Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Gel, meni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Men deyim: dostumdur, sen de: tanışdır,
Hamıdan gizledek sevdiyimizi.

 

 

Danışaq, gülüşek, gezek yan-yana
Onda adımıza söz de deyilmez.
Gizli görüşümüz çıxsa meydana,
Deyek ki, dost dostla görüşe bilmez?

Yalandan bir oğlan şekili getir,
Heç kim bilmesin ki, sevgiliyik biz.
İstesen arada qoluma da gir,
Burda pis ne var ki , dost deyilik biz?

Zeng ele danışaq dersden-filandan,
Anana denen ki, bir yoldaşımdı.
Qoy hamı "dost" bilsin bizi her zaman,
Denen ki , heç menim seven yaşımdı...

Bu yolla gizledek gel sevgimizi,
Camaat "dost" bilsin, anansa yoldaş...
"Dost"luğa bükerek hesretimizi,
Bir azcıq sevinek gel yavaş-yavaş.

"Dost"luqla böyüsün mehebbetimiz,
Qoy daha olmasın hesret, göz yaşı...
Gel, evvel heyatda yoldaş olaq biz,
Sonrasa olarıq heyat yoldaşı..

Link to comment
Share on other sites

Adəmi adəm eyləyən paradır, 

Parasız adəmin üzü qaradır,

Qoy nə əslin, nəcabətin olsun, 
Nə nəcibanə halətin olsun, 

Baş-ayaq eyb içində olsan da -
Tək bu aləmdə dövlətin olsun; 

Adəmi adəm eyləyən paradır, 
Parasız adəmin üzü qaradır.

Olmasın fəhmin, əqlin, idrakın, 
Var nə qəm, ta ki, vardır əmlakın; 

Atəşi-xanə suzi-millət ikən --
Hər kəsin səcdəgahıdır xakın; 

Adəmi adəm eyləyən paradır, 
Parasız adəmin üzü qaradır.

Olmayır, olmasın da insafın, 
Dut qanın şişə içrə əsnafın, 

Та ki, var əldə beş puçuq quruşun --
Mötəbərsən gözündə əşrafın; 

Adəmi adəm eyləyən paradır, 
Parasız adəmin üzü qaradır.

  • Upvote 1
Link to comment
Share on other sites

Daş qəlbli insanları neylərdin, ilahi?! 
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil, 
Hər zülmə dözən canları neylərdin, ilahi?!

 

 

Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları neylərdin, ilahi?

Link to comment
Share on other sites

Kasıb da borc içində, kalan da borc içində,
Ölən də borc içində, qalan da borc içində.

Xəzinələr həmişə ilanlar altda olmuş,
Fəqət, bu səltənətdə, ilan da borc içində.

 

 

Atan bibindən istər, anan xalandan istər,
Bibin də borc içində, xalan da borc içində.

Nişan da borcnan oldu, toyun da borcnan oldu,
Yəqin olar gələn il, balan da borc içində.

Filan klana borclu, klan filana borclu,
Filan oğlu, filan da, klan da borc içində.

Acından ölməmək üçün, gedin yalana doğru,
Bu məmləkətdə doğru, yalan da borc içində.

Vətən acdı, vəkil tox, yemək azdı zibil çox,
Zibil pulun verən yox, dalan da borc içində.

Bu torpağa imamın ayağı dəydiyiçün,
Bu torpağı satan da, alan da borc içində.

Əgər bu canı, Pünhan, Xuda veribsə borca,
Günahı olmayan da, olan da borc içində.

Link to comment
Share on other sites

Bayram olacaq, şövkətlilər, şanlılar,
Dövlətlilər, pullular, milyanlılar,
Tirboyunlar, şişqarınlar, canlılar
Qurban kəsir Xəlilüllah eşqinə,
Fağır-füğur gəzir allah eşqinə.

 

 

İki qonşu bir-birinin milləti,
Hər ikisi bir peyğəmbər ümməti,
Biri kəsir qurban, bişirir əti,
Bayram edir Xəlilüllah eşqinə,
O biri də baxır allah eşqinə.

Bu qonşunun oğlu geyir, sallanır,
Qalstuku taxır, qıraxmallanır,
Atası da ona baxır hallanır,
Fəxr eləyir Xəlilüllah eşqinə,
Əl cibə salmayır allah eşqinə.

Görürsənmi bizim Hacı Pirini,
Paylamayır ətin ondan birini,
Qonşu sorur barmağının kirini,
Hacı yeyir Xəlilüllah eşqinə,
Yatır, şişir, köpür allah eşqinə.

Dedim, hacı, gözlə işin birisin,
Diqqət elə irəlisin, gerisin,
Ver məktəbə qoyunların dərisin,
Elm oxunsun Xəlilüllah eşqinə,
Çocuqları şad et allah eşqinə.

Dedi, bizdə dəri vermək sınağı
Yoxdur, versəm ollam arvad qınağı,
Basdırırıq onda xəmir çanağı,
Bərəkətdir, Xəlilüllah eşqinə,
Saxlayırıq evdə allah eşqinə.

Link to comment
Share on other sites

Adətimiz daş idi dəva günü 
Tullarıdıq əldə sapan qıjhaqıj.

Hər kəsə dəysəydi edərdi haman 
Bir neçə gün ahü fəğan, ufhauf.

 

 

Mərhəm olurdu, sağalırdı yara, 
Əldə qalırdı yenə can sapbasağ;

İndi revolverdi, dönüm başına, 
Nagəh olur gülləfəşan partapart.

