. (yoxsa yetir mənə ?)

 

gözəl beytdir, niyə diqqətsiz qalıb bilmirəm )

 

P.S. bir təklifim var. Könül xanım, bəlkə Bip-Bipin nəğməsini ayırıca mövzu yaradıb, ora köçürək. məsələn "Uşaq şeirləri" mövzusu . özüm də yeni mövzuya bir neçə şeir əlavə edərdim. olar ?

 

 

Olar ).

  • Upvote 2
Link to comment
Share on other sites

Tel-lər oynadı

 

Bir mən idim, bir sən idin, bir də yamaclar....

Meşə yolu, yapraq dolu yaşıl ağaclar,

Onda ki, ağ umuzlara töküldü saçlar,

Əsdi yapraq, coşdu irmaq, güllər oynadı,

Ürəyimdə kaman kimi tellər oynadı.

 

Bir biz idik, bir düz idi, bir də al boya ....

Dağ başında uçan quşlar endilər çaya,

Sən dedin ki, "bütün dünya qoy dönsün toya !"

Çaldı qaval, uzaq kənddə ellər oynadı,

Ürəyimdə kaman kimi tellər oynadı.

 

Endi duman, örtü kimi dünya qarardı,

Ara-sıra əsən bir yel saçın darardı,

Onda ki, oynaq tellərin boynumu sardı,

Çaxdı şimşək, coşdu sular, sellər oynadı,

Ürəyimdə kaman kimi tellər oynadı.

 

Cəfər Cabbarlı

  • Upvote 4
Link to comment
Share on other sites

 

Yaqiş yaqır. 
Ureyimdə neçə arzu doğur yenə. 
Yaqiş yaqir, 
Men xeyalda, o da layla deyir mene. 
Yağ ey yaqiş, 
Ureyimnen hesretimi gel yu, apar, 
Elə yağ ki, 
Goz yaşinla meni məndən, 
Dərdlərimdən çəkib qopar. 
Yağ ey yağış, yu, təmizlə dağı daşı
Hərdən toxun kipriyimə
Bilinməsin gözüm yaşı.
M. Duyqulu. 17. 09. 2015

  • Upvote 5
Link to comment
Share on other sites

Dəyişib dövrü-zaman hamı gümannan danışır,

Molla rüşvətxanadan, kafir imannan danışır.

Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,

Indi eşşəyimiz ölüb, at da samannan danışır.

Qalmayıb sevgi, məhəbbət işığından bir ümüd,

Məcnun artistlik edir, leyli yalandan danışır.

Keçmişdə məşhur olan qəhrəman aslanlarımız,

Meşəyə girmək üçün indi siçannan danışır.

Istədim dillənib öz haqqımı isbat eləyim,

Dedilər pulsuz olan insan haçannan danışır?!

Sabir.

  • Upvote 3
Link to comment
Share on other sites

Mirvarid Dilbazi  - Ey bixəbər !

 

Mən səni sevdiyim qədər,
Bir daşı sevsəydim əgər.
Daş dünüb insan olardı,
Bir quşu sevsəydim əgər,
O donub terlan olardi.
Hər gün qonub pəncərəmə,
Mənə nəğmə oxuyardı.
Könlüm belə qan olmasın,
Halım pərişan olmasın!
Sən nə daşsan,
Sən nə quşsan.
Ne gozumden axan yaşsan,
Niyə yoxdur səndən xəbər?
Niyə gözüyaşlı qalıb?
O müqəddəs xatirələr?

  • Upvote 4
Link to comment
Share on other sites

Məhəmmədhüseyn Şəhriyar - ƏZAB KİMİ ..

 

Bir bənövşə teli qopsa könül sızlar rübab kimi,
Bu həyatın ümmanında hər ömür bir hübab kimi.

Qan ağlatdın ürəyimi, üstəlik də tənə vurma,
Sındırdığın bu şüşədən qan axar al şərab kimi.

Peyğəmbərin qılıncından deyirlər ay parçalanıb,
Tel altından üzün gülür qırılmış afitab kimi.

Saçlarının burma-burma sındırırsan, ey nazənin,
Gözlərimdə dalğalanır, sayrıyır bir sərab kimi.

Oynatdıqca saçlarının burumları xəyalımı,
Göz yaşlarım çəkiləydi tellərinə gülab kimi.

