Jump to content
Sign in to follow this  
Японец

Qısa Müddətli Səyahət Və Daimi Mühacirət

Recommended Posts

Hərkəsi salamlayıram.

Azərbaycan dili forumunda qısa müddətli səyahət və yaxud daimi mühacirət haqqında mövzu axtarsam da, təəssüflər olsun ki, tapa bilmədim. Amma düşünürəm ki, belə bir mövzunun mövcudluğu bizim üçün çox əhəmiyyətli ola bilər. Baxmayaraq ki, forumda səyahət və mühacirət haqqında rus dilində kifayət qədər məlumatlar mövcuddur, azərbaycan dilində bu cür mövzunun və həmçinin, dolğun məlumatların olması səyahət yaxud mühacirət haqqında düşünən azərbaycan dilli forumçularımız üçün çox faydalı ola bilər.

Həmçinin səyahət zamanı qarşılaşdığımız maraqlı anları və şəkilləri paylaşsaq, şübhəsiz ki, bu mövzunun daha da rəngarəng olmasına səbəb olar və mövzuya marağın artmasına gətirib çıxara bilər.

Bunun üçün hər birinizin əməkdaşlığı çox vacibdir.

Mən tərəfdən, ilk növbədə, Yaponiya həyatı, mədəniyyəti, dili və tarixi haqqında məlumatlar yerləşdiriləcək. Zaman-zaman Yaponiyanın müxtəlif şəhərlərinə səyahət edir, Yaponiya barəsində daha da dərin məlumata malik olmağa çalışıram. Həmçinin, Yaponiya barəsində suallarınızı da cavablandırmağa hazıram.

Bir daha əməkdaşlığınız üçün sizə təşəkkür edirəm.

Share this post


Link to post
Share on other sites

Çox gözel fikirleshmisiniz, bu yolda size ugurlar

Təşəkkür edirəm.

Başlayaq.

Yaponiya necə bir ölkədir? Hər kəs üçün maraqlıdır və şübhəsiz ki, Yaponiyada olmayan şəxslər, ilk növbədə, Yaponiyanı daha çox suşi, sake, və yaxud Yaponiya istehsallı texniki məmulatlar səyasində tanıyırlar. Fəqət, texniki zənginlikdən əlavə, Yaponiyanın tarixi və mədəni zənginliyi də xarici vətəndaşları daha çox cəlb edir.

İlk növbədə nəzərinizə çatdırım ki, Yaponiyanın xarici və daxili tamamilə başqa məfhumlardır. Əgər xaricdən baxdıqda Yaponiya ideal görsənirsə, daxildə Yaponiyanın da müəyyən problemləri olduğunu müşahidə edə bilərsiniz. Bu daha çox cəmiyyətdə mövcud olan müəyyən problemlərdir. Cəmiyyət daha çox tatemae (ümumi cəmiyyət prinsipləri) və honne (individual istək və yaxud düşüncə) prinsiplərinə ayrılır. Yaponlar daha çox tatemae prinsipinə tabe olduqları üçün, xarici vətəndaşlar üçün onların daxili dünyasını anlamaq tamamilə qeyri mümkündür. Buna görə, bəzi məqamlarda xarici vətəndaşlar yapon vətəndaşlarıyla ünsiyyət qurmaqda müəyyən çətinliklər çəkirlər. Lakin tatemae prinsiplərinə bələd olub, ona uyğun olaraq hərəkət etdikdə, çətinliklərin müəyyən qismi aradan qalxır.

Xarici vətəndaşlar üçün digər ən çətin məsələ yapon dilinin öyrənilməsidir. Çox zaman xarici vətəndaşlar ingilis dili bilməklə, problemlərin həll olunacağını güman etsələr də, bu tamamilə səhv düşüncə və ya gümandır. Yaponiyada, şübhəsiz ki, hakim dil yapon dilidir, və bütün sənədləşmə işləri daha çox yapon dilində həyata keçirilir.Əlbəttə ki, bəzi sənədlərin ingilis dilində nüsxəsi olsa da, bu cür hal bütün sənədlərin nüsxəsinə şamil olunmur. Beləliklə, yapon dilinin öyrənilməsi ən vacib hallardan birinə çevrilir. Nəzərə almaq lazımdır ki, yaponların əksəriyyəti ingilis dilində danışmağa maraq göstərsələr də, çox zaman danışmamağa üstünlük verirlər. Çünki ingilis dilində səhv edib, qarşı tərəfin məsxərəsinə səbəb ola biləcəklərini düşündükləri üçün.

Azərbaycanlılar üçün yapon dilinin öyrənilməsi, heroqlifləri çıxmaq şərti ilə, o qədər də müşkül bir məsələ deyil. Çünki azərbaycan və yapon dillərinin qrammatik qanunları demək olar ki, eynidir.

Hələlik bu qədər.

Yaxın zamanda səyahət etdiyim şəhərlər haqqında müəyyən məlumat verib, orada çəkdiyim şəkilləri burada paylaşacam.

Diqqətiniz üçün təşəkkür edirəm.

Edited by Японец

Share this post


Link to post
Share on other sites
İlk növbədə nəzərinizə çatdırım ki, Yaponiyanın xarici və daxili tamamilə başqa məfhumlardır. Əgər xaricdən baxdıqda Yaponiya ideal görsənirsə, daxildə Yaponiyanın da müəyyən problemləri olduğunu müşahidə edə bilərsiniz. Bu daha çox cəmiyyətdə mövcud olan müəyyən problemlərdir. Cəmiyyət daha çox tatemae (ümumi cəmiyyət prinsipləri) və honne (individual istək və yaxud düşüncə) prinsiplərinə ayrılır. Yaponlar daha çox tatemae prinsipinə tabe olduqları üçün, xarici vətəndaşlar üçün onların daxili dünyasını anlamaq tamamilə qeyri mümkündür. Buna görə, bəzi məqamlarda xarici vətəndaşlar yapon vətəndaşlarıyla ünsiyyət qurmaqda müəyyən çətinliklər çəkirlər. Lakin tatemae prinsiplərinə bələd olub, ona uyğun olaraq hərəkət etdikdə, çətinliklərin müəyyən qismi aradan qalxır.

Birdə mən bildiyimə görə yaponlar üzdə büruza verməsələrdə daxilən gəlmələri heç xoşlamırlar ...thinking.gif

Share this post


Link to post
Share on other sites

Birdə mən bildiyimə görə yaponlar üzdə büruza verməsələrdə daxilən gəlmələri heç xoşlamırlar ...thinking.gif

Yaponlar heç bir zaman hər hansı bir şeyi üzdə ifadə etməyə tələsmirlər, və düzü desəm, çəkinirlər. Çünki qarşı tərəfin qəlbinə toxuna biləcəklərindən ehtiyatlanırlar.

İnsanına baxır. Eləsi var, ümumiyyətlə sevmir və dolayısı yolla, atmacalar da atırlar. Eləsi var ki, normal yanaşır, amma eləsi də var ki, ixtisaslı xarici vətəndaşların gəlməsini dəstəkləyir. Amma tələb etdikləri məhz Yaponiya naminə çalışmaqdır. Bu da normal bir haldır.

Edited by Японец

Share this post


Link to post
Share on other sites

seyahat etmek benim kanimda var galiba yerimde duramiyorum

Share this post


Link to post
Share on other sites

Salam, cox gozel movzudu. Ugurlar!

 Oxucu kimi shexsen mene cox maraqlidi.

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this  

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...