Onda görürsən yıxılıb yanbayan 
Bir neçə növrəstə cavan laybalay.

Tüf belə dövranə ki, bədtər olur 
Seyri-fələk, dövri-zaman ilbəil!

Milləti-islam qırır bir-birin,
Allah aman, bu nə yaman qırhaqır!

Qardaşa bax qardaşını öldürür, 
Vəhşi olub əhli-cəhan sərbəsər.

Milləti gördükcə belə hərcü mərc 
Könlüm olur dopdolu qan qatbaqat.

Böylə gedərsə Bakı əldən gedər, 
Qalmaz о məvadə aman hiç, hiç!

Bari, xudaya, özün islah qıl, 
Та edələr pirü cəvan sülh, sülh!

Link to comment
Share on other sites

Cəllada aldanmışlarıq


Biz cahan mülkündə hər mənada aldanmışlarıq, 
Bir sürü başsızlarıq, cəllada aldanmışlarıq. 
Canına yel keçməmiş aldandı Adəm, sirrə bax, 
Biz həmən sirr ilə bu dünyada aldanmışlarıq. 
Dağ çapan Fərhadımız indi Şirinçün ev çapır, 
Evdə bir şey tapmayan Fərhada aldanmışlarıq. 
Məşhədü Kərbü-bəlavü, Məkkədən gəlmişlərik, 
Bir açıq baldır görüb, arvada aldanmışlarıq. 
Hər bir evdən yüksəlirkən göylərə fəryadımız, 
Kürsülərdən səslənən «doklad» aldanmışlarıq. 
Erməni qaç söyləyəndə, qaç deyib ustadımız, 
Qaçmağa fərman verən ustada aldanmışlarıq. 
Sərvəti dərya olan Geksona qul olmuşlarıq, 
«Şirvan»ı üç dörd olan imdada aldanmışlarıq. 
Biz çəpiklərnən, təpiklərnən zəfər çalmışlarıq, 
Biz köpüklərnən bu göy dəryada aldanmışlarıq. 
Yetmiş il, Pünhan, bizə aldanmaq azlıq eylədi, 
Ol səbəbdəndir keçib həştada aldanmışlarıq.

Link to comment
Share on other sites

Yadımdan çıxıb


Millətimin halı yadımdan çıxıb, 
Qəm oxuyan valı yadımdan çıxıb.

 

 

Yaxşı güzaranlısı dövrəmdədir, 
Fağırı, hambalı yadımdan çıxıb.

Yerlilərim sıx meşə tək köklənib, 
Hansıdı çaqqalı yadımdan çıxıb.

Ac-yalavaclar gözünü silməyə, 
Bir qoşa dəsmal yadımdan çıxıb.

İsti yatağımda qızırkən canım, 
Əsgərin ədyalı yadımdan çıxıb.

İndi xiyardan, banana keçmişəm, 
Bağdakı şaftalı yadımdan çıxıb.

Türk, ərəb musiqisin dinlərəm, 
Rastımın üzzalı yadımdan çıxıb.

Məhbəsi-zülmətdə günahsızların, 
Zənciri, qandalı yadımdan çıxıb.

Nəslim üçün çox qabağı görmüşəm, 
Çox qabağın dalı yadımdan çıxıb.

Sən Baba Pünhanı unutsan da gəl, 
Bir demə saqqalı yadımdan çıxıb.

Link to comment
Share on other sites

Pulun göstərir

Get-gedə dövran özü insanların,
Dəymişi halında kalın göstərir.

 

 

Heç nə yox, ancaq şəhərin qızları,
Azərbaycanın halın göstərir.

Xalqının artisti olandan sonra,
Xalqına şalvarda dalın göstərir.

Kəndi təzəknən qızınan ölkəmiz,
Neft kimi dünyaya malın göstərir.

And içərəm, hakim öz övladına,
Rüşvətin ən yaxşı yolun göstərir.

Nəmli betondan tutulub dizləri,
Dost ona parketli polun göstərir.

Hündür ev inşa eləyən hər adam,
Böylə hədis var ki, pulun göstərir.

Öz ərinin razılığıynan demə,
Əndamın hər yerdə yalın göstərir.

Səbr elə, Pünhan, yetişir haqq günü,
İblis oyunda finalın göstərir

Link to comment
Share on other sites

Budur ölsəm kəfənim

Elə bir kürsüdəyəm piylənir hər gün bədənim,
Handa bir enli kresloya da yerləşmir enim.

 

 

Pulu nazir diləmiş verməmək olmaz, ey dil,
Çoxu vallahi onundur, azı billahi mənim.

Nə qədər ki, tanımır ölkədə it öz yiyəsin,
Uzun illər olacaqdır bu dəyirmanda dənim.

Mənim İblis keçirib əynimə əynimdəkini,
«Diri olduqca libasım budur, ölsəm kəfənim».

Demisən ki, mənə Allah eləyir hifz səni,
Səni Allah eləyir hifz, məni can güdənim.

Kimi xətrindi gəbərt, yox sənə onsuz da ölüm,
Şükr Quran ilə getmir bunu qanun edənim.

«O gцzəl yerdə» ki, ilhamə gəlirdim gecələr,
Elə ilham ilə bağlandı o beytül-həsənim.

Sən durub yolların üstündə şəhid payı dilə,
Mən gəzim dolların üstündə gül açsın çəmənim.

Belə söz var ki, qiymət qopacaq birki ilə, 
Düzə Allah olacaq yar, pisə Allah qənim.

