Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Gözlərinə.

İcazə ver, baxım ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim , aşikarə gözlərinə.

Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə gözlərinə.

Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Olaydı qismət öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.

Kəməndi – ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.

Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə.

  • Upvote 2
Link to comment
Share on other sites

Sən fikir eləmə, gözəldir həyat

Nə qədər mən sağam, fikir eləmə.

Bu gün yanındayam, sabah hardasa,

Demə mən uzağam, fikir eləmə.

 

Sən fikir eləmə, yeri qar alsa,

Göyü bulud örtüb dumanlar alsa.

Mən odam-ocağam, fikir eləmə

Yenə yanacağam, fikir eləmə.

 

Sən fikir eləmə heç vaxt dünyada,

Mən getsəm, sən qalsan... ayağın altda

onda da torpağam, fikir eləmə.

orda da dayağam, fikir eləmə.

 

N.Həsənzadə

 

 

Edited by NOIR
  • Upvote 5
Link to comment
Share on other sites

Hesret Nidası.

Sevgin ürəyimdə qərib düşübdür,

Yurdu talanıbdır yuvası uçub.

Gecələr sığınıb ümid payına

Dərin baxışında yuxu da susub.

***

Zaman çox yarama bil sığal çəkib,

Amma dərinlikdə nə çox qəm-kədər.

Nə çox iztirab var, nələr bilmirəm

Bəlkə ürək yatır bir ümman qədər.

***

Daha fikirlərim darma-dağındır,

Yolumun əvvəli başı görünmür.

Bəxtim daş içində sükut bağlayıb

Ayılan zamanı yaşı görünmür.

***

Özümü danlayıb günahkar deyə,

Elə hey kirpiklə od qaldırmışam.

Gözümü yollardan yığmışam daha

Özüm mən özümə dayaq olmuşam.

***

Ruhum bədənimdə hər çırpındıqca

Titrək baxışından sevgi ummuşam

İnsaf yaxşı şeydi, illər boyunca

Taleyin yükünü tək daşımışam.

***

Əlim yollarına uzalı qalıb

Belə çox çəkəcək uzun illər də.

Mənə dinclik vermir ,rahatlıq vermir

İttiham eyləyir xatirələr də.

***

Qəmim qəmim üstə yığılıb indi

Mənsə, bir ümidi dayaq bilmişəm.

Ömrün o başından dər ocağına

İri addımlarla qonaq gəlmişəm.

***

İllər bir dayağı qənimət bilib,

Nə səbrim vardısa, aldı apardı.

Ümid çırağımı söndürüb qəfil,

Qədər yaman yerdə pis axşamladı.

 
 
  • Upvote 3
Link to comment
Share on other sites

Gözəlim, gözlərinin söhbəti hər yanda olur,

Bu məlahətli baxışlar quzu, ceyranda olur.

 

Bir əlac et mənə, istəkli təbibim sənsən,

Aşiqin çarəsi öz sevdiyi cananda olur.

 

Bülbül istər gülü, tuti şəkəri, mən də səni,

Eşq sevdası bu üç aşiqi-nalanda olur.

 

Nə təbiət gurub ömründə, nə dünya yetirib,

O gözəllər ki, bizim Azərbaycanda olur.

 

Gül əgər bülbülü incitsə, "vəfasız" deməyin,

Qızların təqsiri olmaz, günah oğlanda olur!

 

Bu gözəllik ki, sənin var, gözəlim, insafən,

Nə mələkdə, nə pəridə, nə də bir insanda olur.

 

Mübtəla könlümə bilmirəm nə olub, hər gün itir,

Axtarırkən yenə ol zulfi- pərişənda olur.

 

Vahidin bəlli deyil məskəni pərvanə kimi,

Gah şəm`ə dolanır, gah da gülüstanda olur.

