Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!

De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
“Qara qızıl”ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!

Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım!

Azərbaycan

Müəllif: Balaş Azəroğlu

  • Upvote 1
Link to comment
Share on other sites

Olan oldu keçdi deyib,
Səni yenə bagışladım.
Sevdim səni bircə kərə,
Dönə-dönə bağışladım.

Bağışladım səni yenə,
Bağışladım dönə-dönə.
Tanrı səni verən günə,
Sevən günə bağışladım.

Səninlə bir keçdiyimiz,
Dilləndi hər cığır,hər iz.
Bir yerdə and içdiyimiz,
Aya-günə bağışladım.

Doğma əziz bir küçəyə,
Sənsiz ötən hər gecəyə.
Boynu bükük bir çiçəyə,
Solan günə bağışladım.

Bu dünyada onu bilki,
Sən eşqimin sonu,ilki.
Səndən başqa kimim varki ?
Səni sənə bağışladım.

 

Baba Vəziroğlu 

  • Upvote 1
Link to comment
Share on other sites


Yadına  düşəcəyəm ...:rroza:

 

Səninlə qəlbimin sevinci getdi,
Ömürdən çox baha bir inci getdi.
Acılı-şirinli bir nağıl bitdi -
Arabir yadına düşəcəyəm mən...

Bahar qış olacaq önündə sənin,
Qəlbin daş olacaq sinəndə sənin.
Bəlkə, yaxşı-yaman günündə sənin,
Arabir yadına düşəcəyəm mən...

Gəldiyin yollara hey baxacaqsan,
İntizar könlünü çox sıxacaqsan.
Yəqin, məndən ötrü darıxacaqsan,
Arabir yadına düşəcəyəm mən...

Sən daha don vurmuş zərif çiçəksən,
Bu boyda dünyada tənhasan, təksən.
Məni yuxularda çox görəcəksən,
Arabir yadına düşəcəyəm mən...

Ömürdən saymayıb hər ötən günü,
Gözlərdən gizlədib ağlar gözünü,
Sıxanda köksünə özün-özünü,
Arabir yadına düşəcəyəm mən...

Hələ yan, bir gün də sönəcəyin var,
Göylərdən yerlərə enəcəyin var,
Hələ bu limana dönəcəyin var,
Arabir yadına düşəcəyəm mən...

Ayrılan - bir bədən, iki can idi.
Hələ ağrı verməz, yara istidi,
Elə ki ürəyin məni istədi,
Arabir yadına düşəcəyəm mən...

Hara aparacaq səni bu yollar,
Bəxtini axtaran yollarda qalar?!
Nə yaxşı, dünyada xatirələr var,
Arabir yadına düşəcəyəm mən...

 

 Baba Vəziroğlu  

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Bunlar son misralar

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından

Ya da bir yağmur, sel oldum çöllərdə

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim,bəlkə röya idim səninüçün

Oyandın və mən bitdim

Məni gözəl xatırla!

Çünki sevdim sənin mən hər şeyini

Sənə sirdaş oldum, dost oldum

Qoynunda ağladım

Üzünə vurmadım heç bir nöqsanını

Məni üzdün, qınamadım

Alışmışdım vəfaslzlığa, əl oldun aldırmadım

Məni gözəl xatırla!

Səhifələrcə məktub buraxdım sənə

Şerlər yazdım hər gecə çoxunu oxutmadım

Saxladım günahını, savabını içimdə, səssizcə getdim

Səndən əvvəlkilər kimi sən də başa düşmədin

Məni gözəl xatırla!

Sənə unudulmaz gecələr buraxdım

Sənə ən yorğun sabahlar

Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım

Söylənməmiş “Salamlar” buraxdım hər küncə

“Vidalar” buraxdım dayanacaqlara

Nə axtararsan bir sevdanın içində

Artıqlamasıyla buraxdım arxamda

Məni gözəl xatırla!