Bəsdir, sinəm sipər oldu min sərgüzəşt dalğasına,
Çıx bu evdən, silkələnir dünya xanəxərab kimi.

Sınıb dağılsa da dünya, sındırmaram peymanımı,
Su üstündə yad əlindən düşüb sınan bir qab kimi.

Mən ki könül şikəstəmi oxuyuram "Mahur" üstə,
İnildəyir Səba sazı şikəstəmə cavab kimi.

Uçuq, köhnə dəyirmana bənzərin var, ey Şəhriyar,
Təbin sənə qan ağladır çəkilməz bir əzab kimi.

  • Upvote 4
Link to comment
Share on other sites

Yenə qılıncını çəkdi üstümə,

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə,

Qələm qaş altında piyala gözlər.

 

Başımdan getmişdi sevdanın qəmi,

Xəyalım gəzirdi bütün aləmi.

Bu dustaq könlümü, deyin, yenəmi

Çəkdiniz sorğuya, suala, gözlər?

 

Sevda yolçusuyam əzəl yaşımdan,

Könlüm ayrı gəzir can sirdaşımdan;

Dağıdır huşumu alır başımdan

Süzülüb gedəndə xəyala gözlər.

 

Gərdənin minadır, boyun tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa,

Yanıb şölə salır camala gözlər.

 

Mənim sevgilimdir o gözəl pəri,

Qoy üzə vurmasın keçən günləri.

Mən qədirbilənəm əzəldən bəri,

Sizinlə yetmişəm kamala, gözlər.

 

Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən bu gün can verir.

İllər xəstəsiyəm, yaram qan verir,

Siz məni saldınız bu hala, gözlər.:rolleyes:

 

Səməd Vurğun,1940

  • Upvote 3
Link to comment
Share on other sites

4 часа назад, ceylin сказал:

Dağıdır huşumu alır başımdan

Süzülüb gedəndə xəyala gözlər...

 

Bir cüt ulduz kimi verib baş-başa,

Yanıb şölə salır camala gözlər.

 

gözəl şeirdir ) "gözlər" mövzusu qoy yenə davam etsin ))

  • Upvote 1
Link to comment
Share on other sites

Könlümə ram olmadı ahuya bənzər gözlərin,

Torpağa kölgə salıb kirpiyi neştər gözlərin.

 

Gözlərim layiq deyil, ruxsarına baxsa əgər,

Sən uzaqdan, sevgilim, aşiqə göstər gözlərin.

 

Olsa idi əllərimdə öylə bir imkan mənim,

Bil, qızılgül yarpağıyla örtərəm tər gözlərin.

 

Daş-tərəzində sənin dağlar da pərsəng daşıdır,

Nazəninlərtək edib çün nazı əzbər, gözlərin.

 

Bilmirəm, bu sirri mən kim, zülfünün tərifini

Şanəmi yaymış elə, yoxsa ki, söylər gözlərin !

 

Beylə bir söhbət gəzir, guya ki, sürmə çəkmisən

Xoş yaranmış xilqətən, de, sürmə neylər gözlərin ?

 

Söylə, heç yaddan çıxarmı şeridə şah beyt olan ?

Çıxsa yaddan, Saibə bilməm nə eylər gözlərin ?

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

*** Molla Pənah Vaqif ***

 
Mеhribanlıq görməyib bir məhliqadan küsmüşəm,
Gündə yüz al еyləyən qəlbi qəradan küsmüşəm.

 Şəninə dеdim şirin söz, bir şеy оndan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrübadan küsmüşəm.

Bir qədəh mеy istədim, sındırdı könlüm şişəsin,
Daş bağırlı saqiyi-sahib-cəfadan küsmüşəm.

 Çün “uman yеrdən küsərlər” bir məsəldir xalq ara,
Küsdüyüm bica dеyildir, aşinadan küsmüşəm.

 Gördüm əvvəl ki, binasın yarlıq еtmək dеyil,
Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm

 

  • Upvote 2
Link to comment
Share on other sites

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

 

İlqarı gözəl olmayanı istəməz aşiq,

Can ver elə cananə ki ilqarı gözəldir.