  • Upvote 4
Link to comment
Share on other sites

Biz dünyadan gedəndə..
( Orxan Bahadırsoy )
.
Bir kürəklik dostum ol,
bir qucaqlıq sevgilim.
Həm uşaqlıq sevgilim,
həm qocalıq sevgilim...
Uzaqda uzağım ol,
yaxında ən yaxınım. 
Harda çətinə düşsəm
qollarına sığınım.
Özümdən səni çıxsam
məndə heç nə qalmasın.
Səndən özümü çıxsam
səndə heç nə qalmasın. 
Tək bizim sevgimizlə
dolsun bu dünya, dolsun...
Biz dünyadan gedəndə
dünya da tənha qalsın!

 

  • Upvote 2
Link to comment
Share on other sites

Dylan Tomasın bu şeri türkcəyə tərcümədə də yaxşı alınıb 

Dərin məna ifadə edir..

 

 

Gitme o güzel geceye kibarlıkla 
İhtiyarlık yanmalı ve söylenmeli gün kapandığında; 
Öfkelen, öfkelen ışığın ölümünün karşısında.

Akıllı adamlar, bilmelerine rağmen karanlığa gömüleceklerini sonunda, 
Sözleri şimşek çaktırmamış olduğu içindir ki onlar 
Gitmezler o güzel geceye kibarlıkla.

İyi insanlar, son defa ellerini sallarlar, öylesine ateşli bağırarak. 
Faydasız işleri, yeşil bir koyda dans ediyor olabilir ama onlar da, 
Öfkelenirler, öfkelenirler ışığın ölümünün karşısında.

Güneşi uçarken yakalamış olan vahşi insanlar, 
Ve öğrenen, çok geç, yas tuttuklarını onun yolunda, 
Gitmezler o güzel geceye kibarlıkla.

Kör gözlerin gök taşı gibi alevlenip ve şenlenmesini 
Kör eden bir görme gücüyle gören ağır hasta adamlar da 
Öfkelenirler, öfkelenirler ışığın ölümünün karşısında.

Ve sen, benim babam, hüzünlü tepede, orada 
Yalvarırım, lanetle ve kutsa beni şimdi acımasız göz yaşlarınla. 
Ama gitme o güzel geceye kibarlıkla. 
Öfkelen, öfkelen ışığın ölümünün karşısında.

Edited by 513
Link to comment
Share on other sites

Sene cox can dedim ey can, can olub neynemisen? 
Deme canan özüve canan olub neylemisen?

Dermanim olsada sende olerem istemerem
Sen de her derdime dermanim olub neylemisen?

Gedmisen daima biganeni shad eylemisen. 
Ashiqin hesret ile viran olub neylemisen?

Deme imkanım olanda seni yad eyliyerem, 
O qeder fürset olub , imkan olub neylemisen?

Bir defe mehmanim oldun azı min defe dedin, 
Mene guya ki, gelib mehman olub neylemisen?

Amma biz insanıq insan ele insanlıq edek, 
Demesinler bize qoy insan olub nelnemisen?

Bivefasan gozelim sen de vefa gormimishem,
Ashiqin hesret ile viran olub neylemisen?

  • Upvote 1
Link to comment
Share on other sites

Mən mey İçirəm içənlər əql olsa əgər, 

İçməkləri ƏQL önündə məqbul görünər.

HAQQ içməyimi bilirdi lap əvvəldən, 

Mən içməsəm Allahın elmi cəhlə dönər!

 

 

(Başadüşənə)

Edited by 513
  • Upvote 1
Link to comment
Share on other sites

Sən qaçansan, mən çatanam, əzizim,
Qaçan ayrı, çatmaq dərdi başqadır.
Sən gözlədən, mən gözləyən cəfakeş,
 Bu cəfanı udmaq dərdi başqadır...

Gələnini gözləməyə de nə var,
Gedənini gözləməkdir intizar.
Eh, bu yolda can qoymağım bir azar,
"Can" deyib, naz satmaq dərdi başqadır...

Mən ki, sahib olmamışam o mülkə, 
Gözlərimdən getməz o qəm-bu kölgə.
Ayağına yıxılmağım bir özgə,
Yıxılanı tutmaq dərdi başqadır...