Dizlərində yuxuya getdiyimi düşün

Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün

Sevincli olduğun anları gətir gözünün önünə

Alnından öpdüyüm dəqiqələri

Bir azdan qapını döyəcəyimi düşün

Təəccübləndirməyi sevirəm, bilirsən

Bu da sənə son suprizim olsun

İndi səninlə yaşanan günləri atəşə verirəm

Məni gözəl xatırla!

Gedirəm…

 

 Mikayıl Müşviq :heart1:

  • Like 1
Link to comment
Share on other sites

        Qurban olduğum:wub:

 

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?

Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

 

    Mikayıl Müşviq :rroza::heart1:

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

:heart1:               :heart1:                :heart1:

Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm!
 
El içində bizə derlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm!

 

Mikayıl Müşviq :rroza:

20191206_162621.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

:rroza::rroza::rroza::rroza::rroza::rroza::rroza:

Bu gün sənin hər gözündə bir gülüş,
Biri çılğın, biri tutqun, bürkülü...
Baxışına yad baxışlar bükülü,
İnnən belə o gözlərə baxmaram.

Qəza gəldi, əsa gəldi, deyirlər.
Əhdini də düyçələyər iy əllər.
Bir çalada donan suya əyilləm,
İnnən belə o gözlərə baxmaram.

İki görüş bir baxışda görüşdü,
İki ilmə bir yanlışda görüşdü.
Doğru sözüm aldanışla görüşdü,
İnnən belə o gözlərə baxmaram.

Haray, durnam, qatarımı itirdim!
Havar çəkdim, havarımı itirdim,
Dalğasında avarımı itirdim,
İnnən belə o gözlərə baxmaram.

İsmi dönük, son tufanım olsa da,
Son ümidim, son gümanım olsa da,
Gündoğanım, günbatanım olsa da,
İnnən belə o gözlərə baxmaram

 

Məmməd Araz 

  • Upvote 1
Link to comment
Share on other sites

:rroza:       :heart1:           :rroza:           :heart1:

Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi peymanına qurban olduğum!
İstədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!

Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adma, sanma qurban olduğum!
(O təmiz qanına qurban olduğum!)

Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə baxdı,
Baxdı qurbanına qurban olduğum!

Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!
Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!

O mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı!
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanma qurban olduğum!

Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız.
Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!

Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.
Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!

Səsimə oyandım, bomboş bir otaq,
Dağların qarma dönmüşdü yataq.
Eşqimə, duyğuma yoxdu bir ortaq,
Bu iyi dünyada ixtilat qataq!

 

Əhməd Cavab 

 

img.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

:rroza:         :rroza:          :rroza:         :rroza:

 

Bir bilən yox ki, nə çəkər sənsiz,
Sənin eşqinlə yaşayan könlüm?!
Sən keçən yolda görərək bir iz,
İzin üstündə ozana döndüm!

Çəkdiyim dərdi saza anlatdım,
Dərdli barmaqla teli ağlatdım!
“Bizə gəl!” dedin, bir addım atdım,
Bir addım yolda min cənnət gördüm!

Bulaq üstündə yığışır qızlar,
Geciksən bir az, ürəyim sızlar!
Soruşdum, bulaq dedi məndə var,
Suda əksini axtarıb tapdım!

 

Əhməd Cavad

20191211_091001.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

:rroza:        :heart1:           :rroza:           :heart1:

 

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

 

Nizami Gəncəvi 

  • Upvote 1
Link to comment
Share on other sites

:rroza:      :heart1:       :rroza:        :heart1:          :rroza:

 

Mərhəba, хoş gəldin, еy ruhi-rəvanım, mərhəba!
Еy şəkərləb yari-şirin, laməkanım, mərhəba!

Çün ləbin cami-Cəm oldu nəfхеyi-Ruhülqüdüs,
Еy cəmilim, еy cəmalim, bəhrü kanım, mərhəba!

Könlümə hеç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, üqulim, cismü canım, mərhəba!

Еy mələk surətli dilbər, can fədadır yoluna,
Çün dеdin ləhmikə ləhmi, qanə qanım, mərhəba!

