Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Əmək Məcəlləsi Və İnsan Resurslarına Aid Müzakirə


Recommended Posts

Məzuniyyət günü hesablanırmış. Onu dəqiqləşdirdim. Amma iş saatı həftədə 45 saatdır, yəni hər gün 9.00-dan 18.00-a qədər işləyir o qadın. İş zərərli iş sayılır, şüalanmaya görə. Hətta maaş da bir az artıq alırlar. Lakin iş saatı bütün müəssisədə hamı kimidir onlarda da. Zərərliliyə görə qısa iş saatı tətbiq edilmir. Buna necə nail ola bilər? Yəni zərərliliyə görə tez çıxmaq. 

Link to comment
Share on other sites

  • 4 weeks later...
10 часов назад, Sara S сказал:

Menim emek haqqimin baresinde kimin melumati olmalidir ? Niye bu mexfi deyil?

Çünki sizin çalışdığınız təşkilatın sahibkarı bu sirri kommersiya sirri rejimi ilə şərtləndirməyib

 

Kommersiya sirri haqqında AR qanunu, Maddə 6 :

 

6.4. Kommersiya sirri rejiminin təmin olunmasının əsas şərti – bu Qanunun 6.1-ci maddəsində göstərilən şəxslərin kommersiya sirrini yaymamaq öhdəliklərini təsdiq edən müqavilənin bağlanmasıdır.

6.1. Kommersiya sirrinin rejimi kommersiya sirrinin sahibi tərəfindən müəyyən olunur.

 

Əlavə olaraq, Maddə 4 :

4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir:

4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar;

 

Link to comment
Share on other sites

  • 4 weeks later...
38 минут назад, Sara S сказал:

Reis mene buyurusa ki gorduyum isimi basqa isciye oyredim. Bu ne derecede duzgundur?

növbəti əmək məzuniyyətinə çıxan zaman, sizi bəs kim əvəzləməlidir ? 

Link to comment
Share on other sites

8 часов назад, NOIR сказал:

növbəti əmək məzuniyyətinə çıxan zaman, sizi bəs kim əvəzləməlidir ? 

Aydindir. Mezuniyyetden sonra ise meni evez eleyen iscinin sehvlerini de men duzeltmeliyem...... :((

Link to comment
Share on other sites

11 час назад, Sara S сказал:

Aydindir. Mezuniyyetden sonra ise meni evez eleyen iscinin sehvlerini de men duzeltmeliyem...... :((

belə vəziyyətlər olur, mən sizi başa düşürəm.

səhv düzəltmək sizin üstünlüyünüzdür, digərinin zəifliyi. 

bununla belə, qarşlılqlı yardım və qarşılıqlı əvəzetmə (взаимозаменяемость) kollektivdə əməyin təşkilinin əsas prinsiplərindəndir. siz də öz növbənizdə həmin işçini əvəz etməli olacaqsız. 

  • Like 1
Link to comment
Share on other sites

В 30.09.2018 в 19:26, Feodal сказал:

Salam. Eger emek muqavilem 3 ayliq muddetli baqlanib. Ve bu ilin evveli bitibdi. Men diqer shirkete kecid edirem. Menim faktiki ish yerimde meni 30 gun saxlamaq huquqlari varmi?

Salam,

Əmək qanunvericiliyinə əsasən siz işəgötürəni bir ay əvvəlcədən xəbərdar etməlisiz yəni işdən çıxma ərizəsi yazaraq rəhbərliyə təqdim etməlisiniz. Əgər başqa şirkətlə müqavilə bağlamısınızsa o zaman siz ərizənizdə yazılan tarixə işdən azad ola bilərsiz.

Müqaviləniz 3 aylığa bağlanıb və ilin əvvəlində bitibdir məsləsinə gəldikdə isə - Müqavilə müddətiniz bitəndən sonra hələ də işə davam edirisnizsə deməli müqaviləniz avtomatik olaraq həmin müddətə uzadılıb. 

  • Upvote 1
Link to comment
Share on other sites

В 15.07.2018 в 23:29, Sakitovich сказал:

salam. uşaqların sayına və zərərliliyə görə məzuniyyət günü nə zaman hesablanmaya bilər? yəni dövlət müəssisəsində buna əsas var?

Salam, 14 yaşadək 2 uşağı olan  analara 2 gün əlavə məzuniyyət verilir, 3 və daha çox uşaqlı analara isə 5 gün əlavə məzuniyyət verilir. 