Hara yazım bu günahsız günahı,
Tək özüməm öz-özümün pənahı…
At deyirsən, atmaq olmur, ilahi, 
Hicran başqa, atmaq dərdi başqadır...

Fələk özü ürəyindən dərd asan,
Mən yazıram, yoxdu məni bir yazan.
Yüngül görüş verib getmək çox asan,
Qalıb qəmə batmaq dərdi başqadır...

Alış sinə, alış damar, alış qan!
 Sən soyuqsan, mənim könlüm alışqan.
"Olar-olar, olmaz-olmaz"- bu başqa
Olmaz olsa ölmək dərdi başqadır.
Bu hicranı, bu əzabı, bu zoru
Çəkmək başqa, bilmək dərdi başqadır...

 

 Musa Yaqub
 

  • Upvote 3
Link to comment
Share on other sites

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?

      

  • Upvote 2
Link to comment
Share on other sites

Canımı yandırdı şövqün, ey nigarim, hardasan?
Gözlerim nuru, iki alemde varım, hardasan?

Bagrımı qan eyledi aci feraqin, gel yetiş,
Ey lebi vəslət şərabi, xoş vüqarim, hardasan?

Səndən ayri könlümə yoxdur vefali yarı dust,
Ey cefasiz hüsnü-kamil, yadigarim, hardasan?

Yar üchün her gushede min div olur düshmen mənə,
Ey zevadi-e'zemü möhkem hasarım, hardasan?

Çün Nesimidir bu gün eyyami-eşgin sərvəri,
Ey şeker leb, yari-şirin ruzigarim, hardasan?

 

        

    İmadəddin Nəsimi "Hardasan"

  • Upvote 3
Link to comment
Share on other sites

В ‎20‎.‎06‎.‎2016 в 23:22, 513 сказал:

Mən mey İçirəm içənlər əql olsa əgər, 

İçməkləri ƏQL önündə məqbul görünər.

HAQQ içməyimi bilirdi lap əvvəldən, 

Mən içməsəm Allahın elmi cəhlə dönər!

 

 

(Başadüşənə)

müəllifi ?..

Link to comment
Share on other sites

В ‎17‎.‎06‎.‎2016 в 04:26, Консуэло сказал:

Sev özünü heç kimin sevmediyi qeder,
xoşbext ol varliğinla.
Qoy seni sevmeyenler üzülsün,
qelblerine siğmayacaq qeder
böyüksen deye...
Kaşkileri heç düşünme, xoşbext ol
seçimlerinle..
Qoy "kaşkiler" üzülsün senin
seçimlerine..

Konsuelo, şeiri oxuyub gülümsədim ) nə düşündüm , onu deməyəcəm.

amma bir sitatı xatırladım, onu yazım :

"Любовь у нас , у чертей - не так как у людей... но мало только любить себя... любовь, у нас у чертей - это любовь к себе, плюс полное 100% начхательство"   (c) sitat Çertyonok 13

:wink:

Link to comment
Share on other sites

Aşıq şeiri

Molla Cümə

 

İsmi-Pünhan sordu : sevdiyin kimdi ?

Dedim ki, "mim", "rey", "sin" ilə "tey"di.

Dedi : ol filankəs məndən gözəldi

Dedim : təəssüf etmə, bikarə şeydi.

 

Dedi ki, üç busə məndən yad aldı

Dedim ki, a zalım, mənə nə qaldı ?

Dedi : sənin payın bu gül camaldı

Dedim ki, napakdı, yad dodaq dəydi.

 

Dedi : qəbahətmi yoxsa məhəbbət ?

Dedim : qəbahətdən eyləmə söhbət.

Dedi : Molla Cümə, sınaram əlbət

Dedim : haqq qəddimi nə yaman əydi.

 

P.S. Sual : İsmi-Pünhanın adı nə idi ? )) 

 

Link to comment
Share on other sites

Maral gözlüm, ovçudanmı ürkübsən ? ))

Səkib gələn çöllərinə dolanım.

Dal gərdənə cığa telin tökübsən,

Nazik, incə bellərinə dolanım.