Gəldi yarım naz ilə, sordu, Nəsimi, nеcəsən?
Mərhəba, хoş gəldin, еy хırdadəhanım, mərhəba!

 

Imaməddin Nəsimi 

  • Upvote 2
Link to comment
Share on other sites

        :heart1:  YARI YOLDA QOYMA MƏNİ:rroza:

 

 

Bu yol bir ömür yoludur,
Yarı yolda qoyma məni.
Sənsiz qarmı qorxuludur,
Yarı yolda qoyma məni.

Ömrümün kövrək çağıdır,
Saçlarım olub ağımtıl.
Bağıma xəzan yağıbdır,
Yarı yolda qoyma məni...

Sən ruhumsan, ürəyimsən,
Təsəllimsən, köməyimsən,
Ən çox indi gərəyimsən,
Yarı yolda qoyma məni...

Arxada yaz, qabaqda qış,
Tufan, külək, soyuq, yağış,
Əllərimdən möhkəm yapış,
Yarı yolda qoyma məni...

İllər alıb sağ-solumu,
Havamın pisdir durumu,
Sənsiz itirrəm yolumu,
Yarı yolda qoyma məni...

Sənsiz alar üstümü çən,
İtər ayım, günüm, gecəm,
Yolçum ol son mənziləcən,
Yarı yolda qoyma məni...

 

Cabir Novruz :rroza:

img.jpg

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

    :heart1:  Gecikmiş məhəbbət :heart1:

 

Sən gizli gəlmisən ömrümə, inan
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən böyük yükü sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.

Sən mənim ömrümdə açan çiçəksən
Onu ürəyimdə bəsləyəcəyəm
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.

Uzaqdan göz qoyub gözünə sənin,
Sanki görəcəyam Allahımı mən.
Düşüb qarış-qarış izinə sənin
Əzbərləyəcəyəm yollarını mən.

Səni zərrə-zərrə kəşf edəcəyəm
Səni milyon kərə kəşf edəcəyəm
Ərini, oğlunu öyrənəcəyəm,
Rəngini, qoxunu öyrənəcəyəm.

Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda axtaracağam
Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymayacaqsan
Mən bütün ömrünü izləyəcəyəm.
Sən mənə məhəl də qoymayacaqsan,
Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan...
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan
Mən heç vaxt yadında qalmayacağam.

Beləcə...həsrətlə qocalacağam,
Belə enəcəyəm, ucalacağam.

Keçib hər alovdan, keçib hər oddan,
Böyük əzabımdan şad olacağam.
Sən mənə həyatda ən doğma adam
Mən sənə yaddan da yad olacağam.

Sən ömr edəcəksən ayrı adamla
Mən kiməm, nəçiyəm bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla
Köçüb gedəcəyəm, bilməyəcəksən.

 

Cabir Novruz :rroza:

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

:rroza:      :rroza:        :rroza:       :rroza:
Sabah kiminsə gözündə nifrət, 
kiminsə qolunda qüvvət,
kiminsə qəlbində boğulan qeyrət...
Sabah biri namaz üstə,
o biri
sərxoş yatarkən palaz üstə,
kimisi də ölərkən bir qız üstə
görünəcəklər.
Görünəcəklər olduqları kimi
o gözə görünməzə.
Sabah neçə yuxu yaxşıya,
neçəsi pisə yozulacaq,
sabah bir durna qatarı pozulacaq,
eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
sabah çox pis olacaq.
Şükür, sabah olacaq.

 

Vaqif Səmədoğlu :heart1:

  • Like 2
Link to comment
Share on other sites

50 минут назад, Bamiya сказал:

 

@umniy Nxcivanli Üzr istəyirəm bu bölümdə moderatorlar var?yəni kimə müraciət etmək olar? 

Администрация - Admin || Assembler || Bercana 

Sabahınız xeyir. Yuxarıda qeyd edilənlərə, yəqin ki, müraciət etmək olar.

