Jump to content
Disput.Az Forum
gulnara2008

Əmək Məcəlləsi Və İnsan Resurslarına Aid Müzakirə

Recommended Posts

27 минут назад, afet89 сказал:

siz orani bitirmisiz? 750 manat deyirler. amma deqiq superdise gederem

Mən oranı bitirmişəm . Doğurdanda əla kurslardı. 

Share this post

Link to post
Share on other sites
3 минуты назад, krasavica_pepita сказал:

Mən oranı bitirmişəm . Doğurdanda əla kurslardı. 

dogurdan? az dilinde kecirler? yoxsa rusca? senedleshme az dilindedi ona gore 

Share this post

Link to post
Share on other sites
4 минуты назад, krasavica_pepita сказал:

Mən oranı bitirmişəm . Doğurdanda əla kurslardı. 

1 ay getdiz kursa? tecrube olr orda? 

Share this post

Link to post
Share on other sites
В 1/24/2018 в 11:00, afet89 сказал:

salamş Mən yeniyem. həm burda həm ishimdə. mənə komək ede bilərsiz? tikinti şirkətində işləyən HR ların xüsusi köməyi lazımdı mənə. təlimatlarla bağlı. tikintidə işləyən hər işçinin vəzifə təlimatını mən yazmalıyam yoxsa prorabları?

Salam Afet xanim

hər bir şirkətin özünəməxsus Nizamnaməsi olur.

Siz yəqin ki nümunə istəyirsiz 

 İşçinin supervizer ve ya line manageri onun hansı işlər görəcəyi barədə HR -a məlumat veriri onun əsasında HR vəzifə təlimatını tərtib edir. 

Edited by gulnara2008

Share this post

Link to post
Share on other sites
10 минут назад, gulnara2008 сказал:

Salam Afet xanim

hər bir şirkətin özünəməxsus Nizamnaməsi olur.

Siz yəqin ki nümunə istəyirsiz 

 İşçinin supervizer ve ya line manageri onun hansı işlər görəcəyi barədə HR -a məlumat veriri onun əsasında HR vəzifə təlimatını tərtib edir. 

cox sagolun. yeni prorablar ne işləıri sadalayirsa men də ancaq onları yazsam təlimatda problem olmaz ki? meselen deyek  ki neyise demeyi unutdu menə də qeyd etmədim nizamnamədə. sonra yoxlama gəlsə mənim ustumdə qalır iş?

Share this post

Link to post
Share on other sites
В 1/25/2018 в 11:45, afet89 сказал:

cox sagolun. yeni prorablar ne işləıri sadalayirsa men də ancaq onları yazsam təlimatda problem olmaz ki? meselen deyek  ki neyise demeyi unutdu menə də qeyd etmədim nizamnamədə. sonra yoxlama gəlsə mənim ustumdə qalır iş?

Salam, 

Vəzifə təlimatı Nizamnamədə qeyd olunmur. 

Əmək müqaviləsində işçinin vəzifə öhdəlikləri bölməsində qeyd edilir. Əgər işçinin gündəlik yerinə yetirdiyi işlər qeyd olunubsa əmək müfəttişliyi yoxlama zamanı heç bir problem yaratmır. 

Təhlükəsizlik qaydalarına riayət etmə barədə də mutləq bənd əlavə edin. 

Share this post

Link to post
Share on other sites
В 26.01.2018 в 15:18, gulnara2008 сказал:

Salam, 

Vəzifə təlimatı Nizamnamədə qeyd olunmur. 

Əmək müqaviləsində işçinin vəzifə öhdəlikləri bölməsində qeyd edilir. Əgər işçinin gündəlik yerinə yetirdiyi işlər qeyd olunubsa əmək müfəttişliyi yoxlama zamanı heç bir problem yaratmır. 

Təhlükəsizlik qaydalarına riayət etmə barədə də mutləq bənd əlavə edin. 

Yeni ki əmək müqavilesini özüm tertib etmeliyem? b uy dediklerinizi de ora elave edim. he? cox sagolun

Share this post

Link to post
Share on other sites

Her vaxtiniz xeyir,

Bele bir sualim var. Cavablandirsaz shad olardim.  Hazirdi emek muqaviesi ile tam olaraq bir firmada calisiramsa, qanuni  olaraq diger bir firmada 2 -ci ish yeri kimi calisa bilermmi ?  Bu  hal emek qanunverciliyinde nece nezerde tutulub ? Eger calissacagim xarici firmadisa o halda nece ?    Azerbaycan ve ya Rus dilinde  link ve ya sened varsa paylasardiniz zehmet olmasa.

Onceden tesekkur edirem.

Share this post

Link to post
Share on other sites

Salam Ruslan,

Bəli siz ikinci iş yeri kimi digər şirkətdə çalışa bilərsiz. 

Əmək müqaviləsi bağlamaqla, lakin iş saatlaı hər iki iş yeri üçün elə ayrılmalıdır ki 8 saatdan çox olmasın. 

Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə
müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında
əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu
zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası
saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim
edilmədən bağlanılır. [63]
2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89‐cu maddəsi ilə müəyyən
edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə
işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə
işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək
funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən
tərəflərin özləri müəyyən edirlər. [64]
4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin
beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət
qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və
müddəalar şamil edilir.
5. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir
göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş
yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
6. Yaşı 18‐dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına
yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin
91‐ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda,
yol verilə bilər.
7. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti
orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə
əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

4.25. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində
işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.