 

Mən fəqiri, gəl özünə yar eylə

Hər nə desəm, şəfqətindən var eylə,

Gəl yaxına, düşmənləri kor eylə,

Danış, şirin dillərinə dolanım.

 

Mən Cüməni ahuzara yetirdin,

Üç dilək dilədim, birin bitirdin

Bu sovqatı cənnətdənmi gətirdin )

Xurma verən əllərinə dolanım.

 

 

saf məhəbbət haqda şeirdir. "dolanım" sözü hər bənddə fərqli mənaları ifadə edir

 

  • Upvote 2
Link to comment
Share on other sites



Yenə hər şeyin üstündən
Zaman gəlib keçəcək. 
Yenə dərdli fikir kimi
Qoca dağların başından
Duman gəlib keçəcək.

Yenə səhər açılacaq,
Qaranlıq çıxacaq yoxa. 
Yenə əynimi geyinib
İş adıyla gedəcəyəm
Səni... səni unutmağa...

 

Götürülme.

  • Upvote 1
Link to comment
Share on other sites

Только что, Igolka сказал:



Yenə hər şeyin üstündən
Zaman gəlib keçəcək. 
Yenə dərdli fikir kimi
Qoca dağların başından
Duman gəlib keçəcək.

Yenə səhər açılacaq,
Qaranlıq çıxacaq yoxa. 
Yenə əynimi geyinib
İş adıyla gedəcəyəm
Səni... səni unutmağa...

 

Götürülme.

xahış edirəm, İqolka xanım. belə qəmli şeirlər seçməyin, nə olar )) imkan yaradın, sizi də +layım.

nikbin şeir varmı ?..

  • Upvote 1
Link to comment
Share on other sites

7 минут назад, NOIR сказал:

xahış edirəm, İqolka xanım. belə qəmli şeirlər seçməyin, nə olar )) imkan yaradın, sizi də +layım.

nikbin şeir varmı ?..

Şeir her şekilde,notda gözeldir.

Olar nikbin de.) 

Link to comment
Share on other sites

Noir sizin üçün.

Şehriyardan.

 

*** Məhəmməd Hüseyn Şəhriyar ***
     

Pərvanə kimi mən bu gecə odlara yandım,
Ey şam, sənin çevrənə şövq ilə dolandım.

Baş əydi ürəkdən mənə göylərdəki ay da,
Onda ki, səni mən günəşin yavrusu sandım.

Gülşəndə bitən susəni gördüm, səni gördüm,
Sünbülləri gördükdə sənin zülfünü andım.

Gəl, sil gəlişinlə ürəyimdən bu qubarı,
Yarım, sənə dönməzdi, dəyişməzdi bu andım.

Tanrım, yuxuda gördüm onu, ah, bu nə röya,
Dünya mənə cənnət olalı, cənnəti dandım.

Gördüm ki, sevincdən dəxi bülbül də susarmış,
Lalə dodağın qaçdı, gülüş sirrini qandım.

Hurim, mələyim, gözlərimin nuri də sənsən,
Səndən savayı dünyada hər şeydən usandım.

Qumru oxudu Şəhriyarın nəğməsin əzbər,
Sərvim, başına qumru kimi bir də dolandım.

  • Upvote 5
Link to comment
Share on other sites

2 минуты назад, Igolka сказал:

Noir sizin üçün.

Şehriyardan.

 

*** Məhəmməd Hüseyn Şəhriyar ***
     

 

Gördüm ki, sevincdən dəxi bülbül də susarmış,
Lalə dodağın qaçdı, gülüş sirrini qandım.

 

:smile: əla

sağ olun, İqolka xanım )

nə yaxşı ki, mən Azərbaycan dilində təhsil almışam və duyğu dilim də ana dilimdir... yoxsa, mən şeir dərk etməzdim

  • Upvote 1
Link to comment
Share on other sites

3 минуты назад, NOIR сказал:

:smile: əla

sağ olun, İqolka xanım )

nə yaxşı ki, mən Azərbaycan dilində təhsil almışam və duyğu dilim də ana dilimdir... yoxsa, mən şeir dərk etməzdim

Azerbaycan dilinde tehsil almadan da derk etmek olar.