 

Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri

 

1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. [133]

2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

 

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

 

  • Upvote 1
Link to comment
Share on other sites

В 30.09.2018 в 22:29, Sara S сказал:

Reis mene buyurusa ki gorduyum isimi basqa isciye oyredim. Bu ne derecede duzgundur?

Salam,

İnsan resurlarının idarəedilməsi sistemində bilik və bacarıqların bölüşdürülməsi anlayışı mövcuddur. Yəni işçinin digət işçiləri təlimləndirməsi, öz bilik və bacarıqlarının digər işçilərlə bölüşdürülmmməsi. Buna ingilis dilində "Mentoring", "Coaching" deyilir. Yəqin ki praktikada rast gəlmisiz. 

Sizin öz işinizi başqasına iş vaxtı öyrətməniz isə "On the job training" adlanır ki, bu da qısa vaxt sərf edərək işçiyə treyninq keçmə nəzərdə tutulur. Yəni tam şəffaf bir prosedurdur. 

 

  • Like 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
В 13.10.2018 в 17:15, yirtici@@ сказал:

Salam bilmek isteyirdi iw yerinde reis oz iwimden bawqa bawqa iwe yonelde biler meni ?

Salam 

Sizin əmək müqavilənizin şərtlərindən asılıdır. 

Əksər hallarda işçinin Vəzifə öhdəlikləri punktunda  qeyd edilir ki rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək. 

Buna əsaslanıb sizə əlavə iş verilə bilər. 

  • Upvote 1
Link to comment
Share on other sites

Salam bilmek isteyirdim ki eger men ish yerini deyishmek isteyiremse amma Rehberlik meni buraxmir ve deyirki senin erizeni men qebul etmirem getmek isteyirsense get amma emek kitabcasini vermeyecem ve statyayla qovacam seni bu halda men nece davranmaliyam? Birde ki men erizemi yazan kimi ishe gelmeye bilerem kunki o biri ish yeri men chox gozleye bilmeyecek. Yoxsa mutleq shekilde 1 ay qabaqdan xeberdarliq etmeliyem?  Ve bele xal olarsa emek kitabchasina ne qeyd oluna biler chox sag olun.

Link to comment
Share on other sites

В 19.10.2018 в 19:35, CncIndustry сказал:

Salam bilmek isteyirdim ki eger men ish yerini deyishmek isteyiremse amma Rehberlik meni buraxmir ve deyirki senin erizeni men qebul etmirem getmek isteyirsense get amma emek kitabcasini vermeyecem ve statyayla qovacam seni bu halda men nece davranmaliyam?

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

 

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. [82]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Yoxsa mutleq shekilde 1 ay qabaqdan xeberdarliq etmeliyem?  Ve bele xal olarsa emek kitabchasina ne qeyd oluna biler chox sag olun.

Salam,

Əmək qanunvericiliyinə əsasən siz işəgötürəni bir ay əvvəlcədən xəbərdar etməlisiz yəni işdən çıxma ərizəsi yazaraq rəhbərliyə təqdim etməlisiniz. Əgər başqa şirkətlə müqavilə bağlamısınızsa o zaman siz ərizənizdə yazılan tarixə işdən azad ola bilərsiz.

Xahiş edirəm aşağıda qeyd olunan maddəni diqqətlə oxuyun. Suallarınıza cavab tapacaqsız. 

Əgər sizin işdə heç bir nöqsanınız olmayıbsa sizi maddə ilə çıxarmağa heç kimin haqqı yoxdur. 

Siz bu maddəni oxyun və öz hüquqlarınızı bilin. 

 

 

 

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

 

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. [82]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

  • Upvote 2
Link to comment
Share on other sites

Mən Sizə təşəkkür etmək istərdim, @gulnara2008 

Forumda gec-gec görünürsüz, bununla belə vaxt- imkan tapıb, mövzuya baş çəkib əmək münasibətlərinə dair sulları cavablanıdırırsız. Peşəkarlığınızdan yararlanmaq imkanı verirsiz ) bu olduqca dəyərlidir, tşk )

Edited by NOIR
  • Thanks 1
Link to comment
Share on other sites

  • 1 month later...