Bu cahan iblisə, Pünhan, hələ ki, xidmət edir,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

Link to comment
Share on other sites

Məni candan usandırdı
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Link to comment
Share on other sites

Canı kim cananı üçün sevsə
Canı kim cananı üçün sevsə cananın sevər,


Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kiminki aləmdə miqdarıncadır təbində meyil,
Mən ləbi cananımı, Xizr abi-heyvanın sevər.

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.

Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun bilməzəm zülfi pərişanın sevər.

Su ki sərgərdan gəzər, başında vardır bir həva,
Qaliba, bir gülrüxün sərvi-xuramanın sevər.

Aqibəti rüsva olub mey tək düşər xəlq ağzına,
Kim ki, bir sərməti saqi ləli-xəndanın sevər.

Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edibdir.
Qayəti derlər, ola bir bəndə sultanın sevər


Zülfi kimi ayağın qoymaz öpəm nigarım

Zülfi kimi ayağın qoymaz öpəm nigarım,
Yoxdur onun yanında bir qılca etibarım.

İnsaf xoşdur, ey eşq, ancaq məni zəbun et,
Ha böylə möhnət ilə keçsinmi ruzigarım?

Bildi təmami-aləm kim, dərdməndi-eşqəm,
Ya rəb, hənuz halım bilməzmi ola yarım?

Vəslindən ayrı nola qanim tökülsə gül-gül,
Mən gülbüni-bəlayəm, bu fəsldir bəharım.

Təsvir edən vücudim yazmış əlimdə sağər,
Rəf olmağa bu surət yox əldə ixtiyarım.

Dur istəmən zəmani-mey sayəsin başımdan,
Topraq olanda ya rəb, dürdi-mey et qübarım.

Rüsvalərindən ol məh saymaz məni Füzuli,
Divanə olmayımmı, dünyadə yoxmu arım?

Link to comment
Share on other sites

Ey bivəfa ki, adət olubdur cəfa sana,
Billah cəfadır, olma demək bivəfa sana.

Gəh nazü gəh girişməvü gəh işvədir işin,
Canın sevənlər olmasa yey aşina sana.

Min can olaydı kaş məni-dilşikəstədə,
Ta hər birilə bir gəz olaydım fəda sana.

Eşqində mübtəlalığımı eyb edən sanır
Kim, olmaq ixtiyar ilədir mübtəla sana.

Ey dil ki, hicrə doymayıb istərsən ol məhi,
Şükr et bu halə, yoxsa gələr bir bəla sana.

Ey gül, qəmində əşk rüxi-zərdim etdi al,
Bildirdi ola surəti-halım səba sana.

Düşməz çü şah qürbi, Füzuli, gədalərə,
Ol şəhdən iltifat nə nisbət mana, sana.

Link to comment
Share on other sites

Bu nə meydir ki, içirkən məni bihuş etdi?
Xatirimdən qəmi-ənduhi fəramuş etdi!

Tapmadım çarə yanan könlümə meydən qeyri,
Məni eşqin nə qədər dərdü qəmə tuş etdi.

 

 

Gər əlim yetsə, ayağından öpərdim, saqi,
Xumi-mey tək mey içirkən, bədənim cuş etdi.

Cənnət əhli o adamdır ki, dönüb vaizdən
Piri-meyxanə nəsihətlərini guş etdi.

Mey əgər lə'li-ləbi-dilbərə alüdə deyil,
Bəs ayağinə sürahi niyə kürnuş(1) etdi?

Eşq bir şö'lə çəkib, yandı vücudum yeksər,
Gör ki bir ah bu şəm'i necə xamuş etdi!

Tökdü, Vahid, yenə yarım üzünə tellərini,
Cəm ikən xatiri-məhzunimi məğşuş etdi.

Link to comment
Share on other sites

Günümü qıldı siyah ol məhi-taban, getdi,
Bilməm ol mah görüb məndə nə nöqsan, getdi?

Sayəvəş düşdü dalınca fərəhindən ürəyim,
Hər yana naz ilə ol sərvi-xuraman getdi.

 

 

Tutivəş ayineyi-hüsnünə ol şəkkərləb,
Qıldı axır məni sərgəştəvü heyran, getdi.

Ləşkəri-zülfünü cəm etmiş idi başında,
Qıldı aşüftə məni ol şəhi-xuban, getdi.

Xaneyi-qəmdə məni dideyi-giryanım ilə
Qoydu Yə'qub təki ol Yusifi-Kən'an, getdi.

Ağlaram, vəchi budur sübhü məsa, bülbül tək,
Saldı qəm içrə məni, ol güli-xəndan getdi.

Vahid, ol mahivəşin həsrətini çəkməkdən,
Taqətü tabü təvan, səbri-dilü can getdi.

Link to comment
Share on other sites

Biz bir qatar tutiyi-şirinsüxənlərik,
Öz nəğməmizlə ziynəti-sərvi-çəmənlərik.

Gülüzlülər təranəmizin həsrətin çəkir,
Baği-vətəndə bülbüli-xoş nəğməzənlərik.

 

 

Bir kimsə bilməyir nə xərabatilərdənik,
Meyxanələr müsafiri, rindi-kühənlərik.

Bizdən həmişə zövq alıb ərbabi-mərifət,
Biz əhli-halə ətr saçan yasəmənlərik.

Məşuqəmiz həqiqi Züleyxayi-əsrdir,
Eşq aləmində Yusifi-gülpirəhənlərik.