  • Thanks 1
Link to comment
Share on other sites

Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi,pisi də pis söz kimidir. Şeirlərin bir qismi hikmətdir, bir qismi susmayan vicdan, bir qismi göz yaşı, bir qismi haqq ədalət, bir qismi arzular, bir qismi ayrılıq, bir qismi hicran, bir qismi unudulmaz xatirələr. 

Qəlbimizi şeirlər saflaşdırır,gözəlləşdirir, düşündürür, ovudur. Ruhumuza rəng qatıb, ömrümüzə ömür qatar.

Hər yazılan sətirlər bizi təmsil edər, bizə bənzər,  bizə qanad verər.

Şeirləri gözləriniz oxusun, ruhunuz dinləsin, qəlbinizi isə isitsin. 

Hörmətlə yanaşın hər yazılana, yazdığınıza. 

Bu bölüm post yığmaq üçün deyil.Ümumi mənada Şeir sözü təbiət  və çəmiyyətdə olan şeylərin ən gözəllərini və onların gözəlliklərini bildirən bir söz kimi işlənir. Həqiqi şeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəldir . 

Bura ölməz şairlərin hörmətli evi, yazanların isə iç dünyasıdır, şeir dünyasıdır. 

 

Hörmətlə :rroza:

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

1936

Olduqca qayğılı, olduqca qəmli,
Sadə mənzərəli, sadə görkəmli
Yalnız ağac baхır bir dağ başından.
O hansı əyyamın iğtişaşından,
Hansı zəlzələdən olmuş müztərib?
Düşünür təklikdə sanki bir qərib.
Sarmış çеvrəsini inadlı bir çən,
Danışır haqqında hər gəlib kеçən.
Sanki fələklərin fırtınasından,
Bir yavru ayrılmış öz anasından.
O, yoхsa kimsəsiz bir çobanmıdır?
Sürüdən ayrılan bir cеyranmıdır?
Sularda, dəhşətli göy dalğalarla,
Atəşin zərbəli qasırğalarla
Sarsılan çarəsiz bir yеlkənmidir?
Onun gözlərində həyat şənmidir?
Bu yanda səfalı qalın bir orman,
Yaz olsun, qış olsun, gülür hər zaman.
Quşların nəğməsi, suların səsi,
Ətirli güllərin sərin nəfəsi
Davasız dərdlərə gizli əlacdır.
Məni düşündürən yalnız ağacdır.
Zavallı qardaşım! Böylə kеçərsə,
Əbədiyyət sənə qanad da vеrsə,
Səndən qalmayacaq nişan dünyada,
Dirilik еşqilə coşan dünyada.
Bir tufan qopacaq, saralacaqsan,
Bir şimşək vuracaq, qaralacaqsan.
Başında oynayıb qəm buludları,
Sökəcək bağrını ölüm qurdları.
Mən də sənin kimi yalnız ağacdım,
Təklikdən usanıb aхırda qaçdım.
Qəlbimlə, ruhumla qoşuldum еlə,
Düşüncəm sakitdir o gündən bеlə.
Baх, indi mən hara, yalnızlıq hara?
Azad fikirlərə, azad quşlara
Qəlbimin hər gözü bir aşiyandır,
Bədbəхt bu dünyada tək yaşıyandır!

 

M.Müşfiq

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

В 18.12.2019 в 02:39, А_ 12 сказал:

Qəzəl

 

"Cahan tək dövlətim vardır,ğəmim çoxdur,nədəndir bu?" (1)
"Əzəldən ğəm pürabıyla yoğrulmuş,çün bədəndir bu." (2)

Ğəmin varsa, yəqindir sən seçirsən yaxşını pisdən,
Pis üçün bir cəhənnəmdir,"lil əbrari hüdən"dir bu.

Könül ki,qanə dönmüşdür müxalif dövr cövründən,
Nə yazıq daşə dönmür ki,deyim dürri-Ədəndir bu.

Dəmadəm istədim tutmaq "siratəl-müstəqim",gördüm,
Yetən səyyadə ram olmaz,bir ahuyi-Xütəndir bu.

Gözümdən qanlı axar su,tökər dən sümbüli-giysu,
Bu torpaq bəhrə verməzsə,nə sudur o,nə dəndir bu!