 

Mən bir uca boylu gözəlin zülfünə bəndəm

Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

 

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,

Amma bizim ölkə bütün – elcari gözəldir.

 

Yar olsa mənimlə mənə biganə nə eylər?

Uçmaz elə bir xanə ki memarı gözəldir.

 

Mən istədiyimçün o gülü qeyri də sevdi

Qiymətli o şeydir ki xiridarı gözəldir.

 

Vahid, mənə insaf elə, sima ilə baxma,

Əhsən elə bir şairə əşarı gözəldir.

  • Upvote 4
Link to comment
Share on other sites

Mədinə Gülgün - BİR ZAMAN

 

Bir zaman uşaqdım, qayğısız uşaq, 
Sanardım dünyanın bəxtəvəriyəm. 
Bir zaman gənc idim haylı, haraylı, 
Sanardım bir qaynar yaz səhəriyəm, 
Bir gün ana oldum. 
Alqış o günə. 
Artdı qayğılarım birdi, beş oldu. 
Ömrümün analıq səhifəsinə 
Qayğılar özü də bir naxış oldu...

  • Upvote 3
Link to comment
Share on other sites

                                

Xurşidbanu Natəvan

 

Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanidən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqın ruzi-məhşərdir, sərasər mehnətü qəmdir,
O zülfün kiymi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə mənim naşad olan könlüm.

  • Upvote 5
Link to comment
Share on other sites

Məhəmməd Füzuli -
          ' Söz '

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə, qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Bir nigari-ənbərinxətdir könüllər almağa,
Gostərər hər dəm niqabi-ğeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır hər dəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim sədəf tərkibi-təndir, lölöi-şəhvar-söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz...

  • Upvote 3
Link to comment
Share on other sites

               

               ***Nigar Refibeyli***


..."Unudulmuş da, atılmış gülü sevda kimiyəm" ...

 

Unudulmuş da, atılmış güli-sevda kimiyəm,
Gözlərimdən çəkilən bir dəmi-röya kimiyəm.

Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.

Sənə bel bağladım, atdın məni, ey munisi can
İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.

  • Upvote 2
Link to comment
Share on other sites

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

 

Nola qan tökməkdə mahir olsa çeşmim-mərdümü,

Nütfeyi-Qabildürür, qəmzən kimi ustadı var.

 

Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin,

Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

 

Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə

Dərdə yox səbri onun, hər lərzə min fəryadı var.

 

Öylə bədhalam ki, əhvalım görəndə şad olur,

Hər kimin kim, dövr cövründən dili-naşadı var.

 

Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə,

Kim, bu səhranın güzəhgəhlərədə çox səyyadı var.

 

Ey Füzuli, eşq mə(a)n_in qılma nasehdən qəbul,

Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

  • Upvote 5
Link to comment
Share on other sites

füzun / üstün, çox

çeşmim-mərdümü / gözüm bəbəyi

nütfeyi_Qabildürür / burada qatil mənasında, ilk qardaş qatili Adəm övladı Qabilə işarədir

qıl təfaxür / fəxr elə

ləhzə - an

dövr cövrü / dövranın zülmü

dili-naşad / şad olmayan ürək

qafil / ehtiyatsız

güzərgəh / yolun üzəri

səyyad / ovçu

mən_in / məna

qılma / etmə

naseh / öyüd-nəsihət verən

bünyad / təməl

 

  • Upvote 3
Link to comment
Share on other sites

*** Əfzələddin Xaqani ***

 

Canım nə qədər var, mənə canan sən olarsan, 
Candan da əziz olsa bir insan, sən olarsan.

Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sonra da canım üçün can sən olarsan.

Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.
 
Könlün necə istərsə, elə ver mənə fərman, 
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.

Eylərsən əgər şərhini iman ilə küfrün, 
Baş hərflə sərlövhəyi-divan sən olarsan.

Bundan belə aldatma məni küfrlə, dinlə! 
Xaqaniyə həm küfr, həm iman sən olarsan.

Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla! 
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.

  
 

  • Upvote 4
Link to comment
Share on other sites

             *** Molla Pənah Vaqif ***

 


Mеhribanlıq görməyib bir məhliqadan küsmüşəm,
Gündə yüz al еyləyən qəlbi qəradan küsmüşəm.

Şəninə dеdim şirin söz, bir şеy оndan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrübadan küsmüşəm.