Lövh üzrə pirimiz bizi yazmış şəhidi-eşq, 
Meydani-ədli-daddə gülgün kəfənlərik.

Cavid həmişə xəlqimizin xatirindədir,
Vahid, o yoxsa, rui ilə həmvətənlərik.

Link to comment
Share on other sites

Qəzələ, musiqiyə kim ki həvəskar deyil,

Yatıb ömrü-boyu aləmdə, o bidar deyil.

Nə bilər çəngi-dəfin, tari-neyin naləsini,

Nə də ol əhli-muğamata xiridar deyil.

Əcəb ol şəxsdir, ruhunda qida musiqidir,

Nə qəmi-qüssəyə, nə qəmə giriftar deyil.

Gətirər sövtü-müğənni dili-üşşaqü dilə,

Bunu dərk etməyən əğyardı, ol yar deyil.

Bizim əcdadımızındı bu gözəl musiqimiz,

Bunları bilməyən əlbəttə, xəbərdar deyil.

Deyiniz Hacıya siz "böylədi xasiyyətimiz",

Qoymayaq məclisə, kim yaxşı sənətkar deyil.
Link to comment
Share on other sites

Çox elə düşkünü olma qızılın, simuzərin,

Bülbülə təlim olar eşq oxuyan hər əsərin.

Mən də bir Məcnunuyam naz eləyən Leylilərin.

 

 

Leyli eşqində ahar oldu bizim şairimiz.

Mən də söz aləminin gövhəri-karxanəsiyəm,

Ki, Füzuli sözünün zərrəsiyəm, danəsiyəm.

Vahidəm, Azərbaycanım üçün yanəsiyəm,

Vətən eşqində şərar oldu bizim şairimiz.

Link to comment
Share on other sites

Bir zərrə əgər mehrini görsəydim o mahın, 

Ölsəm də, nə qəm, ruhum o əndişədə qalmaz.

Daim bu gözəllik, o cəfapişədə qalmaz,

Tünd olsa, axar qanı meyin şişədə qalmaz.

Şirin sözün ol lalərüxün gər görə Fərhad,

Dağı çalar öz başına, bir tişə də qalmaz.

Bir zərrə əgər mehrini görsəydim o mahın,

Ölsəm də, nə qəm, ruhum o əndişədə qalmaz.

Müjganları qanlar içər ol mərdümi-çeşmin,

Kim der ki, əsər bərgə yetər, rişədə qalmaz?

Vahid, bu gözəldir ki, deyib Gəncəli Şövqi:

"Gül qönçədə, söz qəlbdə, mey şişədə qalmaz".
Link to comment
Share on other sites

Göstər, gözəlim, gül üzünü görsün, utansın,
Pərvanə sorağında gəzib odlara yansın.

Bəsdir, bu qədər məst gözün fitnə törətdi,
Baxma mənə çox naz ilə, qoy fitnə dayansın.

 

 

Zülfün əcəb ahəstə yatıb tər sinən üstə,
Tərpənsə xəta baş verəcək, qoyma oyansın.

Könlümdə nələr var, sənə neylim, demək olmur,
Yox bir elə hal əhli deyim, dərdimi qansın.

Cənnət ki, deyirlər, ona bir kimsə inanmır,
Sən göstər o gül çöhrəni, qoy aləm inansın.

Bəxtim kimi biganələrin ömrü gödəlsin,
Ey gül, təki aləmdə sənin zülfün uzansın.

Çoxdan o qara gözlərinin həsrətiyəm mən,
Alsın gözəlim canımı, çox qoyma yubansın.

Neylib sənə bilməm bu fəlakətzədə könlüm,
Biçarəni bir qoymadın asudə dolansın.

Vahid, demə, eşqində cəfa çəkdim o şuxun,
Tap bir elə aşiq ki, bu sövdadə qazansın.

  • Upvote 1
Link to comment
Share on other sites

Küləyə söylədim ki,səndən hər axşam,səhər

Mənə gətirsin xəbər.

Bir səhər oyanarkən,

Bir də gecə yuxusuz,xəyalınla baş-başa,həsrətinlə yanarkən.

 

Küləyə söylədim ki,tələsməsin,dayansın,

Mənə görə yubansın.

Dedim varaq götürüm,yazım tez üç-dörd sətir,

Sevgilimə sən yetir.

Mənim ürək sözümü apar,bir xəbər gətir.

Məni ümüdləndirən,

Yaşamağa güc verən,

Sevgilimdən bir xəbər,

Ya bu gecə,ya səhər.

 

Küləyə söylədim ki,gecəni hiss edəndə,

Sən yuxuya gedəndə,

Fırtınalar qoparsın,

Bircə göz qırpımında sənin yanına varsın.

İncə,zərif səs ilə pıçıldasın gizlicə,

Səni sevirəm,necə...

 

Küləyə söylədim ki,toxunsun əllərimə,

Sığallasın telini bugün mənim yerimə.

Necə əzizləyirsə ana körpə balasın,

Həmin məhəbbət ilə tellərini darasın.

Səni oyatmasın heç,dağıtmasın yuxunu,

Otağıma gətirsin sənin o gül qoxunu.

Hiss eliyim ətrini,nəfəs alım dərindən,

Dəli küləklər kimi aşıb,keçsin arzular dağların üzərindən.

 

Küləyə söylədim ki,qonmasın buludlara

Məni eşitsin barı,

İstəyirəm bu gecə soyuq bir qış axşamı

Yağış yağa,qar yağa,

Hər dərəyə,hər dağa.