Share this post

Link to post
Share on other sites
В 1/29/2018 в 11:07, afet89 сказал:

Yeni ki əmək müqavilesini özüm tertib etmeliyem? b uy dediklerinizi de ora elave edim. he? cox sagolun

Bəli əmək müqaviləsi işəgötürən tərəfindən tərtib olunur və hər iki tərəf arasında imzalanır. 

İşçi işə əmək müqaviləsi bağlanmadan işə çıxarsa bu qanun pozuntusu hesab edilir və İnzibati Xətlar Məcəlləsinə əsasən işəgötürən cərimə olna bilər. 

Share this post

Link to post
Share on other sites

Salam, xanım.Tədbirlər planına aid nümunə göndərə bilərsiz, zəhmət olmasa.

Share this post

Link to post
Share on other sites
В 30.06.2014 в 11:02, gulnara2008 сказал:

Əmək məcəlləsinin 73 cü maddəsilə baglı sizdən məsləhət almaq istəyirəm.

Bu maddəyə əsasən işcilərin müqavilə müddəti bitdikdən sonra bir həftə ərzində əmək müqaviləsinə xitam vermək olar.

Yəni işcilərin müqavilə müddəti bitmədən öncə   bir həftə qabaq  onları xəbərdar edilmeye biler.

Müqavilə müddəti bitdikdən sonra  bir həfdə ərzində xəbərdar edərək  müqavilələrinə xitam verile biler. Məsələn: əmək müqaviləsi 01.06.2018 tarixində bitən şəxsi ən son 08.06.2018 tarixinə qədər müqaviləsinə xitam verilə bilər.

Dogrudurmu, xahiş edirəm bu maddəyə aydınlıq gətirərdiniz.

Edited by Esger

Share this post

Link to post
Share on other sites

kimsə var burada?

offtop.xəbərdarlıq 

Edited by NOIR

Share this post

Link to post
Share on other sites
В 23.06.2018 в 02:55, Uninstall сказал:

kimsə var burada?

offtop.xəbərdarlıq 

Salam. İmkan varsa cavablandırın : 1. işçi 15 günlük sanatoriyaya gedir, o zaman ödənişli növbəti əmək məzuniyyətindən  istifadə etməlidir (əlbətdə ki, əyər hələ istifadə etməyibsə)  yoxsa ki, bülliten açmalıdır? Əmək məcəlləsində şəxsi müalicə ilə əlaqəli konkret maddə tapmadım. 2. Bülleten nədir ümumiyyətlə və bu hansı Qanunla tənzimlənir? Bülleten acılarkən maksimum hansı müddətə açılır və günlərin əmək haqqı ödənilirmi? Minnətdaram

Share this post

Link to post
Share on other sites
8 часов назад, Uninstall сказал:

işçi ölkədaxili müalicə almalı olarsa, həkim göndərişi olmalıdır mütləq.

əlbəttə ki, işçiyə bülleten götürmək sərf edər. işəgötürən isə növbəti əmək məzuniyyəti hesabına hesablaşmaq istəyər )

ümumiyyətlə sizə məsləhət bilirəm ki,  operativ cavab almaq üçün DSMF 190  telefon məlumat xidmətinə müraciət edəsiniz. burada, mövzuya müraciət etdikdə, cavab həmişə gecikir və korrekt olmaya da bilər.

Share this post

Link to post
Share on other sites
В 25.06.2018 в 21:26, NOIR сказал:

Təşəkkür

Share this post

Link to post
Share on other sites

salam. uşaqların sayına və zərərliliyə görə məzuniyyət günü nə zaman hesablanmaya bilər? yəni dövlət müəssisəsində buna əsas var?

Share this post

Link to post
Share on other sites

Salam məzuniyyətdə olan işçi bulleten gətirdikdə məzuniyyət vaxtı uzadılır?

Share this post

Link to post
Share on other sites
В 15.07.2018 в 23:29, Sakitovich сказал:

salam. uşaqların sayına və zərərliliyə görə məzuniyyət günü nə zaman hesablanmaya bilər? yəni dövlət müəssisəsində buna əsas var?

Salam. Bu sualı mən başa düşə bilmədim. Məzuniyyət niyə hesablanmasın ki? 

Uşaqların sayına və əməyin şəraitinə görə əlavə məzuniyyətlər var onu nəzərdə tutursuz?

Edited by Mirtaleh

Share this post

Link to post
Share on other sites

Məzuniyyət günü hesablanırmış. Onu dəqiqləşdirdim. Amma iş saatı həftədə 45 saatdır, yəni hər gün 9.00-dan 18.00-a qədər işləyir o qadın. İş zərərli iş sayılır, şüalanmaya görə. Hətta maaş da bir az artıq alırlar. Lakin iş saatı bütün müəssisədə hamı kimidir onlarda da. Zərərliliyə görə qısa iş saatı tətbiq edilmir. Buna necə nail ola bilər? Yəni zərərliliyə görə tez çıxmaq. 

Share this post

Link to post
Share on other sites

Menim emek haqqimin baresinde kimin melumati olmalidir ? Niye bu mexfi deyil?