Salam men iwden oz xaiwimle cixmiwam 9 ay iwledim sebeb iw zererli olduqu ucun vezifem meral eritme zavodunda xalov ve soba temircisi iwleyirdim isdi sobada caliwdiqim ucun boyreylerim agriyir ve helede malice aliram bu sebebden men 

178/IRD.X ile cixdim seheri gun ise mesquluq idaresinde iwsiz kimi qeydyata duwdum. Bilmey isderem ki, mene iwsizlik muavinati duwur? Ozum 3 cu qurup omurluk 1 gozden elilem 1 ovladim var 7 yawinda oda nitq qusurludu yoldawimda iwsizdi Ali tehsilidi. Ailde her 2 miz iwsiziy nese muavinat yada sosiyal yardim ala bileriy xaiw edirem bu barede bir fikir bildiresiz mel adresime [email protected] onceden tewekurler Allah razi olsun sizden

Link to comment
Share on other sites

  • 2 weeks later...
В 30.10.2018 в 22:16, NOIR сказал:

Vakansiyalar bölməsində arabir 18 yaşı tamam olmamış şəxslər üçün iş təklifi elanları yerləşdirilir. Həmin şəxslər hansı şərtlər daxilində əməyə cəlb oluna bilər ? 

Salam NOİR, Əmək Məcəlləsinə əsasən yaşı 15 -ə çatmış şəxslərlə əmək müqaviləsi bağlamaq olar lakin müəyyən şərtlər var onları qeyd edəcəyəm. 15-dən az olan şəxslərlə əmək müqaviləsi bağlamaq qadağandır. Dəqiqləşdirmək lazımdır həmin elanda verilən yaş həddini və işin şəraitini. 

 

Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 

Məcəllənin 249-cu maddəsində qeyd edilib: 

 

Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi

 

1. Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

 

 

Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər

 

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.

 

Əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Belə ki, ƏM-nin 249-cu maddəsi üzrə yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə qəbul edilməsinə yol verilmir.  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Bununla belə nəticəyə gəlmək olar ki, Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir.15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Mülki qanunvericiliyə əsasən yalnız şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada 18 yaşından əvvəl tam fəaliyyət qabiliyyəti əldə edərsə, uşaq üçün nəzərdə tutulmuş hüquq və vəzifələrə xitam verilir və əmək müqaviləsi bağlamaq üçün qanuni nümayəndələrin razılığı tələb olunmur.

 

  AR ƏM-in “Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri”adlı 38-ci fəsli bu qrup şəxslərin əmək münasibətlərinin mühafizəsi təminatlarını tənzimləyir.Bu təminatlar aşağıdakılardır:                                   

  • Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqinin qadağan edilməsi;
  • Yaşı 18-dən az olan işçilərin qanunvericiliklə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsinin qadağan edilməsi;
  • Yaşı 18-dən az olan şəxslərin işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilməsi;
  • 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilməsi;
  • Yaşı 18-dən az olan işşiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsinin qadağan edilməsi(axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işзilər üзün gecə vaxtı hesab edilir);
  • Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə yaşı 18- dən az olan işçinin əmək müqaviləsinin ləğv ediləsinin yolverilməzliyi;
  • Yaşı 18-dən aşağı olan işçilərin attestasiya olunmaması

Yaşı 18-dən az olan şəxslər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilə bilər və 18 yaşı tamam olanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidirlər. Eyni zamanda qeyd edək ki, yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz

 ƏM-nin 251-ci maddəsi üzrə 16 yaşından 18 yaşadək olan işçilərin bu maddə ilə qeyd edilmiş normadan artıq ağır əşyaların qaldırılmasına və daşınması işlərinə cəlb edilməsinə yol verilmir:

 

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
В 05.12.2018 в 04:19, Vusal Sabiroglu сказал:

Salam men iwden oz xaiwimle cixmiwam 9 ay iwledim sebeb iw zererli olduqu ucun vezifem meral eritme zavodunda xalov ve soba temircisi iwleyirdim isdi sobada caliwdiqim ucun boyreylerim agriyir ve helede malice aliram bu sebebden men 

178/IRD.X ile cixdim seheri gun ise mesquluq idaresinde iwsiz kimi qeydyata duwdum. Bilmey isderem ki, mene iwsizlik muavinati duwur? Ozum 3 cu qurup omurluk 1 gozden elilem 1 ovladim var 7 yawinda oda nitq qusurludu yoldawimda iwsizdi Ali tehsilidi. Ailde her 2 miz iwsiziy nese muavinat yada sosiyal yardim ala bileriy xaiw edirem bu barede bir fikir bildiresiz mel adresime [email protected] onceden tewekurler Allah razi olsun sizden

Salam, siz yaşadığınız ərazinin məşğulluq idarəsinə yaxınlaşın və əmək kitabçanızı, şəxsiyyət vəsiqənizi və digər tələb olunan sənədləri təqdim edin sizi işsiz kimi qeydiyyata alsınlar.Sualınıızla əlaqədar İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının qanunvericiliyin maddələrini nəzərinizə çatdırıram. 