Külək tulfan qopara,

Sevgilimin nə dərdi,nə qəmi var

Yağış yuya,apara.

 

Görəsən o bilirmi bugün mənim ömrümün ən kədərli çağıdır,

Görəsən o bilirmi mənim zərif ürəyim kobud dünya əlində uşaq oyuncağıdır?!

Qəfil gurultulu səs xəyalımı dağıdır,

Bu nə səsdir görəsən?bu səs nəyin səsidir?

Pəncərəyə qaçıram,boylanıram çölə tez,

Gerçək olarmış arzum,inanmıram,belə tez?

Bu şimşəyin səsidir...

Bəlkə də ürəyimdə hayqıran bir arzunun,bir istəyin səsidir.

 

Nə gözəldir,yağır yağışlar yavaş-yavaş,

Şaxta,sazaq var yaman,donub gözlərimdə yaş.

Çox soyuqdur otağım,tir-tir əsir bədənim,

Sanki,əcəl yetişib,ölüm anımdır mənim.

Otağın bir küncündə qısılıram bir anlıq,

Hər tərəfim qaranlıq.

Bu yağışlı,küləkli gecənin yaraşığı,

Pəncərədən otağa düşür Ayın işığı.

 

Döşəmədə oturub,qucaqlayıb dizimi,

Yerə düşən şəklinə zilləyirəm gözümü.

Pəncərədən otağa qəfil dolan küləklər

Atır o yan,bu yana o saralmış şəklini,

Səndən əmanət kimi mənə qalmış şəklini.

Nə gücüm var,nə qüvvəm,duram ayağa birdən,

Götürəm əllərimə sənin o şəklini mən,

Sıxam,basam bağrıma,qucaqlayam doyunca,

Baxam gözəl üzünə,baxam,gecə boyunca.

 

Neçə vaxt keçib artıq...

Nə səsini duyuram,nə üzünü görürəm,

Gör nə günə qalmışam,sənə ürək sözümü küləklə göndərirəm.

Yada salıb bir anda o ötən günlərə mən,

Boylananda geri mən,

Elə bir ah çəkirəm dağları silkələyər,

Lap əridər daşı da.

Ağlamaq istəmirəm,

Quruyub onsuz mənim gözlərimin yaşı da.

 

Nə olar artıq eşit,eşit mənim səsimi.

Bəsdi dəlilər kimi öz-özümə danışdım,

Bəsti səni küləkdən hər ötəndə soruşdum.

Bəsti xəbər gözlədim,qayıtmadı küləklər,

Ürəyimdə puç oldu yenə arzu-diləklər.

 

İndi küləyi deyil,səni gözləyirəm mən.

Bilirəm gələcəksən...

Qapı açıq,mən oyaq,

Əsl sevənlər sayaq.

Bu gecə yatmayacam,yata bilmərəm onsuz.

Səhəri gözləyəcəm,yenə günəş çıxacaq,

Yenə gecə bitəcək,yox olacaq hər ulduz.

Mən isə qollarımda səni görəcəm səhər,

Sevinəcəm,uşaq tək ağlayacam bir qədər.

Gözlərinə baxacam,əllərini tutacam,

Hər qəmimi,dərdimi səninlə unudacam.

 

Yenə gözəl gülüşün ömrümə nur saçacaq,

Yenə bahar gələcək,yenə güllər açacaq.

Bir gün anlayacaqsan nələr çəkmişəm,nələr,

Canımı alsın Allah,bu yaşamaqdır məgər?!

Nə olar artıq qayıt,ya bu gecə,ya səhər...

Ömrünün sonunacan səni gözləyir Xəzər. ...
Link to comment
Share on other sites

  • 2 weeks later...

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,

Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.

Mən səninçin ömrüm boyu cəfalara dözərim,

Sənsiz güllər açılmasın, axar çaylar dayansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!..

 

Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,

Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım.

Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.

Sənsiz günəş görünməsin, qaralara boyansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!..

 

Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım,

Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!

Arar, arar, arar, arar axır səni taparım;

Sənsiz solsun göy yarpaqlar, axar suıar bulansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!..

 

Cəfər Cabbarlı

  • Upvote 1
Link to comment
Share on other sites

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
Damənindən yapışım, mən də kəlisayə gəlim.

İzn ver, toy gecəsi mən də sənə dayə gəlim,
Əl qatanda sənə məşşatə təmaşayə gəlim.
Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, mən də dalınca sürünüb sayə gəlim.

Mənə də baxdın o şəhla göz ilən, mən qaragün
Cür’ətim olmadı bir kəlmə təmənnayə gəlim.

Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,
Heç ayılmam ki, durub cənnəti-mə’vayə gəlim.

Nənə qarnında da sənlə əkiz olsaydım mən,
İstəməzdim doğulub bir də bu dünyayə gəlim.

Sən yatıb cənnəti rö’yadə görəndə gecələr
Mən də cənnətdə quş ollam ki, o rö’yayə gəlim.

Qıtlıq illər yağışı tək quruyub göz yaşımız,
Kuyi-eşqində gərək bir də müsəllayə gəlim.

Sən də səhrayə marallar kimi bir çıx, nolu ki,
Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.

Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.

Şeyx Sən’an kimi donquz otarıb illərcə,
Səni bir görmək ücün mə’bədi-tərsayə gəlim.

Gəl çıxaq Turi-təcəllayə, sən ol cilveyi-Tur,
Mən də Musa kimi ol Turi-təcəllayə gəlim.