Gülər gülzarı dünyanın, o güldükcə sən ağlarsan,
De,bağrı qan olan bülbül,nə gülzari-çəməndir bu?

Gedər can istəyən dəmdə,mənü sən lafdır,billah,
Nə çarə,əyləmək olmaz,nə səndir bu,nə məndir bu.

Cünunluq pənbəsin geydim,dedim mövla Məhəmməd tək,
Sağ olduqca libasımdır,ölən gündə kəfəndir bu.

Vətən tərk etmisən,çünki Məzahir,sən bir Adəmsən,
Bu ğəmlər ki,sənin vardır, ğəmi-hicri-vətəndir bu.

1 və 2-ci misralar naməlum müəlliflərindir.

Bildiyim qədəriylə 1-ci misra Yavuz Sultan Səlimindir, 2-ci misranı şair Vehbi ona cavab olaraq yazmışdır

Link to comment
Share on other sites

VAZGEÇEMEDİĞİM:rroza:


DEĞİL
Bilmem ki nasıl anlatsam;

Nasıl, nasıl, size derdimi !

Bir dert ki yürekler acısı,

Bir dert ki düşman başına.

Gönül yarası desem…

Değil !

Ekmek parası desem…

Değil !

Bir dert ki…

Dayanılır şey değil.

 

Orhan Veli Kanık:heart1::rroza:

  • Like 1
Link to comment
Share on other sites

    Durna:rroza::heart1:

 

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.

 

Nigar Rəfibəyli  :rroza:

304bfc478dc22342458a7a1af3f2fd5a.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

    KİNO:rroza:
 
Mənə də yer verin... ən son sırada...
Mən də bu kinonu görüm, nə olar.
Görüm, nəyə gülür bu qədər adam?
Mən də hamı kimi gülüm, nə olar.
Hava da soyuqdu... kefim də yoxdu...
Canım qoy bu zalda qızınsın bir az.
Kino da köhnədi... lent də qırıqdı...
Qırıla-qırıla uzansın bir az.
Bir küncdə səssizcə oturub baxım,
Baxdıqca açılsın qoy qaşqabağım.
İlahi, bu kino necə tanışdı,
Bu filmi deyəsən görmüşəm axı.
Ekranda görünən sifətlər tanış,
Öpüşlər, gülüşlər, söhbətlər tanış.
O kimdi? Ekiztək mənə oxşayan?
Mən onun özüyəm? Ya qardaşıyam?
Bu kinoya necə çəkiblər məni?
Deyəsən, gizlicə çəkiblər məni.
Yox, tək mən deyiləm... demə bu zalda
Hamı mən gündəymiş, hamı mən halda.
Hamı otursa da burda yan-yana,
Hər kəs öz filminə baxırmış demə.
Hər kəs bu ekranda öz həyatına,
Hər kəs öz ömrünə baxırmış demə.
Mənsə, baxa-baxa yatdım, yuxladım,
Heyif, öz filmimi görmədim... heyif!
Filmin ortasından xəbər tutmadım,
Axırı nə oldu? Bilmədim... heyif!..

 

Ramiz Rövşən 

  • Upvote 2
Link to comment
Share on other sites

                 Nerden Bileceksiniz...

 

Üstüm başım toz içinde
Önüm arkam pus içinde
Sakallarım pas içinde
Siz benim nasıl yandığımı
Nerden bileceksiniz

Bir fidandım derildim
Fırtınaydım duruldum
Yoruldum çok yoruldum
Siz benim neler çektiğimi
Nerden bileceksiniz

Taş duvarlar yıkıp geldim
Demirleri söküp geldim
Hayatımı yıkıp geldim
Siz benim neden kaçtığımı
Nerden bileceksiniz

Gökte yıldız kayar şimdi
Annem beni anar simdi
Sevdiğim var kanar şimdi
Siz benim niye içtiğimi
Nerden bileceksiniz

Bir pınardım kan oldum
Yol kenarı han oldum
Yanıldım ah ziyan oldum
Siz benim neden sustuğumu
Nerden bileceksiniz

Ben ardımda yas bıraktım
Ağlayan bir eş bıraktım
Sol yanımı boş bıraktım
Siz benim kime küstüğümü
Nerden bileceksiniz

 

Yusuf Hayaloğlu 

6b87968853ab5bc47339ea08a6430098.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

 
DÜNYA QAPINI AÇ, AÇ ÇIXIM GEDİM

Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı, tapa bilmədim.
Dünya! qapını aç, aç çıxım gedim.

Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya! qapını aç, aç çıxım gedim.

Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya! qapını aç, aç çıxım gedim.

Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Dönüb bir dəfə də geri baxmaram.
Dünya qapını aç, aç çıxım gedim.

Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya! qapını aç, aç çıxım gedim.

İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sirr, bilməcəyik.
Onsuzda nə vaxtsa görüşəcəyik.
Dünya! qapını aç, aç çıxım gedim…
                                                 
                                  Dünya qapını aç, aç çıxım gedim sözləri
                                                                                    Məmməd Alim
 
 
 
  • Upvote 1
Link to comment
Share on other sites

         İSTƏ  :heart1:
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.

Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.

Mənə ulduz boyda ulduz işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.

Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.

 

Nəbi Xəzri:rroza:

47ba818ee025286ad19cc8dbe1acb15d.jpg

Link to comment
Share on other sites

  • 2 weeks later...

         Benim istediğim sevgili:heart1:

 

Benim istediğim sevgili şöyle bir kımıldandı, bir doğruldu, bir silkindi mi kıyametler koparmalı dört yanından, ateşten kıyametleri. Benim istediğim sevgili cehennem gibi olsun ama, bir anda kurutup, yok edip denizleri, gene bir anda bir dalgadan bir deniz çıkararak meydana unutturmalı cehennemi. Benim istediğim sevgili elinde gökleri bir mendil gibi dürmeli, güneşi bir kandil gibi tutup aşmalıdır. Timsah yüreği gibi bir yürekle arslanlar gibi savaşmalıdır. Ortada kendinden başka kimse komadan girmeli cenge kendi kendisiyle bile. Çıkınca yedinci denizden, yüztutunca Kaf dağına o, sermeli ardından incileri toprağın kucağına o. Sonra gönlün yedi yüz perdesini birdenbire sıyırınca o, gökler yerlere dek eğilmeli. Sonra sermeli üzerimize incileri Tebriz’li Şemseddin’im gibi hak şarabından sarhoş olup.

 

 

               Bu şiir utanıyor ondan:rroza:

 

Bu ne güzel koku böyle,
bu ne güzel koku.
Gül bahçesinden yoksa gelen o mu?
Gece mi bu gelen, misk mi bu, amber mi bu?
Bu ne güzel koku böyle,
bu ne güzel koku.
O pazardan tezcecik yoksa o mu geliyor,
yoksa güzelimiz geri mi geliyor ne?

Bu nasıl yüz böyle,
bu nasıl ışık?
Bu nasıl ay böyle,
bu nasıl güneş?
Mağradan mı çıktı,
dağdan mı iniyor,
o yalnızlığın adamı,
o dost?

Boş yere arama şarap testisini sen.
Koklama onun ağzını sen boş yere.
Şu meyhaneciden mi geliyor sandın onu;
dostum, onu sen kendin gibi belleme.

Yolda o yapayalnızsa ne olur?
Başında sarık yoksa ne çıkar?
Ne bundan güneşe bir leke olur,
ne ayın gösterişine zarar.

Bu gece uyuma dostum, uyuma.
Bir kolayına getir onu bul.
Sarhoşlar meclisine hep böyle geceleyin gelir o.
Bu gece uyuma dostum, uyuma.

Biz duvara asılı duran resimleriz.
Bizi yapan ressamın varlık şavkı
duvarın üzerine bir vurdumu,
bakarsın o anda canlanıvermiş, kımıldanmışız
Onun selvi boyu bir göründü mü,
bakarsın dünya güllük gülistanlık.
Kalktı bir salındı, kendinibir gösterdi mi.
bakarsın kıyamet koptu gitti.