Bir qədəh mеy istədim, sındırdı könlüm şişəsin,
Daş bağırlı saqiyi-sahib-cəfadan küsmüşəm.

Çün “uman yеrdən küsərlər” bir məsəldir xalq ara,
Küsdüyüm bica dеyildir, aşinadan küsmüşəm.

Gördüm əvvəl ki, binasın yarlıq еtmək dеyil,
Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm

  • Upvote 2
Link to comment
Share on other sites

          *** Nizami Gəncəvi ***

 

Yenə tövbə evimi eşq xərab etmədədir, 
Aşiq iftarını sevda meyi-nab etmədədir.

Könlümə bir mələyin sevgisi od saldı, adı, 
Günü də Zöhrəni də göydə sərab etmədədir.

Onun eşq atəşi hər qəlbə girər, amma nədən. 
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?

Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm. 
Doğrusu, səbr edərəm, ömür şitab etmədədir.

Ahu gözlüləri yatmış zaman ovlar ovçu, 
Əmr röyadə şikar olmağa tab etmədədir.

Məsləhətdir, məni qovmadan isə versin əzab, 
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.

Gər Nizamini xəta isə həlak etdirmək, 
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.

  • Upvote 2
Link to comment
Share on other sites

*** Məhəmmədhüseyn Şəhriyar ***

 

Uzun illərdi könül şam kimi odlarda yanır,
Eşqi pərvanədən öyrənmiş o, əyləncə sanır.

Hanı nur çeşməsi, ey zülmətə dönmüş gecələr!
Canım atəşlər içində necə gör qarsalanır.

Dikmişəm göz üzünə, sanma təəccüblü bunu,
Könül uymur iki dünyaya, o müjganı anır.

Heç zaman sönməyəcək atəşimiz, çox itidir,
Güclü tufan kimi göz yaşlarımız dalğalanır!

Səpir ətrafına göz yaşlarımı, sevgili yar!
Gör könül qanı ilə gözdə neç dürr yaranır!

Zülfünü bir yana çəksəm, görünər ay tək üzün,
Bu hünər badi-səbadəndi bu eldə dolanır.

Qəlbimin Yusifi ki, olmuş əsiri qəminin,
Vermərəm mən iki dünyaya bunu, yar inanır.

Şəhriyar, köhnə hərifdir bu fələk, mən uşağam,
Könlümü şahmat edib gör necə əyləncə sanır.

  • Upvote 1
Link to comment
Share on other sites

*** Məhəmməd Füzuli ***

 

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

Edəməm tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

  • Upvote 2
Link to comment
Share on other sites

Dağ başında qar üstünə qar gələr, 
 Gileylənmək zirvələrə ar gələr 
 Hər nə geysəm vücuduma dar gələr, 
 Bu darlığa dözmək olmur Əzizim 

 

Əzəl gündən dünya yalan dünyadı,
Baha satan,ucuz alan dünyadı 
Arzuları nakam qalan dünyadı,
Dağılanı düzmək olmur əzizim...

 

Kaş ki,dünya zalımlığın ataydı, 
Qəlbim bir an istəyinə çataydı 
Yaşamağım göz yaşımdı,haraydı.. 
Göz yaşında üzmək olmur əzizim

 

Dalğalara yalvarmaqdan bezmişəm 
 Hönkürməkdən,ağlamaqdan bezmişəm, 
 Səndən ayrı yaşamaqdan bezmişəm 
 El-obadan bezmək olmur əzizim. 

 

Heç bilməzdim daşım belə ağırdı, 
Bəxtim belə biçarədi,fağırdı, 
Gedəcəyəm göylər məni çağırdı 
Daha yerdə gəzmək olmur Əzizim

 

Vahid Əziz

  • Upvote 2
Link to comment
Share on other sites

Əliağa Vahid

 

Hərdən ki, naz edir mənə canan, xoşum gəlir,
Naz eylədikcə könlüm olur qan, xoşum gəlir.

Məndən küsüb, acıqlı baxır sevgilim mənə,
Canım ola o gözlərə qurban, xoşum gəlir.

Bir an rəqibi görməyə yoxdur görən gözüm,
Öz yarım incidir məni hər an, xoşum gəlir.