Şirdir Şəhriyarın şe’ri əlində şəmşir,
Kim deyər mən belə bir şir ilə də’vayə gəlim?!

Usta Şəhriyar.

Link to comment
Share on other sites

Bir zərif meh idin, qəfləti əsdin,
Mənmi gecikmişəm, sənmi tələsdin -
Görüşə bilmədik bu il, bənövşəm.
Ölüm ayağında bala ananın
Sonuncu sözünə çatmayan kimi,
Quzey dan üzünə çatmayan kimi,
Mən də gəlib sənə çata bilmədim.
Qövsi-qüzey oldun, bir əlçim bulud
Əl atdım uzaqdan tuta bilmədim…

Balaların yoxdu, uçurum baxım,
Dəstələrin yoxdu, qaçırım baxım.
Köhnə xəzəl üstə ləçəyin həşəm,
Görüşə bilmədik bu il, bənövşəm.

Elə bil bir illik təvazöm gedib,
Çəkilib şerimdən bənövşə ətri,
Dilimdən ən zərif xoş sözüm gedib.
Könlümdən bir topa bənövşə düşdü,
Titrədi, üşüdü, göynədi yeri.
Heç zaman ömrümə qayıtmayacaq
Bir daha bu yazın bənövşələri.

Gərək o məclisdə dayanmayaydım…
Biri də yaxamdan yapışdı qəfil,
Gərək o dəhlizdə dayanmayaydım -
O boş söhbətlərə,
                          bəd qeybətlərə
Gərək ki, gələydim qulaq asmadan;
O yolu azmışın yolundan çıxıb
Sənə üz tutaydım yolu azmadan.
Hələ sonuncu qar əriyir təzə,
Pöhrələr təzəcə tumurcuqlayır,
Çiçəklər təzəcə çıxıblar üzə;
Səninsə xəzəldə ləçəyin həşəm,
Görüşə bilmədik bu il, bənövşəm.

Təkcə od, təkcə su, torpaqla deyil,
Deməli vaxtladır dünyada hər şey.
Zəmidəki lalə, qədəhdəki mey,
Demək vaxtla əsir adicə bir meh.
Deməli vaxtladır ləçəkdəki şeh.
Gərək mən o vaxtı ötürməyəydim,
Bir bənövşə ömrü itirməyəydim.
Vaxta etibarım yoxdu bu yolda,
Oturub qalmışam bu daş stolda,
Bəlkə sən tələsib, mən gecikmişəm,
Görüşə bilmədik bu il, bənövşəm…

Musa Yaqub

Link to comment
Share on other sites

Yaman gündə sənin,
                              xoş gündə sənin.
Həyat ağacıyam könlündə sənin;
Onu atmaq olmaz, qurutmaq olmaz,
Daha bacarmarsan özünü yorma.
Bir bahar ömrünü unutmaq olmaz,
Sevdiyin ağaca baltanı vurma.
Nahaqdan könlünü ağrıtma belə.
Köhnə xatirəni ağlatma belə.
Ömür ehtiyacı, gün ehtiyacı,
Mən sənin könlündə həyat ağacı –
Özün də bilmədən ürək qanınla,
Bütün vücudunla, bütün canınla
Onu ömrün boyu yaşadacaqsan,
Unutmaqmı asan, atmaqımı asan?..

Bilirəm özünə tutur qəzəbin,
Eh, unutmaq olsa nə var ki, haqdı.
Bütün hicranların nədir səbəbi,
Elə unutmağı bacarmamaqdı.
O ağacı kəssən bir də bitəcək,
Sonra ən göynəkli yerdə bitəcək.
Ümidli günündə yarpaqlayacaq,
Təzə pöhrəsində gül qucaq-qucaq -
Sən də baharlanıb yazlanacaqsan,
Ümid ağuşunda nazlanacaqsan.
Bu sənə qanaddır qırma özünü,
Unutmaq üstündə yorma özünü.

Mən sənin könlündə həyat ağacı,
Xatirəsi şirin, indisi acı -
Hicranlı günlərdə əzabındı o,
Sapsarı yarpaqlı kitabındı o.
Hərdən bu ağaca payız dolacaq,
Şirin xatirələr xəzəl olacaq.
Səni ağladacaq payızlarıyla,
Səni üşüdəcək sal buzlarıyla.
Bir də sızım-sızım göynəyəcəksən,
Sonra bu qışa da öyrənəcəksən…
Daha bu ağacın nəyini bölüm,
O sənin könlündə budaq-budaqdı.
Eh, unutmaq olsa nə var ki, gülüm,
Dərd də unutmağı bacarmamaqdı.
Bacarmayacaqsan yorma özünü,
Bu ağac özünsən qırma özünü.......

 

M.Yaqub

  • Upvote 1
Link to comment
Share on other sites

ALLAH
İdrakda yol açmış gecədən gündüzə ALLAH,
Güldürməsən öz könlünü, gülməz üzə ALLAH.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə ALLAH.

ALLAH! Bilirik cisim deyil, bəs nədir ALLAH?
Ən yüksək olan haqda, həqiqətdədir ALLAH.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir ALLAH.

Bildik, bilirik, gizlidir insandakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir ALLAH.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Batindəki, cövhərdəki fitrətdədir ALLAH.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir ALLAH.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir ALLAH.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir ALLAH.