Buyurun.) 

Link to comment
Share on other sites

12 минуты назад, Igolka сказал:

Noir sizin üçün.

Şehriyardan.

 

*** Məhəmməd Hüseyn Şəhriyar ***
     

Pərvanə kimi mən bu gecə odlara yandım,
Ey şam, sənin çevrənə şövq ilə dolandım.

Baş əydi ürəkdən mənə göylərdəki ay da,
Onda ki, səni mən günəşin yavrusu sandım.

Gülşəndə bitən susəni gördüm, səni gördüm,
Sünbülləri gördükdə sənin zülfünü andım.

Gəl, sil gəlişinlə ürəyimdən bu qubarı,
Yarım, sənə dönməzdi, dəyişməzdi bu andım.

Tanrım, yuxuda gördüm onu, ah, bu nə röya,
Dünya mənə cənnət olalı, cənnəti dandım.

Gördüm ki, sevincdən dəxi bülbül də susarmış,
Lalə dodağın qaçdı, gülüş sirrini qandım.

Hurim, mələyim, gözlərimin nuri də sənsən,
Səndən savayı dünyada hər şeydən usandım.

Qumru oxudu Şəhriyarın nəğməsin əzbər,
Sərvim, başına qumru kimi bir də dolandım.

 

İndi mən kövrəldim...Şeirini oğurladım)

  • Upvote 1
Link to comment
Share on other sites

2 минуты назад, Igolka сказал:

Azerbaycan dilinde tehsil almadan da derk etmek olar.

Buyurun.) 

məişət dili, danışıq dili, düşüncə dili.... duyğu dili - hər biri fərqli anlamdır )

bir daha sağ olun.

  • Upvote 1
Link to comment
Share on other sites

15 часов назад, NOIR сказал:

Konsuelo, şeiri oxuyub gülümsədim ) nə düşündüm , onu deməyəcəm.

amma bir sitatı xatırladım, onu yazım :

"Любовь у нас , у чертей - не так как у людей... но мало только любить себя... любовь, у нас у чертей - это любовь к себе, плюс полное 100% начхательство"   (c) sitat Çertyonok 13

:wink:

Sitati oxudum, bunu dushundum....жаль что у меня не так  как у чертей )

Edited by Консуэло
Link to comment
Share on other sites

Demə Mecnuna dəli, bəlkə də Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilu dana, dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zindanə,
Qoydu rüsvalıgı alemdə Züleyxa, dəlidir.

Eşq zəncirinin iftadəsi bir men deyiləm,
Həvəsi-silsiləyi-eşq ile dünya dəlidir.

Bir vəfasiz gül üçün naləsi dünyanı tutub,
Aşiqin qəlbi kimi bülbüli-şeyda, dəlidir.

Bircə Şirin ilə Ferhadə məzəmmət yoxdur,
Vadiyi-eşqde Vamiq dəli, Ezra dəlidir.

Əl götürməz bu qara gözlülerin zülfündən,
Her yetən zənn eləyər Vahidi guya, dəlidir.

 

       

  • Upvote 3
Link to comment
Share on other sites

baxıram, Vahid sözü hələ davam edir ) 

 

Məndən, könül, o nazlı nigarə nə dedin bəs ?

Çəkdin o güləndamı kənarə, nə dedin bəs ?

 

Əvvəl bunu bildim ki, dedin : aşiqin öldü,

Ondan sonra ol şuxə dübarə nə dedin bəs ?

 

Mən məsti yıxıldım o dilaramı görəntək,

Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs ?

 

Meydənmi qızarmışdı onun arizi-ali,

Ziynət verən ol bağı-baharə nə dedin bəs ?

 

Mən xəsteyi-eşq olduğumu sordumu səndən ?

Göstərdimi bimarinə çarə, nə dedin bəs ?

 

Dami-qəmi hicranə nəhayət verəcəkmi

Bu barədə ol laləüzarə nə dedin bəs ?