Share this post

Link to post
Share on other sites
10 часов назад, Sara S сказал:

Menim emek haqqimin baresinde kimin melumati olmalidir ? Niye bu mexfi deyil?

Çünki sizin çalışdığınız təşkilatın sahibkarı bu sirri kommersiya sirri rejimi ilə şərtləndirməyib

Kommersiya sirri haqqında AR qanunu, Maddə 6 :

6.4. Kommersiya sirri rejiminin təmin olunmasının əsas şərti – bu Qanunun 6.1-ci maddəsində göstərilən şəxslərin kommersiya sirrini yaymamaq öhdəliklərini təsdiq edən müqavilənin bağlanmasıdır.

6.1. Kommersiya sirrinin rejimi kommersiya sirrinin sahibi tərəfindən müəyyən olunur.

Əlavə olaraq, Maddə 4 :

4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir:

4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar;

Share this post

Link to post
Share on other sites

Salam. Eger emek muqavilem 3 ayliq muddetli baqlanib. Ve bu ilin evveli bitibdi. Men diqer shirkete kecid edirem. Menim faktiki ish yerimde meni 30 gun saxlamaq huquqlari varmi?

Share this post

Link to post
Share on other sites

Reis mene buyurusa ki gorduyum isimi basqa isciye oyredim. Bu ne derecede duzgundur?

Share this post

Link to post
Share on other sites
38 минут назад, Sara S сказал:

Reis mene buyurusa ki gorduyum isimi basqa isciye oyredim. Bu ne derecede duzgundur?

növbəti əmək məzuniyyətinə çıxan zaman, sizi bəs kim əvəzləməlidir ? 

Share this post

Link to post
Share on other sites
8 часов назад, NOIR сказал:

növbəti əmək məzuniyyətinə çıxan zaman, sizi bəs kim əvəzləməlidir ? 

Aydindir. Mezuniyyetden sonra ise meni evez eleyen iscinin sehvlerini de men duzeltmeliyem...... :((

Share this post

Link to post
Share on other sites
11 час назад, Sara S сказал:

Aydindir. Mezuniyyetden sonra ise meni evez eleyen iscinin sehvlerini de men duzeltmeliyem...... :((

belə vəziyyətlər olur, mən sizi başa düşürəm.

səhv düzəltmək sizin üstünlüyünüzdür, digərinin zəifliyi. 

bununla belə, qarşlılqlı yardım və qarşılıqlı əvəzetmə (взаимозаменяемость) kollektivdə əməyin təşkilinin əsas prinsiplərindəndir. siz də öz növbənizdə həmin işçini əvəz etməli olacaqsız. 

  • Like 1

Share this post

Link to post
Share on other sites
В 30.09.2018 в 19:26, Feodal сказал:

Salam. Eger emek muqavilem 3 ayliq muddetli baqlanib. Ve bu ilin evveli bitibdi. Men diqer shirkete kecid edirem. Menim faktiki ish yerimde meni 30 gun saxlamaq huquqlari varmi?

Salam,

Əmək qanunvericiliyinə əsasən siz işəgötürəni bir ay əvvəlcədən xəbərdar etməlisiz yəni işdən çıxma ərizəsi yazaraq rəhbərliyə təqdim etməlisiniz. Əgər başqa şirkətlə müqavilə bağlamısınızsa o zaman siz ərizənizdə yazılan tarixə işdən azad ola bilərsiz.

Müqaviləniz 3 aylığa bağlanıb və ilin əvvəlində bitibdir məsləsinə gəldikdə isə - Müqavilə müddətiniz bitəndən sonra hələ də işə davam edirisnizsə deməli müqaviləniz avtomatik olaraq həmin müddətə uzadılıb. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 15.07.2018 в 23:29, Sakitovich сказал:

salam. uşaqların sayına və zərərliliyə görə məzuniyyət günü nə zaman hesablanmaya bilər? yəni dövlət müəssisəsində buna əsas var?

Salam, 14 yaşadək 2 uşağı olan  analara 2 gün əlavə məzuniyyət verilir, 3 və daha çox uşaqlı analara isə 5 gün əlavə məzuniyyət verilir. 

Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri

1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. [133]

2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 30.09.2018 в 22:29, Sara S сказал:

Reis mene buyurusa ki gorduyum isimi basqa isciye oyredim. Bu ne derecede duzgundur?

Salam,

İnsan resurlarının idarəedilməsi sistemində bilik və bacarıqların bölüşdürülməsi anlayışı mövcuddur. Yəni işçinin digət işçiləri təlimləndirməsi, öz bilik və bacarıqlarının digər işçilərlə bölüşdürülmmməsi. Buna ingilis dilində "Mentoring", "Coaching" deyilir. Yəqin ki praktikada rast gəlmisiz. 

Sizin öz işinizi başqasına iş vaxtı öyrətməniz isə "On the job training" adlanır ki, bu da qısa vaxt sərf edərək işçiyə treyninq keçmə nəzərdə tutulur. Yəni tam şəffaf bir prosedurdur. 

  • Like 1

Share this post

Link to post
Share on other sites

Salam bilmek isteyirdi iw yerinde reis oz iwimden bawqa bawqa iwe yonelde biler meni ?