 

İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

2.1. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər, rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.

2.7. İşsizin himayəsində 18 yaşa çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır. Ailədə valideynlərdən hər ikisinə işsizlik müavinəti təyin edildikdə, müavinətin himayədə olan hər uşaq üçün 10 faiz artırılması yalnız valideynlәrdәn birinə şamil edilir.

 

3.1. Vətəndaşlara işsizlik müavinətləri qeydiyyatda olduğu şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən nağd və ya banklar (işsiz vətəndaşların arzusu ilə) vasitəsilə ödənilir.

3.2. İşsizlik müavinəti işsizin şəhər, rayon məşğulluq mərkəzində ayda bir dəfə yenidən qeydiyyata alınması şərti ilə ayda bir dəfə ödənilir. Vətəndaşın işsiz statusu aldığı gün qeydiyyat günü hesab edilir. İşsiz yenidən qeydiyyatdan keçərkən əmək kitabçasını (yaxud onu əvəz edən sənədi) təqdim etməlidir.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Salam Gulnara xanim. zehmet olmasa  komey edin. 

Ish yoldasim  3 yanvar 2019 cu ilde mezuniyyete cixmib (yeni dunen).   3 yanvar - 12 fevral tarixine kimi menzuniyyet tarixleridi. bu gun 4 yanvar tarixinde is yoldasim  Kadrlar sobesine yaxinlasib isden cixmaq ucun erize yazib.   Ona bildirdiler ki Sen mezuniyyetde oldugun ucun emek kitabcani size 12 fevral tarixinden tez vere bilmerik. Is yoldasim onlara bildirib ki men oz xaisimle cixiramsa demeli 1 ay evvelden sizi melumatlandiriram. 4 -5 fevral tarixinde mene emek kitabcami tehvil vermelisiz. . zehmet olmasa bir fikir bildirin. Bu meselede kim haglidi? 

Edited by Espanol
Link to comment
Share on other sites

  • 4 weeks later...
В 04.01.2019 в 16:58, Espanol сказал:

Salam Gulnara xanim. zehmet olmasa  komey edin. 

Ish yoldasim  3 yanvar 2019 cu ilde mezuniyyete cixmib (yeni dunen).   3 yanvar - 12 fevral tarixine kimi menzuniyyet tarixleridi. bu gun 4 yanvar tarixinde is yoldasim  Kadrlar sobesine yaxinlasib isden cixmaq ucun erize yazib.   Ona bildirdiler ki Sen mezuniyyetde oldugun ucun emek kitabcani size 12 fevral tarixinden tez vere bilmerik. Is yoldasim onlara bildirib ki men oz xaisimle cixiramsa demeli 1 ay evvelden sizi melumatlandiriram. 4 -5 fevral tarixinde mene emek kitabcami tehvil vermelisiz. . zehmet olmasa bir fikir bildirin. Bu meselede kim haglidi? 

Salam 

Sualiniza cavab olaraq bildirirem ki, məzuniyyətdə və ya ezamiyyətdə olan işçinin işdən çıxarılmasına yol verilmir. 

Məzuniyyətdən qayıtdıqdan sonra işden çıxa biler. və ya məzuniyyət ərizsəini yazdığı gün qeyd edə bilərdi ki, məzuniyyətin so günü mənimlə bağlanmış əmək müqaviləsinə xitam verəsiniz. Bu halda işəgötürən haqlıdır yəni tam qanunvericiliyə uyğun hərəkət edir.

Digər məsələ ilə bağlı bildirirəm ki, əgər işçi başqa işəgötürənlə əmək müqaviləsi bağlayıbsa , job offeri kadrlar şöbəsinə təqdim edir və onunla dərhal müqaviləyə xitam verilə bilər yəni ki bir ay gözləmədən. 

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

В 01.02.2019 в 23:05, Sara S сказал:

Basqa yerde musahibede istirak etmek ucun cari is yerinde icaze verilmelidir mi?

Salam 

Əgər siz işdən azad olmaq barədə bir ay qabaqcadan ərizə yazmısınızsa bəli sizə vaxt verilməlidir iş axtarmaq üçün. 

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

В 06.02.2019 в 15:27, gulnara2008 сказал:

Salam 

Əgər siz işdən azad olmaq barədə bir ay qabaqcadan ərizə yazmısınızsa bəli sizə vaxt verilməlidir iş axtarmaq üçün. 