 

Dərdindən ölən Vahidi heç bir soruşurmu,

Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs ?..

 

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

Gozel varmi goresen?

Gozel odur, yaqiş dəyə nur saca, 
Danişanda, her kəlməsi gul aca. 
Utananda, həyasindan yer qaca, 
Bu zamanda gozel varmi gorəsən?

Gozel odur, gozel baxa cahana, 
Sabahlari, gozellikle oyana.
Gozel odur, anaya ola ana, 
Bu zamanda gozel varmi gorəsən?

Gozel odur, sedaqetden don geyə, 
Səcdə ede duz ilqara, sevgiye. 
Yeriyende donub baxa geriye, 
Bu zamanda gozel varmi goresen?

Duyquluyam, her gozele baw eymem, 
Ne gozel, ne cirkin, qelbine deymem. 
Bir sual icinde qovruluram men, 
Bu zamanda, gozel varmi goresen? 
Bu zamanda gozel varmi goresen?.

Mətanət Duyqulu.

  • Upvote 4
Link to comment
Share on other sites

UNUDUM NECƏ????????

Qoy sizə söyləyim yurdum, elimnen,
Danışım daģımnan coşan selimnən.
Heç dūşe bilermi bir an dilimnen?
Cùmlələr arı tək verərsə beçə,
O cənnət məkanı unudum necə?

Hər kolun dibində Quzuqulaģı,
Cənnətə bənzərdi
Gədik yaylaģı
Çaģlayıb coşaraq
Şurut bulaģı,
Zūmzūmə edərdi hər gùndūz gecə
O cənnət məkanı unudum necə?

Vūqarla baxardı Qızıl Qayası,
Hər yerdə gőrərdin çiçək tayası.
Bir mòcùzə idi
Sulu Zaģası.
Daş da su verərdi
, axar gizlicə
O cənnət məkanı unudum necə?

Olardı Kəkotu o tay - bu tayı
Dərin dərəsində qurumaz çayı.
Bərəyi, bəndində çoban harayı.
Körpə quzuları sevər beləcə,
O,cənnət məkanı unudum necə?

Qoşa dayanardı qoşa Tejgarı, 
Qara
Çınqılında hər fəsil qarı.
Çiçək qoxuyardı yayı, baharı.
Laləni
, Nərgizi çəkərdim ičə
O cənnət məkanı unudum necə?

Bir tarix, bir dastan yazar Qurd Baba
Dosta mūlayimdir, dūşmənə qaba.
Indi didərgindir bu el, bu oba,
Bu yurdu itirmək asanmı sizcə?
O cənnət məkanı unudum necə?

Daģlarda gəzərdi hər an gəlin, qız,
Yıģardı
Yemişən, Daģdaģan,Andız.
Qınamayın
, bilin, Duyģulu yalnız,
Ūrəkdən gūləcək vətən gūlūncə,
O,cənnət mək
anı unudum necə?

Mūəllif .Mətanət Duyģulu.
Bskı.26.06.2016.

  • Upvote 3
Link to comment
Share on other sites

*** Əliağa Vahid ***

Sevgilim! Seyri-gülüstan yaxşıdır, sən yaxşısan?
Aşiqinçün başqa canan yaxşıdır, sən yaxşısan? 

Min mənim tək aşiqi heyrətdə qoymuş gözlərin, 
Sevgilim, bir söylə ceyran yaxşıdır, sən yaxşısan? 

Bir dönüb baxmaqla tez aldın, apardın könlümü, 
Ovlayıb çalmaqda tərlan yaxşıdır, sən yaxşısan? 

Göy üzün ay rövşən etmiş, hüsn ilə sən yer üzün, 
Nazəninim, mahi-taban yaxşıdır, sən yaxşısan? 

Sən kimi canan üçün candan keçən bir aşiqə, 
Ey gözəllik tanrısı, can yaxşıdır, sən yaxşısan? 

Səndə varkən nazilə gülmək, danışmaq incəlik, 
Lütfdə gül bərgi-xəndan yaxşıdır, sən yaxşısan? 