Zəhləm gedir nigarimə baxdıqca özgələr,
Saymır rəqibi ol güli-xəndan, xoşum gəlir.

Mümkünsə, bir gözəl sev, onun mübtəlası ol,
Gördükcə hər gözəl demə: - Bundan xoşum gəlir.

Gül bülbül ilə olmalıdır, xar xar ilə,
Yar olsa bir qız ilə bir oğlan, xoşum gəlir.

Vahid, vətən gözəllərinin mübtəlasıyam,
Dönmüş behiştə Azərbaycan, xoşum gəlir... 
 
 

  • Upvote 1
Link to comment
Share on other sites

CAN İSTƏ.

Həkim xəstə,
Dərman xəstə
...və xəstə.

Bax o zaman can verəndən can istə.
Kim olubsa hər an belə həvəsdə,
Bu dünyada cənnət üçün gül dərib,
Allah bizi sınamağa göndərib.
Mən Qərib.
Yerli qərib,
Gəlmə qərib,
                        ***
Üzün varsa, can verəndən can istə.
Yoxsa olar ruhun damdar qəfəsdə,
Çalış hər an şeytanlara sinə gər.
Yolumuzdan çıxarmasın bizi şər.
...və betər.
Ömür bitər
Olar betər,
                        ***
Gəl indi sən can verəndən can istə
Haramlar da murdar qoxur nəfəsdə,
Rahatlıqdan eyləyirik hətta şəkk.
Belə həyat xoşumuza gəlir tək.
...və seçmək.
Gülüb keçmək
Yeyib içmək,
                        ***
Gəl indi sən can verəndən can istə.
Xərcləyirik xırda ömrü xırdatək,
Beləcə də həyat bitir ahəstə.

Qərib 

http://qerib.az/publ/qerib_seirler/1-1-0-95

  • Upvote 3
Link to comment
Share on other sites

*** Əliağa Vahid ***

Bir gün,gözəlim,qəbrimin üstən ötüşərsən,
Dərdindən ölən aşiqini başə düşərsən.

Etməz,mələk olsa,bu qədər naz ilə qəmzə,
İnsafa yaxınlaş,gözəlim,sən də bəşərsən.

Naz ilə gələrkən qədəmin qoy gözüm üstə,
Qoyma quru yer üstünə,birdən sürüşərsən.

Biganə ilə gəzmə dedim,qəlbinə dəydi,
Cana,nə bilim sən bu qədər dəymədüşərsən?!

Egyar yetir vəslinə,amma mənə dersən,
Sən düşmə bu xülyalara,umsunma,şişərsən.

Bir salmadın öz aşiqni yadına,zalim,
Eğyar ilə amma gedib hər gün öpüşərsən.

El çək,demə,ey dil,mənə zülfündən o mahın,
Bir gün bu kəməndə sən özün də ilişərsən.

Rəhm eyləmədin Vahidə,zalim,dirilikdə,
Öldükdə məzariylə gedərsən, görüşərsən.

 
 
 
 

  • Upvote 2
Link to comment
Share on other sites

 

*** Hüseyn Cavid ***

Mənə anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm mən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..

Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kimi divanə imiş.

Yetişir, get! Məni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!

Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah... könül ruhuna biganə imiş.

Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!

Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!.

 

  • Upvote 2
Link to comment
Share on other sites

Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.

 

-Nigar Rəfibəyli.

  • Upvote 3
Link to comment
Share on other sites

*** Əfzələddin Xaqani **'

Hanı bir yel, apara könlü gülüstanə tərəf 
Tutaraq bəlkə yaxamdan çəkə cananə tərəf.

Ürəyim düşdü iki dərdü bəla ortasına, 
Gah gedər kakilə, gah zülfi-pərişanə tərəf.

Can çətinliklə çıxır, başımın üstə tez gəl, 
Gözlərin tez aparar canımı müjganə tərəf.

Yusifi cəzb elədi, bil ki, Züleyxa yuxusu, 
Çəkdi Kənandan onu Misrə, o samanə tərəf.

Xəbər et nazlı kamandarə ki, öz şəstilə 
Çəkə bu qəlbimi bir ləhzədə peykanə tərəf,

Mən susuz qalmışam, əfsus, pərəstarım yox 
Ki, çəkə ləblərimi çahi-zənəxdanə tərəf.