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

 

 

xeyir, işdən azad olmaq barədə ərizə yazmamisam :)

Link to comment
Share on other sites

В 01.02.2019 в 23:05, Sara S сказал:

Basqa yerde musahibede istirak etmek ucun cari is yerinde icaze verilmelidir mi?

Qanunvericilikde dediyiniz mesele ile bagli bir norma yoxdu. Sadece deyilir ki, eger ishegoturen terefinden muqavileye xitam verilirse, size heftede bir gun icaze verilmelidir ish axtarmaq ucun. 

  • Like 1
Link to comment
Share on other sites

salam. 

1)Bildiyime gore emek mecellesinde eger musselerde statlar legv olunursa, 2 ay qabag resmi xeberdarliq verilmelidir.  

Islediyim musse stat baglanmasi bagli 2019-cu ilin yanvar ayinin 14 de iclas kecirdib . sifahi xeberdarliq edib .Iclas bitdikden sonra xeberdarliga imza atamamiz istenilib  ve imza atariqsa hemin xeberdarligin suretini mene verilmesi bildirmisdiler . Men ise xeberdaliga atmagdan imtina etdim . Teleb etdim ki, mene poctla gonderin . Muessenin emekdasi bundan imtina etdi. men 25 gunden sonra muessenin kadirlar sobesinden xeberdarligi isteyende mene sen imza atmagdan  imtina etmisen deye verilmeyib ve sualima cavab olaraq poctla o zaman gonderilir ki, sen iclasda istrak etmeyesen.

suali uzun uzadi yazmaq istemirem . muesse emekdasi qanunla haqlidirmi ? qanunla resmi xeberdarliq nece olmalidir ? Resmi Xeberdarligin huquqi normasi varmi ?

 

2) men 2016 ci-ilin aprel ayinin 8 den isde qeza neticesind 6 aya yaxin buletende olmusam ise texminen 20 gun cixmisdim ki, 2016-ci ilin oktyabrin 23 den yol qezasina dusmusem . hal-hazirda islemek qabiliyyetinde deyilem. Kastillerle gezirem.  Qezadan buyana 1 il bulleten almisam, 3 ay oz mezuniyetlerimi goturmusem, stat baglana kimi 4 ay da odenissiz mezuniyyet almisam . Saglamligimi emeliyyatla berpa etmey mumkundur . Sadecek maddi imkanim olmadigindan emeliyyat indiye qeder uzanmisdir . yeni 6 aydan,  hetta 1 ilden cox saglamlagini  muvveqqeti olaraq itiren fiziki şəxsəm.

Sual :Statin legv olunmasi ile elaqedar  Mene mavinet verilirmi ? nece verilir ?   men stat legv olmadan once odenişsiz mezuniyyetde ,ondan qabaq 1 il , ondan qabagda 6 aya yaxin bulletende olmusam . Yeni odenişsiz mezuniyyetlerden evvel de 2 ay tam maas almamisam . Mene orta emey haqqinin muavineti verilecekmi? orta emey haqqi  hesablanacaqmi ,nece hesablanacaq?

3) Men Emey mecellesinin 79 maddesinin 1-ci bendine gore basqa muansib isle temin oluna bileremmi ?

Bildiyime gore emek mecellesinin 79-cu maddesinin 1-ci bendi, hemin mecellenin 74-cu maddesinin "c"  bendi ile ile ziddiyet alir. Belke men duzgun fikirlesmirem. Xahis edirem aydinliq getiresiniz .

Kecdiyiniz eziyyetlere gore onceden tesekkur edirem.

Link to comment
Share on other sites

  • 1 month later...

Salam xahish edirem komek edesiniz. Eyer muddetli ish muqavilenin vaxti bitirse ve sirket muqavileni uzatmayib xitam verir. Lakin ishci bilirki hec bir gunahi yoxdu mueyyen sexsler terefinden gosterilen tesebbus neticesinde muqavileye xitam verilir, bu halda mehkemeye muraciet etmek olarmi? X.e dogru istiqamet gosteresiniz.

Link to comment
Share on other sites

  • 2 weeks later...
В 24.03.2019 в 15:17, Teymur_444 сказал:

Salam xahish edirem komek edesiniz. Eyer muddetli ish muqavilenin vaxti bitirse ve sirket muqavileni uzatmayib xitam verir. Lakin ishci bilirki hec bir gunahi yoxdu mueyyen sexsler terefinden gosterilen tesebbus neticesinde muqavileye xitam verilir, bu halda mehkemeye muraciet etmek olarmi? X.e dogru istiqamet gosteresiniz.