Məclisin xəlvət, nigarın saqi, Vahid, əldə mey, 
Gör bu xoş aləmdə sultan yaxşıdır, sən yaxşısan?.. 
 

 

  • Upvote 2
Link to comment
Share on other sites

*** Əliağa Vahid ***

Mən vermişəm öz könlümü yarə, özü bilsin,
İstər eləsin hicrilə yarə, özü bilsin.

Bilmiş nə bəlalər gətirib başimə zülfü,
Tökmüş yenə ol mahi-üzarə, özü bilsin.

Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm, demərəm bir də dübarə, özü bilsin.

Ol gül məni xar eylədi biganə yanında,
Bir bilmədi, çox etdim işarə, özü bilsin.

Bimariyəm ol nərgisi-məstin, ölürəm mən,
Qoy eyləməsin dərdimə çarə, özü bilsin.

Hər dərdü-qəmin mən çəkirəm, kam alan özgə,
Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin.

Vahid! Məni pərvanətək ol şəmi-cəmalın
Yaxsın dəxi bundan sonra narə, özü bilsin.

 

  • Upvote 1
Link to comment
Share on other sites

Мотылек.Pervane...

 

Şam yanır, şöləsi nur.
Pərvanəm, bir dayan, dur.
Şam gözəldir, amma ki...
Özünü oda az vur.
Başına dolandıqca,
Bir az da gur yanacaq.
Səhər açılanacan
Yalnız külün qalacaq...

Qanadların məxməri,
Lap deyək ki, bir ipək...
Görürmü sən gözəli,
Sevirmi odlu mələk?
Od, alov məkrlidir
Həyat kimi, kəpənək.
Öncə nənni yellədir,
Sonda tabut, gül-çiçək...

Bir qanad saxla, dayan,
Mənim xəfif pərvanəm.
Tənhalıqdan qorxmursan? -
Yalan demə, ay sənəm!
Təkliklə döyüşürsən
Ömür boyu, bir dənəm.
Neyləyək ki, özünə,
Odu seçmisən həmdəm.

Mənim balaca dostum,
İncimə, sadəlöhvsən.
Ürəyin gül yarpağı,
Ümid nədir bilmirsən.
Dörd yanın kin və nifrət
Bunları görməyirsən.
“Qibləgahım –məhəbbət,
Tanrım – sevgi” deyirsən.

Düşünürsən məhəbbət
Heç vaxt xəyanət etməz;
Sevgiyə yalan qatıb
Heç kəsi zəhərləməz.
Amma zəif qəlblərçün
İşıq sönüb dumanda
Onları diriltməyə
Heç qalmayıb güman da.

Məkrli parıltının,
Havadarı sis, duman...
Toranda görünməyir
Məkr sanki bir ilan...
Qanadlanan da yoxdur,
Uçmağı unudublar -
Məhəbbəti dananlar,
Ona inanmayanlar...

Pərvanəm, sən isə uç!
Bilsən ki, öləcəksən
Lap külə dönəcəksən
Uç! Uç! Alovunu quc!
Məhəbbət misraları,
Hədiyyə et bizlərə
Əsl yaşamaq budur,
Yaysın bütün qəlblərə.

 

Leyla Eliyeva

  • Upvote 2
Link to comment
Share on other sites

NOW WİTH TREMBLİNG HANDS

 

The nights are cold and quiet 
I was alone and without 
The ordeal of attracting ends
Life was uninhabitable. 

Happy days that we're together 
Now I remember one at a time 
Color of her eyes, wet lips 
Overflowing with love gaze.

I would not smile because of missing 
Happiness was read from the eyes 
You were so very cheerful, so many were sweet 
Cheerful state where they are now, where are you? 

Longed to memories, to love, to be loved 
While it is possible that you would not if I 
With pain, grief alone would together with 
Volunteers would be miserable moaning. 

Now with trembling hands, old eyes 
You'll come a day I wait for you.

 

Qadağan olunmuş yazı, axırıncı xəbərdarlıq.