1984.-ci-il Bəxtiyar Vahabzadə. fəryad piyesindən

 

Edited by Kenul2012
Link to comment
Share on other sites

İkimiz olanda,
Ancaq ikimiz,
Yəqin bu dünyadan ayrılırıq biz.
Qızılgül taxtıdır o xoşbəxt vədə,
Gecənin ən qatı zülmətində də
Bizimçün tapılan işıqdır o vaxt,
Kövrəkdir, məsumdur; uşaqdır o vaxt.

Bərəsi alınmış,
                     otu çalınmış
Açıq biçənəkdə, yerdə tağ altda
Sağ qalmış torağay yuvası kimi,
İki çiyələyin bir yarpaq altda
Hələ gözdən qaçıb qalması kimi
Təzədən verilmiş vaxt qismətidir
                                 o xoş çağımız,
Bir qanad altında sığnacağımız.

Gərək xoş sözümü bu yerdə yazım,
Tale, tacımı ver o taxta görə.
Eh, mənim bu dünya nəyimə lazım,
Dünyanı sevmişəm o vaxta görə.

Ömrün o anları başqadır tamam,
Bəlkə də ölçüsüz-biçimsiz məqam…
Bəlkə də o məqam vaxtın itdiyi,
Zamanın yuxuya, huşa getdiyi,
Bütün duyğuların dil açdığı vaxt,
Bizim əlimizin gül açdığı vaxt,
Bir də gözümüzün günəşləndiyi,
Bir də könlümüzün atəşləndiyi,
Sözümüzün şirin-şəkər vaxtıdır,
Onda həsrətin də bekar vaxtıdır.
O vaxt cüt durnanın gölə endiyi,
Pöhrəsiz ağacın pöhrələndiyi,
Yorğun bir buludun yağışlandığı,
İlk yaz çiçəyinin açıldığı vaxt,
Səhranın bir yağış baxtıdı bəlkə;
Göyün qövsi-qüzey vaxtıdı bəlkə -
Bizim o çağımız, şirin çağımız,
Göyqürşağı altda sığnacağımız.

Ömrün əvvəlidir,
                       baharın ilki,
O vaxta tanrı da qarışa bilməz.
O vaxt sizinkidir,
O vaxt mənimki…

Ömrün heç bir anı o vaxta çatmaz,
Min şah taxtı ola - o taxta çatmaz;
Bizimçin o şimşək ömrüdür - qısa,
O vaxtın vaxtını tale uzatmaz...

 

M.Yaqub

Link to comment
Share on other sites

İndi bildim tək qovaqlar nə çəkir,
Yarpaqları danışır öz-özünə.
İndi bildim tək bulaqlar nə çəkir,
Dodaq dəymir, göz dikilmir gözünə.

Bahar gəlib, quzeylərdə hələ qar,
Qara baxdım,baxışlarım soyudu.
Tənha çiçək boz daşa da sığınar,
Küləklər də yorar tənha buludu.

Bircəciyim, tənha qoydun məni sən,
Səndən ayrı əriyərəm, itərəm.
Yoncalıqda yel ağzında titrəyən
Qəribsəmiş tək sünbüldən betərəm.
                       

M.Yaqub

  • Upvote 1
Link to comment
Share on other sites

Kərki kəndinin işğalından 26 il ötür.

K Ə R K İ N İ N

Yağı düşmən çatmaq üçün sərvətə,
Çəkinmədi, zəhər qatdı şərbətə.
İnsanları köç eylədi qürbətə,
Dağı-daşı, düzü qaldı Kərkinin.

Çox güvəndik məsləhətə, ağıla,
Bu nisgili yumaz çaylar yığıla.
Yaman döndü əfsanəyə, nağıla,
Ağızlarda sözü qaldı Kərkinin.

Qızıldaşı, Qurdbabası necoldu?
Bu itkilər bizə yaman güc oldu...
Harayına çatammadıq gec oldu,
Yolumuzda gözü qaldı Kərkinin...

Ardıcının saçaqları var idi,
İgidləri, qoçaqları var idi...
Gur alışan ocaqları var idi,
Odu söndü, közü qaldı Kərkinin.

Müəllif: Vaqif Memmedov

Link to comment
Share on other sites

YANIQ. KEREMI

Kimi derd içinde kimi kefi saz,
Yurdun elin derdlerini gören az.
Her veten deyenden,vetendaş olmaz,
Gelin dostlar işe salaq qelemi,
Sizildasın sazda yanıq Keremi.

Qelem özü bir sengerdir,biz esger,
Keşiyinde durmaq üçün tökek ter.
Tanrı özü bu emeye haq verer,
Şerimizle oyadaq el alemi,
Sızıldasın sazda yanıq Keremi.

Yurdun elin oĝulları oyan heyy,
Veteninin keşiyinde dayan heyy.
Lazım gelse al qanına boyan heyy.
Önde tutaq bu bayraĝı elemi,
Qarabaĝda çalaq yanıq Keremi.

Yanıq Kerem olmaz oyun havası,
Hele varken Qarabaĝın davası.
Yerde qalsa ermeninin qisası,
Veten deyer..sizde qeyret belemi?
Qelbimizde çalar yanıq Keremi.

Qarabaĝım bizimkidir,demek az,
Neler olub, neler bitib durma yaz.
Sızıldayır köksümüzde telli saz.
Haray salıb oyadır el alemi,
Yanıq yanıq çalır yanıq Keremi.

Unutmayaq dahileri dünyada,
Natavanın ruhu yanır Şuşada.
Başımızdan getmeyince bu qada,
Susturacaq şikesteni Xan emi,
Çal ay aşıq barı yanıq Keremi.