Bakarsın Calinus gibi hastalar ülkesindendir o.
Bakarsın hayret yurdunda dolaşır hastalar gibi.

Sustum artık ben,
sustum artık
Bu şiir utanıyor ondan.

 

 

Cəlaləddin Rumi :rroza:

ebcd67fdcf2a87cfb20d50c5e1b301e5.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

            Bilemezsin:heart1:


Sana verecek bir armağanı ne çok aradığımı...
Hiçbir şey içime sinmedi.
Altın madenine altın sunmanın ne anlamı var.
Ya da okyanusa su...
Düşündüğüm her şey
Doğu’ya baharat götürmek gibiydi.
Kalbimi ve ruhumu vermemin bir yararı yok,
Çünkü sen zaten bunlara sahipsin.
O yüzden sana bir ayna getirdim.
Kendine bak ve beni hatırla! ..

 

Cəlaləddin Rumi :rroza:

2a03936b4058600471cb2f76b6fa6dc9.jpg

  • Like 3
Link to comment
Share on other sites

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram…

 

Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq… 

 

M.Yaqub

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Dərindir, qorxuludur sakit axan lal sular.
Bir kəlmənin içində bəzən neçə söz yatır.
Adi gözlə görünməz orda yatan duyğular,
Çözələsən, görərsən kül altında köz yatır.

İçimi göstərmədim cahil tutan güzgüyə,
Üzdə gülüb, içimdə müşkülümə ağladım.
Millətimin dərdini ünvanlayıb Özgəyə,
Başqasınm yasmda öz ölümə ağladım.

    Bəxtiyar Vahabzadə 

  • Like 2
Link to comment
Share on other sites

30 минут назад, Igolka сказал:

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram…

 

Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq… 

 

M.Yaqub

İlk dəfə oxuyuram 

Çox təbii, ədasız bir etiraf, irad 

Təşəkkür edırəm:rroza:

 

  • Like 1
Link to comment
Share on other sites

Sərxoş ümüdlərim...:rroza:

 

 

Səni arzularda itirmişəm mən,
Kim tapar əbədi itik düşəni?
İllərlə saxlanan şərab kimisən,
Hər gecə yuxumda içirəm səni.

Sərxoş ümidlərin qar alıb başın,
İsinə bilmədim son baxışına.
Sənsiz keçirəcəm yenə bu qışı,
Gözümü dikəcəm qayıdışına.

Niyə ayrılığa isinmədik biz?
Qapımı qar alıb sən gedən gündən.
Adam tək yaşaya bilmədim sənsiz
İntihar edirəm şeirlərimdə

 

Arzu Hüseyn :heart1:

 

 

88303e17aac26a4e71810e52154ab6ee.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

- Ay nənə, bir nağıl da de..!

- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.


Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…


- Qar yağırmı?
- Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.


- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur..

Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…

 

- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,
Indi onu səngərdə bəs üşütmürmü qar, külək?

 

- Ömrum-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.


Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!


Di yat, indi gecə keçir…
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.


- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
Ey qadası süfrə açar, qohum-qonşumuz gələr.


Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;


Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı...

...
Əhməd Cəmil...

Edited by umniy Nxcivanli
  • Like 2
Link to comment
Share on other sites

Ömrüm - günüm, körpə quzum, qurban olum adına 

 

Bir cümlədə bir dünya dolusu sevgi.

Ürəyi sevgi ilə dolu nənə, baba .

Sizçə bu sözləri gündə eşidən nəvə, böyüyüb pis insan ola bilərmi?

Ola bilməz! İnanın ola bilməz.

Çünkü xəmiri sevgi ilə yoğrulanın dünyasını ,dünya qaralda bilməz!

 

@umniy Nxcivanli Təşəkkür edırəm.:rroza:

Səhər tezdən çox gözəl, isti bir əhval ruhiyyə  yaratdı. 