Xeyr təəsüf ki yox, müddətli müqavilənin müddəti bitdikdə işəgötürən müqaviləni uzatmaya bilər. 

Bu zaman qanunlar onun tərəfindədir. 

 

  • Upvote 1
Link to comment
Share on other sites

В 20.03.2019 в 17:58, Teymur_444 сказал:

Salam. 1 sualim var. Muddetli emek muqavilesinin vaxti tamam olursa, ve sirket muqavileni uzatmayib xitam verirse , ishciye hansi tezminatlar odenmelidir? 

Salam 

işçiyə yalnız istifadə edilməmiş məzuniyyət pulu sonuncu haqq hesab şəklində ödənilir 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Salam Eger 3 ayliq sinaq muddeti nin 1ci ayinda Saqlamliqda problem yaranrsa Ve ise qeyri mueyyen vaxt cixmaq mumkun olazsa.o zaman shirket seni isden cixarmaq istese ona tezminat odemelidirmi??

Edited by Qiyas Qember
Link to comment
Share on other sites

В 09.04.2019 в 19:53, Qiyas Qember сказал:

Salam Eger 3 ayliq sinaq muddeti nin 1ci ayinda Saqlamliqda problem yaranrsa Ve ise qeyri mueyyen vaxt cixmaq mumkun olazsa.o zaman shirket seni isden cixarmaq istese ona tezminat odemelidirmi??

Salam 

3 ay sınaq müddəti ərzində işçinin işə gəlmədiyi günlər sınaq müddətinin günlərinə daxil edilmir. 

Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əgər tərəflərdən heç biri sınaq müddəti bitənədək əmək müqaviləsinin xitamını tələb etməyibsə, onda işçi sınaqdan çıxmış hesab edilir. 

Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə ilə xitam verilə bilər. Bu zaman işçiyə son haqq hesab istifadə etmədiyi məzuniyyət günlərinə görə verilə bilər. lakin mübahisəli məsələdir işəgötürəndən asılıdır. 1 aya görə hardasa bir və ya yarım günlük istifadə edilməmiş məzuniyyət hesablana bilər. Yəni böyük bir məbləğ etmir. 

Qısası sizə müqavilə bağlanılan müddətdən son iş gününədək olan vaxtadək əmək haqqı verilməlidir. 

Link to comment
Share on other sites

В 20.04.2019 в 15:45, Elnare Valiyeva сказал:

Salamlar..Men orta mektebde muellim kimi chalishiram, May ayindan ishden oz isteyim ile azad olunmaq isteyirem...Bilmek isteyirdim ki, mene ishlediyim gunler ve elave maash (yekun) verile bilermi..? Cavablayan olsaydi minnatdar olardim)

 

Salam Elnarə xanım,

Öz istəyinizlə işdən çıxdığınız zaman sizə son haqq hesab veriləcəkdir , əgər sizin istifadə etmədiyiniz məzuniyyət günləriniz varsa həmin günlərin sayına uyğun olaraq sizə müavinət ödəniləcək. Əlavə maaş ödənilməyəcək. 

 

Link to comment
Share on other sites

  • 9 months later...
  • 2 weeks later...

Herkese salam. Umud edirem komeklik gostere bilersiz.

Ozel shirketde ishleyirem. Maashdan elave satishlarima uygun ayliq bonuslar aliram (emre esasen maash kartima oturur).

Visa uchun shirketden bizim HRdan ishden arayish istemishem. Ilk defe UK visasindan menfi cavab alanda, onlara elave bonuslar shubheli geldiyine gore senedleri qebul etmediler. 
Bu defe, ishden arayishda maashdan elave bonus aldigimi hemin arayishda qeyd olunmasini istemishem.

Bizim HR orda yalniz maashi qeyd ede bileceyini bildirdi. 
Bunun ne derecede qanuna uygun oldugu barede melumat verin zehmet olmasa.

HRin tersliyi tutub, yalniz standart arayish verirem deyir.

Cavablarinizi gozleyirem🙏🏻

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Like
      • 8 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Sad
      • 28 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Facepalm
      • 92 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.


       
       
        • Sad
      • 128 replies
    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 12 replies
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Facepalm
        • Sad
        • Thanks
        • Like
      • 72 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Sad
      • 124 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Upvote
        • Like
      • 10 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...