O xumar gözləri heç meylə ayılmaz, əsla, 
Bir cam aşiq qanı içsə, əl atar canə tərəf.

Biz onun xəncərinə hazır olan qurbanıq, 
Kaş ki, bir ləhzə baxa biz kimi qurbanə tərəf.

Ağlayarsa belə bir nalə ilə Xaqani, 
Qorxuram göz yaşı çəksin onu tufanə tərəf. 
 
 
 
 
  

  • Upvote 4
Link to comment
Share on other sites

15 часов назад, Igolka сказал:

*** Əfzələddin Xaqani **'

Hanı bir yel, apara könlü gülüstanə tərəf 
Tutaraq bəlkə yaxamdan çəkə cananə tərəf.

Ürəyim düşdü iki dərdü bəla ortasına, 
Gah gedər kakilə, gah zülfi-pərişanə tərəf.

Can çətinliklə çıxır, başımın üstə tez gəl, 
Gözlərin tez aparar canımı müjganə tərəf. 
  

)) nə qəşəng şeirdir. sağ olun, xanım İqolka

  • Upvote 1
Link to comment
Share on other sites

X.R.Ulutürk - EŞİTSƏM GƏLİRSƏN 

 

Eşitsəm gəlirsən, dönərəm yelə,
Öpərəm mübarək qədəmlərini.
İçərəm bənövşə kirpiklərindən 
Asılan mirvari şəbnəmlərini,

Öpərəm mübarək qədəmlərini.

Eşitsəm gəlirsən, uçaram, inan,
Pənbə buludlarla qucaqlaşaram.
Açaram köksümü yeddi iqlimə.

Dəli çaylar kimi aşıb-daşaram.
Pənbə buludlarla qucaqlaşaram.

Elə bir gülsən ki, ömür bağımda
Səni nəfəsimlə bəsləmişəm mən,

Qönçə bağlaçısan göz qabağımda,
Səni dan yerindən səsləmişəm mən.
Səni nəfəsimlə bəsləmişəm mən.

Eşitsəm gəlirsən, çıxaram yola,
Bütün yollar boyu güllər əkərəm,
İkimiz bir qəlbdə yaşayaq deyə,
Sənə qəlbim boyda bir ev tikərəm,
Bütün yollar boyu güllər əkərəm.

Mən – evəm, sən mənim od-ocağımsan,
Bağbanam, sən mənim barlı bağımsan
Mən dağ bulağıyam, Sən bulaqlı dağ,
Dünyadan ən böyük umacağımsan.

Ürəyim o qədər yanıqdır ki,
Az qala qanadlı bir quşa dönəm,
Sənnin tellərinə düzülmək üçün,
Yağışa, zümrüdə, daş-qaşa dönəm.
Az qala qanadlı bir quşa dönəm.

Gurşadla, baharla, ya qatarla gəl!
Hər bir qədəmini könlüm izləyir.
Yüz-yüz, milyon-milyon dalğalarla gəl,
Səni sahildə bir qaya gözləyir,
Hər bir qədəmini könlüm izləyir

  • Upvote 2
Link to comment
Share on other sites

nəzir etmişəm, yolunda gərək can fəda edəm (c)

 

Gözlərin

 

Sevgilim, el bilir mən əhli-dərdəm,

Səndən başqasını sevsəm namərdəm.

Qüssədən ölürəm, neylim ki, hər dəm

Məni qoyub baxır yana gözlərin.

 

Kirpiyin xəncərdir, qaşların kaman,

Yıxdığın acizə verməzsən aman.

Dedilər cəlladsan, etməzdim güman,

Salacaqdır məni qana gözlərin.

 

Sənin əlindədir hər ixtiyarım,

Zalım öldür məni, qəmdən qurtarım,

Bəs kimə söyləyim, kimə yalvarım,

Gətiribdir məni cana gözlərin.

 

Könlümü salacaq zülfün kəməndə,

Həsrətin qoymayıb can qalsın məndə,

O gözlər var ikən nə qədər səndə,

Alacaq könlümü sona gözlərin.

 

Vahidəm, sevgilim, mən də qanıram,

Fitnəkar gözəli gendən tanıram,

Necə deyim sənə, qəmdən yanıram,

Mənimtək od tutub yana gözlərin !