Share this post

Link to post
Share on other sites
В 13.10.2018 в 17:15, yirtici@@ сказал:

Salam bilmek isteyirdi iw yerinde reis oz iwimden bawqa bawqa iwe yonelde biler meni ?

Salam 

Sizin əmək müqavilənizin şərtlərindən asılıdır. 

Əksər hallarda işçinin Vəzifə öhdəlikləri punktunda  qeyd edilir ki rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək. 

Buna əsaslanıb sizə əlavə iş verilə bilər. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Salam bilmek isteyirdim ki eger men ish yerini deyishmek isteyiremse amma Rehberlik meni buraxmir ve deyirki senin erizeni men qebul etmirem getmek isteyirsense get amma emek kitabcasini vermeyecem ve statyayla qovacam seni bu halda men nece davranmaliyam? Birde ki men erizemi yazan kimi ishe gelmeye bilerem kunki o biri ish yeri men chox gozleye bilmeyecek. Yoxsa mutleq shekilde 1 ay qabaqdan xeberdarliq etmeliyem?  Ve bele xal olarsa emek kitabchasina ne qeyd oluna biler chox sag olun.

Share this post

Link to post
Share on other sites
В 19.10.2018 в 19:35, CncIndustry сказал:

Salam bilmek isteyirdim ki eger men ish yerini deyishmek isteyiremse amma Rehberlik meni buraxmir ve deyirki senin erizeni men qebul etmirem getmek isteyirsense get amma emek kitabcasini vermeyecem ve statyayla qovacam seni bu halda men nece davranmaliyam?

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. [82]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Yoxsa mutleq shekilde 1 ay qabaqdan xeberdarliq etmeliyem?  Ve bele xal olarsa emek kitabchasina ne qeyd oluna biler chox sag olun.

Salam,

Əmək qanunvericiliyinə əsasən siz işəgötürəni bir ay əvvəlcədən xəbərdar etməlisiz yəni işdən çıxma ərizəsi yazaraq rəhbərliyə təqdim etməlisiniz. Əgər başqa şirkətlə müqavilə bağlamısınızsa o zaman siz ərizənizdə yazılan tarixə işdən azad ola bilərsiz.

Xahiş edirəm aşağıda qeyd olunan maddəni diqqətlə oxuyun. Suallarınıza cavab tapacaqsız. 

Əgər sizin işdə heç bir nöqsanınız olmayıbsa sizi maddə ilə çıxarmağa heç kimin haqqı yoxdur. 

Siz bu maddəni oxyun və öz hüquqlarınızı bilin. 

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. [82]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

  • Upvote 2

Share this post

Link to post
Share on other sites

Mən Sizə təşəkkür etmək istərdim, @gulnara2008 

Forumda gec-gec görünürsüz, bununla belə vaxt- imkan tapıb, mövzuya baş çəkib əmək münasibətlərinə dair sulları cavablanıdırırsız. Peşəkarlığınızdan yararlanmaq imkanı verirsiz ) bu olduqca dəyərlidir, tşk )

Edited by NOIR
  • Thanks 1

Share this post

Link to post
Share on other sites

Vakansiyalar bölməsində arabir 18 yaşı tamam olmamış şəxslər üçün iş təklifi elanları yerləşdirilir. Həmin şəxslər hansı şərtlər daxilində əməyə cəlb oluna bilər ? 

Share this post

Link to post
Share on other sites

Salam men iwden oz xaiwimle cixmiwam 9 ay iwledim sebeb iw zererli olduqu ucun vezifem meral eritme zavodunda xalov ve soba temircisi iwleyirdim isdi sobada caliwdiqim ucun boyreylerim agriyir ve helede malice aliram bu sebebden men 

178/IRD.X ile cixdim seheri gun ise mesquluq idaresinde iwsiz kimi qeydyata duwdum. Bilmey isderem ki, mene iwsizlik muavinati duwur? Ozum 3 cu qurup omurluk 1 gozden elilem 1 ovladim var 7 yawinda oda nitq qusurludu yoldawimda iwsizdi Ali tehsilidi. Ailde her 2 miz iwsiziy nese muavinat yada sosiyal yardim ala bileriy xaiw edirem bu barede bir fikir bildiresiz mel adresime teymurov.vusal86@mail.ru onceden tewekurler Allah razi olsun sizden

Share this post

Link to post
Share on other sites
В 30.10.2018 в 22:16, NOIR сказал:

Vakansiyalar bölməsində arabir 18 yaşı tamam olmamış şəxslər üçün iş təklifi elanları yerləşdirilir. Həmin şəxslər hansı şərtlər daxilində əməyə cəlb oluna bilər ? 

Salam NOİR, Əmək Məcəlləsinə əsasən yaşı 15 -ə çatmış şəxslərlə əmək müqaviləsi bağlamaq olar lakin müəyyən şərtlər var onları qeyd edəcəyəm. 15-dən az olan şəxslərlə əmək müqaviləsi bağlamaq qadağandır. Dəqiqləşdirmək lazımdır həmin elanda verilən yaş həddini və işin şəraitini. 

Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 

Məcəllənin 249-cu maddəsində qeyd edilib: 

Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi

1. Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.

Əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Belə ki, ƏM-nin 249-cu maddəsi üzrə yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə qəbul edilməsinə yol verilmir.  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Bununla belə nəticəyə gəlmək olar ki, Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir.15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Mülki qanunvericiliyə əsasən yalnız şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada 18 yaşından əvvəl tam fəaliyyət qabiliyyəti əldə edərsə, uşaq üçün nəzərdə tutulmuş hüquq və vəzifələrə xitam verilir və əmək müqaviləsi bağlamaq üçün qanuni nümayəndələrin razılığı tələb olunmur.

  AR ƏM-in “Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri”adlı 38-ci fəsli bu qrup şəxslərin əmək münasibətlərinin mühafizəsi təminatlarını tənzimləyir.Bu təminatlar aşağıdakılardır:                                   

  • Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqinin qadağan edilməsi;
  • Yaşı 18-dən az olan işçilərin qanunvericiliklə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsinin qadağan edilməsi;
  • Yaşı 18-dən az olan şəxslərin işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilməsi;
  • 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilməsi;
  • Yaşı 18-dən az olan işşiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsinin qadağan edilməsi(axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işзilər üзün gecə vaxtı hesab edilir);
  • Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə yaşı 18- dən az olan işçinin əmək müqaviləsinin ləğv ediləsinin yolverilməzliyi;
  • Yaşı 18-dən aşağı olan işçilərin attestasiya olunmaması

Yaşı 18-dən az olan şəxslər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilə bilər və 18 yaşı tamam olanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidirlər. Eyni zamanda qeyd edək ki, yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz

 ƏM-nin 251-ci maddəsi üzrə 16 yaşından 18 yaşadək olan işçilərin bu maddə ilə qeyd edilmiş normadan artıq ağır əşyaların qaldırılmasına və daşınması işlərinə cəlb edilməsinə yol verilmir:

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 05.12.2018 в 04:19, Vusal Sabiroglu сказал:

Salam men iwden oz xaiwimle cixmiwam 9 ay iwledim sebeb iw zererli olduqu ucun vezifem meral eritme zavodunda xalov ve soba temircisi iwleyirdim isdi sobada caliwdiqim ucun boyreylerim agriyir ve helede malice aliram bu sebebden men 

178/IRD.X ile cixdim seheri gun ise mesquluq idaresinde iwsiz kimi qeydyata duwdum. Bilmey isderem ki, mene iwsizlik muavinati duwur? Ozum 3 cu qurup omurluk 1 gozden elilem 1 ovladim var 7 yawinda oda nitq qusurludu yoldawimda iwsizdi Ali tehsilidi. Ailde her 2 miz iwsiziy nese muavinat yada sosiyal yardim ala bileriy xaiw edirem bu barede bir fikir bildiresiz mel adresime teymurov.vusal86@mail.ru onceden tewekurler Allah razi olsun sizden

Salam, siz yaşadığınız ərazinin məşğulluq idarəsinə yaxınlaşın və əmək kitabçanızı, şəxsiyyət vəsiqənizi və digər tələb olunan sənədləri təqdim edin sizi işsiz kimi qeydiyyata alsınlar.Sualınıızla əlaqədar İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının qanunvericiliyin maddələrini nəzərinizə çatdırıram. 

İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

2.1. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər, rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.

2.7. İşsizin himayəsində 18 yaşa çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır. Ailədə valideynlərdən hər ikisinə işsizlik müavinəti təyin edildikdə, müavinətin himayədə olan hər uşaq üçün 10 faiz artırılması yalnız valideynlәrdәn birinə şamil edilir.

3.1. Vətəndaşlara işsizlik müavinətləri qeydiyyatda olduğu şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən nağd və ya banklar (işsiz vətəndaşların arzusu ilə) vasitəsilə ödənilir.

3.2. İşsizlik müavinəti işsizin şəhər, rayon məşğulluq mərkəzində ayda bir dəfə yenidən qeydiyyata alınması şərti ilə ayda bir dəfə ödənilir. Vətəndaşın işsiz statusu aldığı gün qeydiyyat günü hesab edilir. İşsiz yenidən qeydiyyatdan keçərkən əmək kitabçasını (yaxud onu əvəz edən sənədi) təqdim etməlidir.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
Posted (edited)

Salam Gulnara xanim. zehmet olmasa  komey edin. 

Ish yoldasim  3 yanvar 2019 cu ilde mezuniyyete cixmib (yeni dunen).   3 yanvar - 12 fevral tarixine kimi menzuniyyet tarixleridi. bu gun 4 yanvar tarixinde is yoldasim  Kadrlar sobesine yaxinlasib isden cixmaq ucun erize yazib.   Ona bildirdiler ki Sen mezuniyyetde oldugun ucun emek kitabcani size 12 fevral tarixinden tez vere bilmerik. Is yoldasim onlara bildirib ki men oz xaisimle cixiramsa demeli 1 ay evvelden sizi melumatlandiriram. 4 -5 fevral tarixinde mene emek kitabcami tehvil vermelisiz. . zehmet olmasa bir fikir bildirin. Bu meselede kim haglidi? 

Edited by Espanol

Share this post

Link to post
Share on other sites
В 04.01.2019 в 16:58, Espanol сказал:

Sualiniza cavab olaraq bildirirem ki, məzuniyyətdə və ya ezamiyyətdə olan işçinin işdən çıxarılmasına yol verilmir. 