 

 

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Şəhriyar

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

 

Bütün dünya bilir - sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub mülki-İran, Azərbaycan.

Bisütuni-inqilabda Şirin-Vətən üçün Fərhad

Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

 

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib "heçdir Vətənsiz can", Azərbaycan.

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

 

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,

Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində

Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

 

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

 

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

Nazlı balam, mənim bəxtim, taleyim.

 

Məni yaradan var, bir də yaşadan,
Yaradan ALLAHIM, yaşadan sənsən.
Mənim inancım var, bir də sevincim,
Inancım ALLAHIM, sevincim sənsən.
Nazlı balam, mənim bəxtim, taleyim.

Gözləyirdim usanmadan yolunu,
Gəlişinlə sevindirdin hamını.
Şükür, gördüm sənin kiçik boyunu,
Ağlayanda eşitdirdin oyunu.
Nazlı balam, mənim bəxtim, taleyim.

Sənsiz nə edərəm bu dünyada, bu eldə?
Sənsiz neylərəm bu ömrümü günümü?
Sevindirdin sən babanı bu gündə,
Gəlişinlə çiçəkləndirdin ömrümü.
Nazlı balam, mənim bəxtim, taleyim.

Nəğmə rübabısan, söz ilhamısan,
Atanın ananın həyat şamısan.
Pakdır, ləkəsizdir, saf təmiz qanın,
Mənim
bu ömrümün gülüstanısan.
Nazlı balam, mənim bəxtim,taleyim.

Mənim məsləyimin məslək daşısan,
Eşqimin arzumun qəlb sirdaşısan.
Ömür karvanımın daşı-qaşısan,
Babanın nənənin şirin payısan.
Nazlı balam, mənim bəxtim, taleyim.

Gün olsun ki, yandiraq toy şamını, 
Baban görsün şöhrətini şanını.
Edəcəyəm bundan belə duanı,
Allahımdam, imanımdan, dinimdəm.
Nazlı balam, mənim bəxtim, taleyim.

 

Müəllifini bilmirəm.

  • Upvote 2
Link to comment
Share on other sites

           :heart1: Mutlu Yıllar :heart1:
           

Bu gun dunyayi istedigin bir renge boya
Rengârenk batan gunu al karşina
Bir renk de kendinden kat
Cocuklar gibi saf, temiz ve berrak
Kapat gozlerini bir hikâye yarat
Vazgecme hissedilir biraz da sicakligini kat
Kalbindeki elleri birakma sikica tut
Cunku varliktir sevgiye en guzel kanit
Yalnizligin saltanatini sur, sur ama
Birikmiş sevginden, herkese bir parca ver
Bir tebrik, bir arama bin umuttur insana
Mutlu yillar, mutlu yillar sana sevgilim....

 

Can Yucel :rroza:

87ce1aae7d6577081cd4a6f2b417915e.gif

  • Upvote 1
Link to comment
Share on other sites

В 05.12.2019 в 13:35, Bamiya сказал:

        Qurban olduğum:wub:

 

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?

Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

 

    Mikayıl Müşviq :rroza::heart1:

👍👍

Link to comment
Share on other sites

5 часов назад, Bamiya сказал:

           :heart1: Mutlu Yıllar :heart1:
           

Bu gun dunyayi istedigin bir renge boya
Rengârenk batan gunu al karşina
Bir renk de kendinden kat
Cocuklar gibi saf, temiz ve berrak
Kapat gozlerini bir hikâye yarat
Vazgecme hissedilir biraz da sicakligini kat
Kalbindeki elleri birakma sikica tut
Cunku varliktir sevgiye en guzel kanit
Yalnizligin saltanatini sur, sur ama
Birikmiş sevginden, herkese bir parca ver
Bir tebrik, bir arama bin umuttur insana
Mutlu yillar, mutlu yillar sana sevgilim....

 

Can Yucel :rroza:

87ce1aae7d6577081cd4a6f2b417915e.gif

👍👍

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
        • Like
      • 85 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 116 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Milli
        • Haha
        • Like
      • 138 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...