 

 

 

 

  • Upvote 3
Link to comment
Share on other sites

17 часов назад, NOIR сказал:

nəzir etmişəm, yolunda gərək can fəda edəm (c)

 

Gözlərin

nə gözəl şeirdir,həm də musiqi müşayiəti ilə :)

 

P.S.Gözlərlə bağlı bütün şeirləri oxuyanda yalnız bir qadın canlanır önümdə,elə bilirəm bütün şeirlər onu ifadə edir,dünyaya ən gözəl gözlərlə baxan o gözəl xanımı..)

 

 

Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,

Əxlaqı gözəl, sevgili canan ola bilməz.

 

Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,

Bir gül, hələ də sən kimi xəndan ola bilməz.

 

Minlərcə gözəllər yetirir gündə təbiət,

Amma, sənə bənzər gözəl insan ola bilməz.:nett:

 

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,

Bir kimsə mənim tək sənə heyran ola bilməz.

 

Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,

Rəftarına, əxlaqına nöqsan ola bilməz.

 

Hürriyyətə, insanlığa layiq səni gördüm,

Hər kəs səni sevmişsə peşiman ola bilməz.

 

Öz aşiqinin naz ilə qan eyləmə könlün,

Hürriyyet olan yerdə könül qan ola bilməz.

 

Hər xoş görünən kimsəyə aldanma, heyifsən,

Hər xoş görünən kimsədə vicdan ola bilməz.

 

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,

Vahid kimi eşqində qəzəlxan ola bilməz.

  • Upvote 4
Link to comment
Share on other sites

Bütün pəncərələr yumulmuş gözdür,
bu evlər,
küçələr deyilmiş sözdür…
Yaralı buluddan yağan yağışlar
Günah yumasa da bir az bağışlar.
Bəlkə bizdən bir az yan keçər bu gün,
həyalı söyüşlər, doğma qarğışlar.
Və quşlar,
Və quşlar qəfəsə vurğun,
İlahi, çox sağ ol,
Yenə də heysizəm, yenə də yorğun…

- Vaqif Samedoglu

  • Upvote 4
Link to comment
Share on other sites

Bir zaman darixsan mənimcün əgər, 
Əsən küləklərdən, soruş sən məni. 
Xəbər vərməsələr səninçün əgər,
Çaxan şimşeklərdən, soruş sən məni.

Artıq olmayacam daha biləsən, 
Bəlkə ruhum gələr, əgər diləsən. 
Saçımın ətrini duymaq istəsən, 
Qoncə cicəklərdən, soruş sən məni.

Həsrətdən gözlərin dikilsə yola, 
Ağlama, kimisə görsən qol-qola. 
Köksünü ötürüb, desən, nə ola,.... 
Arzu diləklərdən, soruş sən məni.

Soruşma Günəşdən, soruşma Aydan, 
Soruşma, dumduru axan o çaydan.

Amma sübh tezden, soküləndə dan, 
Göydə Mələklərdən soruş sən məni.

M. Duyğulu

  • Upvote 3
Link to comment
Share on other sites

VAQİF MƏMMƏDOV

PAYIZ DA ÖMRÜNÜ BAŞA VURACAQ

Çəkildi yollardan haray da, ün də,
Payız yağışları yağacaq yenə.
İki sevən ürək yağışlı gündə,
Bir çətir altına sığacaq yenə...

Çən-duman dağlardan dərəyə endi,
Sevənlər həsrəti duyacaq daha.
Xınalı saçını, ağaclar indi
Yağış suyu ilə yuyacaq daha...

Çatdı nigaranlıq, qayğılar dəmi,
Ağaclar nigaran, daşlar nigaran.
Keçəsi islanan çobanlar kimi,
Yuvası islanan quşlar nigaran...

Payızdı, təbiət yüz nağıl deyib,
Ömrü yarpaq-yarpaq varaqlayacaq.
Ağaclar xınalı donunu geyib,
"Vağzalı" səsini soraqlayacaq...

Sevənlər yağışı bəhanə edib,
Bir çətir altında qoşa duracaq.
Bahar gəlib gedib, yay gəlib gedib,
Payız da ömrünü başa vuracaq.

  • Upvote 4
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 639 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...