Məzuniyyətdən qayıtdıqdan sonra işden çıxa biler. və ya məzuniyyət ərizsəini yazdığı gün qeyd edə bilərdi ki, məzuniyyətin so günü mənimlə bağlanmış əmək müqaviləsinə xitam verəsiniz. Bu halda işəgötürən haqlıdır yəni tam qanunvericiliyə uyğun hərəkət edir.

Digər məsələ ilə bağlı bildirirəm ki, əgər işçi başqa işəgötürənlə əmək müqaviləsi bağlayıbsa , job offeri kadrlar şöbəsinə təqdim edir və onunla dərhal müqaviləyə xitam verilə bilər yəni ki bir ay gözləmədən. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Basqa yerde musahibede istirak etmek ucun cari is yerinde icaze verilmelidir mi?

Share this post

Link to post
Share on other sites
В 01.02.2019 в 23:05, Sara S сказал:

Basqa yerde musahibede istirak etmek ucun cari is yerinde icaze verilmelidir mi?

Salam 

Əgər siz işdən azad olmaq barədə bir ay qabaqcadan ərizə yazmısınızsa bəli sizə vaxt verilməlidir iş axtarmaq üçün. 

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

  • Upvote 2

Share this post

Link to post
Share on other sites
В 06.02.2019 в 15:27, gulnara2008 сказал:

Salam 

Əgər siz işdən azad olmaq barədə bir ay qabaqcadan ərizə yazmısınızsa bəli sizə vaxt verilməlidir iş axtarmaq üçün. 

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

xeyir, işdən azad olmaq barədə ərizə yazmamisam :)

Share this post

Link to post
Share on other sites
В 01.02.2019 в 23:05, Sara S сказал:

Basqa yerde musahibede istirak etmek ucun cari is yerinde icaze verilmelidir mi?

Qanunvericilikde dediyiniz mesele ile bagli bir norma yoxdu. Sadece deyilir ki, eger ishegoturen terefinden muqavileye xitam verilirse, size heftede bir gun icaze verilmelidir ish axtarmaq ucun. 

  • Like 1

Share this post

Link to post
Share on other sites

salam. 

1)Bildiyime gore emek mecellesinde eger musselerde statlar legv olunursa, 2 ay qabag resmi xeberdarliq verilmelidir.  

Islediyim musse stat baglanmasi bagli 2019-cu ilin yanvar ayinin 14 de iclas kecirdib . sifahi xeberdarliq edib .Iclas bitdikden sonra xeberdarliga imza atamamiz istenilib  ve imza atariqsa hemin xeberdarligin suretini mene verilmesi bildirmisdiler . Men ise xeberdaliga atmagdan imtina etdim . Teleb etdim ki, mene poctla gonderin . Muessenin emekdasi bundan imtina etdi. men 25 gunden sonra muessenin kadirlar sobesinden xeberdarligi isteyende mene sen imza atmagdan  imtina etmisen deye verilmeyib ve sualima cavab olaraq poctla o zaman gonderilir ki, sen iclasda istrak etmeyesen.

suali uzun uzadi yazmaq istemirem . muesse emekdasi qanunla haqlidirmi ? qanunla resmi xeberdarliq nece olmalidir ? Resmi Xeberdarligin huquqi normasi varmi ?

2) men 2016 ci-ilin aprel ayinin 8 den isde qeza neticesind 6 aya yaxin buletende olmusam ise texminen 20 gun cixmisdim ki, 2016-ci ilin oktyabrin 23 den yol qezasina dusmusem . hal-hazirda islemek qabiliyyetinde deyilem. Kastillerle gezirem.  Qezadan buyana 1 il bulleten almisam, 3 ay oz mezuniyetlerimi goturmusem, stat baglana kimi 4 ay da odenissiz mezuniyyet almisam . Saglamligimi emeliyyatla berpa etmey mumkundur . Sadecek maddi imkanim olmadigindan emeliyyat indiye qeder uzanmisdir . yeni 6 aydan,  hetta 1 ilden cox saglamlagini  muvveqqeti olaraq itiren fiziki şəxsəm.

Sual :Statin legv olunmasi ile elaqedar  Mene mavinet verilirmi ? nece verilir ?   men stat legv olmadan once odenişsiz mezuniyyetde ,ondan qabaq 1 il , ondan qabagda 6 aya yaxin bulletende olmusam . Yeni odenişsiz mezuniyyetlerden evvel de 2 ay tam maas almamisam . Mene orta emey haqqinin muavineti verilecekmi? orta emey haqqi  hesablanacaqmi ,nece hesablanacaq?

3) Men Emey mecellesinin 79 maddesinin 1-ci bendine gore basqa muansib isle temin oluna bileremmi ?

Bildiyime gore emek mecellesinin 79-cu maddesinin 1-ci bendi, hemin mecellenin 74-cu maddesinin "c"  bendi ile ile ziddiyet alir. Belke men duzgun fikirlesmirem. Xahis edirem aydinliq getiresiniz .

Kecdiyiniz eziyyetlere gore onceden tesekkur edirem.

Share this post

Link to post
Share on other sites

Salam, Xadimə vəzifəsindən işçi yaşa görə pensiyaya çıxdıqda kompensasiya (bir neçə aylıq) verilirmi?