 

Edited by gapgara
  • Upvote 1
Link to comment
Share on other sites

filosof-şair, Saib Təbrizi

 

Sən bu dərdin, kədərin hikmətin hardan biləsən ?

Hələ sağlamdı canın, qiymətin hardan biləsən ?

 

Canına baxmaq ilə ömrü yetirdin başa sən,

Yox çörəkdən savayı möhnətin, hardan biləsən ?

 

De, xəyal aləminə eyləmisən harda səfər,

Yoxluğun, istəməyin, həsrətin hardan biləsən ?

 

Özünü tərk edərək, çıxmamısan sən kənara,

Göyü seyr eyləməyin cürətin hardan biləsən ?

 

O kiçik şəbnəm əgər cəlb eləmir diqqətini,

Sellərin hay qoparan hiddətin hardan biləsən ?

 

Oturub durmusan ancaq bu gülüstanda yəqin,

Bu gülün, bu çiçəyin nemətin hardan biləsən ?

 

Ürəyin xoşdu bu bağlarda sənin var səmərin,

Sərvidən ayrılığın zillətin hardan biləsən ?

 

Nobaharlar səni aldatdı o şux görkəm ilə,

Sən xəzan çöhrələrin miknətin hardan biləsən ?

 

Bu cahan ilə sənin yoxsa işin, Saib, əgər

Onla həmsöhbət olub, ülfətin hardan biləsən ?

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

Dilrubalıqda yenə naz eyləyirsən mənə sən,

Qəlbi aldın, nə qalıbdır ki, gəlibsən yenə sən ?

 

Zülfünün ətri damıb, dəryada gövhər yaranıb,

Nazu qəmzənlə hara getsən əgər bir dənəsən.

 

Qoltuğunda kuzə, əldə qədəhin, bir də ki, çəng

Ətrafa boylanaraq gəldin əcəb gülşənə sən.

 

Əl çalıb oyna gülüm, çünki xarabatdı bura,

Gəlmədin heç də dua etməyə bu məskənə sən.

 

O qədər qal əzizim, mən unudum ta özümü

Axı şadlıq gətiribsən bu yazıq bəndənə sən.

 

Qəlbi yanmışlara sən çatsan əgər, sübh yeli,

De, nə tapşırdı yarın zülfü əmanət sənə, sən.

 

Kim xəbərsizdi həqiqət donu biçmiş sözünə,

Xoşdu, Saib, o məcaz aləminə sən dönəsən.

 

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

Hərdən salam ver mənə.
Hərdən "Necəsən əzizim?", de!
Hərdən elə-belə yaz mənə.
Ağlından keçən cəfəng sözləri...
Hərdən bir musiqi dinlə mənim üçün.
Bir çay iç pürrəngi, mürəbbəli...

Bir film izlə, məhəbbətdən...
Yada saldığını hiss elətdir.

Bilmirəm.
Bilmirəmki...
Bir zərrərdən asılı məsudluğum.
Məni anmağından.
Məni sevdiyini bilməyimdən.
Yaşamağından,
Var olmağından...
Hardasa məndən uzaqda
Məni düşündüyünü bilməyimdən...
Hərdən nəsə elə ağlıma gəlməyən.
Ziyan verməyən...
İncəcik bir şey.
Ruhumu titrədən.

Nəfəsimi kəsən.

Səni, Səni yenidən sevdirən...

Doğum günümü qeyd et.
İçində, hamıdan gizlicə.
Zər-ziba diləyim yox.
Tortla çiçək bəsimdi.

Bilim ki ağlndayam.

Bilim ki yadındayam.

Məni uzaqda gəzmə.

Məni göydə arama

Mən ki sənin içində

Öz damaq dadındayam.

Ulduzlar  qədər uzaq
Nəfəs qədər yaxınam sənə.
İçində sula məni.
Qoyma quruyam.
Saralan yarpaqları qır.
Təzə pöhrələrə bax.
Böyüt məni içində.

Qıyma!
Qıyma çürüyəm...

 

 

Ziba Xəlil.

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
        • Like
      • 37 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Sad
      • 103 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Haha
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 134 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 17 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...