Silah kimi sarılaraq qeleme,
Haq sesini ucaldaq el aleme.
Müjde verek Vetenime,elime,
Qarabaĝa tökek eri,ereni,
Çalsın aşıq sazda Yanıq Keremi.

Metanetem hesret yanır sinemde,
Yurdum,elim itgin düşüb menim de.
Nece yazim?kaĝız qelem elimde,
Derdli yazim,yoxsa güle gülemi?
Çalınanda sazda yanıq Keremi.

 
Фото Metanet Duyĝulu.
Link to comment
Share on other sites

Həbibi şeirlərini əsasən doğma ana dilimizdə yazırdı. 16-cı əsrin əvvəllərində Səfəvilərin sarayında həvəskar şair kimi tanınırdı. Şah İsmayıl Xətai onu Məlik üş-şüara, yəni şairlərin başçısı rütbəsinə layiq görmüşdü. Əslən Göyçay qəzasının (indiki Ucar r-nun) Bərgüşad kəndindəndir.

 

Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən

Zülfü bənəfşə, hüsni çəmən, boyu yasəmən ))

 

Sahib cəmalü əhli-kamal, şəkkərin məqal,

Yusif sifətli, İsa nəfəsli, vəchidə Həsən.

 

Ey könül səngü adəti cəng, xuyi həm pələng

Naz eyləyən, kirişmə qılan, aşiq öldürən.

 

Yox-yox, xəta dedim, qələt etdim, gəc anladım,

İşi vəfa vü könlü səfa, aşiqin sevən.

 

Az eylə, ey Həbibi, şikayət zü cövri-dust

Dərdi bəladan inciməsin aşiqəm deyən.

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

 

Az eyləmə inayətini əhli-dərddən,

Yəni ki, çox bəlalara qıl mübtəla məni!

 

Olduqca mən götürmə bəladan iradətim,

Mən istərəm bəlanı, çün istər bəla məni!..

 

Məhəmməd Füzuli

  • Upvote 2
Link to comment
Share on other sites

  • 4 weeks later...

Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?

Dünya - ömrümüzdən keçən bir andır,
Ceyhun - gözümüzdən axan leysandır;
Cəhənnəm - boş əməl qığılcımıdır,
Cənnətsə xoş keçən rahat zamandır.

Şad ol, ömrü vurma kədərlə daşa,
Bu zalım dünyada sən adil yaşa.
İndi ki, dünyanın sonu yoxluqdur,
Zənn et yoxsan, ömrü azad vur başa.

Əlimdə olsaydı əgər iqtidar
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.

Ey fələk, xəsisə izzət verirsən,
Ev, hamam, dəyirman - sərvət verirsən,
Sənin tək fələyə tüpürmək gərək;
Azad insanlara zillət verirsən.

Ulduzla doludur bu böyük eyvan,
Onlara çox ağıl qalmışdır heyran
Ağıl kələfini itirmə əsla!
Kainat özü də qalıb sərgədan.

 

Ömər Xəyyam

Link to comment
Share on other sites

  • 2 weeks later...

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Muğan həsrət yağışa,

Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq  biz,

Səhv düşəndə yerimiz.

 

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

                           Qabil.

  • Upvote 1
Link to comment
Share on other sites

Şekspir yada düşmüş ikən, ondan bir sonet yazılmasa qəbahət olar )

 

Görəsən kim kimi dəfn edəcəkdir :

Sən məni, mən səni ?

- Bilmirəm bunu.

Amma bilirəm ki, hüsnün çiçəkdir,

Ona dəyə bilməz qışın çovğunu.

 

Sənin gözəlliyin dövran edəcək,

Beləcə dəyişməz qalacaq hər an

Mənim surətimsə solub gedəcək,

Ondan qalmayacaq bir iz, bir nişan.

 

Şeirlərim sənə heykəl olacaq,

Görəcəkdir gələn nəsillər səni,

Adın da, hüsnün də daim qalacaq,

Dəyişə bilərmi fəsillər səni ?

 

Köçüb yer üzündən nəğmələrə sən,

Hər vaxt dodaqlarda ömür edəcəksən. 

 

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Bu saxta aləmdə nə üçün, niyə

Yaşayır o təmiz, o gözəl xilqət ? 

Hörmət donu biçir hörmətsizliyə,

Bəzənir onunla qüsur, qəbahət

 

Otun gül yanağı canlı çiçəkdir,

Sənət oğurlayıb soldurur nədən ? 

Uydurma gözəllik nəyə gərəkdir,

Onun gözəlliyi həqiqət ikən ? 

 

İndi yoxsullaşıb ana təbiət,

Yanaqda qızılgül açmayır artıq

Bütün yer üzündə ən nadir sərvət,

Ən böyük şərəfdir bu gözəl varlıq.

 

Təbiət saxlayıb onu saf, qəşəng

Keçmiş incilərdən bir nişanə

tək.

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Düşünmə şikayət edirəm
sadəcə özümü incidirəm;
görmürsən?...
axı mən gedirəm
gedirəm, 
qoyma gedim!

Gedirəm, 
guya ki gedirəm
darıxır, yenidən dönürəm
nə edim, mən sənsiz ölürəm
ölürəm, 
qoyma ölüm!

Gözümün yaşını silirəm
məğlubam, 
dərdimdən gülürəm
Sən məni sevmirsən, bilirəm
bilirəm, 
qoyma bilim!

İlqar Kamil

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
      • 6 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Haha
      • 20 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
      • 8 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 132 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 100 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 138 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...