Share this post

Link to post
Share on other sites

Salam. 1 sualim var. Muddetli emek muqavilesinin vaxti tamam olursa, ve sirket muqavileni uzatmayib xitam verirse , ishciye hansi tezminatlar odenmelidir? 

Share this post

Link to post
Share on other sites
18 часов назад, Teymur_444 сказал:

Salam. 1 sualim var. Muddetli emek muqavilesinin vaxti tamam olursa, ve sirket muqavileni uzatmayib xitam verirse , ishciye hansi tezminatlar odenmelidir? 

Sadece mezuniyyet pulu

Share this post

Link to post
Share on other sites

Salam xahish edirem komek edesiniz. Eyer muddetli ish muqavilenin vaxti bitirse ve sirket muqavileni uzatmayib xitam verir. Lakin ishci bilirki hec bir gunahi yoxdu mueyyen sexsler terefinden gosterilen tesebbus neticesinde muqavileye xitam verilir, bu halda mehkemeye muraciet etmek olarmi? X.e dogru istiqamet gosteresiniz.

Share this post

Link to post
Share on other sites
В 24.03.2019 в 15:17, Teymur_444 сказал:

Salam xahish edirem komek edesiniz. Eyer muddetli ish muqavilenin vaxti bitirse ve sirket muqavileni uzatmayib xitam verir. Lakin ishci bilirki hec bir gunahi yoxdu mueyyen sexsler terefinden gosterilen tesebbus neticesinde muqavileye xitam verilir, bu halda mehkemeye muraciet etmek olarmi? X.e dogru istiqamet gosteresiniz.

Xeyr təəsüf ki yox, müddətli müqavilənin müddəti bitdikdə işəgötürən müqaviləni uzatmaya bilər. 

Bu zaman qanunlar onun tərəfindədir. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 20.03.2019 в 17:58, Teymur_444 сказал:

Salam. 1 sualim var. Muddetli emek muqavilesinin vaxti tamam olursa, ve sirket muqavileni uzatmayib xitam verirse , ishciye hansi tezminatlar odenmelidir? 

Salam 

işçiyə yalnız istifadə edilməmiş məzuniyyət pulu sonuncu haqq hesab şəklində ödənilir 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
Posted (edited)

Salam Eger 3 ayliq sinaq muddeti nin 1ci ayinda Saqlamliqda problem yaranrsa Ve ise qeyri mueyyen vaxt cixmaq mumkun olazsa.o zaman shirket seni isden cixarmaq istese ona tezminat odemelidirmi??

Edited by Qiyas Qember

Share this post

Link to post
Share on other sites
В 09.04.2019 в 19:53, Qiyas Qember сказал:

Salam Eger 3 ayliq sinaq muddeti nin 1ci ayinda Saqlamliqda problem yaranrsa Ve ise qeyri mueyyen vaxt cixmaq mumkun olazsa.o zaman shirket seni isden cixarmaq istese ona tezminat odemelidirmi??

Salam 

3 ay sınaq müddəti ərzində işçinin işə gəlmədiyi günlər sınaq müddətinin günlərinə daxil edilmir. 

Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əgər tərəflərdən heç biri sınaq müddəti bitənədək əmək müqaviləsinin xitamını tələb etməyibsə, onda işçi sınaqdan çıxmış hesab edilir. 

Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə ilə xitam verilə bilər. Bu zaman işçiyə son haqq hesab istifadə etmədiyi məzuniyyət günlərinə görə verilə bilər. lakin mübahisəli məsələdir işəgötürəndən asılıdır. 1 aya görə hardasa bir və ya yarım günlük istifadə edilməmiş məzuniyyət hesablana bilər. Yəni böyük bir məbləğ etmir. 

Qısası sizə müqavilə bağlanılan müddətdən son iş gününədək olan vaxtadək əmək haqqı verilməlidir. 

Share this post

Link to post
Share on other sites

Salamlar..Men orta mektebde muellim kimi chalishiram, May ayindan ishden oz isteyim ile azad olunmaq isteyirem...Bilmek isteyirdim ki, mene ishlediyim gunler ve elave maash (yekun) verile bilermi..? Cavablayan olsaydi minnatdar olardim)

Share this post

Link to post
Share on other sites
В 20.04.2019 в 15:45, Elnare Valiyeva сказал:

Salamlar..Men orta mektebde muellim kimi chalishiram, May ayindan ishden oz isteyim ile azad olunmaq isteyirem...Bilmek isteyirdim ki, mene ishlediyim gunler ve elave maash (yekun) verile bilermi..? Cavablayan olsaydi minnatdar olardim)

Salam Elnarə xanım,

Öz istəyinizlə işdən çıxdığınız zaman sizə son haqq hesab veriləcəkdir , əgər sizin istifadə etmədiyiniz məzuniyyət günləriniz varsa həmin günlərin sayına uyğun olaraq sizə müavinət ödəniləcək. Əlavə maaş ödənilməyəcək. 

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Our picks

    • Всем доброго утра)
      🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄
      Итак,открываем нашу амнистию.
       
      ---Снимаем все баллы. Те,кто в бане до окончания срока проведения амнистии,требовать снятия после не имеют права.
       
      --Амнистия завершится 21 декабря (включительно) 
       
      --- Те, кто попал под амнистию, но опять получил балл, не имеют право повторно просить амнистироваться
       
      --- Историю баллов стирать не буду.  Смотрите на физическое наличие баллов
       
      Сразу оговорюсь,те кто начнет писать,мол,как вам не стыдно просить снятия баллов, сутки в бане обеспечены.
       
      с Наступающим!) 
        • Upvote
        • Haha
        • Like
      • 186 replies
    • Hörmətli Forum iştirakçıları!
      Bakıda Avro-2020 həyəcanı başlayır!
      Bu yay Bakı Olimpiya Stadionu Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək!
      Möhtəşəm oyunların azarkeşi olmağa, futbol ulduzlarını meydanda canlı izləməyə nə deyirsiniz?
      4 Dekabr – 18 Dekabr tarixləri arasında euro2020.com/tickets keçidinə daxil olun,
      Qeydiyyat formasını doldurun və oyunlara bilet əldə edin!
      Biletlərin qiymətləri:
      Kateqoriya 1: 125 avro
      Kateqoriya 2: 75 avro
      Kateqoriya 3: 30 avro 
      Oyunların tarixləri:
      Uels-İsveçrə (13 iyun)
      Türkiyə-Uels (17 iyun)
      İsveçrə - Türkiyə (21 iyun)
      ¼ Final oyunu (4 iyul)
      Əlavə məlumat:
      Phone number: +994124048354
      info@baku2020.az
       
      Уважаемые участники форума!
      Aтмосфера Евро 2020 начинается в Баку!
      Этим летом в Бакинском Олимпийском Стадионе пройдут четыре Чемпионата Европы!
      Что вы скажете, чтобы быть поклонником зрелищных игр, чтобы увидеть футбольных звёзд в прямом эфире на поле?
      Вы можете пройти регистрацию между 4 декабря - 18 декабря на сайте euro2020.com/tickets
      Заполняйте регистрационную форму и получите билет на игры!
      Цены на билет:
      Категория 1: 125 евро
      Категория 2: 75 евро
      Категория 3: 30 евро
      Даты игр:
      Уэльс-Швейцария (13 июня)
      Турция-Уэльс (17 июня)
      Швейцария - Турция (21 июня)
      ¼ Финальный матч (4 июля)
      Дополнительная информация:
      Номер телефона: +994124048354
      info@baku2020.az
       
        • Upvote
        • Like
      • 15 replies
    • Друзья, было бы некрасиво не заметить работу нашего админсостава. Поэтому, мы тоже выберем Лучшего и также подарим личное звание и 150 манат в подарок:) 
      Как всегда, голос можно отдать за 1 модера. Голосовать могут все(без лимита постов). Поверьте, накручивать себе голоса модеры не будут. 
       
      Я и Ассемблер в голосовании не участвуем. 
      Всех с Наступающим!) 
        • Upvote
        • Like
      • 362 replies
    • Доброго все утра! Выбираем лучшего юзера (мужчина) нашего форума. Можно выбрать только один вариант. Голосование открытое . Допускаются пользователи,имеющие 300 +постов .
      Голосование завершится в пятницу,13 (включительно)
       
        • Like
      • 1,447 replies
    • Доброго все утра! Выбираем лучшую юзершу нашего форума. Можно выбрать только один вариант. Голосование открытое . Допускаются пользователи,имеющие 300 +постов .
      Голосование завершится в пятницу,13 (включительно)
        • Like
      • 802 replies
    • Друзья, мы хотим продолжить нашу добрую традицию и выбрать Лучшего юзера и юзершу уходящего года. В этой теме вы можете назвать ники тех,чьи посты вам запомнились.Может быть юмором, а может информативностью.. 
      Ваши кандидаты (или ,в случае самовыдвижения, вы сами), должны удовлетворять простым условиям : 
      -- год регистрации
      -- минимум 500 постов. 
       
      Где-то с неделю мы будем собирать и подсчитывать номинантов на звание Лучшего  пользователя (м/ж). Потом откроем голосование и выберем Лучшего .
       
      У нас предусмотрены подарки :) Личное звание и 150 манат (наличными) 
       
      П. С. Админ состав не участвует:) 
               
        • Like
      • 908 replies
    • В этом году Таможня приняла решение что все кто хочет завезти импортные товары в Азербайджан должны до пересечения границы с Азербайджаном заполнить краткую состоящию из почти 50 граф декларацию на импорт и представить в таможню. Фишка в том что об этой таможеной инструкции многие не знают. И они штрафуют бизнес 1500 азн.
      Представьте себе что завозите на 10.000 доларов товар. Платите официальные налоги-это около 4000 доларов( в манатном выражении) и еще почти 1000 доларов за непредоставлении этой декларации.
      Спрашивается зачем нужно предоставлять 2 таможенные декларации( одну предварительную краткую из 50 граф и стандартную из 10-15 граф на один и тот же товар в течение 2-3 дней??
      Интересно откуда наши умудрились это взять с какой страны или это собственное изобретение для усложнения бизнеса и пополнения бюджета за счет таких штрафов?
        • Facepalm
        • Haha
        • Like
      • 23 replies
    • класный канал .к стати он расказал как получил визу и тд.так чтот дерзайте. 
        • Upvote
        • Like
      • 594 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

  • Popular Now

×
×
  • Create New...
Наши цены на рекламу